Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-12/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs direktoru və nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs5, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs2, xx xxxx 1983-cü ildə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxsndə operator işləmiş, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi, 74 nömrəli evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx xxxx 1975-ci ildə Qazax rayonu, Ağköynək kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, “X13” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmiş, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu küçəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə, Təqsirləndirilən şəxs4, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üçü azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla beş uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsi, 36A nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs5, xx xxxx 1981-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsi, 17A nömrəli evin 90 nömrəli mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə və Təqsirləndirilən şəxs3, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi A.Rzayev küçəsi, 220A nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2, 01 mart 2018-ci il tarixdən 08 fevral 2019-cu il tarixədək olan müddətdə Zərərçəkmiş şəxsndə operator vəzifəsində işləyərkən onunla bağlanmış 01 mart 2018-ci il tarixli əmək və X12 haqqında müqavilələrə əsasən ona etibar edilmiş maddi sərvətlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, ona etibar edilmiş maddi sərvətlərin dəqiq uçotunu aparmaq, təhvil alınmış mal-materialın beton zavodun istehsal çəninə yerləşdirilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla, Zərərçəkmiş şəxs sement istehsalı edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 28 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, Səngərqaya-1 yolu, 7-ci km ünvanda yerləşən zavodundan alınmış sement məhsulunun daşınmasının həyata keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyun 2016-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqaviləyə uyğun olaraq sonuncu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01 mart 2018-ci il tarixli xidməti müqaviləsi əsasında yüklərin daşınması üçün cəlb olunaraq “MAN” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən sürücü Təqsirləndirilən şəxs1 ilə 2019-cu ilin fevral ayının əvvəllərində razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxsnə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək talama məqsədi ilə Məhdud Məsuliyyətli Cəmiyyətləri arasında bağlanmış müqavilə şərtlərinə görə sürücü Təqsirləndirilən şəxs1 tərəfindən 08 fevral 2019-cu il tarixdə qeyd edilən yük avtomobili ilə 80263458 nömrəli əmtəə-nəqliyyat qaiməsi əsasında gətirilmiş 30.940 kq sement məhsulunu Azərbaycan Respublikasının Mənzil X5 sifarişi əsasında Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşaat işləri apardığı ərazidəki saxlanc çənlərinə yüklənməli olduğu halda, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin ərazidə qarşıladıqdan sonra gətirilmiş sement məhsulunun 260 kq hissəsini birlikdə beton zavodun istehsal çəninə yüklənməsini təşkil etməklə qalan 3.547 manat 80 qəpik dəyərində 30.680 kq, sement məhsulunu avtomobilin yük yerində saxlanmasına nail olub həmin sement məhsulunu başqa şəxsə satıb qazanc əldə etmək məqsədilə sürücü Təqsirləndirilən şəxs1 yük avtomobilini Bakı şəhəri, Qaradağ rayonu istiqamətinə hərəkət etdirməsini təmin etmiş, Zərərçəkmiş şəxs vəzifəli şəxsləri tərəfindən onların hərəkətlərindən şübhələnilərək həmin gün saat 22 radələrində yük maşınını Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanında yerləşən “Bibiheybət” məscidinin yanında saxlanıldığından və geri qaytarıldığından iradələrindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ona etibar edilmiş Zərərçəkmiş şəxsnə məxsus 3.547 manat 80 qəpik dəyərində əmlakı mənimsəmə yolu ilə talamağa cəhd etmiş, bununla yanaşı o, Təqsirləndirilən şəxs1 və digər istintaqa məlum şəxslərlə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 avqust 2018-ci il tarixdən 08 fevral 2019-cu il tarixədək olan müddət ərzində müvafiq rəsmi müqavilələr əsasında sement istehsal edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Zərərçəkmiş şəxsnə gətirilmiş və digər beton komponentləri ilə birgə qarışığından 80.362 kub metr hazır beton alınmalı olan 27181.37 kq sementin tam həcmdə Məhdud Məsuliyyətli Cəmiyyətin çənlərinə boşaldılmamasını təmin etmiş və nəticədə Zərərçəkmiş şəxs tərəfindən sifarişçi Mənzil İnşaatı Dövlət Agentliyinə 79.194 kub metr beton təhvil verilərək 49.056 manat məbləğində olan 408.8 ton sementin satışından əldə olunan pulu cinayətkar dəstənin digər üzvləri ilə birlikdə mənimsəmişdir. Təqsirləndirilən şəxs1, 01 mart 2018-ci il tarixdən 08 fevral 2019-cu il tarixədək olan müddətdə “X13” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyərkən onunla bağlanmış 01 mart 2018-ci il tarixli xidmət müqaviləsinə əsasən ona etibar edilmiş malı tam boşaldılana qədər məsuliyyət daşımağı və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla Zərərçəkmiş şəxs sement istehsalı edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 28 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, Səngərqaya-1 yolu, 7-ci km ünvanda yerləşən zavodundan alınmış sement məhsulunun daşınmasının həyata keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyun 2016-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqaviləyə uyğun olaraq sonuncu Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MAN” markalı, 99-JP- 425 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşımanı həyata keçirərkən Zərərçəkmiş şəxs operatoru Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin fevral ayının əvvəllərində razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxsnə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək talama məqsədi ilə Məhdud Məsuliyyətli Cəmiyyətiləri arasında bağlanmış müqavilə şərtlərinə görə 08 fevral 2019-cu il tarixdə qeyd edilən yük avtomobili ilə 80263458 nömrəli əmtəənəqliyyat qaiməsi əsasında gətirmiş 30.940 kq sement məhsulunu Azərbaycan Respublikasının Mənzil X5 sifarişi əsasında Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşaat işləri apardığı ərazidəki saxlanc çənlərinə yüklənməli olduğu halda, əvvəlcədən aralarında olan razılaşmaya əsasən operator Təqsirləndirilən şəxs2 onu həmin ərazidə qarşılamaqla gətirilmiş sement məhsulunun 260 kq hissəsini beton zavodun istehsal çəninə yüklənməsini təşkil etməklə qalan 3.547 manat 80 qəpik dəyərində 30.680 kq, sement məhsulunu avtomobilin yük yerində saxlanmasına şərait yaradaraq həmin sement məhsulunu başqa şəxsə satıb qazanc əldə etmək məqsədilə yük avtomobilini Bakı şəhəri Qaradağ rayonu istiqamətinə hərəkət etdirməsini təmin etmiş, Zərərçəkmiş şəxs vəzifəli şəxsləri tərəfindən onların hərəkətlərindən şübhələnilərək həmin gün saat 22 radələrində yük avtomobili Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanında yerləşən “Bibiheybət” məscidinin yanında saxlanıldığından və geri qaytarıldığından iradələrindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında ona etibar edilmiş Zərərçəkmiş şəxsnə məxsus 3.547 manat 80 qəpik dəyərində əmlakı mənimsəmə yolu ilə talamağa cəhd etmiş, bununla yanaşı o, “Chinar İstehsalat» Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddətdə Məhdud Məsuliyyətli Cəmiyyətin operatoru işləyən Təqsirləndirilən şəxs2 və digər istintaqa məlum şəxslərlə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 avqust 2018-ci il tarixdən 08 fevral 2019-cu il tarixədək olan müddət ərzində müvafiq rəsmi müqavilələr əsasında sement istehsal edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Zərərçəkmiş şəxsnə gətirilmiş və digər beton komponentləri ilə birgə qarışığından 80.362 kub metr hazır beton alınmalı olan 27181.37 kq sementin tam həcmdə Məhdud Məsuliyyətli Cəmiyyətin çənlərinə boşaldılmamasını təmin etmiş və nəticədə Zərərçəkmiş şəxs tərəfindən sifarişçi Mənzil İnşaatı Dövlət Agentliyinə 79.194 kub metr beton təhvil verilərək 49.056 manat məbləğində olan 408.8 ton sementin satışından əldə olunan pulu cinayətkar dəstənin digər üzvləri ilə birlikdə mənimsəmişdir. Təqsirləndirilən şəxs4, 07 avqust 2018-ci il tarixdən 2019-cu ilin fevral ayının əvvəllərinə kimi “X10 Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 01 aprel 2018-ci il tarixli, FGSG/RDM-1/15 nömrəli müqaviləyə əsasən mühafizəçi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxsndə işlədiyi müddətdə həmin dövrlərdə Məhdud Məsuliyyətli Cəmiyyətin operatoru işləyən Təqsirləndirilən şəxs2 ilə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 avqust 2018-ci il tarixdən 08 fevral 2019cu il tarixədək olan müddət ərzində müvafiq rəsmi müqavilələr əsasında sement istehsal edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Zərərçəkmiş şəxsnə gətirilmiş və digər beton komponentləri ilə birgə qarışığından 80.362 kub metr hazır beton alınmalı olan 27181.37 kq sementin tam həcmdə Məhdud Məsuliyyətli Cəmiyyətin çənlərinə boşaldılmamasını təmin etmiş və nəticədə Zərərçəkmiş şəxs tərəfindən sifarişçi Mənzil İnşaatı Dövlət Agentliyinə 79.194 kub metr beton təhvil verilərək 49.056 manat məbləğində olan 408.8 ton sementin satışından əldə olunan pulu cinayətkar dəstənin digər üzvləri ilə birlikdə mənimsəmişdir. Təqsirləndirilən şəxs5, 15 noyabr 2018-ci il tarixdən 2019-cu ilin fevral ayının əvvəllərinə kimi “X10 Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 01 aprel 2018-ci il tarixli, FGSG/RDM-1/15 nömrəli müqaviləyə əsasən mühafizəçi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxsndə işlədiyi müddətdə həmin dövrlərdə Məhdud Məsuliyyətli Cəmiyyətin operatoru işləyən Təqsirləndirilən şəxs2 ilə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 avqust 2018-ci il tarixdən 08 fevral 2019cu il tarixədək olan müddət ərzində müvafiq rəsmi müqavilələr əsasında sement istehsal edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Zərərçəkmiş şəxsnə gətirilmiş və digər beton komponentləri ilə birgə qarışığından 80.362 kub metr hazır beton alınmalı olan 27181.37 kq sementin tam həcmdə Məhdud Məsuliyyətli Cəmiyyətin çənlərinə boşaldılmamasını təmin etmiş və nəticədə Zərərçəkmiş şəxs tərəfindən sifarişçi Mənzil İnşaatı Dövlət Agentliyinə 79.194 kub metr beton təhvil verilərək 49.056 manat məbləğində olan 408.8 ton sementin satışından əldə olunan pulu cinayətkar dəstənin digər üzvləri ilə birlikdə mənimsəmişdir. Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs ilə bağladığı 10 yanvar 2018-ci il tarixli, 003 nömrəli əmək müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxsndə təchizatçı (anbardar) vəzifəsini icra etmiş, onunla bağlanmış 10 yanvar 2018-ci il tarixli “X12” müqaviləsi ilə etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamış, yəni işlədiyi müddətdə Məhdud Məsuliyyətli Cəmiyyətin operatoru işləyən Təqsirləndirilən şəxs2 və digər istintaqa məlum şəxslər ilə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 avqust 2018-ci il tarixdən 08 fevral 2019-cu il tarixədək olan müddət ərzində müvafiq rəsmi müqavilələr əsasında sement istehsal edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Zərərçəkmiş şəxsnə gətirilmiş və digər beton komponentləri ilə birgə qarışığından 80.362 kub metr hazır beton alınmalı olan 27181.37 kq sementin tam həcmdə Məhdud Məsuliyyətli Cəmiyyətin çənlərinə boşaldılmamasını təmin etmiş və nəticədə Zərərçəkmiş şəxs tərəfindən sifarişçi Mənzil İnşaatı Dövlət Agentliyinə 79.194 kub metr beton təhvil verilərək 49.056 manat məbləğində olan 408.8 ton sementin satışından əldə olunan pulu cinayətkar dəstənin digər üzvləri ilə birlikdə mənimsəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 01 mart 2018-ci il tarixdən 08 fevral 2019-cu il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxsndə operator vəzifəsində işləmişdir. Onun işlədiyi zavod müxtəlif şirkətlərdən sementi alıb beton istehsal edir və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa etdiyi yaşayış kompleksin tikintisini betonla təmin edir. Onun işi isə sement istehsal edən beton sistemində kompüter qarşısında əyləşib kompüterlə dəzgahı idarə etməkdir. Belə ki, o, kompüter qarşısında oturaraq betonun tərkibini düzəldir və beton hazırlayır. Kompüter vasitəsi ilə sistemi işə salır, beton hazırlanır və beton maşınlarına betonları yükləyib MİDA-nın inşa etdiyi binalara göndərilir. Kompüter vasitəsi ilə qeyd olunan işi həyata keçirən zaman betonun hazırlanmasında istifadə olunan sement, çınqıl, qumun miqdarını müəyyən edir, həmçinin zavoda sement gələndə sementi qəbul etmişdir. Zərərçəkmiş şəxsnə gün ərzində sement zavodlarından təxminən 8-10 maşın sement gəlmiş, həmin sement onun tərəfindən, eyni zamanda mühafizəçi tərəfindən qəbul olunmuşdur. Həmin cəmiyyətdən aylıq 700 manat əmək haqqı almışdır. Anası şəkər xəstəliyindən əziyyət çəkir, şəkər xəstəliyinin fəsadı kimi anasının qara ciyərində ləkələr vardır. Özü kirayədə yaşayır, evdə ondan başqa da işləyən yoxdur, evlidir, iki azyaşlı övladı var. Anasının xəstəliyi ilə əlaqədar dərmanlara pul lazım olmuş və onun əmək haqqı xərclərini ödəmdiyi üçün işlədiyi zavoddan sement mənimsəyib sataraq qazanc əldə etməyi barədə qərar gəlmişdir. Lakin uzun müddət bu işi birlikdə görməyə etibarlı adam axtarmışdır. Beton zavodun qapanı (tərəzi) xarab olduğundan zavoda gələn sement maşınını isə sementi boşaldıb-boşaldılmamasını maşının çəninə əllə vurmaqla çıxan səsə əsasən müəyyən edirmişlər. Əslində həmin formada çəni yoxlamaq düzgün olmadığını, çünki çənin dəmir materialına əsasən çıxan səsə adamı çox vaxt yanıltdığını, ən dəqiqi tərəzi olduğunu və qalan yoxlama üsulları isə formal olmuşdur. Həmçinin sement maşınını çəninin yuxarı qapaq çəninin surqucunun (plompu) açılması qəti qadağan olunmuşdur. Bu səbəbdən də bu işin təhlükəsiz olduğunu və baş tuta biləcəyini bilmişdir. Çünki çox vaxt zavoda gələn malı (qum, sement, çınqıl, su, dərman və.s) o, qəbul etmiş, etməsə də nəzarət etmişdir. Buna görə də çox rahatlıqla bu işi görə biləcəyini düşünmüşdür. Lakin qorxduğundan və bu işlərdə ona köməklik etməyə inanılmış adam tapmaqdan uzun müddət çətinlik çəkmişdir. Bu işdə ona ən yaxşı köməkliyi sement gətirən maşınların şoferləri edə biləcəyini anlamış, amma onlardan birinə etibar etməkdən qorxmuşdur. Bu məqsədlə uzun müddət zavoda sement gətirən sürücüləri müşahidə etmiş, onlarla yaxın münasibət qurub onların hansına etibar edə biləcəyini müəyyən etməyə çalışmışdır. Uzun müddətdən sonra "xxxx" sement zavodundan beton zavoda sement gətirən sürücülərdən MAN” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomaşınının sürücüsü Təqsirləndirilən şəxs1 ən etibarlı sürücü olduğuna qərar vermişdir. Kamranın davranışını, hərəkətlərini və burada olan rəhbər işçilərlə münasibətlərinə nəzər yetirmişdir. Demək olar ki, 2019-cu ilin yanvar ayından daim sürücü Kamranı izləmişdir. Sonda zavoda sement gətirən yük maşınlarından yalnız sürücü Kamranla bu işi görə biləcəyinə qərar vermiş, 2019-cu ilin yanvar ayının sonlarında Kamran zavoda sement gətirəndə onunla uzun müddət bu barədə söhbət etmiş və onu bu işi birlikdə etməyə razı salmışdır. Kamrana qorxmamağı və bu işin heç bir qorxusu olmayacağını inandıra bilmişdir. Kamran da ona fikirləşmək üçün vaxt verməsini, həm də sementə alıcının tapması üçün adam axtaracağını bildirmişdir. Bu ilin fevral ayının əvvəllərində Kamran zavoda sement gətirəndə ona təklifi ilə razılaşdığını bildirmiş və əldə olunan qazancı yarı-yarıya bölməyi təklif etmişdir. O da Kamranın bu təklifi ilə razılaşmış və Kamrandan sementi kimə satmasını da soruşmamış, o da heç bir söz deməmişdir. Hadisə günü, yəni 08 fevral 2019-cu il tarixdə səhər tezdən iş yerinə gəlmiş və bütün gün də işdə olmuşdur. Təqsirləndirilən şəxs3 səhhəti ilə əlaqədar 06 fevral 2019-cu il tarixdə zavodun direktoru Nüsrət müəllimdən iki günlük icazə almış, Təqsirləndirilən şəxs3 07 fevral 2019-cu il tarixdə də bütün günü işə gəlməmişdir. Hadisə günü də Ayaz səhhəti ilə bağlı işə gəlməmiş, gözətçi isə Vüsal olmuşdur. Cinayət əməlini həyata keçirmək üçün ən ideal fürsət olduğunu anlamışdır. 08 fevral 2019-cu il tarixdə, saat 21 radələrində sürücü Təqsirləndirilən şəxs1 “MAN” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük maşını ilə beton zavoda sement gətirmişdir. Həmin vaxt zavodda o, gözətçi Vüsal, zavodun direktoru Nüsrət olmuşdur. Səhv etmirsə çilingər Rasim də zavodda olmuşdur. Kamran zavoda gələndə onu qarşılamış, ona işarə edərək hər şeyin qaydasında olduğunu və narahat olmamağı bildirmişdir. Kamran da maşının çəninin xortumunu zavodun çəninin xortumuna birləşdirərək zavodun çəninə sement vurmağa başlamış və həmin vaxt ətrafı toz bürümüşdür. Nüsrət müəllim də bir neçə dəqiqədən sonra da zavoddan çıxıb getmişdir. Ondan sonra daha da arxayınlaşmışdır. Kamarana zəngləşmələrini işarə edərək, gözətçi Vüsala maşını yoxladığını və qaiməyə qol çəkib sürücünü yola salmasını bildirmişdir. Sonrada Vüsal və çilingər şübhələnməsin deyə zavoddan çıxmış və sonra da evinə getmişdir. Həmin gün onlara qonaq gəlmiş və onlarla birlikdə yemək yeyib spirtli içki qəbul etmişdir. Təxminən saat 22-23 radələrində sürücü Təqsirləndirilən şəxs1 zəng edərək vəziyyətin necə olduğunu soruşmuş və həmin vaxt içkili olduğundan Kamaranın ona nə cavab verdiyini xatırlamamışdır. 08 fevral 2019-cu il tarixdə, saat 23 radələrində Nüsrət müəllim ona zəng vuraraq beton verməli olduğunu deyərək təcili zavoda gəlməyini bildirmişdir. O da ona bu vaxt nə beton olmasını soruşmuş, o isə ona təcili gəlməsini demişdir. Bundan sonra o, yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindəki evindən çıxaraq taksi ilə birbaşa zavoda getmişdir. Təxminən 40 dəqiqədən sonra zavoda çatanda sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi “MAN” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük maşınının zavodun həyətində olduğunu görmüş, həmçinin müdiriyyətin də zavodda olduğunu görmüşdür. Orada ona Kamranla etdiyi cinayətin üstünün açıldığı məlum olmuşdur. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığın bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, sosial şəbəkə vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iş elanı görmüş və işlə bağlı X7 Cəmiyyətə müraciət etmişdir. 2018-ci ilin təxminən aprel ayında həmin şirkətə yük maşını sürücüsü kimi işə qəbul olunmuşdur. Onunla həmin şirkət arasında əmək müqaviləsi bağlanılmışdır. Ona yük daşımaq üçün “MAN” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomaşını təhkim olunmuşdur. X4 Cəmiyyətin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında daşıma müqaviləsi olmuşdur. Demək olar ki, Respublikanın hər yerinə sement aparıb təhvil vermişdir. Sement onun maşınına yükləndikdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən çıxanda onlara dörd nüsxə qaimə faktura verilirmiş. Həmin qaimə fakturalardan birini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin qapanından çıxandan sonra gözətçiyə, ikinci qaiməni isə yükü təhvil verdikləri Məhdud Məsuliyyətli Cəmiyyətinə verirmişlər. Digərini təhvil vermə ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, digərini isə X4 Cəmiyyətinə təhvil vermişdir. Zərərçəkmiş şəxsnə dəfələrlə sement aparıb təhvil vermişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşir. X7 Cəmiyyəti beton istehsalı ilə məşğul olur. Onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tikilən sosial layihəli evlərin tikilməsinə beton verirmişlər. Təxminən 6-7 aydır ki həmin zavoda qaimə ilə sement daşımışdır. İdarə etdiyi sement maşınına 32 tondan artıq yük vurulması qadağandır. Bu 2019-cu ilin təxminən yanvar ayının sonlarında Məhdud Məsuliyyətli Cəmiyyətin beton zavodunda operator işləyən Ayaz ona zavoda gətirdiyi sementin bir hissəsini zavoda təhvil verək qalanını aparıb sataraq əldə olunmuş pulu bölmələrini təklif etmişdir. Ayaza qorxduğunu dedikdə, ona narahat olmamağı, tərəzinin işləmədiyini, maşını əl ilə yoxlandığını, heçnədən narahat olmamağı və hamısını yoluna qoyacağını bildirmişdir. Bundan sonra ona fikirləşəcəyini demişdir. Bir müddət ona cavab verməmiş və həm fikirləşmiş, həm də sementi satmağa adam axtarmışdır. Bu minvalla təsadüfən sürücülərin həmişə maşın saxlayaraq yemək yeyib, çay içdikləri “Gaçaq Nəbi” kafesində Əsgər adlı tanışıyla rastlaşmışdır. Əsgər də hansısa şirkətin sement maşınını sürmüş, onun maşını “Man” markalı, ağ rəngli və maşınının nömrəsi səhv etmirsə 90—003 olmuşdur. Əsgər “Holcim” şirkətindən sement daşımışdır. Onun "xxxx" sement zavodu ilə heç bir əlaqəsi olmamışdır. Kafedə Əsgərə, işlədiyi yerdən ona əməkhaqqı əvəzinə sement verəcəklərini, ona lazım olmadığından ucuz, tonunu 40-45 manata satacağını, kimsə almaq istəsə ona xəbər etməsini bildirmiş, həmin vaxt Əsgər özünə də sement lazım olduğunu və başqa kimsəyə də lazım olsa xəbər edəcəyini ona demişdir. Əsgərə satacağı sementin cinayət yolu ilə əldə olunması barədə isə heç bir söz deməmişdir. Bundan sonra bu barədə operator Ayaza bildirmiş, amma sementi kimə satacağını ona deməmişdir. 08 fevral 2019-cu il tarixdə, saat 22 radələrində idarə etdiyi yük avtomaşını ilə "xxxx" sement zavodundan yüklədiyi 31 ton sementi "xxxx" istehsalat Məhdud Məsuliyyətli Cəmiyyətinə gətirmişdir. Həmin vaxt operator Ayaz da orada olmuşdur. İdarə etdiyi maşını zavodun sement çəninə yaxınlaşdırmış, sonra maşının sement boşaldan xortumunu çənə bağlamışdır. Maşının kompressoru ilə çənə təxminən 01 tona yaxın sement vurmuşdur. Həmin vaxt Ayaz ona yaxınlaşıb işarə edərək narahat olmamağı, işini görməyi və zəngləşmələrini işarə etmişdir. Həmçinin Ayaz gözətçiyə “narahat olma yoxlamışam” demiş, amma gözətçi Vüsal isə həmin vaxt maşının çəninə əli ilə bir neçə dəfə vurmuşdur. Sonra da Ayaz ona getdiyini əli ilə işarə edib zavoddan çıxmışdır. Bundan sonra o, qaiməni gətirmiş və qaiməni gözətçi Vüsala imzalatdırmış sonra da idarə etdiyi maşını sürərək zavodun həyətindən çıxmışdır. Zavoddan çıxandan sonra Əsgərə zəng edərək zavoddan çıxdığını demiş, Əsgər də ona Qaradağ rayonunun ərazisində olan “Qaçaq Nəbi” restoranının yanında gözləyəcəyini bildirmişdir. Yolda tıxaca düşmüş, buna görə də Əsgərlə zəngləşib biraz gecikəcəyini bildirmiş və yola düşdükdən sonra təxminən “Bibiheybət” məscidinin yaxınlığında qara rəngli “cip” markalı maşın onun yolunu kəsdiyinə görə məcbur olub maşını saxlamışdır. Həmin vaxt orta boylu cavan bir oğlan onun idarə etdiyi maşının sərnişin tərəf olan hissəsinə qalxaraq zavodun müdiri olduğunu bildirərək telefonlarını və qaimələrini əlindən alıb maşın yüklü olduğuna görə geri qayıtmalı olduqlarını demişdir. Həmin şəxs onun idarə etdiyi maşına əyləşmiş və onlar birlikdə “Binə” ticarət mərkəzinin yaxınlığında olan qapana getmişlər və orada yük maşını qapana çıxardılaraq çəkilmişdir. Həmin vaxt maşında 30 ton yarımdan artıq sementin olduğunu müəyyən edilmişdir. Sonra isə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki zavoda qayıtmışlar. Yolda operator Ayaz öz nömrəsi ilə ona zəng edib vəziyyətin nə yerdə olduğunu soruşmuş, ona “salamatçılıqdı” deyə cavab vermişdir. Həmin vaxt yanında olan şəxs danışığı kəsməyi işarə etdiyinə görə o, danışığı yarımçıq kəsmişdir. Zavodun rəhbərlikləri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da zavoda gəlmişdir. Orada operator Ayaza izahat da yazdırılmışdır. Sonra zavoda polislər gəlmiş, onu, Təqsirləndirilən şəxs2ı və Təqsirləndirilən şəxs3ı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığın bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxsndə iki ilə yaxındır anbardar vəzifəsində işləmiş, aylıq 1.000 manat əmək haqqı almışdır. İşlədiyi zavod müxtəlif şirkətlərdən sementi alıb beton istehsal edib lazım olan yerlərə satmışdır. Onun işi isə beton istehsal edib obyektlərə verməkdən ibarət olmuşdur. Zavodda operator işləyən Təqsirləndirilən şəxs2 tanıyır və onunla normal münasibəti olmuşdur. Təxminən 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxsnə gətirilmiş sementlərdə ciddi çəki əksikliyinin olmasını aşkar edərək bu barədə operator Təqsirləndirilən şəxs2 bildirmiş, Təqsirləndirilən şəxs2 də ona həqiqətən də Məhdud Məsuliyyətli Cəmiyyətinə hər dəfə gətirilmiş 30 ton sementin 20 tonunun zavodun çənlərinə boşaldılması, qalan 10 ton sementin isə aparılıb satılması və əldə olunan pulun sement gətirən maşınların sürücüləri ilə bölünnməsi barədə razılığa gəldiyini etiraf etmiş və bu barədə rəhbərliyə məlumat verməyəcəyi təqdirdə ona da pul verəcəyini demişdir. Ayazın bu təklifi ilə razılaşaraq, Təqsirləndirilən şəxs2lə əlbir olub qabaqcadan əldə olunmuş razılığa əsasən sementin mənimsənilməsinə göz yumaraq bu barədə rəhbərliyə məlumat verməmişdir. Bunun müqabilində Ayaz ona ayrı-ayrı vaxtlarda hər birində 50 manat olmaqla ümumiliklə 150 manat pul vermişdir. O isə eyni zamanda Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlmiş iri yük avtomaşınlarında olan sementin yarısının çənlərə boşaldılmasını bilərək, yalandan guya həmin maşınlardakı sementin hamısının çənlərə boşaldılmasını təsdiq edən qaimələrə imza etmişdir. 08 fevral 2019-cu il tarixdə, saat 20 radələrində yaşadığı evdə olan zaman iş yoldaşı Emin zəng edib müdriyyətin onu işə çağırdığını bildirmişdir. Həmin vaxt zavoda gələndə sürücü Kamranın idarə etdiyi yük avtomobilinin zavodun həyətində olduğunu görmüşdür. Orada məlum olmuşdur ki, Kamran zavoddan sementi aparan zaman yolda Elşad müəllim onu saxladıb geri qaytarmışdır. İlkin olaraq onlarla əlbir olduğunu deməmiş, lakin sonra onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar, polis şöbəsində o, törətdiyi cinayət əməlini səmi olaraq etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 2018-ci ilin avqust ayının əvvəllərindən “X11 Grup” Məhdud Məsuliyyətli Cəmiyyətində rəsmi əmək müqaviləsi əsasında mühafizəçi işinə qəbul olunmuşdur. İşlədiyi müddətdə aylıq 140 manat əmək haqqı almışdır. Məhdud Məsuliyyətli Cəmiyyətində işə düzəldikdən sonra yaşadığı evin yaxınlığında beton zavodunda, yəni Zərərçəkmiş şəxsndə də gözətçi kimi işləməyə başlamışdır. Həmin zavod Hövsan qəsəbəsində yerləşmiş, işlədiyi X7 Cəmiyyətin ərazidə mühafizə köşkü olmuş, həmin posta Təqsirləndirilən şəxs5la sutkalıq olmaqla tək-tək növbəyə çıxmışlar. İş saatı saat 9:00-dan növbəti gün saat 9:00-dək olmuşdur. Mühafizəçi kimi işi həmin beton zavodun mühafizəsini təmin etmək, zavod ərazisində olan obyektlərin, dəzgahların qorunmasından ibarət olmuşdur. Zavodun həyətinə giriş bir neçə yerdən olsa da yalnız bir yerdə gözətçi otağı olmuşdur. Zavod beton istehsal edərək yaxınlıqda tikilən binalara satmış zavoda gündüz saatlarında həm qum, çınqıl, həm də sement gətirilmişdir. Gündüz vaxtı zavodun ərazisinə gətirilmiş qum, çınqıl və sementin təhvil alınmasını zavodun operatoru Ayaz həyata keçirmiş, gecələr isə zavodda kim olsa, o cümlədən zavodun icraçı direktoru Nusrət müəllimin şifahi tapşırığı ilə gözətçilər də zavoda gələn malı təhvil alıb qaimə fakturalara imza etmişlər. Əslində isə onların buna heç bir səlahiyyətləri olmamışdır. Zavoda gələn maşınları tərəzi işləmədiyindən yük maşınının çəninə əllə vurmaqla gələn səsə əsasən yükün boşaldılıb-boşaldılmadığını yoxlamışlar. Lakin yük maşınının üstünə çıxıb çənin içərisinə baxmamışlar. Çünki çənin yuxarı qapağı surğuclu (plomplu) olmuşdur. Həmin plombu açmağa icazə verilməmişdir. Açılsa belə tozdan çənin içərisini görmək mümkün olmamışdır. Onlara zavoda gələn sement maşınlarını bu qaydada yoxlamaqlarını zavodun icraçı direktor Nüsrət tapşırmışdır. 04 noyabr 2018-ci il tarixdə, saat 22 radələrində işdə olduğu zaman Kamran adlı sürücü idarə etdiyi “Man” markalı, ** JP *** dövlət nömrə nişanlı yük maşınla zavoda gəlmiş, həmin vaxt işlədiyi zavodda operator işləyən Təqsirləndirilən şəxs2 ona demişdir ki, Kamran gətirdiyi sementin yarısını zavodun çəninə boşaldacaq, yarısını isə maşınında saxlayıb geri aparacaqdır. Ayaz, Kamran sementi geri aparan zaman maşını yoxlamıyacağı, maşını sementlə birlikdə buraxacağı, bunun müqabilində əldə etiyi puldan ona da verəcəyi barədə onunla əvvəlcədən razılaşmışdır. Buna görə də o, Kamranın maşında olan sementin bir qismini zavodun çəninə boşaltmasına, qalan hissəsini isə maşının içərisində zavoddan çıxartmasına, bununla da Ayazla Kamranın onlara etibar edilmiş sementi mənimsəmələrinə şərait yaratmış, Kamranın qaiməsinə qol çəkib maşını buraxmışdır. Bunun müqabilində Ayaz ona 10 manat pul vermişdir. 15 dekabr 2018-ci il tarixdə, saat 23 radələrində Kamran yenə də idarə etdiyi maşınla zavoda sement gətirmiş, Ayazla əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, yükün yarısının zavodun çəninə boşaldılacağını, yarısını isə maşında geri aparılacağını bilmiş və təqdim edilmiş qaiməyə qol çəkib maşını içərisində olan sementlə buraxmışdır. Buna görə Ayaz ona 20 manat pul vermişdir. 07 feral 2019-ci il tarixdə işdə olduğu zaman Ayaz işdən çıxıb evə gedərkən ona, gecə zavoda sement gətiriləcəyini demişdir. Həmin gecə, yəni 08 fevral 2019-cu il zarixdə, saat 01 radələrində Kamran yenə də idarə etdiyi yük maşını ilə zavoda sement gətirmişdir. Kamran sementi çənə yükləyən zaman zavodun direktoru Nüsrət müəllim zavodda olmuş, sonuncu ona, sement boşaldılandan sonra maşını yoxlamağı tapşırmışdır. Kamran sementin yarısını boşaldandan sonra, maşını kənara çəkmiş, lakin o maşınını yoxlamadan qaiməyə qol çəkib Kamranı buraxmışdır. Sonra isə “whatsapp” sosial şəbəkə vasitəsilə Ayaza yazıb Kamranı yola saldığını bildirmişdir. Ayaz isə cavabında sabah gəlib pulunu verəcəyini demişdir. Təxminən 2-3 saatdan sonra zavodun müdürioyyəti Elşad və Nüsrət Kamranm maşınını saxladıb zavoda gətrmişlər. Sonradan isə Elşad müəllim hadisə barədə polisə məlumat vermiş və polis əməkdaşları gəlib onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Sonda Təqsirləndirilən şəxs4 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığın bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxsndə mühafizəçi işləmiş, iş qrafiki bir gündən bir səhər saat 09:00-dan növbəti gün saat 09:00-dək olmuşdur. İşlədiyi zavodun fəaliyyəti müxtəlif şirkətlərdən sement alıb beton istehsal etməkdən və sonradan həmin betonu lazım olan yerlərə satmaqdan ibarət olmuşdur. 18 noyabr 2018-ci il tarixdə, saat 15 radələrində zavodda operator işləyən Təqsirləndirilən şəxs2 onu öz otağına çağırıb, gecələr zavoda sement gətirən maşınlarda geri mal çıxartdığını bildirmiş, ondan həmin avtomaşının qaiməsinə imza etməsini xahiş etmiş və bunun müqabilində ona pul verəcəyini demişdir. İlkin olaraq Ayazın təklifi ilə razılaşmamışdır. 28 noyabr 2018-ci il tarixdə, saat 22 radələrində işdə olduğu zaman zavoda sement gətirmiş yük avtomobilinin sürücüsü sementi zavodun çəninə boşaldıb çıxan zaman o, maşını saxlatdırıb maşının yük hissəsini yoxlayarkən, sürücünün sementin hamısını çənə boşaltmadığını, sementin yarısını maşınında saxladığını aşkar etmişdir. Sürücüyə maşının yük yerində sement qaldığını bildirdikdə o, yalandan maşının havasını buraxıb yük olmadığını bildirmişdir. Növbəti günü, yəni 29 noyabr 2018-ci il tarixdə, saat 11 radələrində işdə olduğu zaman Ayaz yenə də onu öz otağına çağırıb, dünən gecə maşında sement olduğunu, lakin həmin vaxt sürücünün maşının havasını yalandan buraxdığını demişdir. Həmin vaxt Ayaz ona 20 manat pul verib ondan, növbədə olduğu zaman sementin mənimsənilməsinə maneə yaratmamasını, habelə bu barədə heç kimə heçnə deməməyini xahiş etmiş və bunun müqabilində pul verəcəyini demişdir. Bu dəfə Ayazın təklifi ilə razılaşmışdır. 15 yanvar 2019-cu il tarixdə, saat 22 radələrində əvvəllər tanıdığı Kamran adlı sürücü idarə etdiyi “Man” markalı, ** JP *** dövlət nömrə nişanlı yük maşını ilə zavoda sement gətirmiş, həmin vaxt Kamran gətirdiyi sementi zavodun çəninə boşaltdıqdan sonra maşını zavodda çilingər işləyən Mehman və Rasim yoxlamışdır. Maşın çıxan zaman Mehman və Rasimdən maşında sementin olub-olmadığını soruşmuş, sonuncular ona maşını nboş olduğunu demişlər. Bundan sonra o, Kamranın təqdim etdiyi qaiməni imzalayıb maşını buraxmışdır. Onun növbəti iş vaxtında Ayaz onu öz otağına çağırıb 15 yanvar 2019-cu il tarixdə Kamran adlı sürücünün idarə etdiyi maşınla zavoda sement gətirdikdən sonra sementin yarısını maşınında geri apardığını deyib ona 10 manat pul vermişdir. Onun sonrakı növbələrində də zavoda sement gətirilmiş, lakin həmin vaxt maşınları zavodda çilingər işləyən Mehman və Rasim yoxlamış, sonuncular maşını yoxlayandan sonra maşının boş olduğunu deyirdilər və bundan sonra o, qaiməyə qol çəkib maşını buraxırdı. Ayaz isə sonradan ona daha pul vermirdi. 09 fevral 2019-cu il tarixdə, saat 09 radələrində işə gələn zaman ona məlum olmuşdur ki, Kamran idarə etdiyi avtomaşınla sementi aparıb satmaq istəyərkən müdüriyyət tərəfindən saxlanılmış və sonuncu hadisə barədə polisə şikayət etmişdir. Buna görə də onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Sonda Təqsirləndirilən şəxs5 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığın bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3cü maddələri ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs direktoru və nümayəndəsi Nümayəndə göstərdi ki, 2018-ci ilin yanvar ayından Zərərçəkmiş şəxsndə maliyyə direktoru vəzifəsinə işə qəbul olunmuşdur. 2018-ci ilin sentyabr ayından isə Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri üç nəfərdən ibarətdir. Məhdud Məsuliyyətli Cəmiyyətin tabeliyində beton istehsalı zavodu var, həmin zavod Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesində yerləşir. Zavod Hövsan qəsəbəsində yerləşən Sosial layihəli evlərin tikintisi zamanı həmin tikintini betonla təmin edir. Həmin çoxmərtəbəli mənzilləri Dövlət sifarişi ilə Mənzil İnşaat Dövlət Agentliyi tikir. Zavod xammalı müxtəlif şirkətlərdən alaraq zavodda beton istehsal edərək qeyd olunan agentliyə təhvil verir. Belə ki, Məhdud Məsuliyyətli Cəmiyyət sementi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, çınqılı müxtəlif şirkətlərdən, qumu isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alır. Hər biri müvafiq qaimə-faktura əsasında təşkil edilir. Pul köçürmələri isə hesabdan hesaba köçürülür. Onun direktor kimi vəzifəsi Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətini təmin etməkdən ibarət olmuşdur. Məhdud Məsuliyyətli Cəmiyyətə direktor təyin ediləndən sonra zavoda ümumi nəzarəti üzərinə götürərək şəxsən təşkil etmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru təyin edildikdən bir müddət sonra cəmiyyətin balansında olan Hövsan qəsəbəsində yerləşən beton zavodunda tərəzinin işləmədiyini müəyyən etmiş, bu səbəbdən də zavoda gətirilən malların oğurlanması ehtimalının olduğunu düşünüb bu məsələni nəzarətə götürmüşdür. Lakin bu barədə kiməsə deməkdən çəkinmişdir. Çünki kimsə onun nələrdənsə şübhələnməyini hiss etmələrini istəməmişdir. Buna görə həmin sement, qum və çınqıl gətirən maşınları özü şəxsən nəzarətə götürmüş və maşınları güdməyə başlamışdır. Rəhbərlik etdiyi cəmiyyətə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daşınan sementi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Həmin şirkətlə “Norm“Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanmışdır. Həmin şirkətin maşınları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən sementi yükləyir və müvafiq qaimə faktura ilə onlara təhvil verdikdən sonra həmin qaimə fakturaları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aparıb təhvil verir. 08 fevral 2019-cu il tarixdə, saat 21 radələrində zavoddan aralıda duraraq zavoda girib-çıxan sement, qum və çinqıl maşınlarını güdməyə başlamışdır. Təxminən saat 21-22 radələrində ** JP *** dövlət nömrə nişanlı sement maşını zavoda daxil olmuşdur. Adətən sement maşınları axşam saatlarında zavoda sement gətirmişdir. Təxminən yarım saatdan sonra həmin maşın zavoddan çıxmış və üzü Qaradağ rayonu istiqamətinə getmişdir. Bundan sonra o, idarə etdiyi “GAC” markalı, ** AG *** dövlət nömrə nişanlı avtomaşınla həmin maşını təqib etməyə başlamışdır. Uzun müddət maşında yük olub-olmasını müəyyən etməkdə tərəddüd etmiş, amma sürücünün maşını asta sürdüyündən maşının yüklü olması qənaətinə gələrək həmin maşını “Bibiheybət” məscidinin yanında saxlatmış və özünü ona təqdim edərək həmin maşının salonuna minmişdir. Həmin maşının sürücüsünün adı Kamran olmuş, maşına minəndən sonra sürücüdə olan qaiməyə baxmış və həmin qaimədən sürücünün 31 ton sementi rəhbərlik etdiyi zavoda boşaltdığını görmüşdür. Həmin qaimədə zavod tərəfindən imzanı isə zavodun mühafizəçisi Vüsal atmışdır. Yük maşınının sürücüsü ona yükü zavoda boşaltdığını demişdir. Həmin maşını Qaradağ rayonunda yerləşən meyvə bazarında olan maşın yükü çəkən qapana qaldırtmış və həmin vaxt maşında 30 tondan artıq sementin olmasını müəyyən etmişdir. Yəni sürücü sementin cüzi bir hissəsini zavodun anbarına boşaltmışdır. Yolda sürücü Kamranın özü də maşınında sement olduğunu etiraf etmişdir. Yolda olduqları zaman Kamrana zavodun operatoru Təqsirləndirilən şəxs2 zəng edib hər hansı bir problemin olub-olmamadığını soruşmuş, sonuncu da ona hər şey qaydasında olduğunu, narahatçılığa səbəb olmadığın demişdir. Sonradan sürücüyə danışığı yarımçıq kəsməsinə işarə etmişdir. Bundan sonra Kamran sementi yolun kənarındakı tanımadığı maşınlara satdığını bildirmiş, buna görə də Kamrandan onunla əlbir olan şəxslərin adlarını soruşmuşdur. Kamran zavoddan sementi mənimsəməyi Təqsirləndirilən şəxs2 ona təklif etdiyini, o da sonuncunun təklifi ilə razılaşdığını bildirmişdir. Kamrandan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin də bu işlərlə əlaqəsinin olub-olmamasını soruşmuş, Kamran isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının bundan xəbərlərinin olmadığını demişdir. Maşında olan yükü çəkdirdikdən sonra maşını birbaşa zavoda sürdürmüş və bu barədə rəhbərliyə və əməkdaşlara məlumat vermişdir. Beton zavodda aparılan yoxlamalar zamanı Ayaz və Kamranın cinayətləri nəticəsində şirkətə 3.000-3.500 manata yaxın ziyan vurulmuşdur. Sonda Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tərəfindən vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə onlara qarşı heç bir şikayət və tələbin olmadığını bildirdi, sonuncuların barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi, Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş maddi ziyanın isə ödənilmədiyini, onun barəsində cəzanın təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə göstərdi ki, hazırda Zərərçəkmiş şəxsnə məxsus beton zavodunun direktorudur. Rəhbərlik etdiyi zavod MİDA-nin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tikdiyi sosial layihəli binaların tikintisinə beton verir. Həmin ərazidə Məhdud Məsuliyyətli Cəmiyyət müvəqqəti olaraq zavod da tikmişdir. Həmin zavodla tikilən bina arasında təxminən 100-200 metr məsafə var. Vəzifə təlimatına əsasən zavodun işinin təşkili, layihə rəhbərinin verdiyi göstərişləri vaxtı-vaxtında yerinə yetirmək, zavoda gəlib gedən mallara nəzarət etmək və s. ibarətdir. Cəmiyyətin direktoru Nümayəndə, səhv etmirsə təsisçiləri isə Novruz, Rasim və Nazimdir. Məhdud Məsuliyyətli Cəmiyyətin Hövsan qəsəbəsi ərazisində olan zavodunda təxminən yeddisəkkiz nəfər işçisi çalışır. Bundan əlavə həmin zavodun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə də zavodun mühafizəsi ilə bağlı müqaviləsi də var. Həmin şirkətin zavodun ərazisində mühafizə köşkü də mövcuddur. Həmin şirkətdən hər gün zavoda mühafizə üçün bir mühafizəçi göndərilir. 06 fevral 2019-cu il tarixdə anbardar Təqsirləndirilən şəxs3 ondan səhhətində olan problemlə əlaqədar olaraq 07 fevral 2019-cu il tarixə icazə istəyərək həkimə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 icazəli olduğundan 07 fevral 2019-cu il tarixdə ümumiyyətlə işə gəlməmiş, həmin gün ondan başqa hamı işdə olmuşdur. 08 fevral 2019-cu il tarixdə də səhər saatlarında Təqsirləndirilən şəxs3 yenə işə gəlməmiş, həmin gün təxminən günorta radələrində əmək haqqı almaq üçün işə gəlmiş, əmək haqqı alaraq ondan aldığı 50 manat borcu qaytarmış və bundan sonra zavoddan çıxıb getmişdir. Təxminən saat 21 radələrində o, zavoddan çıxıb evinə getmişdir. Zavodu tərk edəndə operator Təqsirləndirilən şəxs2, çilingər Şahid3 və mühafizəçi Vüsal orada olmuşdur. Həmin gün zavoda üç-dörd sement maşını sement gətirmişdir. Zavodda olanda Kamran adlı sürücünün idarə etdiyi ** JP *** dövlət nömrə nişanlı sement maşının dayandığını görmüşdür. Həmin vaxt sürücü Kamran maşının çəninin xortumunu zavodun çəninin xortumuna bağladığını da görmüşdür. X9 də orada gördüyündən ona arxayın olub Kamranın yanına yaxınlaşmamış və aralıdan onlarla hal-əhval tutmuşdur. Həmin gün evdə olduğu vaxt təxminən saat 23 radələrində Elşad ona zəng edərək, zavoddan sement oğurlandığını, belə ki zavoda sement gətirən maşının sementi zavodun çəninə boşaltmadan zavoddan çıxdığını bildirərək ondan təcili zavoda gəlməsini xahiş etmişdir. Bundan sonra o, dərhal zavodun sürücüsü Eminə zəng etmiş, ona zavoda gedib məsələni aydınlaşdırmağı tapşırmış, həmçinin mühafizəçi Vüsala zəng edib nə baş verdiyini soruşmuş, sonuncu isə hər şeyin qaydasında olduğunu demişdir. Bundan sonra da çilingər Rasimə zəng edib sement maşınlarını yoxlayıb-yoxlamadığını soruşmuş, Rasim isə işlə bağlı işləri olduğundan, Təqsirləndirilən şəxs2 sürücünün yanında olduğundan sement maşınlarını yoxlamadığını demişdir. Bundan sonra iş yerinə getmiş, zavoda çatanda orada mühafizəçi Vüsal, çilingər Rasim və sürücü Emin olmuşdur. Həmin vaxt saat 23-24 radələri olmuşdur. Təxminən bir neçə dəqiqədən sonra Kamran idarə etdiyi maşınla zavoda gəlmiş, maşından sürücü Kamran və məhdud məsuliyyətli cəmiyyətin direktoru Elşad düşmüşdür. Kamrandan bunu etməsinin səbəbini soruşduqda, o səhv etdiyini bildirmişdir. Bundan sonra zavodun əksər işçilərinə o cümlədən operator Ayaza zəng edib beton verməli olduqlarını bildirib işə çağırmışdır. Operator Təqsirləndirilən şəxs2 zavoda gələndən sonra Kamranla cinayət əlaqəsinə girdiklərini etiraf etmiş və həmin vaxt Təqsirləndirilən şəxs2 içkili olduğunu hiss etmişdir. Sonra isə hadisə barədə polisə məlumat vermişlər. Şahid2 həmçinin zavodun qapanının (tərəzinin), ağır çəkili maşının üzərinə çıxması nəticəsində sındığını, zavodda qapan işləmədiyindən zavoda gələn sementi həmin vaxt zavodda olan əməkdaşlardan biri təhvil aldığını, gələn maşınlardan sementin boşalıb-boşalmamasını orada olan işçilərin maşının çəninə əli ilə vurmaqla çıxan səsə əsasən təyin etdiklərini, maşının boşalmasının yoxlanılması ilə bağlı heç bir sənəd tərtib olunmadığını və həmişə qaiməyə görə sürücünün gətirdiyi yükü tam olaraq zavoda təhvil verdiyini, zavoda gələn malların qaimə fakturasını və MİDA-ya verdikləri betonun qaimə fakturasını məhdud məsuliyyətli cəmiyyətin mühasibatlığına göndərdiklərini, onlar da hər ay hesabat apararaq bu barədə onlara da məlumat verdiklərini, hadisəyədək rəhbəri olduğu zavoda hər hansı bir mal kəsirin olmadığını, kəsir olduğu təqdirdə dərhal bu barədə ona və rəhbərliyə məruzə olunduğunu, heç vaxt belə bir şeyin olmadığını, planı da tam yerinə yetirdiklərini, MİDA-ya zavodun verdiyi betonda heç bir kəsirin olmadığını və bu hadisəyə qədər sementdə kəsir olmadığını bildirdi. Şahid2 habelə göstərdi ki, hərdən bir qəflətən zavoda sement gətirən maşınların yuxarı çəninin surğucunu (plompu) açaraq içinə baxmış, lakin heç vaxt oğurluq və ya mənimsəmə faktı aşkar etməmiş və hadisəyədək də zavoddan sement oğurluğundan və ya mənimsənilməsindən şübhələnməmiş, hadisə zamanı 30680 kq sement mənimsənilmiş, həmin sementin də maddi dəyəri təxminən 3.000-4.000 min manat arasında olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 məhkəmədə göstərdi ki, 2018-ci ilin dekabr ayından təsisçisi Afiq Ağayev olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyir. Qeyd etdiyi cəmiyyət yük daşıma ilə məşğul olur. Ən çox da "xxxx" zavodunda istehsal olunan sementi müxtəlif tikinti şirkətinə çatdırma xidməti göstərir. Məhdud Məsuliyyətli Cəmiyyət ona hər yükün daşıma reyisə görə 15 manat, uzaq məsafələrin hər reysinə isə 30 manat verir. O, həmin cəmiyyətin “MAN” markalı, **-JR-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini idarə edir. Həmin maşın qoşqu çənli olmaqla kompressorlu, “GPS” li yük maşınıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında daşıma müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyd etdiyi sementi qaimə ilə götürərək müəyyən olunan yerlərə apararaq təhvil verib sonra da qaiməni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarır. Həmin daşıma cəmiyyət tərəfindən verilmiş yol vərəqəsi əsasında həyata keçirilir. Bundan əlavə onlara iki nüsxə olan talon da verilir. Həmin talon yükü təhvil almaqları və ünvana çatdırmaqlarıyla bağlıdır. Həmin talonu onlar yükü təhvil verəndə məsul şəxsə imzaladır və ayın sonunda talonu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərirlər. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, onunla normal münasibəti olmuşdur. Onunla heç bir qohumluğu, ədavəti və düşmənçiliyi olmamış, sonuncu da onun kimi yük maşını sürücüsüdür. Kamranla tez-tez Qaradağ rayonun ərazisində yolun kənarında yerləşən, sürücülərin istirahət edib yemək yediyi “Qaçaq Nəbi” kafesində rastlaşırmış, həmin vaxtdan da münasibəti yaranmışdır. Təxminən 2019-cu ilin fevral ayının əvvəllərində Kamran həmin kafedə olduğu vaxt ona ucuz sement olduğunu, onu satmaq istədiyini bildirib ondan alıcı olacağı təqdirdə xəbər etməsini xahiş etmişdir. Kamrana, evinin yarımçıq olduğunu, evin işləri üçün özünə də 50100 kisə sement lazım olduğunu demişdir. Kamran isə satmaq istədiyi sementin kisələrdə deyil, açıq olduğunu bildirdikdə, sonuncuya açıq sement istəmədiyini demişdir. Kamran sementi çox ucuz qiymətə, tonunu 40-50 manata təklif etdiyindən sonuncuya həmin sementi ala biləcəyini və ona xəbər etməsini demişdir. Təxminən 08 fevral 2019-cu il tarixdə, saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edib bir az sementi olduğunu və onu gətirdiyini demişdir. Kamrana, sementi danışdıqları qiymətə verəcəyi təqdirdə alacağını, kafenin yanına gələcəyini bildirmişdir. Bir müddətdən sonra bir neçə dəfə zəng edib çatıb çatmadığını soruşmaq istəsə də Kamran zənglərinə cavab verməmişdir. Kamranın sementi kiməsə daha baha qiymətə satdığını, buna görə də onun zənglərinə cavab vermədiyini düşünmüş və Kamrana bir daha zəng etməmişdir. Bir neçə gündən sonra sürücü yoldaşlardan eşitmişdir ki, Kamran sement oğurlayan vaxt tutulmuşdur. Məhz bundan sonra Kamranın ona satmaq istədiyi sementin cinayət yolu ilə əldə olunduğunu və buna görə də ucuz qiymətə satdığını başa düşmüşdür. Ona qədər Kamranın ona satmaq istədiyi sementin cinayət yolu ilə əldə olunduğunu bilməmiş, Kamranın həmin sementi haradan, necə əldə etməsindən xəbəri olmamışdır. Şahid1 həmçinin Kamranın ona heç vaxt sement satmadığını, kiməsə cinayət yolu ilə əldə olunmuş sement satıb-satmamasından xəbərinin olmadığını, hadisə günü Kamranın ona sement gətirəcəyini, lakin gətirib çıxarda bilmədiyini, sement almaqla bağlı Kamranla başqa heç bir razılığının və ya sövdələşməsinin olmadığını bildirdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 07 yanvar 2019-cu il tarixdən Zərərçəkmiş şəxsnə fəhlə işinə düzəlmişdir. Fəhlə kimi zavoda işə düzəlsə də faktiki mexanik kimi işləmişdir. Həmin zavod Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşməklə beton istehsal edir. Həmin zavodun yaxınlığında isə yeni sosial layihəli tikinti aparılır. Ondan başqa həmin cəmiyyətdə Mehman adında mexanik də olmuşdur. Hazırda ikisi də növbəli formada həmin zavodda işləyirlər. Mexanik kimi işi zavodda olan dəzgahla bağlı yaranan problemləri müəyyən etmək və təmirini həyata keçirməkdən ibarətdir. Zavodun həyətində bir ədəd beton istehsal edən dəzgah var. Hər iki mexanik zavodda işləyən iş icraçısı Nüsrət müəllimə tabedir. Dəzgahda yaranan hər hansı bir problem olanda ona məruzə edilir və onun tapşırığı əsasında problemi həll edirlər. Zavodda olan beton dəzgahinin iki sement çəni var. Bundan əlavə Nüsrət müəllimin şifahi tapşırığı ilə də zavoda gələn sement maşınlarını yoxlayıb buraxırlar. Zavoda sement lazım olanda zavoda sifarişi Nüsrət və ya anbardar Ayaz verir və onlara da bunu operator Ayaz bildirirdilər. Zavodun yük tərəzisi işləmirmiş və həmin tərəzinin nə vaxt xarab olmasından xəbəri yoxdur. Onlar zavoda sement gətirən yük maşınlarının çənlərinə əllə bərkdən vuraraq çıxdığı səsə görə çənin boş olub-olmamasını müəyyən edirmişlər. Çənin üstünə çıxıb çənin qapağından içərisinə baxmırmışlar. Onlar da olmayanda srücülərin özləri gətirdikləri sementi boşaldıb çıxıb gedirmişlər. Gün ərzində zavoda təxminən 7- 8 maşın sement gətirilirmiş. Həmin sement maşınlarının bir qismi gecə bir qismi isə gündüz zavoda gəlirmiş. Gecə isə sürücüləri zavodun gözətçiləri Emin, o olmasa Vüsal qəbul edib yola salırmış. Hadisə günü, yəni 08 fevral 2019-cu il tarixində saat 09 radələrində işə gələrək işə başlamışdır. Həmin gün dəzgahda olan xırda problemləri həll etməklə məşğul olmuşdur. Daha dəqiq zavodun hava kompressorunun motoru yanmış və dəzgahın beton qarışdıran hissəsində mal qalmışdır. Lakin bütün cəhdlərinə baxmayaraq kompressoru düzəldə bilməmişdir. O, orada işlədiyi vaxtlarda da zavoda bir neçə maşın sürücüsü tərəfindən sement gətirilərək zavodun çənlərinə vururmuş. Sürücülərdən biri də Kamran olmuşdur. Sürücü Kamran orada olanda həmin vaxt saat 21-22 olmuşdur. O, Kamranın idarə etdiyi ** JP *** dövlə qeydiyyat nişanlı maşının çənindən zavodun çəninə sement vurduğunu görmüşdür. Həmin vaxt Kamran tək olmuşdur. O, yuyunmaq üçün hamama gedəndə operator Ayazla rastlaşmış və sonuncu ilə sağollaşıb getmişdir. Sonra o, hamama girmiş, çıxandan sonra zavodun yeməkxanasına keçmiş və həmin vaxt Kamranın maşınını zavodun həyətində görməmişdir. Həmin gün Kamrandan sonra da zavoda başqa bir maşın da sement gətirmişdir. Həmin gün təxminən saat 23-01 radələrində ona Nüsrət zəng edərək ondan zavoda sement gətirən Kamranın maşınını yoxlayıb-yoxlamamasını soruşmuş, o, da Nüsrət müəllimə təmir işi ilə məşğul olduğundan həmin maşını yoxlamadığını demişdir. Nüsrət ona heç yerə getməməsini, Kamranın maşınında sement tutduqlarını, zavoda gələn maşınları yoxlayıb buraxmasını və özünü də zavoda gəldiyini demişdir. Bundan sonra o, bayıra çıxaraq gözətçi Vüsala yaxınlaşmış, həmin vaxt Vüsal ona bildirmişdir ki Nüsrət ona zəng edib bildirir ki, Kamran sement oğurlayıb, onu yolda tutub zavoda gətirirlər. İkisi də birlikdə onların gəlmələrini gözləmişlər. Bir müddətdən sonra Nüsrət müəllim zavoda tək gəlmiş, bir az keçmiş Kamran idarə etdiyi yük maşını ilə zavodun direktoru Elşadla birlikdə zavoda gəlmişdir. Bir müddətdən sonra hər iki Ayaz da zavoda gəlmişdir. Bir müddət keçmiş polis əməkdaşları zavoda gəlib hər iki Ayazı və sürücü Kamranı izahatlarının alınması üçün polis bölməsinə aparmışlar. Zavoddan da Elşad və Nüsrət müəllim polis bölməsinə getmişlər. Gözətçi Vüsal isə işinin üstündə qalmışdır. Bundan sonra gedib otaqda yatmışdır. Səhəri gün də növbəsini təhvil verib evinə getmişdir. Sonradan da eşitmişdir ki, Kamranı, hər iki Ayazı və gözətçilər Vüsal və Emini polis tutmuşdur. İşdə olan 10 iyun 2016-cı il tarixli, 127/16 saylı yük daşıması müqaviləsindən görünür ki, sifarişçi qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə daşıyıcı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında daşıyıcının sifarişçi tərəfindən ona həvalə edilmiş yükü təyinat məntəqəsinə çatdırması və sifarişçi tərəfindən müəyyən edilən yükalana təhvil verməsi, sifarişçinin isə daşıyıcının haqqını müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 01 mart 2018-ci il tarixli, xx-xx/2018 nömrəli müqavilədən görünür ki, xidmət göstərən qismində Təqsirləndirilən şəxs1 ilə sifarişçi qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmət göstərənin alıcıya sürücü xidməti göstərməsi, sifarişçinin isə yazılı və ya şifahi sifarişlərə əsasən xidmətləri alması barədə müqavilə izalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sürücü daşıdığı malı tam boşaldana qədər məsuliyyət daşıyır. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli müqavilə əsasında qalaq formasında sement alqı-satqısı aparılmış, qeyd olunan müqavilə və qaimələrə əsasən qalaq sementinin bir tonu 98 manata, ƏDV ilə birlikdə isə 115 manat 60 qəpik müəyyən edilmişdir. İş materialalrında olan 01/28 fevral 2019-cu il tarixli yük nəqliyyatı üçün yol vərəqindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “MAN” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə Təqsirləndirilən şəxs1 icazə vermişdir. İş materiallarında olan sənədlərdən görünür ki, 08 fevral 2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücüsü iş üzrə Təqsirləndirilən şəxs1 idarə etdiyi ** JP *** dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, Səngərqaya-1 yolu, 7-ci km ünvanda yerləşən zavodundan imza etməklə Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən beton zavoduna 80263458 nömrəli əmtəə-nəqliyyat qaiməsi ilə 30940 kq sement gətirilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 18 fevral 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs ərazisində olan “MAN” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiirlmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs direktoru Nümayəndə bildirmişdir ki, qeyd edilən yük avtomobilində sifariş əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış, təxminən 30 ton çəkidə sement var. Həmin sementi 08 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxsndə işləyən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə oğurladıqları zaman tutmuş və müəyyən etmişdir ki, sement zavoda daxil olsa da boşaldılmadan çıxmışdır. Həmin maşında olan sementin çəkisini müəyyən etmək üçün maşın tərəzidə çəkilmiş və maşının çəkisinin 42300 kiloqram olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən Arif İbrahimov bildirmişdir ki, avtomobilin öz çəkisi 11620 kiloqramdır. Beləliklə də baxış zamanı avtomobildə 30680 kiloqram çəkidə sement olduğu aşkar edilmişdir. Baxışda iştirak edən Nümayəndə bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış sementin 1000 kiloqramının qiyməti müqaviləyə əsasən 115 manat 64 qəpikdir. “MAN” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobil Arif İbrahimova təhvil verilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 27 fevral 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri, yəni Zərərçəkmiş şəxsnə məxsus beton zavodunun yerləşdiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Azərbaycan Respublikasının Mənzil X5 tikinti apardığı X6 ərazisidir. Həmin beton zavod tikinti ərazisinin sonunda yerləşməklə Agentliyin tikinti apardığı yerlə 200 metr məsafədə yerləşir. Zavoda məxsus beton məhlulu hazırlayan dəzgah zavoda məxsus ərazinin tam ortasında yerləşir. Həmin dəzgahın iki ədəd sement istehsal çəni vardır. Hər iki çənə sement vurulması üçün xortum vardır. Həmin çənə bitişik beton məhlulu hazırlayan dəzgah və ona bitişik operator otağı yerləşir. Həmin dəzgaha həm də qum və çınqılın ötürülməsi üçün elevator da vardır. Dəzgahın altında isə hazır məhlulu qəbul edilməsi üçün nov yerləşir. Dəzgahdan təxminən 60-70 metr məsafədə isə çınqıl və qum topası vardır. Zavodun qapanı (tərəzi) işlək vəziyyətdə deyildir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müvafiq olaraq 07 avqust 2018-ci il və 15 noyabr 2018-ci il tarixdən “X10 Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə mühafizəçi kimi işə qəbul olunmuşlar. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücüsü iş üzrə Təqsirləndirilən şəxs1 idarə etdiyi “MAN” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə bağlanmış X2 (GPS) görünür ki, hadisə günü, yəni 08 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi həmin yük maşını ilə saat 20:56-da Zərərçəkmiş şəxsnə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki Beton zavoda sement gətirmiş və 51 dəqiqə həmin zavodda dayanmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2019-cu il tarixli, 14584 nömrəli rəyindən görünür ki, 30680 kq sementin ƏDV daxil 2019-cu ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3.547 manat 80 qəpik müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 20 iyun 2019-cu il tarixli, 14536 nömrəli rəyindən görünür ki, 08 fevral 2019-cu il tarixli, 80263458 nömrəli əmtəə-nəqliyyat qaiməsində “zavoddan təhvil alan daşıyıcı” qrafasındakı imza Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 03 iyun 2021-cu il tarixli, 14536 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 25 yanvar 2018-ci il tarixli, qeydiyyat nömrəsi AT/036 saylı icazəyə əsasən fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 21 may 2021-ci il tarixli auditor rəyində göstərilənlər istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi halda Zərərçəkmiş şəxsndə 01 avqust 2018-ci il – 09 fevral 20219-cu il tarixlərdə alınmış 27181.37 ton sementdən və 2362 kub metr hazır beton məhsulundan 80362 min kub metr beton alınmalı olduğu halda, sifarişçilərə cəmi 79194 kub metr beton təhvil verilməsindən əmələ gəlmiş çatışmazlığın məbləği 49.056 manat məbləğində müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 21 may 2021-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 iştirakı ilə Zərərçəkmiş şəxsndən 01 avqust 2018-ci il – 09 fevral 2019-cu il tarixlərdə alınmış 27181.37 ton sementdən və 2.362 kub metr hazır beton məhsulundan 80362 min kub metr beton alınmalı olduğu halda, sifarişçilərə cəmi 79194kub metr beton təhvil verilmişdir. Bununla da Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 iştirakı ilə Zərərçəkmiş şəxsnə 49.056 manat məbləğində ziyan vurulmuşdur. Rəy, 4400 saylı “Maliyyə məlumatlarına dair razılaşdırılmış prosedurların yerinə yetirilməsi üzrə tapşırıq” X8 Xidmətlər Standartı”na müvafiq olaraq tərtib edilmişdir. İş materiallarında olan 01 aprel 2018-ci il tarixli, FGSG/RDM-1/15 nömrəli müqavilədən görünür ki, “X10 Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zərərçəkmiş şəxs arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, dairəvi yol beton zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs beton zavodunun mühafizəsinin təmin edilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli əmək müqaviləsindən, eyni tarixli X12 haqqında müqavilədən, o cümlədən əmək müqaviləsinin bağlanması ilə bağlı və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Təqsirləndirilən şəxs3 10 yanvar 2018-ci il tarixdən Zərərçəkmiş şəxsnə təchizatçı vəzifəsinə işə qəbul olunmuş, 07 aprel 2018-ci il tarixdən isə həmin cəmiyyətdə anbardar vəzifəsinə keçirilmişdir. Təqsirləndirilən şəxs3 ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasına, görüləcək işi layiqincə yetirməsinə görə X12 daşımağı barədə öhdəliyi öz üzərinə götürmüş, habelə vəzifəsi həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs3 vəzifələri ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaqdan, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaqdan, ziyankarlığa qarşı mübariz olmaqdan, idarənin, müəssisənin və təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməkdən, lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaqdan, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçot aparmaqdan, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməkdən və ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməkdən ibarət olmuşdur. İşdə olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış 01 mart 2018-ci il tarixli əmək müqaviləsindən, eyni tarixli X12 haqqında müqavilədən, o cümlədən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs2 01 mart 2018-ci il tarixdən Zərərçəkmiş şəxsnə operator vəzifəsinə işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs2 ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasına, görüləcək işi layiqincə yetirməsinə görə X12 daşımağı barədə öhdəliyi öz üzərinə götürmüş, habelə vəzifəsi həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 vəzifələri ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaqdan, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaqdan, ziyankarlığa qarşı mübariz olmaqdan, idarənin, müəssisənin və təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməkdən, lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaqdan, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçot aparmaqdan, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməkdən və ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməkdən ibarət olmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə ona qarşı heç bir şikayət və tələbin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3-cü maddələrinin sanksiyası ilə nəzərdə tutulmasa da, Təqsirləndirilən şəxs2 dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunu hesab etmişdir ki, əlavə cəzalar cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı mənimsəməklə talamış Təqsirləndirilən şəxs2 dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi, cəzanın tənbeh təsirinin gücləndirilməsi və cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsini təmin etmək baxımından zəruridir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 fevral 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 09 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2019-cu il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə ona qarşı heç bir şikayət və tələbin olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3-cü maddələrinin sanksiyası ilə nəzərdə tutulmasa da, Təqsirləndirilən şəxs1 dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunu hesab etmişdir ki, əlavə cəzalar cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı mənimsəməklə talamış Təqsirləndirilən şəxs1 dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi, cəzanın tənbeh təsirinin gücləndirilməsi və cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsini təmin etmək baxımından zəruridir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 fevral 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 09 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2019-cu il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs4 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə ona qarşı heç bir şikayət və tələbin olmamasını və himayəsində üçü azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla beş uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs4 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 fevral 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs4 09 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2019-cu il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs5 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs5 müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə ona qarşı heç bir şikayət və tələbin olmamasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs5 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs5 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 fevral 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs5 09 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2019-cu il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs5 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs5 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağının və onkoloji xəstəlikdən əziyyət çəkən anasının olmasını məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs3 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası ilə nəzərdə tutulmasa da, Təqsirləndirilən şəxs3 dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunu hesab etmişdir ki, əlavə cəzalar cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı mənimsəməklə talamış Təqsirləndirilən şəxs3 dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi, cəzanın tənbeh təsirinin gücləndirilməsi və cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsini təmin etmək baxımından zəruridir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 fevral 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 09 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2019-cu il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq, məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 262 (iki yüz altmış iki) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 30680 kiloqram sementin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cinayət işinə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə vurduğu maddi ziyan hal-hazıradək ödənilməmiş, habelə cinayət mühakimə icraatı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə mülki iddia verilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Təqsirləndirilən şəxs3 rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi4 və Müdafiəçi5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs5 isə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə məhkəmə iclaslarında hüquqlarının müdafiəsi üçün Təqsirləndirilən şəxs3 Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 ilə öz vəsaiti hesabına müqavilə bağladığını nəzərə alaraq hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs4 təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs4 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs4 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs5 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs5 təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs5 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs5 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs5 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 09 fevral 2019-cu il tarixdən 11 fevral 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs3 təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs3 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq, məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 262 (iki yüz altmış iki) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 30680 kiloqram sementin ibtidai araşdırma zamanı sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması nəzərə alınsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Təqsirləndirilən şəxs3 rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə izah edilsin. Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs5 isə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-12/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-12/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver