Məhkəmə qərarları › İş №1(010)-116/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-116/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-116/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi usta fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində ünvan 3 ünvanında qeyri-rəsmi münasibətdə olduğu X2 telefonda danışan zaman onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı Gülnaz Sükürovanın sağ qöz və sağ alın nahiyyəsindən əli ilə qəsdən vuraraq, ona sağ qöz ətrafının şişkinli qançırı və ağlı qişasına qansızması ilə müşayiət olunmuş, dərəcəsinə qörə ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, bir müddət aralarında qeyri-rəsmi münasibətləri olmuşdur. Təxminən 1 il bundan əvvəl sosial şəbəklərin birində Gülnazla tanış olmuş, bir müddət telefonla danışdıqdan sonra münasibətləri daha da sıxlaşmışdır. Demək olar ki, təxminən 4-5 ay qeyri-rəsmi münasibətləri olmuşdur. Lakin son zamanlar aralarında heç bir səbəb olmadan soyuq münasibətlər yaranmışdır. Gülnaz telefonla danışıq zamanı ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixində təxminən saat 20:30 radələrində Gülnazın Suraxanı rayonu, Zığ qəsəbəsindəki evinə gedərək, Gülnazla söhbət etmək istəmişdir. Gülnazla söhbət zamanı onu telefonda nalayiq ifadələrlə söyməsinin səbəbini soruşduqda, Gülnaz səbəbsiz yerə qışqırmağa və səs-küy salmağa başladığı üçün, o, əsəbləşib, sonuncunun yaxasından tutaraq silkələləmiş və sonra 1 dəfə şillə ilə sağ göz və alın nahiyyəsindən qəsdən vuraraq, onu döymüşdür. O, bildirmişdir ki, hadisə zamanı yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və onun barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, təxminən 4-5 ay aralarında qeyrirəsmi münasibət olmuşdur. Təxminən 1 il bundan əvvəl sosial şəbəkədə Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonradan aralarındakı münasibətlər daha da, yaxınlaşmış və təxminən 4-5 ay qeyri-rəsmi münasibətləri olmuşdur. Lakin sonradan onun Pərvizlə arasındakı münasibətlərin düzgün olmadığını və bu münasibəti daha da uzatmağın mənasız olduğunu düşünüb, münasibətlərinə son qoymağa qərar vermişdir. Bundan sonra demək olar ki, onunla aralarında soyuqluq yaranmışdır. Lakin buna baxmayaraq, Pərviz onun ayrılmaq qərarına əhəmiyyət verməyərək, mütəmadi olaraq ona zənglər edib, onu narahat etmişdir. O, da hər dəfəsində ondan zəng vurmamasını xahiş etsə də, Pərviz davamlı olaraq ona zəng vurub narahat etmişdir. Pərviz nə qədər onunla yenidən barışıb münasibətlərini davam etdirmək istəsə də, o, buna razı olmadığı üçün xx.xx.2021-ci il tarixində təxminən saat 20:30 radələrində yaşadığı ünvan 4 ünvanına gələrək, onu nalayiq sözlərlə təhqir edib mübahisə etməyə başlamışdır. Bu zaman ondan yaşadığı evi tərk etməyini tələb etdikdə, Pərviz əsəbiləşərək, şillə ilə onun sağ gözündən və alın nahiyyəsindən qəsdən vuraraq, onu döymüşdür. O, bildirmişdir ki, hadisə zamanı yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzəzrə alaraq, təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi və istintaq protokolları və sadələşdirilmiş icraat materiallarında olan digər sübutlarla da təsdiq edilir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən keçirilmiş MTE və PA Birliyinin Suraxanı rayon şöbəsinin canlı şəxsin xx.xx.2021-ci il tarixli «179» saylı ekspertizası rəyindən görünür ki, 1971-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ göz ətrafının şişkinli qançırı və ağlı qişasına qansızma küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin sadələşdirilmiş icraat materialı üzrə məhkumluğun yoxlanılmasına dair tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəyən ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar