Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-115/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 05 iyul N22-ci il tarixdə, saat 12:00-da, Bakı şəhərində, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, 11 dekabr N21-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, sonradan barəsində həbs qətimkan tədbiri ilə seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs oğlunun hərbi xidmət yerinin dəyişilməsinə köməklik etmək bəhanəsilə Zərərçəkmiş şəxs hissə-hissə vahid qəsdlə əhatə olunmuş halda atasına məxsus **********822992 saylı təqaüd kartına Zərərçəkmiş şəxs tərəfindən xx.xx.NN-ci il tarixdə saat 10:32-də 170 manat, xx.xx.NN- ci il tarixdə saat 09:42-də 350 manat, xx.xx.NN-ci il tarixdə saat 10:50-də 150 manat, xx.xx.NN-ci il tarixdə saat 14:56-da 100 manat, ümumilikdə isə ödənilmiş 770 manat nağd pul vəsaitini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində nağdlaşdırıb ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Şahid polis təqaüdçüsüdür. Həmçinin Zərərçəkmiş şəxs da polis təqaüdçüsüdür. Atası Akif, Zəfərlə DİN-nin qospitalında müalicə alan zaman tanış olmuşlar. Atası onunla söhbət edən zaman Zəfərin oğlunun hərbi xidmətdə olmasını və olduğu yerin şəraitinin yaxşı olmamasını, oğlunun tez-tez xəstələnməsini, ona görə də xidmət yerinin dəyişdirmək istəməsini bildirmişdir. Onun da pula ehtiyacı olduğundan atasına yalandan Zəfərin oğlu Vüsalın xidməti yerini dəyişməyə köməklik edə biləcəyini demişdir. Bu məqsədlə o, atasından Zəfərin telefon nömrəsini almış və Zəfərə zəng etmişdir. Zəfər oğlunun xidmət etdiyi yeri dəyişdirməkdə ona köməklik etməsini xahiş etmişdir. O, da Zəfərə 1000 manat pul qarşılığında oğlu Vüsalın xidməti yerini dəyişdirirək X3 keçirdə biləcəyini bildirmişdir. Zəfər isə bu barədə öz fikrini ona bir həftə ərzində deyəcəyini demişdir. Sonra Zəfər zəng edib onun təklifi ilə razılaşmışdır. O, Zəfərə 1000 manat pulu gətirib ona verməsini demiş, lakin Zəfər Ağcabədi rayonunda yaşamağını və ona görə pulu kiminləsə göndərəcəyini ona bildirmişdir. O, isə Zəfərə pulu atasına məxsus **********829992 saylı təqaüd kartına köçürməsini demişdir. Zəfər 1000 manat pulun tam olmamasını və pulu hissə- hissə köçürdəcəyini bildirmiş və o, da razılaşmışdır. Zəfər 27 noyabr NN-ci il tarixdə onun atasına məxsus təqaüd kartının hesabına saat 10:32-də 170 manat, xx.xx.NN-ci il tarixdə saat 09:42-də 350 manat, xx.xx.NN-ci il tarixdə saat 10:50-də 150 manat və xx.xx.NN-ci il tarixdə saat 14:56-da 100 manat pul köçürmüşdür. O, isə həmin pulları Zəfərin göndərdiyi tarixlərdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində “Araz” marketin içərisində yerləşən bankomatdan çıxarmış və həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Etdiyi hərəkətdən peşman olduğunu və Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldığı 770 manat pulu tezliklə ona geri qayataracağını qeyd etmişdir. Zərərçəkmiş şəxs ifadəsində düz bildirmişdir. Belə ki, Zəfər onun telefonu nömrəsinin balansına 15 manat, atasının da istifadəsində olan telefon nömrəsinin balansına iki dəfə olmaqla 15 manat pul yükləmişdir. Lakin, həmin telefon nömrələrinin balansına pulu Zəfər özü yükləmişdir. Çünki, Zəfərlə telefonla danışan zaman telefonunun balansı qurtardığından, Zəfər telefonun balansına pul yükləmişdir. O, Zərərçəkmiş şəxs aldığı 770 manat pulu heç kimə verməmiş, hamısını öz ehtiyaclarına xərcləmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan Təqsirləndirilən şəxs Zəfəri aldatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası Şahid təxminən 4 il olar ki, tanımışdır. Akiflə polis təqaüdçüsü olduqlarından DİN-nin Qospitalında müalicə alan zaman tanış olmuşlar. X15 NN-ci ilin sentaybr ayında hərbi xidmətə getmişdir. Oğlu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət etmişdir. NN-ci ilin noyabr ayının əvvəllərində oğlu ilə əlaqə saxlayan zaman onun xəstələndiyini hiss etmişdir. Yəqin şəraitin yaxşı olmadığından oğlunun xəstələndiyini düşünmüş və buna görə də oğlunun xidməti yerini dəyişdirməyi qərara almışdır. Bu məqsədlə tanışı Akifin istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng edib oğlunun xidməti yerinin dəyişdirilməsi ilə bağlı ona köməklik etməsini xahiş etmişdir. Akif də oğlu Təqsirləndirilən şəxsla danışıb ona xəbər verəcəyini bildirmişdir. Sonra 055-806- 14-75 saylı mobil nömrədən ona zəng gəlmiş və Cavanşir olduğunu bildirmişdir. O, Cavanşirdən oğlunun xidmət etdiyi yerini dəyişdirməkdə ona köməklik etməsini xahiş etmiş, Cavanşir isə ona 1000 manat pul qarşılığında oğlu Vüsalın xidməti yerini dəyişdirirək X3 keçirdə biləcəyini demişdir. O, Cavanşirə bu barədə öz fikrini ona bir həftə ərzində deyəcəyini bildirmişdir. Sonra o, Cavanşirlə razılaşmış və Cavanşir ona öz atasına məxsus 4169 7416 7982 9992 saylı təqaüd kartını vermiş və pulu həmin bu kartın hesabına köçürməsini istəmişdir. Həmçinin Cavanşir ona pulu özü deyən zaman kartın balansına köçürməsini bildirmişdir. 27 noyabr NN-ci il tarixdə Cavanşir ona zəng edib kartın hesabına 170 manat pul köçürtməyinin lazım olduğunu demiş və o, da həmin günü saat 10:32-də kartın hesabına 170 manat pul köçürmüşdür. Sonra Cavanşirin tapşırığı ilə o, xx.xx.NN-ci il tarixdə saat 09:42-də 350 manat, xx.xx.NN-ci il tarixdə saat 10:50-də 150 manat və xx.xx.NN-ci il tarixdə saat 14:56-da 100 manat pul köçürmüşdür. Ümumilikdə o, Cavanşirə 770 manat pul göndərmişdir. Bundan başqa o, Cavanşir və atası Akif ilə danışan zaman onların telefonlarının balansında kontur qurtardığından, özü könüllü olaraq Cavanşirin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin balansına xatırlamadığı tarixdə 15 manat və atası Akifin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin balansına da xatırlamadığı tarixdə iki dəfəyə 15 manat pul yükləmişdir. Cavanşir ona oğlunun işini NN-ci ilin dekabr ayının sonuna qədər həll edəcəyinə söz versə də, verdiyi vədi yerinə yetirməmiş, həmçinin ondan hissə-hissə aldığı ümumilikdə 770 manat pulunu ona geri qaytarmamışdır. Sonda təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin ona tam olaraq maddi ziyanın ödənilməsini, o cümlədən 770 manat verdiyi pulu və 30 manat məbləğində kontura yüklənmiş pulun qaytardığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbin olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs təxminən 4 il olar ki, tanımışdır. Zəfərlə polis təqaüdçüsü olduqları üçün DİN-nin qospitalmda müalicə alan zaman tanış olmuşlar. Söhbət edən zaman Zəfər, X15un NN-ci ilin sentyabr ayında hərbi xidmətə getməsini, oğlunun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət etməsini, NN-ci ilin noyabr ayının əvvəllərində oğlu ilə əlaqə saxlayan zaman oğlunun xəstələnməsini hiss etməsini, şəraiti yaxşı olmadığından oğlunun xidməti yerini dəyişdirmək istəməsini demişdir. Onlar Zəfərlə bir-birinin telefon nömrələrini əlaqə saxlamaq üçün götürmüşlər. Zəfər onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng edib oğlunun xidməti yerinin dəyişdirilməsi ilə bağlı ondan köməklik etməyini xahiş etmişdir. O, isə oğlu Təqsirləndirilən şəxsla danışıb ona xəbər verəcəyini demişdir. Sonra o, bu barədə oğluna danışmış və əgər tanışı varsa qanun çərçivəsində Zəfərə köməklik etməsini bildirmişdir. Sonra Zəfərin telefon nömrəsini Cavanşirə vermişdir. Cavanşir də Zəfərə zəng edib onunla əlaqə saxlamışdır. Sonra Cavanşir ona Zəfərin əsgərlikdə olan oğlu üçün xərclik pul göndərmək istədiyini, öz təqaüd kartını ona verməsini, Zəfərin həmin kartın balansına pul göndərəcəyini demişdir. O, da öz təqaüd kartını oğlu Cavanşirə vermişdir. Sonra Zəfər onun təqaüd kartına sayını bilmədiyi qədər pul göndərmiş və həmin pulu da Cavanşir kartın balansından çıxartmışdır. Sonralar Zəfər ona zəng edib oğlu Cavanşirin onu aldatdığını və ondan ümumilikdə 770 manat pul alaraq oğlunun xidməti yerini dəyişməyinə vəd verdiyini, lakin Cavanşirin onun oğlunun xidməti yerini dəyişmədiyini və Zəfərin 770 manat pulunu öz ehtiyaclarına xərclədiyini bildirmişdir. Zəfərlə onun münasibəti çox yaxşı olmuşdur. Hətta onlar telefonla da bir-biri ilə əlaqə saxlayıb dammışlar. Hətta onun telefon nömrəsinin balansında zəng etmək üçün kontur olmayan zaman Zəfər iki dəfə olmaqla onun telefon nömrəsinin balansına ümumilikdə 15 manat pul da yükləmişdir. O, sonradan bilmişdir ki, oğlu Təqsirləndirilən şəxs onun tanışı Zərərçəkmiş şəxs oğlunun xidməti yerini dəyişməsi üçün ondan 1000 manat pul istəmiş və ümumilikdə isə 770 manat pulunu almışdır. Zərərçəkmiş şəxs 770 manat pulunu ödədiyini və oğlunun onunla barışıq əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən müəyyən edilmişdir ki, o, Qaradağ RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən həmin cinayət işi üzrə icraata xitam verilmişdir.(cin işinin vər.94-95) Suraxanı rayon məhkəməsinin xx.xx.N22-ci il tarixli iş № 1(010)-115/N22 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, AR CM-nin 178.1 maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.N22-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.N22-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinə əlavə olunmuş (i/v 15) qəbzlərin surətlərindən görünür ki, Ağcabədi rayonu Xəcavənd kəndi ərazisindən Təqsirləndirilən şəxs atası Şahid məxsus ******************** saylı Kapitalbankİd kodunun balansına xx.xx.NN-ci il tarixdə saat 10:32:58-də 170 AZN, xx.xx.NN-ci il tarixdə saat 09:42:01-də 350 AZN, xx.xx.NN-ci il tarixdə saat 10:50:21-də 150 AZN və xx.xx.NN-ci il tarixdə saat 14:56:44-də 100 AZN yüklənmişdir. Cinayət işin materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən, Zərərçəkmiş şəxs maddi ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs Akfi oğluna qarşı heç bir şikayəti və tələbi olmayacaqdır. Cinayət işin materiallarına əlavə edilmiş 30 may N22-ci il tarixli, 25361 saylı qəbzə əsasən 416974-----4885 saylı hesab nömrəsinə 800 manat ödənilmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərlə barışması və dəymiş ziyanı tamamilə ödəməsi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilməsi barədə Təqsirləndirilən şəxs xahişinin təmin edilməsinə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 ə 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməllər) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı X13 icratında olan ********* saylı cinayət işi üzrə əməlin tövsif edilməsi və icraatına xitam verilməsi barədə qərara əsasən cinayət içinin başlanmasına əsas və səbəb, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2611 nömrəli bağ evində yaşayan X9 xx.xx.N15-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.N15-ci il tarixdə Cavanşir adlı şəxsin onu işə düzətmək adı ilə aldadaraq 2400 manat məbləğində pulunu mənimsəməyi və X4 xx.xx.N15-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.N14-cü il tarixdə Cavanşir adlı şəxsin onu Xəzər Neft Şirkətinə işə düzəltmək adı ilə aldadaraq 550 manat pulunu alıb qaytarmadığını göstərməsi ilə bağlı toplanmış materiallar olmuşdur. 27 oktyabr N17-ci il tarixdə X7 ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmin tarixdə X9 həmin tarixdə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Cinayət işinin materiallarında görünür ki, Təqsirləndirilən şəxs X5 qarşı heç bir dələduzluq cinayət əməli törətməmiş Nadir Rəhimovdan aldığı 2400 manat pulu borc almışdır. Bundan başqa CM-nin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, xeyli miqdar dedikdə 5000 manatdan 10.000 manata qədər olan məbləğ nəzərdə tutulur. Belə olan halda Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.1 -ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsində gsstərilmişdir ki, həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamami ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, yuxarıda göstərilən normativ-hüquqi aktları və cinayət işi X7 və X1 Cavanşir Akif oğlu ilə barışdıqlarını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs artıq bir dəfə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ikinci dəfə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilə bilməz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəməsini, onunla barışıq əldə etməsini, sonuncunun heç bir şikayət və tələblərinin olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr N21-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 154.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 154.2 və 154.2.1-154.2.10-cu maddələrinə əsasən həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləridir. Aşağıdakılardır. Azərbaycan Respublikası CPM-nin 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N01-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 09 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) ay 01 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan N gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən N (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-115/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-115/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver