Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-118/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 20 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(010)- 291/2023 saylı qərarı ilə barəsində axtarış elan edilmiş, həmin iş üzrə 01 dekabr 2023-cü il tarixdən tutulmuş, başqa iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(010)-36/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,904 qram narkotik vasitə heroini 20 iyul 2023cü il tarixdə istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 20 iyul 2023-cü il tarixdə saat 11:25 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 0,904 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə təxminən səhər saat 11 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 35 ünvanının qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitələrin gəzdirilməsində, əldə edilməsində və istifadə edilməsində şübhəli olduğunu bildirmişlər. Sonra, onu Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. Hüquqlarının müdafiəsi üçün RPİ-yə vəkil dəvət olunmuşdur. Polis əməkdaşı ona vəkilin iştirakı ilə hüquq və vəzifələrini izah etmişdir. Sonra, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd göy rəngli sellofan bükümdə olan “kakos”-u çıxarıb təqdim etmişdir. Sonra, polis əməkdaşlarından biri əli ilə paltarlarını yoxlamış, başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik maddə qablaşdırılmış, rəy alınması üçün MEM-ə göndərilməsi ilə bağlı protokollaşdırılmışdır. O, həmin narkotik vasitəni özü istifadə etməsi məqsədilə Suraxanı rayonu, Əmircan qəsəbəsində 20 iyul 2023-cü il tarixdə, saat 10 radələrində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manata almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və mənəvi təzyiqlər olmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddədən başqa hər hansı yerdə narkotik vasitə saxlamamış, həmin narkotik maddəni öz şəxsi istehlakı üçün əldə etmiş, lakin istifadə etməyə fürsət tapmamışdır. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 35 ünvanının küçəsində deyil, yaşadığı evin içərisinə daxil olaraq oradan tutmuşlar. Həmin zaman evdə təkcə özü və anası olmuşdur. Narkotik vasitə istifadəçisi olsa da, tutulan zaman üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini isə qalan hissələrdə təsdiq edir. Suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı psixi və ya fiziki zorakılıq tətbiq edilməmiş, o, da həmçinin polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Sonda isə əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Suraxanı RPİ-nin NMB-nin sabiq əməliyyat müvəkkili Şahid1 bu barədə Suraxanı RPİ-nin rəisinə raportla məruzə etmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 20 iyul 2023-cü il tarixdə saat 11:25 dəqiqədə əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə, ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin inzibati binasına dəvət etmişlər. RPİ-yə vəkil dəvət olunmuşdur. Polis idarəsinin inzibati binasında xidməti otaqda vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən ona hüquqları və vəzifələri izah edildikdən sonra, videoçəkiliş aparılmaqla, onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan göy rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. X12 Təqsirləndirilən şəxs həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükümü üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı tanımadığı şəxsdən beş manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Sonra o, əli ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamışdır. Lakin onun paltarlarından iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan göy rəngli sellofan büküm 01 (bir) ədəd boş zərfdə qablaşdırılmışdır. Üzəri möhürlənmiş və imzalanmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, sonuncu tərəfindən də onlara qarşı müqavimət göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, bu barədə Suraxanı RPİ-nin rəisinə raportla məruzə etmiş, RPİ-nin rəisi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 20 iyul 2023-cü il tarixdə saat 11 radələrində əməliyyat qrupunun üzvü Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə, ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin inzibati binasına dəvət etmişlər. Həmçinin vəkil də dəvət olunmuşdur. RPİ-nin inzibati binasında xidməti otaqda vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən ona hüquqları izah edildikdən sonra, videoçəkiliş aparılmaqla, üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan göy rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. X12, Təqsirləndirilən şəxs həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona həmin bükümü üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı tanımadığı şəxsdən beş manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Sonra, Şahid2 əli ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamış, lakin onun paltarlarından iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan göy rəngli sellofan büküm 01 (bir) ədəd boş zərfdə qablaşdırılmışdır. Üzəri möhürlənmiş və tərəflərindən imzalanmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, sonuncu tərəfindən də onlara qarşı müqavimət göstərilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X6 ifadəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə yaşadıqları ünvanda, yəni ünvan 6 həyətin qapısının döyülərək Ülvinin çağırıldığını eşitmişdir. Ülvinin evdə olmadığını bildirmiş, həmin şəxslər isə Ülvinin evdə olduğu barədə məlumatlı olduqlarını bildirib evə daxil olmuşlar. Həmin vaxt Ülvi işə gedəcəyini bildirdiyindən, Ülvinin evdə olub-olmamasını dəqiq bilməmişdir. Onlar evə daxil olduqdan sonra, Ülvinin onlarla getməli olduğunu bildirmiş, Ülvinin qoluna girərək aparmışlar. Onlardan nə səbəbə Ülvinin arxasınca gəlmələrini və hara aparmalarını soruşanda, onlar polis əməkdaşları olduqlarını bildirmiş və Ülvi ilə hansısa bir mövzu barədə danışıb yarım saat sonra onu buraxacaqlarını bildirmişlər. Suallara cavab olaraq bildirmişdir ki, hadisə səhər saatlarında baş vermiş, bu zaman evdə sadəcə Ülvi və özü olmuşdur. Üzərində isə mobil telefon olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Təqsirləndirilən şəxs ilə evləri bir həyətə baxır və qonşudurlar, evləri həyət evidir. Evdə olan zaman Ülvinin evindən səs-küy gəldiyini eşitmiş və həyətə çıxmışlar. Küçədə, yəni Ülvigilin həyət evinin qarşısında iki mülki geyimli şəxsin Ülvini qara rəngli “cip” markalı avtomobilə mindirdiyini və oradan uzaqlaşdıqlarını görmüşdür. Həmin günün axşamı Ülvigilin evinə getmiş, Ülvinin kim tərəfindən və hara aparılmasını soruşduqda, anası ona Ülvinin polis əməkdaşları tərəfindən Suraxanı Rayon Polis İdarəsinə aparıldığını demişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Ülvinin evdən yox, küçədən aparıldığını görmüşdür. Həmin şəxslər Ülvini sakit şəkildə maşına mindirmişlər, lakin hadisədən 5-10 dəqiqə əvvəl evlərindən səs-küy gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 21 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X14 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 20 iyul 2023-cü il tarixdə Suraxanı RPİ-nin NMB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 5-6) Suraxanı Rayon Məhkəməsinin 5(010)-356/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərarı ilə Suraxanı RPİ-nin NMB-nin sabiq ə/m, polis kapitanı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 20 iyul 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd göy sellofan bükümdə narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümün içərisindəki narkotik vasitə sayılan heroini (kakos) üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən beş manata öz şəxsi istifadəsi üçün almışdır. Aşkar olunmuş 01 (bir) ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. (iş.v. 32-33) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir, əvvəlcə ondan üzərində qanunsuz olaraq əldə edilməklə, saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli maddə olan 01 (bir) ədəd göy rəngli sellofan bükümü çıxararaq stolun üstünə qoyur. Sonra, təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşur. Təqsirləndirilən şəxs da həmin göy rəngli sellofan bükümdə narkotik vasitə-heroin olduğunu, həmin narkotik maddəni üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən beş manata aldığını bildirir. Sonra Şahid2 əli ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayır. Onun paltarından dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd göy rəngli şəffaf sellofan büküm X12 tərəfindən 01 (bir) ədəd zərfə qoyularaq qablaşdırılır. Üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3923 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 45” möhür əksi "Təqsirləndirilən şəxs üzərindən....." və s. sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,904 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,904 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,854 qram. (iş.v. 38-39) Ambulator məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2023-cü il tarixli 6412 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 115- 116) Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin hansı mənbədən əldə edilməsi, onların satışı ilə məşğul olub-olmaması, müsbət halda, həmin maddəni satdığı şəxslərin dairəsinin müəyyən edilərək həmin şəxslərin şahid qismində dindirilməsi barədə verilmiş 02 avqust 2023-cü il tarixli əməliyyat tapşırığına Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin, həmçinin sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olubolmamasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. (iş.v. 96, 114) 11 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,904 qram, tədqiqatdan sonra qalıq qalmış 0,854 qram olan narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 11 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş.v. 119-126) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk 11 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 119-126) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saat 12:15-də şübhəli şəxs qismində tutulmuş, saat 11:25-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 22 iyul 2023-cü il tarixdə, saat 10:04-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 22 iyul 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(010)-291/2023 saylı qərarı ilə barəsində axtarış elan edilmiş və həmin iş üzrə 01 dekabr 2023-cü il tarixdən tutulmuşdur. Həmin məhkəmənin 12 mart 2024-cü il tarixli, 1(010)-36/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. (iş.v. 20, 70-71, 75-76, 79-81, 83-84) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1(010)-169/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 17 mart 2023-cü il tarixli, 7(010)- 131/2023 saylı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi, Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddəsi tətbiq edilməklə, 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə cəzasının sonu ilə əvəz edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(010)-36/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (iş.v. 105-106) Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə olan cinayət əməlinə görə, məhkumluğu götürülməmiş və ödənilməmişdir. Belə ki, törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı 07 may 2023-cü il tarixdən hazırkı iş üzrə cinayəti törətdiyi 20 iyul 2023-cü il tarixədək iki il müddət keçmədiyindən hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İttiham aktında Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması müəyyən edilsə də, faktiki cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmlə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 7(010)-131/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azadlığın məhdudlaşdırılması cəzası cinayətlərin residivini yaratmadığından müstəntiq tərəfindən buna xüsusata düzgün hüquqi qiymət verilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 1(010)- 118/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı vəsatəti təmin edilmiş, cinayət işi üzrə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin 20 iyul 2023cü il tarixi üçün anten əhatə dairəsinin məlumatlarının götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 29 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxt, yəni 20 iyul 2023-cü il, saat 11:25 radələrində ünvan 8 ünvanını göstərmişdir. Məhkəmə iclasında dindirmələr zamanı Təqsirləndirilən şəxs həmin küçənin onların yaşadığı Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi ilə paralel küçə olmasını bildirmişdir. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 01 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin anten əhatə dairəsi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxt, yəni 20 iyul 2023-cü il, saat 11 radələrində aktiv olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarının icrası ilə bağlı "xxxx" MMC və "xxxx" MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim edilmiş 02 (iki) ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı halı müəyyən etmədiyindən məhkəmə tərəfindən maddi sübut qismində tanınmamalı və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməlidir. İş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə X9 şəxs X13 Kartından edilmiş 1373 nömrəli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs atası X5 “qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah payının hemorragik kontuziyası, beyindaxili hematoması, dislokasion sindrom, sağ təpə-gicgah nahiyəsinin dərialtı yumşaq toxumaların əzilməsi, ikitərəfli periorbital hematoma, cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Tibb Universitetinin X1koginekoloji şöbəsi tərəfindən verilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs anası X6 “uşaqlığın fibromioması, qanaxma” xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X18 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmiş, belə ki, narkotik vasitə istifadəçisi olsa da, tutulan zaman üzərində narkotik vasitə olmadığını, həmçinin evinin yaxınlığından deyil, evinin içərisindən tutulduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs bütün ibtidai istintaq dövründə qeyd etdiyi xüsusatlarla əlaqədar hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən də aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi görünür. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılıq tətbiq edilməmiş, bədəni üzərinə hər hansı xəsarət olması faktı aşkar edilməmişdir. Onun evinin yaxınlığından deyil, evinin içərisindən tutulması məsələsində isə məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid ifadələri və toplanmış digər sübutlarla onun həqiqətən də evindən tutulması faktı mötəbər dəlillə öz təsdiqini tapmır. Həmçinin bu xüsusat təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 tərəfindən verilmiş ifadə ilə də təkzib olunmuşdur. Belə ki, 20 iyul 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın nəticəvi hissəsinin 3-cü bəndindən görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq, onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra, zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş şəxsi əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 5(010)-356/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərarı ilə də Suraxanı RPİ-nin NMB-nin sabiq ə/m, polis kapitanı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 20 iyul 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs anası Səbirə Mahmudovanın isə təqsirləndirilən şəxslə birinci dərəcəli qohumluğu, yəni anası olması səbəbindən verdiyi ifadə sübut qismində dəyərləndirilməməlidir. Məhkəmə iclasına əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qonşusu X15 da ifadəsində, Təqsirləndirilən şəxs evindən tutulduğunun deyil, küçədən tutulduğunun şahidi olmasını bildirmişdir. Buna görə də məhkəmə tərəfindən şahid X7 ifadəsi sübut qismində qiymətləndirilir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü olaraq qiymətləndirir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,904 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, atasının və anasının xəstəlikdən əziyyət çəkməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə görə 12 mart 2024-cü il tarixdə barəsində Suraxanı rayon Məhkəməsinin hakimi Nərminə Rzayeva tərəfindən hökm çıxarılmış və ona qəti olaraq 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunan hökm Təqsirləndirilən şəxs tərəfindən alınmış və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya prokuror tərəfindən protest verilməmişdir. Bununla da həmin hökm qanuni qüvvəyə minmişdir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığından saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 17-ci maddəsində qeyd olunmuşdur ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 71-ci maddəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Plenum Qərarına görə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona cəza təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki və hazırkı hökm üzrə şübhəli şəxs qismində tutulduğu günlər Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb ona qəti olaraq cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2023cü il tarixli, 1(010)-291/2023 saylı qərarı ilə 01 dekabr 2023-cü il tarixdən tutulması və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,854 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 (on dörd) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-36/2024 nömrəli iş üzrə 12 mart 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 24 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022ci il tarixədək və hazırkı iş üzrə 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,854 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X8 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-118/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-118/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver