Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-113/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Xüsusi ittihamçı X1 və onun müdafiəçisi–vəkil X15, Təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları, 10.12.1989-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 “Xatuna Baxşalieva” kimi qeydiyyatdan keçdiyi “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi paylaşmasında həmin sosial şəbəkədə xüsusi ittihamçı X2 "şərəfsiz” adlandıraraq, “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X1 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla, onu təhqir etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xüsusi ittihamçı X12 onun rəfiqəsinin tanışı olmuş, sonunjunun vasitəsilə o, xüsusi ittihamçını tanımışdır. Bir dəfə qonaqlıq zamanı xüsusi ittihamçının söylədiyi ifadələrə görə o, sonunjuya öz iradını bildirmiş, bundan sonra onlar arasında narazılıq yaranmış və münasibətləri korlanmışdır. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən “Facebook” sosial şəbəkəsində mövcud olan “Xatuna Baxşalieva” profili həqiqətən də ona məxsusdur, o, özünə məxsus olan bu profildən istifadə etmişdir, lakin onun bu paylaşımlarında xüsusi ittihamçıya münasibətdə heç bir böhtan və təhqir elementləri yoxdur. “Xatuna Baxşalieva” profilində o, xüsusi ittihamçıya deyil, digər şəxsə ünvanlanaraq, «bu şərəfsizi tanıyanlardan xahiş edirəm, mənimlə əlaqə saxlasın. ********** nömrəsi bağlıdır, qorxusundan qaçıb» yazmışdır. Bu profildə o, xüsusi ittihamçını nəzərdə tutmadışdır, göründüyü kimi, o, mürajiət edərkən, «bu» şəkilçisindən istifadə etmişdir, konkret olaraq X12 yazmamışdır. Xüsusi ittiham qaydasında olan iş materiallarında əlavə olunmuş “Xatun Xatun” profilli digər paylaşımlar, o cümlədən qeyd edilən “Facebook” profili isə ümumiyyətlə ona məxsus deyildir. Ola bilər ki, qeyd edilən profil xüsusi ittiham qaydasında şikayət verən şəxs X12 tərəfindən ona böhtan atmaq və xüsusi ittiham qaydasında şikayət materiallarına əlavə etmək üçün qərəzli olaraq yaradılmışdır. O, “Xatun Xatun” profillinin ona məxsus olub-olmamasına dair ekspert tədqiqatı keçirilərkən, şəxsi yazışmalarının gizliliyinin qorunması məqsədilə ekspertə öz loqin və parolunu təqdim etməmişdir. X14 ifadəsində onu da göstərmişdir ki, indiyə qədər xüsusi ittihamçı X12 barəsində sosial şəbəkələrin heç birində təhqir və böhtan xarakterli məlumat yaymamışdır, əksinə olaraq, sonunju onun barəsində sosial şəbəkələrdə təhqir və böhtan xarakterli ifadələr yazmışdır ki, bunun nətijəsi olaraq o, da, öz növbəsində, xüsusi ittiham qaydasında məhkəməyə mürajiət edəjəkdir. Qeyd edilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X12 şikayətini onunla əsaslandırmışdır ki, Xatunə Baxşəliyevanı təqribən 4 ildir ki tanıyır. İlk vaxtlar münasibətləri normal olmuşdur. 2019-ci ilin dekabr ayından münasibətləri pozulmuş və həmin vaxtdan ünsiyyətləri olmamışdır. Xatun və bacısı Roza 2019-cu ilin dekabr ayında Cəlilabada gəlmişlər. Xatunə ona demişdir 17 dekabrda bacısı Rozanın ad günü üçün onlara 5000 manat pul versin. O, belə bir tələbi gözləməmiş və təbii ki, onun xahişini yerinə yetirməmiş, bundan sonra münasibətləri pozulmuş, Xatun tərəfindən ona qarşı böhtan və təhqirlər başlamışdır. Xatunun ondan pul istəməsinə səbəb onlara xaricə mal göndərmək üçün sertifikat verməkdən imtina etməyi səbəb olmuşdur. Bundan sonra Xatunə Baxşəliyeva istəyinə nail olmaq üçün bütün vasitələrdən istifadə etmişdir. Xatunə Baxşəliyeva ona görüşərək, bununla bağlı söhbət etməyi təklif etmiş, lakin o, bu təkliflə razılaşmamış, ona şər atılması ehtimalını nəzərdə tutmuşdur. Onun görüşməkdən imtina edilməsi Xatunə Baxşəliyeva tərəfindən kəskin etirazla qarşılanmış, bundan sonra ona qarşı hiddət, nifrət, təhqir və böhtan geniş vüsət almış, ailəilə üzvləri də təhqir olunmuşlar. Məqsəd isə onu qorxudub, istədiklərini almaq olmuşdur. Xatunə Baxşəliyeva özünə məxsus «Xatuna Baxşalieva” və “Xatun Xatun” profillərində dəfələrlə onu təhqir etmiş və ona böhtan atmışdır. Eyni zamanda “Xatun xatun” profilində onun şəkillərini paylaşaraq, onu qadın görüntüsündə yayımlamşdır. Xatunə Baxşəliyeva “Facebook”dakı “Xatun xatun” profilində “peysər”, «dəyyus», «qurumsaq», «eşşək» və digər söyüşlərlə təhqir etmiş, eyni zamanda onu “falçı”, “cadugər” adlandıraraq, ona böhtan atmışdır. 26.03.2020-ciildə saat12:30-da “Facebook”dakı “Xatun xatun” profilində yayımladığı məlumatda “yalançı” adlandıraraq, ona böhtan atmışdır. 02.04.2020-ci ildə saat ll:03-də “Facebook”dakı “Xatun xatun” profilində yayımladığı məlumatda onu qeyrətsiz, harın, harama əl uzadan, gözü ilə görən adlandıraraq, təhqir etmişdir. 06.04.2020- ci ildə saat ll:46-da “Facebook”dakı “Xatun xatun” profilində yayımladığı məlumatda oğraş, qurumsaq, dırnaqarası dindar, dırnaqarası seyid, şəxsiyyətsiz ifadələri ilə onu təhqir etmişdir. 28.04.2020-ci ildə saat 18:31-də yayımladığı məlumatda onu ilin peysəri adlandırmış və bu münasibətlə təbrik etmişdir. Sultanov familiyasını peysər çıxardığını bildirərək, Həsənova familiyasına keçdiyinə görə onu təbrik etmiş və ona Dəyanət xanım deyə müraciət etmişdir. Şəkilini paylaşdığı yazıda jəlilabadlılara səslənərək, 4 aydır ki, onu arvadının tumanının altına girən peysər adlandıraraq, yayımladığı təhqirlərin arxasında olduğunu bəyan etmişdir. 21.04.2020-ci ildə saat 16:14-də “Facebook”dakı “Xatun xatun” profilində yayımladığı məlumatda onu yenə də təhqir etmişdir. 11.07.2020-ci ildə saat 10:25-də “Facebook”dakı “Xatun xatun” profilində yayımladığı məlumatda onu təhqir etmişdir. Səhifə 4 -də yayımladığı məlumat təhqirlərin təhqiridir. Bütün ailə üzvülərini küçə söyüşləri ilə söyərək təhqir edir. Səhifə 6 ilə işarələnmiş yazıda yaydığı təhqirlərin arxasında olduğunu bildirir. Səhifə 9-da yayımladığı paylaşımda onu oğraş, səhifə 10-da dəyyus, səhifə 11-də qurumsaq, səhifə 13-də eşşək, nakişi, səhifə 14-də kişi fahişəsi, səhifə 19-da şərəfsiz adlandırır. Səhifə 19-dakı paylaşımda Whatsapda onunla ********** saylı nömrə ilə əlaqə saxlamağı məsləhət görür. Yəni paylaşımların məhz özü tərəfindən edildiyini bəyan edir. Paylaşımların məhz Xatunə, yəni X13 tərəfindən edilməsi izahatlarını ərizəyə əlavə etdiyi X26, X16 izahatları ilə təsdiq olunur. X17 izahatında 2019- cu ilin dekabr ayında Mirdəyanətin xahişi ilə Bakıya apardığı qadınların Mirdəyanətdən 5000 manat alsalar, yaxşı olar ifadəsini işlədərək, öz aralarında söhbət etdiklərini göstərmişdir. 21.03.2020-ci ildə saat 02:22-də “Facebook”dakı “Xatun xatun” profilində yayımladığı məlumatda qurd yağı satmaqla və cadugarlıqla ittiham edərək, ona böhtan atmışdır. Yuxarıda göstərilən təhqirlərdən əlavə bir neçə paylaşımlarda ona böhtan atmışdır. Belə ki, səhifə 7-dəki paylaşımda fırıldaqçı, yalançı, səhifə 12-dəki paylaşımda qurd yağı satan, səhifə 15-dəki paylaşım da cadularla alver edən, səhifə 17-dəki paylaşımda cadu-piti işi ilə məşğul olan adlandıraraq, böhtan atmışır. Yuxarıda göstərilən məlumatların X13 tərəfindən yayımlanması Cəlilabad rayon Polis Şöbəsinin təhqiqatşısı polis kapitanı Rəhman Əliyev ilə telefon danışığında da etiraf olunur. Məsələyə münasibət bildirən Xatunə Baxşəliyeva bildirir ki, yaxşı edir, onun daşımı daş üstə, quşumu ağac üstə, başını boğaz üstə qoymayacaq. Xatunə Baxşəliyeva israrla bildirir ki, şərəf və ləyaqətin alçaldılması məhkəməyə aiddir və təhqiqatçının ona zəng etməsinə etirazını bildirir. Səhifə 16-da 13.03.2020-ci ildə yaydığı məlumatda Sultanov Mirdəyanət haqqında status paylaşdığını etiraf edir. Səhifə 10-da Mahir Sultanova yazdığı cavabda göstərir ki, hansısa dəyyusa görə Bakıdan durub Cəlilabada gələn deyil. Şikayətinə əlavə etdiyi məlumatlardan görünür ki, çox sayda insanlar təhqir və böhtan dolu məlumatlarla tanış olmuşlar və onun haqqında onlarda mənfi fikirlər formalaşmışdır. Səhifə 2-dəki paylaşımdan görünür ki, Rüfət Ummayev adlı şəxs sirsifətindən mənfi insan olduğu qənaətinə gəlmişdir. Zaur Məmmədov adlı “Facebook” istifadəçisi isə onun “döyülməli alcaq” adlandırmışdır. Səhifə 20-də Roza Baxışoviçin paylaşımından görünür ki, o, da haqqında yayılan təhqir və böhtanlar nəticəsin də onun şərəfsiz və şəxsiyyətsiz adlandırmışdır. Yuxarıda göstərilənlər “Facebook” sosial şəbəkəsində yayımlanaraq geniş oxucu kütləsinə çatdırılmışdır. Yayımlanan məlumatlarla şərəf və ləyaqəti təhqir olunaraq, alçaldılmışdır. Eyni zamanda, ona atılan böhtanlar da şərəf və ləyaqətini ləkələyərək, onu nüfuzdan salmışdır. Xatunə Baxşəliyeva göstərir ki, özünə məxsus “Xatuna Baxşalieva” profilində o, xüsusi ittihamçıya deyil, digər şəxsə mürajiət edərək, «bu şərəfsizi tanıyanlardan xahiş edirəm, mənimlə əlaqə saxlasın. ********** nömrəsi bağlıdır, qorxusundan qaçıb» yazmış, bu profildə o, xüsusi ittihamçını nəzərdə tutmadışdır, o, mürajiət edərkən «bu» şəkilçisindən istifadə etmişdir, X12 yazmamışdır. X22 bu profilində ona məxsus ********** nömrəsini qeyd etmişdir ki, bu da ona dəlalət edir ki, bu təhqir ona ünvanlanmışdır. Hesab edir ki, X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinijn 147.1 və 148-ci maddələrinin tərkibi vardır və o həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmalıdır. Baş verənlər nəticəsində ona dəyən mənəvi ziyanı 50000 manat (əlli min) miqdarında dəyərləndirir. Haqqında kütləvi şəıkildə yayımlanan təhqir və böhtanlar nəticəsində nüfuzuna ciddi ziyan dəymiş və nəticədə mənəvi sarsıntılar keçirmişdir. Göstərilənləri nəzərə alaraq, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edib, barəsində ittiham hökmü çıxarılması və mənəvi ziyan tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ilk olaraq onu qeyd etmək istəyir ki, xüsusi ittihamçı tərəfindən “Facebook” sosial şəbəkəsində mövcud olan “Xatun xatun” profilinin təqsirləndirilən şəxsə məxsus olmasına dair hər hansı bir sübüt məhkəməyə təqdim olunmamışdır. Jinayət prosessual qanunverijiliyinin tələblərinə əsasən isə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. İttihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmədə tədqiq olunmuş, məhkəmə dövründə keçirilmiş məhkəmə-linqvistik ekspertizasının 07 may 2021-ci il tarixli 4/417-5/361 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işi materiallarının 60-cı vərəqinə əlavə olunmuş “Facebook” sosial şəbəkəsindəki “Xatuna Baxşalieva” adlı profildən paylaşılan statusda istifadə edilən “şərəfsiz” ifadəsi X8 qarşı təhqir xarakterli ifadədir. Məhkəmə təqsirləndirilən şəxs X13 tərəfindən “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında özünün “Xatuna Baxşalieva” profili vasitəsilə xüsusi ittihamçı X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxs X7 məhkəməyə təqdim edilmiş “Facebook” sosial şəbəkəsindəki özünə məxsus “Xatuna Baxşalieva” profilində xüsusi ittihamçıya deyil, digər şəxsə ünvanlayaraq, «bu şərəfsizi tanıyanlardan xahiş edirəm, mənimlə əlaqə saxlasın. ********** nömrəsi bağlıdır, qorxusundan qaçıb» paylaşımında xüsusi ittihamçını nəzərdə tutmadığını, mürajiət edərkən, «bu» şəkilçisindən istifadə etdiyini, X12 yazmadığını göstərsə də, məhkəmə onun bu izahatını özünümüdafiə kimi qiymətləndirib rədd edir. Belə ki, tərəflərin izahatlarından aydın olur ki, tərəflər arasındakı münasibətlərdə gərginlik vardır, bir-birilərinə qarşı sosial şəbəkədə müxtəlif məzmunlu paylaşmalar etmişlər. Həmçinin, iş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, ********** mobil nömrəsi xüsusi ittihamçıya məxsusdur. Bu mənada təqdim edilmiş paylaşımın məhz xüsusi ittihamçıya ünvanlandığı tam sübuta yetirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyriqanuni qəsddən müdafiə hüququna zəmanət verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsində və İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışlar. “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarındakı mövqeyinə görə CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Hüquqi nöqteyi-nəzərdən şərəf şəxsiyyətin sosial əhəmiyyət kəsb edən ictimai qiyməti deməkdir. Başqa sözlə desək, şərəf şəxsiyyətin cəmiyyət tərəfindən qiymətləndirilməsi, yəni ətrafdakıların konkret şəxsiyyət barədə müsbət rəyi deməkdir. Ləyaqət şəxsiyyətin öz əxlaqi, peşə və digər keyfiyyətlərinə özünün qiymət verməsidir. Ləyaqət cəmiyyətin ona verdiyi qiymətə əsaslanan özünə hörmət deməkdir. Yuxarıda deyilənlər əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs X7 X9 “şərəfsiz” nalayiq sözü ilə adlandırması X8 qarşı təhqirdir və bu paylaşmalar kütləvi informasiya vasitəsində yayıldığından, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin təsiri altına düşür. Xüsusi ittiham qaydasında şikayətin X13 tərəfindən yalan olduğunu bilə-bilə “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında xüsusi ittihamçı X8 böhtan atma cinayətinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin həmin dəlilləri məhkəmə araşdırması zamanı tədqiq olunmuş, lakin öz təsdiqini tapmamışdır. Belə ki, X7 “Xatuna Baxşalieva” kimi qeydiyyatdan keçdiyi “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi iş materiallarında olan paylaşmalarında Mirdəyanət Sultanova böhtan atması kimi məlumatlar yoxdur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən isə ittiham hökmü ehtimallara əsaslana bilməz. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunanları rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Bu isə Azərbaycan Respublikası CM-nin 39.2 (cinayət təqibini istisna edən hallardan biri) və 42-ci maddələrində bəraətin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən isə, Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarır. Qeyd olunan Məcəllənin 41.5-ci maddəsinə əsasən, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Odur ki, X7 xüsusi ittihamçı X4 qarşı törətmiş olduğu cinayətdə yalnız Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi mövcud olduğundan, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 CM-nin 148-ci maddəsi ilə təqsirli bilinməli, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə irəli sürülmüş xüsusi ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmədə sübuta yetmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X11 istinad edilən (Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi) cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X7 təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs X7 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X5 ilk dəfə olaraq jinayət əməlini törətməsini, qadın olmasını cəzasını yüngülləşdirən hallar kimi, həmçinin, jəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X7 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Məhkəmə, xüsusi ittihamçının ona dəymiş 50.000 manat məbləğində mənəvi zərərin təqsirləndirilən şəxsdən tutulmasına dair tələbinə hüquqi qiymət verərək hesab edir, tələb bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə aşağıdakılara əsasın bu nətijəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarındakı mövqeyinə görə xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə, məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fıziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia, vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı təmin edə və ya onu rədd edə bilər. İddia üzrə qərar hökmə üzvi surətdə daxil olur və hökmün müttəhimin təqsirliliyi məsələsi üzrə məhkəmənin qərarı ilə ayrılmaz surətdə bağlı zəruri elementinə çevrilir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə müttəhimə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, müttəhimin isə təqsirli olduğu qənaətinə gəldikdə o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:
1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;
2. bu zərər nəticə etibarilə ödəniləndirmi;
3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;
4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı təmin edir; b) onu rədd edir; c) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. Jinayət prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslarının sübuta yetirilməsindən asılı olaraq, ittiham hökmü çıxarılarkən həm iddianın təmin edilməsi, həm də rədd edilməsi mümkündür. İddianın əsasını qeyd etməklə yanaşı prosessual qanunvericilik, həmçinin iddianın məbləğinin iddianın təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmə qərarına təsir edə biləcəyini xatırladır. İddianın əsası sübuta yetirilmədikdə, onun qismən də olsa təmin edilməsi mümkün deyil. Bu halda iddia tamamilə rədd edilməlidir. Lakin iddianın əsasını təşkil edən faktlar müəyyən edilərsə, iddianın məbləği artırılmış olduğu mülahizəsi ilə onu rədd etmək olmaz. Belə olan halda iddia ən azı qismən təmin edilməlidir. Bu halda iddianın tam təmin edilməsi üçün əsasın olmadığına görə deyil, onun məbləği təsdiq olunmadığına görə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə xüsusi ittihamçı tərəfindən təqsirləndirilən şəxsin jinayət əməli nətijəsində ona vurulmuş mənəvi zərərin məhz 50.000 manat miqdarında olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən (JPM-nin 179.2-ji maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, MPM-nin 77.1-ji maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir), xüsusi ittihamçının bu tələbi qismən təmin edilməli, təqsirləndirilən şəxs tərəfindən vurulmuş mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq xüsusi ittihamçıya verilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə linqvistik ekspertizasının ümumi dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,
HÖKM ETDİ:
X13 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X11 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə bəraət verilsin. Xüsusi ittihamçı X3 сinayət əməli nətiсəsində ona vurulmuş mənəvi zərərin ödənilməsinə dair tələbi qismən təmin edilərək, 300 (üç yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X6 tutularaq xüsusi ittihamçı X8 verilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat təqsirləndirilən şəxs X6 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Anar İbrahimov