Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-112/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun dövlət hesabına müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və onun müqavilə üzrə müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), evli və himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-404/2022 saylı, 27 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu və sadə residivi olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 30 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 may 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər ünvan 8əsinin 30 oktyabr 2024-cü il tarixli, 1(010)-511/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 27 noyabr 2024-cü il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər olan müddət aralığında özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan tullanaraq qonaq otağının plastik giriş qapısının kilidini qırmaqla, qanunsuz daxil olub 01 (bir) ədəd dəyəri 800 (səkkiz yüz) manat olan musiqi aləti kamança, 01 (bir) ədəd dəyəri 40 ( qırx) manat olan saç quruducu alət və fərdi yaşayış evinin hamam otağının plastik giriş qapısının kilidini qırmaqla, qanunsuz daxil olub 01 (bir) ədəd dəyəri 30 (otuz) manat olan kiçik paltaryuyan maşını tamah niyyəti ilə gizli yolla talayıb oğurluq etmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs, ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi oğurluq cinayətinə görə məsuliyyətə cəlb edilərək məhkum edilmişdir. Özü mütəmadi olmasa da, taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmişdir. Bir oğlan övladı var və həyat yoldaşından rəsmi boşandıqdan sonra, ünvan 8əsinin qərarı ilə övladı onun himayəsinə verilmişdir. 30 aprel 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Araz” marketdən yağ və “RedBull” energetik içkisi oğurladığı üçün həmin gün Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 8əsinin qərarı ilə 01 ay müddətə inzibati həbs edilmişdir. 28 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər olan vaxt aralığında ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi barədə heç bir məlumatı yoxdur. Ümumiyyətlə, həmin ərazini tanımır və qeyd edilən tarixdə orada həmin ünvanın yaxınlığında belə olmamışdır. Bundan əvvəl oğurluq hadisələri törətsə də, mənzil oğurluğu ilə heç vaxt məşğul olmamışdır. Sadəcə market və mağazalardan ərzaq əşyaları oğurlayaraq özünün və ailəsinin gündəlik ehtiyaclarını ödəmişdir. 30 may 2024-cü il tarixdə, X9 saxlama məntəqəsindən çıxdıqdan sonra, polis əməkdaşları onu tutaraq Suraxanı Rayon Polis İdarəsinə aparmış, onu bu cinayət işini boynuna götürməyə məcbur etmişlər. Bildirmişlər ki, zərərçəkmiş şəxslə danışıb ona dəymiş ziyanı ödəsin, işə xitam veriləcək, lakin oğurluq əməlini törətmədiyi üçün razılaşmamışdır. Həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmiş, bu mobil telefon nömrəsi ilə ibtidai istintaqı aparan Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mətin İsmayılovla da bir neçə dəfə əlaqə saxlamışdır. ünvan 8əsinin 03 iyun 2024-cü il tarixli, 5(010)-460/2024 saylı qərarı ilə səhvən ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi məlumatları ələ keçirilmiş, lakin ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. Məhkəmə iclası zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkumluğu olmuşdur. Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinmişdir. O vaxt işlədiyi iş yeri onun əmək haqqını vermədiyi üçün iş yerində olan dəmir seyfi oğurlamışdır. Heç vaxt mənzil oğurluğu ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 may 2024-cü il tarixdə, təxminən saat 04 radələrində Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qayıtmışdır. Evə daxil olduqdan sonra, qonaq otağında bacısı Cəmiləyə məxsus dəyəri 800 manat olan kamança musiqi alətinin və dəyəri 40 manat olan saç quruducu alətin evindən naməlum şəraitdə və naməlum şəxs(lər) tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra, oğurluq hadisəsi nəticəsində həmin əşyaların yoxa çıxdığını düşündüyü üçün digər otaqlara da nəzər salıb əşyaların qalan hissəsinin də yerində olub-olmadığını yoxlamaq qərarına gəlmişdir. Bu vaxt evin həyətyanı hissəsində yerləşən hamam otağına nəzər salarkən dəyəri 30 manat olan kiçik paltaryuyan maşının da yerində olmadığını görmüşdür. Bu səbəbdən artıq sadaladığı əşyaların həqiqətən oğurlandığından əmin olmuşdur. Həmin gün Suraxanı RPİnin 31-ci polis şöbəsinə müraciət edərək baş vermiş hadisə ilə bağlı ərizə yazmışdır. Məhkəmə iclası zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında bacısı ilə birlikdə yaşayır. Həmin ev özünə məxsusdur. Evindən kamança musiqi aləti, saç quruducu alət və kiçik paltaryuyan oğurlanmışdır. Evin qapısı sındırılmış, bu hadisədən sonra yenidən evə daxil olaraq oğurluq edilmişdir. Bununla bağlı isə bacısı Cəmilə polisə müraciət etmişdir. Oğurlanmış əşyalar ona geri qaytarılmamışdır. Oğurlanmış paltaryuyanı balaca olduğu üçün tək bir nəfər daşıya bilərdi. 01 may 2024-cü il tarixdə evə gəlmiş, əşyaların oğurlandığını görmüşdür. Həmin tarixdən 3-4 gün əvvəl evdən çıxmış, 01 mayda geri gəlmişdir. Əl-barmaq izlərinin götürülməsi zamanı özü də iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 23 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis leytenantı X5 tərəfindən HK-1/713 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanmış 01 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 05:00-da DİN-in 102 xidmətinə məlumat daxil olmuşdur ki, Suraxanı rayonu, V.Xəlilov küçəsində yaşayan Zərərçəkmiş şəxs evindən kamança və paltaryuyan oğurlanmışdır. (iş.v.4) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanmış 01 may 2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə, evə gəldiyi zaman naməlum şəxslərin mənzilə daxil olaraq dəyəri təxminən 800 manat olan 01 ədəd kamança, dəyəri 30 manat olan saç feni və dəyəri 40 manat olan mini paltaryuyan maşının oğurlandığını aşkar etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 5) 01 may 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə gəlinmişdir. Hadisə yeri 1 mərtəbəli həyəti olan daşdan tikilmiş fərdi yaşayış evidir. Ətrafda yaşayış evləri vardır. Hadisə 1 otaqlı mənzildə olmuşdur. İçəri daxil olarkən, solda dolab, yataq otağı, sağda isə stol, stul, tam sağda isə qapı yanında plastik pəncərə vardır. Oradan evə daxil olunmuşdur. Hadisə yerinə baxış zamanı evin plastik giriş qapısının üzərindən əl-barmaq izləri götürülmüşdür. (iş.v. 8-9) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 13 may 2024-cü il tarixli məktubundan görünür ki, təqdim edilmiş əl-barmaq izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəii tədqiqat nəticəsində yararlı olan 02 ədəd əl-barmaq izi (plastik qapı üzərindən götürülmüş) (ADİS-in məlumat bankına Suraxanı MSY-dən daxil olmuş) xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının (02 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir. (iş.v. 11) 23 may 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 16) 31 may 2024-cü il tarixli vəsatətə baxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ittiham elan olunması barədə qərarla tanış olan zaman və öz ifadəsində elan edilmiş ittihamla razı olmadığını, özünü təqsirli bilmədiyini, qeyd edilən oğurluq hadisəsini törətmədiyini bildirmişdir. Həmin xüsusatlar vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd edilmişdir. (iş.v. 64-65) Suraxanı RPİ-nin İŞ-in 31 may 2024-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən ünvanlanmış 10 iyun 2024-cü il tarixli məktubdan görünür ki, 28 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər olan müddət aralığında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən oğurlanmış əmlakın yerinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş.v. 91) Bakı şəhəri ünvan 8əsinin 03 iyun 2024-cü il tarixli, 5(010)-460/2024 saylı qərarı ilə ********* saylı cinayət işi üzrə 26 aprel 2024-cü il tarix, saat 00:00-dan 02 may 2024-cü il tarixə, saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin anten dairələri barədə məlumatların müvafiq olaraq "xxxx" MMC-dən ələ keçirilməsinə icazə verilmişdir. (iş.v.101-103) 15 iyun 2024-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* saylı cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (iş.v. 107) 20 iyul 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. (iş.v. 110) "xxxx" MMC-nin Suraxanı RPİ-nin İŞ-in 11 iyul 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanmış 31 iyul 2024-cü il tarixli. BKC/LGL-10282/24 saylı məktubundan görünür ki, ***-***-**-** saylı nömrə sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. (iş.v. 112) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 avqust 2024-cü il tarixli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri müqayisəli tədqiqat üçün yararlıdır. 01 may 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd yapışqanlı lent kəsikləri üzərlərində olan 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izi xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının (02 dəfə) əksi ilə eynilik təşkil etmişdir. (iş,v. 114-120) Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin rəisinə ünvanlanmış 27 avqust 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 8əsinin 01 may 2024-cü il tarixli, 3(010)-2132/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə və Xətai Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 3(011)-2659/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş gün) müddətinə inzibati həbs tənbeh növü tətbiq edilərək DİN-ə bilavasitə tabe olan X9 Saxlanılma Mərkəzində saxlanılan Təqsirləndirilən şəxs həbs müddəti bitdiyi üçün 30 may 2024-cü il və 15 iyul 2024-cü il tarixlərində Mərkəzdən azad olunmuşdur. (iş.v. 123) 02 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs istintaq zamanı gətirdiyi dəlillər özünü müdafiə kimi qiymətləndirilmiş və vəsatətin rədd edilməsi barədə qərarlar nəzərə alınmışdır. (iş.v. 133-138) 04 sentyabr 2024-cü il tarixli vəsatətə baxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zəruri istintaq sənədləri ilə sübuta yetirildiyindən Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd edilmişdir. (iş.v. 145-146) “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə, saat 20:40-da şübhəli şəxs qismində tutulmuş, 31 may 2024-cü il tarixdə, saat 10:05-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona yenidən həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən rədd edilmişdir. 31 may 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. ünvan 8əsinin 14 oktyabr 2024-cü il tarixli, 1(010)-511/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 30 oktyabr 2024-cü il tarixli, 1(010)-511/2024 saylı qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 27 noyabr 2024-cü il tarixdə tutularaq saxlanılması üçün Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. 28 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 37, 52-53, 80-81). Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində 08 avqust 2015-ci il təvəllüdlü Mətin Əsədzadə olmaqla, 1 azyaşlı övladı vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(011)-117/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək əvvəli 10 noyabr 2019-cu il tarixdən hesablanmaqla, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(008)-404/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmaqla, qəti olaraq 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (iş.v. 95-100) Bakı şəhəri ünvan 8əsinin 17 dekabr 2024-cü il tarixli, 1(010)-353/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 may 2025-ci il tarixli, 1(103)-559/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin ayrı-ayrılıqda vermiş olduğu apellyasiya şikayətləri qismən təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti də qismən təmin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri ünvan 8əsinin 1(010)-353/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il azadlıqdan məhrumetmə cəzasının müddəti 09 (doqquz) aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri ünvan 8əsinin 27 yanvar 2025-ci il tarixli, 1(010)-112/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 şifahi vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin kimə məxsusluğu, 01 aprel 2024-cü il tarix, saat 00:00-dan 02 iyun 2024-cü il tarix, saat 23:00-dək olan müddət ərzində anten əhatə dairəsi məlumatları, həmin nömrəyə daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatları, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin müvafiq olaraq "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Çünki təqsirləndirilən şəxs və müdafiəçisi ibtidai istintaqda götürülmüş ***-***-**-** saylı mobil nömrənin yalnış olduğunu əslində Təqsirləndirilən şəxs istifadəsində yalnız ***-***-**-** saylı mobil nömrənin olmasını qeyd etmişdir. Bakcell MMC-dən ünvan 8əsinin 27 yanvar 2025-ci il tarixli qərarının icrası ilə əlaqədar daxil olmuş 04 fevral 2025-ci il tarixli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 01 aprel 2024-cü il tarix, saat 00:00-dan 02 iyun 2024-cü il tarix, saat 23:00-dək olan anten əhatə dairəsi məlumatları ilə bağlı diskə baxış keçirilmişdir. Zərərçəkmiş şəxsin ilkin izahatından müəyyən olunmuşdur ki, 28 aprel 2024-cü il tarixdə evdən axşam saatlarında çıxmış və 01 may 2024-cü il tarixdə gecə radələrində evə gələn zaman əşyaların oğurlandığını görmüşdür. Zərərçəkmiş şəxs Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ünvanını daha düzgün müəyyən etməkdən ötrü daxil olan və çıxan zənglərə baxılmışdır. Diskə baxış keçirilməsi zamanı ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğu və həmin mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 28 aprel 2024-cü il tarixdə, saat 08:55, 19:15 və 19:46 radələrində Gunash-AzTV//Surakhany/ ünvanında, həmin tarixdə, saat 20:33 radələrində KohneGUNSL1//Khatai/ ünvanında, həmin tarixdə, saat 20:56 radələrində GARAJ_29//Surakhany/ ünvanında, 29 aprel 2024-cü il tarixdə, saat 00:04 radələrində 7 Gunash-AzTV//Surakhany/ ünvanında, həmin tarixdə, saat 15:49 radələrində Qara_Qarayev 122//Khatai/ ünvanında, həmin tarixdə, saat 19:09 radələrində İsali Market//Khatai/ ünvanında, həmin tarixdə, saat 19:13, 19:22 və 19:27 radələrində Tebriz Market//Nizami/ ünvanında, həmin tarixdə, saat 20:25 radələrində İsali Market//Khatai/ ünvanında, həmin tarixdə, saat 21:52 radələrində Gunash-AzTV//Surakhany/ ünvanında, həmin tarixdə, saat 23:50 və 23:56 radələrində MOYKA_ZAUR//Surakhany/ ünvanında, 30 aprel 2024-cü il tarixdə, saat 00:45 radələrində Yeni guneshli D massivi//Surakhany/ ünvanında, həmin tarixdə, saat 00:51 radələrində GARAJ_29//Surakhany/ ünvanında, həmin tarixdə, saat 01:19 radələrində MZ-Teckservis//Surakhany/ ünvanında, həmin tarixdə, saat 02:31, 03:26 və 07:55 radələrində Mocuze//Khatai/ ünvanında, həmin tarixdə, saat 13:12 radələrində Gunash TM//Surakhany/ ünvanında, həmin tarixdə, saat 14:03 radələrində ATC-77//Surakhany/ ünvanında, 01 may 2024-cü il tarixdə, saat 00:05 radələrində GNESTCR//Surakhany/ ünvanında olduğu müəyyən olunmuşdur. ünvan 8əsinin 28 yanvar 2025-ci il tarixli sorğusuna cavab olaraq Suraxanı RPİ tərəfindən məhkəməyə təqdim edilən 04 fevral 2025-ci il tarixli məktuba əlavə edilmiş 04 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 27 mart 2024-cü il tarixdə X3 evdən oğurluq olması ilə bağlı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X6 qarşı xırda talama növündə inzibati xətanı törətmiş naməlum şəxsin (şəxslərin) gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə göndərilmişdir. Bakı şəhəri ünvan 8əsinin 03 mart 2025-ci il tarixli, 1(010)-112/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 şifahi vəsatəti təmin edilmiş, iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin kimə məxsusluğu, 25 aprel 2024-cü il tarixdə, saat 09:00-dan 02 may 2024-cü il tarixdə, saat 09:00-dək olan müddət ərzində anten əhatə dairəsi məlumatları, həmin nömrəyə daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatları, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərin müvafiq olaraq "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən ünvan 8əsinin 03 mart 2025-ci il tarixli qərarının icrası ilə əlaqədar daxil olmuş 17 mart 2025-ci il tarixli məktuba əlavə edilmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 25 aprel 2024-cü il tarixdə, saat 09:00-dan 02 may 2024-cü il tarixdə, saat 09:00-dək olan anten əhatə dairəsi məlumatları ilə bağlı diskə baxış keçirilmişdir. Zərərçəkmiş şəxsin ilkin izahatından görünür ki, Zərərçəkmiş şəxs 28 aprel 2024-cü il tarixdə evdən axşam saatlarında çıxmış və 01 may 2024-cü il tarixdə gecə radələrində evə gələn zaman əşyaların oğurlandığını görmüşdür. Dərhal 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır. Diskə baxış keçirilməsi zamanı ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 27 aprel 2024-cü il tarixdə, saat 21:06 və 22:02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Sabunçu TKQ, Əmircan qəsəbəsi 452/458/Surakhany/ ünvanında, 28 aprel 2024-cü il tarixdə, saat 17:34 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Sabunçu TKQ, Əmircan qəsəbəsi 452/458/Surakhany/ ünvanında, 29 aprel 2024-cü il tarixdə, saat 20:02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21 E/Binagadi/ ünvanında, həmin tarixdə, saat 11:50 radələrində Huseynbala Aliyev 82 str//Binagadi/ ünvanında, 30 aprel 2025-ci il tarixdə, saat 01:11, 01:12 və 01:13 radələrində Huseynbala Aliyev 82 str/ünvan 13 ünvanında, həmin tarixdə, saat 01:55 radələrində ünvan 14 ünvanında, 01 may 2025-ci il tarixdə, saat 04:51 və 05:02 radələrində /Bakı şəhəri, Suraxanı rayonu, Sabunçu TKQ, Əmircan qəsəbəsi 452/458/Surakhany/ ünvanında olduğu müəyyən olunur. ünvan 8əsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin X9 Saxlanılma Mərkəzi tərəfindən göndərilmiş 05 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri ünvan 8əsinin 3(010)-2132/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs tənbeh növü tətbiq edilərək DİN-nə bilavasitə tabe olan X9 Saxlanılma Mərkəzində saxlanılan Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə Mərkəzə gətirilmiş, 30 may 2024-cü il tarixdə inzibati həbs müddəti bitdiyi üçün sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 müdafiə çıxışı edərək məhkəmə iclasında bildirmişdir ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 13 may 2024-cü il tarixli məktubu ilə hadisənin baş verdiyi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olan plastik qab üzərindən götürülmüş 02 ədəd əl-barmaq izinin Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının əksi ilə eynilik təşkil etməsi müəyyən olunmuşdur. Faktiki olaraq istintaq dövründə müvəkkilinə qeyd edilən barmaq izinin plastik stəkanda olduğu bildirilmişdir. Daha sonra isə qapı üzərində olduğu bildirilmişdir. 02 ədəd göstərilməsi sübutları daha mötəbər etmək xarakteri daşıyır. Hesab edir ki, mötəbər sübut deyildir. İstənilən yapışqan material ilə barmaq izinin hər hansı səthin üzərinə köçürülməsi mümkündür. Hansısa səbəbdən baş və digər işlək barmaqlar deyil, ancaq çeçələ barmağın izinin aşkar edilməsi məntiqə sığışmır. Çünki qapının kilidinin qırılması, içəriyə daxil olunması tək çeçələ barmağı ilə mümkün deyildir və əllərin yalın olması halında bütün mənzil və ya ev əl izləri ilə dolu olmalıdır. Təkcə çeçələ barmağın izinin aşkarlanması qeyri-realdır. Məlumdur ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə Polis Şöbəsi tərəfindən saxlanılmışdır. Ona xırda talamağa görə ünvan 8əsi tərəfindən bir ay inzibati həbs verilmişdir. İttiham aktında qeyd edilmişir ki, “İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər olan müddət aralığında özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmuşdur. Halbuki müvəkkili aprelin 30-dan Polis Şöbəsində olmuş daha sonra isə saxlama məntəqəsinə göndərilmişdir. İbtidai istintaq zamanı müstəntiq müvəkkilinə qeyd edilən əməlin 1-5 may aralığında törədildiyini bildirmiş, Təqsirləndirilən şəxs qeyd edilən dövrdə müvəqqəti saxlama məntəqəsində olduğunu bildirmişdir. Daha sonra ittiham aktında göstərilən dövr 28 aprel 01 may aralığına dəyişdirilmişdir. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 13 may 2024-cü il tarixli məktubu ilə hadisənin baş verdiyi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olan plastik qab üzərindən götürülmüş 02 ədəd əl-barmaq izinin Təqsirləndirilən şəxs aid olması bildirilsə də, Təqsirləndirilən şəxs may ayının 7-8-i aralığı evində axtarılmışdır. Hətta polis əməkdaşları tərəfindən ona bənzər digər bir şəxs də polis bölməsinə aparılmış, daha sonra sərbəst buraxılmışdır. Evində axtarılarkən anası tərəfindən Orxana inzibati qaydada həbs verildiyi və müvəqqəti saxlama yerində olduğu bildirilmişdir. Maraqlıdır çeçələ barmağının əl izi ayın 13-də müəyyən edilmişdirsə, bir həftə əvvəl Orxan niyə evində axtarılır, anlaşılmır. Əslində anlaşılır. Oğurluq hadisəsini xitam etmək və kiminsə təqsirli olduğunu göstərmək xatirinə Təqsirləndirilən şəxs hədəf seçilmişdir. İbtidai istintaq zamanı müvəkkili həmin əməli törətmədiyini aşkar sübuta yetirmək üçün onun istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatlarının çıxarılmasını xahiş etmişdir. ünvan 8əsinin 5(010)- 460/2024 saylı, 03 iyun 2024-cü il tarixli qərarı ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi məlumatları ələ keçirilmişdir. Müstəntiqin dəfələrlə Orxanın özü ilə əlaqə saxlaması və onun telefon nömrəsini dəqiq bildiyi halda, hansı halda nömrənin sonunun 46 deyil 45 kimi göstərməsi məlum deyildir. Faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Məhkəmə istintaqı dövründə sözügedən ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları yoxlanılarkən 28 aprel 01 may aralığı tarixlərində bilvasitə adıçəkilən Bakı şəhəri, ünvan 2 ünvanına yaxın yerdə olması müəyyən edilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs bir həftə on gün evdə olmadığını bildirsə də, məhkəmə istintaqı dövründə zərərçəkmişin mobil telefonunun anten dairəsi müəyyən edilmiş və onun 28 aprel 2025-ci il tarixdə belə evdə olduğu müəyyən edilmişdir. Sonuncu göstərici 28 aprel 17:30-a kimi qeydə alınmışdır. Qeyd edilən saat axşam saatlarına düşdüyündən zərərçəkmişin həmin gün evdə olması istisna deyildir. Görünən odur ki, 29 aprel 30 aprel aralığında cinayət törənməsi ehtimalı vardır ki, 29 aprel gündüz saatlarında evə girilməsi də istisnadır. Ən azından qonşular şahid ola bilərdilər. Təqsirləndirilən şəxs 30-u aprel gecə evdə yatdığı yerdə polis əməkdaşları tərəfindən aparıldığı nəzərə alınsa, məlum olur ki 29 apreldən 30 aprelə keçən gecə müvəkkili evində olmuşdur. İş üzrə hər hansı maddi sübut, etiraf edici ifadə, şahid ifadəsi yoxdur. Müvəkkili aşkar şəkildə dəfələrlə özünün anten məlumatlarının yoxlanmasını tələb və xahiş etmişdir, adıçəkilən evə və ümumiyyətlə heç kimin evinə oğurluq məqsədi ilə girmədiyini dəfələrlə vurğulamışdır. Müvəkkilinin himayəsində 14 yaşına çatmamış bir azyaşlı övladı vardır. Məhkəmə qətnaməsi ilə onun himayəsində qalmışdır. Təqsirləndirilən şəxs evin yeganə qazanc gətirənidir. Ondan başqa evdə yaşlı və xəstə anası vardır. Uşaq hazırda onun yanındadır. Bütün bu qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ittiham olunan müvəkkili Təqsirləndirilən şəxs təqsiri sübut olunmadığından barəsində məhkəmənin hökmü ilə bəraət verilməsini xahiş etmişdir. Bakı şəhəri ünvan 8əsinin 04 iyul 2022-ci il tarixli, 2(010)-2653/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Təqsirləndirilən şəxs və cavabdeh X8 arasında 2 saylı Bakı “ASAN xidmət’’ mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 461 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il əvəllüdlü X7 iddiaçı Təqsirləndirilən şəxs yanında qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X12 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X15 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həm də məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 aprel 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Araz” marketdən yağ və “RedBull” energetik içkisi oğurladığı üçün həmin gün Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 8əsinin qərarı ilə 01 ay müddətə inzibati həbs edilmişdir. 28 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər olan vaxt aralığında ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi barədə heç bir məlumatı yoxdur. Ümumiyyətlə, həmin ərazini tanımır və qeyd edilən tarixdə orada həmin ünvanın yaxınlığında belə olmamışdır. Bundan əvvəl oğurluq hadisələri törətsə də, mənzil oğurluğu ilə heç vaxt məşğul olmamışdır. Sadəcə market və mağazalardan ərzaq əşyaları oğurlayaraq özünün və ailəsinin gündəlik ehtiyaclarını ödəmişdir. 30 may 2024-cü il tarixdə, X9 saxlama məntəqəsindən çıxdıqdan sonra, polis əməkdaşları onu tutaraq Suraxanı Rayon Polis İdarəsinə aparmış, onu bu cinayət işini boynuna götürməyə məcbur etmişlər. Bildirmişlər ki, zərərçəkmiş şəxslə danışıb ona dəymiş ziyanı ödəsin, işə xitam veriləcək, lakin oğurluq əməlini törətmədiyi üçün razılaşmamışdır. Həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmiş, bu mobil telefon nömrəsi ilə ibtidai istintaqı aparan Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mətin İsmayılovla da bir neçə dəfə əlaqə saxlamışdır. ünvan 8əsinin 03 iyun 2024-cü il tarixli, 5(010)-460/2024 saylı qərarı ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi məlumatları ələ keçirilmiş, lakin ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. Heç vaxt mənzil oğurluğu ilə məşğul olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və təqsirləndirilən şəxslə müdafiəçisinin gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər olan vaxt aralığında ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi barədə heç bir məlumatı olmaması, ümumiyyətlə, həmin ərazini tanımaması, qeyd edilən tarixdə orada həmin ünvanın yaxınlığında belə olmaması və ibtidai istintaq dövründə müstəntiq tərəfindən ***-***-**-** saylı mobil telefon nömrəsi istifadəsində olsa da başqa mobil nömrənin anten dairələrinin götürülməsi xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin istifadəsində olan sözügedən mobil nömrənin anten dairələrinin götürülməsi ilə bağlı vəsatət təmin edilərək məhkəmə qərarı qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı mobil operatordan məhkəməyə təqdim edilmiş diskə baxış keçirilən zaman oğurluğun baş verdiyi 28 aprel 2024-01 may 2024-cü il tarixlərdə təqsirləndirilən şəxsin məhz Suraxanı rayonu ərazisində olması müəyyən edilmişdir. Bundan başqa, zərərçəkmiş şəxs 28 aprel 2024-cü il tarixdə axşam saatlarında evdən çıxmasını, 01 may 2024-cü il tarixdə isə evə qayıdan zaman evindən oğurluq olmasını aşkar etdiyini bildirmiş, bununla bağlı məhkəmə tərəfindən təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi vəsatət təmin edilərək Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 25 aprel 2024-cü il tarixdə, saat 09:00-dan 02 may 2024-cü il tarixdə, saat 09:00-dək olan anten əhatə dairəsi məlumatlarının ələ keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar mobil operatordan məhkəməyə təqdim edilmiş diskə baxış zamanı onun 27 aprel 2024-cü il tarixdə, saat 21:06 və 22:02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Sabunçu TKQ, Əmircan qəsəbəsi 452/458/Surakhany/ ünvanında, 28 aprel 2024-cü il tarixdə, saat 17:34 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Sabunçu TKQ, Əmircan qəsəbəsi 452/458/Surakhany/ ünvanında, 28 aprel 2024-cü il tarixdə saat 19:57-də Binəqədi rayonu ərazisində, 29 aprel 2024-cü il tarixdə, saat 20:02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21 E/Binagadi/ ünvanında, həmin tarixdə, saat 11:50 radələrində Huseynbala Aliyev 82 str//Binagadi/ ünvanında, 30 aprel 2025-ci il tarixdə, saat 01:11, 01:12 və 01:13 radələrində Huseynbala Aliyev 82 str/ünvan 13 ünvanında, həmin tarixdə, saat 01:55 radələrində ünvan 14 ünvanında, 01 may 2025-ci il tarixdə, saat 04:51 və 05:02 radələrində /Bakı şəhəri, Suraxanı rayonu, Sabunçu TKQ, Əmircan qəsəbəsi 452/458/Surakhany ünvanında olması müəyyən edilmişdir. Bu isə zərərçəkmiş şəxsin həqiqətən də 28 aprel 2024-cü il tarix, axşam saatlarında evdən çıxmasını, 01 may 2024-cü il tarixdə isə yenidən Suraxanı rayonu ərazisinə qayıtmasını təsdiq edir. Bundan əlavə, ünvan 8əsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin X9 Saxlanılma Mərkəzi tərəfindən göndərilmiş 05 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri ünvan 8əsinin 3(010)-2132/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs tənbeh növü tətbiq edilərək DİN-ə bilavasitə tabe olan X9 Saxlanılma Mərkəzində saxlanılan Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə Mərkəzə gətirilmişdir. Bu isə Təqsirləndirilən şəxs oğurluq zamanı barəsində inzibati tənbeh tətbiq edildiyi üçün həmin oğurluğun ona aidiyyəti olmamasını istisna edir. Çünki oğurluğun baş verdiyi tarixdə, yəni onun 28 aprel 2024-30 aprel 2024-cü il tarixi aralığında Təqsirləndirilən şəxs sərbəst azadlıqda olmuş, ifadəsində hadisə baş verən vaxt hadisə baş verən ünvanın ümumiyyətlə yaxınlığında belə olmamasını qeyd etsə də, anten dairələrinə baxış zamanı onun məhz Suraxanı rayonu ərazisində olması öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, oğurluq baş verən ünvanda ibtidai istintaq zamanı barmaq izləri götürülmüş, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 avqust 2024-cü il tarixli ekspert rəyinin nəticəvi hissəsindən də görünür ki, 01 may 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd yapışqanlı lent kəsikləri üzərlərində olan 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olmuş, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izi xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının (02 dəfə) əksi ilə eynilik təşkil etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər də dəfələrlə Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə ittihamedici hökmlər çıxarılmış və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Bundan əlavə, xırda talama ilə bağlı barəsində dəfələrlə inzibati tənbeh tədbirləri tətbiq edilmiş, özü də ifadəsində oğurluq əməli ilə dolanışıq üçün mütəmadi məşğul olduğunu bildirmişdir. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən ünvan 8əsinin müvafiq olaraq 27 yanvar 2025 və 03 mart 2025-ci il tarixli qərarlarının icrası ilə bağlı təqdim edilmiş 02 ədəd CD diskə məhkəmə iclasları zamanı baxış keçirilmiş, iş üzrə təqsirləndirilən şəxsin oğurluq hadisəsi baş verən vaxt cinayətin törədildiyi yer, yəni Suraxanı rayonu ərazisində olmasını, zərərçəkmiş şəxsin isə özünün də bildirdiyi kimi, hadisə baş verən zaman aralığında qeyd etdiyi tarixdə evdən çıxması, oğurluq olan vaxt başqa ərazidə olması və 01 may 2025-ci il tarixdə yenidən evinə qayıtmasını təsdiq etdiyindən həmin anten məlumatlarını əks etdirən 02 ədəd disk məhkəmə tərəfindən maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X12 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə edilməmiş, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Odur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(008)-404/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək əvvəli 27 iyul 2022-cu il tarixdən hesablanmaqla, qəti olaraq 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 27 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan ələvə, Bakı şəhəri ünvan 8əsinin 17 dekabr 2024-cü il tarixli, 1(010)- 353/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 may 2025-ci il tarixli, 1(103)-559/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin ayrı-ayrılıqda vermiş olduğu apellyasiya şikayətləri qismən təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti də qismən təmin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri ünvan 8əsinin 1(010)-353/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il azadlıqdan məhrumetmə cəzasının müddəti 09 (doqquz) aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(008)-404/2022 saylı hökmü ilə ona qəti olaraq təyin 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 27 fevral 2023-cü il tarixdən 02 il müddət keçməmiş 2024-cü ilin may ayında yenidən qəsdən cinayət törətmiş, buna görə də, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayəthüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətə meyilli şəxs olmuş, hazırki vaxtadək CM-nin 177-ci maddəsi ilə bir neçə dəfə həmçinin CM-in 234.1-ci maddəsi ilə də məkumluğunun olması, xırda talama ilə bağlı bir neçə dəfə barəsində inzibati tənbeh tətbiq edilməsi, hazırki iş üzrə özünü təqsirli bilməməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını çəkib islah olunmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. X12 16-cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)-559/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ünvan 8əsinin 17 dekabr 2024-cü il tarixli hökmü üzrə şübhəli şəxs qismində tutulduğu müddət və hazırki hökm üzrə şübhəli şəxs qismində tutulduğu müddət cəmi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, mobil operatorlardan daxil olmuş 02 ədəd disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarına əlavə edilməli, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. Digər məhkəmə iclasları zamanı isə işə onun müqavilə üzrə müdafiəçisi qouşulmuş və onun hüquqlarını müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, dövlət hesabına təyin edilmiş müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)-559/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ünvan 8əsinin 17 dekabr 2024-cü il tarixli hökmü üzrə 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, hazırki hökm üzrə 30 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, cəmi 03 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 08 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Mobil operatorlardan daxil olmuş 02 ədəd disk maddi sübut qismində tanınsın və cinayət işi materiallarına əlavə edilsin. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Dövlət hesabına təyin edilmiş Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində ünvan 8əsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-112/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-112/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver