Məhkəmə qərarları › İş №1(010)-12/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-12/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-12/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3, 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3, 68.1.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış və beləliklə də, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Füzuli rayonu Qacar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu Binə qəsəbəsi, nömrəsiz ünvanda yaşamış, 06 may 2022-ci il tarixdə barəsində əvvəli 04 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1103/2024 saylı, 01 aprel 2024-cü il il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3, 68.1.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış və buna görə də, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 20 aprel 2022-ci il tarixdə saat 02 radələrində X7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yarımtikiliyə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq sonuncuya məxsus bir ədəd “Atec” markalı, “AT8524B” model, 1010 W-luq, 125 mm, 11000 r/min xüsusiyyətli, istifadədə olmuş və normal vəziyyətdə olan 60 manat dəyərində laqonda, bir ədəd “Stern” markalı, 850 W-luq, 125 mm, 3500-11000/min xüsusiyyətli, istifadədə olmuş və üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və s.) olan 40 manat dəyərində laqonda, bir ədəd “Zubr” markalı, “DU-13/880ER” model, 880 vt-luq, istifadədə olmuş və üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və s.) olan 25 manat dəyərində direl, 120 manat dəyərində bir ədəd perforator, 100 manat dəyərində bir ədəd lobzik, 580 manat dəyərində bir ədəd uqlorez aparatı, hər biri 60 manat olmaqla cəmi 600 manat dəyərində olan 10 top elektrik naqili, 100 manat dəyərində müxtəlif plastik boru birləşdirici əşyalar (amerikanka, troynik, dirsək, sadə dirsək, iç-çöl rezba dirsək, mufta), cəmi 80 manat dəyərində 3 korobka rozetka və qapayıcıları və 20 manat dəyərində bir ədəd lazer aparatını gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs X7 ümumilikdə 1725 (min yeddi yüz iyirmi beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 21 aprel 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Donuzçuluq sovxozunda yerləşən yarımtikiliyə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq sonuncuya məxsus 140 manat dəyərində olan 90 metr uzunluğunda elektrik naqillərinin yerindən sökülüb oğurlandığını, eləcə də, 110 manat dəyərində bir ədəd elektrik paylayıcı, 100 manat dəyərində bir ədəd laqonda, 100 manat dəyərində bir ədəd drel, hər biri 100 manat olmaqla, cəmi 300 manat dəyərində olan 3 ədəd aluminium və 10 manat dəyərində kombi sisteminə aid avadanlığını gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs4 ümumilikdə 760 (yeddi yüz altmış) manat məbləğdə ziyan vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 24 aprel 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq sonuncuya məxsus 900 manat dəyərində üzərində bir ədəd üzərində “Stels” yazıları olan, qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş, uzun müddət istifadədə olduğu üçün üzərində rəng qopuqları, cızıqlar, zədələr və s. olan velosipedi gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 30 aprel 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində olan iki ədəd direl, 200 manat dəyərində bir ədəd laqonda, hər biri 60 manat olmaqla cəmi 240 manat dəyərində olan 4 top 4 mm-lik elektrik naqili, 20 manat dəyərində bir ədəd mişar və cəmi 140 manat dəyərində olan müxtəlif santexnik avadanlıqlarını gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 700 (doqquz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləməmiş, bu səbəbdən də dolanışığını təmin etmək üçün bir neçə dəfə oğurluq etmişdir. Belə ki, 2022-ci ilin ikinci yarısında Suraxanı rayonu ərazisində bir neçə həyətlər müxtəlif əşyaları oğurlamışdır. Konkret olaraq 20 aprel 2022-ci ildə saat 02 radələrində Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən bir həyətə hasardan aşıb keçərək həyətdə olan yarımtikilinin pəncərəsinin barmaqlığını özü ilə gətirdiyi mismarçıxaranla söküb içəri daxil olmuş və oradan 1 ədəd laqonda, 2 ədəd drel, 1 ədəd perforator, 1 ədəd lobzik, 1 ədəd uqlorez, 10 top elektrik naqilləri, plastik (amerikanka, traynik, dirsək, sadə dirsək, iç-çöl rezbadirsək, mufta) 1 ədəd lazer və 3 ədəd karobka rozetka və qapayıcıları götürüb oradan çıxaraq yaxınlıqda olan başqa bir yaşayış olmayan həyətə yığmışdır. Səhərisi gün isə əl arabası ilə daşıyıb metalyığanlara 150 manata satmışdır. Bundan bir gün sonra isə, yəni 21 aprel 2022-ci il tarixdə saat 23 radələrində Suraxanı rayonu, Donuzçuluq sovxozunda bir həyətə girmiş, yəni həmin həyətin darvazı olmadığını görüb daxil olmuşdur. Həyətdə yerləşən yarımtikilinin plastik pəncərəsini açaraq daxil olmuş, oradan da 1 top elektrik naqilini, 1 ədəd elektrik paylayıcısı, 1 ədəd laqonda, 1 ədəd drel və 3 ədəd aliminium kombi sisteninə aid avadanhqlarları oğurlayaraq götürmüş və sonrakı gün Binə qəsəbəsində metal qəbulu məntəqəsinə 60 manata satmışdır. Bundan sonra 24 aprel 2022-ci il tarixdə saat 13 radələrində Suraxanı rayonu, Hövsan südçülük sovxozunda gəzərkən həyət qapısı açıq olduğundan həyətdə bir velosiped olduğunu görmüşdür. Həmin velosipedi də oğurlamaq qərarına gəlmiş və həmin gün axşam saatlarında həmin yerə gələrək hasardan həyətə keçib həyət qapsını arxadan açmış, həmin velosipedi götürüb oradan çıxmışdır. Həmin velosipedi aparıb yaşadığı evin yaxınlığında olan boş ərazisinin daş hasarının yanında gizlətmişdir. Təhqiqat zamanı isə həmin velosipedin olduğu yeri göstərmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra isə 30 aprel 2022-ci ildə saat 23 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi Hövsan südçülük sovxozun ərazisində gəzərkən bir həyətdəki evin işığının yanmadığını görmüş və evdə heç kimin olmadığına əmin olmuşdur. Ona görə də, hasardan aşıb həmin həyətə girmiş, həyətdəki əl damının taxsa qapısnı açıb içəri daxil olmuşdur. Oradan 1 ədəd laqonda, 2 ədəd drel, 4 top naqil və bir neçə santexnika materiallarını götürərək orada olan bazar çantasına yığıb hasardan aşaraq çıxmışdır. Oradan götürdüyü laqondanı, elektrik naqillərinin bir hissəsini və santexnika avadanlıqlarını Binə qəsəbəsində tanımadığı şəxsə 50 manata satmışdır. Elektrik naqillərinin bir hissəsini, 2 ədəd dreli isə yaşadığı evin yaxınlığında olan boş ərazisinin daş hasarının yanında gizlətmişdir. Təhqiqat zamanı həmin yeri göstərib 2 ədəd dreli və naqillərin bir hissəsini polis əməkdaşlarına təqdim etmişdir. Etiraf etdiyi oğurluqlardan başqa heç bir oğurluq etməmişdir. Həmin oğurluqları tək törətmiş, başqa heç kimin bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş itthamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “2022-ci il aprel ayının 29-da 3 saylı Polis Bölməsi məni şübhəli şəxs kimi saxlayıb, danışdırıb, sonra məni 30-cu Polis Bölməsi gəlib aparıblar. Həmin gündən mayın 4-ü axşam 18.00-a kimi 30-cu PB-də olmuşam. Həmin günlər ərzində mənə nələr ediblər, insanlığa sığmayan şeylər ediblər. İşgəncə verilib, o həddə çatdım ki, ürəyim dayandı, məni ayılda bilmədilər və təcili tibbi yardıma zəng etdilər, onlar məni ayıltdı. Onlara baş ağrısı, nə yazdırıblarsa, məlumatım yoxdur. Ancaq bildiyimiz kimi baş ağrısına görə təcili tibbi yardım gəlmir. 30-cu PB-də mənə oğurluqla türmədə olmusan, sənə yaraşar dedilər. Orada rəis müavini idi, kim idi bilmirəm, mənə dedi ya narkotiklə, ya oğurluqla, açılmıyan işlərdi, götür get. Mən də, 6 gündən sonra gördüm ki, ölürəm, razılaşdım bunlarla ki, bircə bunların əlindən çıxım, sözümü müstəntiqə, prokurorluğa, sanksiya verən hakimə deyim. Elə də elədim, müstəntiqə də, prokurorluğa da sözümü dedim baxılmadı, gəldim sanksiya da, Elnur müəllimə də sözümü dedim dedi get, yaxşı olar, sənə iş kəsilmir, sənə sanksiya verilir, bəlkə gələcək də, bəraət aldın. Məhkumluğum olub, cəzamı çəkib, islah olmuşam. Bugünki gündə heç bir əsas olmadan, müstəntiqə də demişəm, heç bir sənədə qol çəkməmişəm, qanuni araşdırılmasını tələb etmişəm.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən toplanmış və həmin orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması ilə əlaqədar irəli sürülmüş ittihamın əsası olan və istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İttiham aktında qeyd edildiyi kimi ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz ünvanda tam tikib başa çatdıra bilmədiyi yarımtikili həyəti və evi vardır. O, tez-tez gedib həmin evinə baş çəkir. 19 aprel 2022-ci il tarixdə gedib həmin yarımtikili evinə baş çəkmiş və orada hər şey qaydasında olmuşdur. Bir gün sonra, yəni 20 aprel 2022-ci il tarixdə təkrar gedib həmin yarımtikili evinə baxış keçirdikdə evin plastik pəncərəsinin açıq halda olmasını görmüşdür. O, dərhal evə daxil olmuş və bu zaman evindən 200 manat dəyərində və 150 manat dəyərində iki ədəd laqonda, 100 manat dəyərində bir ədəd drel, 120 manat dəyərində bir ədəd preferator, 100 manat dəyərində bir ədəd lobzik, 580 manat dəyərində bir ədəd uqlarez aparatı, hər biri 60 manat dəyərində olan 10 top elektrik naqili, 100 manat dəyərində müxtəlif plastik boru birləşdirici əşyalar (amerikanka, dirsək, sadə dirsək, traynik, iç-çöl rezba dirsək, mufta), cəmi 80 manat dəyərində 3 karobka razetka və vkluçatel və 20 manat dəyərində bir ədəd lazer aparatı oğurlandığını aşkar etmişdir. O, polisə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və o, hadisə barədə ərizə və izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, fərdi şəkildə evlərdə ustalıq edərək ailəsini dolandırır. Hər gün səhər təxminən saat 10 radələrində yaşadığı evdən çıxıb işə gedir və təxminən 21 radələrində evə qayıdır. 23 aprel 2022-ci il tarixdə o, təxminən saat 21 radələrində yaşadığı evə gəldi və təxminən saat 23 radələrində yatdı. Səhərisi gün, yəni 24 aprel 2022-ci il tarixdə təxminən saat 10 radələrində yuxudan oyandıqdan sonra işə getmək istəyən zaman yaşadığı evin həyətində saxladığı özünə məxsus olan 900 manat dəyərində bir ədəd “DNMİER” markalı velosipedin yerində olmadığını və oğurlandığını aşkar etdi. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Birazdan polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirdilər və o, hadisə barədə ərizə yazdı. Bildirir ki, hadisə nəticəsində ona ümumilikdə 900 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, fərdi şəkildə evlərdə ustalıq edərək ailəsini dolandırır. 26 aprel 2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb rayona getmişdir. 4 gün sonra, yəni 30 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı evə qayıdan zaman evin həyətində olan yarımtikilinin içində saxladığı hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində olan iki ədəd direl, 200 manat dəyərində bir ədəd laqonda, hər biri 60 manat olmaqla, cəmi 240 manat dəyərində olan 4 top 4 mm-lik elektrik naqili, 20 manat dəyərində bir ədəd mişar və cəmi 140 manat dəyərində olan müxtəlif santexnik avadanlıqlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra o, polisə gedərək hadisə barədə məlumat vermişdir. Sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər hadisə barədə ərizə yazmışdır. Bildirir ki, hadisə nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayından etibarən Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsində özünə həyət evi tikdirməyə başlamışdır. Arada bir vaxt tapdıqca gedib həmin evə baxış keçirmişdir. 21 aprel 2022-ci il tarixdə həmin evə baxmağa gedərkən evin plastik pəncərəsinin-açıq halda olduğunu görmüşdür. Bu zaman tez evə daxil olmuş və divarın içi ilə çəkilmiş təxminən 140 manat dəyərində olan 90 metr uzunluğunda elektrik naqillərinin yerindən sökülüb oğurlandığını, eləcə də, 110 manat dəyərində bir ədəd elektrik paylayıcı, 100 manat dəyərində bir ədəd laqonda, 100 manat dəyərində bir ədəd drel, hər biri 100 manat olmaqla cəmi 300 manat dəyərində olan 3 ədəd alüminium və 50 manat dəyərində kombi sisteminə aid avadanlığın oğurlanmasını aşkar etmişdir. Buna görə də, dərhal DİNnin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bildirir ki, hadisə nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən metal qəbulu məntəqəsini işlədir. Tarixini dəqiq xatırlamadığı zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun işlətdiyi metal qəbulu məntəqəsinə gələrək ondan metal qəbul edib-etmədiyini soruşmuşdur. O da qəbul etdiyini bildirmişdir. Bundan sonra həmin şəxs əl arabası ilə gətirdiyi müxtəlif metal əşyaları ona göstərərək onları satmaq istədiyini bildirmişdir. O, həmin əşyaların kimə məxsus olması barədə soruşanda Xanlar özünə məxsus olduğu və ehtiyac səbəbindən satdığını bildirmişdir. Bundan sonra ona inanıb, həmin əşyaları çəkmiş və hesablayıb 21 manat etdiyini bildirmiş, Xanlar da razılaşmış və 21 manat pulu sayıb ona verərək həmin əşyaları götürmüşdür. Səhərisi isə həmin əşyaları metal əritmə məntəqəsinə satmışdır. Sonradan ona məlum olmuşdur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona satdığı əşyaları oğurluq yolu ilə əldə etmişdir. İbtidai istintaq zamanı tərtib edilmiş və məhkəməyə təqdim edilmiş materiallar: Cinayət işinin materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, tutulma haqqında protokoluna tərtib edilməsi üçün başlanma vaxtı 04 may 2022-ci il tarix, saat 19:10 göstərilsə belə, lakin tutulma vaxtı, yəni hansı vaxtdan Təqsirləndirilən şəxs tutulmuş hesab olunmalıdır – qeyd edilməmişdir. Həmin protokola əsasən protokolun tərtib edilməsi vaxtı saat 19:10 göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 07 iyul 2022-ci il tarixli 9/4474 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 231,60 manat müəyyən edilir. Təqdim edilmiş malların istifadəyə yararh olub-olmaması ekspert əmtəəşünasın səlahiyyətinə aid deyil. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: Üzərində “Stels” yazıları olan, qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped. Təqdim edilmiş velosiped uzun müddət istifadədə olub, üzərində rəng qopuqları, cızıqlar, zədələr və s. var - 50 manat; “Atec” markalı, “AT8524B” model, 1010 W-luq, 125 mm, 11000 r/min xüsusiyyətli laqonda. Təqdim edilmiş laqonda istifadədə olub normal vəziyyətdədir - 60 manat; “Stern” markalı, 850 W-luq, 125 mm, 3500-11000/min xüsusiyyətli laqonda. Təqdim edilmiş laqonda istifadədə olub üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və s.) - 40 manat; “Zubr” markalı, “DU-13/880ER” model, 880 vt-luq drel təqdim edilmişdir. Təqdim edilmiş drel istifadədə olub üzırində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və s.) - 25 manat; Kombi sisteminə məxsus ehtiyyat hissəsi - 10 manat; Təyinatı üzrə 3,585 kq istifadəyə yararsız vəziyyətdə olan mis naqillər (metal qırıntı kimi) 1 kiloqramı 13 manat olmaqla, cəmi 46,60 manat. Cəmi: 231,60 manatdır. Cinayət işinin materiallarına əlavə edilmiş 06 may 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsin sağ əlində qara rəngli idman çantası ilə kameranın önündən yeriyərək keçib getməsi və digər kamerada onun yol ilə gedən zaman qara rəngli avtomobili görüb yolunu dəyişərək ara yola daxil olması və həmin avtomobildən düşüb onun arxasınca qaçan polis əməkdaşını görüb qaçaraq orada yerləşən həyət evlərindən birinin hasarından həyətə tullanması və sonra həmin həyətdəki birmərtəbəli həyət evinin damının kənarına çıxıb digər həyətə tullanaraq qaçıb oradan uzaqlaşması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3, 68.1.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə istintaqı zamanı qəbul edilmiş qərarlar: Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış materiallar: Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 30 iyul 2023-cü il tarixdən hesablanması, seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniya müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Suraxanı Rayon Prokurorluğunun 15 iyun 2022-ci il tarixli qərarına əsasən 229- C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi və qərarın surəti maraqlı tərəflərə göndərilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Suraxanı Rayon Prokurorluğunun 229-C-22 nömrəli material üzrə araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 29 aprel 2022-ci il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Polis şöbəsində olarkən onu etmədiyi oğurluq cinayətində təqsirləndirmişlər. O polislərə oğurluq əməli etmədiyini bildirdikdə 6 gün müddətinə şöbədə qanunsuz saxlayıb, işgəncələr vermişlər. O daha sonra verilən işgəncələrə dözməyib qarşısına qoyulmuş sənədlərə imza çəkmişdir. O bundan sonra 4 may tarixində Suraxanı rayon polis idarəsinə aparılmışdır. O, polislər tərəfindən döyülüb işgəncələrə məruz qaldığı üçün sənədlərə imza çəkmişdir. Hazırda bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi olmadığından ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir Cinayət işinin materiallarına əlavə edilmiş Suraxanı Rayon Prokurorluğunun 229-C- 22 nömrəli material üzrə araşdırma zamanı izahatı alınmış X15 bildirmişdir ki, 2003-cu ildən DİO-da 2022-ci ildən isə hazırda tutduğu vəzifədə işləyir. Xanlar adlı şəxsi əvvəldən tanımamış heç bir ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 4 fərqli ünvandan oğurluq etməkdə şübhəli bilindiyi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. PŞ-də Təqsirləndirilən şəxsla əməliyyat xarakterli söhbətlər aparıldıqdan sonra Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177-2.2 və 177.2.3-cü ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Təqsirləndirilən şəxs rayon prokurorluğuna göstərdiyi xüsusatlar tamamilə yalandır. Onun eləcə də digər polis əməkdaşları tərəfindən Xanlara hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Xanlar şöbədə olarkən sonuncuya qarşı hər hansı fiziki təsir göstərilməmiş və döyülməmişdir. Suraxanı Rayon Prokurorluğunun 229-C-22 nömrəli materiala əlavə edilmiş Bakı şəhəri Prokurorluğuna, Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna ünvanlanmış X4 23 may 2022-ci il tarixli, 26 may 2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və digər ərizələrdə qeyd olunur ki, oğlu Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdən Suraxanı RP-in 30-cu Polis bölməsinin əməliyatçıları tərəfindən saxlanılmış, bir həftə ərzində onu döyərək, sonra İVEY-sə apardılar, işgəncəyə və təzyiqə məruz qalaraq, törətmədiyi cinayət əməlini etiraf etmiş, işə ədalətli baxılmasında köməklik göstəriməsini xahiş etmişdir. Suraxanı Rayon Prokurorluğunun 229-C-22 nömrəli materiala əlavə edilmiş Axərbaycan Respublikası Baş Prokurorluğuna, Bakı şəhər Prokuorluğuna Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna ünvanlanmış Təqsirləndirilən şəxs 06 iyun və 13 iyun 2022-ci il tarixli, 02 iyun 2022-ci il tarixli, ərizələrdə qeyd olunur ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdən Suraxanı RP-in 30-cu Polis bölməsinin əməliyatçıları tərəfindən aparılaraq 06 gün ərzində saxlanılmış, bu müddət ərzində ona heppatit və urək damarından xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, ağır işgəncə verdilə, o işgəncəyə və təzyiqə məruz qalaraq, törətmədiyi cinayət əməlini etiraf etmiş, işə ədalətli baxılmasında köməklik göstəriməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Suraxanı Rayon Prokurorluğunun 229-C- 22 nömrəli material üzrə Ədliyyə Nazirliyi PX-nin 3 saylı İT-da Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Tibb kitabçasının 12-ci bəndində aparılmış qeyddən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl xəsarət və ya zədə almadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin xx.xx.2022-ci il tarixli, N-341-5596-1222 saylı məktubuna əsasən xx.xx.2022-ci il tarixdə vətəndaş X13 müraciəti əsasında Təqsirləndirilən şəxs bir neçə şəxslə birlikdə saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs PŞ-nə gətirilməsi ilə bağlı “Gətirilmiş şəxslərin qeydiyyatı jurnalında” müvafiq qeydiyyat aparılmış və izahatı alınmışdır. Kərimov X17 RPİ 30-cu Polis Şöbəsinin inzibati ərazisində baş vermis oğlurluq hadisələrinin törədilməsində şübhəli olduğu üçün Suraxanı RPİ 30-cu PŞin Cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Emin Hacıyevə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1993- cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da oğurluqda şübhəli şəxs qismində Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirlmiş, elə həmin tarixdə saat 17:30 radələrində barəsində zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə Suraxanı RPİnin İstintaq Şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi barədə “Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında 264 sıra nömrəsi ilə qeydiyyat işi aparılmışdır. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-cü il tarixdə saat 18:00-da polis şöbəsinə gətirilmişdir və onunla oğurluq hadisəsi ilə əlaqədar olaraq şifahi söhbət aparılmış və daha sonra isə xx.xx.2022-ci il tarixdə saat 20:10 radələrində polis şöbəsindən buraxılmışdır. Azərbaycan Respublikası CPM-nin 7.0.42-ci maddəsində göstərilmişdir ki, izahat dedikdə-cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillərdir. Ona görə də xx.xx.2022-cü il tarixdə Təqsirləndirilən şəxs şifahi söhbət aparılsada polis şöbəsindən buraxıldıqda izahatı alınaraq buraxılması göstərilmişdir. Təqsirləndirilən şəxs ilə şifahi söhbət aparıldığından izahatının göndərilməsi mümkün deyildir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00 da saxlanılaraq polis şöbəsinə gətirilmiş və xx.xx.2022-ci il tarixdə 17:30-da Suraxanı RPİ- nin İŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası” Publik hüquqi şəxsin 28 sentyabr 2022-ci il tarixli, 27 saylı məktubuna əsasən xx.xx.2022-ci il tarixdə saat 13:08də “103” Xidmətinə 30-cu Polis Bölməsinin özünə ünvanından naməlum şəxsin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 11 saylı bölmənin həkim Aksun Qocayeva icra edərək, xəstə Təqsirləndirilən şəxs (28 yaş) “Baş ağrısı” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Suraxanı Rayon Polis İdarəsinin MSY tərəfindən təqdim edilmiş MSY-də saxlanılan şəxslərin uçotu kitabında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində, saat 20:10-da MSY-ə qəbul olunması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin Suraxanı Rayon Polis İdarəsinə vermis olduğu Təqsirləndirilən şəxs 29 aprel-03 may 2022-ci il tarixlərdə, hansı saatlarda giriş-çıxışı barədə 02 may 2024-cü il tarixli sorğusuna cavab olaraq, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da oğurluqda şübhəli kimi Suraxanı RPl-nin 30-cu PŞ-nə gətirilmiş, elə həmin tarixdə də saat 17:30 radələrində barəsində zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə Suraxanı RPl-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi barədə "Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında 354 №-li qeydiyyat işi aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərfon MMC tərəfindən verilmiş məktuba əsasən, Azərfon MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim olunan CD-də qeydə olunan məlumata əsasən xx.xx.2022-ci il tarixində, saat 15:53-dən sonra abunəçinin (Təqsirləndirilən şəxs istifadəsində olan nömrə) Azərfon şəbəkəsində hərhansı bir zəngi qeydə alınmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “çəkilmiş fotoşəkillərin yararsız hala düşməsi barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman “İPHONE 13 Pro” markalı mobil telefon vasitəsi ilə 12 (on iki) ədəd fotoşəkil çəkilmişdir. Lakin çəkilmiş fotoşəkillərin kağız üzərinə köçürülməsi zamanı həmin mobil telefonda yaranmış texniki nasazlıq səbəbindən fotoşəkillər silinmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin böyük məsləhətçisi İsa Maqsudov tərəfindən verilmiş məktuba əsasən Təqsirləndirilən şəxs barəsində aparılmış əməliyyat axtarış tədbirlərinin qanuni hesab edilməsi ilə əlaqədar hər hansı təqdimat və onula bağlı materialları məhkəməyə daxil olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri: Məhkəmə istintaqı zamanı dindirilmiş iclasında zərərçəkmiş X14 izahatında göstərdi ki, “indiki ifadəm düzgündür, mənə zənglər edirdilər ki, belə ifadə ver ki, Xanlar içəri getsin. Həmin nömrələr gizli nömrələr idi. Qabağımı kəsirdilər ki, “get bele, ifadə ver”. Mən də düşündüm ki, deyəcəm, iş bağlanacaq və bir daha gəlməyəcəyəm. Murad Muradov bilmədim sonra necə oldu. Süleyman müəllim dedi ki, “get sənlik deyil, özləri həll edəcək. Murad bizdə olmayıb, Xanlar evə baxışa gətirilmiyib, şəkilləri Şəhriyar (təhqiqatçı) çəkib, orada Xanlar olmayıbdır. Evdə baxışda mən olmuşam.” 14 noyabr 2023-cü il tarixli məhkəmə iclas protokoluna əsasən Suraxanı RPİ-n 30-cu PŞ-in təhqiqatçısı, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il xidmətdə olduğu zaman 102 xidmətinə zəng gəlmişdir. Ekspert çağırılmış, aiddiyatı üzrə istintaqa materiallar verilmişdir. Əməkdaşlar onu saxlamışdır. O, sadəcə izahat almış, daha sonra yazıb göndərmişəm. İzahatın tarixi yadında deyil. Sadəcə izahat almışdır. O saxlayan şəxs deyildir, saxlayan şəxs əməliyyatçıdır. Bu işlə bağlı qəbulunda Xanlar olub. Həmçinin bildirmişdir ki, “həmin şəxs bildiyim qədər ilə o ünvana aparılıb. Deyib ki, mən o ünvana getməmişəm. Həmçinin bildirdi ki, həmin evə girməmişəm. Xanlar tərəfindən götürülənlər təqdim olunub, B.Füzuli tanıyıb və əşyalarını götürüb. Xanlar götürdüyü veş (əşya) da zərərçəkmişin əşyası olubdur. Vətəndaşa (Təqsirləndirilən şəxs) ev təqdim olunub ki, bu evdir, deyib ki, xeyr. Xeyr, dindirilmədə təqsirləndirilən şəxs və mən olmuşuq. Koridorun kamera görüntülərində də bu əks oluna bilər. Xanlarda xəsarəti yox idi.” O (təhqiqatçı), zərərçəkmişə demişdir ki, şübhəli şəxs tutulub, üzləşmə olacaq, yaxınlaş. Ad deməmişəm, çünki adını o da bilmirdi. Xeyr, zərərçəkmişə gedişatla bağlı təsir göstərməmişdir. Müdafiəçinin suallarına cavab verərək, təhqiqatçı göstərmişdir ki, “Xanlar ona sabahsı gün təqdim olunub. Aiddiyat qərarı vermişdi. İzahatın aldı, işə əlavə edilməsi üçün göndərmişdir.Tutulması tarixindən məlumatım yoxdur. Xəzərdən gəlməsi barədə məlumatım yoxdur. Şəkilləri təqsirləndirilən şəxsə göstərmişdir, “bəli” deyib və o, kompyuterə yazmışdır. Digər müdafiəçinin suallarına cavab verərək, izahatında tarix yazılmayıb, qəbula gəldiyi tarixi xatırlamır. Aidiyyat əvvəl göndərilib. xx.xx.2022-ci il 102 məlumatı daxil olub. 10 günə göndərilib. 2022-ci aprel olardı, uzun müddət keçib. İzahatında tarix yox idi. Həmin protokola əsasən çarpaz dindirmə üsulu ilə zərərçəkmiş şəxs Fizuli Budaqov müdafiəçinin suallarına cavab verərək, bildirmişdir ki, həmin təhiqatçı Təqsirləndirilən şəxsla üzləşdirmə aparmamışdır. Həmin iclasda bildirmişdir ki, xx.xx.2022-ci il PB-ə müraciət etmiş, 102-ə zəng etmiş, PB-ə səhərisi getmiş, ərizəni Şəhriyar müəllim alıb. Orada başqa təhqiqatçı tanımır. 21.04.22 saat 10.00-12.00 arası Şəhriyar müəllim yanına getmişdir. “Həmin gün heç bir şəxs mənə təqdim etməyiblər, Ondan 4-5 gün sonra dedilər ki, 30-cu PB-ə gələrsən.” Rəisin qəbuluna getmişdir. Ayın 20-21-i idi, ərizədən qabaq təhqiqatçı Şəhriyyar müəllim gəlib evə baxış keçirib. Növbəti gün izahat verməyə gəlmişdir. Təhqiqatçı onu növbəti gün növbətçi çağırıb. 4-5 gün sonra polis bölməsnə gəlmişdir ki, tapmısız ya yox. Sonra bir şəxs gətirdilər, arıq oğlan ki, adı Murad Muradovdur. Dedi ki, mən eləmişəm. Dedi ki, pilləkanla hamamın üstən aparmışam, amma pilləkan evin içində idi. Şəhriyyar müəllim onu evdən gedən əşyalarla bağlı olan kağızlarla əlaqədar çağırıb. “Tural müəllim müstəntiq əşyalara baxmağa çağırıb, direl, laqonda tapdım, mis göstərdilər ki, sənindir, dedim ki, xeyir təkər məftili idi onlar” Çarpaz dindirmədə zərəçəkmiş şəxsin ifadəsindən sonra müdafiəçinin suallarına cavab verərək Suraxanı RPİ-n 30-cu PŞ-in təhqiqatçısı, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, “bir şəxs saxlanılmışdır. Rəis müavini dedi ki, gətir yanıma. vətəndaş dedi ki, bu şəxsi tanımıram. evin şəkillərin göstərəndə dedi ki, mən o evdə olmamışam. Zərərçəkmiş şəxsin yanında şifahi oxşadıb dedi ki, evə girmişəm. Dindirmə şifahi olub. Lakin mən seyr etmişəm, iştirakçısı olmamışam. Şəkillərdə Füzuli yox idi, şəkilləri biz çəkmişik. Şəkilləri təqsirləndirilən şəxsə təqdim edəndə, Füzuli yox idi. Aiddiyat qərarında şəxsin Xanlar olduğunu bilmirdik. Tarixidə qeyd etməmişik. Bizdə təhqiqat üçün jurnal olmur. Material göndərəndə dəftərxanada qeydiyyatdan keçir. Elektrona otuzdurulmur. Şəxs barəsində məlumat olmadıqda 10 günə aiddiyat üzrə göndərilir qərarla birlikdə. Mən materiallara heç vaxt tarix qoymuram.” X24 dövlət ittihamçısının suallarına sözlərinə cavab verərək ifadəsində göstərmişdir ki, “Murad Muradov dedi ki, sənin evindən flan şeyləri aparmışam. Dedi ki, evə girmişəm. Sadaladıqları əşyalar mənim evimdə olanlar idi. Bircə bir şey uqlarez onun adını çəkdi ki, ağır idi deyə atdım, getdim. Bildirdi ki, oğurluğu tək başına etmişdir. Müdafiəçi suallarına cavab verərək, zərərçəkmiş şəxs bildirdi ki. O şəxs bildirmişdir ki, “o məhləyə girmişəm, konkret evi demədi. Əşyalardan laqonda, direl, mufta, traynik, götürdüyün bildirmişdi. Xanları orada görməmişəm, yalnız məhkəmə də görmüşəm. Mənim evimə girməsini görməmişəm, lakin məhlədə görmüşəm, aramızda iki ev var. Üzləşmə olmayıbdır.Məni Xanlarla üzləşdirməyiblər.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası”nın həkimi X20 izahatında göstərdi ki, 03 may 2022-ci il tarixində çağırış əsasında Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə getmiş, xəstəyə baxmış və tibbi yardım göstərmişdir. Təqribi günorta radələri olmuş, xəstə baş ağrısı olmasını qeyd etmiş, ona ağrıkəsici olaraq “smes, analgin,dimidrol” vurmuşdur. Həmin gün növbədə kim olursa, həmin şəxs müdaxilə etmək üçün gəlir. Həmin şəxsin adını soruşmuş, adının Xanlar olduğunu bildirmiş, lakin soyadını, şəxsi məlumatları tam olaraq deməmiş, pis vəziyyətdə olmuşdur. Xanlar adını dedikdən sonra tam şəkildə polisdən soruşmuşdur. Müdaxilə olunarkən xəstənin huşu yerində idi. Təcili yardım kartına, jurnallara travma, ölənlər, yoluxucu xəstəliklər qeyd olunur. Baş ağrısı kartaya qeyd olunmur. Karta məlumatları da böyük həkimə verilir. Həmin məlumatlar əllə yazılır. Həmin məlumatlarda ad olmayanda, adsız kimi qeyd edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham edilməsinə dair ibtidai istintaqın bununla bağlı qənaəti ilk olaraq Təqsirləndirilən şəxs ittiham edildiyi oğurluq epizodlarla əlaqədar verdiyi etirafedici izahatlarla, sonradan şübhəli şəxsi qismində dindirilməsinə dair protokol və həmin protokolda olan etirafedici ifadəsi ilə, təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokol və həmin protokolda qeyd olunan etirafedici ifadəsi, zərrəçəkmiş şəxsləri ifadələri, şahid X8 ifadəsi ilə, əşyaların tanınması haqqında protokolla əsaslandırılmışdır. Həmin cinayət işi üzrə sübutedici bazası həmçinin şübhəli şəxsin tutulması haqqında protokol və qərarla, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol və qərarla, ifadələrin hadisə yerində yoxlanılması haqqına protokolla, zərrəçəkmiş şəxsin ifdələri, şahidin ifadəsi ilə dəstəklənmişdir. Lakin məhkəmə istintaq zamanı cinayət işinin materialları tədqiq edilərkən prosessual sənədlərin tərtib edilməsində çoxsaylı kobud prosessual pozuntuların mövcud olması ittihamda göstərilən halların həqiqiliyinə dair kəskin şübhələr yaranaraq bütün toplanmış sübutların təhlili və yenidən hərtərəfli, ətraflı, tam və obyektiv araşdırılmasının aparılmasına əsas olmuşdur. İbtidai istintaq zamanı toplanmış sübutların cinayət prosessual qanunvericiliyinin müddəaları nəzər-nöqtəyindən məhkəmə tərəfindən yenidən tam və hərtərəfli təhlilinə olan səbəb Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində şübhəli şəxs qismində ittiham aktında göstərildiyi kimi 04 may 2022-ci il tarixdə deyil, əslində 29 aprel 2022-ci il tarixdə tutulduğunu, Xəzər Rayon Polis İdarəsinin 3 saylı X31 RPİ-in 30-cu saylı Polis Bölməsinə təhvil verildikdən sonra 29 aprel 2002-ci il tarixdən 04 may 2022-ci il tarixə qədər polis əməkdaşları tərəfindən 06 gün Polis Bölməsində saxlanıldığını, polis əməkdaşları tərəfindən döyülməsini, bununla əlaqədar hətta onun üçün Təcili Tibbi yardım həkimlərinin çağırılmasını, polis bölməsində həkim tərəfindən ona yardım edildiyini, heç bir təqsiri olmadığı halda verilmiş işgəncə nəticəsində bütün izahatlara və ifadələrinə qol çəkdiyini, bütün prosessual sənədlərin saxta olduğunu və təzyiqlə imzalatdığını, ifadələrin yoxlanılması üçün oğurluq hadisələrinin yerlərinin yalnız birinə apardıqlarını, lakin güya bütün hadisə yerlərində olduğuna və ifadələrinin yoxlanılmasına dair protokola təzyiq altında imzalatdıqlarını, həmin sənədləri imzaladarkən müdafiə hüququnun pozulduğunu, təhqiqatçılar və müstəntiq tərəfindən həmin prosessual sənədlərin müdafiəçinin iştirakı olmadan tərtib edildiyini və imzalatdıqlarını, şahid Nəsir Əzizova metalollom şəklində cəmi 20 manatlıq misin satıldığını, bundan başqa heç bir prosessual hərəkət aparmadıqlarını, sonradan isə istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi, bütün qeyd edilən halları da barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair tədimata baxılmasına dair 06 may 2022-ci il tarixli məhkəmə iclasında, həmçinin hazırki cinayət işi üzrə məhkəmənin ilk baxış iclasında, və məhkəmə istintaqının bütün proseslərində bildirilməsi olmuşdur. İlk olaraq qeyd olunmalıdır ki, “Məhkəmənin hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Bundan əlavə ifadənin dəyişməsinin səbəblərini aydınlaşdırılmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmçinin cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs həmin ifadəsinin həqiqiliyini yoxlamaq məqsədilə aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ifadəsində göstərdiyi hallar cinayət işi üzrə tərtib edilmiş prosessual sənədlər arasında ciddi uyğunsuzluğunun mövcudluğu ilə müəyyən edilir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərildiyi kimi şübhəli şəxs qismində tutulması tarixinə və vaxtına dair məlumatın həqiqiliyini yoxlayaraq, ilk olaraq cinayət-prosessual qanunvericiliyi nəzər-nöqtəyindən həmin anı rəsmiləşdirən prosessual sənədlərin mötəbərliyini və düzgünlüyünü təhlilini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə saxlanılması qeyd edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində əsas göstərildiyi hal – onun 29 aprel 2022-ci ildə Xəzərə rayon Pİ-in 3 saylı Polis Bölməsinin polis əməkdaşları tərəfindən tutulduqdan və Suraxanı Rayon Pİ-in 30-cu Polis şöbəsinə təhvil verildikdən sonra, həmin bölmədə 6 gün saxlanılması, döyülməsi, və saxlanılmasının yalnız 04 may 2022-ci il tarixdə rəsmiləşdirilməsidir. Belə ki, cinayət işin materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, tutulma haqqında protokolununun tərtib etmənin başlanma vaxtı 04 may 2022-ci il tarix, saat 19:10 göstərilsə belə, lakin tutulma vaxtı, yəni hansı vaxtdan Təqsirləndirilən şəxs tutulmuş hesab olunmalıdır – qeyd edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin xx.xx.2022-ci il tarixli, N-341- 5596-1222 saylı məktubuna əsasən xx.xx.2022-ci il tarixdə vətəndaş X13 müraciəti əsasında Təqsirləndirilən şəxs bir neçə şəxslə birlikdə saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs PŞ-nə gətirilməsi ilə bağlı “Gətirilmiş şəxslərin qeydiyyatı jurnalında” müvafiq qeydiyyat aparılmış və izahatı alınmışdır. Kərimov X17 RPİ 30-cu Polis Şöbəsinin inzibati ərazisində baş vermis oğurluq hadisələrinin törədilməsində şübhəli olduğu üçün Suraxanı RPİ 30-cu PŞ-in Cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Emin Hacıyevə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyinə qiymət verməkdən ötrü polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmasının vaxtı və yeri barədə məlumatın yoxlanılmasına dair müdafiə tərəfinin təqdim edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin xx.xx.2022-ci il tarixli, N-341- 5596-1222 saylı məktubunu tədqiq etmiş, həmin məlumatın yoxlanılmasına dair Suraxanı RPİ-in 30-cu PŞ-nə müvafiq sorğuların göndərilməsinə dair vəsatətləri təmin etmişdir. Suraxanı RPİ-in 30-cu PŞ-in ilk məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə Xəzər Rayon Pİ-in 3 saylı PB-in əməkdaşları tərəfindən saxlanılmış, sonrada saat 18:00-da Suraxanı Rayon Piin 30 saylı Polis Şöbəsinə təhvil verilmiş, təhqiqatçı Emil Hacıyev tərəfindən ondan izahat alınmış və o, həmin tarixdə saat 20:30-da buraxılmışdır. Bundan əlavə müdafiəçi tərəfindən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası” Publik hüquqi şəxsin 28 sentyabr 2022-ci il tarixli, 27 saylı məktubu təqdim edilmiş, həmin məktuba əsasən Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə Suraxanı Rayon Pİ-in 30 saylı PŞ-də olaraq, halı pisləşmiş və ona təcili tibbi yardım çağırılmışdır. Məktub əsasən “xx.xx.2022-ci il tarixdə saat 13:08-də “103” Xidmətinə 30-cu Polis Bölməsinin özünə ünvanından naməlum şəxsin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 11 saylı bölmənin həkim Aksun Qocayeva icra edərək, xəstə Təqsirləndirilən şəxs (28 yaş) “Baş ağrısı” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir”. Həmin məktub məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, lakin həmin məktubda qeyd olunan məlumatın yoxlanılması üçün çağırışa gəlmiş 11 saylı bölmənin həkim Aksun Qocayeva məhkəmə iclasına dəvət edilmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası”nın həkimi X20 izahatında göstərdi ki, 03 may 2022-ci il tarixində çağırış əsasında Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə getmiş, xəstəyə baxmış və tibbi yardım göstərmişdir. Təqribi günorta radələri olmuş, xəstə baş ağrısı olmasını qeyd etmiş, ona ağrıkəsici olaraq “smes, analgin,dimidrol” vurmuşdur. Həmin şəxsin adını soruşmuş, adının Xanlar olduğunu bildirmiş, lakin soyadını, şəxsi məlumatları tam olaraq deməmiş, pis vəziyyətdə olmuşdur. Xanlar adını dedikdən sonra onun şxəsi məumatları tam şəkildə polisdən soruşmuşdur. Müdaxilə olunarkən xəstənin huşu yerində idi. Bundan sonra məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Suraxanı RPİ-in 30 saylı Polis Bölməsinə 29 aprel 2022-ci il tarixdə gətirildiyini, sonradan buraxılmamasını, 03 may 2022-ci il tarixdə da hələ də orada olduğunu və buna dair müvafiq sənədlərin mövcud olduğunu (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası” Publik hüquqi şəxsin 28 sentyabr 2022-ci il tarixli, 27 saylı məktubu) nəzərə alınmaqla, 29 aprel 2022-ci il tarixdən-04 may 2002-ci il tarixlərlə Təqsirləndirilən şəxs 30 saylı PB-nə gətirilməsi ilə bağlı qeydiyyat jurnallarından çıxarışların 30 PB tərəfindən təqdim edilməsinə dair müdafiəçinin vəsatətini təmin etmiş, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da oğurluqda şübhəli şəxs kimi Suraxanı RPl-nin 30-cu PŞ-nə gətirilmiş, elə həmin tarixdə də saat 17:30 radələrində barəsində zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə Suraxanı RPl-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi barədə "Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında 354 №-li qeydiyyat işi aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-in 30 saylı Polis Bölməsinə 29 aprel 2022-ci il tarixdə gətirildiyini, sonradan buraxılmamasını, 03 may 2022-ci il tarixdə da hələ də orada olduğunu və buna dair müvafiq sənədlərin mövcud olduğunu (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası” Publik hüquqi şəxsin 28 sentyabr 2022-ci il tarixli, 27 saylı məktubu) nəzərə alınmaqla, yenidən 30 saylı PB-nə 29 aprel 2022-ci il tarixdə gətirilməsi ilə bağlı qeydiyyat jurnallarından çıxarışlarını, Təqsirləndirilən şəxs polis əməkdaşı E.Hacıyev tərəfindən alınmış izahatın surətini, 03 may 2022-ci il tarixdə hansı səbəb görə Polis bölməsində gətirildiyinə dair məlumat verilməsinə dair müdafiəçinin vəsatəti məhkəmə tərəfindən təmin edilmiş və məhkəmənin sorğusuna əsasən alınmış Suraxanı RPİ-in 30-cu PŞ-in bölməsi tərəfindən verilmiş cavabda göstərilmişdir ki, 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xəzər rayon Pİ-in 3 saylı Polis Bölməsi tərəfindən Suraxanı RPİ-in 30 saylı PB-nə saat 18:00-da gətirilmiş, sonra 20:30-da izahat alınandan sonra buraxılmış, həmin izahat şifahi olduğundan onun surətinin verilməsi qeyri-mümkün olmuşdur. Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə Polis Bölməsinə ümumiyyətlə gətirilməmişdir. Sonradan Təqsirləndirilən şəxs ittiham aktından qeyd olunan tutulma tarixi və vaxtı ilə ifadəsində iddia olunan ziddiyyətin yoxlanılması üçün məhkəmə müdafiəçi tərəfindən verilmiş vəsatəti təmin etməklə, Təqsirləndirilən şəxs ***-***-**-** telefon nömrəsinin 29 aprel-06 may 2022-ci il tarixədək əhatə edən dövrü üçün həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, sms məlumatları qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin hal-hazırada anten əhatə dairəsi barədə məlumatların əldə edilməsi üçün müvafq qərarlar qəbul edərək icra olunması üçün "xxxx" MMC-yə göndərmişdir. Daxil olmuş anten məlumatlarının tədqiq edilməsinin nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi sonuncu xx.xx.2022-ci il tarixdə, saat 15:53-də istifadə edilmiş, son göstəricəsi “Bina- ATS/”Xəzər TKq, AĞS456 Binə/Khazar/40.449xx/xx.08359 ünvan olduğunu göstərir. Həmçinin, məhkəmə, "xxxx" MMC-in 29 avqust 2023-cü il tarixli, AZF/LGL-2881/23 nömrəli məktubu ilə müəyyən etdiyi kimi anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız “SMSMT, MTC” qeyd olunan sətirləri əsas götürür. Həmin məlumatın yoxlanılması üçün bir də sorğu göndərilmiş və "xxxx" MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim olunan "xxxx" MMC-in 07 noyabr 2023-cü il tarixli, AZF/LGL- 15341/23 saylı məktubunda qeydə olunan məlumata əsasən muəyyən edilmişdir ki, sorğulanan xx.xx.2022-ci il tarixində, saat 15:53-dən sonra abunəçinin (Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə) Azərfon şəbəkəsində hər-hansı bir zəngi qeydə alınmamışdır. Bundan əlavə, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinin sonuncu anten dairəsinin Xəzər rayonunda qeyd edilir. Qeyd edilməlidir ki, həmin ərazi Bakı şəhərində ünvanlaşmanın kifayət qədər sıx olduğu ərazidir. Belə olan halda, anten məlumatlarının ətrafdakı digər çoxlu saydakı yaşayış və qeyri-yaşayış binalarının deyil, hansısa ehtimal xarakterli texniki səbəbdən yanlışlıqla məhz “Xəzər rayonu” ünvanının göstərməsi inandırıcı və ağlabatan deyidir. Məhkəmə, "xxxx" MMC-in 29 avqust 2023-cü il tarixli, AZF/LGL-2881/23 saylı məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi üzrə 29 aprel-06 may 2022-ci il tarixləri əhadə edən anten məlumatlarını, sübut kimi mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, qeyd edilən anten məlumatların sübutetmə predmetinə daxil olan hallara aiddir, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsuluna dair şübhələr mövcud deyil, sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə saat 19:10 radələrində Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 7 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, "xxxx" MMC-in 29 avqust 2023-cü il tarixli, AZF/LGL-2881/23, 07 noyabr 2023-cü il tarixli, AZF/LGL-15341/23 nömrəli məktubları və Təqsirləndirilən şəxs isdifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi üzrə məlumatları əks etdirən 1 ədəd CD disk və digər prosessual sənədlərlə həmin xüsusat təkzib olunmuşdur. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatının döğruluğunu təsdiq edir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 29 aprel-04 may 2022ci il tarixlərdə o, Polis Bölməsində saxlanılarkən, işcəngəyə məruz qalmışdır ki, dözülməz hala çatdırdığı şəkildə hər ittiham edildiyi epizodla bağlı ilkin etirafedici izahatlara imza atmışdır. Məhkəmə, müdafiəçi tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş sübutları tədqiq etdikdən sonra Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan bu xüsusatın yoxlanılması üçün və ziddiyyətlərin olub-olmaması müəyyən edilməsi məqsədi ilə ibtidai istintaq ərzində tərtib edilmiş prosessual sənədləri təhlili barədə qənaətə gəldi. İbtidai istintaq zamanı yol verilmiş prosessual pozuntular: Cinayət işinin materiallarına əsasən 20 aprel 2022-ci il tarixdə X16 DİN-in 102 xidmətinə zəng edərək, baş vermis oğurluq hadisəsi barədə müraciət edərək, həmin tarixdə da Suraxanı RPİ-in 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Ərizədə həmin hadisənin (oğurluğun) Muradxan Muradov tərəfindən törədilməsi və barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı əvvəl sərbəst şəkildə, sonra çarpaz dindirmə zamanı ifadə verərkən göstərmişdir ki, zərərçəmiş şəxs F.X2 zaman Muradxan Muradovu gətirdilər, o həmin oğurluğun törədilməsini etiraf etmiş, Təqsirləndirilən şəxsla üzləşdirmə aparmayıblar, oğlurluğu hadisəsi yerinə baxışı isə hadisədən 4-5 gün sonra keçirtdilər, həmin hadisə yerinə baxışda Təqsirləndirilən şəxs iştirak etməmidir. Suraxanı RPİ-in 30 saylı Polis Bölməsinin təhiqaqtçısı Şahid2 tərəfindən 21 aprel 2022-ci il tarixdə qeyd olunan cinayət əməlinin törətmiş şəxsin şəxsiyətlərinin naməlum olması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi yolu ilə müəyyən edilməsi ilə əlaqədar müvafiq göstərişlər barədə əməliyyat tapşırığı verilmişdir. Təqsirləndirilən şəxs həmin tarixli epizodla əlaqədar təhqiqatçı Şahid2 tərəfindən izahat alınmış və izahatın tarixi göstərilməmişdir. Məhkəmə iclasında həmin xüsusatla bağlı məhkəmə iclasına dəvət edilmiş və dindirilmiş, tərəfindən Təqsirləndirilən şəxs izahatlarını alınmış təhqiqatçı Şahid2 göstərmişdir ki, dindirilən şəxslərin izahatlarına heç vaxt tarix qoymur. Bundan başqa, məhkəmə, təhqiqatçı Şahid2 verdiyi ifadəsini tədqiq edərək qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı həm sərbəst ifadələrində, həm də onlara ünvanlanan suallara verdikləri cavablar zamanı kifayət qədər uyğunsuzluq, ziddiyyətlər müəyyən edilmişdir. Xüsusilə, “izahat nə vaxt alınıb?”, “ Təqsirləndirilən şəxs birinci izahatı nə vaxt alınıb”, “izahatın üzərinə niyə tarix qoyulmayıb?” sualı üzrə şahidin verdikləri cavablar ümumiyyətlə verilmiş ittihamla uyğunsuzluq təşkil edir. Təqsirləndirilən şəxs saxlanılma saatları barədə ümumiyyətlə təhiqatçı heç bir məlumat verməmişdir. Bundan əlavə 21 aprel 2022-ci il tarixdə digər Zərərçəkmiş şəxs4 oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə 30 PŞ-nə müraciət etmişdir. Suraxanı RPİ-in 30-cü PŞ-in təhqiqatçısı Rəhman İsmayılov tərəfindən həmin epizodla əlaqədar Təqsirləndirilən şəxs “etirafedici” izahat 21 aprel 2022-ci il tarixdə alımışdır. Həmin izahatın mövcud olmasına baxmayaraq, 22 aprel 2022-ci il tarixdə Suraxanı RPİ-in 30-cü PŞ-in təhqiqatçısı Rəhman İsmayılov tərəfindən hadisəni törətmiş şəxsin şəxsiyyəti əməliyyat yolu ilə müəyyənləşdirilməsi ilə əlaqədar və izahatının alınması məqsədilə təhqiqat orqanına təqdim edilməsi barədə əməliyyat tapşırıq verilmişdir. Həmin epizodla əlaqədar şahid qismində izahatı alınmış X9 izahatın tarixi göstərilməmiş, yazılmış tarixin üstü ştrixlə - örtücü maye ilə bağlanmış, həmin örtücü vasitənin altında olan tarix “5 may” və ya “06 may” sözləri yazılmışdır. 24 aprel 2022-ci il tarixdə baş vermis oğurluq hadisəsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 müraciət edərək, həmin ərizə Suraxanı RPİ-in 30-PŞ-ə 26 aprel 2022-ci il tarixdə daxil olmuşdur (üzərində ştampda olan tarix xx.xx.2022-ci il kimi göstərilir) Suraxanı RPİ-in 30-cü PŞ-in təhqiqatçısı Rəhman İsmayılov tərəfindən Təqsirləndirilən şəxs alınmış izahatın tarixli 24 aprel 2022-ci il kimi göstərilir. 30 aprel 2022-ci il tarixdə baş vermis epizodla əlaqədar Təqsirləndirilən şəxs alınmış izahatda ümumiyyətlə tarix göstərilməmişdir. Əşyanın könüllü təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında 04 may 2002-ci il tarixli protokolda əsasən Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd velosiped, 1 ədəd sellofanda yanmış elektrik naqili, 02 ədəd laqonda. 1 ədəd drel və 1 ədəd kombi apartına məxsus ehtiyyat hissəsini tədqiqata könüllü təqdim etmişdir. Həmin protokolun tərtib edilməsi vaxtı 14:30 başlanmış, saat 14:55-də bitmişdir. Şübhəli şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs tutulması ilə bağlı vaxt göstərilməsə belə, protokolun tərtib edilməsi vaxtı 04 may 2022-ci il, saat 19:10 göstərilmişdir. Həm Suraxanı RPİ-in 30-cu Polis Bölməsinin məktublarına, həmçinin də məhkəməyə təqdim edilmiş Suraxanı RPİ-in 0-cu Polis Bölməsinin 2022-ci ilə aid olan jurnallara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilkin izahatlarda göstərilən tarixlərdə - 21 aprel 2022-ci il və yaxud 24 aprel 2022-ci il tarixlərdə) və yaxud 04 may 2022-ci il tarixdən hər hansı əvvəlki tarixdə (29 aprel 2022-ci il tarixi istinta olmaqla) 30 saylı Polis Bölməsinə gətirilməmişdir. Bundan əlavə 03 may 2022-ci il tarixə də Təqsirləndirilən şəxs 30-cu Polis Bölməsinə gətirilməmişdir. Həmin jurnala və onadair çıxarışlara əsasən Təqsirləndirilən şəxs 30-cu Polis Bölməsinə 04 may 2022-ci il tarixdə saat 16:00-da gətirlmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “çəkilmiş fotoşəkillərin yararsız hala düşməsi barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman “İPHONE 13 Pro” markalı mobil telefon vasitəsi ilə 12 (on iki) ədəd fotoşəkil çəkilmişdir. Lakin çəkilmiş fotoşəkillərin kağız üzərinə köçürülməsi zamanı həmin mobil telefonda yaranmış texniki nasazlıq səbəbindən fotoşəkillər silinmişdir. Qeyd olunmalıdır ki, istintaq hərəkəti təkrar aparılmamış və nöqsanlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 147.3-cü maddəsinə əsasən şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 147.5-ci maddəsinə əsasən tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir: 147.5.1 protokolun tərtib edildiyi yer, tarix və vaxt; 147.5.2. protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; 147.5.3. tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat; 147.5.4. tutulmanın aparıldığı yer, tarix və vaxt; 147.5.5. tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti; 147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd. 147.6-cı maddəsinə əsasən tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. 232.2-ci maddəsinə əsasən şübhəli şəxsin tutulduğu halda o öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir. Şübhəli şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda şübhəli şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. 232.2-1-ci maddəsinə əsasən hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. 232.2-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. 232.4-cü maddəsinə əsasən şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. 232.5-ci maddəsinə əsasən müstəntiq dindirməyə şübhəli şəxsə şübhə barəsində və onun mülahizələrinə görə iş üçün əhəmiyyətli ola bilən bütün digər hallar barədə ifadə vermək təklifi ilə başlayır. Qalan hallarda müstəntiq şübhəli şəxsin dindirilməsində təqsirləndirilən şəxsin dindirilməsi üçün bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydaları rəhbər tutmalıdır. 233.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. Təqsirləndirilən şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. 233.5-1-ci maddəsinə əsasən hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. 233.5-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. 233.9-cu maddəsinə əsasən dindirmənin başlanmasından əvvəl müstəntiq təqsirləndirilən şəxsə onun müdafiəçinin köməyindən istifadə etmək və ifadə verməkdən imtina etmək hüququnu izah edir. 233.10-cu maddəsinə əsasən dindirmənin əvvəlində müstəntiq təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini aydınlaşdırmalıdır. 233.11-ci maddəsinə əsasən dindirmə zamanı təqsirləndirilən şəxsin susması onun özünü təqsirli bilməsi kimi qiymətləndirilə bilməz. Müstəntiq təqsirləndirilən şəxsə ona elan edilmiş ittiham üzrə və özünün mülahizələrinə görə cinayət işi üçün əhəmiyyətli olan digər hallar üzrə ifadələr verməyi təklif edir. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Şübhəli şəxsin tutulması prosessual məcburiyyət tədbririnin cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilməsi və rəsmiləşdirilməsi, bununla bağlı bütün prosessual sənədlərin, o cümlədən şübhəli şəxsin tutulması haqqında protokolun, şübhəli şəxsin tutulması haqqında qərarın, şübhəli şəxsin qismində dindirilməsi haqqında protokolun və digər prosessual sənədlərin mötəbər olması, o cümlədən həqiqətə uyğun, düzgün və cinayət prosessual qanunu baxımından qanuni və əsaslı tərtib edilməsi – ibtidai istintaqın təməlinin ən əhəmiyyətli sütunlarından biridir. Şübhəli şəxsin tutulması cinayət prosessual qanunvericiliyinin müdddəalarına uyğun olaraq həyata keçirilməsini, o cümlədən rəsmiləşdirilməsinin əhəmiyyəti təkcə ibtidai istintaqının qanuni və əsaslı keçirilmiş hesab edilməsi üçün mühum əhəmiyyət daşımır, həmçinin də ən əsas, ayrılmaz, konstitusion insan və və vətəndaşı hüquqlarına - azadlıq hüququna riayət edilməsi ilə əlaqədardır. Belə ki, həmin hüquq istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də digər milli və beynəlxalq normativ aktları ilə absolyut hesab olunur və həmin hüquqa dair məhdudiyyət qanunvericı tərəfindər yalnız müstəsna hallarda, onlardan biri də Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi ilə bağlı əsaslı şübhələrin movcud olması ilə bağlı tutulma qismində nəzərdə tutulmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, şübhəli şəxs qismində tutularkən şəxsin azadlığı faktiki olaraq məhdulaşdırıldığından həmin prosessual məcburiyyət tədbirinin rəsmiləşdirilməsi anın (vaxtın) dəqiq göstərilməməsi – gizlədərək, saxtalaşdırılması – şəxsin azadlıq hüququnun kobudcasına pozulmasına və digər ağır nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00-dan Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsinin 3 saylı PB-in əməkdaşları tərəfindən tutularaq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə təhvil verilmiş, faktiki olaraq 29 aprel 2022-ci il saat 18:00-dan etibarən həmin bölmədə qanunsuz olaraq saxlanılmış (nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin Polis Bölməsində saat 18:00-da saxlanılmasının Polis Bölməsinin məktubu, məktuba əlavə edilmiş qeydiyat jurnalından çıxarışlar əsasında müəyyən edilmişdir), yalnız 04 may 2022ci il tarixdə tarixdə saat 19:10-da barəsində “Tutma protokolu” tərtib edilmiş, lakin qeyd edilən pozuntular istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutlarla təkzib edilməmiş, və ibtidai istintaqı zamanı və yaxud məhkəmə istintaq zamanı ağlabatan formada izah olunmamışdır. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs 4 oğurluqla bağlı 4 epizodun törədilməsini polis əməkdaşları tərəfindən təzyiq altında etiraf etdirilməsi, prosessual qanunvericilik pozulmaqla tutulması və sonrakı istintaq hərəkətlərinin həyata keçirilməsi, bu zaman prosessual hüquqlarının, o cümlədən azadlıq və müdafiə hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zayidov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının" mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır. Məhkəmə, həmçinin onu qeyd edir ki, Avropa Məhkəməsinin formalaşdırdığı mövqeyə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də tətbiq edilir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq edilməlidir (Salduz Türkiyəyə qarşı iş) Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilkin izathatları Polis Bölməsində prosessual hüquqları təmin edildiyi şəkildə saxlanıldığı andan deyil, 06 gündən artıq müddət keçdikdən sonra alınmış, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, dindirilməsi, təqsirləndirilən şəxsin cəlb edilməsi və dindirilməsi haqqında qərarlar və protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə üçün anlaşılan deyildir ki, 4 dəfə oğlurluğun törədilməsində ittiham olunan və bnunula əlaqədar etirafedici izahatları verən şəxs faktiki olaraq tutulduqdan uzun müddət sonra şübhəli şəxs kimi tutulmuş, dindirilmiş və həmin şəxsə hüquqların izah edilməsi müdafiəçi ilə təmin edilməsi ən azından Polis Bölməsinə gətirildikdən dərhal sonra deyil, uzun müddət sonra həyata keçirilmişdir. Müdafiəçinin iştirakı şübhəli şəxsin dindirilməsi və digər prosessual hərəkətlər şəxsin tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki, qeyri-rəsmi məhdudlaşdırılması ilə həmin anın rəsmiləşdirilməsi, nəticədə yalnız azadlıq hüququnun rəsmiləşdirildikdən sonra ona müdafiəiçinin təqdim edilməsi, şübhəli şəxs qismində tutulması, təqsirlindərilən şəxs kimi cəlb edilməsi kimi prosessual hərəkətlərinin arasında uzun müddət (6 gündən artıq bir müddət) müddət keçmiş, yəni Təqsirləndirilən şəxs faktiki saxlanılması ilə onun dindirilməsi arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılmaqla dindirilməsi arasında olan bu vaxt boşluğu sübutların (etirafedici izahatların, şahidin ifadəsinin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şərait yaradılmadan tamamilə polisin nəzarətində olmuşlar. Bundan əlavə, şübhəli şəxsin tutulması hərəkətinin ciddi prosessual pozuntular ilə aparıldığı müəyyən edilmişdir ki, bu hal həm də onun nəticələrini, yəni şübhəli şəxsin tutulması, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxs qsimində cəlb edilməsi barədə protokolları etibarsız hesab edir. Şübhəli şəxsin tutulması zamanı yol verilmiş ilkin prosessual pozuntu budur ki, cinayət təqibi orqanının şübhəli şəxs barəsində üzərinə şübhəli şəxsin tutulması protokolunda, eləcə də şübhəli şəxsin tutulması haqqında qərarında – ən əsas an – tutulma anı göstərilməmiş, protokolun tərtib etmənin başlanma anı göstərilsə belə, sonu göstərilməmiş, şübhəli şəxsin dindirilməsi və bunun nəticələri barədə protokol tərtib etməsinə baxmayaraq, şübhəli şəxsin tutulması və dindirilməsi barədə qərar şübhəli şəxsə, onun müdafiəçisinə elan etməmiş, ən əsası prosessual qanunvericiliyin imperativ tələbi kimi qərarın surətini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmişdir. Cinayət Prosessua Məcəlləsinin 177.5-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1- 177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. Lakin, cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən və qərarın surətini müvafiq subyektlərə göndərmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur. Məhkəmə, iş üzrə dindirilmiş təhqiqatçının ifadəsi ilə verilmiş ittiham arasındakı ziddiyyətləri, ifadəsindəki qeyri-müəyyənlikləri, iş üzrə sübutetmə predmetinə daxil olan hallara dair ciddi natamamlıqları təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə əlaqələndirərək həmin ifadələrin mötəbər sübut kimi qəbul edilə bilməməsinin əsaslarını müəyyən etmişdir. Təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və həmin şahid ifadəsi həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Bununla belə, məhkəmə, həmin ifadələrinin sübut kimi qəbuledilən olmadığını, mötəbərliyinə və işin həqiqi hallarını əks etdirməsinə dair ciddi şübhələrin olduğunu göstərilənlərdən əlavə olaraq aşağıdakılarla əsaslandırır: Yuxarıda qeyd olunan hallara əsasən təhqiqatçı tərəfindən verilmiş ifadəsinin, həmin təhqiqatçı və digəri tərəfindən tərtib edilmiş prosessual sənədlərin və onların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. X3rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə dindirilmiş təhqiqatçı təqsirləndirilən şəxsin Polis Bölməsinə gətirilməsi (məlumatı olmamışdır) və dindirilməsi, izahatın üstündə ümumiyyətlə tarixin göstərilməməsi, üzləşdirmə hərəkəti aparılıb-aparılmaması ilə bağlı qeyri-müəyyən məlumat verməklə şahid kimi ifadə vermişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxsin verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hesab edir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə təhqiqatçı Şəhriyar Babaevin ifadəsini, onun və həmçinin digər təhqiqatçılar Rəhman İsmayılov, Vaqif Əliyev tərəfindən tərtib edilmiş prosessual sənədləri mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən prosessual sənədlər onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. İttiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyini iddia etdikləri etirafedici ifadələridir. Məhkəmənin təqsirləndirilən şəxsə xəsarətlərini yetirilməsi ilə bağlı araşdırılan faktiki halların və toplanmış sübutların təhlili: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs saxlanılmasından sonra polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib bütün təqdim olunmuş izahatlara imza atmış və ifadənin hadisə yerində yoxlanılması haqqında protokola imza atmış, ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Suraxanı Rayon Prokuroluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə qalması faktı ilə əlaqədar araşdırılması zamanı dindirilmiş əməliyyat müvəkili Təqsirləndirilən şəxs qarşı heç bir zorakılığın olmadığını bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs polis bölməsində döyülməsi nəticəsində təcili tibbi yardım çağırılmış, ona ilk tibbi yardım göstərilmiş, Suraxanı Rayon Məkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbirin seçilərkən, ona polis bölməsində işgəncə verilməsi haqqında məhkəmə prosesində bildirilmiş, həbs seçilməsinə dair təqdimata baxan hakim tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman sonuncunun məhkəmə iclasında polis əməkdaşları tərəfindən saxlanılarkən döyülüb, işgəncələrə məruz qaldığını bildirilməsi ilə bağlı məktubla Suraxanı Rayon Prokurorluğuna müraciət edilmişdir. Həmin müraciətlə əlaqədar Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma başlansa da, araşdırma aparan müstəntiq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması üzrə araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsinin, onun izahatını almış Polis Bölməsinin əməkdaşı E.Hacıyevin ifadəsinin alınması və 3 saylı İstintaq Təcridxanasının məktubunun qeyd edilməsi ilə kifayətlənmiş, məlumatda göstərildiyi xəsarətlərin müəyyən edilməsi ilə əlaqədar hər hansı məhkəmə-tibbi ekspertizasını keçirtməmiş, cinayət işinin rədd edilməsi haqqında qərarından göründüyü kimi qərar, yalnız təsviri hissədən ibarət olmuş digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətinin dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlama yerlərində işgəncə qurban xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırki işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keirilmiş tibi müayinə məzkəm-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Suraxanı Rayon Prokurorluğun müstəntiqi M.Alışanov tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın Təqsirləndirilən şəxs çatdırılmasını təsdiq edən hər hansı bir sənəd iş materiallarında aşkar edilməmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin qərarın dəlillərindən və araşdırmanın nəticəsindən xəbərsiz olduğundan onun yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ məhdulaşdırılmışdır. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanmasını rədd edilməsi haqqında 15 iyun 2022-ci il tarixli qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırılmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Göstərilən hallar, həm ibtidai istintaqı aparan müstəntiq, həm də ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon Prokurorluğu tərəfindən formal sənədlərin tərtib edilməsinə, nə də cinayət işi üzrə nə də təqsirləndirilən şəxsin məruz qaldığı fiziki təsir-təzyiqlə bağlı araşdırmanın faktiki olaraq aparılmamasına dəlalət edir. Beləliklə, məhkəmə cinayət işinin rədd edilməsinə dair materialı tədqiq edərək, təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatları araşdıraraq, həm həbs qətimkan tədbirir seçilməsinə dair təqdimata məhkəmə nəzarəti qaydasında baxılan məhkəmə iclasında, həm də ki hazırki məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsdə olan xəsarətlərin müəyyən edilməsi ilə əlaqədar məhkəmə tərəfindən verilmiş məlumata, Təqsirləndirilən şəxs özünün, həmçinin də cinayət işinin başlanmsının rədd edilməsi haqqında materialar əlavə edilmiş təqsirləndirilən şəxsin anası Gültəkin Kərimovanın Təqsirləndirilən şəxs polis bblməsində döyülməsi barədə çoxsaylı şikayətlər olduğuna, həmin araşdırma zamanı təqsirləndirilən şəxs prokurorluğun müstəntiqi M.Alışanov tərəfindən dindirilərkən polis bölməsində döyüldüyünü göstərməsinə, təqsirləndirilən şəxsin onu döydüyünü iddia etdiyi polis əməkdaşının ziddiyyətli və işin həqiqi halları ilə uzlaşmayan ifadələr verməsinə baxmayaraq prokurorluq orqanı tərəfindən heç bir əsaslandırma aparılmadan, təqsirləndirilən şəxsin döyülməsi faktı ümumiyyətlə araşdırılmadan – məhkəmə-ekspertizası keçirilmədən, saxlayan əməkdaşları dindirilmədən, həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir ki, bu da istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılmamasının və məhkəmənin məlumatına səthi və laqeyd münasibətin göstəricisidir. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir (Mahiyyət etibarı ilə işgəncə aktı təşkil edən cinayətlə bağlı cinayət təqibi, məhkumluq və cəzalandırma üçün iddia müddətinin tətbiqi ilə bağlı məsləhət rəyi [BP], §§ 61-62, 2022). Pis rəftarın konkret formasının işgəncə kimi təsnif edilib-edilməməsi barədə qərar qəbul edərkən Məhkəmə (Avropa İnsani Hüquqları Məhkəməsi) 3-cü maddədə əks olunan, həmin anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar arasındakı fərqi nəzərə almalıdır. Konvensiya bu fərq vasitəsilə çox ağır və qəddar iztirablara səbəb olan qəsdən törədilmiş qeyri-insani rəftarı xüsusilə vurğulamaq niyyətində idi; eyni təsnifat Birləşmiş Millətlər Təşkilatının “İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyası”nın 1ci maddəsində də öz əksini tapıb (X3rşı, 1978, § 167, Selmouni Fransaya qarşı [BP], 1999-cu il, § 96 və İlaşcu və başqaları Moldova və Rusiyaya qarşı [BP], 2004, § 426). Rəftarın şiddətindən əlavə, işgəncə anlayışı “İşgəncələrə və digər qəddar, qeyriinsani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya”da qəbul edildiyi kimi qəsd elementini də nəzərdə tutur. Bu da, inter alia, məlumat və ya etiraf əldə etmək, cəzalandırmaq və ya qorxutmaq məqsədi ilə qəsdən şiddətli ağrı və ya əzab verməyi ehtiva edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 97; Salman Türkiyəyə qarşı [BP], 2000, § 114; X36rşı, 2014, § 508 və Petrosyan Azərbaycana qarşı, 2021, § 68). Nəzərə alsaq ki, Konvensiya müasir dövrün şəraiti nəzərə alınmaqla şərh edilməli olan canlı alətdir, əvvəllər “işgəncə” yerinə “qeyri-insani və ləyaqəti alçaldan rəftar” kimi təsnif edilmiş bəzi əməllər gələcəkdə başqa cür təsnif edilə bilər. Məhkəmə hesab edir ki, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində getdikcə yüksələn standartlar müvafiq olaraq, demokratik cəmiyyətlərin fundamental dəyərlərinin pozulmasının qiymətləndirməsində, labüd olaraq, daha böyük qətiyyət tələb edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 101). Bununla əlaqədar, Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayıb ki, işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir Məhkəmə 3-cü maddənin təfsirində rəhbər tutmalıdır ki, insanların müdafiəsi aləti kimi Konvensiyanın obyekti və məqsədi oradakı təminatların konkret və effektiv olması istiqamətində müddəaların şərhini və tətbiqini tələb edir. Təminat verilən hüquq və azadlıqların istənilən təfsiri demokratik cəmiyyətin ideya və dəyərlərini qorumaq və təşviq etmək məqsədi daşıyan alət kimi Konvensiyanın ümumi ruhuna uyğun olmalıdır (X10rşı, 1989, § 87). Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin fundamental dəyərlərindən birini təsbit edir. Həqiqətən də, işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsi insan ləyaqətinə hörmətlə sıx bağlı olan sivilizasiyanın dəyəridir (Bouyid Belçikaya qarşı [BP], 2015, § 81). Sözügedən qadağa mütləq xarakter daşıyır, 15-ci maddənin 2-ci bəndinə əsasən, müvafiq şəxsin davranışından asılı olmayaraq hətta millətin həyatına təhlükə yaradan fövqəladə vəziyyət və ya terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə və ya miqrantların və sığınacaq axtaran şəxslərin axını kimi ən çətin şəraitlərdə belə ondan kənara çıxmağa yol verilmir (A. və başqaları Birləşmiş Krallığa qarşı [BP], 2009, § 126; Mokanu və başqaları Rumıniyaya qarşı [BP], 2014, § 315; El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı [BP], 2012, § 195 və Z.A. və başqaları Rusiyaya qarşı [BP], 2009, §§ 187-188) və ya onun törətdiyi iddia edilən cinayətin xarakteri (X19rşı [BP], 2006, § 116 və Qafgen Almaniyaya qarşı [BP], 2010, § 87). 3-cü maddə əsasən qadağan olunmuş rəftar formalarının dövlət agentləri və ya dövlət orqanları tərəfindən qəsdən törədildiyi hallarda tətbiq edilir. Bu, ümumi mənada, dövlətlərin öz yurisdiksiyasında olan şəxslərə ciddi zərər vurmaqdan çəkinməsi üçün neqativ öhdəliyin qoyulması kimi təsvir edilə bilər (Hristozov və başqaları Bolqarıstana qarşı, 2012, § 111). Konvensiyanın 3-cü maddəsində göstərilən qadağa bütün pis rəftar hallarını əhatə etmir (Savran Danimarkaya qarşı [BP], 2021, § 122). Məhkəmənin məhkəmə təcrübəsinə görə pis rəftar 3-cü maddənin əhatə dairəsinə düşmək üçün minimum şiddət həddinə çatmalıdır. Bu həddin qiymətləndirilməsi nisbidir və bu, rəftarın müddəti, onun fiziki və ya psixi təsiri, bəzi hallarda qurbanın cinsi, yaşı və ya sağlamlıq vəziyyəti kimi işin bütün xüsusiyyətlərindən asılıdır (Muršić Xorvatiyaya qarşı [BP], 2016, § 97). 6. Minimum şiddət həddinə çatıb-çatmamağı müəyyən edərkən Məhkəmə digər amilləri, xüsusən də aşağıdakıları nəzərə ala bilər: a) rəftarın məqsədi və onun arxasında dayanan niyyət və ya motiv (lakin qurbanı alçaltmaq və ya təhqir etmək niyyətinin olmaması Konvensiyanın 3-cü maddəsinin pozuntusunun aşkar edilməsini birmənalı olaraq istisna etmir); b) pis rəftarın tətbiq olunduğu kontekst, məsələn artan gərginlik və emosionallıq şəraiti və c) qurbanın həssas vəziyyətdə olubolmaması (Xlaifiya və başqaları İtaliyaya qarşı [BP], 2016, § 160). Məhkəmə şəxsin, xüsusilə də fərdi şəxslər tərəfindən minimum şiddət səviyyəsinə çatan pis rəftara məruz qalıb-qalmadığını qiymətləndirərkən, əhəmiyyətli təsiri ola biləcək hər bir amili nəzərə alır. Bütün bu amillər qurbanın məruz qaldığı rəftarın qəsdən törədilmiş əməlin nəticəsi olduğunu güman etməyə imkan verir. Bu səbəbdən təsadüf və ya ehtiyatsızlıqdan törədilmiş bədbəxt hadisə nəticəsində şəxsdə yaranan bədən xəsarəti və fiziki və ya psixi iztirablar, 3-cü maddə kontekstində şəxsin “məruz qaldığı” “rəftar”ın nəticəsi hesab edilə bilməz (Nicolae Virgiliu Tănase Rumıniyaya qarşı [BP], 2019, §§ 121 və 123). 8. Bununla belə, şəxs azadlıqdan məhrum edildikdə və ya ümumi olaraq, hüquqmühafizə orqanı əməkdaşları ilə üzləşdikdə, hüquq-mühafizə orqanı əməkdaşlarının həmin şəxsə qarşı insan ləyaqətini alçaldan istənilən hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edir (Bouyid Belçikaya qarşı [BP], 2015, §§ 100-101). Avropa İnsan Hüquqları Məhkəməsi xüsusən vurğulayır ki, sırf bu hallarda rəftarın “işgəncə” olduğu qənaətinə gəlib: ▪ ərizəçi polis nəzarətində olarkən dövlət agentləri onu etiraf almaq üçün tamamilə soyunduraraq, qolları arxada bağlanmış vəziyyətdə havada asılı saxlayıb (“Fələstin asqısı”) (Aksoy Türkiyəyə qarşı, 1996, § 64); ▪ ərizəçi həbsdə olarkən zorlanıb və bir sıra digər fiziki və psixoloji pis rəftara məruz qalıb (Aydın Türkiyəyə qarşı, 1997, §§ 83-87, həmçinin bax Maslova və Nalbandov Rusiyaya qarşı, 2008, § 108, burada ərizəçi dəfələrlə zorlanıb, habelə dindirmə zamanı bir sıra fiziki zorakılıq Konvensiyanın 3-cü maddəsi üzrə Təlimat – İşgəncənin qadağan edilməsi Avropa İnsan Hüquqları Məhkəməsi 8/43 Son yenilənmə: xx.xx.2023 aktlarına məruz qalıb, Zontul Yunanıstana qarşı, 2012, § 92,); ▪ ərizəçilər həbsdə olarkən etiraf almaq üçün bir neçə gün yuxudan məhrum edilib, “Fələstin asqısı” və “falakka”ya məruz qalıblar, üstlərinə su püskürdülüb və döyülüblər (Batı və başqaları Türkiyəyə qarşı, 2004, § 110 və §§ 122-124); ▪ aclıq edən ərizəçi tibbi zərurət olmadan əl qandallarından istifadə edilərək “ağız genəldən” və qida borusuna daxil edilmiş xüsusi rezin boru vasitəsilə, müqavimət göstərdiyi halda güc tətbiq etməklə zorla qidalandırılıb (Nevmerjitski Ukraynaya qarşı, 2005, § 98); ▪ ərizəçi məlumat əldə etmək və ya cəzalandırılmaq, yaxud da qorxudulmaq üçün zəmində saxlandığı müddətdə “fövqəladə verilmə” (ingiliscə bax: ‘extraordinary rendering’ - “şəxslərin normal hüquqi sistemdən kənar saxlanılması və dindirilməsi məqsədilə bir yurisdiksiyadan və ya dövlətdən işgəncə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın törədilməsinə dair real təhlükə olan digər ölkə və ya yurisdiksiyaya məhkəmədən kənar qaydada köçürülməsi”) çərçivəsində hər hansı tibbi göstəriş olmadan əlləri qandallanmaq, başına torba keçirilmək, zorla soyundurulmaq, məcburi süpozitor qəbul etdirilmək kimi kompleks və əvvəlcədən düşünülmüş tədbirlərə məruz qalıb (El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı, [BP], 2012, § 205) ▪ polis əməkdaşları tərəfindən şiddətli döyülmələr ərizəçilərin qohumunun ölümü ilə nəticələnib (Satıbalova və başqaları Rusiyaya qarşı, 2020, § 76; həmçinin bax: Lutsenko və Verbiski Ukraynaya qarşı, 2021, §§ 79-80, burada cənab Verbiski Maydan etirazları kontekstində polis tərəfindən işə götürülən qeyri-dövlət agentləri tərəfindən döyülərək öldürülüb). Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs onun 29 aprel 2022-ci il tarixdə saxladıqlarını, o vaxtan etibarən 06 gün saxladıqlarını, saxlanıldıqdan sonra şəxsən heç bir ifadə vermədiyini, həmin gün bölmədə saxlanıldıqdan sonra ona polis əməkdaşları tərəfindən döyuldüyünə görə təqdim olunan bütün sənədlərə imza etdiyini, ifadələrini də müstəntiqin özü yazdığını, ona ifadələrinə və başqa sənədlərə imza etmədiyini bildirmişdir. Lakin ifadəsində guya oğurluğu onun tərəfindən törədildiyini bildirmişdir. Amma o, nə şifahi və nə də yazılı olaraq belə bir ifadə verməmiş və bütün sonrakı ifadələrə imza atmamışdır. Beləlilklə, məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdən saat 18:00-dan, yəni 6 gündən artıq bir müddətdə polisin tam nəzarətinə keçərək tutulması və Polis Bölməsində müəyyən müddət saxlanılması rəsmiləşdirilməmiş, bununlar da onun hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş prosessual sübutlar - etirafedici ifadələri, həmin etirafedici ifadələrinə dair prosessual protokollar təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma zamanı və ondan qabaq təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasından əvvəl polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib dindirilmə aparılarkən və ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermiş və ifadələri əks edən prosessual protokollara imza atmışdır.Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, nəhayət, döyülmüş və xəsarətləri almış halda həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələrilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs Əvəz oğlu ilk andan və davamlı olaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrilə verilən ittiham üzrə özünü təqsirli bilməmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsi polisin onun üstünə oğruluqda bütün epizodların törədilməsi ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 177.2.2 vvə 177.2.3ciümaddəsləriüzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən hər epizodla bağlı verilmiş etirafedici izahatlar, sonradan şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokollarda əks olunmuş ifadələr müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədəqorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin izahatlarından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda təqsirləndirilən şəxsin həm təhqiqatçılara, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs “etirafedici ifadələri” ilə bağlı verdiyi izahlar ağlabatandır, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçılar və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. İlk izahatlardan görünür ki, Təqsirləndirilən şəxs dindirilərkən, onun prosessual vəziyyəti müəyyən edilmədən, müdafiəçi ilə təmin olunmadan, özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış bi ifadə alınır və həmin hal 4 dəfə təkrarlanmışdır. Hər epizodla əlaqədar alınmış izahatdan sonra Təqsirləndirilən şəxs prosessual vəziyyəti müəyyən olunmamış, müdafiəçi ilə təyin edilməmiş, həmin izahatların sonunda ikisində tarix qeyd edilmiş, ikisində ümumiyyətlə qeyd olunmamış və bununla da məhkəmə həmin izahatların nə vaxt, hansı tarixlərdə və hansı prosessual vəziyyətdə (prosessual hüquqları (müdafiəçi ilə təmin olunmaq və digər, təmin edilmiş şəkildə və yaxud yox) alınması müəyyən etmək qeyri-mümkün hesab olunur. Şübhəli şəxs qismində dindirilməsinə dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərək, onun özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış, Təqsirləndirilən şəxs həmin protokolu imza etməkdən imtina etmişdir. Sonradan material istntaq aidiyyəti üzə göndərildikdən sonra 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində dindirilərək, və onun təhqiqat zamanı yazılmış etirafedici məzmunda ifadəsi eynilə sözbəsöz təkrarlanaraq, daha doğrusu “Şübhəli şəxs qismində dindirilməsi haqqında” protokolundan “təqsirləndirilən şəxs qismində dinirilməsi” haqqında protokoluna köçürülərək yenidən şəxsin öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmışdır. Təqsirləndirilən şəxs bu protokola imza etməkdə imtinta etmişdir. Artıq təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdimata münasibət bildirməklə, əslində polis əməkdaşları onu döyərək faktları boynuna almasına məcbur etmiş,ilk ifadələrin ona fiziki işgəncə, o cümlədən döyülmə nəticəsində xəsarətlər yetirməklə, fiziki təzyiq altına verilməsi və fiziki təzyiq altında imzalanması göstərmişdir. Həmçinin qeyd olunmalıdır ki, cinayət işinin materiallarına nəzərdə keçirirərkən müəyyən olunru ki, Təqsirləndirilən şəxs bütün prosessual sənədlərə qol çəkməkdən imtina etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq ittiham aktında Təqsirləndirilən şəxs özünün Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsinə istinad etmiş, onun istintaqın sonrakı gedişatında, xüsusən də Suraxanı Rayon Prokuroluğu tərəfindən aparılan Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlərin araşdırılması zamanı verdiyi ifadələrinə diqqət yetirməməklə, bütün sonrakı prosessual sənədlərə imza atılmamasına ümumiyyətlə qiymət verməmiş və hansı səbəbdən onun sırf ilkin ifadəsinə istinad etdiyini əsaslandırmamışdır. Belə ki, həmin hallar - xəsarətlərin olması barədə məhkəmə iclasında təqsirləndirilən şəxsin verdiyi ifadəsi həbs seçilməsinə dair təqdimata məhkəmə nəzarəti qaydasında materiala baxan məhkəmə tərəfindən təqsirləndirilən şəxsdə aşkar olunan xəsarətlərlə bağlı araşdırma aparılmasının təmin edlməsi məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat göndərilmişdir. Məhkəmədə aşkar olunan hallardan sonra və döyülmə faktı ilə araşdırılması üçün prokurorluğa məlumat verildikdən sonra Təqsirləndirilən şəxs prokurorluq tərəfindən araşdırma zamanı yenidən dindirilir və o, öz ifadəsində bildirir ki, uzun müddət ki, 29 aprel 2022-ci il taixdə Suraxanı Rayonu, Binə qəsəbəsi ərazəsində saxlanılaraq 30-cu PŞ-nə gətirilmiş, Orada onu oğurlu qetməkdə təqsirləndiriblər. O oğurluq etmədiyiinibildirdikdə, onu 06 ügn şöbədə salayıb işgəncələr verdilər. O daha sonra işcəngəyə dözməyi bsənədəər əqol çkəmişdir. Daha sonra onu Suraxanı RPİ-nə apardılar. İdarəyə o, 04 may tarixində aparılmış, Ona işgəncə verildiyi üçün məcbur olub sənədlərə imza çəkmişdir. Polis əməkdaşları tərəfindən döyülmüş, birinin adınEmin idi. Cinayət işin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılıdığı zamanı verilmiş ifadəsindən sonra müstəntiq həmin ifadəsini nəzərə almadan iş üzrə təqsirləndirilən şəxsi yenidən dindirərkən, əvvəlki ifadəsini yenidən sözbəsöz təkrarlayaraq, protokolda əks etdirir və araşdırma zamanı dindirilmiş əməkdaşı X15 ilə üzləşdirmə aparmamış, həmin ifadəsini yoxlamamışdır. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs polis bölməsində verdiyi ilkin izahat və ifadələrində oğurluq hadisələrin tərəfindən törədilməsinin etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə sadalanan həmin ifadələrin hər birinin digəri uyğun olmamaqla ziddiyyət təşkil etdiyini, müstəntiq tərəfindən həmin ifadələrdəki xüsusatların dəqiqləşdirilməsi üçün təqsirləndirilən şəxsə heç bir sualın verilməməsi, məhkəməyə təqdim edilmiş prosessual sənədlərin formal tərtib olunmasını nəzərə alaraq təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətə məhkəmə nəzarəti qaydasında baxılan zaman verilmiş ifadəsini, Suraxanı Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı verilmiş ifadəsini və məhkəmə istintaqı zamanı verilmiş ifadəni inandırcı və real hesab edir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur, (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bi üstü hüquq malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin X5, Zərərçəkmiş şəxs2, X11, Zərərçəkmiş şəxs4 ifadələri olmuşdur. Halbuki, zərərçəkmiş şəxs X6 ifadəsindən görünür ki, o ifadəsində əmlakının oğurlanması faktını göstərərək təsdiq etsə də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini görməmişdir, Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin, təhqiqatçı və Zərərçəkmiş şəxs3 çarpaz dindirilməsi zamanı Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ümumiyyətlə Polis Bölməsinə oğurluq hadisəsi ilə əlaqədar müraciət edərək, oğlurluğun Murad Muradxanov tərəfindən törədilməsini göstərmişdir və onun tutulması barədə qanuni tədbirləri görülməsini xahiş etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs qarşı hər hansı ittihamedici ifadələrini verilməsi ilə əlaqədar ona təzyiqlər edilirdi (zənglər və sair formada, ifadəsi məhkəmə iclas protokollarında əks edilmişir) . Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxsin cinayəti törətmiş şəxsi görməməsi tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlakından məhrum edilmiş zərərçəkmiş şəxsin mənafeyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxsin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onun əmlakını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Məhkəmə yenə də qeyd edir ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs ona məxsus əmlakın oğurlanması ilə bağlı polis orqanına müracət etdiyini təsdiq etsə də, oğurluğun kim tərəfindən törədildiyini bilmədiyini, Xanların ümumiyyətlə göstərmədiyini bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadə sadəcə ona məxsus əmlakın oğurlanması faktını təsdiq etməklə ifadədə göstərilmiş bir xüsusat belə oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə imkan verməmişdir. Belə olan halda zərərçəkmiş şəxsin ifadəsini əməlin Təqsirləndirilən şəxs törədilməsini sübut edən fakt kimi qəbul edilməsi yolverilməzdir. İstintaq orqanının istinad etdiyi ifadənin yerində yoxlanılması haqqında protokolla bağlı məhkəmə qeyd edir ki, nə qədər ki, məhkəmə təqsirləndirilən şəxsin istintaq dövründə verdiyi ifadəsini inandırıcı hesab etmir, belə olan halda yuxarıda adıçəkilən protokolun sübut kimi qəbul edilməsi qeyri-mümkündür. Eyni zamanda ifadənin yerində yoxlanması haqqında protokola dair foto şəkillər silinmiş və bununlada həmin istintaq hərəkətinin aparılmasının yeganə sübutu cinayət işinin materiallarına əlavə edilməmiş və həmin nöqsan müstəntiq tərəfindən aradan qaldırılmamışdır. İstintaq orqanın istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokoludur ki, məhkəmə qeyd edir ki, həmin protokol özü-özlüyündə hadisə barədə zərərçəkmiş şəxs tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəddir. Hadisə yerinə baxış protokoluna hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Bununla yanaşı, hadisə yerinə baxış keçirilməsi ilə bağlı məhkəmənin diqqətini çəkən məqam ondan ibarətdir ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Suraxanı rayonu, binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz ünvanının fərdi yaşayış evinin olması müəyyən edilmiş, hadisə yerindən heç bir maddi sübut və yaxud kamera görüntüsü aşkar edilməmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz ünvanının fərdi yaşayış evinin olması müəyyən edilmiş, hadisə yerindən heç bir maddi sübut və yaxud kamera görüntüsü aşkar edilməmişdir. Eyni ilə də Zərərçəkmiş şəxs4 müraciət əsasında “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 aprel 2022-ci il tarixli protokola əsasən göstərdiyi Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu olan hadisə yerində, və yaxud Füzuli Budaqovun müraciəti əsasında “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan heç bir maddi sübut və yaxud kamera görüntüsü aşkar edilməmişdir. Göründüyü kimi heç bir əl-barmaq izi və ya hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən başqa bir maddi sübut tapılmadan bu protokolu Təqsirləndirilən şəxs təqsirini sübut edən sənəd kimi qəbul edilməsi qeyri-mümkündür. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1 -ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalarhüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin birbirindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunlamüəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır, təqsirli bilinməsi üçün mümkünlük, mötəbərlik və mənsubiyyət kateqoriyaların o yuxarı hədd dərəcəsinə gəlməlidir ki, bu barədə olan həqiqət obyektiv və absolyut olsun. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunmasıanlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin 350.1 ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; X26 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya, həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi isə yalnız sübutlar vasitəsi ilə və onların qanunun tələblərini və vicdanını rəhbər tutan hakim tərəfindən qiymətləndirilməsi yolu ilə mümkündür. Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan, hazırki iş üzrə həqiqəti müəyyən edərək ədaləti bərqərar edən məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İttiham aktında qeyd olunan 20 aprel 2022-ci tarixdə zərərçəkmiş şəxs X5 yarımtikilidə baş vermiş oğurluq, 24 aprel 2022-ci tarixdə Zərərçəkmiş şəxs2 evinin həyətində baş vermiş oğlurluq, 21 aprel 2022-ci tarixdə Zərərçəkmiş şəxs4 həyətində baş vermiş oğurluq, 30 aprel 2022-ci tarixdə Zərərçəkmiş şəxs2 evinin həyətində baş vermiş oğlurluq hadisələrin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, həmin oğurluq hadisələrin kim tərəfindən, nə məqsədlə törədilməsi faktı müəyyən olunmamış qalır. Məhkəmə hesab edir ki, göstərilən faktlarının araşdırılması və ona hüquqi qiymət verilməsi üçün Bakı şəhər Suraxanı rayon prokurorluğuna məlumat göndərilməlidir. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56, 59 və 60-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 50 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1103/2024 saylı, 01 aprel 2024-cü il il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. İbtidai istinaqı aparan müstəntiq və təhqiqatçılar barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. İş üzrə maddi sübut - 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 50 manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar