Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-117/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1981-ci ildə Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda yaşamış, 30 iyul 2022-ci il tarixdə barəsində əvvəli 29 iyul 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyəti ilə 22 aprel 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 Oktay oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə olan evə açıq olan qapıdan daxil olub yataq otağında çarpayının üstünə yığılmış döşəklərin arasından 3600 manat nağd pul və siyirmənin üst gözündən ona məxsus 400 manat dəyərində, çəkisi 4 qram olan, 583 əyarlı qazsız sadə qızıl üzük, 200 manat dəyərində çəkisi 3 qram olan 583 əyarlı, üzərində sadə ağ qaşı olan bir cüt qızıl sırğa və 400 manat dəyərində çəkisi 4 qram olan 583 əyarlı, qaşsız sadə bir cüt qədimi qızıl sırğanı gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs3 Oktay oğluna ümumilikdə 4600 (dörd min altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyəti ilə 10 iyul 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə olan evə plastik pəncərəni açmaq yolu ilə daxil olub yataq otağında olan sandıqdan 650 manat nağd pulu gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 11 iyul 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə olan evə plastik pəncərəni açmaq yolu ilə daxil olub yataq otağında paltar şkafındakı qış gödəkçəsinin cibindən 200 manat nağd pul və paltar dolabının üst gözündən 1500 manat dəyərində, üzərində bir ədəd sadə ağ qaşı və yan tərəfində isə kiçik brilliant qaşları olan çəkisi 3 qram olan bir dəst qızıl sırğa və bir ədəd 2 qram qızıl üzük dəsti, 1500 manat dəyərində çəkisi 7 qram olan 750 əyarlı, üzərində yaşıl rəngli dairəvi qaşı və yanlarında kiçik brilliant qaşları olan bir cüt qızıl sırğa, 350 manat dəyərində çəkisi 4 qram olan 583 əyarlı qızıl qolbaq, 650 manata dəyərində çəkisi 3 qram olan 585 əyarh kəpənək formalı bir cüt qızıl sırğa, 700 manat dəyərində çəkisi 4 qram olan 583 əyarlı, qızılgül formalı, üzərində bir ədəd brilliant qaşı olan bir cüt qızıl sırğa və 300 manat dəyərində çəkisi 4 qram olan 583 əyarh 8 formalı bir cüt sadə qızıl sırğa gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 5200 (beş min iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə ailə həyatı qurmuşdur və bu nikahdan bir azyaşlı qızı vardır. 2014-cü ildə isə boşanmışdır. İndiyə kimi iki dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2016-cı ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2018-ci ildə isə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Son vaxtlar özünə iş tapa bilmədiyi üçün ehtiyaclarını ödəyə bilməmiş və buna görə də, oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 2022-ci ilin aprel ayının sonlarında dəqiq yadında qalmayan vaxt təxminən saat 20 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, südçülük savxozuna gəlmiş və orada piyada gəzərək oğurluq etmək üçün ev və ya obyekt axtarmağa başlamışdır. Bu zaman Hövsan qəsəbəsi, südçülük sovxozunda yerləşən həyət evlərindən birində işıq yanmadığını görmüş və həmin evdə heç kim olmadığını başa düşmüşdür. Bundan sonra ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarına yaxınlaşmış və hasara qalxıb həyətə düşmüşdür. Bundan sonra həmin həyətdə olan evə yaxınlaşmış və evin qapısını yoxladıqda açıq olduğunu, kilidli olmadığını görmüşdür. Bu zaman qapını açıb həmin evə daxil olub evi axtarmağa başlamış və yataq otaqlarından birində döşəklərin arasından bir miqdar pul və bir neçə qızıla bənzər əşya tapıb onları götürmüşdür. Bundan sonra həmin evdən çıxmış və hasardan çölə düşərək oradan uzaqlaşmışdır. Biraz getdikdən sonra oğurladığı pulu sayıb 3600 manat olduğunu, qızıla bənzər əşyaların isə bir cüt sırğa və bir ədəd üzük olduğunu görmüşdür. Həmin qızıla bənzər əşyaları götürüb özündə saxlamışdır. Oğurladığı pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra 10 iyul 2022-ci il tarixdə təxminən saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, südçülük sovxozuna gəlmiş və orada piyada gəzərək oğurluq etmək üçün ev və ya obyekt axtarmağa başlamışdır. Bu zaman Hövsan qəsəbəsi, südçülük sovxozunda yerləşən həyət evlərindən birində işıq yanmadığını görmüş və həmin evdə heç kim olmadığını başa düşmüşdür. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarına yaxınlaşmış və hasara qalxıb həyətə düşmüşdür. Bundan sonra həmin həyətdə olan evə yaxınlaşmış və həmin həyətdən götürdüyü dəmir parçası ilə evin plastik pəncərələrindən birinin kilid hissəsindən sıxıb pəncərəni açmışdır. Sonra həmin pəncərədən evə girmiş və işığı yandıraraq evi axtarmağa başlamışdır. Bu zaman yataq otağında olan sandığı açdıqda içərisində 650 manat pul olduğunu görmüşdür. Həmin pulu götürüb evə daxil olduğu pəncərədən çıxaraq həyətdən çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra 11 iyul 2022-ci il tarixdə təxminən saat 16 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozuna gəlmiş və orada piyada gəzərək oğurluq etmək üçün ev və ya obyekt axtarmağa başlamışdır. Bu zaman Binə qəsəbəsi, südçülük sovxozunda yerləşən həyət evlərindən birində işıq yanmadığını görüb həmin evdə heç kim olmadığını başa düşmüşdür. Bundan sonra ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarına yaxınlaşmış və hasara qalxıb həyətə düşmüşdür. Bundan sonra həmin həyətdə olan evə yaxınlaşmış və evin plastik pəncərələrindən birinin kilid hissəsindən sıxıb pəncərəni açmışdır. Sonra həmin pəncərədən evə girmiş və evi axtarmağa başlamışdır. Bu zaman yataq otağında 200 manat pul və bir qədər qızıla bənzər əşyalar tapıb onları götürmüşdür. Sonra evə daxil olduğu pəncərədən çıxaraq həyətdən çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı qızılları isə bir müddət əvvəl aprel ayında etdiyi oğurluq zamanı oğurladığı və yaşadığı evdə saxladığı qızıllara birlikdə Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən lombarda aparmışdır. Lombardı işlədən şəxsə həmin əşyaları yoxlamasını demiş və həmin işçi yoxlayıb qızıl olduğunu demişdir. O, həmin şəxsə bu qızılları satmaq istədiyini demiş, lombardı işlədən şəxs isə ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. O da üzərində sənədinin olmadığını demişdir. Həmin şəxs də sənədi olmadığı üçün qızılları ondan ala bilməyəcəyini qeyd etmişdir. Bundan sonra o, həmin mağazadan çölə çıxmış və biraz uzaqlaşmışdır ki, tanımadığı bir nəfər cavan oğlan ona yaxınlaşıb nə problem olduğunu soruşmuşdur. O da oğurluq yolu ilə əldə etdiyi qızıl olduğunu və onu sənədsiz satmaq istədiyini bildirmişdir. Həmin oğlan onun satmaq istədiyi qızıllara baxıb hesabladıqdan sonra cəmi 580 manata ala biləcəyini demişdir. O da razılaşmış və həmin oğlan onun oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarının hamısını ondan alıb ona cəmi 580 manat pul sayaraq vermişdir. O, həmin oğlandan 580 manat pulu alıb oradan uzaqlaşmış və həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə etdiyi oğurluq əməllərini səmimi olaraq etiraf etmişdir. Yuxarıda qeyd etdiyi oğurluq əməllərini tək halda törətmiş və bu işdə ona hər hansı bir şəxs hansısa bir formada köməklik göstərməmişdir. Oğurladığı qızıl-zinət əşyalarını satdığı həmin oğlana satmaq istədiyi qızılları oğurluq yolu ilə əldə etdiyini və sənədsiz satmaq istədiyini demiş, həmin oğlan da bunu bilə-bilə ondan oğurladığı qızılların hamısını cəmi 580 manata almışdır. İfadəsində göstərdiyi üç oğurluq əməlindən başqa oğurluq və yaxud da digər bir cinayət əməli törətməmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 Oktay oğlu ifadəsində göstərmişdir ki, qeyri-rəsmi ailə münasibəti kimi olduğu Şahid3 ilə birlikdə yaşayır və bir azyaşlı oğlan övladı vardır. Təxminən 7 ildir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən 3,5 sot torpaq sahəsini alıb bir mərtəbəli fərdi yaşayış evi tikməyə başlamış, lakin maddi sıxıntılar olduğundan hal-hazıradək təmir işlərini qurtara bilməmişdir. Lakin özü ailəsi ilə orada yaşayır. 22 aprel 2022-ci il tarixdə təxminən saat 19:30 radələrində ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb iftar süfrəsi üçün yaxınlıqda yerləşən qonşusu Zamiqin yaşadığı evə getmişlər. Həmin vaxt evdə heç kim qalmamış, lakin yaxınlıqda yaşayan qonşuya getdikləri üçün evin çöl qapısını bağlamamış, buna baxmayarq, örtmüşdür ki, açıq qalmasın. Bir neçə saat sonra, yəni təxminən saat 22 radələrində evlərinə qayıdan zaman evin qapısının açıq halda olmasım görmüşdür. Evə daxil olduqda evin dağınız halda olmasını görmüş və həyat yoldaşı Könülün ürəyi getdiyi üçün bir qədər vaxt onu ayıltmağa sərf etmişdir. Daha sonra qonşusu Zamiqi çağırmış və o da narahat olduğu üçün Zamiqdən DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verməsini istəmişdir. Həmin vaxt Zamiq 102 xidmətinə zəng etmiş, lakin narahat olduğu üçün yoldaşı Könül telefonu alıb danışaraq hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər və o, hadisə barədə ərizə və izahat vermişdir. O, evdə yataq otağında siyirmənin üst gözündən ona məxsus olan 400 manat dəyərində 583 əyarlı, 4 qram çəkidə və qaşsız bir ədəd qızıl üzük, 200 manat dəyərində 583 əyarlı, 3 qram çəkidə və üzərində sadə ağ qaşı olan bir cüt sırğa və 400 manat dəyərində 583 əyarlı, 4 qram çəkidə, üzərində qaşı olmayan sadə bir cüt qədimi qızıl sırğa, eləcə də, həmin yataq otağında olan döşəyin üstündəki yorğanların arasından 3600 manat nağd pulu oğurlanmışdır. Həmin baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4600 manat miqdarında maddi ziyan dəymişdir. Həmin oğurluq hadisəsi 22 aprel 2022-ci il tarixdə saat 19:30 radələrindən həmin gün saat 22 radələrinədək olan müddət ərzində ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük savxozu, nömrəsiz ünvanda yerləşən həyət evindən baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona konkret olaraq 4600 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2009-cu ildə ailə həyatı qurmuş və bu nikahdan üç azyaşlı övladı vardır. Təxminən 12 ildir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən 3 sot torpaq sahəsini alıb bir mərtəbəli fərdi yaşayış evi tikmişdir və hazırda tikinti tam başa çatmışdır, ailəsi ilə birlikdə həmin evdə yaşayır. 09 iyul 2022-ci il tarixdə təxminən saat 21 radələrində ailəsini də götürüb yaşadığı evdən çıxmış və Qurban bayramım qeyd etmək üçün Lerik rayonuna qohumugilə getmişlər. Evdən çıxdığı zaman evin çöl qapısını özüm bağlamış və tam əmin olduqdan sonra evdən uzaqlaşmışlar. Üç gün rayonda qaldıqdan sonra 12 iyul 2022-ci il tarixdə 02:30 radələrində Bakı şəhərinə qayıtmışlar. O, evə daxil olduğu zaman evin işıqlarının yanmış halda olduğunu və evin uşaq otağının plastik pəncərəsinin açıq halda olmasını görmüşdür. Evə daxil olduqda evin dağınız halda olmasını aşkar etmişlər. Yoldaşı tez yataq otağında yerləşən sandığın içinə baxmış və orada saxladığı cəmi 650 manat pulun yerində olmadığını və oğurlandığını aşkar etmişlər. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları hadisə yerinə gəlib evinə baxış keçirmişlər və o, hadisə barədə ərizə və izahat vermişdir. Həmin baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 650 manat miqdarında maddi ziyan dəymişdir. Oğurluq hadisəsi 09 iyul 2022-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək olan müddət ərzində ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən həyət evindən baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona konkret olaraq 650 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2013-cü ildə ailə həyatı qurmuş və bu nikahdan üç azyaşlı övladı vardır. Təxminən 8 ildir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən 6 sot torpaq sahəsini alın bir mərtəbəli fərdi yaşayış evi tikmişdir, lakin tam hazır deyildir və bəzi kosmetik işlər qalır. O, orada ailəsi ilə birlikdə yaşayır. 08 iyul 2022-ci il tarixdə ailəsini də götürüb Ramana qəsəbəsində qardaşıgilin yaşadığı evə getmişlər və həmin vaxt o, çöl qapını özü bağlayıb tam əmin olduqdan sonra oradan uzaqlaşmışlar. Üç gün sonra, yəni 11 iyul 2022-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı evə gələn zaman evin qonaq otağının plastik pəncərəsinin çöl hissəsində boş dəmir çəlləklərin pəncərənin dibinə qoyulması və həmin oplastik pəncərənin açıq halda olmasını görmüşdür. Qapını açıb evə daxil olduqda evin yamız yataq otağının dağınıq halda olmasını görmüşdür. O, yataq otağında olan paltar dolabının üst gözünə əlini salıb yoxladıqda qızıl qablarının içərisində olan təxminən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və qış gödəkçəsinin cibindən 200 manat nağd pulun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları hadis yerinə gəlib evinə baxış keçirmiş və o, hadisə barədə ərizə və izahat vermişdir. Həmin evdən qardaşıgilə qonaq gedən zaman evin açarlarından birini yaxınlıqda yaşayan və qohumu olan Rövşənə vermişdir ki, həyətdə olan toyuq-cücəyə yem versin və həyətə ümumi nəzarət etsin. Hadisə zamanı ona məxsus olan, 1500 manat dəyərində olan üzərində bir ədəd sadə ağ qaşı və yan tərəfində isə kiçik brilliant qaşları olan bir dəst 3 qram qızıl sırğa və bir ədəd 2 qram qızıl üzük dəsti, 1500 manat dəyərində 750 əyarlı 7 qram çəkisi olan və üzərində yaşıl rəngli dairəvi qaşı və yanlarında kiçik brilliant qaşları olan bir cüt qızıl sırğa, 350 manat dəyərində 583 əyarlı 4 qram çəkidə olan qızıl qolbaq, 650 manata dəyərində bir ədəd kəpənək formalı, 583 əyarlı və 3 qram çəkisi olan bir cüt qızıl sırğa, 700 manat dəyərində 583 əyarlı, 4 qram çəkidə və qızılgül formalı, üzərində bir ədəd brilliant qaşı olan bir cüt qızıl sırğa və 300 manat dəyərində 8 formalı, 583 əyarlı, 4 qram çəkidə olan və bir cüt sadə qızıl sırğa oğurlanmışdır. Həmin baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 5200 manat miqdarında maddi ziyan dəymişdir. Həmin oğurluq hadisəsi 08 iyul 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək olan müddət ərzində ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən həyət evində baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona konkret olaraq 5200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təxminən 3 ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən mağazada qızıl alış-satışı ilə məşğul olaraq ailəsini dolandırır. Ona qızıl əşya satmaq istəyən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onun kserosurətini çıxarıb özündə olan məhsulun alış-satışı kitabına tikib qeydlərimi apardıqdan sonra qızıl satamaq istəyən şəxsin öz xətti ilə sənədinin üzərinə məhsulun özünə məxsus olması barədə və əlaqə nömrəsini qeyd etdikdən sonra məhsulu alır. 12 iyul 2022-ci il tarixdə günorta saatlarında işlədiyim obyektdə olan zaman bir nəfər şəxs mağazaya daxil olmuş və özünü Təqsirləndirilən şəxs ilə təqdim edərək özünə məxsus olan bəzi qızıl-zinət əşyaları olduğunu və maddi ehtiyacı səbəbindən onları satmaq istədiyini bildirmişdir. O, həmin şəxsədn üzərində özünə məxsus şəxsiyyət vəsiqəsi olubolmadığını soruşmuş, həmin şəxs də üzərində şəxsiyyət vəsiqəsi olmadığını demişdir. Buna görə də, o, həmin şəxsə sənədsiz heç nə ala bilməyəcəyini demişdir. Bundan sonra həmin şəxs işlədiyi mağazadan çıxıb getmişdir. Həmin şəxs satmaq istədiyi qızılların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini demiş, sənədi olmadığı üçün həmin şəxsdən qızıl almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Elvin Oqtay oğlunun ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2004cü ildə ailə həyatı qurmuşdur və hazırda iki azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs3 onun yaşadığı məhəllədə yaşayır və onunla aralarında qonşu kimi yaxşı münasibət vardır. 22 aprel 2022-ci il tarixdə təxminən saat 19:30 radələrində Elvin, yoldaşı və uşağı ilə birlikdə onların evinə iftar süfrəsinə gəlmişlər. Bir neçə saat oturduqdan sonra təxminən saat 22 radələrində onlardan çıxıb öz evlərinə getmişlər. O da qonşu kimi Elvinlə ailəsini yola salmışdır. O, geri qayıtdıqda Elvin ona zəng edəərk tez onlara gəlməyini bildirmişdir. O da tez Elvingilə gəlmiş və onun qeyri-rəsmi yaşadığı Könülün özündən getməsinin, evlərinin isə dağınıq halda olmasının şahidi olmuşdur. Nə baş verdiyini soruşduqda Elvin evlərindən oğurluq olduğunu bildirmişdir. Könül bir neçə dəqiqə sonra özünə gəlmiş və Elvin narahat olduğu üçün ona DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verməyini demişdir. O da istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 102 ximdətinə zəng etmiş və Elvinin yoldaşı Könül özü 102 xidməti ilə danışıb hadisə barədə məlumat vermişdir. Biraz polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər və Elvin hadisə barədə ərizə və izahat vermişdir. Həmin ***-***-**-** saylı mobil nömrəni bir neçə ildir ki, özü işlətmişdir. Lakin bu nömrə onun adına deyildir və qohumu Həqiqət Verdiyevamn adma sənədləşdirilmişdir. Buna görə də, ola bilsin ki, texniki səhv kimi DİN-nin 102 xidmətində məlumat verənin X2 yazılmışdır. Lakin dəqiq olaraq bildirmişdir ki, hadisə barədə 102 xidmətinə onun istifadəsində olan həmin mobil nömrə ilə Elvinin yoldaşı Könül zəng edib məlumat vermişdir. Cinayət işinin 13-15-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 iyul 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz evdir. Həmin ünvanda naməlum şəxs Zərərçəkmiş şəxs1 məxsus evin yataq otağında olan sandıqdan 650 manat məbləğində pul oğurlamışdır Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 50-52-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 iyul 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz evdir. Həmin ünvanda naməlum şəxs Zərərçəkmiş şəxs2 məxsus evə plastik pəncərəni sındıraraq daxil olmuş və 200 manat pul, 3 dəst zinət əşyası və 2 ədəd qolbaq oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 67-70-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 aprel 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evidir. Həmin ünvanda naməlum şəxs Zərərçəkmiş şəxs3 məxsus həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə olan evə açıq olan qapıdan daxil olub yataq otağında çarpayının üstünə yığılmış döşəklərin arasından 3600 manat nağd pul və siyirmənin üst gözündən ona məxsus 400 manat dəyərində, çəkisi 4 qram olan, 583 əyarlı qazsız sadə qızıl üzük, 200 manat dəyərində çəkisi 3 qram olan 583 əyarlı, üzərində sadə ağ qaşı olan bir cüt qızıl sırğa və 400 manat dəyərində çəkisi 4 qram olan 583 əyarlı, qaşsız sadə bir cüt qədimi qızıl sırğanı oğurlamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 27-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 101-102-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 29 iyul 2022-ci il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 108-113-cü vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 02 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 2022-ci ilin aprel ayının onlarında dəqiq yadında qalmayan vaxt təxminən saat 20 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, südçülük sovxozuna gəlmiş və orada piyada gəzərək oğurluq etmək üçün ev və ya obyekt axtarmağa başlamışdır. Bu zaman Hövsan qəsəbəsi, Südçülük sovxozunda yerləşən həyət dərindən birində işıq yanmadığını görmüş və həmin evdə heç kim olmadığını başa düşmüşdür, Bundan sonra ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarına axınlaşmış və hasara qalxıb həyətə düşmüşdür. Bundan sonra həmin həyətdə olan evə yaxınlaşmış və evin qapısını yoxladıqda açıq olduğunu, kilidli olmadığını görmüşdür. Bu zaman qapını açıb həmin evə daxil olub evi axtarmağa başlamış və yataq otaqlarından birində döşəklərin arasından bir miqdar pul və bir neçə qızıla bənzər əşya tapıb onları götürmüşdür. Bundan sonra həmin evdən çıxmış və hasardan çölə düşərək oradan uzaqlaşmışdır. Biraz getdikdən sonra oğurladığı pulu sayıb 3600 manat olduğunu, qızıla bənzər əşyaların isə bir cüt sırğa və bir ədəd üzük olduğunu gömüşdür. Həmin qızıla bənzər əşyaları götürüb özündə saxlamışdır. Oğurladığı pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra 10 iyul 2022-ci il tarixdə təxminən saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, südçülük sovxozuna gəlmiş və orada piyada gəzərək oğurluq mək üçün ev və ya obyekt axtarmağa başlamışdır. Bu zaman Hövsan qəsəbəsi, südçülük sovxozunda yerləşən həyət evlərindən birində işıq yanmadığını görmüş və həmin evdə heç kim İmadığmı başa düşmüşdür. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarına yaxınlaşmış və hasara qalxıb həyətə düşmüşdür. Bundan sonra həmin həyətdə olan ə yaxınlaşmış və həmin həyətdən götürdüyü dəmir parçası ilə evin plastik pəncərələrindən birinin Bid hissəsindən sıxıb pəncərəni açmışdır. Sonra həmin pəncərədən evə girmiş və işığı yandıraraq d axtarmağa başlamışdır. Bu zaman yataq otağında olan sandığı açdıqda içərisində 650 manat pul olduğunu görmüşdür. Həmin pulu götürüb evə daxil olduğu pəncərədən çıxaraq həyətdən çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra 11 iyul 2022-ci il tarixdə təxminən saat 16 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozuna gəlmiş və orada piyada gəzərək oğurluq etmək üçün ev və ya obyekt axtarmağa ışlamışdır. Bu zaman Binə qəsəbəsi, südçülük sovxozunda yerləşən həyət evlərindən birində işıq yanmadığını görüb həmin evdə heç kim olmadığını başa düşmüşdür. Bundan sonra ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarına yaxınlaşmış və hasara qalxıb həyətə düşmüşdür. Bundan sonra həmin həyətdə olan evə yaxınlaşmış və evin plastik pəncərələrindən birinin kilid hissəsindən sıxıb pəncərəni açmışdır. Sonra həmin pəncərədən evə girmiş və evi axtarmağa başlamışdır. Bu zaman yataq otağında 200 manat pul və bir qədər qızıla bənzər əşyalar tapıb onları götürmüşdür. Sonra evə daxil olduğu pəncərədən çıxaraq həyətdən çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı qızılları isə bir müddət əvvəl aprel ayında etdiyi oğurluq zamanı oğurladığı və yaşadığı evdə saxladığı qızıllara birlikdə Nizami rayonu, Neftçilər metrostansiyasınm yaxınlığında yerləşən ambarda aparmışdır. Lombardı işlədən şəxsə həmin əşyaları yoxlamasını demiş və həmin işçi yoxlayıb qızıl olduğunu demişdir. O, həmin şəxsə bu qızılları satmaq istədiyini demiş, lombardı işlədən şəxs isə ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. O da üzərində sənədinin olmadığını demişdir. Həmin şəxs də sənədi olmadığı üçün qızılları ondan ala bilməyəcəyini qeyd etmişdir. Bundan sonra o, həmin mağazadan çölə çıxmış və biraz uzaqlaşmışdır ki, tanımadığı bir nəfər cavan oğlan ona yaxınlaşıb nə problem olduğunu soruşmuşdur. O da oğurluq yolu ilə əldə etdiyi qızıl olduğunu və onu sənədsiz satmaq istədiyini bildirmişdir. Həmin oğlan onun satmaq istədiyi qızıllara baxıb hesabladıqdan sonra cəmi 580 manata ala biləcəyini demişdir. O da razılaşmış və həmin oğlan onun oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarının hamısını ondan alıb ona cəmi 580 manat pul sayaraq vermişdir. O, həmin oğlandan 580 manat pulu alıb oradan uzaqlamış və həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. Cinayət işinin 124-126-cı vərəqlərində olan tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 05 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinən ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 72.2 və CPM-nin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, Təqsirləndirilən şəxs barəsində 3000 manat cərimə xx.xx.2013-cü il tarixdə Suraxanı Rayon İcra Şöbəsi tərəfindən dövlət nəfinə ödətdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, habelə təqsirkarları şəxsiyyətini, təqsirləndirilən şəxslərin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzalarının əvvəli 29 iyul 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni 29 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-117/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-117/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver