Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-120/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli - 01 övladı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, xx.xx.2020-ci il tarixdən həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair işə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq-təmiz çəkisi 2,665 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib, üstündə saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanın yaxınlığında Suraxanı Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,665 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadələri, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xəstə olduğuna, yuxudan əziyyət çəkdiyinə və bədənində olan ağrıları azaltmaq məqsədilə təxminən 15 ildən artıq müddətdir narkotik vasitədən istifadə edir. Yəni tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin alaraq istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə yoldaşı Mətanət Əliyeva və qaynanası Şükufə Abdullayeva ilə məhəllədə yerləşən marketə getmiş, marketə daxil olduqda maskası olmadığına görə geri qaytarılmış, mağazadan 10-15 metr aralandıqda polis əməkdaşları onu saxlayaraq zorla maşına mindirib, başını ayaqlarının altına salaraq polis idarəsinə aparmışlar. İdarədə tanımadığı əməliyyatçılar tərəfindən döyülmüş, tanımadığı şəxsin şəklini göstərərək ona qarşı ifadə verməsi bildirilmiş, lakin buna razılıq vermədiyinə görə üzərində narkotik olması sənədləşdirilmişdir. Onda narkotik vasitə olmamış, narkotiki tanımadığı polislər stolun üzərinə qoyaraq ona məxsus olmasını etiraf etməsi bildirilmiş, o da narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş və narkotikin ona məxsus olmasını vəkilinə də demişdir. İbtidai istintaq zamanı əziyyət veriləcəyinə görə narkotikin ona məxsus olmasını bildirmiş, narkotik vasitədən istifadə etsə də üzərindən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi izahatı, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi müdafiəçinin iştirakı ilə verdiyi ifadələri tədqiq olunarkən aydın olmuşdur ki, həmin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, uzun müddət narkotik vasitə istifadə etdiyinə görə onda narkotik vasitəyə meyllilik yaranmışdır. Buna görə də tanımadığı şəxslərdən narkotik vasitə alaraq istifadə etmişdir. Polis tərəfindən saxlanmamışdan iki gün əvvəl Yeni Suraxanı qəsəbəsində sifətdən tanıdığı şəxsdən istifadəsi üçün 20 manata bir büküm narkotik vasitə olan heroin alaraq münasib vaxtda istifadə etmək məqsədilə əynində olan qara rəngli cins şalvarın cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində evdən çıxıb mağazaya gedərkən bir neçə şəxs yaxınlaşaraq polis əməkdaşları olmalarını, narkotik vasitə satışında şübhələndiklərini bildirib onu polis idarəsinə aparmışlar. Polis idarəsində təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş, video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış keçirməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və digər qanunsuz əşya varsa təqdim etsin. O da cibində olan bir büküm narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, onlar da sənədləşdirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı xx.xx.2020-ci il tarixdə tərtib olunmuş protokola əlavə edilmiş diskə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək bildirmişdir ki, polis şöbəsində çəkiliş aparılmaqla üzərində baxış keçirilərkən şalvarının cibindən çıxararaq polislərə təqdim etdiyi əşya narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Yeni Suraxanıda tanımadığı şəxsdən almış, lakin təqdim etdiyi narkotik vasitə 2,665 qram deyil az olmuş, polis əməkdaşları narkotikin çəkisini düzgün göstərilməyərək artıq yazmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Yeni Suraxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, ondan istifadə etməsi və satışını həyata keçirməsi ilə bağlı iş yoldaşı Roman Həsənova daxil olmuş məlumat rəhbərliyə məruzə olunmuş, sənədləşmə işləri aparılaraq əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun tərkibində olmuş, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər. Həmin sahədə yerləşən marketdən təxminən 10-15 metrlik məsafədə Təqsirləndirilən şəxs yaşlı qadınla getdiyini görərək saxlayıb, polis əməkdaşı olduqlarını bildirərək polis idarəsinə getməli olmasını demişlər. Telman ilk olaraq getmək istəməmiş, qışqırmağa başlamış, onu maşına mindirərək polis idarəsinə aparmışlar. O narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl təhqiqatçı tərəfindən onun şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, həmçinin ona bildirilmişdir ki, üzərində narkotik və s. şübhəli əşya varsa təqdim etsin. O da şalvarının yan cibindən bir büküm çıxararaq təqdim edib, narkotik vasitə olmasını, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokol imzalanmış, narkotik vasitə zərfə qoyularaq bağlanmışdır. İstər saxlanılarkən, istərsə də baxış keçirilərkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zor tətbiq edilməmiş, maşına mindirilərkən getmək istəməyərək qışqırsa da, sakitləşdirilərək maşına mindirilmiş, sağ və sol tərəfində polislər oturmaqla arxa oturacaqda əyləşdirərək polisə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Aydın oğlu da ifadəsində Şahid1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq olunan Suraxanı RPİ-in NMB-nin əməliyyat müvəkkilinin xx.xx.2020-ci il tarixli raportunda göstərilir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsi ev 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadəsi və satışı ilə məşğul olur. Məhkəmədə tədqiq olunan Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli Ə356-096-20 saylı əmrinin surətindən, həmin tarixli əməliyyat qrupunun yaradılmasına dair protokoldan və “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi, yaxalanması, narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkilinin xx.xx.2020-ci il tarixli raportunda göstərilmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsi ev 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması və istifadəsində şübhəli olduğundan saat 12:30-da saxlanılaraq Polis İdarəsinə gətirilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2020-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan aydın olur ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Belə ki, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və sənədləri varsa könüllü təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmiş, baxıldıqda bükümdə heroinə oxşar maddənin olması müəyyən olunmuşdur. Bu barədə protokol yazılmış və iştirakçılar tərəfindən imzalanmış, narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Məhkəmə baxışı zamanı çəkiliş aparılmış DVD diskə baxış keçirilməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokol tədqiq olunarkən və DVD diskə baxış keçirilərkən protokolda göstərilənlər bir daha təsdiq edilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, cibindən çıxararaq təqdim etdiyi bir bükümdə olan narkotik vasitə olan kokosdur, Yeni Suraxanıda tanımadığı şəxsdən almış, 15 ildir ki, qara ciyəri seroz olduğundan, dərman almağa pul çatdıra bilmədiyindən bundan dərman kimi istifadə edir. Məhkəmədə tədqiq olunan Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2486 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 45” dairəvi möhür əksi olan adlar, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 2,665 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Məhkəmədə tədqiq olunan X3 tibbi yoxlama ekspertizasının xx.xx.2021-ci il tarixli 22 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbə nümayəndəliyinin verdiyi xx.xx.2021-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barədə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbə nümayəndəliyinin verdiyi xx.xx.2021-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs ailəsi həyat yoldaşı və 1992-ci ildə anadan olmuş qızından ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən aydın olur ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2007-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 132 və 221.3-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 150 misli miqdarında cərimə olunmuşdur. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 21/1-286 saylı məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəriməni tam ödəmişdir. Cinayət işində olan qərarların surətlərindən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə haqqında həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan xx.xx.2021-ci il tarixli qərardan aydın olur ki, ekspertiza tədqiqatından sonra qalan 2,615 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-in maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə baxışındakı ilkin ifadəsində təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, ümumiyyətlə onda narkotik vasitə olmadığını bildirsə də, üzərinə baxış keçirilərkən aparılmış video çəkilişə baxdıqdan sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək narkotik vasitənin ona məxsus olmasını, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən aldığını, 15 ilə yaxın müddətdir ki, narkotik vasitədən bədənində olan ağrıları azaltmaq məqsədilə istifadə etdiyini etiraf etmiş, lakin özünü müdafiə etmək məqsədilə onda olan narkotik vasitənin 2,665 qram deyil az olmasını göstərmişdir ki, məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, tərtib olunan protokoldan, video çəkilişdən aydın olur ki, narkotik vasitə aşkar olunduqdan sonra iştirakçılar, o cümlədən təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində isə maddi sübutun möhürlənmiş halda ekspertizaya daxil olması göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə aşkar edilmiş narkotik vasitənin külli miqdar olmasını, Təqsirləndirilən şəxs uzun müddət narkotik vasitədən istifadə etdiyinə görə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunub, məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli və cəza çəkdiyi müddətdə narkomaniyadan müalicəyə ehtiyacı olduğundan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicəyə ehtiyacı olduğundan cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsində göstərilir ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Cinayət işində maddi sübut kimi götürülərək Suraxanı RPİ-də saxlanılan 2,615 qram kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs alınaraq X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, HesabN: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 60 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin, cəza çəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicəyə ehtiyacı olduğundan cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Cinayət işində maddi sübut kimi götürülərək Suraxanı RPİ-də saxlanılan 2,615 qram kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs alınaraq X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, HesabN: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini ibtidai istintaq və məhkəmədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 60 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Kəramət Əliyev.
Məhkəmə qərarları › İş №1(010)-120/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-120/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver