Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-111/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüddə olan, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 02 avqust 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(010)-510/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 19 noyabr 2024-cü il tarixdə tutularaq 20 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, onu Bakı şəhəri Təcili və X6 Stansiyasının 3 saylı bölməsinə sürücü vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla, 08 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Qara Qarayev metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs əvvəlcə 500 (beş yüz) manat məbləğində pulunu almış və cinayət əməlini davam etdirməklə, sonuncunun 15 dekabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Ballı market” mağazasındakı “MPAY” ödəmə terminalı vasitəsilə ona məxsus 5***_****_****-4523 nömrəli “ABB”-yə aid bank kartına bağlı olan hesaba 200 (iki yüz) manat, 28 dekabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Güllücə market” mağazasındakı “MPAY” ödəmə terminalı vasitəsilə ona məxsus 4169-7388-9650-8888 nömrəli “Kapital Bank”-a aid bank kartına bağlı olan hesaba 120 (yüz iyirmi) manat, 05 mart 2024-cü il tarixdə isə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən marketdən “MPAY” ödəmə terminalı vasitəsilə ona məxsus 4098-5844-5838-2627 nömrəli “Leobank”-a aid bank kartına bağlı olan hesaba 60 (altmış) manat məbləğində pul vəsaiti köçürməsinə nail olub, həmin vəsaitləri köçürmə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs, ümumilikdə 880 (səkkiz yüz səksən) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xatırlamadığı tanışının vasitəsilə Zərərçəkmiş şəxs ona zəng vurmuş və işə düzəlməkdə köməklik etməsini xahiş etmiş, o da X11 Şəxsdə TTTYS-dən birinə sürücü kimi işə düzəldə biləcəyini demişdir. Əliyə ilkin olaraq işə düzəlməsi üçün 2000 (iki min) manat verməli olduğunu dedikdə, sonuncu 2000 (iki min) manat pulunun olmadığını, 500 (beş yüz) manat pul verə biləcəyini demişdir. O, da bununla razılaşmışdır. 08 dekabr 2023-cü il tarixdə, Qara Qarayev metrosunun qarşısında onunla görüşmüş və həmin vaxtı Əli ona 500 (beş yüz) manat pul vermişdir. Pulu alan zaman 15 (on beş) iş günü ərzində işə başlayacağına söz vermişdir. 15 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng vurmuş, sonuncuya 200 (iki yüz) manat məbləğində pulu sertifikasiya üçün ödəməsinin lazım olduğunu dedikdə, inandığı üçün etiraz etməyib ona məxsus “ABB”-yə aid bank kartına pulu ödəmişdir. 28 dekabr 2023-cü il tarixdə Əli ona zəng vurub işin nə yerdə olduğunu soruşduqda, əlavə olaraq 120 (yüz iyirmi) manat da ödəmək lazım olduğunu dedikdə inandığı üçün etiraz etməyib həmin günü 4098-5844-5838-2627 nömrəli “Leobank”-a aid bank kartına 60 (altmış) manat pulu ödəmişdir. Qeyd etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmiş, bu səbəbdən də onu işə düzəldə bilməmişdir. Zərərçəkmiş şəxs ona zəng vuraraq işin nə yerdə olduğunu soruşduqda hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs pulu verdikdən 60 gün sonra işə düzələcəyini demiş, sonuncu ona, ümumilikdə 750 (yeddi yüz əlli) manat pul vermiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı isə ödəməmişdir. 2022-ci ildən X11 Şəxsdə təsərrüfat müdiri vəzifəsində çalışmışdır. Həmin pulu başqa heç kimə verməmişdir. İttiham aktında qeyd edilən hər üç bank kartı özünə məxsusdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ölkə xaricində olduğundan iştirak etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs sonuncu dəfə 16 oktyabr 2024-cü il tarixdə Rusiya Federasiyası ərazisinə keçmişdir. Cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, işə düzəlmək üçün maraqlandıqda Təqsirləndirilən şəxs işə düzəltmə ilə məşğul olduğunu eşitmiş və sonuncunun istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxslə telefonda bir qədər danışdıqdan sonra, onu TTTYS-yə sürücü işinə düzəldəcəyini, bunun üçün ona 2000 (iki min) manat pul verməli olduğunu demişdir. O, isə 2000 (iki min) manat pulunun olmadığını, cəmi 500 (beş) manat verə biləcəyini dedikdə Sadiq onunla razılaşmışdır. 500 (beş) manat pulu 08 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə Qara Qarayev metrosunun qarşısında görüşüb əlbəəl sonuncuya vermişdir. Sadiq pulu alan zaman 10 (on) günə işə başlayacağını bildirmişdir. 15 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs işin nə yerdə olduğunu soruşduqda əlavə 200 (iki yüz) manat da pul vermək lazım olduğunu bildirmiş, buna görə də, həmin tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Ballı marketdəki terminal vasitəsi ilə Sadiqin xatırlamadığı bank hesabına həmin pulu ödəmişdir. 28 dekabr 2023-cü il tarixdə sonuncu ona zəng vuraraq əlavə olaraq 120 (yüz iyirmi) manat da ödəmək lazım olduğunu demiş, o isə inandığı üçün etiraz etməyib həmin günü Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində yerləşən marketdəki terminal vasitəsilə Sadiqin xatırlamadığı bank hesabına ödəmişdir. Həmin gündən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək bugün-sabah işə düzələcəyini deyib vaxtı uzatmışdır. 05 mart 2024-cü il tarixdə ona zəng vuraraq işə düzəldiyini, sənədlərin təsdiqi üçün 60 (altmış) manat pul ödəmək lazım olduğunu dedikdə həmin gün 60 (altmış) manat pulu Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində yerləşən marketdəki terminal vasitəsilə xatırlamadığı bank hesabına ödəmişdir. Həmin gündən bu günə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək onu işə düzəltməmiş və pulunu da geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 23 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən HK-1/897 saylı material əsasında fakta görə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanan 01 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Sadiq adlı şəxsə onu TTYSyə sürücü işinə düzəldəcəyinə söz verdiyi üçün hissə-hissə olmaqla, ümumilikdə 880 (yəkkiz yüz səksən) manat pul vermiş, lakin buna baxmayaraq sonuncu vədinə əməl etməyərək onun pulunu mənimsəmişdir. Hadisəni törətmiş şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 3) 24 iyul 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 12) İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, 15 dekabr 2023-cü il tarixdə, saat 15:06-da ünvan 2 ünvanında yerləşən “Ballı market” mağazasındakı “MPAY” ödəmə terminalı vasitəsilə SA*** İS****-ə məxsus 5***_****_****-4523 nömrəli bank kartına 200 (iki yüz) manat, 28 dekabr 2023-cü il tarixdə, saat 14:41-də ünvan 3 ünvanında yerləşən “Güllücə market” mağazasındaki “MPAY” ödəmə terminalı vasitəsilə 416973******8888 nömrəli bank kartına 120 (yüz iyirmi) manat, 05 mart 2024-cü il tarixdə, saat 13:30-da isə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən marketdən “MPAY” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus ********58382627 nömrəli bank kartına 60 (altmış) manat məbləğində pul vəsaiti köçürülmüşdür. (iş.v. 21) İş materiallarına əlavə edilmiş “Kapital Bank” tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, 28 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 416973******8888 nömrəli bank kartına 120 (yüz iyirmi) manat pul vəsaiti daxil olmuşdur. (iş.v. 53-54) İş materiallarına əlavə edilmiş “ABB” tərəfindən verilmiş çıxarışdan görünür ki, 15 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus bank kartına 200 (iki yüz) manat pul vəsaiti daxil olmuşdur. (iş.v. 55-56) 11 sentyabr 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı deyərək təsdiq etmişdir. (iş.v. 63-66) Suraxanı RPİ-nin İŞ-in 05 sentyabr 2024-cü il tarixli əməliyyat tapşırığına Suraxanı RPİnin 31-ci polis şöbəsinin 12 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v.59; 67) 16 sentyabr 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 800 (səkkiz yüz) manat kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, cinayət işinə əlavə edilmiş pul köçürmələrinə dair çıxarış və digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir. (iş.v. 68-71) Lakin qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə 500 manat əlbəəl verilmiş, daha sonra 200, 120 və 60 manat pul verilmiş həmin məbləğlərin cəmi 880 manat etmişdir. Buna görə də 16 sentyabr 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarının nəticə hissəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın 800 manat kimi qeyd olunması texniki səhv olaraq müəyyən edildiyindən iş üzrə ümumi dəymiş ziyanın 880 manat olması qəbul edilməlidir. Yevlax Rayon Polis Şöbəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 07 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Yevlax Rayon Polis X3 Təqsirləndirilən şəxs Yevlax rayonu, Kolanı kənd sakini X7 3000 (üç min) manat, ünvan 7 ünvanında yaşayan X2 1990 (min doqquz yüz doxsan) manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktlarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. Təqsirləndirilən şəxs iştirakı ilə zəruri istintaq hərəkətləri aparılması üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından 2 saylı İstintaq Təcridxanasına köçürülməsinə icazə verilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Camal Qubadovun icraatında istintaq olunan ********* nömrəli cinayət işi üzrə yaranmış zərurət ilə əlaqədar Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətlərinin aparılmasına və Xətai RPİ-nin MSYnə etap olunmasına icazə verilməsi xahiş edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon Məhkəməsində hakim Günel Məmmədovanın icraatında Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işinə baxılır. Yuxarıda sadalanan hallarla bağlı məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün Sabunçu rayon Məhkəməsinin hakimi Günel Məmmədovaya, Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Camal Qubadova və Yevlax RPŞ-nin İstintaq bölməsinə icazə məktubları verilmişdir. 02 avqust 2024-cü il tarixdə, saat 10:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 1(010)-510/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, onun məhkəməyə gətirilməsi mümkün olmamış, alınmış cavaba əsasən 30 oktyabr 2024-cü il tarixli qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 19 noyabr 2024-cü il tarixdə tutularaq 20 noyabr 2024-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 35-36, 49-50) Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə və aldatmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında həmçinin qeyd olunmuşdur ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından X11 Şəxsdə təsərrüfat müdiri vəzifəsində işləmiş, onun öz qulluq mövqeyindən istifadə etməklə kimisə sürücü kimi və ya mühafizə xidmətinə işə düzəltmək kimi səlahiyyətləri olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə onu özünün işə düzəldəcəyini, kiminsə vasitəsilə düzəltməyəcəyini bildirmiş, həmçinin aldığı 880 manat pulu heç kimə verməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri yaranmır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu cinayət əməli nəticəsində vurulmuş ziyanı ödəməsi üçün kifayət qədər vaxt verilib məhkəmə iclasları təxirə salınsa da, o, həmin ödənişi etməkdən faktiki olaraq boyun qaçırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməmiş, zərərçəkmiş şəxs onunla barışmamışdır. Buna görə də törətdiyi əmələ görə cinayət məsuliyyətindən azad edilə bilməz, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutduğundan böyük ictimia təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin əvvəllər cinayət məsuliyyətindən azad edilməsi halı da olmamışdır. (iş.v. 52) Təqsirləndirilən şəxs məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Çünki şəxsin barəsində hazırda Sabunçu rayon Məhkəməsində CM-nin 178.1, Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 178.1 və Yevlax RPŞ-nin istintaq bölməsində CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işləri istintaq olunur və görünür ki, hazırki iş üzrə olduğu kimi Təqsirləndirilən şəxs həmin işlər üzrə də istintaqın və məhkəmənin çağırışlarından qərəzli olaraq boyun qaçırmış, o cümlədən Təqsirləndirilən şəxs maddi rifahının daha çox dələduzluq cinayət əməllərini etməsi ilə təmin edir. Buna görə də onun barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə onun başqa şəxslərə qarşı dələduzluq cinayət əməllərini törətməsinin qarşısını almağa, həmçinin yuxarıda qeyd olunan cinayət işləri üzrə istintaqın əlverişli aparılmasına nail olmaq mümkündür. Ona CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş digər yüngül cəza növlərinin tətbiq olunması isə məhkəmə cəzanın məqsədlərinə nail ola bilmir və bununla sosial ədalətin bərpa edilməsi mümkün hesab olunmur. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut qismində tanınmış pul köçürmələrinə dair çıxarışların iş materiallarında saxlanılması nəzərə alınmalı, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut qismində tanınmış pul köçürmələrinə dair çıxarışların iş materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-111/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-111/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver