Məhkəmə qərarları › İş №1(010)-119/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-119/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-119/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X5 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatla olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramanı qəsəbəsi, S.Əliyev küçəsi, nömrəsiz evdə yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saat 10 radələrində gündüz və quru hava şəraitində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində köməkçi yoldan baş yol sahəsinə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutaraq, sağa və ya sola dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli olduğu halda qeyd olunan maddənin tələblərini pozaraq avtomobilini yolun hərəkət hissəsindən sola manevr edib döndərərkən həmin vaxtı yolu sağdan sola orta yerişlə keçən piyada xx.xx.1976-cı il təvəllüdlü X1 getməsini gözləmədən hərəkətini davam etdirdiyinə görə avtomobilinin qarşı sol hissəsi ilə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ona sol qamış sümüyünün bayır kondilusunun qapalı yerdəyişmiş sınığı ilə nəticələnən xəsarət yetirərək dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla ünvan 1 küçəsi nömrəsiz ev ünvanında ailəsi ilə birlikdə yaşayır. 1 uşaq atasıdır. Hazırda heç bir yerdə işləmir. Təxminən 2 ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. «Toyota Prius» markalı, 77- FA-749 dövlət qeydiyyat nişanlı avtomobili isə 2023-cü ilin fevral ayında “Uber Park” şirkətindən etibarnamə əsasında icarəyə götürmüşdür. 13 fevral 2023-cü il tarixdə həmin avtomobili idarə etmiş, saat təxminən 09 radələrində Suraxanı rayonu, Ramanı qəsəbəsi, Samir Əliyev küçəsində köməkçi yolda avtomobili dayandırmış və sağdan və soldan avtomobillərin gəlməməsindən əmin olub avtomobilini sol tərəfə manevr etdirərək yola çıxmışdır. Avtomobilini təxminən 10-20 km/saat sürəti ilə hərəkət etdirərkən adını sonradan bildiyi Tovus Göyüşova yolu sağdan sola keçən zaman onun avtomobilinin qabaq sol hissəsi onun ayaq nahiyəsinə dəymişdir. O, dərhal avtomobildən düşüb ona kömək etmiş və onu öz avtomobilinə əyləşdirmişdir. Onu Suraxanı rayonu, Ramanı qəsəbəsində tanıdığı bir sınıqçı qadının yanına aparmışdır. Orada olan zaman Tovus sınıqçıya onun ayağına baxmağa icazə verməmiş və israrla evə getmək istədiyini bildirmişdir. O, Tovusu avtomobilə əyləşdirmiş, Tovus isə xəstəxanaya getmək istəmədiyini, evə getmək istədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs israr etdikdən sonra o əri ilə danışmış və Təqsirləndirilən şəxs onu Abşeron rayonunda yerləşən adını bilmədiyi xəstəxanaya aparmışdır. Xəstəxanada onu içəri buraxmadıqları üçün o içəri girməmişdir. Həmin gün Rüstəm onun ərinə 50 AZN pul vermişdir. Daha sonra Tovusa əməliyyatın zəruri olduğu bildirilmiş və o, əməliyyat olduğu gün Təqsirləndirilən şəxs orada olmuşdur. Həmçinin bir neçə dəfə də ora qayınatası və arvadı ilə ziyarətə getmiş, lakin Tovus və əri ona bura gəlməməsini demişdir. Tovus xəstəxanadan çıxdıqdan sonra onun evinə də gedib onu ziyarət etmişdir. Təqsirləndirilən şəxs Tovusun xəstəxana xərclərinə təxminən 1300 AZN pul ödəmişdir. 900 AZN pulu Tovusun ərinə müxtəlif vaxtlarda vermiş, sonuncu dəfə isə 300 AZN pulu onun kart hesabına göndərmişdir. Ümumilikdə onlara 2500 AZN pul ödəmişdir. Sonda o, törətmiş olduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 göstərmişdir ki, Xırdalan şəhəri 28-ci məhəllə ev 7, mənzil 97 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2 ilə yaxın müddətdir ki, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində yerləşən 108 saylı Kəlbəcər orta məktəbində müəllimə kimi işləyirdi, lakin məlum avtoqəzadan sonra aldığı xəsarətlə bağlı 14 fevral 2023-cü il tarixdən bülletendədir. 13 fevral 2023-cü il tarixdə saat 10 radələrində o, işlədiyi 108 saylı Kəlbəcər orta məktəbinə gedən zaman Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində 214 saylı sərnişin avtobusundan düşüb avtobusun arxa hissəsindən, sağ və sol tərəflərdən avtomobillərin gəlmədiyini görüb, yolu keçmək istədikdə, həmin vaxt onun sol tərəfindən gələn “Toyota Prius” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Ramana istiqamətində hərəkət etmək istəyən zaman avtomobilin qabaq sol tərəfi ilə onu vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Ayağa qalxmaq istəsə də sol ayağında və bədənində küt ağrılar hiss etmiş və ayağa qalxa bilməmişdir. Bu zaman həmin avtomobilin sürücüsü və kənarda olan digər tanımadığı şəxslər onu ayağa qaldırmağa çalışdılar. Lakin o ayağa qalxa bilməmiş və adını sonradan bildiyi Rüstəm adlı şəxs onu avtomobilə əyləşdirib xəstəxanaya aparmaq istəmişdir. Daha sonra həmin şəxs yoldan qaynatasını götürmüşdür. Qaynatası ona sınıqçı qohumunun olmasını demiş və Zərərçəkmiş şəxs onun evinə apardılar. Burada olan zaman sınıqçı onun ayağına baxmış və sınıq xəsarətinin olmamasını, əzik olmasını bildirmişdir. Zərərçəkmiş şəxs əri ilə əlaqə saxlamış və bu barədə məlumat vermişdir. O da ona Abşeron mərkəzi xəstəxanasına gəlməsini, özünün də oraya gələcəyini bildirmişdir. Rüstəm onu avtomobilə əyləşdirib Abşeron mərkəzi xəstəxanasına gətirmişdir. Burada həkimlər ilkin tibbi yardım göstərərək rentgen müayinəsindən keçirtdikdə sol diz nahiyəsinin baldır sümüyünün sınığı xəsarətini aldığını bilmişdir. Həkim ona cərrahi müdaxilənin zəruri olduğunu bildirmiş və növbəti gün əməliyyata çağırmışdır. Həmin gün o, xəstəxanadan evə buraxılmış və ev şəraitində müalicə almışdır. Növbəti gün əri onu Travmatologiya xəstəxanasına aparmış və burada da rentgen müayinəsindən keçmişdir. Sınıq xəsarətlərim təsdiq olunduğu üçün 15 fevral 2023-cü il tarixdə Travmotologiya xəstəxanasında əməliyyat olunmuş və ayağına implant yerləşdirilmişdir. Hadisədən sonra isə təhqiqatçı onun yaşadığı ünvana gələrək izahatını almışdır. Faktla bağlı göstərdikləri bunlardan ibarətdir. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, gələcəkdə də bu işlə əlaqədar Təqsirləndirilən şəxs heç bir tələb və iddiası olmayacağını bildirmişdir. Cinayət işinin 4-9-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən tərtib edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə xx.xx.2023-cü il tarixdə, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində baş vermişdir. Hadisənin baş verdiyi yerdə yol asfalt örtüklü olub quru olmuşdur. Yol örtüyünün eni 8 metr, hərəkət zolağının say 2, işlək hissəsinin eni 4 metrdir. İşlək hissəyə sağdan və soldan tikiliyə birləşir. Cinayət işinin 27-ci vərəqlərində olan məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 24 saylı rəyi ilə müəyyən edilmişdir ki, X5 bədəni üzərində olan xəsarətlər- sol qamış sümüyünün bayır kondilusunun qapalı yerdəyişmiş sınığı bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 30-33-cü vərəqlərində olan iş üzrə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 18 aprel 2023-cü il tarixli 8/904 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Toyota Prius» markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Cinayət işinin 50-ci vərəqində olan Azərbaycan Respublikası Suraxanı rayonu X8 Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 54/2-21990/23 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla ünvan 1 küçəsi nömrəsiz ev ünvanında yaşayan Təqsirləndirilən şəxs məxsus olan AE725250 saylı “ВС” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin 29-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 08 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin 77-78-ci vərəqində olan 08 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 86-cı vərəqində olan “axtarışda olan şəxsin tutulması haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə, saat 10:00-da tutulmuşdur. Cinayət işinin 93-94-cü vərəqində olan 07 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş, notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, gələcəkdə də bu işlə əlaqədar Təqsirləndirilən şəxs heç bir tələb və iddiası olmayacağını bildirmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə olunmuş, bununla bağı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-nin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Bundan başqa iş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 ilə barışdığından və ona dəymiş ziyanın ödənildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar