Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-114/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 15 mart 2023-cü il tarixdə, saat 10:15-də, Bakı şəhərində xx xxxxxx 1983-cü ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2l tarixli qərarı ilə barəsində əvvəli 28 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-505/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28 oktyabr 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-618/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 12 noyabr 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-480/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinin əmlakını vahid niyyətlə gizli olaraq talama məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2022ci il tarixdə saat 15:00 radələrində və 06 aprel 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə darvazadan qanunsuz daxil olaraq, saxlanc yeri hesab edilən evin həyətindən 350 manat dəyərində 1 ədəd “Espa” markalı su nasosunu, 120 manat dəyərində 50 metr uzunluğundan aluminium naqilləri, 250 manat dəyərində “Ariston” markalı su qızdırıcını, hər biri 40 manat olmaqla cəmi 240 manat dəyərində olan 6 ədəd mis su krantlarını, 100 manat dəyərində 20-30 metr uzunluğunda mis naqili, 120 manat dəyərində 40 metr uzunluğunda aluminium plintusları, evin içərisindən isə 20 manat dəyərində 1 ədəd süfrə, 50 manat dəyərində 1 ədəd kofeçəkən aparat, 40 manat dəyərində 1 ədəd buxar ütüsü, 30 manat dəyərində 1 ədəd işıq projektoru, 3 manat 1 ədəd dəyərində mətbəxt bıçağı, 5 manat dəyərində 1 ədəd uzadıcı, 150 manat dəyərində 1 ədəd qadın uzunboğaz çəkməsi, 200 manat dəyərində 1 ədəd “Kodak” markalı fotoaparat, 600 manat dəyərində 1 ədəd noutbuk, 50 manat dəyərində 1 ədəd suvenir təyyarə, 50 manat dəyərində 1 ədəd taxtadan hazırlanmış nərd, 30 manat dəyərində 1 komplekt divan örtüyü, 250 manat dəyərində 1 ədəd dəri kişi gödəkçəsi (kürk), 150 manat dəyərində 1 ədəd qara rəngli dəri gödəkçə, 25 manat dəyərində 1 ədəd idman paltarı dəsti, 100 manat dəyərində 1 ədəd “Panasonic” markalı fotokamera, 50 manat dəyərində 1 ədəd “Sony” markalı DVD aparatı, 50 manat dəyərində 1 ədəd “Kanon” markalı fotoaparat, 50 manat dəy tərində 1 ədəd fotoaparat, 40 manat dəyərində 1 ədəd “Tefal” markalı ütü, 25 manat dəyərində 1 ədəd gecə lampası, 50 manat dəyərində 1 ədəd çay serviz dəsti, hər biri 20 manat olmaqla cəmi 40 manat dəyərində 2 ədəd kişi kəməri, 600 manat dəyərində 1 ədəd qadın yağmurluğu (plaşı), 400 manat dəyərində 1 ədəd «Philips» markalı televizor, 200 manat dəyərində 1 ədəd şahmat, hər biri 100 manat olmaqla cəmi 200 manat dəyərində 2 ədəd vaza, 150 manat dəyərində 1 ədəd “Kanon” markalı printer, 350 manat dəyərində 1 ədəd qadın dəri gödəkçəsı (kürk), 30 manat dəyərində 1 ədəd ev telefonu, 30 manat dəyərində 1 ədəd qadın ayaqqabısı, hər biri 20 manat olmaqla cəmi 80 manat dəyərində 4 ədəd “Dagistan” markalı konyak içkiləri, hər biri 200 manat olmaqla cəmi 400 manat dəyərində olan 2 ədəd viski, 150 manat dəyərində 1 ədəd “Canon” markalı maqnitafon, hər biri 150 manat olmaqla cəmi 300 manat dəyərində 2 ədəd qara rəngli kişi yağmurluğu (plaşı), 150 manat dəyərində 1 cüt dəri qadın uzunboğaz çəkməsi, 50 manat dəyərində 1 ədəd modern və 650 manat dəyərində 1 ədəd qırmızı rəngli xalçanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 7043 (yeddi min qırx üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 14 may 2022-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanda yerləşən yaşayışı olmayan yarımtikili fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaarq daxil olmaqla həmin həyətdə yerləşən evə plastik pəncərəni açmaq yolu ilə daxil olub oradan cəmi 1500 manat dəyərində olan müxtəlif çeşidli santexnika mallarını, 01 ədəd kiçik ölçülü preforator, 01 ədəd laqonda, bir ədəd böyük ölçülü preforator və 200 metr uzunluğunda 4 mm-lik elektrik naqilini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 18 may 2022-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə daxil olaraq oradan 160 manat dəyərində bir ədəd su qızdırıcısı, hər biri 40 manat olmaqla cəmi 80 manat dəyərində “Alev” markalı iki ədəd su kranı, 90 manat dəyərində bir ədəd hamam üçün duş dəsti, hər biri 40 manat olmaqla cəmi 80 manat dəyərində iki ədəd hamam aksesuarı, hər biri 13 manat olmaqla cəmi 182 manat dəyərində 14 ədəd adi su kranı, 4,5 manat dəyərində bir ədəd hər iki tərəfı yivli metal duş borusu, 60 manat dəyərində 40 metr uzunluğunda elektrik naqili və 20 manat dəyərində bir ədəd işıq projektorunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 qızma 676,5 manat (altı yüz yetmiş altı manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər dələduzluq, oğurluq və qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma əməlləri törətdiyinə görə məhkum olunmuşdur. Təxminən 6-7 ildir ki, narkotik vasitə qəbul edir. Təxminən 1 il olmuşdur ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublikası Narkoloji Disponserində qeydiyyata düşərək metodon suyu qəbul etmişdir. O, bunun üçün hər gün Narkoloji Disponserə metodon suyu içmək üçün gedib gəlmiş və təxminən 1 il əvvəl isə orada Rəşid adlı şəxslə tanış olmuşdur. Belə ki, Rəşid də onun kimi həmin xəstəxanaya gəlib-getmişdir. 05 aprel 2022-ci il tarixdə günorta saatlarında 172 saylı müntəzəm marşurt xətti üzrə hərəkət edən avtobusla Bilgəh qəsəbəsində yerləşən Kardoloji sanotoriyanın qarşısına gəlmişdir ki, orada Rəşidlə görüşüb, Maştağa qəsəbəsinə yerləşən Narkoloji disponserə gedib metadon suyu qəbul etsinlər. Bundan sonra Narkoloji Disponserə gəlib metodon qəbul etdikdən sonra geri qayıtmışlar. Onlar Bilgəh qəsəbəsinə gəlmişlər ki, oradan da yenidən marşruta minərək şəhərə qayıtsınlar. Bu zaman onun pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. O, kardioloji Sanotoriya ilə üzbəüzdə yolun qarşısında yerləşən küçədəki 1-ci evin darvazasına "Satılır" sözləri yazıldığını görüb həmin evdə kimsə qalmadığını başa düşmüşdür. Buna görə də həmin evdən qiymətli əşya oğurlamaq qərarına gəlmiş və bu barədə Rəşidə demişdir. Rəşid də onunla razılaşmışdır. Bundan sonra evin arxa tərəfində yerləşən darvazanın qarşısına gəlmişlər və darvazanın tayları bir birinə zəncirlə ilə bağlı olduğundan əli ilə itələyərək sındırmışlar və sonra da qapını açaraq içəri daxil olmuşlar. Bundan sonra həyətə daxil olmuşlar və həyətdə olan hovuzun ətrafına çəkilmiş aluminium naqilləri və su çəninin altında yerləşən su nasosunu sökərək oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt evin içərisinə pəncərədən baxanda orada, televizor, nərd, paltar və digər əşyaları görmüşlər, lakin gündüz olduğundan başqa vaxt gəlib oğurluq etmək qərarına gəlmişlər. Təxminən 20 metr uzunluğunda mis naqil, su qızdırıcının içərisindən su krantlarını həmin evdən tapdıqları aftyorka ilə Rəşid sökmüşdür. Eləcə də evin həyətində olan aluminium plintusları da sökmüşlər. Bundan sonra oğurladıqları əşyaları evin həyətindən tapdıqları plastik zibil qabına və un kisəsinə yığaraq oradan çıxmışlar və taksi ilə Rəşidin yaşadığı evin həyətinə gəlmişlər. Yolda gələrkən aluminiumu Şüvələn qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə 6 manata satmışlar. Bundan sonra taksi onları Rəşidin evinə gətirmiş və orada da mis naqilləri əritmişlər. Onlar oğurladıqları əşyaları səyyar qaydada metal qəbul edən şəxsə 28 manata satmışlar və pulu xərcləmişlər. Sonra o, yaşadığı evə gəlmişdir. Səhəri gün, saat 21:00 radələrində Rəşidlə telefonla danışmışlar və yenidən həmin evə gedib oğurluq etməyi planlaşdırmışlar. Bundan sonra taksi ilə Bilgəh qəsəbəsinə gəlmişlər və darvazadan içəri daxil olmuşlar. Həmin 2 mərtəbəli evin 1-ci mərtəbəsində olan pəncərənin dəmir barmaqlığını dəmir mantrofka ilə sökdük və pəncərəni əli ilə açaraq içəri daxil olmuşlar. O, 1-ci mərtəbədə olan çarpayıları, yekləri və şkafları axtararaq pul tapmağa çalışmışdır. Eyni zamanda da evin ikinci mərtəbəsinin otaqlarını da axtarmışlar, lakin pul və qızıl-zinyət əşyaları tapmamışlar. Sonra o, birinci mərtəbədən 1 ədəd taxta nərd, 1 ədəd şahmat və noutbuk kompyuteri götürərək oğurlamaq qərarına gəlmişdir. Həmçinin ikinci mərtəbədəki yataq otağından isə 2 ədəd gödəkçə, 1 ədəd plaş, 3-4 dəst kostyumu oğurlamaq qərarına gəlmişdir. Rəşid isə 2-ci mərtəbədən televizoru, 1 ədəd təyyarə formasında suveneri, 1-ci mərtəbədən gödəkçənı, 1 ədəd internet ötürücü aparatı, 2 ədəd güldanı, bir neçə ədəd paltarları, “Sony” markalı peyk antenası aparatını, ayaqqabıları götürmüşdür. O, götürdüyü əşyaları çamadana, Rəşid isə torbaya yığmışdır. Bundan sonra onlar evin çöl tərəfinə çıxmışlar və orada taksi gözləməyə başlamışlar. Lakin xeyli vaxt gözləsələr də taksi yanlarından keçməmişdir. Bundan sonra o, getmək qərarına gəlmiş və Rəşidi orada qoyaraq oğurladığı əşyaları da götürərək yaşadığı evə gəlmişdir. Həmin vaxt Rəşidin yükü ağır olduğundan gedə bilməmişdir. Daha sonra o, yaşadığı evə gəlmiş və oğurladığı əşyaları evində saxlamışdır. Daha sonra Rəşidə zəng etsə də zəng çatmamışdır. Daha sonra isə polis əməkdaşları onu saxlayaraq 14-cü PB-nə aparmışlar. O, orada törətdiyi əməli etiraf etmiş və oğurladığı əşyaları təqdim etmişdir. O və Rəşid həmin evə 2 dəfə daxil olmuşlar və oradan əvvəlcə aluminium və mis naqilləri oğurlamışlar, daha sonra isə oradan digər əşyaları oğurlamışlar. Bininci gün oğurladıqları əşyaları metal qəbulu məntəqəsinə və səyyar qaydada metal qəbul edən şəxslərə sataraq 30 manat pul əldə etmişlər və həmin pulları xərcləmişlər. Lakin digər əşyaları sata bilməmişlər və araşdırmaya təqdim etmişlər. Bundan başqa onlardan metal alan şəxslər və taksi sürücüləri onların həmin əmlakı oğurladıqlarını bilməmişlər, onlara həmin əşyaların özlərinə məxsus olmasını demişlər. İttihamda ona qarşı irəli sürülən digər epizodlar üzrə özünü təqsirli bilmir, polis əməkdaşları tərəfindən döyüldüyü üçün digər epizodlar üzrə də etirafedici ifadə verməyə məcbur olmuşdur. Sonda törətdiyi ilk epizod üzrə oğurluq əməlindən səmimi peşman olduğunu bildirdi, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onların müdafiəçini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri qismən etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 22 dekabr 2022-ci il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ünvan 6 ünvanda həyət evi vardır. Həmin ev tam hazır olmadığından və evdə təmir işləri getdiyindən orada yaşamır. Həmin ev 3 sot torpaq sahəsində tikilməklə bir mərtəbədən ibarətdir. Evin içərisində 1 mətbəx, 3 otaq vardır. 07 may 2022-ci il tarixdə o, «Dərnəgül» bazarından evi üçün 867 manat dəyərində müxtəlif çeşidli santexnika malları alaraq onları təmir gedən evinə aparmışdır. 15 may 2022-ci il tarixdə saat təxminən 10:00 radələrində evə getmişdir. Belə ki, həmin gün orada usta işləməli olmuşdur. Buna görə də o, usta ilə görüşmək üçiin evə getmişdir. Qapını açaraq içəri daxil olmuş və evin içərisində olan «Dərnəgül» bazarından aldığı santexnika malları və 01 ədəd preparator, 01 ədəd laqonda, bir ədəd böyük preparator, 200 metr 4 mm-lik elektrik kabelinin olmadığını görmüşdür. O, naməlum şəxsin ona məxsus evə daxil olaraq oğurluq etdiyini başa düşmüşdür. Buna görə də bu barədə DİN-nin 102 xidmətinə və ərizə ilə Suraxanı RPİ-nin 31-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurlanan və «Dərnəgül» bazarından aldığı santexnika mallarının qiyməti 868 manat olmaqla, 01 ədəd preparator, 01 ədəd laqonda, bir ədəd böyük preparator. 200 metr 4 mm-lik elektrik kabelinin ümumi qiyməti isə 700 manat təşkil etmişdir. Oğurluq nəticəsində ona ümumi olaraq 1568 manat ziyan dəymişdir. Həmin şəxs evin dam hissəsində olan açıq hissədən evin içərisinə daxil olmuş və oğurluq etmişdir. Sonda o, dəymiş ziyanın ödənilməyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 22 dekabr 2022-ci il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ünvan 7 ünvanında bağ evi vardır. Həmin evdə mövsümi olaraq qalmışdır. 01 aprel 2022-ci il tarixdə əri Şahid ilə birlikdə ünvan 7 ünvanında yerləşən evlərinə gedib baş çəkərək digər evlərinə qayıtmışlar. Sonuncu dəfə, yəni 07 aprel 2022-ci il tarixdə həmin ev olan ərazinin sahə inspektoru əri Fazilə zəng edərək, evə naməlum şəxslərin oğurluq etmək üçün daxil olduqları barədə məlumat vermişdir. Bundan sonra o, həmin günü yaşadıqları evə gəlmişlər. Onlar evə baxanda görmüşlər ki, evin arxa tərəfində yerləşən darvazanın zəncirinin və qıfılının sındıraraq içəri daxil olub evin həyətindən 1 ədəd “Espa” markalı 350 manat dəyərində su nasosunu, 120 manat dəyərində 50 metr uzunluğundan aluminium naqilləri, 250 manat dəyərində “Ariston” markalı su qızdırıcını, hər birinin 40 manat dəyərində olan 6 ədəd mis su krantlarını, 100 manat dəyərində 20-30 metr uzunluğunda mis naqili kəsib oğurlamışlar. Eləcə də, evin dəmir barmaqlığın kənarında olan 120 manat dəyərində 40 metr uzunluğunda aluminium plintusları aparmışlar. Eləcə də evin 1-ci martəbəsinin pəncərəsinin qoruyucu dəmir barmaqlığını kəsmişlər, evin içərisinə daxil olaraq ona və ərinə məxsus paltarları, suvenerləri, elektronika avadanlıqlarını və digər əmlaklarını oğurlanmışlar. O, ilkin olaraq onları dəqiq bilməmişdir. Daha sonra evin 1-ci və ikinci mərtəbələrindən 1 ədəd 20 manat dəyərində süfrə, 1 ədəd 50 manat dəyərində kofeçəkən aparat, 1 ədəd 50 manat dəyərində buxar ütüsü, 1 ədəd 35 manat dəyərində işıq projektoru, 1 ədəd 5 manat dəyərində mətbəxt bıçağı, 1 ədəd 10 manat dəyərindəki uzadıcı, 1 ədəd 150 manat dəyərindəki qadın uzunboğaz çəkməsi, 1 ədəd 200 manat dəyərindəki “Kodak” markalı fotoaparat, 1 ədəd 600 manat dəyərindəki noutbuk, 1 ədəd 50 manat dəyərindəki suvenir təyyarə, 1 ədəd 100 manat dəyərindəki laxtadan hazırlanmış nərd, 30 manat dəyərinəki 1 komplekt divan örtüyü, 1 ədəd 250 manat dəyərindəki dəri kişi gödəkçəsi (kürk), 1 ədəd 150 manat dəyərindəki qara rəngli dəri gödəkçə, 1 ədəd 25 manat dəyərindəki idman paltarı dəsti, 1 ədəd 100 manat dəyərindəki “Panasonic” markalı fotokamera, 1 ədəd 50 manat dəyərindəki “Sony” markalı DVD aparatı, 1 ədəd 50 manat dəyərindəki “Kanon” markalı fotoaparat, 1 ədəd 50 manat dəytəıindəki fotoaparat, 1 ədəd 50 manat dəyərindəki “Tefal” markalı ütü, 1 ədəd 25 manat dəyərindəki gecə lampası, 1 ədəd 50 manat dəyərindəki çav serviz dəsti, 2 ədəd hər biri 20 manat dəyərindəki kişi kəməri, 1 ədəd 600 manat dəyərindəki qadın yağmurluğu (plaşı), 1 ədəd 400 manat dəyərindəki «Philips» markalı televizor, 1 ədəd 200 manat dəyərindəki şahmat, hər birinin 100 manat dəyərindəki 2 ədəd vaza, 1 ədəd 150 manat dəyərindəki “Kanon” markalı printer, 1 ədəd 350 manat dəyərindəki qadın dəri gödəkçəsı (kürk), 1 ədəd 30 manat dəyərindəki ev telefonu, 1 ədəd 30 manat dəyərindəki qadın ayaqqabısı, 4 ədəd hər birinin dəyəri “Dagistan” markalı konyak içkiləri, bir ədədinin qiyməti 200 manat olan 2 ədəd viski, 1 ədəd 150 manat dəyərindəki “Canon” markalı maqnitofon, 2 ədəd hər birinin dəyəri 150 manat olan 2 ədəd qara rəngli kişi yağmurluğu (plaşı), 1 cüt 150 manat dəyərindəki dəri qadın uzunboğaz çəkməsi, 1 ədəd 50 manat dəyərindəki modern və 1 ədəd 650 manat dəyərindəki qırmızı rəngli xalça oğurlanmışdır. Oğurluq nəticəsində ilkin olaraq 5000 manat maddi ziyan dəydiyini düşünmüşdür. Daha sonra bilmişlər ki, evdən oğurluq edən şəxslərin Yavər və Rəşid adlı şəxslərin olmasını bilmişdir. O, oğurlanmış əmlakı 14-cü PB-də təhvil almışdır. Sonda o, dəymiş ziyanın ödənilməyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 12 yanvar 2023-cü il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, onun Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi 41A ünvanda evi vardır. Həmin ev əvvəllər valideynlərinə məxsus olmuş, lakin valideynləri rəhmətə getdikdə sonra həmin ev rəsmi çıxarış ilə onun adına keçmişdir. Onun başqa evi olduğundan və həmin evdə yaşadığından oğurluq baş verən evdə yaşamamışdır. Həmin ev 4 sot torpaq üzərində tikilmişdir. Ev bir mərtəbədən ibarət olmaqla 4 otaqdan ibarətdir. Həmin ev köhnə olduğundan və həmin evdə təmir işləri tərəfindən aparılır. 20 may 2022-ci il tarixdə saat təxminən 19:30 dəqiqədə həmin evə baxmaq üçün getmişdir. Evin həyətinə daxil olmaq üçün dəmir qapını açar ilə açmaq istəyəndə qapının açılmadığını görmüşdür. Qapının arxa tərəfdən dəmir ilə bağlı olduğunu hiss edib yol ilə hərəkətdə olan tanımadığı təxmini yaşı 14-15 arası olan şəxsdən xahiş etmişdir ki, daş hasardan həyətə daxil olaraq qapını açsın. Həmin şəxs daş hasardan həyətə keçərək dəmir qapını açmış və o, içəri daxil olmuşdur. Evə daxil olmaq üçün plastik qapının və evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evin içərisinə daxil olmuş, evin otağının işıqlarını yandırmaq istəyəndə işığın yanmadığını görmüşdü. Bu zaman naməlum şəxsin (şəxslərin) ona məxsus mənzilə qanunsuz daxil olaraq oğurluq etdiklərini başa düşmüşdür. O, otaqlara nəzər yetirəndə evin hamamında təzə aldığı qiyməti 160 manat təşkil edən «Ardo» markalı su qızdırıcısının, 02 ədəd yeni aldığı qiyməti hər biri 38 manat təşkil etməklə ümumi qiyməti 76 manat olan əl üz yuyan moykanın kranları, 02 ədəd yeni aldığım hər birinin qiyməti 45 manat təşkil edən ümumi qiyməti 90 manat olan duş başlığı, 02 ədəd yeni aldığı hər birinin qiyməti 40 manat təşkil edən ümumi qiyməti 80 manat olan unitaz üçün nəzərdə tutulmuş smistitili, 14 ədəd umimi dəyəri 182 manat təşkil edən sadə kranların, 40 metr uzunluğunda ümumi qiyməti 60 manat təşkil edən elektrik kabelini, 02 ədəd yeni aldığı hər birinin qiyməti 10 manat təşkil edən ümumi qiyməti 20 manat olan işıq projektorunun oğurlandığını aşkar etmişdir. Buna görə də o, bu barədə DİN-nin 102 xidmətinə və ərizə ilə Suraxanı RPİ-nin 31-ci PB-nə ərizə ilə miiraicət etmişdir. Oğurluq nəticəsində ona ümumi olaraq 668 manat ziyan dəymişdir. Sonda o, dəymiş ziyanın ödənilməyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 22 dekabr 2022-ci il tarixli iclasında şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə evlidir. Sonuncunun ünvan 7 ünvanında bağ evi vardır. Həmin evdə mövsümi olaraq qalmışlar. 01 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə ünvan 7 ünvanında yerləşən evlərinə gedib baş çəkərək digər evlərinə qayıtmışlar. Sonuncu dəfə, yəni 07 aprel 2022-ci il tarixdə həmin ev olan ərazinin sahə inspektoru əri Fazilə zəng edərək, evə naməlum şəxslərin oğurluq etmək üçün daxil olduqları barədə məlumat vermişdir. Bundan sonra onlar həmin günü yaşadıqları evə gəlmişlər. Onlar evə baxanda görmüşlər ki, evin arxa tərəfində yerləşən darvazanın zəncirinin və qıfılının sındıraraq içəri daxil olub evin həyətindən 1 ədəd “Espa” markalı 350 manat dəyərində su nasosunu, 120 manat dəyərində 50 metr uzunluğundan aluminium naqilləri, 250 manat dəyərində “Ariston” markalı su qızdırıcını, hər birinin 40 manat dəyərində olan 6 ədəd mis su krantlarını, 100 manat dəyərində 20-30 metr uzunluğunda mis naqili kəsib oğurlamışlar. Eləcə də, evin dəmir barmaqlığın kənarında olan 120 manat dəyərində 40 metr uzunluğunda aluminium plintusları aparmışlar. Eləcə də evin 1-ci martəbəsinin pəncərəsinin qoruyucu dəmir barmaqlığını kəsmişlər, evin içərisinə daxil olaraq ona və ərinə məxsus paltarları, suvenerləri, elektronika avadanlıqlarını və digər əmlaklarını oğurlanmışlar. O, ilkin olaraq onları dəqiq bilməmişdir. Daha sonra evin 1-ci və ikinci mərtəbələrindən 1 ədəd 20 manat dəyərində süfrə, 1 ədəd 50 manat dəyərində kofeçəkən aparat, 1 ədəd 50 manat dəyərində buxar ütüsü, 1 ədəd 35 manat dəyərində işıq projektoru, 1 ədəd 5 manat dəyərində mətbəxt bıçağı, 1 ədəd 10 manat dəyərindəki uzadıcı, 1 ədəd 150 manat dəyərindəki qadın uzunboğaz çəkməsi, 1 ədəd 200 manat dəyərindəki “Kodak” markalı fotoaparat, 1 ədəd 600 manat dəyərindəki noutbuk, 1 ədəd 50 manat dəyərindəki suvenir təyyarə, 1 ədəd 100 manat dəyərindəki laxtadan hazırlanmış nərd, 30 manat dəyərinəki 1 komplekt divan örtüyü, 1 ədəd 250 manat dəyərindəki dəri kişi gödəkçəsi (kürk), 1 ədəd 150 manat dəyərindəki qara rəngli dəri gödəkçə, 1 ədəd 25 manat dəyərindəki idman paltarı dəsti, 1 ədəd 100 manat dəyərindəki “Panasonic” markalı fotokamera, 1 ədəd 50 manat dəyərindəki “Sony” markalı DVD aparatı, 1 ədəd 50 manat dəyərindəki “Kanon” markalı fotoaparat, 1 ədəd 50 manat dəytəıindəki fotoaparat, 1 ədəd 50 manat dəyərindəki “Tefal” markalı ütü, 1 ədəd 25 manat dəyərindəki gecə lampası, 1 ədəd 50 manat dəyərindəki çav serviz dəsti, 2 ədəd hər biri 20 manat dəyərindəki kişi kəməri, 1 ədəd 600 manat dəyərindəki qadın yağmurluğu (plaşı), 1 ədəd 400 manat dəyərindəki «Philips» markalı televizor, 1 ədəd 200 manat dəyərindəki şahmat, hər birinin 100 manat dəyərindəki 2 ədəd vaza, 1 ədəd 150 manat dəyərindəki “Kanon” markalı printer, 1 ədəd 350 manat dəyərindəki qadın dəri gödəkçəsı (kürk), 1 ədəd 30 manat dəyərindəki ev telefonu, 1 ədəd 30 manat dəyərindəki qadın ayaqqabısı, 4 ədəd hər birinin dəyəri “Dagistan” markalı konyak içkiləri, bir ədədinin qiyməti 200 manat olan 2 ədəd viski, 1 ədəd 150 manat dəyərindəki “Canon” markalı maqnitofon, 2 ədəd hər birinin dəyəri 150 manat olan 2 ədəd qara rəngli kişi yağmurluğu (plaşı), 1 cüt 150 manat dəyərindəki dəri qadın uzunboğaz çəkməsi, 1 ədəd 50 manat dəyərindəki modern və 1 ədəd 650 manat dəyərindəki qırmızı rəngli xalça oğurlanmışdır. Oğurluq nəticəsində arvadına ilkin olaraq 5000 manat maddi ziyan dəydiyini düşünmüşdür. Daha sonra evdən oğurluq edən şəxslərin Yavər və Rəşid adlı şəxslərin olmasını bilmişdir. Zərərçəkmiş şəxs1 oğurlanmış əmlakı 14-cü PB-də təhvil almışdır. İş materiallarında olan “Maddi sübutları götürülməsi” haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X3 oğurladıqları 1 ədəd süfrə, 1 ədəd kofeçəkən aparat, 1 ədəd ütü, 1 ədəd işıq projektoru, 1 ədəd mətbəxt bıçaq, 1 uzadıcı, 1 ədəd qadın uzunboğaz çəkməsi, 1 ədəd “Kodak'’ markalı fotoaparat, 1 ədəd noutbuk, 1 ədəd suvenir təyyarə, 1 ədəd taxtadan hazırlanmış nərd, 1 komplekt divan örtüyü, 1 ədəd dəri kişi gödəkçəsi (kürk) 1 ədəd dəri gödəkçə, 1 ədəd idman paltarı dəsti, 1 ədəd fotokamera, 1 ədəd “Sony” markalı DVD aparatı, 1 ədəd “Kanon” markalı fotoaparat, 1 ədəd fotoaparat, 1 ədəd “Tefal” markalı ütü, 1 ədəd gecə lampası, 1 ədəd çay serviz dəsti, 2 ədəd dəri kişi kəmərləri, 1 ədəd qadın yağmurluğu (plaşı), 1 ədəd “Plips” markaı televizor, 1 ədəd şahmat, 2 ədəd vaza, 1 ədəd “Kanon” markalı printer, 1 ədəd qadın dəri gödəkçəsı (kürk) , 1 ədəd ev telefonu, 1 ədəd qadın ayaqqabısı, 4 ədəd konyak içkisi, 2 ədəd viski, 1 ədəd maqnitofon 2 ədəd kişi yağmurluğu (plaşı), 1 cüt qadın uzunboğaz çəkməsi, 1 ədəd modern və 1 ədəd qırmızı rəngli xalça X2 götürülmüşdür. İş materiallarında olan “Maddi sübutları götürülməsi” haqqında 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 02 ədəd 3 metr uzunluğunda olan kauçuk boru, 01 ədəd su kranı və 01 ədəd duş borusu Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 07 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs və X4 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə 1 ünvanında fərdi yaşayış yerinə daxil olduqları və oğurladıqları əşyaların yerini əyani olaraq göstərmişlər. İş materiallarında olan “Əşyanın tanınması haqqında” 21 may 2022-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim olunmuş 02 ədəd, hər biri 03 metr uzunluğunda 100-lük kauçuk borunun ona məxsus olduğunu, sonuncuların onun evindən oğurlanmış əşyalar olduğunu bildirdi. İş materiallarında olan “Əşyanın tanınması haqqında” 31 may 2022-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs3 ona təqdim olunmuş “Alev” markalı 01 ədəd su kranı, və bir ədəd hər iki tərəfı yivli metal duş borusunu tanıdığını, əşyaların ona məxsus olduğunu, sonuncuların onun evindən oğurlanmış əşyalar olduğunu bildirdi. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 15 iyul 2022-ci il tarixli 9/4346 saylı rəydən müəyyən olunur ki, ekspertiza təyini haqqında qərarda göstərilən 8 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrləyinə uyğun olaraq 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 238,00 manat müəyyən olunur. 30 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri və sair) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: 1 ədəd süfrə - 20 manat; 1 ədəd kofeçəkən aparat - 50 manat; 1 ədəd buxar ütüsü - 40 manat; 1 ədəd işıq projektoru - 30 manat; 1 ədəd mətbəx bıçağı - 3 manat; 1 ədəd uzadıcı - 5 manat; 1 ədəd uzunboğaz çəkməsi aydın deyil 1 ədəd “Kodak” markalı fotoaparat - aydın deyil; 1 ədəd notebuk - aydın deyil; 1 ədəd suvenir təyyarə - aydın deyil; 1 ədəd taxtadan hazırlanmış nərd - 50 manat 1 dəst divan örtüyü - aydın deyil; 1 ədəd dəri kişi gödəkçəsi (kürk) - aydın deyil; 1 ədəd dəri gödəkçə - aydın deyil; 1 ədəd idman paltarı dəsti - aydın deyil; 1 ədəd fotokamera - aydın deyil; 1 ədəd “Sony” markalı DVD aparatı - aydın deyil; 1 ədəd “Kanon” markalı fotoaparat - aydın deyil; 1 ədəd fotoaparat - aydın deyil; 1 ədəd “Tefal” markalı ütü - 40 manat; 1 ədəd gecə lampası - aydın deyil; 1 ədəd çay serviz dəsti - aydın deyil; 2 ədəd dəri kişi kəmərləri - aydın deyil; 1 ədəd qadın yağmurluğu (plaşı) - aydın deyil; 1 ədəd “Phlips” markalı televizor - aydın deyil; 1 ədəd şahmat - aydın deyil; 2 ədəd vaza - aydın deyil; 1 ədəd “Kanon” markalı printer - aydın deyil; 1 ədəd qadın dəri gödəkçəsı (kürk) - aydın deyil; 1 ədəd ev telefonu - aydın deyil; 1 ədəd qadın ayaqqabısı - aydın deyil; 4 ədəd konyak içkisi - aydın deyil; 2 ədəd viski - aydın deyil lədəd maqnitafon - vdın deyil; 2 ədəd kişi yağmurluğu (plaşı) aydın deyil; 1 cüt qadın uzunboğaz çəkməsi aydın deyil; 1 ədəd modern aydın deyil; 1 ədəd qırmızı rəngli xalça - aydın deyil, cəmi: 238,00 manat. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 04 oktyabr 2022ci il tarixli 9/7112 saylı rəydən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan maların 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 02 ədəd hər biri 3 metr uzunluğunda 100-ltik kauçuk boru - 25.0 (2x12,50 m) manat; 01 ədəd “Alev” markalı su kranı -40,00 manat; 01 ədəd hər iki tərəfi yivli metal duş borusu (qarmoşqalı şlanq) - 4,50 manat, cəmi: 69,50 manat. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 1 ədəd süfrə, 1 ədəd kofeçəkən aparat, 1 ədəd ütü, 1 ədəd işıq projektoru, 1 ədəd mətbəxt bıçaq, 1 uzadıcı, 1 ədəd qadın uzunboğaz çəkməsi, 1 ədəd “Kodak” markalı fotoaparat, 1 ədəd noutbuk, 1 ədəd suvenir təyyarə, 1 ədəd taxtadan hazırlanmış nərd, 1 komplekt divan örtüyü, 1 ədəd dəri kişi gödəkçəsi (kürk) 1 ədəd dəri gödəkçə, 1 ədəd idman paltarı dəsti, 1 ədəd fotokamera, 1 ədəd “Sony” markalı DVD aparatı, 1 ədəd “Kanon” markalı fotoaparat, 1 ədəd fotoaparat, 1 ədəd “Tefal” markalı ütü, 1 ədəd gecə lampası, 1 ədəd çay serviz dəsti, 2 ədəd dəri kişi kəmərləri, 1 ədəd qadın yağmurluğu (plaşı), 1 ədəd “Plips” markaı televizor, 1 ədəd şahmat, 2 ədəd vaza, 1 ədəd “Kanon” markalı printer, 1 ədəd qadın dəri gödəkçəsı (kürk) , 1 ədəd ev telefonu, 1 ədəd qadın ayaqqabısı, 4 ədəd konyak içkisi, 2 ədəd viski, 1 ədəd maqnitofon 2 ədəd kişi yağmurluğu (plaşı), 1 cüt qadın uzunboğaz çəkməsi, 1 ədəd modern və 1 ədəd qırmızı rəngli xalça Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 02 ədəd 3 metr uzunluğunda olan kauçuk boru Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 01 ədəd su kranı və 01 ədəd duş borusu ekspert rəyi alındıqdan sonra Zərərçəkmiş şəxs3 oğluna təhvil verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ünvan 4 və ünvan 9 ünvanında yerləşən evə, ümumiyyətlə daxil olmaması və oradan oğurluq etməməsi, həmçinin polis şöbəsində fiziki təzyiqə məruz qaldığından narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə verməsinə dair ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 6-7 ildir ki, narkotik vasitə qəbul edir. Təxminən 1 il olmuşdur ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublikası Narkoloji Disponserində qeydiyyata düşərək metodon suyu qəbul etmişdir. O, bunun üçün hər gün Narkoloji Disponserə metodon suyu içmək üçün gedib gəlmiş və təxminən 1 il əvvəl isə orada Rəşid adlı şəxslə tanış olmuşdur. Belə ki, Rəşid də onun kimi həmin xəstəxanaya gəlib-getmişdir. 05 aprel 2022-ci il tarixdə günorta saatlarında 172 saylı müntəzəm marşurt xətti üzrə hərəkət edən avtobusla Bilgəh qəsəbəsində yerləşən Kardoloji sanotoriyanın qarşısına gəlmişdir ki, orada Rəşidlə görüşüb, Maştağa qəsəbəsinə yerləşən Narkoloji disponserə gedib metadon suyu qəbul etsinlər. Bundan sonra Narkoloji Disponserə gəlib metodon qəbul etdikdən sonra geri qayıtmışlar. Onlar Bilgəh qəsəbəsinə gəlmişlər ki, oradan da yenidən marşruta minərək şəhərə qayıtsınlar. Bu zaman onun pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. O, kardioloji Sanotoriya ilə üzbəüzdə yolun qarşısında yerləşən küçədəki 1-ci evin darvazasına "Satılır" sözləri yazıldığını görüb həmin evdə kimsə qalmadığını başa düşmüşdür. Buna görə də həmin evdən qiymətli əşya oğurlamaq qərarına gəlmiş və bu barədə Rəşidə demişdir. Rəşid də onunla razılaşmışdır. Bundan sonra evin arxa tərəfində yerləşən darvazanın qarşısına gəlmişlər və darvazanın tayları bir birinə zəncirlə ilə bağlı olduğundan əli ilə itələyərək sındırmışlar və sonra da qapını açaraq içəri daxil olmuşlar. Bundan sonra həyətə daxil olmuşlar və həyətdə olan hovuzun ətrafına çəkilmiş aluminium naqilləri və su çəninin altında yerləşən su nasosunu sökərək oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt evin içərisinə pəncərədən baxanda orada, televizor, nərd, paltar və digər əşyaları görmüşlər, lakin gündüz olduğundan başqa vaxt gəlib oğurluq etmək qərarına gəlmişlər. Təxminən 20 metr uzunluğunda mis naqil, su qızdırıcının içərisindən su krantlarını həmin evdən tapdıqları aftyorka ilə Rəşid sökmüşdür. Eləcə də evin həyətində olan aluminium plintusları da sökmüşlər. Bundan sonra oğurladıqları əşyaları evin həyətindən tapdıqları plastik zibil qabına və un kisəsinə yığaraq oradan çıxmışlar və taksi ilə Rəşidin yaşadığı evin həyətinə gəlmişlər. Yolda gələrkən aluminiumu Şüvələn qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə 6 manata satmışlar. Bundan sonra taksi onları Rəşidin evinə gətirmiş və orada da mis naqilləri əritmişlər. Onlar oğurladıqları əşyaları səyyar qaydada metal qəbul edən şəxsə 28 manata satmışlar və pulu xərcləmişlər. Sonra o, yaşadığı evə gəlmişdir. Səhəri gün, saat 21:00 radələrində Rəşidlə telefonla danışmışlar və yenidən həmin evə gedib oğurluq etməyi planlaşdırmışlar. Bundan sonra taksi ilə Bilgəh qəsəbəsinə gəlmişlər və darvazadan içəri daxil olmuşlar. Həmin 2 mərtəbəli evin 1-ci mərtəbəsində olan pəncərənin dəmir barmaqlığını dəmir mantrofka ilə sökdük və pəncərəni əli ilə açaraq içəri daxil olmuşlar. O, 1-ci mərtəbədə olan çarpayıları, yekləri və şkafları axtararaq pul tapmağa çalışmışdır. Eyni zamanda da evin ikinci mərtəbəsinin otaqlarını da axtarmışlar, lakin pul və qızıl-zinyət əşyaları tapmamışlar. Sonra o, birinci mərtəbədən 1 ədəd taxta nərd, 1 ədəd şahmat və noutbuk kompyuteri götürərək oğurlamaq qərarına gəlmişdir. Həmçinin ikinci mərtəbədəki yataq otağından isə 2 ədəd gödəkçə, 1 ədəd plaş, 3-4 dəst kostyumu oğurlamaq qərarına gəlmişdir. Rəşid isə 2-ci mərtəbədən televizoru, 1 ədəd təyyarə formasında suveneri, 1-ci mərtəbədən gödəkçənı, 1 ədəd internet ötürücü aparatı, 2 ədəd güldanı, bir neçə ədəd paltarları, “Sony” markalı peyk antenası aparatını, ayaqqabıları götürmüşdür. O, götürdüyü əşyaları çamadana, Rəşid isə torbaya yığmışdır. Bundan sonra onlar evin çöl tərəfinə çıxmışlar və orada taksi gözləməyə başlamışlar. Lakin xeyli vaxt gözləsələr də taksi yanlarından keçməmişdir. Bundan sonra o, getmək qərarına gəlmiş və Rəşidi orada qoyaraq oğurladığı əşyaları da götürərək yaşadığı evə gəlmişdir. Həmin vaxt Rəşidin yükü ağır olduğundan gedə bilməmişdir. Daha sonra o, yaşadığı evə gəlmiş və oğurladığı əşyaları evində saxlamışdır. Daha sonra Rəşidə zəng etsə də zəng çatmamışdır. Daha sonra isə polis əməkdaşları onu saxlayaraq 14-cü PB-nə aparmışlar. O, orada törətdiyi əməli etiraf etmiş və oğurladığı əşyaları təqdim etmişdir. O və Rəşid həmin evə 2 dəfə daxil olmuşlar və oradan əvvəlcə aluminium və mis naqilləri oğurlamışlar, daha sonra isə oradan digər əşyaları oğurlamışlar. Bininci gün oğurladıqları əşyaları metal qəbulu məntəqəsinə və səyyar qaydada metal qəbul edən şəxslərə sataraq 30 manat pul əldə etmişlər və həmin pulları xərcləmişlər. Lakin digər əşyaları sata bilməmişlər və araşdırmaya təqdim etmişlər. Bundan başqa onlardan metal alan şəxslər və taksi sürücüləri onların həmin əmlakı oğurladıqlarını bilməmişlər, onlara həmin əşyaların özlərinə məxsus olmasını demişlər. Bundan sonra 14 may 2022-ci il tarixdə, saat təxminən 20:00 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində gəzən vaxtı yarımtikili fərdi yaşayış evini görüb həmin evə daxil olaraq oğurluq etməyi qərara almışdır. Buna görə də həmin evin daş hasarına çıxaraq həyətə daxil olmuşdur. Sonra evin pəncərəsinin dəmir barmaqlığının üzərinə dırmaşaraq evin yarımçıq damından içəri daxil olmuşdur. Evin koridorunda olan plastik pəncərələri açaraq evdə olan plastik materialdan hazırlanmış dəqiq saynını bilmədiyi su borularını pəncərədən həyətə tullamış, bundan başqa 01 ədəd preparator, 01 ədəd laqonda və müxtəlif çeşidli hamam aksesuarları oğurlayaraq onları da pəncərənin dəmir barmaqlığı arasından həyətə tullamışdır. Sonra evə daxil olduğu yerdən yəni evin damından həyətə düşərək evdən oğurladığı əşyaları daş hasardan küçəyə tullamışdır. Daha sonra daş hasara çıxaraq küçəyə tərəf tullanmış və evdən oğurladığı əşyaları bir neçə dəfəyə yaxınlıqdakı qəbirstanlığa aparmışdır. Oğurladığı əşyaları qəbir daşının yanında gizlətmişdir. Sonra həmin əşyaları öz yaşadığı evə apararaq həyətdə saxlamışdır. Səhəri gün 15 may 2022-ci il tarixdə, saat təxminən 13:00 radələrində qapılardan dəmir yığan şəxsin səsini eşidərək qapıya çıxmış və onda satılası dəmirlər olduğunu demişdir. Həmin şəxs həyətə daxil olmuş və o, dünən axşam oğurladığı əşyaları həmin şəxsə göstərmişdir. Həmin şəxs bu əşyalara baxdıqdan sonra onların hamısana 100 manat pul verə biləcəyini demişdir. O, həmin şəxs ilə razılaşmış və həyətdə olan oğurladığı əşyaları həmin şəxs ilə birlikdə daşıyaraq onun idarə etdiyi köhnə dövlət qeydiyyat nişanını bilmədiyi «Moskviç” markalı avtomobilin damının üstünə qoymuşdur. Həmin şəxs ona 100 manat pul verdikdən sonra çıxıb getmişdir. Bundan sonra 18 may 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsində gəzən vaxtı yaşayış olmayan fərdi yaşayış evini görüb həmin evə daxil olaraq oğurluq etməyi qərara almışdır. Buna görə də, həmin evin daş hasarına çıxaraq həyətə daxil olmuşdur. Sonra evin pəncərəsindən evin içərisinə daxil olaraq evin içərsindən su qızdırıcısı, 2 ədəd su kranını, 02 ədəd hamam aksesuarlarını, 14 ədəd adi kranı, təxminn 50 metr uzunluğunda elektrik kabelini, bir ədəd işıq projektorunu oğurlamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən ona qarşı psixi təzyiq göstərilməsi və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitələrin özününki kimi təqdim edərək, etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, həmçinin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxarkən məhkəməyə şikayət etmək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs fiziki təzyiqin göstərilməsi ilə bağlı məsələdə məhkəmə həmçinin onu da qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Xəzər Rayon Prokurorluğunun 03 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğundan araşdırma aparılmamışdır, Suraxanı Rayon Polis İdarəsinin 15 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən heç bir xəsarət izi aşkar olunmamış, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, sonuncunun zəərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsi və barışıq əldə etməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini qismən etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qərarı ilə onun cəzası 01 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 may 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 may 2022-ci il tarixli qərardan, ünvan 2l tarixli, 4(010)-505/2022 saylı, 24 avqust 2022-ci il tarixli, 4(010)- 618/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli, 1(010)-480/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilmiş, ünvan 2l tarixli qərarı ilə barəsində əvvəli 28 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-505/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28 oktyabr 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-618/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 12 noyabr 2022-ci il tarixədək uzadılmış, 06 oktyabr 2022-ci il tarixdə əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cii maddələrindən, həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, həmin məhkəmənin 1(010)-480/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 may 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd süfrə, 1 ədəd kofeçəkən aparat, 1 ədəd ütü, 1 ədəd işıq projektoru, 1 ədəd mətbəxt bıçaq, 1 uzadıcı, 1 ədəd qadın uzunboğaz çəkməsi, 1 ədəd “Kodak” markalı fotoaparat, 1 ədəd noutbuk, 1 ədəd suvenir təyyarə, 1 ədəd taxtadan hazırlanmış nərd, 1 komplekt divan örtüyü, 1 ədəd dəri kişi gödəkçəsi (kürk) 1 ədəd dəri gödəkçə, 1 ədəd idman paltarı dəsti, 1 ədəd fotokamera, 1 ədəd “Sony” markalı DVD aparatı, 1 ədəd “Kanon” markalı fotoaparat, 1 ədəd fotoaparat, 1 ədəd “Tefal” markalı ütü, 1 ədəd gecə lampası, 1 ədəd çay serviz dəsti, 2 ədəd dəri kişi kəmərləri, 1 ədəd qadın yağmurluğu (plaşı), 1 ədəd “Plips” markaı televizor, 1 ədəd şahmat, 2 ədəd vaza, 1 ədəd “Kanon” markalı printer, 1 ədəd qadın dəri gödəkçəsı (kürk) , 1 ədəd ev telefonu, 1 ədəd qadın ayaqqabısı, 4 ədəd konyak içkisi, 2 ədəd viski, 1 ədəd maqnitofon 2 ədəd kişi yağmurluğu (plaşı), 1 cüt qadın uzunboğaz çəkməsi, 1 ədəd modern və 1 ədəd qırmızı rəngli xalça Zərərçəkmiş şəxs1, 02 ədəd 3 metr uzunluğunda olan kauçuk boru Zərərçəkmiş şəxs2, 01 ədəd su kranı və 01 ədəd duş borusunun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, və Zərərçəkmiş şəxs3 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş, cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 28 may 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd süfrə, 1 ədəd kofeçəkən aparat, 1 ədəd ütü, 1 ədəd işıq projektoru, 1 ədəd mətbəxt bıçaq, 1 uzadıcı, 1 ədəd qadın uzunboğaz çəkməsi, 1 ədəd “Kodak” markalı fotoaparat, 1 ədəd noutbuk, 1 ədəd suvenir təyyarə, 1 ədəd taxtadan hazırlanmış nərd, 1 komplekt divan örtüyü, 1 ədəd dəri kişi gödəkçəsi (kürk) 1 ədəd dəri gödəkçə, 1 ədəd idman paltarı dəsti, 1 ədəd fotokamera, 1 ədəd “Sony” markalı DVD aparatı, 1 ədəd “Kanon” markalı fotoaparat, 1 ədəd fotoaparat, 1 ədəd “Tefal” markalı ütü, 1 ədəd gecə lampası, 1 ədəd çay serviz dəsti, 2 ədəd dəri kişi kəmərləri, 1 ədəd qadın yağmurluğu (plaşı), 1 ədəd “Plips” markaı televizor, 1 ədəd şahmat, 2 ədəd vaza, 1 ədəd “Kanon” markalı printer, 1 ədəd qadın dəri gödəkçəsı (kürk) , 1 ədəd ev telefonu, 1 ədəd qadın ayaqqabısı, 4 ədəd konyak içkisi, 2 ədəd viski, 1 ədəd maqnitofon 2 ədəd kişi yağmurluğu (plaşı), 1 cüt qadın uzunboğaz çəkməsi, 1 ədəd modern və 1 ədəd qırmızı rəngli xalçanın Zərərçəkmiş şəxs1, 02 ədəd 3 metr uzunluğunda olan kauçuk borunun Zərərçəkmiş şəxs2, 01 ədəd su kranı və 01 ədəd duş borusunun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, və Zərərçəkmiş şəxs3 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş, cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-114/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-114/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver