Məhkəmə qərarları › İş №1(010)-112/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-112/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-112/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,128 qram yaşıl rəngli spesifik iyə malik kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış və 24 avqust 2022-ci il tarixdə saat 13:00-da Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “Olimpiya” Kompleksinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək həmin bölmənin əməkdaşları tərəfindən üzərində şəxsi axtarış və götürmə aparılan zaman əyinində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmin çəkisi 6,128 qram yaşıl rəngli spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun bir nəfər tanışı var, onunla birikdə şərikli avtomobil sürürlər. Tutulan gün yaşadığı evin məhləsində dostları ilə dayanmış, bu zaman PPX-nin əməkdaşları yaxınlaşaraq onun sürücülük vəsiqəsini göstərib şəxsiyyətini müəyyən etmişlər. Belə ki, o sürücülük vəsiqəsini şəriki ilə birgə sürdüyü avtomobildə qoyurmuş. O, polis əməkdaşlarından nə baş verdiyini soruşmuş, polis əməkdaşları isə bildirmişlər ki, şəriki ilə birgə sürdükləri avatomobil bir müddət öncə Hövsan qəsəbəsində avtoxuliqanlıq etmişdir, bu səbəbdən də araşdırma üçün Polis Şöbəsinə getməlidirlər. Bölməyə getdikdən sonra onu döyərək üzərində narkotik vasitə olmasını boynuna götürməyə məcbur etmişlər halbuki onun üzərində heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, heç bir narkotik vasitədən istifadə etmir, onu döyərək 3 gün polis bölməsində saxlamışlar və döyülməsi ilə bağlı heç bir yerə şikayət etməsin deyə təhbeh etmişlər. Müvəqqəti saxlama yerinə gətirilən zaman bədənində xəsarətləri görmüşlər və o yıxıldığını bildirmişdir. Onu 23 avqust 2022-ci il tarixdə səhər saat 11:30 radələrində başqa adla, yəni avtoxuliqanlıq adı ilə PŞ-nə aparsalar da idarədə narkotik vasitəni boyuna götürməyə məcbur etmişlər. Eşitdiyinə görə şərikli idarə etdiyi avtomobildən 8 büküm narkotik vasitə aşkar edilmiş və həmin şəxs ölkə xaricinə qaçmışdr. Saxılanılan zaman isə üzərində mobil telefonu olmamışdır. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxani RPİ-nin 30-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, 24 avqust 2022-ci il saat 13:20 radələrində 30-cu PŞ-nin inzibati binasında olarkən PPXB-nin polis nəfərləri bir nəfər şəxsi narkotik vasitənin istifadəsində və dövriyyəsində şübhəli bildiyi üçün polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bir müddət sonra təxmini saat 14:40 radələrində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Bundan əvvəl isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə zamanı o, əməliyyatçı Şahid3 və təhqiqatçı iştirak etmiş, həmin vaxt üzərində hər hansı bir qanunsuz əşya və ya pertmet vardırsa könüllü təqdim etməsi C.H.Nəbievə təklif edilmiş, sonuncu isə qara rəngli cins şalvarının sağ yan cibindən içərisində yaşıl rəngli spesifik iyə malik qurudulmuş ot olan bir ədəd kibrit qutusunu təqdim edərək həmin qutunun içərində “nəşə” kimi tanıdığı narkotik vasitənin olmasını bildirmişdir. Həmçinin bildirmişdir ki, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 85 manata öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. C.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baki şəhəri Suraxani RPİ-nin 30-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baki şəhəri Suraxani RPİ-nin PPXBnin əməkdaşı X5 ifadəsində göstərmişdir ki, onlar xidmətdə olarkən Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən “Olimpiya” Kompleksinin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını və ona yaxınlaşan zaman çaşqın hərəkətlər etməsini görmüşlər. Ona görə sorğu-sual edən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs 30-cu PŞ-nə dəvət etmişlər, sonuncu isə könüllü olaraq gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, onun üzərindən əməliyyatçılar Şahid3 və Şahid4 iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Həmin vaxt üzərində hər hansı bir qanunsuz əşya və ya predmet vardırsa könüllü təqdim etməsi C.H.Nəbievə təklif edilmiş, sonuncu isə qara rəngli cins şalvarının sağ yan cibindən içərisində yaşıl rəngli spesifik iyə malik qurudulmuş ot olan bir ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusunun içərində nə olması, nə vaxt, haradan və kimdən əldə etməsi ilə bağlı suallar verildikdə isə həmin maddənin narkotik vasitə olmasını, narkotik vasitəni Hövsan qəsəbəsində dəmir yolu xəttinin yaxınlığında tanımadığı şəxsdən 85 manata alaraq istifadə etmək məqsədilə üzərində saxlamasını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axarış həyata keçirilsə də əlavə hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüş, həmçinin şəxsi axtarış və götürmə ilə bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində K.S.Paşayev ifadəsində həmçinin göstərmişdir ki, saxlanılan zaman və daha sonra Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlanılma tarixi və saatı dəqiq yadında deyil, Ballı marketin qabağında şübhəli gəldiyi üçün ona yaxınlaşmışlar, həmin vaxt yanında digər əməkdaş Şahid2 da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baki şəhəri Suraxani RPİ-nin PPXBnin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, onlar xidmətdə olarkən Suraxanı rayonu O.Şabanov küçəsində Təqsirləndirilən şəxs dalanda dayanan yerdə görüb yaxınlaşmışlar. Özünü şübhəli aparırmış və yaxınlaşan zaman çaşqın hərəkətlər etmişdir. Ona görə sorğu-sual edən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs 30-cu PŞ-nə dəvət etmişlər, sonuncu isə könüllü olaraq gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə əməliyyat qrupu tərəfindən onların yanında Təqsirləndirilən şəxs üzərində axtarış həyata keçirilmişdir. Axtarış zamanı video çəkiliş və vəkil iştirak etməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən kibrit iki-üç büküm narkotik vasitə və tərəzi aşkar edilmişdir. Tərəzinin rəngi yadında qalmamışdır. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması tam yadındadır, onu xx.xx.2022-ci ildə saat 13:00 radələrində saxlamışlar, yaxınlaşan zaman iki nəfər olmuşlar, biri avtomobili sürüb qaçmış, lakin Təqsirləndirilən şəxs saxlamışlar. Həmin avtomobil əməliyyat qrupu tərəfindən yarım saat sonra şöbəyə gətirilmiş, avtomobili idarə edən şəxsin kimliyi və hal-hazırda olması barədə məlumatı yoxdur. Həmin avtomobilə sonuncu etibarnamə Təqsirləndirilən şəxs adına olmuş və sonuncunun sürücülük vəqisəsi də öz üzərində olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatənə əsasə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanıyır. xx.xx.2022-ci il tarixdə işdən icazə alıb Hövsan qəsəbəsində yaşayan qızının evinə gəlmiş və həmin vaxt polis əməkdaşlarının Təqsirləndirilən şəxs qolu bağlı avtomobilə mindirməsini görmüşdür. 2 gün sonra bilmişdir ki, Təqsirləndirilən şəxs tutmuşlar. Həmçinin bildirmişdir ki, hadisə baş verən yer ilə stadion arasında təxmini 200-300 metr məsafə olardı. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatənə əsasə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, sahə inspektoru kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs PPXB-nin əməkdaşları bölməyə gətirmişlər və anası da zəng edərək oğlunu ondan maraqlanmışdır. Bu hadisədən 3 ay öncə təqsiləndirilən şəxsin anasını tanımışdır. Belə ki, həmin vaxt şöbədə təqsirləndirilən şəxsin başqa işi olmuşdur. Təqsirləndirilən şəxsin tutulma vaxtı dəqiq yadında deyil, lakin Təqsirləndirilən şəxs anası onunla əlaqə saxlayan zaman Təqsirləndirilən şəxs artıq şöbədə olmuşdur. Həmin vaxt istifadəsində ********** saylı mobil telefon nömrəsi olmuşdur. Cinayət işinin materiallarında olan 24 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon prokurorunun 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 26 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Suraxanı RPİ-nin 30-cü PŞ-nin xidməti iş otaqlarının birində qeydə alınmış və görüntülərdə Suraxanı RPİ-nin 30-cü PŞnin baş təhqiqatçısı, polis mayoru Fərif İbrahimov, həmin Bölmənin əməliyyatçıları Şahid4, Şahid3, həmçinin şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs vardır. Görüntülərə əsasən müəyyən edilir ki, təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən içərisində yaşıl rəngli qurudulmuş ot olan bir ədəd kibrit qutusunu könüllü təqdim edərək bildirir ki, qutunun içərisində olan “nəşə” kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 85 manat almış və həmin gün saat 13:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Olimpiya kompleksinin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar edilmiş həmin kibrit qutusu qablaşdırlaraq götürülür və iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2022-ci il tarixli, 7/937 saylı məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə” yazılar və imzalar olan zərfdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,128 qram bitki mənşəli kütlə, təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananım təmiz çəkisi 6,128 qram, tədqiqata sərf olunub 0,02 qram, qalıq 6,108 qramdır. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 4820 saylı rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 23 oktyabr 2022-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6,128 qram çəkidə olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı ümumi 6,108 qram çəkidə qalıq hissəsi sübut kimi tanınmaqla saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Rəhilə Nəbiyeva aid ********** saylı telefon nömrəsinə 23-30 avqust 2022-ci il tarixlərdə daxil olan və çıxan zənglərin siyahısı və müddəti barədə "xxxx" MMC-dən götürülmüş çıxarışdan görünür ki, həmin nömrə ilə ********** saylı nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 21:06 da 50 saniyə müddətində, ********** saylı nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 11:42-də 36 saniyə müddətində danışıq aparılmışdır. Beləliklə, məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında - təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqdim edilmiş video görüntülər, telefon danışıqlarının aparılma müddəti ilə bağlı "xxxx" MMC-dən götürülmüş məlumatlar, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə ilk öncə təqsirləndirilən şəxsin saxlanılma vaxtı ilə bağlı ibtidai istintaq materialları ilə müəyyən edilmiş halların işin həqiqi halları ilə eynilik təşkil etməməsi və təhrif edilməsini qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən Olimpiya kompleksinin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin bundan bir gün öncə, yəni 23 avqust 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən 30-cu PŞ-nə gətirilməsi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxs ifadə vermiş, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən qeyd edilən məsələ ilə bağlı "xxxx" MMC-dən götürülmüş məlumatlar məhkəməyə təqdim edilmiş, eyni zamanda müdafiə tərəfinin vəsatəti əsasında 30-cu PŞ-nin sahə inspektoru X9 və təqsirləndirilən şəxsin qonşusu X6 şahid qismində dindirilmişlər. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı fiziki və pxisi təsirlər altında ona aid olmayan narkotik vasitənin üzərindən aşkar edilməsini etiraf etmiş, üç gün polis şöbəsində saxlanılmış və bu müddət ərzində döyülmüşdür. Həmçinin bildirmişdir ki, onu avqust ayının 24-də deyil, bundan bir gün öncə 23-də saxlamışlar. Müdafiə tərəfi həmçinin bu hal ilə bağlı Bakcell” MMC-dən götürülmüş təqsirləndirilən şəxsin anası Rəhilə Nəbiyeva aid ********** saylı telefon nömrəsinə 23-30 avqust 2022-ci il tarixlərdə daxil olan və çıxan zənglərin siyahısını məhkəməyə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saxlanılaraq PŞnə aparılmış və bununla bağlı təqsriləndirilən şəxsin anası ilə sahə inspektoru X9 arasında telefon danışığı olmuşdur. Belə ki, təqsirləndirilən şəxsin anası oğlunu sahə inspektorundan maraqlandıqda sahə inspektoru oğlunun şöbədə olmasını bildirmişdir. Qeyd edilən xüsusatla bağlı sahə inspektoru X9 məhkəmə iclasında şahid qismində dindirilmiş və sahə inspektoru ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin anası Rəhilə Nəbiyevanı başqa işlə bağlı daha öncədən tanıdığı üçün nömrəsi onda olmuş, tarixini dəqiq xatırlamadığı gün Rəhilə Nəbiyeva ona zəng vuraraq oğlunun şöbədə olubolmaması ilə maraqlanmış, o isə Təqsirləndirilən şəxs şöbədə olması barədə məlumat vermişdir. "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarının siyahısına baxış keçirdikdə isə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin anası Rəhilə Nəbiyeva aid ********** saylı telefon nömrəsi ilə sahə inspektoru Anar Qasımova aid ********** saylı nömrə arasında danşıq xx.xx.2022-ci il tarixdə saat 21:06-da aparılmışdır. Həmçinin "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarının siyahısına baxış keçirdikdə əlavə olaraq müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin anası Rəhilə Nəbiyeva aid ********** saylı telefon nömrəsi ilə hazırki iş üzrə istintaq orqanı tərəfindən şahid kimi göstərilmiş 30-cu PŞ-nin əməliyyatçısı Şahid3 aid ********** saylı nömrə arasında da xx.xx.2022-ci il tarixdə saat 11:42-də 36 saniyə müddətində danışıq aparılmışdır. Qeyd edilən ********** saylı nömrənin Şahid3 aid olması isə cinayət işinin materiallarında olan dindirmə protokolu və ittiham aktında şahidlər siyahında Şahid3 aid olması qeyd edilən nömrə əsasında müəyyən edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin qonşusu X6 da ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qolu bağlı şəkildə avtomobilə mindirilməsinin şahidi olmuş və bu hal 23 avqust 2022-ci il tarixdə baş vermişdir. Cinayət işinin ibtidai araşdırma materialları ilə təqsiləndirilən şəxsin saat xx.xx.2022-ci il tarixdə saat 13:00-da saxlanılması qeyd edilsə də, təqsirləndirilən şəxsin anasının sahə inspektoru ilə bir gün öncədən əlaqə saxlaması, hazırki iş üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən əməliyyatçı ilə isə bundan bir saatdan artıq müddət öncə əlaqə saxlaması özü də təsdiq edir ki, Təqsirləndirilən şəxs daha öncədən saxlanılmışdır. Beləliklə də, qeyd edilən sübutlar əsasında təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında sənədləşdirildiyi kimi xx.xx.2022-ci il tarixdə deyil xx.xx.2022-ci il tarixdən 30-cu Polis Şöbəsinə aparılmışdır. Cinayət işi üzrə digər ziddiyyətli məqam Təqsirləndirilən şəxs üzərinə baxışın harada, kim tərəfindən və hansı şəraitdə keçirilməsi və onun üzərindən aşkar edilən predmetlərlə ilə bağlıdır. Belə ki, cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə təhqiqatçı Fərid İbrahimov tərəfindən özünün xidməti iş otağında videoçəkilişlə aparılmış, şəxsi axtarış və götümə zamanı Təqsirləndirilən şəxs üzərindən yalnız bir kibrit qutusunda narkotik vasitə olan marixuana olması iddia edilən yaşıl rəngli ot aşkar edilmişdir. Lakin, məhkəmə iclasında şahid qismində iştirak edən Suraxanı RPİ-nin PPXB-nin əməkdaşı Şahid2 bununla bağlı bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlayıb PŞ-nə gətirdikdən sonra şöbənin növbətçi hissəsində videoçəkiliş olmadan əməliyyatçılar tərəfindən həyata keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir neçə büküm narkotik vasitə və tərəzi aşkar edilmişdir. Göstərilənlərə əsasən cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunverilciyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Bu baxımdan məhkəmə cinayət işinin materiallarında olan 24 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, cinayət işinin materiallarında olan tarixi qeyd edilməmiş izahatı, 25 avqust 2022-ci il tarixli şübhəli şəxsin ifadəsi protokolunu və 26 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsi protokolunu məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, qeyd edilən prosessual sənədlərlə işin həqiqi halları müəyyən edilmir və həmin protokollarda Təqsirləndirilən şəxs iradəsi təhrif edilmiş formada öz əksini tapmışdır. Belə ki, protokolların məzmuna əsasən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını səmimi etiraf edir, şəxsi axtarış zamanı könüllü təqdim edir və etirafedici ifadə verir. Lakin, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla öz təsdiqini tapır ki, Təqsirləndirilən şəxs həmin protokollarda göstərildiyi vaxtda, yəni xx.xx.2022-ci il tarixdə deyil, bundan bir gün öncə xx.xx.2022-ci il tarixdə saxlanılaraq şöbəyə gətirilmiş, həmçinin onun üzərində şəxsi axtarış və götürmə təhqiqatçının xidməti iş otağında deyil, 30-cu PŞ-nin növbətçi hissəsində əməliyyatçılar tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi işin həqiqi halları qeyd edilən protokollarda tamamilə təhrif edilmişdir. Bütün bu hallar isə tərtib edilmiş sənədlərin kənar təsirlər altında iradəsi əleyhinə Təqsirləndirilən şəxs tərəfindən imzalanması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştiarkçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şübhəli şəxsin üstünə baxış keçirilməsi haqqında” protokol saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, həmin günün səhəri Suraxanı RPİ-nin 30-cu PŞ-də keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bu qədər vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şübhəli şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 6,128 qram qurudulmuş marixuananın Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 6,128 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza təqdiqatından sonrakı 6,108 qram qalığı materiala əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru X7, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 6,128 qram qurudulmuş marixuana ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 6,108 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru X7, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar