Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-117/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, tərcüməçi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, sonuncu dəfə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 20 nömrəli evin 37 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində adı istintaqa “Ayka” kimi məlum olan qadına 40 manat ödəməklə ondan satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə alaraq əldə edib, əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxlayıb, daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılıb 30-cu Polis Şöbəsinə gətirilmiş, orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşları tərəfindən, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.349 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qrudulmuş marixuana, bir ədəd şəxsi istehlak miqdarından az miqdarda siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumi təmiz çəkisi 0.091 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və bir ədəd şəxsi istehlak miqdarından az miqdarda siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0.018 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı evdən çıxdıqda bir neçə nəfər ona yaxınlaşıb özlərini Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək, onu həmin polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin şəxslərlə birlikdə qeyd etdiyi polis şöbəsinə getmiş, orada xidməti otaqların birində olduğu zaman vəkil dəvət edildikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirmişlər. Polis əməkdaşları hüquq və vəzifələrini izah edərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirələciyini bildirib üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub olmadığını soruşmuşlar. Polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmamışdan bir qədər öncə əməliyyatçı tərəfindən cibinə qoyulmuş bükülü cibindən çıxarılaraq masanın üzərinə qoyulmuş, bununla da polis əməkdaşları üzərinə baxış keçirilməsi təsuratı yaradaraq, həmin narkotik vasitəni qablaşdıraraq götürmüşlər və bu barədə protokol tərtib etmişlər. O, polis işçiləri tərəfindən fiziki zora və işgəncəyə məruz qalacağından ehtiyyat etdiyi üçün həmin protokola imza etmiş və ibtidai araşdırma zamanı etirafedici izahatlar vermişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, uzun müddətdir narkotik vasitə aludəçisidir və buna görə də bir neçə dəfə məhkum olunmuşdur, lakin xx xxxx 2020-ci il tarixdə üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən təqsirinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərdi ki, Eldar onun oğludur və sonuncu onunla birlikdə yaşayır. Uzun müddətdir narkotik vasitə aludəçisi olan Eldar əvvəllərdə narkotik vasitələrin istifadəsinə görə iki dəfə məhkum olunmuş, sonuncu narkotik vasitələri həm üzərində, həm də yaşadığı evdə saxlamışdır. Eldarın narkotik vasitəni haradan əldə etdiyini və hansı yolla qəbul etdiyindən məlumatı olmamış, ondan dəfələrlə narkotik vasitələrdən uzaq durmasını xahiş etsə də, sonuncu onun sözlərinə məhəl qoymamışdır. Eldar oğlu olduğu üçün sonuncuda narkotik vasitə olması barədə hüquq-mühafizə orqanlarına müraciət etməmiş, lakin son zamanlar artıq bezdiyi üçün xx xxxx 2020-ci il tarixdə Eldarın narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət etmişdir. Həmin günü polis əməkdaşları tərəfindən oğlu Eldar tutularaq polis şöbəsinə gətirilmiş, onda olan məlumata görə Eldarın üzərinə baxış keçirilən zaman ondan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Həmin günü polis əməkdaşları onun razılığı ilə yaşadığı evə də baxış kerçirmişlər. Baxış keçirilən zaman bir ədəd kibrit qutusunda və bir ədəd qara rəngli sellofana bükülmüş yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə, bir ədəd elektron tərəzi və çoxsaylı tibbi şprislər polis əməkdaşalrı tərəfindən götürülmüşdür. Aşkar edilmiş həmin bitki mənşəli kütlələrin və digər əşyaların kimə məxsus olmasından və evə hansı yolla gətirilməsindəm məlumatı olmamış, onların oğlu Eldara məxsus olduğunu zənn edib polis əməkdaşlarının suallarına cavab olaraq aşkar edilmiş bitki mənşəli kütlələrin və digər əşyaların oğlu Eldara məxsus olduğunu demişdir. Daha sonra aşkar edilmiş narkotik vasitələr və əşyalar qablaşdırılaraq, götürülmüş, baxışın nəticələrinə dair protokol tərtib edilmiş və o, baxışda iştirak etmiş digər şəxslərlə birlikdə, həmin protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəsini əldə etməsi, üzərində saxlaması və daşıması barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə xx xxxx 2010-ci il tarixdə ondan və digər iş yoldaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat tədbiri nəticəsində, təxminən saat 17 radələrində ünvan 1 ünvanın qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitəsini əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinə gətirmişlər. Bundan sonra xidməti otaqların birində, dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs üzərindəki qadağan olunmuş əşyaları könüllü təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli maddələri, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli maddəni və bir ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar bitki mənşəli kütləni təqdim edərək, həmin maddələrin narkotik vasitə olduğunu, onları xx xxxx 2020-ci il tarixdə 40 manat müqabilində “Ayka” adlı qadından öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitələr və əşyalar qablaşdırılaraq, götürülmüş, baxışın nəticələrinə dair protokol tərtib edilmiş və o, baxışda iştirak etmiş digər şəxslərlə birlikdə həmin protokolu imzalamışdır. Həmin günü əldə edilmiş yeni məlumat əsasında, yəni Eldar adlı şəxsin anası Zoyanın müraciəti əsasında sonuncunun razılığı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilmişdir. Mənzilə baxış keçirilən zaman oradan bir ədəd kibrit qutusunda və bir ədəd qara rəngli selefona bükülmüş yaşıl rəngli narkotik vasitəyə bənzər bitki mənşəli kütlə, bir ədəd elektron tərəzi və tibbi şprislər aşkar edilərək götürülmüşdür. Zoya xanım, evindən aşkar edilmiş bitki mənşəli kütlələrin, şprislərin və elektron tərəznin oğlu Eldara məxsus olduğunu bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, bütün proses iştirakçıları həmin protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili X3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən, dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs üzərindəki qadağan olunmuş əşyaları könüllü təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli maddələri, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli maddəni və bir ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar bitki mənşəli kütləni təqdim edərək bildirmişdir ki, həmin maddələr narkotik vasitədir, onları xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Pekarni” adlanan yerdə “Ayka” adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitələr qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Həmin protokol bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan axtarış aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20 nömrəli evin 37 nömrəli mənzilinə baxış keçirilmişdir. Baxış zamanı evin qonaq otağındakı stolun üzərindən bir ədəd qara rəngli sellofanda, bir ədəd kibrit qutusunda yaşıl rəngli bitki mənşəli kütlələr, 12 ədəd şpris və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şahid1 aşkar edilmiş əşyaların oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/210 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək..” yazısı olan zərfdə, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.091 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 0.018 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin 0.05 qram, metamfetaminin isə 0.01 qram hissəsi tədqiqata sərf olunmuşdur. Tədqiqata sərf olunduqdan sonra heroinin qalıq hissəsi 0.041 qram, metamfetaminin isə qalıq hissəsi 0.008 qram təşkil etmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/68 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş...” yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli sellefon torbadakı təmiz çəkisi - 450.0 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın 0.15 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq hissəsi 460.406 qram təşkil etmişdir. İş materialalrında olan diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş, özündə videogörüntüləri əks etdirən bir ədəd bir DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 04 ədəd video fayıl vardır, fayılda olan videogörüntü xx xxxx 2020-ci tarixdə çəkilmişdir. Həmin video fayllardan görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olub-olmaması soruşulur, sonuncu etiraz etmədən könüllü olaraq əynində olan olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli maddəni, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddəni və bir ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar bitki mənşəli kütləni polis əməkdaşlarına təqdim edərək həmin maddələrin narkotik vasitə olduğunu, onları xx xxxx 2020-ci il tarixdə “Ayka” kimi tanıdığı qadından 40 manata öz istifadəsi üçün aldığını bildirir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli, 1064 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 6/412 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən götürülmüş şprislər...” yazısı olan bükümlərdəki 10 ədəd 01 ml şprislərin içərisindəki narkotik vasitə olan heroin izləri vardır. Həmin bükümdəki 02 ədəd 10 ml şprislərin içərisində narkotik və ya psixotrop maddələrin izləri yoxdur. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 7/169 saylı rəyindən görünür ki, tədqqiata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın 0.15 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq hissəsi 460.256 qram təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 450 qram və bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.207 qram, ümumilikdə hər iki bağlamada təmiz çəkisi 455.207 qram olan qurudulmuş marixuana, bir ədəd üzərində narkotik vasitə heroinə aid qalıqlar olan elektron tərəzi və iki ədəd 10 ml və 10 ədəd içərisində narkotik vasitə heroinə aid qalıqlar olan 01 ml şprislər Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xaric edilmiş, ona yeni məzmunda ittiham elan edilmiş, cinayət işinin materiallarından qanunsuz olaraq narkotik vasitələri Təqsirləndirilən şəxs satmış, adı istintaqa “Ayka” kimi məlum olan şəxsin barəsində və ünvan 1 ünvanından tərkiblərinə görə eynilik təşkil edən bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 450 qram və bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.207 qram, ümumilikdə hər iki bağlamada təmiz çəkisi 455.207 qram olan qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinə aid qalıqlar olan elektron tərəzi aşkar edilməsi səbəbindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirildikdən sonra orada videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilərkən polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirməsi, bundan sonra videoçəkiliş aparılmamışdan bir qədər öncə əməliyyatçı tərəfindən cibinə qoyulmuş bükülü cibindən çıxarılaraq masanın üzərinə qoyulması, polis əməkdaşlarının üzərinə baxış keçirilməsi təsuratı yaratmaları, fiziki zora və işgəncəyə məruz qalacağından qorxduğuna görə müvafiq sənədləri imza etməsi və ibtidai araşdırma zamanı etirafedici izahatlar verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Çünki iş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özü tərəfindən yazılmış izahatından görünür ki, Təqsirləndirilən şəxs təxminən 15 ildir narkotik vasitə aludəçisi olduğunu, narkotik vasitədən istifadə etdiyinə görə əvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, 17 radələrində yaşadığı binanın qarşısında olan zaman mülki geyimdə olan bir neçə nəfərin ona yaxınlaşıb özlərini Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib, onu polis şöbəsinə dəvət etdiklərini, orada inzibati otaqların birində, müdafiəçinin iştirakı ilə özü könüllü olaraq əynindəki gödəkçənin sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş iki bükümdə olan “kokos” kimi tanıdığı narkotik vasitəni və kibrit qutusunda olan qurudulmuş marixuananı polis əməkdaşalrına təqdim etdiyini, həmin narkotik vasitələri “Ayka” adlı qadından xx xxxx 2020-ci il tarixdə şəxsi istifadəsi üçün 40 manata aldığını qeyd etmiş və həmin izahatının düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq “DVD” diskdə köçürülmüş video görüntülərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindəki dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur, bu zaman müdafiəçinin etirazının olubolmamasına dair sualına Təqsirləndirilən şəxs, hər hansı bir etirazının olmadığını bildirir, bundan sonra cibindən bir siqaret qutusunu, siqaretin gümüşü falqasına bükülmüş iki ədəd bükülünü və içərisində yaşıl rəngli qurudulmuş halda bitki mənşəli kütlə olan kibrit qutusunu əynindəki gödəkçənin sağ yan cibindən çıxardaraq masanın üzərinə qoyur, təhqiqatçının, eyni zamanda müdafiəçinin suallarına cavab olaraq siqaretin gümüşü falqasına bükülmüş iki ədəd bükülünün və kibrit qutusunun içərisində narkotik vasitələrin olduğunu, baxış keçirilməzdən təxminən iki saat əvvəl yaşadığı binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxt hər hansı bir fiziki zora və ya qeyri insani rəftara məruz qalmadığını deyir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əvvəllər iki dəfə məhkum olunmasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli məlumatından və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən һesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 0.041 qram olan narkotik vasitə - heroin, xalis çəkisi 0.008 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 460.256 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə bioloji ekspertizaların keçirilməsinə xərclənmiş cəmi 367 (üç yüz altmış yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 39 (otuz doqquz) iş saatı üçün 234 (iki yüz otuz dörd) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 60 (altmış) iş saatı üçün 294 (iki yüz doxsan dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə bioloji ekspertizaların keçirilməsinə xərclənmiş cəmi 367 (üç yüz altmış yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 0.041 qram olan narkotik vasitə - heroin, xalis çəkisi 0.008 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 460.256 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 39 (otuz doqquz) iş saatı üçün 234 (iki yüz otuz dörd) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 60 (altmış) iş saatı üçün 294 (iki yüz doxsan dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-117/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-117/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver