Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-116/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kürçülü kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən nömrəsiz evdə yaşayan, Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarına əsasən müvafiq əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə tövsif olunmaqla ona 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 23 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Suraxanı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 27 oktyabr 2021-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (həbsdə saxlanılması müddəti sonradan müvafiq məhkəmə qərarları ilə uzadılıb) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 1975-ci ildə zavod üsuli ilə istehsal olunmuş, 9 mm kalibrli, PM 63 konstruksiyalı, serya və nömrəsi silinmiş yivli odlu döyüş silahı hesab edilən, istifadəyə, atəşə yararlı 01 ədəd avtomatik tapançanı, PM 63 konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı 01 ədəd sandıqçanı və 9 mm kalibrli “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli təyinatı üzrə istifadəyə yararlı 06 ədəd patronları qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və gəzdirmiş 27 oktyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin, NMB-nin və 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz ünvanın qarşısında şübhəli bilindiyi üçün saxlanılaraq, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins gödəkcənin sol iç hissəsindən 1975-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, PM 63 konstruksiyalı, seriya və nömrəsi silinmiş yivli odlu döyüş silahı hesab edilən, istifadəyə, atəşə yararlı 01 ədəd avtomatik tapança, əynində olan göy rəngli cins şalvarının arxa hissəsindən PM 63 konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı 01 ədəd sandıqça və 9mm kalibrli “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edılmıiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli təyinatı üzrə istifadəyə yararlı 06 ədəd patronlar aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 27 oktyabr 2021-ci ildə saat 4-5 radələrində atasının qəbrini ziyarət etmək üçün maşınla qəbiristanlığa gedərkən qəbiristanlığın qarşısında maşını saxlayıb qəbiristanlığın içərisinə piyada getdiyi vaxt yolun ortasında qara sellofan olduğunu görmüşdür. Daha sonra atasının qəbrini ziyarət etmiş, qayıdan zaman həmin sellofanı götürüb kənara atmaq istəyərkən içərisində silah olduğunu aşkar etmişdir. Silahı Polis İdarəsinə təhvil vermək üçün götürmüşdür. Məhəlləyə tərəf gedən vaxt ona mülki geyimdə 4-5 nəfər polis əməkdaşı yaxınlaşmış və onu saxlayaraq polis bölməsinə aparmışlar. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 27 oktyabr 2021ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun, X2, Suraxanı RPİ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis serjantları Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradıldı. Daha sonra həmin tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz ünvanın qarşısında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanıldı. Məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etdikdə həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdi. Həmin şəxsə üzərində qanunsuz olaraq odlu silah olması barədə şübhə olduğunu bildirib, üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etdilər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirildi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins gödəkcənin sol iç hissəsindən qara rəngli üzərində 1975 yazılı tapançanı, əynindəki gödəkcənin sağ cibindən bir ədəd qara rəngli “Redmi 8” markalı mobil telefonu və əynindəki göy rəngli cins şalvarının arxa hissəsindən içərisində 6 ədəd patronlar olan 1 ədəd sandıqçanı çıxarıb masanın üzərinə qoydu. Aşkar edilmiş predmetlər qablaşdırılaraq möhürlənib götürüldü, keçirilmiş şəxsi axtarışla bağlı video çəkiliş aparılaraq protokol tərtib edildi və həmin protokol iştirakçılar tərəfindən imzalandı. İş üzrə şahid qismində dindirilmiş X3 və Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri, o cümlədən onun müvafiq əşyaları qəbiristanlıqdan tapıb polisə təhvil vermək məqsədilə götürdüyünə dair söylədikləri reallıqda baş vermiş hadisələri öz xeyrinə təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. 29 oktyabr 2021-ci il tarixli 3/1803 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “təqdim edilmiş 01 (bir) ədəd silah 1975-ci ildə zavod üsuli ilə istehsal olunmuş, 9 mm kalibrli, PM 63 konstruksiyalı, serya və nömrəsi silinmiş avtomatik tapançadır - yivli odlu döyüş silahıdır, istifadəyə atəşə yararlıdır. Təqdim edilmiş 01 (bir) ədəd sandıqca PM 63 konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş 06 (altı) ədəd predmet 9mm kalibrli “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 rnm kalibrli patrondur, təyinatı üzrə istifadəyə yararlıdır”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarına əsasən müvafiq əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə tövsif olunmaqla ona 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 23 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bu Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin sübutların saxlanc yerində saxlanılan 01 (bir) ədəd odlu silah hesab olunan avtomatik tapança, 01 (bir) ədəd sandıqca və döyüş sursatı hesab olunan 06 (altı) ədəd patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 oktyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin sübutların saxlanc yerində saxlanılan 01 (bir) ədəd odlu silah hesab olunan avtomatik tapança, 01 (bir) ədəd sandıqca və döyüş sursatı hesab olunan 06 (altı) ədəd patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-116/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-116/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver