Məhkəmə qərarları › İş №1(010)-117/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-117/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-117/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, 27 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 may 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, 05 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,297 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və 27 may 2024-cü il tarixdə saat 14:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarının qabaq sol yan cibindən 01 (bir) ədəd şəfaf sellofan kəsiyi bükümündə xeyli miqdarda təmiz çəkisi 0,297 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,312 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və 05 iyul 2024-cü il tarixdə saat 10:55-də Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan iç cibindən 01 (bir) ədəd şəfaf sellofan kəsiyi bükümündə xeyli miqdarda təmiz çəkisi 0,312 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən beş ildir ki, narkotik vasitədən və psixotrop maddələrdən istifadə edir. 27 may 2024-cü il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata bir ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin alıb sonra istifadə etməsi üçün özündə saxlamışdır. 27 may 2024-cü il tarixdə yaşadığı Suraxanı rayonu, Bahar qəsəbəsində nömrəsiz fərdi yaşayış evinin qarşısında olduğu zaman iki nəfər tanımadığı şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra özünü təqdim etməsini təklif etdikdə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. 30-cu PŞ-nin inzibati binasında xidməti otaqda şəxsiyyəti müəyyən edilmiş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunaraq üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, əynindəki boz rəngli cins şalvarının qabaq sol yan cibində saxladığı bir bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bükümün arasında olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 27 may 2024-cü il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, amma üzərindən özünün təqdim etdiyi bir bükümdə olan psixotorp maddə metamfetamindən başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd boş zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Bundan sonra isə 04 iyul 2024cü il tarixdə əvvəllər qonşusu olmuş, hazırda isə MİDA-2 yaşayış kompleksində yaşayan Namus adlı şəxsdən 20 manata bir ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin alıb sonra istifadə etməsi üçün özündə saxlamışdır. 05 iyul 2024-cü il tarixdə saat 10:45 radələrində yaşadığı evdən çıxıb Dədəqorqud qəsəbəsinə gedərkən iki nəfər, biri polis formasında, digəri isə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb salam vermiş, həmin şəxslərlə salamlaşıb kim olduqlarını soruşmuşdur. Polis formasında olan şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmiş, onlarla polis şöbəsinə gətməyi təklif edəndə səbəbini soruşmuşdur. Mülki geyimdə olan şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişdir. O, etiraz etmədən onlarla birlikdə 30-cu PŞ-nə getmişdir. 30-cu PŞ-nin inzibati binasında xidməti otaqda şəxsiyyəti müəyyən edilmiş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunaraq üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, əynindəki göy rəngli cins şalvarının sağ yan iç cibində saxladığı bir bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bükümün arasında olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 04 iyul 2024-cü il tarixdə Namus adlı tanışından 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, amma üzərindən özünün təqdim etdiyi bir bükümdə olan psixotorp maddə metamfetamindən başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetamin bir ədəd boş zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs son sözündə qeyd etdi ki, öz istəyi ilə bir neçə dəfə narkomaniya xəstəliyindən müalicə almışdır, lakin başa düşmüşdür ki, müalicə qeyri-mümkündür. İşləyir, ailəsinə maddi cəhətdən baxır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun özü və digər ailə üzvləri ilə heç bir münasibəti olmamışdır. 27 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis şöbəsinin rəhbərliyinə məruzə edib təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş, polis şöbəsinin rəisinin əmri ilə ondan və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 27 may 2024-cü il tarixdə saat 14:00-da X3 rayonu, Bahar qəsəbsində, yaşadığı evin yaxınlığında olduğunu müyyən edib orada onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ yan cibindən 01 (bir) ədəd tünd rəngli alışqanı, əynində olan boz rəngli cins şalvarının qabaq sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək təqdim etdiyi 01 (bir) ədəd sellofan bükümündə olan psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 27 may 2024-cü il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alıb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən özünün təqdim etdiyi 01 (bir) ədəd alışqan və 01 (bir) bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlədən başqa heç bir əşya, vasitə və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə götürülərək bir ədəd boş zərfə qablaşdırılıb zərf möhürlənmiş, bu barədə protokol tərtib edilərək oxunmuşdur. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Həmçinin Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 göstərmiş olduğu xüsusatları ifadəsində təsdiq etmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun özü və digər ailə üzvləri ilə heç bir münasibəti olmamışdır. 05 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis şöbəsinin rəhbərliyinə məruzə edib təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmiş, polis şöbəsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, dərhal Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyataxtarış tədbirlərinin icrasına başlamışlar. 05 iyul 2024-cü il tarixdə saat 10:55-də Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bahar qəsəbəsi ərazində olduğunu müəyyən edib onu orada saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqların bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşulduqda o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədləşdirmə aparılması mümkün olmadığından, insanların intensivliyi və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Suraxanı RPİnin 30-cu PŞ-nə aparılmışdır. Polis şöbəsinin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuşdur. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan iç cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş, təqdim olunan büküm açılıb baxıldıqda bükümün arasında psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetamini 04 iyul 2024-cü il tarixdə Namus adlı tanışından 20 manata öz şəxsi istifadəsi üçün alaraq şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi bir bükümdə olan psixotrop maddə metamfetamindən başqa heç bir narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş, əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə götürülərək bir ədəd zərfə qoyulmuş, zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək oxunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Şahid Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 11:40-da şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 10:55-dən tutulmuş hesab edilir (i.v. 28); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarının qabaq sağ yan iç cibində saxladığı bir bükümü polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bükümün arasında olan kütlənin narkotik maddə olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, amma üzərindən özünün təqdim etdiyi bir bükümdən başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd sellofan kəsiyi bükümündə olan narkotik maddəyə bənzər vasitə bir ədəd boş zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır (i.v. 33-34); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 190-198); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/3493 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...» yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,312 qram olan ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,312 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,262 qram. (i.v. 40-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 54-55); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında istintaqın davam etdirilməsi qərara alınmışdır (i.v. 66-67); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 70); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 15:40-da şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 14:00-dan tutulmuş hesab edilir (i.v. 97); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki qara rəngli gödəkçəsinin qabaq sağ yan cibindən 01 (bir) ədəd tünd göy rəngli alışqanı və boz rəngli cins şalvarının qabaq sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofona bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bükümün arasında olan kütlənin narkotik maddə olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, amma üzərindən başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd bükümdə olan narkotik maddəyə bənzər vasitə bir ədəd boş zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır (i.v. 102-103); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 190-198); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/3013 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №194» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut; Təqsirləndirilən şəxs: «imza» Təqsirləndirilən şəxs» və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,297 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,297 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,247 qram. (i.v. 109-113); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 123-124); vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilməsi, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 136-137); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 138-139); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 145-146); vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilməsi, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 161-163); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 165-166); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X2 Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 179); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v. 180); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilən əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 3899 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 187-188); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xalis çəkisi 0,312 qram və 0,297 qram, tədqiqatdan sonra qalıq qalmış 0,262 qram və 0,247 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 190-198). Məhkəmə iclasında tərəflərin iştirakı ilə 27 may 2024-cü il tarixdə qeydə alınmış videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki qara rəngli gödəkçəsinin qabaq sağ yan cibindən 01 (bir) ədəd tünd rəngli alışqanı, əynində olan boz rəngli cins şalvarının qabaq sol yan cibində saxladığı bir bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etdiyi, təqdim etdiyi bükümün arasında olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 27 may 2024-cü il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirməsi, üzərində şəxsi axtarış davam etdirilməsi, amma üzərindən özünün təqdim etdiyi bir bükümdə olan psixotrop maddə metamfetamindən başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməməsi, təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd boş zərfə qoyularaq zərfin möhürlənməsi, bu barədə protokol tərtib olunması, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalaması müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə 05 iyul 2024-cü il tarixdə qeydə alınmış videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan iç cibində saxladığı bir bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etməsi, təqdim etdiyi bükümün arasında olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 04 iyul 2024-cü il tarixdə Namus adlı tanışından 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirməsi, üzərində şəxsi axtarışın davam etdirilməsi, amma üzərindən özünün təqdim etdiyi bir bükümdə olan psixotorp maddə metamfetamindən başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməməsi, təqdim etdiyi bir ədəd sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetamin bir ədəd boş zərfə qoyularaq zərfin möhürlənməsi, bu barədə protokol tərtib olunması, onun protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalaması müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,312 qram və 0,297 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, gənc olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində qeyd olunmuş cinayətin təkrar törədilməsi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Hazırki iş üzrə isə xüsusi hissədə cinayət tərkibinin əlaməti kimi cəzanı ağırlaşdıran hal olmadığından Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi cinayətin təkrar törədilməsi hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı (CM 69.3), cəza çəkmə müddətinin əvvəli 26 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 169 (yüz altmış doqquz) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixə qədər, 05 iyul 2024-cü il tarixdən 07 iyul 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Suraxanı RPİ-nin saxlancına verilmiş 0,262 qram və 0,247 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 22 (iyirmi iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar