Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-119/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 02 may 2023-cü il tarixdə, saat 12:30-da, Bakı şəhərində, xx xxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 20 oktyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 aprel 2022-ci ildə, saat 14:00 radələrində bacısı Zərərçəkmiş şəxs2 və sonuncunun qızı Zərərçəkmiş şəxs1 yaşadıqları ünvan 2 ünvanına gələrək, özünə məxsus mənzildən çıxarmaq tələbi ilə aralarında yaranmış mübahisə nəticəsində əvvəl Zərərçəkmiş şəxs1 çubuqla baş nahiyəsindən 2 dəfə qəsdən vurub sol təpə nahiyəsinin hematoması xəsarəti yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, daha sonra evə gələn Zərərçəkmiş şəxs2 həyətə buraxmamaq məqsədi ilə qəsdən itələyib yıxaraq sağ dirsək oynağı nahiyəsinin sıyrığı, omba-bel fəqərələrinin posttravmatik kompressiyası və hərəkət məhdudluğu ilə müşayiət olunan bel nahiyəsinin hematoması xəsarətləri yetirərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun bacısı, Zərərçəkmiş şəxs1 isə bacısı Sevincin qızıdır. Baki şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, döngə 5, ev 3, mənzil 1 ünvanında yerləşən ev onun şəxsi mülküdür. Həmin mənzil ona dövlət tərəfindən verilmişdir və oraya qeydiyyata bacısı və bacısı qızı Naidəni həmin evə 1992-ci ildə qeydiyyata özü salmışdır. Çünki bacısı ərimdən boşanmış və atası ona demişdir ki, Sevinc qızı Naidə ilə çöldə qalmasın və bu səbəbdən sonuncuları qeydiyyata salmışdır. Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2 2017-ci il tarixdə qeydiyyatdan çıxartmışdır. Zərərçəkmiş şəxs2 2012-ci il tarixdə Xırdalan şəhərində ev alan zaman onlara 24.300 manat pul vermiş, həmin pulu bu günə qədər qaytarmamışlar. Sevinc 2017ci ildən həmin evdən qeydiyyatdan çıxan vaxt o, evi kirayə vermək istəmiş, bacısı isə xahiş etmişdir ki, həmin evi onlara kirayə versin. O, razılaşmış və həmin vaxtdan bacısı Sevinc hər ay ona 200 manat pul verir, Sevincin maaş kartı ondadır və hər ay həmin kartdan 200 manat pul çıxarır. Hal-hazırda sonuncular evdən çıxmaq istəmirlər, ona həmin evə öyrəşiklərini deyirlər. Bacısı özünün iş yerinə, Əmircan qəsəbəsində yerləşən 8 saylı poliklinikaya Xırdalan şəhərindən gəlib-getməyə əziyyət çəkdiyini deyir. Bacısı Sevinc ona demişdir ki, Xırdalandakı evi satıb ona 62000 manat pul versin və həmin pula görə ona olan 24.300 manat borcu bağışlasın və üstəlik evi onlara versin. O, razılaşmamış və vaxt vermişdir ki, çıxsınlar. Beləliklə təxminən 7-8 ay həmin hadisədən əvvəl Sevinc və Naidə evdən çıxmış və Xırdalan şəhərində yaşamağa başlamışlar. xx.xx.2022-ci il tarixdə isə o, həmin evə gələrkən görmüşdür ki, mənzilin qapısı sındırılmış, Naidə və Sevincin gəlini Aytac içəri girmişlər. Həmin vaxt onlardan tələb etmişdi ki, evdən çıxsınlar. Onların heç birinə heç bir fiziki zor tətbiq etmədən hər ikisi evdən çıxıb qonşuluqda yaşayan Aytacın atası evinə getmişlər. Aralarında mübahisə ancaq sözlə olmuş, heç bir dava-dalaş olmamışdır və sonuncuları döyməmişdir. Ona qarşı olan şikayət şər və böhtandır. Belə ki, evə gəldikdə mənzilin qapısının Naidə və Aytac tərəfindən sındırılaraq içəri girdiklərinin şahidi olmuşdur. Onları sözlə başa salaraq çölə çıxartmışdı. Təxminən 10 dəqiqə sonra pəncərədən görmüşdür ki, Naidə, Sevinc, sonuncunun qudası Rizvan, qızı Aytac, oğlu Fərhad onun evinə gəlirlər. Sonuncular evin qapısını itələyərək mənzilə daxil olmağa çalışmışlar, o isə oğlu Elçinlə birlikdə qapını saxlayaraq sonuncuların içəri soxulmasının qarşısını alan zaman Naidə qapının arasında qalmışdır. Bu zaman Naidənin xəsarət alması qaçılmaz olmuşdur. Eyni zamanda həmin şəxslər çox olduğundan qapını sıxaraq açmışlar və içəriyə daxil olan zaman Sevinc yerə yıxılmışdır. Bundan sonra da mənzildə dava-dalaşsız söhbət etmişlər. Sevinci itələyib yıxmamış, Nahidəni də çubuqla ilə vurmamış, sonuncu yalnız qapını sıxıb açmağa cəhd edirkən qapının arasında qalmışdı. Ola bilsin ki, həmin vaxt xəsarət almışdır. Sonda o, təqsirsiz olduğunu bildirmiş, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci və 128-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, göstərilən ünvanda anası və yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun dayısıdır. Hal-hazırda özü, anası Zərərçəkmiş şəxs2 ilə ünvan 3 ünvanında yaşayır. Həmin ev ilə bağlı dayısı Təqsirləndirilən şəxsla mübahisələri var. Belə ki, ev dayısı Rövşənin adınadır. O, anası Sevinc və oğlu Oktay Məmmədovla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatdadırlar. Rövşən onları evdən çıxarmaq istəyir. Bu məsələ ilə əlaqədar aralarında mütamadi olaraq mübahisələr olur. xx.xx.2022-ci il tarixdə saat 14:00-da Rövşən həmin evə gələrək ondan tələb etmişdir ki, hər üçü evdən çıxıb getməlidirlər. O, da çıxmayacaqlarını bildirdikdə aralarında mübahisə yaranmış, evdə qonaq otağında dayısı ona əsəbləşib onun çiyinlərindən tutub itələyərək həyətə çaxartmaq istəmiş, sonra isə həyətdən götürdüyü nar çubuğu ilə iki dəfə baş nahiyəsinə vurmuşdur. Daha sonra həmin çubuqla sol ayağına və sol əlinə vurmuşdur. Bu vaxt kiçik yaşlı qardaşı qızı gedib qonşudan Rizvanı və Fərhadı çağırmışdır. Onlar gəlib Rövşəni sakitləşdirmək istəmişlər və o da DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra Polis Bölməsindən əməkdaş gəlib hər ikisini bölməyə aparmışlar. Sonradan isə ona məlum olmuşdur ki, o, izahat verən zaman Rövşən Bölmədən çıxıb evə qayıtmış və anasının qolundan tutub möhkəm itələyərək həyətin darvazasından çölə çıxarıb orada itələyərək yerə yıxıb qapını bağlamışdır. Nəticədə hər ikisi xəsarət aldıqlarından 31-ci PB-nə ərizə ilə müraciət etmişlər. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, göstərilən ünvanda qızı və sonuncunun yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Hal-hazırda özü və qızı Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri, ünvan 3 ünvanda yaşayır. Həmin ev ilə bağlı qardaşı Təqsirləndirilən şəxsla mübahisələri var. Belə ki, ev qardaşı Rövşənin adınadır. Özü, qızı Naidə və nəvəsi Oktay Məmmədovla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatdadırlar. Rövşən onları evdən çıxarmaq istəyir. Bu məsələ ilə əlaqədar aralarında mütamadi olaraq mübahisələr olur. xx.xx.2022-ci il tarixdə, saat 14:00-da evin həyətində Rövşən onu itələyərək yerə yıxmışdır. Belə ki, onu evdən qolundan tutub dartaraq zorla həyətə çıxarıb orada möhkəm itələyərək həyətin darvazasından çölə çıxarıb orada onu itələyərək yerə yıxıb qapını bağlamışdır. Bu zaman həyətdə olan qonşular da hadisənin şahidi olmuşlar. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin 29 noyabr 2022-ci il tarixli iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qaynanasıdır, Zərərçəkmiş şəxs1 isə Sevincin qızıdır. Təqsirləndirilən şəxs isə Sevincin qardaşı olmaqla atasıgillə qonşuluqda yaşayır. O da həyat yoldaşı ilə birlikdə ona məxsus olan Xırdalan şəhərindəki mənzildə, eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, döngə 5, ev 3, mənzil 1-də də yaşayırlar. Sevinc və qızı Naidə Xırdalan şəhərində qeydiyyatda olsalar da qeyd etdiyi ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixdə isə o, həmin ünvanda Naidə ilə birlikdə olarkən Rövşən də həmin evə gəlmiş, Naidəyə demişdir ki, evdən çıxsınlar ustalar gətirib evi təmir etdirir. Naidə isə ona cavab vermişdir ki, onlar evdə yaşadığı halda necə təmir etdirir. Sonra Rövşən ona da demişdir ki, evdən çıxsın, o isə demişdir ki, çıxa bilər. X6 mübahisəyə başlamış və Rövşən çubula Naidəni vurmuşdur və bu zaman atası və qardaşı da ora gəlmişlər Rövşənlə bir qədər söhbət etmişlər. Bundan sonra atası ilə oradan çıxıb atası evinə getmişlər. Daha sonra isə görmüşdür ki, Rövşən həyət qapısının qıfılını dəyişdirir. Həmin vaxt isə artıq qaynanası işdən gəlmiş və Rövşən sonuncu ilə də mübahisə edirmiş. O, həmin yerə gələndə qaynanası Sevincin yıxıldığını görmüşdür. Ancaq onun hansı səbəbdən yıxılmasını görməmişdi, özündən soruşsa da cavab verməmişdir. Naidə isə artıq Polis Bölməsinə məlumat vermişdir, 31-ci PB-dən əməkdaşları gələrək Rövşəni, Sevinci və Naidəni Polis bölməsinə aparmışlar. Bundan sonra isə həyat yoldaşı Elnur gəlmiş və evə keçmək istəmişdir. Lakin həm həyət qapısı, həm də evin qapısı bağlı olduğundan hasardan həyətə keçmiş və evin qapısını kəlbətin və vintaçanla aralayıb qapını açmışdır. Hazırkı vaxtadək həmin evdə yaşayırlar. Məhkəmənin 15 dekabr 2022-ci il tarixli iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qudasıdır, yəni qızı Aytacın əri Elnurun anasıdır. Zərərçəkmiş şəxs1 isə Sevincin qızıdır. Təqsirləndirilən şəxs isə Sevincin qardaşı olmaqla onunla qonşuluqda yaşayır. Sevinc və qızı Xırdalan şəhərində qeydiyyatda olsalar da Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, döngə 5, ev 3, mənzil 1-də Rövşən də qonşuluqdakı ata evində yaşayır. xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə olarkən kiçik nəvəsi gəlib demişdir ki Sevincgil yaşayan evdə bir-biri ilə dalaşırlar. O, tez qalxıb sonuncuların mənzilinə getmiş, ardınca isə oğlu Fərhad gəlmişdir. Ora gələndə Naidə mənzildə Rövşənlə mübahisə edib dalaşmaq istəyirmişlər. Onları sakitləşdirib Rövşənlə bayıra çıxaraq orada da bir qədər məsləhət vermişdi. Bununla da hər şey sakitləşmiş, qızı Aytacla öz evininə getmişlər. Rövşənin Sevinci itələyib yıxmasını görməyib. Ancaq Rövşənin əlində çubuq olmuş, Naidəni çubuqla vurmaq istəyirmiş ki, çubuğu sonuncunun əlindən almış və bayıra çıxırıb bir qədər də söhbət etmişlər. Qapının sınması barədə isə məlumatı olmamışdır. Müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 05 yanvar 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, döngə 5, ev 3, 1 saylı mənzil sonuncunun xüsusi mülkiyyətindədir və orada yaşayır. Hadisənin baş verdiyi 14 aprel 2022-ci il tarixdə atası ilə birgə mübahisəli evə gələrkən qapının sındırıldığını və evdə zərərçəkmişlər bibisi ilə bibisinin qızı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduğunu görmüşlər. Bu zaman bibisi atasından evi satmasının tələb etmiş və bu səbəbdən aralarından mübahisə yaranmışdır. O, mübahisədən sonra bibisinin üzərində heç bir xəsarət izi görməmişdir. İttiham tərəfinin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 15 mart 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun tanışıdır. Aprel ayının ortalarında 2022-ci ildə dəqiq xatırlamadığı tarixdə mağazalara məhsul paylayarkən özündən 15-20 metr məsafədə yerləşən evin giriş qapısından Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 mübahisə etdiyinin şahidi olmuşdur. Sevinc evə daxil olmaq istəyərkən Təqsirləndirilən şəxs sonuncunu dirsəyi ilə itələmiş, bu zaman Sevinc yerə yıxılmışdır. Bundan başqa mübahisə zamanı Təqsirləndirilən şəxs əlində vintaçan olmuşdur. O, dərhal telefonla Zərərçəkmiş şəxs1 xəbər vermiş, sonuncu ona mübahisəyə qarşılmamasını bildirmişdir. Məhkəmənin təşəbbüsü şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi şəxsin Suraxanı rayon şöbəsinin rəisi, məhkəmə-tibb eksperti X2 26 aprel 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, tərəfindən verilmiş 06 may 2022-ci il tarixli 397 №-li rəyi müdafiə edir, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Şəxsin əl və ya təpik ilə vurulması da bərk küt əşya ilə vurma hesab edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 aprel 2022-ci il tarixli 393 №-li rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər, yəni sol təpə nahiyəsinin hematoması bərk küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan şərait və müddətdə yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 may 2022-ci il tarixli 397 №-li rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər, yəni sağ dirsək oynağı nahiyəsinin sıyrığı, omba-bel fəqərələrinin posttravmatik kompressiyası və hərəkət məhdudluğu ilə müşayiət olunan bel nahiyəsinin hematoması bərk küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan şərait və müddətdə yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Qeyd edilən xəsarətlər xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin öz boyu hündürlüyündən arxasıüstə yıxılma zamanı əmələ gələ bilməsi inkar olunmur. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının 18 avqust 2022-ci il tarixli T 378/2022 №-li rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər, yəni sağ dirsək oynağı nahiyəsinin sıyrığı, omba-bel fəqərələrinin posttravmatik kompressiyası və hərəkət məhdudluğu ilə müşapyiət olunan bel nahiyəsinin hematoması bərk küt əşyanın təsirindən törənmişlər, öz boyu hündürlüyündə sürətlənmiş yıxılma zamanı onurğanın bel-oma nahiyəsinin yastı, hamar səthə dəyməsi nəticəsində yarana bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının 18 avqust 2022-ci il tarixli T379/2022 №-li rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər, yəni sol təpə nahiyəsinin hematoması bərk küt əşyanın təsirindən törənmişlər, taxta parçası ilə vurulan zərbə nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda gəstərilən xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 sentyabr 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 may 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 1996-cı il tarixli qərarı ilə hökm ləğv edilərək iş yenidən baxılması üçün gğndərilmiş, Sabunçu rayon prokurorunun 30 iyul 1997-ci il tarixli qərarı ilə Azərbacyan Respublikasİ CPM-nin 96-cı maddəsinə əsasən şəxsi zaminliklə azad edilmişdir. İş materiallarında olan Sabunçu rayon prokurorunun 16 mart 2000-ci il tarixli qərarından və Bakı Apellyasiya Məhkəməsinin 1mk-5748/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Məhkəməsinin Cinayət İşləri üzrə İ Dərəcəli Məhkəmə Kollegiyasının 03 may 1996-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2 və 6-cı bəndləri ilə təqsirli bilinib, özünə məxsus şəxsi əmlakı müsadirə olunmaqla 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu rayon Prokurorluğunun protesti əsasında Bakı şəhər Məhkəməsinin Cinayət İşləri üzrə İ Dərəcəli Məhkəmə Kollegiyasının 03 may 1996-cı il tarixli hökmü Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının qərarı ilə ləğv edilmiş və cinayət işi əlavə istintaqa qaytarılmış, Sabunçu rayon Prokurorluğunun 16 mart 2000-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə cinayət əməli sübuta yetirilmədiyinə görə xitam verilmiş, Təqsirləndirilən şəxs qanunsuz məsuliyyətə cəlb etmə və məhkum etmə nəticəsində vurulmuş mənəvi ziyan 10.000.000 (on milyon) manat, hüquqi yardım üçün 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində müəyyən edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 25 sentyabr 2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3.250.000 (üç milyon iki yüz əlli min) manat alınıb Təqsirləndirilən şəxs verilməsi qət edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci və 128-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Elçinlə birlikdə qapını saxlayaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların qohumlarının içəri soxulmasının qarşısını alan zaman Zərərçəkmiş şəxs1 qapının arasında qaldığına görə xəsarət almasına və sonuncular içəri daxil olan zaman Zərərçəkmiş şəxs2 qapı birdən açıldığına görə yerə yıxılmasına və bu zaman xəsarət almasına dair ifadəsi işdə olan şahidlərin ifadələri, habelə digər subutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 127.1-ci və 128-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində 127.1-ci və 128-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 128ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-119/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-119/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver