Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-115/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu və residivi olan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 4(010)- 321/2023 saylı qərarı ilə əvvəli 14 avqust 2023-cü il tarixdən hesablanmaqla, barəsində 03 (üç) ay müddətə həbs növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbsdə saxlanılma müddəti uzadılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,648 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2023-cü il tarixdə saat 09:35 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparılmış, orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən, ümumilikdə 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,648 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həyətdə oturarkən 4 nəfər polis əməkdaşı onu yaşadığı evdən götürmüşlər. X2 da onunla birgə tutmuşlar. Təxminən 15 ilə yaxındır ki, narkotik vasitə istifadə edib, lakin şübhəli şəxs qismində tutularkən üzərində heç bir maddə olmayıb. O, tutulan zaman eyni vaxtda oğlu Seyran Rəhimov da tutulmuşdur. Polis əməkdaşları ona demişdir ki, əgər narkotik vasitə heroini öz üzərinə götürsə, oğlunu buraxacaqlar. Bu səbəbdən narkotik vasitəni məcbur boynuna götürmüşdür. Sonradan müəyyən etmişdir ki, özü ilə birlikdə oğlu Seyrana da narkotik vasitələrin qanunsuz saxlanılması və istifadəsinə görə ittiham elan edilmişdir. Tutulduqdan iki gün sonra bilmişdir ki, oğlu Seyranın da barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq aparılır. Lakin bununla bağlı və üzləşdiyi qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına və məhkəmə nəzarəti qaydasında məhkəməyə heç bir müraciət etməmişdir. Müstəntiq ona demişdir ki, maddənin üzərində olmadığını və ona məxsus olmadığını kimsəyə deməsin. Üzərinə baxış keçirilərkən vəkil iştirak etməmişdir. Suallara cavab olaraq bildirmişdir ki, ona heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Sonda isə üzərində narkotik vasitə olmadığını, özünü iş üzrə təqsirli bilmədiyini və müdafiəçisinin dedikləri ilə razı olduğunu, buna görə də, məhkəmədən ədalətli cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Təxminən 13 ildir ki, narkotik vasitə qəbul edib, son zamanlar isə «kakos» kimi tanıdığı narkotik vasitə heroini falqa arasında çəkmək yolu ilə qəbul edib. 14 avqust 2023-cü il tarixdə saat 09 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, yaşadığı evin qarşısında olarkən polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları olduğunu bilmişdir. 31-ci polis şöbəsinə dəvət edilərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin təhqiqatçısı, polis baş leytenantı Rəşad Quliyev tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olması bildirilərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuş, vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra, təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla 3 nəfər polis əməkdaşının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ərizəsi alınaraq vəkilin iştirakı olmadan istintaq hərəkətinin keçirilməsinə etirazının olmadığını bildirmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, da üzərində, yəni əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan «kakos» kimi tanıdığı heroini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd sellofanın içərisindəki maddə «kakos» kimi bildiyi heroindir. Həmin narkotik vasitə heroini 14 avqust 2023-cü il tarixdə səhər saat 08 radələrində tanımadığı şəxsdən almışdır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf 195 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi izah olunmuşdur. Bundan əlavə, keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığı və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğu bildirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, yaşadığı evin yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı Suraxanı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra həmin idarənin 31-ci polis şöbəsinin sahə inspektoru Şahid2 ilə birlikdə həmin ünvana getmişlər. Yaşadığı evin yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etməsi üçün 01 (bir) ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi bükümlərə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış, bu barədə protokol tərtib olunmuş, protokolda yazılanların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, sonuncu tərəfindən də onlara qarşı müqavimət göstərilməmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin islah olunmamış, yaşadığı ərazi üzrə qonşular tərəfindən də çoxsaylı narazılıqlar olduğunda ətrafında əməliyyat tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə saat 09-10 radələrində yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 24 ünvanının qarşısından Şahid2 ilə birlikdə tutmuşlar, yanlarında başqa polis əməkdaşları olmamışdır. Həmin vaxt Əkbərin oğlu Seyranın tutulması barədə məlumatı olmamış, yalnız 31-ci polis şöbəsində olarkən bu barədə məlumat almışdır. Təqsirləndirilən şəxs oğlu Seyran Rəhimovu başqa polis əməkdaşları həmin gün həmin saatlarda evinin yaxınlığından tutmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin sahə inspektoru Şahid2 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X2 əvvəllər narkotik vasitələrin istifadəsində şübhəli olduqları üçün tutmuşdur. Lakin 14 avqust 2023-cü il tarixdə səhər saatlarında narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğu üçün təkcə X5 şübhəli şəxs qismində saxlamışdır. Mövcud cinayət işi üzrə Təqsirləndirilən şəxs görməmiş və onun da həmin gün tutulması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmçinin nə Suraxanı RPİ-nin 31-ci polis şöbəsində, nə də ki, xidməti ərazidə görməmişdir. Təqsirləndirilən şəxs onu oğlu S.Rəhimovla birlikdə tutulmağı barədə verdiyi ifadəsi tamamilə yalandır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı üzərində telefon olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 15 avqust 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Rəşad Həsənzadə tərəfindən Azərbaycan Republikası CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 14 avqust 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (iş.v. 7) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərarı ilə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin ə/m, Şahid1 “əməliyyat tədbirinin keçirilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. (iş.v.46) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olmasını, onu tanımadığı şəxsdən almasını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddi sübut bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. (iş.v. 34-35) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onu Suraxanı rayonu, Bülbülə qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. Məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4365 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №195” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs “imza” ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,648 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,648 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,598 qram. (iş.v. 41-43) Ambulator məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2023-cü il tarixli 6532 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 112-113) Suraxanı RPİ-nin İŞ-nin 30 avqust 2023-cü il tarixli, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq ünvanlanan Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin 24 oktyabr 2023-cü il tarixli, 54/2-21320/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 94, 108) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 1(010)- 115/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilərək Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin növbətçi hissəsində quraşdırılmış kamera ilə qeydə alınmış 14 avqust 2023-cü il tarixdə saat 09:00-dan 12:00-dək olan videogörüntülərin götürülməsinin icra edilməsi Suraxanı RPİ-yə və Azərbaycan Respublikası DİN-in X3 Xidmətinə həvalə edilmişdir. X3 Xidməti tərəfindən daxil olmuş 13 fevral 2024-cü il tarixli, 3133/2-3672/24 saylı məktubla arxivlərin saxlanılma müddəti bitdiyindən informasiyanın təqdim edilməsi mümkün olmamışdır. Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 1(010)-115/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilərək 14 avqust 2023cü il tarixdə, saat 09:00-dan saat 11:00-dək olan müddət ərzində iş üzrə Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun hərəkət marşrutunun sorğu edilərək götürülməsi, həmçinin 14 avqust 2023-cü il tarixdə saat-09:00-da 40.436236,49.980956 peyk kodu üzrə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 24 ünvanının 200 metrlik radiusunda Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun aktiv olubolmaması, aktiv olmuşdursa, konkret vaxtlarına dair məlumatların götürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 02 fevral 2024-cü il tarixli, BKC/LGL-1498/24 saylı məktubla əldə olunmuş mümkün məlumatlar məktuba əlavə edilərək qoşma şəklində Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, əlavə olaraq 40.436236,49.980956 koordinat üzrə ***-***-**-** saylı nömrənin qeyd edilən tarix və saat üzrə "xxxx" şəbəkəsində istifadəsinin qeydə alınmadığı bildirilmişdir. Bakcell MMC-dən daxil olmuş məktuba əlavə edilmiş cədvəldən görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten əhatəsi 14 avqust 2023-cü il tarixdə saat 09:40-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X11, 09:41-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisini göstərmişdir. İş materiallarında olan 14 avqust 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 09:35də yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində yaşadığı evin yaxınlığında saxlanılmış və saat 09:45-də Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirilmişdir. 31-ci polis şöbəsinin yerləşdiyi ərazi Əmircan qəsəbəsi sayılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti isə 14 avqust 2023-cü il tarixdə saat 11:30-da keçirilmiş və həmin istintaq hərəkətində onu tutmuş polis əməkdaşları Şahid1 və Şahid2 da iştirak etmişdir. Cədvəldən də göründüyü kimi Şahid1 istifadəsində olmuş mobil nömrənin anten əhatəsi saat 10:38-dən sonra Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində aktiv olmuşdur. Göründüyü kimi Şahid1 şəxsi tutduqdan sonra 31-ci polis şöbəsinə təhvil vermiş, daha sonra işləri ilə əlaqədar Suraxanı rayonu ərazisini tərk etmiş, saat 10:38-də isə yenidən Suraxanı rayonu ərazisində anten əhatəsi aktiv olmuşdur. Çünki şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilmiş və həmin çəkilişdə Şahid1 və Şahid2 da iştirak etmişdir. Odur ki, Bakcell MMC-dən alınmış məktub və məktuba əlavə edilmiş cədvəl maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilməlidir. Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 1(010)-115/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilərək Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili X6 əlavə şahid qismində məhkəmə iclasına dəvət edilərək dindirilmişdir. 01 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,648 qram, tədqiqatdan sonra qalıq qalmış 0,598 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş.v. 137-138) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 01 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 137-138) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən 11 mart 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə məhkəmə çıxışı daxil olmuşdur. Həmin məhkəmə çıxışında bildirilir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin 7-8 nəfər polis əməkdaşı 14 avqust 2023-cü il tarixdə, səhər saatlarında özünün yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində yerləşən evinə qanunsuz daxil olmuş, onun özünü və X2 zorla maşına mindirərək 31-ci polis şöbəsinə aparmış, şöbəyə gətirilən kimi növbətçi hissədə üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə aşkar edilmədiyi halda, psixoloji təzyiq edilərək ona təqdim edilən narkotik vasitəni qəbul etməsini, qəbul etmədiyi halda onun oğlunu da narkotiklə "yükləyərək" həbsə göndərəcəklərini bildirmişlər. Oğlunun buraxılması şərtilə polislərin dediyinə razı olmuş, etirafedici ifadələr vermiş, əslində isə onun üzərində narkotik vasitə olmamışdır. Buna görə də, istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini və verilmiş ittihamla özünü təqsirli bilmədiyini bildirmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur, bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılmalı, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Yuxarıdakılarla bağlı qeyd olunması zəruridir ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə 31-ci polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində yaşadığı evin qarşısından götürülmüş, ona qarşı hər hansı psixi və ya fiziki təzyiqlər edilməmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş aparılmaqla keçirilmiş və həmin görüntüdə də Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin ona məxsus olmaması, fiziki və ya psixi təzyiqlərə məruz qalması ilə bağlı hər hansı irad bildirilməmişdir. Həmçinin şəxs tərəfindən ibtidai istintaq dövründə müdafiəçisinin qeyd etdiyi xüsusatlarla bağlı hüquq-mühafizə orqanlarına və məhkəmə nəzarəti qaydasında məhkəməyə heç bir müraciət olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs oğlu Seyran Rəhimov tərəfindən də psixi və ya fiziki təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına və məhkəmə nəzarəti qaydasında məhkəməyə heç bir müraciət olunmamışdır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı da şəxsin hüquqlarını müdafiə edib və əgər elə bir hal olmuş olsaydı bundan məlumatlı olardı və dərhal hüquqi prosedurlara keçə bilərdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə çıxışında əməliyyat tədbirinin qanunsuzluğuna dair gətirdiyi dəlillər: cinayət işinin materiallarından görünür ki, 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirinin keçirilməsi üçün Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 qərar qəbul etmişdir. Həmin qərarda Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində olacağı və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Təqsirləndirilən şəxs müəyyən edilərək 31-ci polis şöbəsinə gətirilməsi və üzərinə videoyazı ilə baxış keçirilməsi zərurətinin olması qeyd edilərək qərarın surətinin 48 saat ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna və məhkəmə nəzarətini həyata keçirən Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərarı ilə 26 iyul 2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərarın qanuniliyi yoxlanılmışdır. Lakin həmin qərarda əməliyyat tədbirinin keçirilməsinin zəruriliyini əks etdirən sənədlərə istinad edilməmişdir. Həmçinin həmin qərar 48 saat müddətində deyil, 14 avqust 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Yuxarıdakılarla bağlı qeyd olunması zəruridir ki, cinayət işi materiallarından göründüyü kimi Əkbər adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə raport, onun şəxsiyyətinin dəqiqləşdirilməsi barədə raport, əməliyyat qrupunun yaradılması barədə qərar, əməliyyat qrupunun yaradılması barədə protokol, əməliyyat qrupunun yaradılması barədə əmr, Təqsirləndirilən şəxs tutularaq 31-ci polis şöbəsinə təhvil verilməsi ilə bağlı raport hamısı 14 avqust 2023-cü il tarixdə tərtib edilmiş və həmin tarixə aid olmuşdur. Lakin iş materiallarında olan əməliyyat tədbirinin keçirilməsi barədə qərarda texniki səhv olaraq 26 iyul 2023-cü il tarix göstərilsə də, həmin qərarın nəticə hissəsində Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə saxlanılması və 31-ci polis şöbəsinə gətirilməsi qərara alınmış və həmin qərar 31-ci polis şöbəsinin rəisi tərəfindən 14 avqust 2023-cü il tarixdə imzalanaraq möhürlənmişdir. Həmçinin həmin əməliyyat tədbirinin qanuniliyi barədə Suraxanı rayon məhkəməsinin 14 avqust 2023-cü il tarixli 5(010)-416/2023 nömrəli qərarında da 26 iyul 2023-cü il tarixli deyil, 14 avqust 2023cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərarın qanuni hesab edilməsi qeyd edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, Əməliyyat-Axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir. Həmin qanunun 10-cu maddəsində isə əməliyyat axtarış tədbirləri qeyd edilmiş və onlardan hansının məhkəmə qərarı əsasında keçirilməli olması öz əksini tapmışdır. 14 avqust 2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərarda Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində müşahidə aparılması və Təqsirləndirilən şəxs müəyyən olunan zaman saxlanılaraq 31-ci polis şöbəsinə gətirilməsi qeyd edilmişdir. Göründüyü kimi Qanunun 10-cu maddəsində əməliyyat axtarış tədbirləri sırasında binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahəsinin, nəqliyyat vasitələrinin müşahidəsinin aparılması öz əksini tapmışdır. CPM-nin 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: 445.1.1. telefon danışıqlarına qulaqasma; 445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 445.1.3. texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; 445.1.4. binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; 445.1.5. texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; 445.1.6. insanların güdülməsi. 14 avqust 2023-cü il tarixli həmin əməliyyat tədbirinin isə qanuniliyi məhkəmə tərəfindən yoxlanılmış və qanuni hesab edilmişdir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə çıxışında narkotik vasitənin aşkar edilməsi epizodunun qanunsuzluğuna dair gətirdiyi dəlillər: 14 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol etibarsız hesab edilməlidir. Çünki həmin protokol Azərbaycan dilində latın qrafikalı əlifba ilə tərtib edilmişdir. Həmin vaxtı ərizəyə əsasən müdafiəçinin iştirakı təmin edilməmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs latın qrafikalı əlifba ilə yazıb oxuya bilmir. Bu isə onun müdafiə hüququnun kobud pozulmasıdır. Müdafiə hüququnun pozulmasına dəlalət edən hal ondan ibarətdir ki, ibtidai araşdırma zamanı onunla bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara nəzər yetirildikdə müəyyən edilir ki, həmin protokollarda sonuncunun özünün etdiyi yazılı qeydlər kiril əlifbası ilə icra olunmuşdur ki, bu hal da məhkumun latın qrafikası ilə yazıb oxuya bilməməsinə işarə edir. Bu hal təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən aydınlaşdırılmasa da, müdafiə tərəfi hesab edir ki, belə olan halda təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxs hesab edilməklə onunla aparılan bütün istintaq hərəkətlərinin aparılmasında müdafiəçinin iştirakı məcburi olmuşdur və bu nəticə CPM-nin 92.3.4-cü maddəsinin tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 92.3.4-cü maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Qeyd olunan hallar qanunvericiliyin aşağıdakı tələbləri baxımından təhlil edildikdə təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı həmçinin digər qanun pozuntularına da yol verilməsi müəyyən edilir. Belə ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında protokoldan və videogörüntülərdən təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkilməməsi dəqiq müəyyən edilir, baxmayaraq ki, CPM-nin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Eyni müddəa CPM-nin 247.1.9-cu maddəsində də nəzərdə tutulmuşdur. Eyni zamanda təqdim edilmiş maddə zərfə qablaşdırılsa da, həmin zərfə hər hansı möhür vurulmamışdır (bu şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsündən məlum olur). Buna baxmayaraq şəxsi axtarış və götürmə aparılması haqqında protokolda həmin zərfin 194 nömrəli möhürlə möhürləndiyi qeyd edilmişdir. Yuxarıdakılarla bağlı qeyd olunması zəruridir ki, 14 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol qanuni hesab olunmalıdır. Çünki Təqsirləndirilən şəxs tutularkən ona dövlət hesabına təyin edilmiş 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim olunmuş, o, həmin vəkilin iştirakından imtina etməmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, bunlar həmin protokollarda hər iki şəxsin imzasının olması ilə təsdiq olunur. Həmçinin 14 avqust 2023-cü il tarixli ərizədə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı müdafiəçisi Müdafiəçi iştirakını məqsədəmüvafiq hesab etmirəm. Bunu nəzərə alaraq şəxsi axtarış və götürməni müdafiəçisinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və ərizəni imzası ilə təsdiq etmişdir. Həmin ərizədə həmçinin Müdafiəçi da tanış olması ilə bağlı imzası vardır. Həmçinin iş materiallarına əlavə edilmiş 17 dekabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində çıxarılmış sonuncu hökmdə onun dindirilməsi və digər istintaq hərəkətləri zamanı tərcüməçi və ya mütəxəssisin iştirakının olması halı müəyyən edilməmişdir. Bundan başqa şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla keçirilmiş, görüntüdə Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki təzyiqin olunması halı müəyyən edilmir, əksinə Təqsirləndirilən şəxs səmimi olaraq törətdiyi cinayət əməlini etiraf edir. Üzərindən aşkar olunmuş narkotik vasitə onun və iştirakçıların yanında ekspertiza tədqiqatına təqdim olunması üçün boş zərfə qoyulur və üzərinə 195 nömrəli möhür vurulur. Həmçinin qeyd olunmalıdır ki, iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 14 avqust 2023-cü il tarixli rəyinin təsviri hissəsində 195 nömrəli dairəvi möhür əksləri olan bir ədəd zərf və içərisində olan 0,648 qram olan qəhvəyi rəngli maddə tədqiq olunmuşdur. Ona görə də həmin şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu və görüntünü əks etdirən 01 ədəd CD disk cinayət işi üzrə sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə çıxışında tutulmanın qanunsuzluğuna dair gətirdiyi dəlillər: təqsirləndirilən şəxs qanunsuz tutulmuşdur. Çünki narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat tutulmaya əsas verən hal deyildir. Əldə edilmiş əməliyyat məlumatı birmənalı olaraq şəxsin tutulması və üzərində şəxsi axtarış tədbirinin keçirilməsinə əsas hesab edilməməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində yalnız əməliyyat məlumatı olmuş, bu məlumatın dəqiqliyi yoxlanılmamış, əlavə əməliyyat-axtarış tədbirləri keçirilmədən, əməliyyat tədbirinin təxirəsalınmazlığı əsaslandırılmadan şəxs əsassız olaraq tutulmuşdur. Bundan əlavə təqsirləndirilən şəxsin tutulduğu yerdə üzərində şəxsi axtarışın keçirilməsi zamanı narkotik vasitə aşkar edilmədiyi halda, buna məhəl qoymadan oradan birbaşa polis əməkdaşlarının nəzarəti və müşayiəti ilə polis şöbəsinə gətirilərək bir neçə saatdan sonra, şəxsi axtarışa məruz qalması onun təqsirinin sübut olunması istiqamətində ciddi şübhələrin yaranmasına əsas verir. Qeyd edilənlərlə yanaşı, təqsirləndirilən şəxsin ittihamı üçün də hər hansı bir maddihüquqi əsas mövcud olmamışdır. Çünki onun üzərində narkotik maddə olmamışdır. Həmçinin, tutularkən, habelə tutulanadək Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmamış, onun üzərindən polislər heç bir narkotik vasitəni götürməmişlər. Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirildikdən sonra üzərindən narkotik maddə götürülməsi isə onun üzərində əvvəldən narkotik vasitə olmasını şübhə altına alır və ittihamın qeyrimötəbər sübuta əsaslanmasına işarə edir. Bu baxımdan təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işi üzrə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsinin əsasını təşkil edən sübutlar yolverilməz və qeyri-mötəbərdir. Yuxarıdakılarla bağlı qeyd olunması zəruridir ki, CPM-nin 147.2-ci maddəsinə əsasən tutulma-şəxsin cinayət törətməsinə şübhə yarandıqda tətbiq edilir. Şəxsin ətrafında əməliyyat tədbiri keçirilmiş, şəxsin barəsində kifayət qədər məlumat əldə edilmiş, şəxs bunun əsasında saxlanılaraq 31-ci polis şöbəsinə gətirilmiş, orada müdafiəçi ilə təmin edilmiş, hüquqları və vəzifələri ona izah edilmiş, bundan sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti videoçəkiliş aparılmaqla həyata keçirilmiş və Təqsirləndirilən şəxs üzərində 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şəxsin narkotik vasitələrdən istifadə etməsi halı iş üzrə təyin edilmiş ambulator məhkəmə narkoloji ekspertizasının rəyi ilə də təsdiq edilmiş, onda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmiş və əvvəllər beş dəfə CM-nin 234cü maddəsi ilə məhkum olunması da həmin halın təsdiqi üçün yetərlidir. Göründüyü kimi şəxs törətdiyi cinayət əməllərindən nəticə çıxarmamış və islah olunmamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə çıxışında şahid ifadələrinin işin hallarına uyğunsuzluğuna dair gətirdiyi dəlillər: Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən şəxs barəsində narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olduğunu bildirmişdir. Digər Şahid1 isə Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumat daxil olduğunu qeyd etmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il saat 11:00 dəqiqədə tutduğunu qeyd etmişdir. Suala cavab olaraq isə bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində məlumat tutulmasından 15-20 gün əvvəl daxil olmuşdur. Məhkəmə araşdırması zamanı əldə edilmiş anten məlumatlarına əsasən Şahid1 məxsus (055)-640-25-02 nömrəli mobil telefonun hərəkət marşrutu sorğu edilərək Bakcell “MMC”-dən alınmışdır. Həmin məlumatlarda, ümumiyyətlə 14 avqust 2023-cü il tarixdə, səhər saatlarında Sabunçu və Nizami rayonları ərazisində telefonun aktiv olduğu məlum olur. Belə ki, 09:40... Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X11, 09:49... Nizami rayonu, Qara Qarayev prospekti 8-ci km, daha sonra, Sabunçu və Nizami rayonları və 10:38... Suraxanı rayonu, Bülbülə qəsəbəsində olduğu qeyd edilmişdir. Lakin iş materiallarında olan sənədlərdən və tərtib edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə, saat 09:35 dəqiqədə tutulmuş, 09:45-də 31-ci polis şöbəsinə təhvil verilmişdir. Əlavə şahid qismində dindirilmiş Şahid3 isə Təqsirləndirilən şəxs oğlunun tutulmasında iştirak etmədiyini, onun saxlanması zamanı orada olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs X2n barəsində CMnin 234.1-ci maddəsi ilə cinayət işi olmuş və barəsində Suraxanı Rayon Məhkəməsi tərəfindən ittiham hökmü çıxarılmışdır. Həmin hökmə nəzər saldıqda, Seyran Rəhimovun 14 avqust 2023-cü saat 09:35 dəqiqədə yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsinin yaxınlığında saxlanıldığı və 31-ci polis şöbəsinə gətirildiyi məlum olur. Hər ikisinin də eyni tarixdə, eyni saat və dəqiqədə tutulması Təqsirləndirilən şəxs onu oğlu ilə birlikdə tutulması barədə dediklərinin doğru olduğunu bir daha təsdiq edir. Digər bir hal isə odur ki, şahidlər Təqsirləndirilən şəxs tutulana kimi tanımadıqlarını bildirmişlər. “Bəs təqsirləndirilən şəxsin şəxsiyyətini necə müəyyən etdiniz?” sualı verildikdə portalda olan şəkli əsasında tanıdıqlarını bildirdilər və bununla bağlı heç bir protokol tərtib edilmədiyini göstərdilər. Həqiqətən də işdə olan materialların içərisində elə bir sənəd mövcud deyil. Lakin əslində portalda olan şəkildən tanınması barədə ifadələr verilsə də, bununla bağlı CPM-nin 239-cu maddəsində nəzərdə tutulmuş qaydada fotoşəkillərdən tanınmanın keçirilməsi haqqında heç bir istintaq hərəkəti aparılmamış və bu haqda müvafiq prosessual sənəd tərtib edilməmişdir. Yuxarıdakılarla bağlı qeyd olunması zəruridir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, şəxs tutulduqdan sonra ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin 24 oktyabr 2023-cü il tarixli, 54/2-21320/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Bakcell MMC-dən daxil olmuş məktuba əlavə edilmiş cədvəldən görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten əhatəsi 14 avqust 2023-cü il tarixdə saat 09:40-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X11, 09:41-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisini göstərmişdir. İş materiallarında olan 14 avqust 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 09:35-də yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində yaşadığı evin yaxınlığında saxlanılmış və saat 09:45-də Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirilmişdir. 31-ci polis şöbəsinin yerləşdiyi ərazi Əmircan qəsəbəsi sayılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti isə 14 avqust 2023-cü il tarixdə saat 11:30-da keçirilmiş və həmin istintaq hərəkətində onu tutmuş polis əməkdaşları Şahid1 və Şahid2 da iştirak etmişdir. Cədvəldən də göründüyü kimi Şahid1 istifadəsində olmuş mobil nömrənin anten əhatəsi saat 10:38-dən sonra Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində aktiv olmuşdur. Göründüyü kimi Şahid1 şəxsi tutduqdan sonra 31-ci polis şöbəsinə təhvil vermiş, daha sonra işləri ilə əlaqədar Suraxanı rayonu ərazisini tərk etmiş, saat 10:38-də isə yenidən Suraxanı rayonu ərazisində anten əhatəsi aktiv olmuşdur. Çünki şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilmiş və həmin çəkilişdə Şahid1 və Şahid2 da iştirak etmişdir. Bundan başqa qeyd olunmalıdır ki, cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuş, saat 09:35-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 15 avqust 2023-cü il tarixdə saat 20:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin portal sənədinin surəti əməliyyat tədbirinin keçirilməsi ilə bağlı materiala əlavə olunmuş, oradan da aydın şəkildə şəxsin fotoşəkli görünür və həmin fotoşəkil əsasında şəxsin tanınması mümkündür. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X7 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə istintaqı zamanı etiraf etməmiş, polis əməkdaşları əgər narkotik vasitəni boynuna götürərsə, oğlu Seyran Rəhimovu buraxacaqlarını vəd etdiyi üçün üzərində heç bir narkotik maddə olmamasına baxmayaraq ibtidai istintaq zamanı etirafedici ifadə verdiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə qeyd etdiyi xüsusatlarla əlaqədar hər hansı hüquq-mühafizə orqanlarına və məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən də aşkar şəkildə törətdiyi əməli etiraf etməsi görünür. Həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də ibtidai istintaq dövründə polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təzyiq olmadığını qeyd etmişdir. Əlavə olaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-321/2023 saylı 16 avqust 2023-cü il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirmiş, lakin hər hansı psixi və ya fiziki təzyiqlərə məruz qalması, eləcə də narkotik vasitənin ona məxsus olmaması ilə bağlı fikirlər deməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir dəlillə əsaslandırılmadığı üçün sübut növü kimi qiymətləndirilməməlidir. Ona görə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuş, saat 09:35-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 15 avqust 2023-cü il tarixdə saat 20:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdimat daxil olmuşdur. Həmin məhkəmənin 16 avqust 2023-cü il tarixli, 4(010)-321/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 13 noyabr 2023-cü il tarixli, 4(010)-423/2023 saylı qərarla həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) günədək, yəni 04 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Həmin məhkəmənin 23 noyabr 2023-cü il tarixli, 1(010)-640/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək təsdiq edilmiş, həmin məhkəmənin 04 dekabr 2023-cü il tarixli, 1(010)-640/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. (iş.v. 23, 59-60, 79-80, 85-86, 88-90, 157-159, 167, 180) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 1(010)-348/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 28 aprel 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasından 01 (bir) ay 18 (on səkkiz) gün vaxtından əvvəl şərti azad edilmişdir. 16 iyun 2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə, qeydiyyatdan çıxarılmışdır. (iş.v. 98-100) Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu cinayət əməlinə görə, məhkumluğu götürülməmiş və ödənilməmişdir. Belə ki, törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə, daha sərt cəza tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən sadə residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsini, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin ptorokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,648 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsində qeyd olunmuş cinayətin sadə residivi müəyyən edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığından saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəliq Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqirləndirilən şəxsi və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və bəraət alması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasının əvvəli 14 avqust 2023-cü il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,598 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 (on altı) saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 14 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,598 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk və Bakcell MMC-dən alınmış sənədlər iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 96 (doxsan altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-115/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-115/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver