Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-12/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1978-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan olan, faktiki ünvan 2 ünvanında yaşayan, 16 – 17 iyun 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Şamaxı-İsmayıllı yolunda 1.500.000 metr kub torpağın qaz işlərinin aparılmasına təşkil edəcəyinə dair yalan vədlər verərək aldadıb 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşən ofisdə 10.000 manat, bir gün sonra Şamaxı yolunda 1.500 manat və 13 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Nanəli” adlı kafedə 20000 manat pulu vahid niyyətlə alıb ələ keçirərək verdiyi vədlərə əməl etməmiş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ümumilikdə 10.000 manat maddi ziyan, X2 ümumilikdə 10.000 manat maddi ziyan, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 11.500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən "xxxx" MMC-ni təsis edərək tikinti işləri ilə məşğul olmuşdur. Bu işdə artıq bir qədər təcrübəli olduğundan eyni işi görən müxtəlif şirkətlərlə əlaqəli şəkildə işləmişlər. Belə ki, hər hansı bir şirkət dövlət və ya qeyri-dövlət lahiyyələrindən birini qəbul etdikdə artıq onların bir-birindən məlumatı olmuş və olar bir-birinə müəyyən işlər vermişlər. Həmin işlər şirkətlər arasında bağlanmış müqavilələrdə nəzərə tutulmuş şərtlər çərçivəsində həyata keçirilmişdir. Zərərçəkmiş şəxs1 2022-ci ilin avqust ayında tanımış, onu Zərərçəkmiş şəxs1 ilə “İlqar” adlı ümumi tanışı tanış etmişdir. Belə ki, o, "xxxx" ASC tərəfindən Şamaxı- İsmayıllı yolunda tikinti işlərinin görülməsi lahiyəsini qəbul edildiyini bildiyindən və həmin işin bir hissəsinin ona həvalə ediləcəyinə əmin olaraq həmin işi Zərərçəkmiş şəxs1 vermək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 ilə görüş zamanı izah etmişdir ki, qeyd edilən yolda təqribən 500.000 metr kub torpaq qazılaraq təqribən 2 kilometr yaxınlıqdaki əraziyə aparılacaqdır, bunun müqabilində hər kub metrə 2.2 manat pul ödəniləcəkdir. Həmçinin həmin ərazidə işləyən texnikaların yanacaqlarının da "xxxx" ASC tərəfindən veriləcəyini demişdir. Bu işin ona verilməsi üçün ümumilikdə 31.000 manata razılaşmışlar. Belə ki, həmin puldan 10.000 manatı Zərərçəkmiş şəxs1 ona elə ilk görüşdə işlədiyi Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşən ofisdə İlqarın iştirakı ilə vermişdir. Bundan bir gün sonra Zərərçəkmiş şəxs1 və İlqarla birlikdə işlərin görüləcəyi ərazini görsətmək üçün İlqar, o və Zərərçəkmiş şəxs1 Şamaxı-İsmayıllı yolunda görüşmüşlər. O, Zərərçəkmiş şəxs1 həmin ərazini göstərmişdir. Həmin görüş zamanı Zərərçəkmiş şəxs1 ona daha 1.000 manat pul vermişdir. Bundan sonra artıq Zərərçəkmiş şəxs1 işləməyə başlamışdır. Son olaraq isə Zərərçəkmiş şəxs1 ona 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 20.000 manat nəğd pulu vermişdir. Sonradan şirkət tərəfindən yanacağın verilmədiyinə görə narazılığını bildirmiş və ona işləməyəcəyini bildirərək pulunun geri qaytarılmasını tələb etmişdir. Lakin o, maraqlandıqda öyrənmişdir ki, Zərərçəkmiş şəxs1 həmin ərazidə işləmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pulun ödənilməsini düşünmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddianı qəbul etməmiş və rədd olunmasını məhkəmədən xahiş etmişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etmişdir: “təqribən 2013-cü ildən etibarən “Hovo” markalı yük daşıyan və özü yükboşaldan texnikanı alaraq həmin texnika ilə tikinti olan ərazilərdə torpaq və digər yükləri daşıyıb halal pulunu qazanmışdır. Zərərçəkmiş şəxs1 çoxdan tanımış, ancaq 2013cü ildən etibarən qısa vaxt aralıqlarını çıxmaq şərti ilə demək olar ki, mütəmadi olaraq birlikdə çalışmışlar. Belə ki, Zərərçəkmiş şəxs1 rəhbəri olduğu MMC olmuşdur. Zərərçəkmiş şəxs1 həmin MMC ilə digər şirkətlərlə müqavilələr imzalamış və müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində işlər görmüşdür. Zərərçəkmiş şəxs1 iş görən zaman torpaq və digər yükləri daşımaq üçün texnikalar tələb olunduqda ona və kəndçisi olan Həsənə müraciət etmişdir. Onlar yük daşıyan və özü boşaldan texnikalar ilə həmin əraziyə cəlb olunaraq oradakı işləri görmüşlər. Sonda isə Zərərçəkmiş şəxs1 onlara gördükləri işin müqabilində qazandıqları pulu ödəmişdir. 2022-ci ilin sentyabr ayında Akif ona və Həsənə iş olduğunu bildirmiş, ancaq işi götürmək üçün pul lazım olduğunu əlavə etmişdir. Onlar məsələ ilə daha yaxından maraqlandıqda öyrənmişlər ki, Təqsirləndirilən şəxs adlı şəxs Şamaxı-İsmayıllı yolunda iş götürmüş və həmin ərazidə bəzi işlərin onlar tərəfindən görülməsi üçün Akifə təklif irəli sürmüşdür. Belə ki, təklifə əsasən qeyd edilən ərazidə 1.500.000 kub metr ərazidə torpağın qazılması və təqribən 2 kilometr aralıqda olan əraziyə daşınması onlar tərəfindən həyata keçirilməli olmuşdur. Həmin işlərin görülməsi zamanı texnikaların istifadə edəcəyi yanacaqda (dizel) Qurban tərəfindən təmin edilməli olmuşdur. Bu işin müqabilində hər kub metrə 2.2 azn olmaqla ümumilikdə 1.500.000 kub metrə 3.300.000 manat almalı olmuşlar. Həmin işin böyük bir hissəsinin Akif tərəfindən görüləcək olduğundan Akif, o və Həsən sonda ədalətli bir şəkildə pulun bölgüsünü etməli olmuşlar. Ancaq həmin işin onlara verilməsi üçün Qurban Akifdən 31500 manat pul istəmişdir. Akif isə özündə o qədər pulun olmadığından məsələdən onları da xəbərdar edərək istədikləri təqdirdə onları da özünə şərik edəcəyini demiş, lakin bunun üçün özündə pul olmadığından hərəsindən 10.000 manat pul qoymalı olduqların demişdir. O və Həsən məsələdən qazanc əldə edəcəklərini düşünərək Akiflə razılaşmışlar. Belə ki, razılaşmaya əsasən Akif 13 oktyabr 2022-ci il tarixdə Qurbanla görüşməli olmuşdur. Onlar Akifə verdikləri puldan Qurbana verəcək olduğundan o və X13 Hövsan qəsəbəsində görüşməsini təklif etmiş, Akif də razılaşaraq Qurbanı Hövsan qəsəbəsinə çağırmışdır. 13 oktyabr 2022-ci il tarixdə saat təqribən 19:00 radələrində o, Həsən və Akif ilə Hövsan qəsəbəsində yerləşən “Nanəli” kafesində görüşmüşlər. Görüş zamanı kafedə oturub çay sifariş etdikdən sonra özünə və Həsənə məxsus olan 20.000 manatı paketin içərisində Akifə vermişdir. Bir qədər sonra Akif Qurbanın gəldiyini bildirərək oturduqları masadan qalxmış və Qurbanı qarşılamaq üçün küçəyə çıxmışdır. Az sonra Akif Qurbanla birlikdə kafeyə daxil olmuşlar və kafedə onların oturduğu masanın yanında oturaraq yemək sifariş etmişlər. Bir qədər söhbət etdikdən sonra Akif onların verdiyi içərisində 20.000 manat olan paketi Qurbana vermişdir. Bir qədər də oturduqdan sonra Akiflə Qurban durmuşlar və Akif Qurbanı yola salaraq onların yanına gəlmiş, sabahdan işə başlaya biləcəklərini demişdir. Beləliklə 1-2 gün texnikaları müayinə etdikdən sonra 16 oktyabr 2022-ci il tarixə Şamaxı- İsmayılı yoluna yaxın əraziyə gedərək məskunlaşmışlar ki, səhər tezdən işə başlasınlar. 17 oktyabr 2022-ci il tarixdə səhər təqribən 08:00 radələrində qeyd olunan əraziyə çıxaraq işləmək istəmişlər. Lakin bu zaman yaxınlıqda eyni işi görən şəxslərdən bir nəfər şəxs onlara yaxınlaşraq nə etmək istədiklərini soruşmuşdur. Bu zaman Akif həmin şəxsə həmin ərazidə nəzərdə tutulmuş qazıntı işlərinin onlara həvalə edildiyini demişdir. Həmin şəxs həmin ərazidə nəzərdə tutulmuş işlərin "xxxx" ASC-nə aid olduğunu və onlara ərazini tərk etməyi demişdir. Akif nə baş verməsini öyrənmək üçün qurbana zəng etmiş, Lakin Qurban anlaşılmazlığın olduğunu bildirərək özünün 2-3 günə qeyd olunan əraziyə gələrək məsələni yoluna qoyacağını bildirmişdir. Bu zaman onlar yaxınlıqda tutduqları yerə qayıtmış və gözləmişlər. Akif isə şəhərə qayıtmışdır. 3 gün orada gözlədikdən sonra Akif onlara zəng edərək aldadıqlarını demişdir. Bundan sonra onlar Bakıya qayıtmışlar. Bu müddət ərzində Qurban dəfələrlə pulu verəcəyini bildirsə də verdiyi vədlərə əməl etməmişdir. 27 oktyabr 2022-ci il tarixdə o, Həsən və Akiflə birlikdə Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı Qurbanın ofisinə getmişlər. Ofisdə Qurbanla görüşüb söhbət etmişlər və pulu qaytarmasını tələb etmişlər. Söhbət zamanı Akif Qurbana ona və Həsənə aid olan pulu dərhal verməsini, çünki onların ikisinin çətin vəziyyətdə qaldıqlarını, özünə aid olan 11500 manatı isə biraz sonra verməsini demişdir. Qurban bununla razılaşmış və 05 noyabr 2022-ci il tarixə onların 20.000 manat pulunu qaytaracağını demişdir. Onlar ayın 5-nə kimi gözləmişlər. O, səhhəti ilə əlaqədar əməliyyat keçirtdiyindən Qurbanla görüşə gedə bilməmişdir. 05 noyabr 2022-ci il tarixdə Akif Qurbanla görüşərək pulu istəsə, Qurban müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırtmışdır. Bundan sonra bir neçə dəfə Qurban Akiflə görüşsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək onlara məxsus olan pulu qaytarmaqdan boyun qaçırtmışdır. Baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs ona 10.000 manat maddi ziyan vuraraq dələduzluq etmişdir”. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onar sürücü olmuş, şirkətdə iş olmuş, müqavilə bağlayaraq maşın götürüb işləmişlər. Qurbanı İlqar adlı şəxs Akiflə tanış etmişdir. O, Qurbanı tanımamış, Akif ona demişdir iş var, bildirmişdir ki ,Qurbanın şirkəti var. Akif kafedə demişdir ki, hərəsinə 10000 manat pul lazım, demişdir ki, iş verir, işin müqabilində pul vermişlər. Qurban Akiflə söhbət etmişdir. Dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. O, Qurbanla görüşməmiş, Akiflə görüşmüş, pulu Akifə vermişdir. Qurban kafedə onların yanına gəlməmiş, Akiflə başqa stolda oturmuşdur. Onar muğanlıda işdən çıxardandan sonra işləmişlər. “Nanəli” kafesində Akif pulu Qurbana vermiş, onlar oradan Şamaxı yolunda işləməyə getmişlər. Qurban onlarla söhbət etməmiş, vəd verməmiş, həmişə Akif söhbətdə olmuşdur. Qurbanın verdiyi sənəd düzgün sənəd olmamışdır. Qurban onların stolda oturmamış, Akif Qurbanı qarşılayıb digər stolda oturmuşar. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir: “təqribən 2012-ci ildən etibarən “Hovo” markalı yük daşıyan və özü yükboşaldan texnikanı alaraq həmin texnika ilə tikinti olan ərazilərdə torpaq və digər yükləri daşıyıb halal pulunu qazanmışdır. Zərərçəkmiş şəxs1 cavanlıqdan tanımış, ancaq 2012-ci ildən etibarən qısa vaxt aralıqlarını çıxmaq şərti ilə demək olar ki, mütəmadi olaraq birlikdə çalışmışlar. Belə ki, Zərərçəkmiş şəxs1 rəhbəri olduğu MMC mövcud olmuşdur. Zərərçəkmiş şəxs1 həmin MMC ilə digər şirkətlər ilə müqavilələr imzalamış və müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində işlər görmüşdür. Zərərçəkmiş şəxs1 iş görən zaman torpaq və digər yükləri daşımaq üçün texnikalar tələb olunduqda ona və yerlisi olan Zərərçəkmiş şəxs3 müraciət etmişdir. Onlar özlərində olan yük daşıyan və özü boşaldan texnikalar ilə həmin əraziyə cəlb olunaraq oradakı işləri görmüşlər. Sonda isə Zərərçəkmiş şəxs1 görülən işin müqabilində onlara qazandığı pulu ödəmişdir. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ona və Zərərçəkmiş şəxs3 iş olduğunu bildirmiş, ancaq işi götürmək üçün pul lazım olduğunu əlavə etmişdir. Onlar məsələ ilə daha yaxından maraqlandıqda öyrənmişlər ki, Təqsirləndirilən şəxs adlı şəxs Şamaxı-İsmayıllı yolunda iş götürmüş və həmin ərazidə bəzi işlərin onlar tərəfindən görülməsi üçün Zərərçəkmiş şəxs1 təklif irəli sürmüşdür. Belə ki, təklifə əsasən qeyd edilən ərazidə 1.500.000 kub metr ərazidə torpağın qazılması və təqribən 2 kilometr aralıqda olan əraziyə daşınması onlar tərəfindən həyata keçirilməli olmuşdur. Həmin işlərin görülməsi zamanı texnikaların istifadə edəcəyi yanacaq da (dizel) Qurban tərəfindən təmin edilməli olmuşdur. Bu işin müqabilində hər kub metrə 2.2 manat olmaqla ümumilikdə 1.500.000 kub metrə 3.300.000 manat almalı olmuşlar. Həmin işin böyük bir hissəsinin Zərərçəkmiş şəxs1 tərəfindən görüləcək olduğundan Akif, o və Həsən sonda ədalətli bir şəkildə pulun bölgüsünü etməli olmuşlar. Ancaq həmin işin onlara verilməsi üçün Qurban Akifdən 31.500 manat pul istəmişdir. Akif isə özündə o qədər pulun olmadığından məsələdən onları da xəbərdar edərək istədikləri təqdirdə onları da özünə şərik edəcəyini demiş, lakin bunun üçün özündə pul olmadığından hərəsindən 10.000 manat pul qoymalı olduqların demişdir. O və Həsən məsələdən qazanc əldə edəcəklərini düşünərək Akiflə razılaşmışlar. Belə ki, razılaşmaya əsasən Akif xx.xx.2022-ci il tarixdə Qurbanla görüşməli olmuşdur. Onlar Akifə verdikləri pulları Qurbana verəcək olduğundan o və X13 Hövsan qəsəbəsində görüşməsini təklif etmiş, Akif də razılaşaraq Qurbanı Hövsan qəsəbəsinə çağırmışdır. xx.xx.2022-ci il tarixdə saat təqribən 19:00 radələrində o, Həsən və Akif ilə Hövsan qəsəbəsində yerləşən “Nanəli” kafedə görüşmüşlər. Görüş zamanı kafedə oturub çay sifariş etdikdən sonra özünə və Həsənə məxsus olan 20.000 manatı paketin içərisində Akifə vermişdir. Bir qədər sonra Akif Qurbanın gəldiyini bildirərək oturduqları masadan qalxmış və Qurbanı qarşılamaq üçün küçəyə çıxmışdır. Az sonra Akif Qurbanla birlikdə kafeyə daxil olmuşlar və kafedə onların oturduğu masanın yanında oturaraq yemək sifariş etmişlər. Bir qədər söhbət etdikdən sonra Akif onların verdiyi içərisində 20.000 manat olan paketi Qurbana vermişdir. Bir qədər də oturduqdan sonra Akiflə Qurban durmuşlar və Akif Qurbanı yola salaraq onların yanına gəlmiş, sabahdan işə başlaya biləcəklərini demişdir. Beləliklə 1-2 gün texnikaları müayinə etdikdən sonra xx.xx.2022-ci il tarixə Şamaxı-İsmayılı yoluna yaxın əraziyə gedərək məskunlaşmışlar ki, səhər tezdən işə başlasınlar. xx.xx.2022-ci il tarixdə səhər təqribən 08:00 radələrində qeyd olunan əraziyə çıxaraq işləmək istəmişlər. Lakin bu zaman yaxınlıqda eyni işi görən şəxslərdən bir nəfər şəxs onlara yaxınlaşaraq nə etmək istədiklərini soruşmuşdur. Bu zaman Akif həmin şəxsə həmin ərazidə nəzərdə tutulmuş qazıntı işlərinin onlara həvalə edildiyini demişdir. Bu zaman həmin şəxs həmin ərazidə nəzərdə tutulmuş işlərin "xxxx" ASC-nə aid olduğunu və onlara ərazini tərk etməyi demişdir. Akif nə baş verməsini öyrənmək üçün Qurbana zəng etmiş, lakin Qurban anlaşılmazlığın olduğunu bildirərək özünün 2-3 günə qeyd olunan əraziyə gələrək məsələni yoluna qoyacağını bildirmişdir. Bu zaman onlar yaxınlıqda tutduqları yerə qayıtmış və gözləmişlər. Akif isə şəhərə qayıtmışdır. 3 gün orada gözlədikdən sonra Akif onlara zəng edərək aldadıqlarını demişdir. Bundan sonra onlar Bakıya qayıtmışlar. Bu müddət ərzində Qurban dəfələrlə pulu verəcəyini bildirsə də verdiyi vədlərə əməl etməmişdir. xx.xx.2022- tarixdə o, Elşan və Akiflə birlikdə Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı Qurbanın ofisinə getmişlər. Ofisdə Qurbanla görüşüb söhbət etmişlər və pulu qaytarmasını tələb etmişlər. Söhbət zamanı Akif Qurbana ona və Həsənə aid olan pulu dərhal verməsini, çünki onların ikisinin çətin vəziyyətdə qaldıqlarını, özünə aid olan 11500 manatı isə biraz sonra verməsini demişdir. Qurban bununla razılaşmış və xx.xx.2022-ci il tarixə onların 20000 manat pulunu qaytaracağını demişdir. Onlar ayın 5-nə kimi gözləmişlər. xx.xx.2022-ci il tarixdə Akif Qurbanla görüşərək pulu istəsə Qurban müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırtmışdır. Bundan sonra bir neçə dəfə Qurban Akiflə görüşsə də hər dəfə müxtəlif bəhanələr gətirərək onlara məxsus olan pulu qaytarmaqdan boyun qaçırtmışdır. Baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs ona 10.000 manat maddi ziyan vuraraq dələduzluq etmişdir”. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Nanəli” kafesində görüşmüşlər, pulu Akif Qurbana vermişdir. X15 gəlməmişdən qabaq vermiş, 20000 manat pul vermişlər. Qurbanla Akifin arasındakı söhbəti eşitməmişdir. Ziyan ödənilməmiş, tələb edir, şikayətçidir. O, pulu Akifə vermiş, Qurbana pul verməmiş, Qurban ona heç bir vəd verməmişdir. İbtidai istintaq zaman zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etmişdir: “2002-ci ildən tikinti-qazıntı işləri ilə məşğuldur. İlkin olaraq "xxxx" MMC-ni təsis edərək qeyd etdiyi işlərlə məşğul olmuş, 2002-ci ildən 2014-cü ilədək "xxxx" MMC-ni işlətmiş, 2014-cü ildən bugünədək isə "xxxx" MMC-yə rəhbərlik etmişdir. "xxxx" MMC-ni 2007-2008-ci illərdə təsis etmişdir. Lakin həmin şirkətlə 2014-cü ildən işlər götürüb işləməyə başlamışdır. 2002-ci ildən bugünədək işlərini şərəflə və vicdanla yerinə yetirib halal zəhməti ilə pul qazanmışdır. Bu müddət ərzinə xırda anlaşılmazlıqları kənara qoysa, nə müqavilə bağlayaraq işlədiyi şirkətlər, nə dövlət qurumları, nə də ki, şirkətində çalışan işçilərlə mübahisəsi olmamışdır. Ancaq şikayətçisi olduğu fakt üzrə Təqsirləndirilən şəxs adında şəxs ona qarşı dələduzluq edərək ona və tanışları olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 maddi ziyan vurmuşdur. Belə ki, 2022-ci ilin sentyabr ayında tanışı olan İlqar adlı şəxs Şamaxı-İsmayıllı yolunda qazıntı işlərinin olmasını, ancaq qabaqcadan pul verilməli olduğunu bildirmişdir. Bu zaman o, bu işdə gəlir əldə edəcəyini düşünərək məsələ ilə daha yaxından maraqlanmışdır. Həmin vaxt o, Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə İlqarla görüşmüşdür. Bundan sonra isə onlar birlikdə Binəqədi rayonunda yerləşən “Yeganə Şadlıq” sarayının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs ofisinə getmişlər. Həmin ofis hündürmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs özünün şirkətinin olduğunu və işlər qəbul etdiyini bildirmişdir. Həmin qəbul etdiyi işləri isə suppotrat şirkətlərə verdiyini demişdir. Qurbanın ona təklifi bundan ondan ibarət olmuşdur ki, Şamaxı-İsmayıllı yolunun qazma işlərinin ona həvalə olunduğunu və həmin qazma işlərinin bir hissəsini ona verə biləcəyini demişdir. Belə ki, Qurbanla danışıqlardan sonra ortaq qərara gəlmişlər ki, İsmayıllı-Şamaxı yolunun müəyyən hissəsində 1.500.000 metr kub torpağın qazılmasını onun idarə etdiyi şirkətlə müqavilə bağlayaraq ona verməli, qarşılığında isə o, Qurbana 31500 manat pul verməli olmuşdur. Elə həmin görüş əsnasında Qurban ona pul verilməli olduğunu bildirmişdir. Bu zaman o, üzərində götürdüyü 10.000 manat nağd pulu İlqarında iştirakı ilə Qurbana vermişdir. Bundan bir gün sonra razılaşmaya əsasən Qurban ona qazıntı işlərini həvalə edəcəyi ərazini görsətməli olmuşdur. Belə də olmuş və onlar Qurbanla bir gün sonra Şamaxı yolunda görüşmüş, Qurban ona qazıntı işlərinin onun tərəfindən aparılacağı ərazini göstərmişdir. Həmin gün o, Qurbana 1500 manat pul vermişdir. Həmin vaxt bir daha yerdə qalan 20000 manatı da Qurbana verməyi, Qurbanın isə vəd etdiyi ərazidə qazıntı işlərini ona həvalə edəcəyi barədə razılaşmışlar. Beləliklə razılaşmaya əsasən, 13 oktyabr 2022-ci il tarixdə axşam saat 20:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Nanəli” adlı kafedə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Qurban gələnədək o, şərikləri olan Həsən və Elşan ilə oturmuşlar. Belə ki, Həsən və Elşanın də texnikaları olmuş, sonuncular da həmin texnikanı özləri idarə etmişlər. O isə Qurbanla razılaşdığı 31500 manatı tək ödəyə bilməyəcəyindən Elşan və Həsəni də özünə şərik qoşmuşdur. Onların hər biri 10.000 manat vermiş, yerdə qalan 11500 manat isə onun üzərinə düşmüşdür. O, 11500 manatı artıq ödədiyindən yerdə qalan 20.000 manatı Həsən və Elşan tərəfindən ödənilməli olduğundan onlar Qurbana verilməsi üçün həmin 20.000 manatı nağd şəkildə ona vermişlər. Qurbanın kafeyə çatdığını bildikdə o, Elşan və Həsənlə birlikdə oturduğu masadan qalxaraq Qurbanı qarşılamış və Qurbanla ikisi Həsəngilin oturduğu masanın yanındakı masada oturmuşlar. 20.000 manat nağd şəkildə Həsən və Elşan tərəfindən ona verildiyindən elə verildiyi qaydada həmin 20000 manat pulu Qurbana vermişdir. Qurban səhəri gün artıq işə başlaya biləcəklərini demişdir. Bu zaman o, Qurbandan müqavilə barədə soruşduqda Qurban 2-3 günə özünün müqaviləni hazırlayaraq Şamaxı-İsmayıllı yolunda onlar tərəfindən qazıntı aparılan əraziyə gətirəcəyini bildirmişdir. Həmçinin razılaşmaya əsasən onlar həmin ərazidə istifadə edəcəkləri dizel Qurban tərəfindən təmin olunmalı olmuşdur. Qurbana inanaraq səhər özünün sərəncamında olan texnikaları, həmçinin Həsən və Elşan özlərinə məxsus olan torpaq daşımaq üçün nəzərdə tutulmuş texnikalarını qeyd edilən əraziyə cəlb etmişlər. Həmin əraziyə çataraq işə başlamaq istədikdə onlara verilmiş əraziyə qonşu olan ərazidə işləyən məsul şəxslərdən biri onlara yaxınlaşaraq nə etdiklərini soruşmuşdur. Bu zaman ohəmin şəxsə həmin ərazinin qazılmasının onlara həvalə edildiyini bildirmişdir. Lakin bu zaman həmin şəxs həmin ərazilərdə aparılacaq qazıntı-tikinti işlərinin onun da işçisi olduğu "xxxx" ASC-nə təhvil verildiyini və şirkətdən həmin şəxsə onların orada işləməkləri barədə hər hansı bir məlumatın verilmədiyini demişdir. Bu zaman o, Qurbana zəng edərək nə baş verməsini soruşmuşdur. Lakin Qurban ona “2-3 günə gəlib özüm məsələni yoluna qoyacam” demişdir. Bu müddət ərzində bir neçə dəfə Qurbanla əlaqə saxlayaraq danışsalar da Qurban nə həmin əraziyə gəlmiş, nə də ki, söz verdiyi müqaviləni gətirmişdir. O, qazıntı işlərini aparacağı ünvanda işləyən “Evrosok” şirkətinin harada yerləşməsini öyrənmiş və həmin şirkətin ofisinin Yasamal rayonu ərazisində yerləşən N.Nərimanovun heykəlinin yanında olduğunu öyrənmişdir. O, həmin şirkətə yaxınlaşaraq baş vermiş hadisə ilə əlaqədar məlumatlandırmış ve pis vəziyyətdə olduğunu bildirərək kömək istəmişdir. Şirkətdən ona Təqsirləndirilən şəxs onların şirkəti ilə hər hansı bir əlaqələrinin olmadığı bildirilmiş, ancaq kömək məqsədi ilə ona biraz iş verilmişdir. Beləliklə "xxxx" ASC ilə onun idarə etdiyi "xxxx" MMC arasında müqavilə bağlamışlar və həmin müqaviləyə əsasən hər iki tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Ancaq o, həmin işdə xeyirdə çıxmadığını görüb işi davam etməmişdir. Elşanlə Həsən isə ümumən həmin ərazidə heç bir iş görməyərək geri dönmüşlər. Bugunədək Qurban nə onlardan aldığı 31500 manat pulu geri qaytarmış, nə də ki, vədinə əməl edərək ona işləmək üçün hər-hansı bir ərazi vermişdir. Qurban ona qazıntı işlərini aparmaq üçün torpaq sahəsi verəcəyini söz verərək ondan 31500 manat pul almışdır. Həmin məbləğin 11500 manatı ona, 10.000 manatı Həsənə və 10.000 manatı Elşanə məxsus olmuşdur. Beləliklə Qurban ona 11500 manat, Həsənə 10000 manat və Elşanə 10000 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. 27 oktyabr 2022-ci ildə onlar Qurbanın oturduğu “Yeganə Şadlıq” saraynın yaxınlığında yerlşən ofisinə getmişlər. Bu zaman Qurban ondan əldə etdiyi pulun 10.000 manatı Elşanın, 10.000 manatı isə Həsənin olmuş və onlar orada razılaşmışlar ki, Həsən və Elşanə aid olan 20.000 manatı ödəsin, ona aid olan 11500 manatı isə bir qədər gözləmişdir. Qurban Həsən və Elşanə onlara aid olan 20000 manatı 05 noyabr 2022-ci il taixədək ödəyəcəkmiş. Sonra isə ona aid olan pulu qaytaracağını bildirmişdir. Lakin 05 noyabr 2022-ci il tarixdə Qurban pulunun olmadığını bildirərək yenə də verdiyi vədi yerinə yetirməmiş və pulu 19 noyabr 2022-ci ildə verəcəyini bildirmişdir. Lakin yenə də Qurban verdiyi vədə əməl etməmişdir. 20 noyabr 2022-ci il tarixdə İlqarla birlikdə Qurbanın ofisinə getmişlər. Bu zaman Qurban pulu düzəltmədiyini və pulu düzəldəndə verəcəyini bildirsə də, verdiyi vədi yerinə yetirməmiş və pulu geri qaytarmamışdır”. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, İlqar adlı tanıdığı şəxs ona zəng vurmuşdur ki, iş var. O, işlə bağlı İlqarla Şamaxı rayonunda görüşmüşdür. Təqsirləndirilən şəxs ofisinə gəlmişlər. Sumqayıt şəhəri yolunda yerə gedərək orada sürücülərlə görüşmüşlər. Sürücülər şikayət edərək bildirmişlər ki, maaşlarını vermirlər. O, rayona qayıtmışdır. Bir ay sonra İlqar yenidən ona zəng edərək bildirmişdir ki, Şamaxı rayonu yolunda iş var. Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxs ofisinə getmişdir. Qurban demişdir ki, milyon yarım kubluq torpaq işi var, 60.000 manat məbləğində pul istəyirlər. Onlar 35.000 manatda razılaşmışlar. Səhərisi gün o, İlqar və bir nəfər şəxs əraziyə getmişlər. Həmin ərazidə 160000 kub torpaq çıxmışdır. 10.000 manat məbləğində pulu İlqarın yanında Qurbana vermiş, qalan 25.000 manat məbləğində pulu isə düzəldib gətirdiyini bildirmişdir. Üç gün sonra Qurban zəng vurmuşdur ki, pul hazırdır. Saat 21:00 radələrində görüşmüşlər. Digər zərərçəkmiş şəxslərlə bir yerdə işləmişlər. Digər zərərçəkmiş şəxslər hərəsi 10000 manat pul vermişlər. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Nanəli” kafesində görüşərək oturmuşlar. Qurban gəlmiş, digər zərərçəkmiş şəxslər isə yan stolda oturmuş, Qurbanla görüşməmişlər. Digər zərərçəkmiş şəxslər 20000 manat məbləğində pulu ona vermişlər. O, həmin pulları Qurbana vermişdir. 3-4 gün sonra işə başlamalı idilər. Texnikanı yığaraq axşam Şamaxı rayonuna getmişlər. Səhərə kimi işləri hazır etmişlər, səhər işə başlayanda isə orada olan şəxs işləməyə qoymamışdır. O, demişdir ki, bəs müqavilə var. Sonradan məlum olmuşdur ki, heç bir müqvailə yoxdur. 3-4 gün sonra Qurbanla danışaraq narahat olmamasını demişdir. Bakı şəhərinə gələrək Vaqif adlı şəxslə görüşərək vəziyyəti izah etmişdir. Səhərisi gün Vaqif onu ofisə çağırmışdır. Ona iş təklif edərək müqavilə bağlamışlar. Qurbana zəng vuraraq pulunu qaytarmasını bildirmişdir. Lakin Qurban dəfələrlə pulu geri qaytardığını bildirsə də, verdiyi vədə əməl etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onlar Qurbanla Nanəli kafesində sentyabr ayında görüşmüşlər. Göy-Göl şirkəti ilə müqavilənin tarixinin 22 avqust yazılmasının səbəbini bilmir. O, avqust ayında Bakı şəhərində olmamışdır. O, müqaviləyə sentyabr ayının 22-si 23-cü qol çəkmiş, müqavilənin tarixi səhv olmuşdur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qurbanı İlqarın vasitəsi ilə tanımış, İlqar onun yanında işləmişdir. O, bekar idi, İlqar dedi iş var, o, da, işləməyə razılaşmış, dedi Qurban adlı şəxsdir, onlar Qurbanın ofisinə gəlmiş, işlə bağlı söhbət edib, işə başlamışlar. Əvvəlcə Qurban 60.000 manat demiş, o, razılaşmamış, sonra 35.000 manata razılaşmışlar. Gedərək yerə baxmışlar, torpaq 160000 kub idi. O, Qurbana 10.000 manat ofisdə, 1.500 manat isə Şamaxı yolunda vermişdir. Digər zərərçəkmiş şəxslərə o, işin olduğunu təklif etmiş, məqsədi onları işə şərik etmək olmuş, ikisi də sürücüdür, yük maşınları sürülər. O, Qurbana digər zərərçəkmiş şəxslərlə şərik olduğunu deməmişdir. Elşan və Həsəni digər stolda otuzdurmuş, pulu Elşan ona vermiş, pulu götürmüş, Qurbanla bir stolda əyləşmiş, pulu stolun üstünə qoymuşdur. Pulu saymamış, Qurban pulu götürmüş, demişdir ki, texnikanı yığsınlar və başlasınlar işə. Orada başqa şirkət iş görmüşdür. 31.500 manat puldan heç nə qaytarmamışdır. İlqar demişdir ki, iş tapsa onunla birlikdə işləyəcəkdir. Digər zərərçəkmiş şəxslərin verdiyi pullar klokda olmuş, saymamışdır. Sonradan danışdığı şirkətin Qurbana aidiyyəti olmamış, 12 gün işləmiş, görmüşdür ki, xeyir yoxdur işləməmişdir. Qurban demişdir ki, onların müqaviləsi var, gəlib kömək edəcəkdir, işləyəcəklər. Ofisə getmişlər, Qurban dedi verəcəm pulu, söz verdi, lakin pulu vermədi. Qurbana 20000 manat pulu Nanəli kafesində sentyabr ayının 12-13-cü vermişdir. 12 sentyabrda 10000 manat ofisdə, 13 sentyabrda 20000 manat Nanəli kafesində vermiş, 16 sentyabrda getmişlər, 18 sentyabrda onları işə buraxmamışlar, 20-21 sentyabrda yanacaq götürmüşlər. 13 sentyabrda 20000 manat vermişdir. 11 sentyabrda 10000 manat vermişdir. 1500 manatda Şamaxıda sentyabrın 12si vermişdir. 20 sentyabrda gəlmiş, Evroskomla müqavilə bağlamış, 21 sentyabrda yanacaq götürmüşdür. Cədvəl iş materiallarında var, 22 avqustda guya müqavilə bağlanmış, müqavilənin tarixi önəm daşımır, 22 avqustda müqavilə bağlamamış, ayın tarixini həmişə qabağa salırlar. Müqavilədəki imza möhür ona məxsusdur, müqaviləni sentyabr ayının 21-22-si imzalamış, tarixi avqusta yazıblar. Texnikası orada olduğu üçün müqavilənin tarixini qabağa atmışlar. Ssəhv Evroskomun səhvidir. Avqust ayında o, şəhərdə olmamış, sentyabr ayının 10-a qədər Yardımlıda olmuş, müqaviləyə 21 sentyabrda möhür vurmuşdur. Sentyabr ayının 11-də Qurbanla görüşmüşlər, ondan 1 ay qabaq Xızı yolunda görüşmüşlər. O, Qurbanın ofisində olmuş, Qurban söz vermişdir ki, onun şirkəti ilə müqavilə bağlayacaqdır. Evrascomla sentyabr ayının 22-si müqavilə bağlamışdır. Nanəli kafesində sentyabr ayının 12-si görüşmüşlər, 20000 manat pul vermişdir. Evraskomla sentyabr ayında müqavilə bağlamışdır. 1992-ci ildən yol işindədir. Müqavilə bağlamadan gedib yerə baxmışlar. Qurban Nanəli kafesində iyirmi min manat pulu sentyabr ayının 13-ü almış, sentyabr ayının 12-si isə 10000 manat pul vermişdir. Nanəli kafesində 11 sentyabrda görüşmüşlər. Ofisdə görüşmüşlər, İlqar adlı şəxlə gəlib 10000 manat pul vermiş, digər zərərçəkmişlə görüşmüş, işi demişdir, 20000 manat onlardan alıb Nanəli kafesində maşında Qurbana vermişdir. Vaxtlar yadında dəqiq deyil. Avqust ayında Qurbanın ofisində olmamışdır. Müqavilə Evroskomla sentyabr ayında bağlamış, müqavilənin tarixi önəm daşımır, müqaviləni təqdim etmişlər, o, baxmamışdır. İndiyə qədər müqavilə əlində olmadan tikinti yerinə texnika cəlb edib işləmiş, sonradan müqavilə bağlamışdır. Görülən işlərə görə ödəmələr olsa da 2500 manat ziyanla çıxmış, ödəmələr yadında deyil. 12 gün işləmişlər, oktyabr ayının axırı oradan çıxmışlar, dekabr ayında yenidən işləmişlər. Evroskom işi ona Qurbanın vasitəçiliyi olmadan vermişdir. Hissə-hissə 62 gün orada işləmişlər. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3h oğlu və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın tutulması” barədə iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs tutularaq 10000 manat Zərərçəkmiş şəxs2, 10000 manat X1, 11500 manat Zərərçəkmiş şəxs1 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İbtidai istintaq zaman şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir: “2015-ci ildən etibarən Evroscon ASC-də müdir müavini vəzifəsində işləyir. 2020-ci ilin yayında Bakı-İsmayıllı-Muğanlı-Qəbələ yolunun tikintisi lahiyyəsi üzrə keçirilmiş tenderi onun da işlədiyi Evrascon ASC qazanmışdır. Həmin vaxtdan etibarən qeyd edilən yolun tikintisini bugünədək davam etdirmişlər. Qeyd olunan lahiyyə çox böyük bir lahiyyə olduğundan dövlətə söz verdikləri müddət ərzində, həmçinin söz verilən keyfiyyətdə işi yekunlaşdıra bilmələri üçün həmin lahiyyənin hissələrinin icra olunmasını müvaifq şirkətlərlə müqavilə bağlayaraq işləməkləri üçün həmin şirkətlərə vermişlər. Dövlət tərəfindən onlara pul köçürüldükcə də, həmin şirkətlərin pullarını ödəmişlər. Qeyd olunan işlərin görülməsində onlar etibar edilən şəxslərlə iş tutmağa çalışmışlar. 2022-ci ilin avqust ayında Akif adlı şəxs şirkətin ofisinə yaxınlaşaraq Qurban adlı şəxs tərəfindən aldanıldığını və onun işlədiyi Bakı- İsmayıllı-Muğanlı-Qəbələ yolunda texnikalarının günlərdir hərəkətsiz qaldığını və nəticədə xeyli ziyan etdiyini demişdir. Bu səbəbdən ondan işləmək üçün iş istəmiş, o da öz növbəsində həmin ərazidə işləyən şirkətlərin işçiləri ilə maraqlandıqda həqiqətən Akif adlı şəxsin necə gündü əraziyə gəldiyini, həmçinin texnikalar gətirdiyini bildirmişlər. Onlara da həmin işi görmək üçün subpodratçı şirkətlər lazım olduğundan insanlıq naminə Akifə işləmək üçün işlər vermişlər. Beləliklə, Akif ərazidə işləməyə başlamışdır. Akif bir qədər ərazidə işlədikdən sonra Akifin işindən razı qaldıqları üçün ona işi davam etdirməsi üçün şərait yaratmışlar və nəticədə Akif həmin yolun tikintisində xeyli ərazinin qazıntı işlərini görmüş, həmin işin müqabilində şirkət tərəfindən onun ödənişlər edilmişdir. O, Qurban adlı şəxsi tanımamış, onun adını dəfə Akifdən eşitmişdir. Oqtay adlı şəxsi tanımışdır. Belə ki, Oqtay Akifdən əvvəl onların şirkətindən iş götürərək işləmişdir. Akif ona Qurban adlı şəxsin ondan təqribən 30.000 manatdan artıq məbləğdə pulunun qanunsuz olaraq ələ keçirildiyini və müqabilində ona söz verdiyi işi vermədiyini bildirmişdir. O da Akifin texnikalarının və işçilərinin bir neçə gün işsiz vəziyyətdə tikinti gedən yolda qalmasını nəzərə alaraq Akifə işləməsi üçün iş vermək qərarına gəlmişdir. Akif işləmək üçün müraciət edən zaman artıq Oqtay onların şirkətindən iş alaraq işləmişdir. Qurbanı isə tanımamışdır. Oqtay ona Akifə verilən işin müqabilində hansı bir məbləğdə pul təklif etməmiş, o da bu niyyətlə Akifə şərait yaratmamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Evroscon ASC ilə Azəravtoyol ASC arasında müqavilə əsasında İsmayıllı-Qəbələ avtoyolunun təmirinə dair tender udulmuş, işlərin sürətləndirilməsi üçün bir neçə şirkətlə müqavilə bağlanmışdır. Oqtay adlı şəxs rəhbərliklə görüşmüş, onun şirkətinə torpaq qazma işləri barədə müqavilə bağlanmışdır. İşlər başlasa da işlər yubanmış, işlərin gedişatı xoşlarına gəlməmişdir. Məlumat olmuşdur ki, aralarında mübahisə var, şirkət heç kimlə pul müqabilində iş verməmişdir. Qərara gəlmişdir ki, müqaviləyə xitam verilərək digər potradçı şirkətlə iş qursunlar. Sonradan Akif adlı şəxsi demişlər. Akif yanına gəlmiş, görüşmüşlər, aldadıldığını bildirmişdir. Akiflə danışıqdan sonra birbaşa Akifin şirkəti ilə müqavilə bağlanmışdır. İşlər davam etmiş, 6-7 ay orada işlər görmüş, işindən razı qalmışlar. Tam ödənişlərini etmiş, Akiflə Qurban arasında olanları sonradan öyrənmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qurbanı tanımır, bu hadisələrdən sonra eşitmişdir Qurbanın adını ilk dəfə Akif çəkmişdir. Onlar Oqtayla müqavilə bağlamışlar, onun şirkətinin adı yadında deyil, 2022-ci ilin yay ayı olmuşdur. Bu işlə bağlı Oqtaydan başqa heç kimi tanımamışdır. Oqtayla müqavilə torpaq qazma ilə bağlı olmuş, işləri nizamsız görmüşlər, ona görə onlarla işi davam etdirməmişlər. Oqtayla müqavilənin icrasını dayandırdıqdan sonra 10-15 gün sonra sahə rəisi Zahir Həsənov bildirmişdir ki, Akif müəllim var, Oqtay müəllim tərəfindən işə cəlb edilmiş, işi bilən adamdır, onunla işi davam etdirsinlər. Akif müəllimi Bakıda ofisdə qəbul etmiş, söhbət etmiş, bildirmişdir ki, ondan pul alıblar, birbaşa müqavilə bağlanmasını istəmiş, müqavilə bağlamış, işə başlamışdır. Qurbanın adını sonradan eşitmişdir. Akifin işinə görə verilən pulu bilmir, 6-7 ay işləmişlər, işindən razı qalmışdır. Bu işlərə 6-7 şirkət cəlb edilmişdir. Oqtay müəllimlə əvvəllər iş görməmiş, bu işə görə tanımışdır. İlk müqaviləni Oqtayın şirkəti ilə bağlamış, bərbad işlər aparmışdır. Akif müəllimlə bağladığı müqavilənin tarixi yadında deyil. Qurbanın şirkətinin adını bilmir. Akiflə 2022-ci ilin yayında müqavilə bağlamışlar. İsmayıllı-Qəbələ yoluna dair işlər 2019-cu ildən başlanmışdır. Oqtaydan soruşanda iş niyə getmir, ona məlumat verilmişdir ki, Oqtayın cəlb etdiyi şəxslərlə aralarında mübahsə var. Onlarda arxa tarixə müqavilə bağlanmır, bağlanan müqavilə qeydiyyata alınır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, tanıyır. Onun Qurbanla arasında iş münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs 2019-cu ildən etibarən "xxxx" MMC-ni təsis edərək tikinti işləri ilə məşğul olmuşdur. Bu işdə artıq birqədər təcrübələri olduğundan eyni işi görən müxtəlif şirkətlərlə əlaqəli şəkildə işləmişlər. Belə ki, hər hansı bir şirkət dövlət və ya qeyri dövlət lahiyyələrindən birini qəbul etdikdə artıq onların bir birilərindən məlumatı olmuş və onlar bir birilərinə müəyyən qədər işlər vermişlər. Həmin işlər şirkətlər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər çərçivəsində həyata keçirilmişdir. O, əvvəllər "xxxx" ASC ilə birgə işlər gördüyü üçün həmin şirkətin təsisçi olan Şahid3 tanımışdır. Onun Vaqif ilə aralarında normal münasibətlər olmuş və iş olduqca bir birilərinə məlumat verib həmin işlərdən bir birilərinə müəyyən qədər vermişlər. 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən Şamaxı-İsmayıllı yolunda tikinti işlərinin görülməsi lahiyəsini qəbul edildiyini bildiyindən və həmin işin bir hissəsinin tanışı Təqsirləndirilən şəxs həvalə edilməyini xahiş etmişdir. Lakin bundan sonra onların arasında nə iş getdiyini və daha sonra nə baş verdiyi barədə onun məlumatı olmamışdır. O, Şahid3 həmin layihənin işindən bir qismini Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Akifi təqribən 1 il əvvəldən işlədiyi işlərlə əlaqədar tanımışdır. Akifin də qazıntı işləri ilə məşğul olduğunu bildikdə Akifə iş olacağı təqdirdə ona xəbər etməsini demişdir ki, həmin ümumi işi Akif təhvil alsın və həmin təhvil aldığı işdə ona müəyyən bir vəzifə həvalə etsin. Beləliklə o, bir qədər maraqlandıqda müəyyən etmişdir ki, Şamaxı- İsmayıllı yolunun tikintisində xeyli ərazidə qazıntı işlərinin aparılması üçün texnika axtarılır. Həmin işin Akifə uyğun olduğundan o, zəng edərək həmin iş ilə maraqlanmış və bu zaman qazıntı işlərinin aparılması üçün texnikanı axtaran şəxsin Qurban adlı şəxs olmasını müəyyən etmişdir. Qurban telefon danışığı zamanı ondan həmin işlərin kimin tərəfindən təhvil alınacağını soruşmuşdur. Bu zaman o, Qurbana həmin işlərin Akif adlı şəxs tərəfindən təhvil alınacağını demişdir. Həmin vaxt Qurban ona Akiflə birlikdə Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yanındakı ofisinə gəlməyi bildimişdir. O da Akiflə birlikdə xx.xx.2022-ci il tarixdə Qurbanın ofisinə getmişlər. Qurbanla Akifin danışığına o da şahidlik etmişdir. Belə ki, X14-İsmayıllı yolunda ehtiyac olan qazıntı işlərinin hissəsinin ona həvalı ediləcəyini və bunun qarşılığında ondan 30.000 manat pul alacağını demişdir. Məsələ ilə daha yaxından maraqlanan zaman müəyyən olunmuşdur ki, Qurban Şamaxı- İsmayıllı yolunda 1.500.000 kub metrdək həcmdə qazıntı işlərinin aparılacağını və təqribən 2 kilometr yaxınlıqda yerləşən əraziyə boşaldılacağını bildirmişdir. Qeyd olunan işləri görən texnikanın yanacağının (dizel) Qurbanın və ya işi Qurbanın vasitəsi ilə Akifə verəcəyi şirkət tərəfindən təmin ediləcəyini də əlavə etmişdir. Bu zaman Akif onunla razılaşmış və üzərində götürdüyü 10.000 manat nağd pulu onun da iştirakı ilə Qurbana vermişdir. Bundan bir gün sonra xx.xx.2022-ci il tarixdə o, Akif və Qurbanla birlikdə Şamaxı-İsmayıllı yolunda işin görüləcəyi ünvana getmişlər. Həmin ünvana çatdıqda Qurban onlara ərazini göstərmişdir. Ümumən ora Qurban və Akiflə birlikdə getsə də müəyyən vaxtlar olmuşdur ki, Qurban və Akif ikisi tək qalmışlar. Həmin gün onlar qayıtmışlar və Qurban artıq işə başlaya biləcəyini demişdir. Bir müddət sonra xx.xx.2022ci il tarixdə o, Akif, Akiflə işləyən şəxslər olan Həsən və Elşan, həmçinin təqribən 2-3 nəfər əlavə işçi Şamaxı-İsmayıllı yoluna yaxın ərazidə məskunlaşmaq üçün yer tutub orada qalmışlar ki, xx.xx.2022-ci il tarixdə səhər tezdən işə başlasınlar. Səhər tezdən sözügedən texnikalar ilə əraziyə getmişlər. Həmin əraziyə çatdıqda işə başlamaq istəyən zaman həmin yerə yaxın ərazidə tikinti işləri aparan şəxslərdən bir nəfər onlara yaxınlaşmış və nə etmək istədiklərini soruşmuşdur. Bu zaman Akif həmin şəxsə həmin ərazidə nəzərdə tutulmuş qazıntı işlərinin onlara həvalə edildiyini bildirmişdir. Lakin həmin şəxs həmin ərazidə gedəcək işlərin "xxxx" ASC-nə həvalə edildiyini, həmin şirkət tərəfindən isə ona orada onların hər hansı bir iş görəcəyi barədə hər hansı bir məlunat verilmədiyini demişdir. Bu zaman Akif Qurbana zəng etmiş və baş vermiş məsələ ilə bağlı ona bildirmişdir. Qurban cavabında 2-3 günə gəlib məsələni yoluna qoyacağını bildirmişdir. Bu zaman Akif Bakıya getmiş, onlar isə orada qalmışlar. Təqribən 3 gün orada qaldıqdan sonra Akif gəlmiş və "xxxx" ASC ilə müqavilə imzaladığını bildirirərək işə başlayacaqlarını demiş və belə də olmuşdur. Olar qeyd edilən ərazidə işə başlamışlar. O, təqribən xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə həmin ərazidə Akifin nəzarətçisi (prorab) olaraq işləmişdir. Bundan sonra Akif havanın pis olduğundan, həmçinin ziyana işlədiyindən işi dayandırdığını demişdir. Bundan sonra isə o, orada işləməmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022- ci il tarixdə onun iştirakı ilə 10.000 manat pulu Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayınnı yaxınlığındakı Qurbanın şirkətinə adi ofisdə 1.500.000 metr kub ərazidə qazıntı işlərinin aparılması və həmin işin müqabilində hər metr kuba 2.2 manat pul qazanması məqsədi ilə Qurbana vermişdir. Həmçinin həmin işin görülməsi üçün Qurban texnikalarda işlədiləcək yanacağın işi verən şirkət tərəfindən verəcəyini bildirmişdir. Akiflə Qurbanın söhbəti əsnasında Qurban ona həmin işin "xxxx" ASC tərəfindən verildiyini bildirmiş və istəsə müqaviləni Qurbanın rəhbərlik etdiyi adı yadında qalmayan şirkətlə biləcəyini, istəsə də Qurbanın xahişi əsasında "xxxx" ASC-nın özü ilə bağlaya biləcəyini demişdir. X6 30.000 manata razılaşmışlar. Həmin məbləğdən 10.000 manatı Akif onun yanında Qurbana vermişdir. Qalan məbləği isə görməmişdir. Lakin sonradan хəbər tutmuşdur ki, Akif Qurbana daha 1.500 və 20.000 manat olmaqla ümumilikdə 31.500 manat pul vermişdir. Həmin pulun 1500 manatını Şamaxı-İsmayıllı yolunda qeyd edilən ərazyə baxmaq üçün gedən zaman verildiyini, 20.000 manatının isə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kafedə Akif tərəfindən Qurbana verildiyini bilmişdir. Sonradan məlumatı olmuşdur ki, həmin pulun 10.000 manatı onunla birlikdə işləyən Elşanə, 10.000 manatı isə onunla birlikdə işləyən Həsənə aiddir. Yerdə qalan 11.500 manat isə Akifə aid olmuşdur. Onun da iştirak etdiyi Qurbanla Akifin arasında olan razılaşmaya əsasən Qurban Akifə 1.500.000 metr kub ərazidə qazıntı işlərinin aparılacağına və həmin işlər görülən zaman ərazidə işləyən texnikada sərf olunacaq yanacağın Qurbanın şirkəti ilə müqavilə bağlanacağı təqdirdə Quban tərəfindən, birbaşa "xxxx" ASC ilə müqavilə bağlanacağı təqdirdə isə "xxxx" ASC tərəfindən ödəniləcəyini bildirmişdir. Lakin həmin ərazidə işləyən zaman müəyyən olunmuşdur ki, həmin ərazi təxminən 180.000 metr kubdan ibarət bir ərazidir. Bundan başqa həmin ərazidə işləyən zaman bildiyi qədər heç bir yanacaq nə Qurban, nə də "xxxx" ASC tərəfindən ödənilmişdir. Bu səbəbdən Akifin haqlı oradan aldadıldığını düşündüyünü güman etdiyini qeyd etmişdir. Müdafiə tərəfindən vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İlqar adlı tanışı olmuş, bir yerdə iş axtarmışlar, demişdir ki, adam var. Akiflə görüşmüşlər. Qurbanın yanına o, aparmış, Akiflə görüşüb Qurbanın ofisinə getmişlər. O, İlqar və Akif getmişlər. İlk görüş alınmamış, pulun alınması və verilməsi məsələsi alınmamışdır. İyul ayı olardı, aradan ay yarım keçmiş, avqustun axırı olardı. Yol işi ilə bağlı İsmayıllıda İlqarı görmüş, demişdir ki, Evroskomla müqavilə bağayıb işləyir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qurbanla bir yerdə işləmişlər. Qurbanın ofisində daşınma ilə bağlı söhbət olmuş, razılıq olmamışdır. İlqar demişdir ki, adam var iş götürüb işləyirlər, hörmətini edərlər. Akifi bir dəfə görmüşdür. İlqarı sentyabr ayında görmüş, sentyabr ayının əvvəli olardı. İlqar onun dostu Yalçının ofisinə gedib gəlirdi, Qurbanı 2021-ci ildən tanımış, Qurbanı İlqarla o, tanış etmişdir. Müdafiə tərəfindən vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Qurban sinif yoldaşıdır, bir yerdə işləmişlər, zərərçəkmiş şəxslərdən Akifi tanıyır, ofisə gəlmişdir. Həmçinin Şamaxıya getmişlər, İlqarla Akif ofisə gəlmişdilər, avqust ayları olmuşdur. Gəldilər müqavilə bağlamışlar. Evroscomdan Oqtay müəllimlə gedib, müqaviləni götürüb, ofisə gəlmişlər, orada müqaviləni bağlayıb, Evroscoma təhvil vermişlər. O, sürücü kimi getmişdir. Evroscoma Oqtay müəllim girib, müqavilə daşınma ilə bağlı idi, avqust ayları idi, avqustun əvvəlləri idi. Akif müəllimin maşınını bir dəfə sürmüş, müqavilə avqustun axırlarında olmuşdur. Müqavilədən sonra bilmişdir ki, Qurban 10000 manat pul götürmüşdür. Sonra mobilizasiya etmişlər, sentyabr ayının əvvəlləri olmuşdur. Akif müəllimlə Şamaxı rayonunda iş yerindən aralıda çörək yemişlər. Akif müəllimlə bir dəfə rayona gedib, yerə baxmışlar, müqavilədən qabaq olmuş, avqust ayının 20-dən sonra olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qurbanla bir yerdə işləmiş, onun vəzifəsi təhziçatçıdır. İlk dəfə Akif müəllimi ofisdə görmüş, İlqarla birlikdə gəlmişdir. Müqavilədən qabaq gəlmişdilər. Qurban müəllimlə gedib yerə baxmışlar, avqustun əvvələri idi, 5-6 gün sonra Akif müəllimlə getmişlər. Akif müəllimlə müqavilədən qabaq getmiş, müqavilə avqustun 20-dən sonra idi. Akif müəllimlə Şamaxıya müqavilədən qabaq getmişlər. Avqustun 10-u Qurbanla işə baxmağa getmişlər, iki iş var idi, Eroscomla müqavilə bağlamış, həmin vaxt Qurban Akifin adını çəkməyib, özləri oranı işlətmək istəmişlər. Əraziyə baxmağa getmişlər, əraziyə baxılmasa, işə gedilə bilməz. Sentyabr ayının əvvəlləri mobilizasiya olmuşdur. Sentyabr ayının 12-si Şamaxıda olmağı yadına gəlmir, üstündə həmişə telefon olub. ***-***-**-** nömrə həmişə üstündə olub. Yemək yeyəndə Qurban, Oqtay, İlqar, Akif müəllim bir yerdə olmuşlar, sentyabr ayının əvvəlləri olmuş, 5-nə qədər. Sentyabra ayının əvvəlləri Akif müəllim Şamaxıda olmuşdur. Sentyabr ayının ortaları idi, getmişlər, Akif müəllimlə görüşmüşlər, Akif müəllim pul vermiş, sentyabrın 15-20-si olardı, 2-ci frontu özləri işləmişlər. Digər şəxslərdən pul alınmasını bilmir. İş materiallarından görünür ki, 05 iyul 2023-cü ildə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 16 iyun 2023-cü ildə Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİnin MSY-nə təhvil verilmiş, 17 iyun 2023-cü ildə isə MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 179 və 32.4,311-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” barədə qərardan görünür ki, 27 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 16 – 17 iyun 2023-cü il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 6 (altı) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3h oğlu və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın tutulması” barədə iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs tutularaq 10000 manat Zərərçəkmiş şəxs2, 10000 manat X1, 11500 manat Zərərçəkmiş şəxs1 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə bu nəticəyə gələrkən, ilk növbədə, cinayət mühakimə icraatı zamanı verilən mülki iddianın ümumi şərtlərini və prinsiplərini təhlil etmişdir. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki prosesdə iddianın verilməsi hüququnun həyata keçirilməsini mümkün edən əsas şərtlər aşağıdakılar: işin məhkəməyə aidiyyəti; iddiaçın fəaliyyət qabiliyyətli olması; işin aparılması üçün nümayəndənin lazımi qaydada rəsmiləşdirilmiş səlahiyyətləri; ərizənin forma və məzmununun qanunu tələblərinə uyğun olması; ərizənin dövlət rüsumu ilə ödənilməsi. Cinayət prosesində mülki iddianın verilməsinin əsasları isə aşağıdakılardır: cinayətin törədilməsi; iddiaçının maddi və mənəvi zərərə məruz qalması; cinayət əməli ilə zərər arasında səbəb əlaqənin olması. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özünün sübuta yetirməli və məhkəməyə müvafiq sübutları təqdim etməli olduğu mülki prosesdən fərqli olaraq (AR MPM-in 77-ci maddəsi), cinayət prosesində mülki iddianın sübuta yetirilməsi cinayət prosesini həyata keçirən dövlət orqanlarının və vəzifəli şəxslərin vəzifəsidir. Mülki prosesdə iddiaçının iddiadan imtina etməsi və ya tərəflər arasında barışıq sazişinin bağlanması iş üzrə icraata xitam verilməsinə gətirib çıxarır. Cinayət prosesində iddiaçının iddiadan imtina etməsi və onun cavabdehlə barışıq sazişi bağlaması, bir qayda olaraq vəzifəli şəxsləri ödənilməli olan zərərin əsaslarını, xarakterini və məbləğini sübuta yetirməkdən azad etmir. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı tam və ya qismən təmin edə bilər, onu rədd edə bilər, yaxud da baxılmamış saxlaya bilər. İddia üzrə qərar hökmə üzvi surətdə daxil olur və hökmün müttəhimin təqsirliliyi məsələsi üzrə məhkəmənin qərarı ilə ayrılmaz surətdə bağlı zəruri elementinə çevrilir. İddianı, bəzən təcrübədə edildiyi kimi, məhkəmənin əlavə qərardadı ilə həll etmək yolverilməzdir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, sonuncunun isə təqsirli olduğu qənaətinə gəldikdə o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:
1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;
2. bu zərər nəticə etibarilə ödəniləndirmi;
3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;
4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı tam və ya qismən təmin edir; b) onu rədd edir; c) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. İddianın təmin edilməsi haqqında qərar yalnız təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirli bilindikdə, yəni ittiham hökmü çıxarıldıqda qəbul edilə bilər. Bu zaman, hansı ittiham hökmünün çıxarılması mühüm deyil – cəza təyin edilməklə, cəza təyin edilməməklə və ya müttəhimi ona verilmiş cəzadan azad etməklə. Həmçinin, zərərçəkmişə (mülki iddiaçıya) zərərin vurulub-vurulmaması, zərərin maddi zərər olubolmaması və müttəhimin təqsirli bilindiyi cinayətlə səbəb əlaqəsində olub-olmadığı suallarına müsbət cavab verilməlidir. Zərər mövcuddursa və maddi zərərdirsə və müttəhimin hərəkətləri nəticəsində vurulubsa, lakin bu hərəkətlər qeyri-cinayət hərəkəti sayılırsa, iddianın təmin edilməsi üçün şərtlərdən biri mövcud olmur. Zərər mövcuddursa və maddi zərərdirsə, lakin müttəhimin törədilməsində təqsirli bilindiyi cinayətlə deyil, başqa cinayətlə vurulan zərərdirsə, yenə də cinayət prosesində iddianın təmini üçün əsas yoxdur, belə ki, zərərlə cinayət arasında qanun tələb etdiyi səbəbli əlaqə yoxdur. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslarının sübuta yetirilməsindən asılı olaraq, ittiham hökmü çıxarılarkən həm iddianın təmin edilməsi, həm də rədd edilməsi mümkündür. İddianın əsasını qeyd etməklə yanaşı prosessual qanunvericilik, həmçinin iddianın məbləğinin iddianın təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmə qərarına təsir edə biləcəyini xatırladır. İddianın əsası sübuta yetirilmədikdə, onun qismən də olsa təmin edilməsi mümkün deyil. Bu halda iddia tamamilə rədd edilməlidir. Lakin iddianın əsasını təşkil edən faktlar müəyyən edilərsə, iddianın məbləği artırılmış olduğu mülahizəsi ilə onu rədd etmək olmaz. Belə olan halda iddia ən azı qismən təmin edilməlidir. Bu halda iddianın tam təmin edilməsi üçün əsasın olmadığına görə deyil, onun məbləği təsdiq olunmadığına görə qismən təmin edilməlidir. Bəraət hökmü çıxararkən, məhkəmə: a) cinayət hadisəsi müəyyən edilmədikdə və ya müttəhimin cinayətin törədilməsində iştirakı sübuta yetirilmədikdə, mülki iddianı rədd edir; b) cinayət tərkibinin olmadığına görə müttəhimə bəraət verildikdə, iddianı baxılmadan saxlayır. Cinayət hadisəsinin müəyyən edilməməsi zərər vurmuş hərəkətlərin törədilməsi faktının təsdiq edilmədiyini göstərir. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində iştirakının sübuta yetirilməməsi iddia üçün əsasın olmadığını təsdiq etmir, yalnız həmin təqsirləndirilən şəxsin cinayət əməlinə aidiyyəti olmadığını müəyyən edir və iddianın lazımi cavabdehə qarşı irəli sürülmədiyini göstərir. Cinayət tərkibinin olmadığına görə bəraət o deməkdir ki, iddiaçının ona vurulmuş ziyanla əlaqələndirdiyi hərəkətlər həqiqətən törədilib və onun tərəfindən ya bilmədən, ya da əməlin ictimai təhlükəliliyini istisna edən hallarda törədilib. Qeyd edilən əsasla bəraət prinsip etibarilə bəraət verilən şəxsin zərərə görə mülki məhkəmə icraatı qaydasında məsuliyyətini istisna etmir, lakin iddianın cinayət prosesində təmin olunması ehtimalını istisna edir, belə ki, cinayət prosesində belə təmin etmənin vacib şərti zərərin cinayətlə vurulmasıdır. Belə hallarda iddia baxılmadan saxlanılır. İddianın baxılmadan saxlanılması iddiaçıya bəraət verilən şəxsə qarşı iddia verməyə (mülki məhkəmə icraatı qaydasında) və bu zaman ittihamın məzmununu təşkil edən faktlara istinad etməyə mane olmur. Cinayət prosesində mülki iddianın predmeti maddi, yəni pulla ifadə oluna bilən ziyanın ödənilməsi haqqında tələbdir. Cinayət nəticəsində vurulan maddi ziyanın ödənilməsi haqqında tələb iş üzrə icraat prosesində təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin və ya anlaqsız şəxsin hərəkətlərinə görə qanunla maddi məsuliyyət daşıyan digər şəxsə (fiziki, hüquqi) qarşı irəli sürülə bilər. Lakin cinayət işində mülki iddianın qaldırılması imkanı sonsuz deyil. Belə iddia təkcə bir şəxsin başqa şəxsə ziyan vurduğuna görə deyil, həm də bu şəxs tərəfindən (ziyan vuranın) bilavasitə ziyanın vurulmasına səbəb olan və istintaqın və (və ya) məhkəmə baxışının predmeti olan cinayətin törədilməsində təqsirləndirildiyinə görə irəli sürülə bilər. Əgər cinayətin törədilməsində təqsirləndirilən şəxs həqiqətən ziyan vurubsa, lakin həmin ziyan araşdırılan və məhkəmə tərəfindən baxılan cinayət işinin predmeti olan cinayətlə vurulmayıbsa, o zaman bu cinayət işi çərçivəsində ona qarşı iddia irəli sürülə bilməz. Cinayət-prosessual qanunu cinayət prosesində mülki iddianın qaldırılmasının mümkünlüyünü qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən asılı olmayaraq, cinayətlə əlaqələndirir. Cinayət Məcəlləsi ilə qadağan olunmuş əməlin lazımi müdafiə və ya son zərurət vəziyyətində törədilməsi zamanı şəxs cinayət məsuliyyəti daşımır, belə ki, bu cür əməllər cinayət sayılmır. Lakin bu hallarda mülki-hüquqi məsuliyyət müxtəlif cür həll olunur. Zəruri müdafiə hədləri aşılmadığı hallarda vurulmuş ziyan ödənilmir. Bu, o deməkdir ki, zəruri müdafiə vəziyyətində hərəkət edən şəxs barəsində bəraət hökmü çıxarıldıqda, məhkəmə mülki iddianı təmin etməməlidir. Əgər ziyan son zərurət vəziyyətində vurulubsa, o zaman onu vuran şəxs tərəfindən vurulmuş ziyan ümumi qaydaya əsasən ödənilməlidir. Məhkəmə belə ziyanın vurulduğu halları nəzərə almaqla, onu ödənilməsi üzrə məsuliyyəti üçüncü şəxsin (ziyan vuran onun maraqları naminə hərəkət etdikdə) üzərinə qoya, yaxud həm bu üçüncü şəxsi, həm də ziyan vuranı bu ziyanın ödənilməsindən tam və ya qismən azad edə bilər. Deməli, Cinayət Məcəlləsi ilə qadağan edilən əməli son zərurət vəziyyətində törətmiş şəxs barəsində bəraət hökmü çıxararkən, mülki iddia baxılmadan saxlanılmalıdır. Məhkəmə iclasında cinayət işinə xitam verilməsi zamanı, məhkəmə iddianı baxılmadan saxlamalıdır, belə ki, o, yalnız hökmdə həll oluna bilər. Cinayət Məcəlləsinin qadağan etdiyi əməlin anlaqsız şəxs tərəfindən törədilməsi nəticəsində ziyan vurulduğu halda, iddia baxılmadan saxlanılmalıdır. Belə ki, qanun öz hərəkətlərinə görə cavab verə bilməyən və ya hərəkətlərini idarə edə bilməyən şəxsin üzərinə hüquqi məsuliyyətin qoyulmasına yol vermir. Lakin qanun bu ümumi qaydadan bəzi istisnalar da edir: 1) əgər ziyan vuran spirtli içkilər, narkotik vasitələr qəbul etməklə və ya digər üsulla özü-özünü hərəkətlərini dərk etməyəcək və ya onları idarə edə bilməyəcək hala gətirdiyi hallarda, o, məsuliyyətdən azad edilmir. Bu halda ziyan vuranın məsuliyyətindən danışmaq olar, belə ki, onun təqsiri özünü anlaqsız vəziyyətə gətirməsində görülür; 2) zərərçəkmişin həyat və sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən, zərərçəkmişin və ziyan vuranın maddi vəziyyəti, həmçinin digər hallar nəzərə alınmaqla, ziyan vuranın üzərinə qoyulması. Zərərçəkmişin bu sosial müdafiə tədbiri mahiyyətinə görə, azyaşlı və fəaliyyət qabiliyyəti olmayan şəxslər tərəfindən vurulduğu zaman ziyanın bilavasitə ziyan vuranların üzərinə qoyulmasının mümkünlüyü ilə eynidir; 3) ziyanın vurulması üzrə öhdəlik ziyan vuranın üzərinə deyil, onun həyat yoldaşının və yaxın qohumlarının – valideynlərinin və ya yetkinlik yaşına çatmış övladlarının üzərinə qoyula bilər. Bu, ziyan vuranın psixi pozğunluğu barədə əvvəlcədən məlum olduğu, lakin onun fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması məsələsi vaxtında qaldırılmadığı hallarda mümkündür. Bu halın baş verməsi üçün yuxarıda qeyd edilən şəxslərin təqsirinin müəyyən edilməsi tələb olunan məsuliyyət kimi tövsif etmək olar. Bu zaman onlar yalnız fəaliyyət qabiliyyətli olmaları və ruhi xəstə ilə birlikdə yaşamaları şərtilə məsuliyyətə cəlb oluna bilərlər. Cinayət əməli törədildiyi anda, qanuna görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədildikdə, ziyanın ödənilməsi öhdəliyi valideynlərin, qəyyumların və himayəçilərin öz üzərinə qoyulur. Cinayət işində mülki iddianın irəli sürülməsi üçün ikinci əsas cinayət əməli nəticəsində ziyanın mövcud olmasıdır. Ziyan həm zərərçəkmişin əmlakına (məhvetmə, zədələmə, oğurlama və s.), həm də onun qeyri-maddi nemətlərinə (həyat, sağlamlıq, azadlıq və s.) təsirin nəticəsi ola bilər. Sonuncular həmişə pulla ifadə olunmur. Cinayətin nəticələrini ölçmək, müəyyən vahidlə qiymətləndirmək mümkün olduqda, onlar maddi ziyanı təşkil edir. Cinayətin nəticələrinin iqtisadi mahiyyəti və dəyər forması olmadıqda, onlar qeyri-maddi ziyan hesab olunur, bunlara mənəvi ziyan aiddir. Cinayət prosesində mülki iddiaya baxıldığı zaman vurulmuş ziyanın məbləği də əhəmiyyət kəsb edir. O, həm də törədilən əməlin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsinə təsir edir, bir sıra hallarda isə cinayətin tövsifini də müəyyən edir. Ziyanın məbləği nəzərə alınmaqla, iddiaçı iddianın qiymətini göstərir, məhkəmə isə ödənişin məbləğini müəyyən edir. Vətəndaşların və ya təşkilatların əmlakına cinayət əməli nəticəsində ziyan vurulduğu halda, bütün hallarda ziyanın məbləği məhkəmə qərarı çıxarıldığı an həmin ərazidə qüvvədə olan qiymətlərlə hesablanır. Cinayət prosesində mülki iddiaya baxılmasının zəruri əsaslarından biri cinayətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasıdır. Ziyan vuranın davranışı ziyanlı nəticənin baş verməsi ehtimalını həqiqətə çevirdiyi, yaxud istənilən halda onun baş verməsinin konkret ehtimalını şərtləndirdiyi hallarda səbəb əlaqəsi hüquqi əhəmiyyətli hesab oluna bilər. Ziyan vuranın davranışı ziyanın vurulmasının yalnız mücərrəd ehtimalını şərtləndirdiyi hallarda, ziyan vuranın davranışı ilə ziyan arasında hüquqi əhəmiyyətli səbəb əlaqəsi olmur. Hüquqi əhəmiyyətli səbəb əlaqəsi adətən zəruri, hüquqi baxımdan isə təsadüfi adlanır. Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən birinin hərəkəti (hərəkətsizliyi) digər şəxs tərəfindən cinayətin törədilməsini yüngülləşdirirsə (şərtləndirirsə), lakin bu cinayətin səbəbi deyil, onun törədilməsinə səbəb olan haldırsa, o zaman ziyanın birgə vurulması əlamətləri olmur. Belə hallarda ziyanın vurulmasına görə məsuliyyəti onu bilavasitə vuran şəxs daşıyır. Yetkinlik yaşına çatmayanların iddialarını məhkəmədə onların qanuni nümayəndələri irəli sürməli və dəstəkləməlidir. İddiaçı hüquqi şəxs olduqda, iddianın cinayət prosesində baxılması mülki cavabdehin kim olmasından asılıdır. Cavabdeh də hüquqi şəxs olduqda, o zaman cinayət prosesində iddiaya baxılmır. Ona inzibati-iqtisad məhkəməsində baxılmalıdır. Cinayət prosesində mülki iddia üzrə icraat prosessual fəaliyyətin bir-birinə qarşı duran subyektlərinin – iddiaçı və cavabdehin olmasını nəzərdə tutur. Onlardan birincisi mülki iddianın dəstəklənməsi funksiyasını, ikincisi isə əks funksiyanı həyata keçirir, onu mübahisələndirir, onun təmin olunmasına etiraz edir. Bu şəxslər mülki iddia üzrə icraat çərçivəsində mərkəzi yer tutur. Onların bu işdə bilavasitə iştirakı mülki iddiaya aid halların tam, obyektiv və hərtərəfli baxılmasının, onun mahiyyəti üzrə düzgün baxılmasının təminatıdır. Cinayət-prosessual qanunvericiliyinə əsasən cinayət prosesində mülki iddiaçı cinayət əməli nəticəsində maddi zərər çəkmiş fiziki və ya hüquqi şəxs ola bilər. “Mülki iddiaçı” və “zərərçəkmiş” anlayışları eyni mənalı anlayışlar deyildirlər. Cinayət-Prosessual Məcəlləsində Cinayət Məcəlləsindən fərqli olaraq, zərərçəkmiş anlayışı dar mənada istifadə olunur. Cinayət hüququnda cinayətlə bu və ya digər ziyan vurulmuş hər hansı şəxs (o cümlədən də hüquqi şəxs) zərərçəkmiş hesab olunur. Bu mənada mülki iddiaçı hər zaman cinayət əməli nəticəsində zərərçəkmişdir. Cinayət prosesində zərərçəkmiş anlayışı prosesin iştirakçısı mənasında istifadə olunur. Burada zərərçəkmiş – cinayətlə mənəvi, fiziki və ya əmlak ziyanı vurulmuş vətəndaşdır. Ümumi qaydaya görə, vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, həmçinin hüquqi şəxsə vurulmuş ziyan həmin ziyanı vurmuş şəxs tərəfindən ödənilməlidir. Şəxs tərəfindən cinayətin törədilməsi faktı bu şəxsin cinayət məsuliyyəti üçün, cinayətlə maddi ziyanın vurulması faktı isə – onun mülki məsuliyyəti üçün əsasdır. Beləliklə, bir şəxsdə həm iş üzrə təqsirləndirilən şəxs, həm də mülki iddia üzrə cavabdeh birləşir (təqsirləndirilən şəxs – cavabdeh). Lakin bir sıra hallarda qanun maddi məsuliyyəti təqsirləndirilən şəxsin üzərinə deyil, cinayət prosesində mülki cavabdeh mövqeyində olan üçüncü şəxslərin üzərinə qoyur. Təqsirləndirilən şəxs mülki fəaliyyət qabiliyyətinə malik olmadıqda, mülki cavabdeh qismində valideynlər, qəyyumlar, himayəçilər və digər şəxslər, həmçinin təqsirləndirilən şəxsin cinayətkar əməlləri ilə vurulmuş ziyana görə qanunla maddi məsuliyyət daşıyan idarə, müəssisə və təşkilatlar cəlb oluna bilər. Cinayət işində iddia üzrə mülki cavabdeh, həmçinin aşağıdakı üçüncü şəxslər ola bilərlər 1) təşkilatlar – əmək (xidməti) vəzifələrinin icrası zamanı işçilərin təqsiri üzündən ziyan vurulduğu halda; 2) müvafiq dövlət orqanları təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin yanlış xidməti hərəkətləri nəticəsində ziyan vurulduğu halda; 3) dövlət idarələri – onların vəzifəli şəxslərinin inzibati idarəetmə sahəsində yanlış xidməti hərəkətləri ilə ziyan vurulduğu halda. Təşkilatın məsuliyyəti qanunla nəzərdə tutulan hər iki hal mövcud olduqda yaranır: ziyan təşkilatın işçisinin üzündən və onun tərəfindən xidmət vəzifələrin icrası zamanı vurulduqda. Bu zaman işçinin təqsiri həm qəsdən, həm də ehtiyatsızlıq üzündən ola bilər və ona həm vəzifə cinayəti, həm də vəzifə cinayətinə aid olmayan, lakin həmin şəxsin xidməti (əmək) sahəsində törədilən cinayət hesab oluna bilər. Beləliklə, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə zərər vurulduqda, təqsirləndirilən şəxs və cinayət prosesində mülki cavabdeh mövqeyində olan yuxarıda qeyd edilən üçüncü şəxslər də mülki-hüquqi məsuliyyət daşıyırlar. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. B u k r i t e r i y a l a r a c a v a b v e r m ə y ə n hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (CPM-in 179-cu maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməsi hüquqi normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmanı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin iddia ərizəsi təmin olunmalı, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 10.000 (on min) manat tutularaq Zərərçəkmiş şəxs2, 10.000 (on min) manat tutularaq Zərərçəkmiş şəxs3 və 11.500 (on bir min beş yüz) manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 – 17 iyun 2023-cü il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 6 (altı) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3h oğlu və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi təmin edilsin. Təqsirləndirilən şəxs 10.000 (on min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Təqsirləndirilən şəxs 10.000 (on min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Təqsirləndirilən şəxs 11.500 (on bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Hakim Namiq Kərimov