Məhkəmə qərarları › İş №1(010)-111/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-111/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-111/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2əsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-i il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxx 2021-ci ildən hesablanmaqla «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxx 2021-ci il tarixli qərarı ilə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı X1 30 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,415 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx xxxxxx 2021-ci ildə saat 15.30 radələrində Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən “Yurd” kafesinin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə əynindəki göy rəngli cins şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, rəsmi olaraq boşandıqlarına baxmayaraq, hazırda keçmiş arvadı ilə birlikdə yaşayır. Himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağı var. xx xxxxxx 2021-ci ildə bədənində ağrılar olduğuna görə İsrafil adlı tanışı ilə telefon əlaqəsi saxlayıb ondan satlıq narkotik vasitə olub-olmadığını soruşmuşdur. İsrafil ona bildirmişdir ki, 1 qram «kakos» var. Ona görə də onu Zığ qəsəbəsində yerləşən vərəm dispanserinin yaxınlığına çağırmış və təxminən 10-15 dəqiqədən sonra ora yaxınlaşmışdır. Bu zaman İsrafil ona yaxınlaşmış, üzərində olan şəffaf sellofana bükdüyü narkotik vasitə heroini ona vermiş, o, da İsrafilə bunun müqabilində 30 manat pul verib getmişdir. Həmin gün saat 15.30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən «Yurd» kafesinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim etmiş və bildirmişlər ki, o, narkotik vasitələrdən qanunsuz istifadə etməkdə şübhəli bilinir. Həmin şəxslər onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində ona hüquqları və vəzifələri izah edilmiş, sonra üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Buna etiraz etməyərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəxsiyyət vəsiqəsini, «Bakıkart»ını, Samsung markalı telefonunu, sol yan cibindən halqada olan 3 ədəd açarı və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli maddə olan sellofan bükümü otaqdakı masanın üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün nə olduğu ondan soruşulmuş, cavabında bildirmişdir ki, bükümdəki narkotik vasitə heroindir. Bundan sonra narkotik vasitəni haradan aldığı soruşulmuş, cavabında bildirmişdir ki, narkotik vasitəni 30 manat müqabilində Zığ qəsəbəsi, R.Göyüşov küçəsində İsrafil adlı şəxsdən alıb. Bundan sonra içərisində narkotik vasitə heroin olan həmin büküm polis əməkdaşları tərəfindən onun, həmçinin digər iştirakçıların iştirakları ilə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o, da zərfin üzərinə və protokola imza etmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan və Zığ qəsəbəsi, R.Göyüşov küçəsinə tez-tez gəlib-gedən, narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində və istifadəsində şübhəli olan, əvvəlcədən əlamətləri onlara deyilmiş Ələsgər adlı şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla polis bölməsinin rəisə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupunun yaradılması barədə əmr tərtib edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi “Yurd” kafesinin yaxınlığında deyilən əlamətdə olan şəxsin dayandığını görüb ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərib özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə həmin şəxsin adının Ələsgər olmasını dəqiqləşdirdikdən sonra ona narkotik vasitənin saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Bu zaman ərazidə xidmət aparan ÇPA-nın əməkdaşları da ona yaxınlaşmışlar. Bundan sonra təqsirləndirilən şəxsi Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və xidməti otaqların birində dövlət vəsaiti hesabına dəvət olunmuş vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ondan üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. O, üzərində olan şəxsi əşyaları və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən siqaretin gümüşü rəngli kağızının içərisində olan şəffaf sellofanda 1 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotiki 30 manata İsrafil adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş, sonda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək bütün iştirakçılar doğruluğunu imzaları ilə təsdiq etmişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, yanvar ayının 5-də xidməti ərazidə yəni, Zığ qəsəbəsi ərazisində xidməti avtopatrul avtomobili ilə xidmət aparırdı. Saat 15.30 radələrində, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi “Yurd” kafesinin yaxınlığında olan zaman Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkilinin və sahə rəisinin bir nəfər şəxsə yaxınlaşdığını görüb vəsiqələrini göstərdikləri görmüşlər. Ona görə də onlar da həmin yerə yaxınlaşmış və orada onlara məlum olmuşdur ki, həmin şəxs narkotik vasitənin saxlanılmasında və istifadəsində şübhəlidir. Bundan sonra həmin şəxs polis bölməsinə dəvət olunmuş və o da razılaşaraq polis əməkdaşları birlikdə polis bölməsinə getmişdir. Onlar da xidməti avtopatrul avtomobili ilə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra xidməti otaqların birində həmin şəxsin üzərinə baxış zamanı orada iştirak etdilər. Baxış zamanı o, üzərində olan şəxsi əşyaları və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 1 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotiki 30 manata İsrafil adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş, sonda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar doğruluğunu imzaları ilə təsdiq etmişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. xx xxxxxx 2021-cı il tarixli 6/55 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdəki l (bir) ədəd bükümdə təmiz çəkisi 0,415 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. xx xxxxxx 2021-cı il tarixli 6/147 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketlərdəki vət. X1 götürülmüş heroin və vət. Təqsirləndirilən şəxs götürülmüş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, X1 götürülmüş üzərində “mesko” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə olan-heroinin izləri vardır. Lakin, heroin iz şəklində olduğu üçün, heroinin çəkisini və İsrafil Ələsgərovdan götürülmüş heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün olmadı. İlkin tədqiqat zamanı vət. X1 və Təqsirləndirilən şəxs götürülmüş heroinlərin təmiz çəkisi xx xxxxxx 2021-ci il tarixli 6/54 və 6/55 saylı ekspert rəylərində göstərilmişdir. xx xxxxxx 2021-ci il tarixli 427 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Bunlarla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,345 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 yanvar – xx xxxxx 2021-ci il tarixləri üzrə «ev dustaqlığında» saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli Bakı şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,345 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar