Məhkəmə qərarları › İş №1(010)-120/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-120/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-120/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1981-ci ildə Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 01 azyaşlı övladı olan, əvvəllər məhkum olmuş-məhkumluğu ödənməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi ev 95, mənzil 73-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evdə yaşamış, xx.xx.2020-ci il tarixdən həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirlənməsinə dair cinayət işinin materiallarına baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2014-cü ildən başlayaraq xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli 2(010)- 2947/2014 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(010)-265/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etmək üçün xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edlməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək - yəni xx.xx.2019-cu il tarixədək cəmi 1499 manat məbləğində aliment borcundan ödəmə etsə də, şəxsi maraqları naminə qalmış 4999 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməməklə məhkəmənin qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş və şahidlərin ifadələri, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, nikahlarından xx.xx.2011-ci ildə Mələk adlı qızları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə 2014-cü ilədək birlikdə yaşamış, xasiyyətləri tutmadığından bundan sonra birlikdə yaşaya bilməmişlər. Yeganə boşanma və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşağın saxlanması üçün hər ay 103 manat aliment ödənilməsi qərara alınmışdır. Bundan sonra icra məmuru tərəfindən alimentin ödənilməsi ilə bağlı bildirilsə də, bəzi hallarda özü və ailəsi ödəniş etmiş, daimi iş yeri tapa bilmədiyindən və bir müddət həbsdə olduğundan alimenti tam ödəyə bilməmiş, ümumilikdə 5000 manata yaxın aliment borcu yaranmışdır. Bununla bağlı icra məmuru tərəfindən dəfələrlə çağırılaraq izahatı alınmış, xəbərdar olunmuş, 2019-cu ildə Suraxanı Rayon Məhkəməsi tərəfindən 10 gün müddətinə həbs olunsa da pulu ödəyə bilməmişdir. Etdiyi hərəkətlərə görə peşman olmuş, köməklik göstərilərsə bundan sonra nəzərdə tutulmuş alimenti vaxtlı-vaxtında ödəyəcəkdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs da ifadəsində Təqsirləndirilən şəxs bildirdiklərini təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, boşandıqdan sonra Təqsirləndirilən şəxs və ya valideynləri tərəfindən bəzi hallarda ödənişlər edilmiş, təxminən 1400 manat poçt və ya bank vasitəsi ilə, təxminən 300 manat isə əlbə-əl verilmiş, ümumilikdə 1800 manat ödənilsə də, 5000 manata yaxın məbləğ edənməmiş qalmışdır. Məhkəmə qətnaməsi olmasına baxmayaraq Təqsirləndirilən şəxs aylıq alimenti vaxtlı-vaxtında ödəməmiş, bu müddətdə uşaqla maraqlanmamış, onunla əlaqə saxlayaraq uşağını gəlib görməsi bildirilsə də gəlməmişdir. Buna görə də dəfələrlə icra məmuru ilə əlaqə saxlamış, ərizələr yazmış, qətnamənin icra olunmasını tələb etmişdir. Alimenti ödəmədiyinə görə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdar edilmiş, məhkəmə tərəfindən 10 gün həbs cəzası verilmiş, lakin yenə də ödəmələr həyata keçirməmiş, əsasən qaçıb gizlənməklə canını qurtarmağa çalışmışdır. Hazırda da Təqsirləndirilən şəxs ittihamda göstərilən miqdarda-yəni 4999 manatın ödənilməsini tələb edir, göstərilən miqdarda aliment Təqsirləndirilən şəxs tərəfindən tam ödənilərsə heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Rzayev X5 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2947/2014 saylı qətnaməsinə əsasən həyat yoldaşı Zərərçəkmiş şəxs boşanmış, birgə nikahdan olan övladları Mələyin yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 103 manatın xx.xx.2014-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi çıxarılaraq icra olunması üçün göndərilmiş, xx.xx.2015-ci ildə daxil olmuş icra sənədi əsasında icraat başlanmış, tələbin könüllü icrası haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxslə dəfələrlə fərdi söhbətlər aparılmış, lakin maddi imkanının olmadığını əsas gətirərək alimenti ödəməkdən yayınmışdır. Buna görə də İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin qərarına əsasən 10 gün müddətinə həbs olunmuşdur. Bundan sonra bir neçə manat ödəniş etsə də yenə də ödənişləri həyata keçirməkdən yayınmış, bir neçə dəfə şöbəyə dəvət olunaraq yazılı bildirişlər verilib xəbərdarlıqlar edilməsinə baxmayaraq nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs məşğulluq orqanında qeydiyyata götürülməsi və müvafiq işlə təmin olunması məqsədilə məşğulluq xidmətinə müraciət olunmuş, lakin o məşğulluqda iş axtaran kimi qeydiyyatda durmamışdır. Təqsirləndirilən şəxs borcunu ödəməkdən qərəzli olaraq yayındığından materiallar toplanaraq tədbir görülməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. İstintaq müddətində məlum olmuşdur ki, müəyyən vaxtlarda Təqsirləndirilən şəxs valideynləri tərəfindən də borcun bir hissəsi ödənilmiş, xx.xx.2019-cu il tarixə 4999 manat borcu qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş icra məmuru Şahid2 da ifadəsində şahid X1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri, Suraxanı Rayon İcra və Probasiya şöbəsi icra məmurunun xx.xx.2019-cu il tarixli “Cinayət məsuliyyətin cəlb etmək haqqında” təqdimatından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2947/2014 saylı qətnaməsindən aydın olur ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx.xx.2010-cu ildə Bakı şəhəri, Suraxanı Rayon Qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 499 sayla qeydə alınmış nikah pozulmuş, xx.xx.2011-ci ildə anadan olmuş X7 boşanmadan sonra iddiaçı Zərərçəkmiş şəxs yanında qalmış, tutmanın əvvəli xx.xx.2014-cü ildən hesablanmaqla Mələk Rzayeva yetkinlik yaşına çatanadək hər ay 103 manatın cavabdeh Təqsirləndirilən şəxs Qadır oğlundan alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq olunan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il 2(010)-2947/2014 saylı icra vərəqəsindən aydın olur ki, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 103 manat miqdarında aliment tutulması və tutulmanın əvvəlinin xx.xx.2014-cü il tarixdən hesablanmasına dair xx.xx.2014-cü ildə icra vərəqəsi çıxarılmışdır. Suraxanı Rayon İcra və Probasiya şöbəsinin “İcraata başlamaq haqqında” Qərarından aydın olur ki, xx.xx.2014-cü ildə alimentin tutulması ilə bağlı icraat başlanmış, qərarda 10 gün müddətində icranın könüllü təmin olunması, könüllü icra olunmadıqda icra zamanı ödəniləcək pul məbləğinin 7 faizi həcmində icra ödənişinin tutulacağı, icranı təmin etmək məqsədi ilə əmlakının siyahıya alınması və ya üzərinə həbs qoyulması qərara alınmış, qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş cavabdeh Təqsirləndirilən şəxs verilmişdir. Cinayət işində olan tələbkar Zərərçəkmiş şəxs Ağalar qızının ərizəsinin surətindən və Suraxanı Rayon İcra və Probasiya şöbəsinin “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarından aydın olur ki, iddiaçının tələbinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Məhkəmədə tədqiq olunan Suraxanı Rayon İcra və Probasiya şöbəsinin “İcraata başlamaq haqqında” Qərarından aydın olur ki, xx.xx.2018-cü ildə alimentin tutulması ilə bağlı icraat başlanmış, qərarda 10 gün müddətinin icranın könüllü təmin olunması, könüllü icra olunmadıqda icra zamanı ödəniləcək pul məbləğinin 7 faizi həcmində icra ödənişinin tutulacağı, icranı təmin etmək məqsədi ilə əmlakının siyahıya alınması və ya üzərinə həbs qoyulması qərara alınmış, qərarın surəti cavabdeh Təqsirləndirilən şəxs verilmişdir. Suraxanı Rayon İcra və Probasiya şöbəsi əməkdaşlarının xx.xx.2018-ci il tarixdə tərtib etdikləri aktdan aydın olur ki, borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi ev 95, mənzil 73 ünvana baxış keçirilmiş, həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Cinayət işində olan xx.xx.2018-ci il tarixli “Borclunun axtarışı haqqında” Qərarın surətindən aydın olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək icrası Suraxanı Rayon Polis İdarəsinə tapşırılmış, Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2018ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmışdır. Məhkəmədə tədqiq olunan Dövlət X9 daxil olmuş xx.xx.2014-cü il tarixli xx/xx-8390 saylı məktubla Təqsirləndirilən şəxs fondda sığorta olunan və ya əmək pensiyaçısı kimi qeydiyyatda durmadığı, Dövlət X12 daxil olmuş xx.xx.2015-ci il tarixli 016-Q743 saylı məktubla adına nəqliyyat vasitəsinin qeydiyyatda olmadığı, Milli Depozit xxxxxxindən daxil olmuş xx.xx.2014-cü il tarixli xx/xx-9998 saylı, xx.xx.2019-cu il tarixli xx/xx-1896 saylı məktublarla depozit xxxxxxində məlumat olmadığı, “xxxxxxxxxxxx” ASC-dən daxil olmuş xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktublarla bank hesabının olmadığı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsindən daxil olmuş xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məktublarla adına daşınmaz əmlak olmadığı müəyyən olunmuşdur. Məhkəmədə tədqiq olunan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından və “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” məlumat vərəqəsindən aydın olur ki, icra sənədinin icrası ilə bağlı olaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmədə tədqiq olunan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(010)-265/2019 saylı qərarının surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Suraxanı Rayon İcra və Probasiya şöbəsi əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığı valideynlərinə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, tələbin yönəldiləcəyi əmlak aşkar olunmamışdır. Məhkəmədə tədqiq olunan rəsmi xəbərdarlıqların surətlərindən aydın olur ki, borcu ödəməkdən boyun qaçırdığı təqdirdə CM-nin 306-cı maddəsi ilə cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim verilməsi ilə bağlı Təqsirləndirilən şəxs xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə rəsmi xəbərdar olunmuşdur. Məhkəmədə tədqiq olunan Dövlət Məşğulluq Xidmətinin Suraxanı rayon Məşğulluq xxxxxxindən verilmiş xx.xx.2019-cu il tarixli **********5 saylı məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xxxxxxdə iş axtaranlar kimi qeydiyyatda deyil. Cinayət işində olan order və qəbzlərin surətlərindən aydın olur ki, Təqsirləndirilən şəxs və ailə üzvləri borcdan xx.xx.2015-ci ildə 104 manat, xx.xx.2015-ci ildə 103 manat, xx.xx.2016-cı ildə 100 manat, xx.xx.2016-cı ildə 100 manat, xx.xx.2016-cı ildə 90 manat xx.xx.2016-cı ildə 103 manat, xx.xx.2019-cu ildə 300 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 100 manat, tarixi oxunmayan qəbzlı 200 manat ödəmişdir. Suraxanı rayon 139 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli xasiyyətnaməsində göstərilmişdir ki, Rzayev X5 rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 95, mənzil 73də yaşadığı müddətdə qonşularla yaxşı münasibətdə olmuş, barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-ən alınmış xx.xx.2019-cu il tarixli tələbnamə, hökm və qərarların surətlərindən dən aydın olur ki, Rzayev X8 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə və 300 manat cərimə cəzalarına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 05 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət hadisələrindən birinci cinayət hadisəsi üzrə məhkumluğu ödənilsə də, ikinci cinayət hadisəsi üzrə məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində göstərilir ki, resedivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qaçıb gizləndiyinə görə xx.xx.2020-ci il tarixdə “İttiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” Qərar çıxarılmış, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 10:00-da tutulmuş, ittiham elan olunaraq həmin gün də haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin çağırışına üzürlü səbəb olmadan gəlmədiyindən xx.xx.2020-ci il tarixli qərarla axtarış elan olunmuş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün nəzərdə tutulmuş bütün borc tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs həmin borcla bağlı heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətdiyindən o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə olan borcunu tam icra etməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsinin tam icra olunduğunu, buna görə şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs da müraciət edərək bildirmişdir ki, verilmiş ittiham üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində məhkəmə tərəfindən çıxarılmış qətnamə əsasında Zərərçəkmiş şəxs olan aliment borcunu tam ödəmişdir. Buna görə də elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə elan edilmiş ittiham üzrə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72.2-ci maddəsində göstərilir ki, başqa növ cinayət törətmiş şəxs bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsində göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən Təqsirləndirilən şəxs yazılı ərizəsindən görünür ki, o, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2947/2014 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzindəki borcunu tam icra edərək, zərərçəkmiş Zərərçəkmiş şəxsolan borcunu tam ödədiyi üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə icraata xitam verilməsinə razıdır. Beləliklə də, məhkəmə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2947/2014 saylı qətnaməsinin ittihamda göstərilən xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün nəzərdə tutulmuş tələbi tam icra edərək, Zərərçəkmiş şəxsolan borcunu tam ödəməsini və həmin cinayət təqibi üzrə icraata xitam verilməsi barədə razılığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasənTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və onunbarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş o, xx.xx.2020-ci il tarixdən həbs olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəsini ibtidai istintaqda Bakı şəhəri “xxxxxx” vəkil bürosunun vəkili X3, məhkəmə baxışında Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 132 manat dövlət hesabından tutularaq “xxxxxx” vəkil bürosunun hesabına (xxxxxxxxxxxx ASC Cəfər Cabbarlı filialı, filialın kodu: 200048, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, SWİFT KOD: AHBA32X; Bakı şəhəri “xxxxxx” vəkil bürosu; hesab AZ41AHB********************; VÖEN-**********1), 120 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci maddəsini, Cinayət Prosessual Məcəlləsinin, 40.3, 43.1.2, 321, 344-347, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli 2(010)-2947/2014 saylı qətnaməsini tam icra etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılsın və həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs müdafiəsini ibtidai istintaqda Bakı şəhəri “xxxxxx” vəkil bürosunun vəkili X3, məhkəmə baxışında Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 132 manat dövlət hesabından tutularaq “xxxxxx” vəkil bürosunun hesabına (xxxxxxxxxxxx ASC Cəfər Cabbarlı filialı, filialın kodu: 200048, VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, SWİFT KOD: AHBA32X; Bakı şəhəri “xxxxxx” vəkil bürosu; hesab AZ41AHB********************; VÖEN-**********1), 120 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Kəramət Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar