Məhkəmə qərarları › İş №1(010)-113/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-113/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-113/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə mqətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə, 3-cü döngədə yerləşən nömrəsiz evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan dəyəri 500 manat olan 01 ədəd «LC» markalı qara rəngli televizoru, dəyəri 500 manat olan 01 ədəd albalı rəngli, “Samsung” markalı, “GT-95100” model, 16 GB daxili yaddaşlı, istifadədə olmuş, 80 manat dəyərində 01 ədəd planşeti, dəyəri 180 manat olan 01 cüt qızıl sırğanı, dəyəri 3.200 manat olan 01 ədəd boyunbağını, dəyəri 700 manat olan 01 ədəd Boss markalı preparatını və dəyəri 300 manat olan 01 ədəd uşaq üçün nəzərdə tutulmuş tərcümə planşetini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 4.960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 aprel 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində tanışı Kənanla Əhmədli qəsəbəsində görüşmüşlər və əmisi oğlu Zaurla görüşmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 3-cü döngəyə gəlmişlər. Zaurun Kənana borcu olduğu üçün onlar Zaurla görüşməli olmuşlar və bu barədə söhbət etməli olmuşlar. Lakin Zaur həmin yerə gec gəldiyindən o və Kənan qərara gəlmişlər ki, həmin küçədə yerləşən evdən oğurluq etsinlər. Ona görə də, orada olan bir mərtəbəli evin həyətinə gəlmişlər, ev hasarla əhatə olunmamışdır. Onlar həyətdə olduğu zaman həmin evin plastik pəncərəsinin aşağı hissəsinin bağlanmamış halda olduğunu görmüşlər. Həmin vaxt Kənan pəncərəni itələmiş və pəncərə açıldıqdan sonra ikisi də mənzilə daxil olmuşlar. Həmin mənzildə olan bir ədəd “Samsung” markalı qara rəngli televizoru, bir ədəd albalı rəngli planşeti və bir ədəd preparatoru götürüb mənzilə girdikləri pəncərədən çıxmışlar və 2-3 ev kənarda gözləmişlər. Həmin vaxt Kənan taksi sifariş vermiş və taksini ora gətirmək üçün yola çıxmışdır. Bu vaxt o, ev sahibinin maşınla evin qarşısında dayandığını görüb qaçaraq oradan uzaqlaşmaq istədikdə Kənan taksidən onu çağırmış və o da taksiyə minib oradan Əhmədli qəsəbəsinə getmişlər. O və Kənan gecəni Əhmədli qəsəbəsində yerləşən yataqxananın zirzəmisində qalmışlar və ertəsi günü, yəni 10 aprel 2022-ci il tarixdə saat təxminən 12:00 radələrində Əhmədli qəsəbəsində yerləşən “Pünhan Telekom” mağazasına getmişlər. Orada onlar planşeti 12 matana satmışlar və həmin pula orada yemək yemişlər. Daha sonra isə Kənan Zaurla əlaqə saxlamış və Zaur onlarla görüşə gələcəyini demişdir. O, isə oradan çıxıb yenidən həmin zirzəmiyə qayıtmışdır. Bir neçə dəqiqədən sonra isə polis əməkdaşları həmin yerə gəlmişlər və onu 31-ci Polis Bölməsinə aparmışlar. Orada onu sorğu-sual edərkən o, Kənanla birlikdə oğurluq etdiklərini etiraf etmişdir. Həmin vaxt o, Kənan və yanlarında bir qız olmuşdur. Həmin qızın adı Alla olmuşdur. Alla onun tanışı olsa da həmin gün onlar planşeti satmaq üçün gedərkən yolda onunla rastlaşmışlar. Onun planşetin oğurluq olmasından məlumatı olmamışdır. Bu oğurluq əməlini tanışı Kənanla birlikdə törətmişlər. Həmin vaxt Kənan ona birlikdə oğurluq edib ehtiyaclarını ödəməyi təklif etmiş, o da razılaşmış və birlikdə oğurluq etmişlər. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 07 aprel 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində yaşadığı evdən ailəsi ilə birlikdə çıxıb Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən evinə getmişlər. Daha sonra həmin gün saat təxminən 22:00 radələrində həmin evdən çıxaraq həyətdə tikinti işləri getdiyi üçün və ev sahibsiz olduğundan evin təlükəsiziliyini təmin etmək məqsədi ilə Ramana qəsəbəsində yerləşən evinə qayıtmışdır. O, özü ilə gətirdiyi yeməyi soyducuya qoyduqdan sonra Şuşa şəhərciyinə əmisi oğlu Mehmana baş çəkmək üçün getmişdir. Daha sonra isə saat 00:02-də evinə qayıtmışdır. Evə girmək istədikdə evin qabaq pəncərəsinin açıq vəziyyətdə olduğunu və həmin pəncərədə ayaq izlərinin olduğunu görmüşdür. Bundan sonra şübhələnib evin qapısını açarla açıb içəri daxil olmuş və evə nəzər yetirdikdə evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Otaqlara baxdıqda qonaq otağında olan 01 ədəd dəyəri 500 manat olan «LC» markalı qara rəngli televizorun, bir ədəd 500 manat dəyərində qırmızı rəngli planşetin, dəyəri 180 manat olan 01 cüt qızıl sırğanın və bir ədəd dəyəri 3.200 manat olan özünə məxsus boyunbağının, bir ədəd Boss markalı 700 manat dəyərində olan preparatının və bir ədəd uşaq üçün dəyəri 300 manat olan tərcümə planşetinin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş və həyətdən küçəyə çıxdıqda məhlədə insanların çoxluğunu görüb onlara tərəf 30- 40 metr məsafə getdikdə ona məxsus televizorun və preparatın yolun kənarında olduğunu görmüşdür. Bundan sonra həmin əşyaları evə gətirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla bağlı Suraxanı Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərarı ilə Şahid məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmış və qərarın icrası Suraxanı Rayon Polis İdarəsinə həvalə edilmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin məhkəməyə ünvanlandığı məktubunda qeyd edilir ki, Şahid məhkəməyə gətirilməsi ilə bağlı görülən işlərə baxmayaraq məhkəməyə gətirilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, təxminən 9 ilə yaxındır ki, telefon alış-satışı ilə məşğul olur. Hazırda ünvan 4 ünvanında icarəyə götürdüyü “Pünhan Telekom”-da telefon və telefon aksesuarlarının alışsatışı ilə məşğul olaraq dolanır. 09 aprel 2022-ci il tarixdə üç nəfər şəxs işlətdiyi mağazaya gələrək bir ədəd “Samsung P-5100” markalı mobil cihazı, yəni planşeti satmaq istədiklərini demişlər. O, həmin planşetin kimə məxsus olduğunu soruşmuş, həmin şəxslərdən biri özünü Kənan adı ilə tanış edərək özünə məxsus olduğunu bildirmişdir şəxsiyyəti təsdiq edən sənəd soruşduqda olmadığını bildirmişlər. Bundan sonra həmin şəxs pulu olmadığını və Xırdalana getmək üçün onlara 12 manat pul verməyini istəmişlər. Onun da yazığı gəldiyi üçün həmin planşeti yoxlamış, 12 manat pulu həmin şəxsə vermiş və planşeti almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin planşet oğurluq yolu ilə əldə olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini və digər iş materiallarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-217/2022 nömrəli iş üzrə 12 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 11 aprel 2022-ci ildən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-410/2022 nömrəli iş üzrə 08 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2022-ci il tarixli 9/6090 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd albalı rəngli, “Samsung” markalı, “GT-95100” model, 16 GB daxili yaddaşlı mobil planşetin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən olunur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.4, 186.1. və 180-cı maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2008-ci il təvəllüdlü X2 və 15 iyul 2010-cu il təvəllüdlü X1 adlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci ildən 08 iyul 2022-ci ilədək həbsdə saxlanıldığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd albalı rəngli, “Samsung” markalı “GT-95100” model, 16 GB daxili yaddaşlı mobil planşet Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 aprel 2022-ci ildən 08 iyul 2022-ci ilədək həbsdə saxlanıldığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd albalı rəngli, “Samsung” markalı “GT- 95100” model, 16 GB daxili yaddaşlı mobil planşet Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar