Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-112/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq - 01 ədəd bükümdə təmiz çəkilsi 2,190 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlayıb daşımış, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək, həmin tarixdə, saat 14.30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, videoçəklişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,190 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrindən istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, Roman və Rövşən adlı əməliyyat müvəkilləri onu Əmircan qəsəbəsində yerləşən məscidin yanında saxlamışlar. Həmin vaxt onun yanında Elçin adlı şəxs də olmuşdur. Həmin gün o, əvvəllər bir dəfə gördüyü Elçinlə görüşərək, sonuncunun evinə getmiş, Elçin öz evinin açarını ona təqdim edərək, qapını açıb evə keçməsini təklif etmişdir. O, qapını açarla açmaq istədikdə, qapı açılmamışdır. Elçin ona bildirmişdir ki, evin açarını ona səhv vermişdir. Daha sonra Elçin üzərində brelok olan digər açarı ona təqdim etmiş, o, açarla qapını açmaq istədikdə, adını çəkdiyi polis əməkdaşları onlara yaxınlaşmış və polis idarəsinə dəvət etmişlər. Polis idarəsində Elçinin ona təqdim etdiyi brelokun içərisindən narkotik vasitə aşkar olunmuşdur. Qeyd olunan narkotik vasitə ona məxsus olmamışdır. O, Elçini ikinci dəfədir ki görmüşdür, lakin sonuncunun şəxsiyyəti barəsində onun heç bir məlumatı yoxdur. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə, axşam saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində üzdən tanıdığı, lakin adını və ya ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata bir ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin bükümü üzərimdə saxlamışdır ki, sonra münasib vaxtda istifadə etsin. Bundan sonra o, yaşadığı evə gəlmiş, həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində yaşadığı evin qarşısında, yəni Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 2 ünvanında piyada gəzən zaman, mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik maddələrin gəzdirilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək, onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə getmişdir. Suraxanı RPİ-nin inzibati binasında xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərində axtarış həyata keçirilmişdir. Axtarış zamanı əvvəlcə ondan üzərində qanunsuz hər hansı bir əşya və ya predmet varsa, onları təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızındakı bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümün nə olması, və nə vaxt, haradan əldə etməsi barədə soruşduqda, o, bildirmişdir ki, həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə vardır və onu bu gün səhər saat 11 radələrində 10 manata öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən alıb əldə etmişdir. Bundan sonra həmin büküm götürülərək qablaşdırılmış və üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra isə onun üzərində axtarış aparılmış və saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı digər əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə üzərində axtarış həyata keçirilməsi barədə protokol tərtib edilmiş və onunla birlikdə digər iştirakçılar həmin protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə heroin əldə edərək saxlaması bvrədə məlumat əldə olunmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyə məruzə olunduqdan sonra, Suraxanı RPİ-nin rəisi vəzifəsini icra edən polis polkovniki Famil Vəliyev tərəfindən əməliyyat qrupunun yaradılması ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə əmr imzalanmışdır. Keçiriləcək əməliyyat qrupuna o, və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil edilmişlər. Əməliyyat qrupunun rəhbəri olaraq o, təyin edilmişdir. Keçirilmiş əməliyyat tədbiri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:30-da ünvan 9 ünvanın qarşısında saxlanılaraq, Suraxanı RPİ-yə gətirilmiş, bu barədə rəhbərliyə məruzə edilmişdir. Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyevə həvalə edildiyindən, onun tərəfindən araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs üzərində RPİ-nin inzibati binasındakı xidməti otaqların birində video çəkilişdən istifadə etməklə axtarış keçirilərkən o, əməliyyat qrupunda olmuş əməkdaş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkil iştirak etmişlər. Üzərində axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Kamal oğluna təhqiqatçı Suad Həmzəyev tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra, əynində olmuş paltarlarda qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədlər varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümdə olan narkotik vasitə hesab edilən heroinə oxşar maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə olan heroindir, narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində tanımadığı şəxsdən 10 manata almış və gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş və onun üzərindən təqdim etdiyi narkotik vasitə olan heroindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin müvafiq qaydada təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğu iştirakçılar və onun tərəfimdən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin adını çəkdiyi Elçin adlı şəxs barəsində onun heç bir məlumatı yoxdur, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:30-da ünvan 9 ünvanın qarşısında saxlanılarkən ümumiyyətlə tək olmuşdur və sonuncunun yanında hər hansı digər bir şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları eyniylə təsdiq etmişdirlər. İş materiallarında olan xx xxxxxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 278/2020 nömrəli qərarı ilə əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-92/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx xxxx 2021-ci il tarixinədək uzadılmışdır. Araşdırma zamanı təyin edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 6/2646 nömrəli rəydə qeyd edilmişdir ki, "Tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,190 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir". Rəyin tədqiqat prosesinin qeyd hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 2,190 qram narkotik vasitə olan heroindən 0,050 qram tədqiqata sərf edilmiş 2,140 qram qalıq qalmışdır. Ambulator X2 dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin verdiyi xx.xx.2021-ci il tarixli 31 nömrəli rəydə qeyd edilmişdir ki, "müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür". Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə-fiziki-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini ümumiyyətlə törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyrun oldurundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə bunu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,140 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2020-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-də saxlanılan 2,140 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-112/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-112/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver