Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-115/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 09:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1977-ci ildə Zaqatala rayonunun Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, F.Əmirov küçəsi, 42 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində birlikdə yaşadıqları Bakı səhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 63 nömrəli evin 3 nömrəli mənzilində dayısı oğlu Zərərçəkmiş şəxs ona evdən çıxıb getməsini bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona burun sümüklərinin ikili yerdəyişmiş sınıqları, burun kökünün şişkinlik və sıyrığı, hər iki göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı, hər iki gözün ağlı qisasına qansızma, sol qaş nahiyəsinin səthi əzilmiş yarası, bel nahiyəsinin və sağ qalca darağı nahiyəsinin qançırı, sol dirsək oynağının sıyrığı ilə müşayiət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxx 2020-cı il tarixdə, təxminən saat 19 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları Bakı səhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 63 nömrəli evin 3 nömrəli mənzilində olduqları zaman sonuncu heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətdiyindən aralarında mübahisə yaranmış, həmin vaxt əsəblərini cilovlaya bilməyib yumruq və təpiklə Ceyhunun baş, sifət və qarın nahiyələrinə qəsdən vuraraq onu döymüşdür. Hadisə zamanı yanlarında kənar şəxslər olmamışdır. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldıraraq onunla barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx xxx 2020-cı il tarixdə, təxminən saat 19 radələrində dayısı oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları Bakı səhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 63 nömrəli evin 3 nömrəli mənzilində olduqları zaman Rövşənə evdən çıxıb getməsini dediyinə görə sonuncu əvvəlcə onu təhqir etmiş, sonra isə yumruq və təpiklə baş, sifət və qarın nahiyələrinə qəsdən vuraraq onu döymüşdür. Hadisə zamanı yanlarında kənar şəxslər olmamışdır. Sonda Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxsin dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-115/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-115/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver