Məhkəmə qərarları › İş №1(010)-120/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-120/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-120/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2007-ci il tarixdən birgə nikahda olduğu Zərərçəkmiş şəxs 2017-ci ilin əvvəllərindən etibarən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində əsassız qısqanclıq və sair lüzumsuz səbəbləri bəhanə gətirərək yaşadıqları mənzildə mütəmadi olaraq qapalı saxlayıb psixi iztirablar verməklə, mütəmadi olaraq döyərək söyüş söyüb təhqir etməklə şəxsiyyətini alçaltmış, həmin hərəkətlərin davamı olaraq 18 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində ünvan 1 ünvanında yenə də əsassız qısqanclığı bəhanə gətirərək kiçik ölçülü dərzi qayçısı ilə Zərərçəkmiş şəxs qəsdən boğaz nahiyəsindən vurub ondan canın qurtarmaq üçün balkona qaçıb çıxmaq istəyərkən tutub yerə yıxaraq balıncı üzünə dirəyib qəsdən nəfəs almasını çətinləşdirərək Cinayət Məcəlləsinin 126-cı və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan boyunun sol yan səthinin bir ədəd kəsilmiş yarası, sol əlin ovuc səthinin səthi əzilmiş yarası və sol kürəkaltı nahiyəsinin qançırı xəsarətləri dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurub, Zərərçəkmiş şəxs mütaəmadi olaraq döyüb güclü fiziki ağrı yetirib həmin zorakı hərəkətləri və şəxsiyyətini alçaldan psixi iztirablarla Zərərçəkmiş şəxs işgəncə verməklə əzab vermə cinayətini törətmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək və öz müdafiəsi üçün dəlillər gətirərək ifadəsində göstərmişdir ki, o, 14 yaşlı qızı X4 və arvadı Zərərçəkmiş şəxs ilə bir yerdə yaşamışdır. Zərərçəkmiş şəxs ilə 2007-ci ildən ailə qurmuş, onunla nikahdan 02 övladı var. xx.xx.2008-ci ilə təvəllüdlü Əli Babayev, xx.xx.2010-cu il təvəüllüdlü qızı Ayşən Babayeva. Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə saat 12 radələrində evdə nalayiq ifadələr işlətməyə başlamışdır. Təqsirləndirilən şəxs onu döyməklə hədələmişdir. Zərərçəkmiş şəxs sonra evdəki əşyaları sındırmağa başlamışdır. O, əlindəki dərzi qayçısı ilə özünün sol boyun nahiyyəsindən zərbə vurmuşdur. Sonra Zərərçəkmiş şəxs qızı Ayşəni çağıraraq Təqsirləndirilən şəxs onu vurduğunu bildirmişdir. Sonra Zərərçəkmiş şəxs mətbəxə getmişdir. Oradan isti suyu götürərək onun üstünə atmışdır. Sonra Zərərçəkmiş şəxs balkona çıxmaq istəmiş, Təqsirləndirilən şəxs ona mane olmağa çalışarkən Zərərçəkmiş şəxs onun qolunun müxtəlif nahiyyələrindən dişləmiş, ona xəsarətlər yetirmişdir. Həmin hadisə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Əmircan qəsəbəsində Malik Mustafayev küçəsi ev 16, mənzil 28 ünvanında baş vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dəfələrlə onu öldürməyini tələb etmişdir. Zərərçəkmiş şəxs məqsədi isə onu şərləyərək polis tərəfindən həbs etdirmək olmuşdur. Təqsirləndirilən şəxs ondan otaqdan çıxmasını tələb etsə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu öldürməyini tələb etmişdir. Təqsirləndirilən şəxs onun qışqıracağını, əynindəki paltarın yarıçılpaq olmasını, qışqıracağını camaatın içərisində biabır edəcəyini düşünərək onun balkona çıxmağına mane olmuşdur. Zərərçəkmiş şəxs da onun qollarının müxtəlif nahiyyələrindən dişləmişdir. O, bıçaqla Zərərçəkmiş şəxs boynundan xəsarət yetirməmiş, həmin bıçaq xəsarətini Solmaz özü özünə yetirmişdir. Zərərçəkmiş şəxs özü özünü bıçaqla vurmasını Təqsirləndirilən şəxs başqa heç kim görməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs izahatında göstərdi ki, təqsirini etiraf etmir. İttihamdakılar, sənəddə yazılanlardır, onlar da əsassız maddələrdir. Hadisə günü yalvarmışdır ki, “otaqdan çıx”, o isə öz başına, özünə vurmuşdur. Ekspertizada onları yoxlayan şəxs dedi ki, “sən nə gündəsən, zərərçəkmişdə nə var ki?” o isə demişdir ki, “yoldaşım barədə belə deməyin”. Əvvəlki hökmlərdə də iş bitsin deyə, həmin maddələri üzərinə götürmüşdür. Ortada başqa şəxslər olması onu sarsıtdı, onun borcu ailəsinin yanında olmaqdır. İttihamdakı maddələrlə razı deyil. Onda da qayçıdan çox xəsarətlər olub. Balkona çıxıb özünü öldürməklə, hədələmiş, Solmazın əlindəki əşyaları o əlindən almışdır. Zərərçəkmiş şəxs şüşə götürərək udmuşdur, onların arasında balış söhbəti olmayıb, o, əli ilə, tutmuş, susmasını, qonşuların eşitməməsini istəmişdir. O, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, evlənmək üçün özünün dirəşdiyini, evləndikdən 1-2 il sonra Solmazın nevroz olması məsələsi ortaya çıxmışdır. Onlar əvvəl bina evində yaşamışlar, sonrada atasıgil oraya köçmüş, bacısı da onlarla yaşayırmış, Solmaz da birdən sıxıldığını, rayona getdiyini deyirdi. 2017-ci ildə oğlu anasının evdə canlı video açdığını demiş, buna görə də o, Zərərçəkmiş şəxs evə çəkərək qapını bağlamış, ondan məsələ barədə soruşduqda Solmaz belə bir video olmadığını bildirmişdir. Onun həyat yoldaşı ilə bağlı işinə 2017-ci ildə xitam verilmişdir. Yoldaşının, yəni Zərərçəkmiş şəxs psixoloji problemləri olmuş, hətta Solmazın qaldığı evdə Pəri adlı xanım da demişdir ki, “Solmaz deyirdi ki, öldürəcəm, belə edəcəm”. Zərərçəkmiş şəxs özünün psixoloji problemləri olmuş, o, özünün nevroz olduğunu demişdir. O, həyat yoldaşı Zərərçəkmiş şəxs heç vaxt 25 bıçaq zərbəsi ilə öldürəcəyini, bibisiqızının ölümü ilə eyni formada öldürəcəyi barədə hədələməmişdir. 2020-ci ildə də həyat yoldaşı ilə bağlı məsələ olmuş və xitam verilmişdir. 2021-ci ildə evdə mübahisə olmuş və Zərərçəkmiş şəxs “Ümid” sığınacaq evinə çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs balışla boğmamış, Solmaz mayka ilə eyvana çıxıb özünü atmaq istəyəndə ağzından tutaraq içəri salmışdır. Həmçinin, evdə açar həmişə içəridə olmuş, Solmaz da istədiyi vaxt evdən çıxa bilmişdir. Hətta o, uşaqları dərsə aparanda qapını arxadan bağlamasını bildirəndə Solmaz hər dəfə ona “sən bağla, get” deyirmiş. Solmazın otağında antikvar əşyalar, fiqurlar, bıçaqlar, qayçı, qılınc və s. olmuş, Solmaz da mübahisə zamanı əlinə keçən əşyanı na atmışdır. Həmin otaqda eyvan olmamış, qapını örtmüş, içəri girdikdə mübahisə düşmüş, qayçı da yerdə olmuş, o, Solmazın əlindən qayçını alanda onu dişləmişdir. Hətta, paltar qaynatmaq üçün isti su qoymuş, onu üstünə tökmüşdür. O, sentyabrda həbsdən çıxanda evə getmiş, getmədən əvvəl bazarlıq etmiş, evə getdikdə isə uşaq ona anasının rayona getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs 20 gün rayonda qalmış, sonra isə özü Sabunçuda tək qalmışdır. O, özünü yalnız söz davasına girməkdə günahkar hesab etdiyini, yoldaşını istədiyi üçün ondan boşanmadığını, boşanmanın ona zidd olduğunu bildirdi. O, ilk vaxtlar əsəblərinin yerində olmadığını, həmin vaxtlar şillə ilə vurduğunu, Solmazın da gözünün göyərdiyini, lakin qayçı ilə vurmadığını, özü vursa daha dərin xəsarət olacağını bildirdi. Həmçinin, dərzi qayçısı ilə Solmazın öz boğazını kəsdiyini, qazanı onun başına vurduğunu, ümumiyyətlə otaqda əlinə keçənləri öz başına vurduğunu, onun da Solmazın əlindəkiləri aldığını bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda yazılı çıxışını təqdim edərək bildirmişdir ki, ittiham aktından görünür ki, cinayət işinin başlanmasına əsas və səbəbi ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs 18 iyun 2024-cü il tarixdə DİN-nin 102 çağrı mərkəzinə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində yaşadığı ünvanda olarkən əri Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncunun onun boynunun sol nahiyyəsindən dərzi qayçısı ilə vuraraq xəsarət yetirməsi, yastıqla onu boğmaq istəməsi, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda dəfələrlə döyərək onun qabırğalarını, əl barmaqlarını sındırdığını həmin faktlarla bağlı Suraxanı RPİ-də araşdırma materiallarının, tibbi ekspertiza rəylərinin olduğunu bildirməsi və həmin faktla bağlı toplanmış materiallar olmuşdur. Hesab edir ki, ittiham aktında qeyd edilən xüsusatlar həqiqəti əks etdirmir və o, hazırkı ittiham üzrə təqsirsizdir. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar onun Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə deyil, həmin Məcəllənin 133.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinlə dəlalət edə bilər. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli olduğunu təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. Dövlət ittihamçısının hazırda ittiham olunduğu maddə üzrə qərəzli suallar verməsi isə ona qarşı irəli sürülmüş ittihamın qeyriqanuni olaraq möhkəmləndirilməsi məqsədi daşımışdır. Bu baxımdan hesab edir ki, hazırkı ittiham üzrə təqsirli olsa belə (halbuki özünü təqsirli bilmir) təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə tövsif olunmalıdır. İş materiallarına əlavə edilmiş, ittiham aktında göstərilənlər, Azərbaycan Respublikası Qanunlarına uyğun əldə olunmadığından, Cinayət Məcəlləsinin tələblərinə uyğun əməliyyat tapşırığını verən istintaq orqanına təqdim edilmədiyindən və istintaq yolu ilə yoxlanılmadığından cinayət təqibi üzrə sübut kimi qəbul edilə və təqsirləndirilən şəxsin təqsirli bilinməsinə əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.1 ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləki, Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulanmışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində qeyd olunur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Hesab edir ki, onun əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hömü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci məddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda və ya şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə, eləcədə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxsin barəsində bəraət hökmü çıxarılmalıdır. Odur ki, məhkəmənin müşavirə otağında bütün qeyd edilən halları araşdırmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, mənim əməlimdə cinayət tərkibinin olmadığını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən ünvanda oğlu və qızı ilə birlikdə yaşayır. 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Həmin nikahdan 16 yaşında Əli Babayev və 14 yaşında Ayşən Babayeva adlı iki övladı var. Əri qabırğalarını əl barmaqlarını dəfələrlə qırmış, hətta sağlamlığa dəfələrlə ziyan vurmuş, həmin xəsarətlərlə bağlı dəfələrlə 31-ci polis şöbəsinə müraciət etmişdir. Sonra ona yalvardığı xahiş etdiyi üçün barışmışdır. O, Zərərçəkmiş şəxs bibisinin qızını 25 bıçaqla öldürdüklərini, onu həmin qaydada bıçaqlayaraq öldürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun övladlarının gözü qarşısında bədənini mütəmadi olaraq yandırır, dəmirlə xəsarətlər yetirir. Təxminən 05 ay bundan qabaq barmaqlarını sındırmışdır. Təcili tibbi yardıma müraciət etmişdir. Sabunçu xəsatəxanasında həmin faktla bağlı barmaqlarının rentgeni çəkilmişdir. 18 iyun 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 16 mənzil 28 ünvanında məişət işləri ilə məşğul olarkən, Təqsirləndirilən şəxs onun qardaşlarının barəsində nalayiq ifadələr işlətmişdir. Sonra onun əxlaqsız olduğunu bildirmişdir. Onun digər şəxslərlə münasibəti olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs öldürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onu 25 bıçaq zərbəsi ilə öldürülən bibisi qızı kimi öldürəcəyini bildirmişdir. O, öz otağında orta otaqda çarpayıda əyləşmişdir. O, Təqsirləndirilən şəxs qarşısında diz çökərək ona şər atmamasını, ondansa öldürməsini bildirmişdir. O, ani olaraq sağında qutuda olan dərzi qayçısını götürmüş və Zərərçəkmiş şəxs boynunun sol nahiyyəsindən zərblə vurmuşdur. Boynundan təzyiqlə qan fışqırmışdır. O, qapını açarla kilidləmişdir. O, həmişə qapını açarla kilidləmiş və onun evdən çıxmağına mane olmuşdur. Ona görə də Zərərçəkmiş şəxs çölə çıxa bilməmişdir. Zərərçəkmiş şəxs divarları döyməyə qonşuları köməyə çağırmağa başlamışdır. Təqsirləndirilən şəxs onu balışla qonaq otağında boğmağa başlamışdır. Zərərçəkmiş şəxs güclə birtəhər onun qollarını dişləyərək sağ qalmağa çalışmışdır. Zərərçəkmiş şəxs onun əlindən qaçaraq qapıya yaxınlaşmışdır.Açarın qapının yanında olduğunu görmüş və qapını açaraq çölə qaçıb insanlardan kömək istəməyə başlamışdır. 1-ci mərtəbəyə düşmüş, sonra binanın digər girişinə yaxınlaşıb qohumunun evinə daxil olmuşdur. Həmin hadisə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 16, mənzil 28 ünvanında baş vermişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs qızı evdə olmuşdur. Lakin o digər otaqda olmuş hadisəni görməmişdir. Ona görə qayçı ilə ona xəsarət yetirilməsi hadisəsini heç kim görməmişdir. Təqsirləndirilən şəxs qayçı ilə boynundan vurduqdan sonra yastıqla boğmağa başlamışdır. Zərərçəkmiş şəxs onun qolunu dişləyərək və vedrədə olan isti suyu ona doğru atmaqla ondan uzaqlaşmışdır. Qapını açaraq qaçmış və insanlardan kömək istəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun 17-18 yaşı var idi, Familin bacısını əmisinə almışlar. O, heç Famili tanımırmış. Əvvəldən Famil bacılarının saçını yolurdu, xalasına da, atasına da işgəncə verirdi. Sonradan ona demişdir ki, “səni sevirəm”. Onu istəyənlər olmuş, ancaq o, evləri təmirsiz olduğundan heç kimin gəlməsini istəməmişdir. Daha sonra Famil onu istəmiş, o da Famili istəmiş, nə demişsə, eləmişdir. O, deyirdi ki, üzük gətir, Famil də gəlib stollarını qırmışdır, bunlar 18 yaşım olanda yaşanıb. Ailə qurmamışdan, İsmayıllı-Bakı gedib-gələ bilmədiyini, onlarda qalmasını demişdir. Sonra bir müddət onlarda qalmış, uşaq olduğunu biləndən sonra isə toy etmişlər. Ailə qurmuşlar, övladı olanda da onu döyürmüş. 32 yaşına qədər elə bilirdi ki, sevir, qısqanır. Qızının iki aylığında onu döyüb, vurub, qanaxması olmuş, uşaq bir ay qalmışdır, sonra 9 ayında ya uşaq, ya ana demişlər, onun da bəxti gətirmiş, ikisinə də heç nə olmamışdır. 32 yaşında ona telefon alıb, telefonu gah alır, gah verirdi. O, özünə başqa oğlan söhbətin yaraşdırmamış, ancaq şəkillərə baxmaq üçün instaqram açmışdır. 2018-ci ildə bir dəfə salam sözünə cavab vermişdir. Onu döyürdü, qapını kilidləyirdi, yaraları sağalanda qapını açırdı. Oğlu yarışda 2:1 uduzub, uşağı şillələyib, uşaq gömgöy olmuş, ondan imdad diləmiş, uşağın qarşısına keçəndə isə onu vurmuşdur, bunu bütün qonşulardan soruşmaq olar. O, xalasına görə susmuşdur. Birlikdə olduqları 17 ilin 4 ili normal keçib, qalanı isə bu formada keçib. Onu məktəbə getməyə qoymamış, heç kimlə danışmamış, heç kimə zəng etməmişdir. Famil məktəbədə uşaqların valideynlərini ona pisləmiş, özü isə onlarla dost olmuşdur. Qızı əslində ona verilib, lakin qızı ona deyir ki, “mənə yığıb, əlaqə saxlama”. O, “Ümid” sığınacaq evinə adına söz gəlməsin deyə qaçmışdır, onu ölümlə hədələmişdir. Qaynatası həmişə ona gizlin pul vermişdir, gedib, 50-100 manat telefon almış, anası ilə danışmışdır. Saat 12.00 idi, paltar qaynadırmış, yatıb, saat 12.00-də durub, söyüşlər, iyrənc sözlər deyirmiş. Onu dəmir yatağa itələmiş, dəmir əlini kəsmişdir. Ona “məni öldür, canım qurtarsın” demiş, qarşılığında isə “camaat xəyanətə bilirsən nələr edir” dəyərək üç qayçını götürmüşdür. Onun 2-3 qayçısı olmuş, qayçını boynuna vurmuşdur. Bu zaman o, vedrədə olan su ilə onu vurmuş, ancaq hansı nahiyədən vurduğunu bilməmişdir. O, Famildən şikayət etməmiş, qonşuların sözü ilə polislər aparmışdır. Təqsirləndirilən şəxs ona açar verməmiş, həmişə açarı özündə saxlamış, yalnız 1-2 saatlıq çayxanaya gedəndə açarı vermişdir. O, oğluna evin açarının dublikatını çıxarmasını demiş, ayrılmış, xalasına görə evə gəlmişdir. O, Maştağaya gedib yoxlanmış, heç bir problemi olmamışdır, Famil onu söydüyü üçün, o da söymüşdür. Qayçı ilə vurulandan sonra ondan qan gedəndə özündən getmiş, qonşular onu xilas etmişdir. Bu ayın 14-ü boşanma prosesi bitəcək. Təqsirləndirilən şəxs onu bibisiqızı ilə hədələmişdir. O, özünü öldürmək istəməmiş, qonaq otağında imdad diləmiş, balışı 20 dəq üzünə tutmuş, 10-12 dəqiqə ağzını balış ilə tutmuşdur. Həmin vaxt evdə qızı olmuşdur, atası ona telefon vermiş, qızı səs-küyə öyrəşdiyi üçün ona bu hadisə adi gəlmişdir. Təqsirləndirilən şəxs onun barmağını sındırmış, barmağı indiyədək sınıqdır. O, Pəri adında qadını tanımamış, yolda görəndə ev ilə maraqlandığını, makler kimi pul almışdır. O, orada 1 gün qalmış, qadının da usta qohumu olmuş, Famil də qohumu ilə onun adına söz çıxarmışdır. Cinayət işinin 27-29-cu vərəqlərində olan istintaq zamanı alınmış Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 387 saylı ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir; sol bazunun qançırları, şişkinlik və qançırı (hematoması), sol əlin İİİ barmağının sıyrığı, sağ dirsək oynağının, sol göz ətrafı yumşaq toxumaların, boyunun, sol kürək və sağrı nahiyəsinin qançırı, alt dodağın selikli qişasının qansızması. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalazasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin yıxılma nəticəsində alınmaları inkar olunur. Cinayət işinin 32-33-cü vərəqlərində olan istintaq zamanı alınmış Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 449 saylı ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir; sağ qaşın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ qulaqaltı nahiyənin, boyunun, sol budun saidin sıyrığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün təyin edilmir. Xəsarətlərin lokalazasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin yıxılma nəticəsində alınmaları inandırıcı deyildir. Cinayət işinin 131-132-ci vərəqlərində olan istintaq zamanı alınmış Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 445 saylı ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü vət. Zərərçəkmiş şəxs boyunun sol yan səthinin bir ədəd kəsilmiş yarası, sol əlin ovuc səthinin səthi əzilmiş yarası və sol kürəkaltı nahiyənin qançırı müəyyən edilmişdir. Xəsarətlərdən boyunun sol yan səthinin kəsilmiş yarası kəsici kənara malik əşyanın və ya alətin təsirindən törənmişdir, özünün dediyi kimi qayçının diliminin kəsici kənarının təsirindən törənə bilərdi, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarada göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətlərin lokalazasiyasına və xüsusiyyətlərinə əsasən həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işinin 133-135-ci vərəqlərində olan istintaq zamanı alınmış Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 449 saylı ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs sol bazunun hematoması, sağ saidin xətt şəkilli sıyrıqları və qançırı, sol saidin və sol bazunun qançırları və çoxsaylı xətt şəkilli sıyrıqları, başın təpə nahiyəsinin sağ qulaq seyvanının, döş qəfəsinin hər iki yan səthlərinin, hər iki bazunun qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətlərin lokalazasiyasına və xüsusiyyətlərinə əsasən həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işinin 126-127-ci vərəqlərində olan istintaq zamanı alınmış “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2034 saylı rəydə qeyd olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, qeyd edilən əməlləri törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməlləri törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 129-130-cu vərəqlərində olan istintaq zamanı alınmış “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2604 saylı rəydə qeyd olunur ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, qeyd edilən əməlləri törətdiyi zaman öz hərəkətini faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işinin 84-85-ci vərəqlərində olan iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128ci maddəsi ilə material xx.xx.2017-ci il tarixdə məhkəməyə göndərilmiş və xx.xx.2017-ci il tarixdə CPM-nin 39.1.11-ci maddəsi əsasənda xitam verilmişdir. Babayev X3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1 maddəsi ilə təqsirli bilinib və cinayət işinin icraatına xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə CPM 40.3-cü və CM-nin 73.2-ci maddələrinə əsasən cəzasına xitam verilmişdir. Cinayət işinin 39-cu vərəqində olan 18 iyun 2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 16, 28 saylı mənzildə hadisə yerini göstərək bildirdi ki, 18 iyun 2024-cü il tarixdə saat təxminən 12:00 radələrində Zərərçəkmiş şəxs evdə nalayiq ifadələr işlətməyə başlamış, əlindəki əşya ilə özünün sol boyun nahiyəsindən zərbə vurmuş, sonradan Təqsirləndirilən şəxs çağıraraq onu vurduğunu bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs mətbəxə gedərək isti suyu Təqsirləndirilən şəxs üstünə tökmüş, balkona çıxmaq istədikdə Təqsirləndirilən şəxs ona mane olmağa çalışmış, bu zaman o, Təqsirləndirilən şəxs qolundan müxtəlif nahiyələrdən dişləmiş, ona xəsarətlər yetirmişdir. Cinayət işinin materiallarının 57-ci vərəqində olan 18 iyun 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 100-105-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-200/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarının 119-124-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-264/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay həddində, istintaq müddətinin sonunadək, yəni 18 sentaybr 2024-cü ilədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 08 oktyabr 2024-cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 110-113-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-115/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası CM-nin 127.1 maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə düzgün tövsif edilmişdir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsaslıdır, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilmiş, onun əməli düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, işgəncə verməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsə CMnin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirərək, işgəncə verməklə əzab vermişdir. Qanunvericiyinin yuxarıda göstərilən müddəaları rəhbər tutaraq və bundan əlavə zərərçəkmiş şəxsin ərizəsinin və izahatların əsas götürərək, məhkəmə hesab edir ki, baxılan cinayət işinin başlanması üçün əsası və predmeti məhz Zərərçəkmiş şəxs müəyyən tarixdə döyülüb-döyülməməsi deyil, sırf uzun müddət ərzində mütəmadi şəkildə davam edən məişət zorakılıq hadisəsi ilə bağlı müraciətdir. Məhkəmə zərərçəkmiş şəxsin ərizəsində və izahatlarında göstərdiyi xüsusatlara – döyülmənin mütəmadilik xarakterinə, evdən buraxılmamasına, yaxın qohumları ilə əlaqə yaratmaq və polisə bu müddət ərzində müraciət etmək imkanından məhrum olduğuna və bu kimi hallara diqqət yetirməmək və yalnız təqsirləndirilən şəxsin ifadəsinə əsasən ekspert rəyini şübhə altına qoyulması zərrəçəkmiş şəxsin hüquqlarını nəzərə almayan formal xarakterli yanaşma kimi qəbul edir və hesab edir ki, məhkəmənin birbaşa baxışı və predmeti Zərərçəkmiş şəxs “dəfələrlə”, mütəmadi şəkildə işgəncə verməklə döyülmə faktının olub-olmamasının müəyyən edilməsidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs əməlindəki dəlilləri və mülahizələri, izahatında evin qapısının daim kilidli olmasını və açarın Təqsirləndirilən şəxs olmasını, icazəsiz heç yerə getməməsini bildirməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməsi, güclü fiziki ağrı və ya psixi iztirablar verməklə işgəncə verməsini, ümumiyyətlə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar halları araşdırarkən, tələbnamədə qeyd olunan bütün bu halların arvadına qarşı münasibətdə törədilməsi, həmçinin hadisədən sonra “Ümid” sığınacaq evinə getməsi, qeyd olunan halların istər zərərçəkmiş şəxsin ifadəsində, istərsə də ibtidai istintaq zamanı toplanmış, cinayət işin materiallarında öz əksini tapmış, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqinin tapması, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrində tez-tez “bizim kitabda boşanmaq yoxdur” deməsi, iş üzrə zərəçəkmiş şəxs Solmaz Babayevin psixi sağlamlığı barədə məhkəmə-psixiatrik ekspertizasının rəy olduğu halda Təqsirləndirilən şəxs öz ifadəsində zərərçəkmiş şəxsi psixi pozuntuları olan şəxs kimi təqdim etməklə bütün xəsarətlərin özünün özünə yetirilmiş kimi təqdim edilməsi, Zərərçəkmiş şəxs öz ifadəsində dəfələrlə onun təzyiqinə məruz qalaraq ifadə verilməsinin bildirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən məişət zorakılığı — yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Həmin Qanunun 13.1. 1-ci maddəsinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi xarakterli tədbirlər — məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsidir. Gender identikliyi görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipi digər hüquqi sənədlərdən, ilk növbədə İnsan hüquqları haqqında Avropa Konvensiyasından (14-cü maddə: Ayrıseçkiliyin qadağan olunması; 12 saylı Protokol) və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan (misal üçün bax: Oliari İtaliyaya qarşı, 2015-ci il tarixli qərar; Ratsenbök və Zaydl Avstriyaya qarşı, 2017-ci il tarixli qərar) habelə Seksual oriyentasiya və ya gender identikliyi əlamətlərinə görə ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri haqqında Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(2010)5 saylı tövsiyəsindən irəli gələn hüquqi öhdəliklərə əsaslanır. Opuz Türkiyəyə qarşı işdə məişət zorakılığına cavab verməkdə səmərəsiz dövlət tədbirləri ilə bağlı nümunədə, bu qeyd dolunan inanc (fikir), Türkiyədə qadınların qanun qarşısında bərabər qorunmasını necə inkar edə biləcəyini göstərir. (ECTHR, Opuz Türkiyəyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 iyun 2009-cu il tarixli hökm, paraqraf 185-191.) “Şəxsi və ya ailə məsələsinə” müdaxilə etməmək üçün səlahiyyətli orqanlar, təsdiq edilmiş ciddi məişət zorakılığı nümunəsinə baxmayaraq, ərizəçinin ərinə qarşı müvafiq tədbirlər görməkdə uğursuz olmuşdur. (Ecthr, Opuz Türkiyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 İyun 2009, paraqraf 96). O, nəticədə, ərizəçinin anasını ərizəçiyə ailə evindən qaçmasına kömək edərkən öldürmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsi aşkar etmişdir ki, ərizəçi prima facie iddiası nümayiş etdirir və məişət zorakılığı ilk növbədə qadınlara təsir edir və Türkiyədəki ümumi və ayrıseçkiliyə əsaslanan məhkəmə passivliyi məişət zorakılığına gətirib çıxaran şərait yaradır (ECTHR, Opuz Türkiyə yə qarşı iş, müraciət No 33401/02, 9 iyun 2009-cu il, Paraş. 198-201). Opuz-Türkiyəyə qarşı (2009) işində Məhkəmə, ərizəçi Nahide Opuz və ərizəçinin əri tərəfindən öldürülən anasının məruz qaldığı məişət zorakılığının “gender əsaslı zorakılıq olaraq qəbul edilə biləcəyini təsbit etmişdir ki, bu da qadınlara qarşı ayrıseçkilik formasıdır ”.10 Məhkəmə qeyd etmişdir ki: “[…] işlə bağlı iddia edilən ayrı-seçkilik özlüyündə qanunvericiliyə əsaslanmır, əksinə, qadınlar məişət zorakılığını bildirdikləri zaman yerli hakimiyyət orqanlarının, qadınlara polis bölmələrində necə davranıldığı kimi, ümumi münasibətindən və qurbanlara effektiv müdafiənin təmin edilməsində məhkəmənin passivliyindən qaynaqlanır.” (maddə 192) Məhkəmə daha sonra qərar verdi: “Türkiyədə bilərəkdən olmasa da, əsasən qadınlara təsir etsə də, ayrı-seçkiliyə əsaslanan və ümumi məhkəmə passivliyinin olması barədə öz çıxardığı nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi və onun anasının məruz qaldığı zorakılıq qadınlara qarşı ayrı-seçkilik forması olan gender əsaslı zorakılıq olaraq qəbul edilə bilər. Hökumət tərəfindən son illərdə aparılan islahatlara baxmayaraq, məhkəmə sisteminin ümumiyyətlə cavab verməməsi və təcavüzkarların cəzasız qalması, hazırkı işdə aşkarlandığı kimi, məişət zorakılığına qarşı müvafiq tədbirlər görmək üçün yetərli öhdəliyin olmadığını göstərmişdir [...].” (paraqraf 200) Bu aşkarlanan fakt, məişət zorakılığı qurbanının ölümü üzrə nəticəsi olmayan araşdırmalar aparılmış Durmaz Türkiyəyə qarşı işində təsdiqlənmişdir (Durmaz Türkiyəyə qarşı iş, 3621/07 nömrəsi, 13 noyabr 2014-cü il tarixli qərar, paraqraf. 65). Qadınlara qarşı zorakılığa dair məhkəmə hökmü ilə, MC-Bolqarıstan (2003) və Opuz- Türkiyəyə qarşı (2009) kimi mühüm işlər vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsi, belə bir prinsip inkişaf etdirdi ki, dövlətlər insan hüquqları pozuntularının qarşısını almaq məqsədilə tədbirlər görməlidirlər. Bu prinsip müəyyən etdi ki, bu hərəkətlərin dövlət tərəfindən və ya fərdi şəxslər tərəfindən törədilməsindən asılı olmayaraq, dövlət onların istintaqını aparmaq, mühakimə etmək və cəzalandırmaq öhdəliyinə malikdir. Bu anlayış lazımi səy göstərmə prinsipinin hazırlanmasına gətirib çıxardı. Bu prinsip ilk olaraq X və Y işində ifadə edilmişdir ki, buna əsasən də Məhkəmə qət etmişdir ki, pozitiv öhdəliklər yalnız dövlətlərin hüquqları pozmaqdan çəkinməsini tələb etmir, həm də şəxslərin hüquqlarının digər fərdi şəxslər tərəfindən pozulmamasını təmin etmək üçün təşəbbüskarlıq (fəal olma) vəzifəsini də tapşırıq kimi qarşıya qoya bilər (bənd 23). MC Bolqarıstana qarşı işində Məhkəmə təsbit etmişdir ki, 3-cü maddəyə və 8-ci maddəyə uyğun olaraq hüquqların qorunmasına dair öhdəliklər rəsmi araşdırmalar aparmaq və zorlamanın effektiv şəkildə cəzalandırılması ilə bağlı vəzifələri şərtləndirir (maddə 149-53). Maslova-Rusiyaya qarşı (2009) işində, Məhkəmə qət etdi ki, “Zorlamanın açıqca alçaldıcı xarakteri bu kontekstdə dövlətin prosedur öhdəliyini xüsusi vurğulayır” (bənd 91). Məhkəmə həmçinin qərar vermişdir ki, qadınlara qarşı çoxsaylı məişət zorakılığı hadisələrində də, milli səlahiyyətli qurumların belə zorakılığın qarşısını almaq üçün qoruyucu tədbirlər görmək üçün pozitiv öhdəlikləri vardır, belə ki, səlahiyyətli qurumlar “bilirdilər ki və ya bilməli idilər ki” Kontrova / Slovakiya (31 May 2007) və Hajduova / Slovakiya (30 Noyabr 2010) işlərində bir şəxsin həyatı və ya sağlamlığı üçün “real və birbaşa risk” mövcud olmuşdur. Potensial təcavüzkar tərəfindən təhdid hələ fiziki zorakılıq kimi reallaşmadıqda belə səlahiyyətli qurumlar müdaxilə etməli idi (Hacduova). Səlahiyyətli qurumlar, bəzən hətta qurbanın ifadə olunan istəklərinə (iradəsinə) qarşı, vəzifə səlahiyyətindən istifadə edərək tədbir görə bilərlər (Hajduova). Bəzi hallarda müvəqqəti təcili mühafizə tədbirləri alına bilər (Bevacqua və S. Bolqarıstana qarşı, 12 İyun 2008). Bütün istintaq və məhkəmə prosesi boyunca ərizəçinin şəxsi bütövlüyünə hörmət təmin edilməlidir. Qəbul edilməlidir ki, qurban qadınlar, xüsusən cinsi zorakılıq hallarında, cinayət prosesini tez-tez əlavə bir travma kimi qəbul edirlər. Bu, xüsusən zərərçəkmiş qadın özünün istəyinə zidd olaraq təcavüzkarla birbaşa üzləşməyə məcbur qaldıqda belə olur. (Y. Sloveniya, 2015). Halime Kiliç-Türkiyəyə qarşı 2016-cı il işinin nümayiş etdirdiyi istintaq zamanı / məhkəməyə qədərki dövrdə baş verən bir neçə uğursuzluğu, AİHM 14-cü maddə ilə birlikdə (ayrı-seçkiliyin qadağan edilməsi) 2-ci maddənin (yaşamaq hüququ) pozulması kimi müəyyən edir. Bu işdə, məişət zorakılığının qurbanı səlahiyyətli qurumlara dörd şikayət ünvanlamış və ərinə qarşı üç mühafizə orderi almışdır. 2008-ci ildə zərərçəkmiş şəxs birinci şikayəti vermiş və Ailə Məhkəməsi tərəfindən verilən mühafizə orderini istəmişdir. Prokuror cinayətkara qarşı ittiham irəli sürmüşdür. Zərərçəkən daha sonra ikinci bir şikayət verdikdə, məhkəmə daha iki mühafizə orderi vermişdir və prokuror müvəqqəti həbs tədbiri istəməklə təcavüzkarı məhkəməyə göndərmişdir və məhkəmə isə bundan imtina etmişdir. Zərərçəkən ərinin ölüm təhdidləri etdiyini iddia edərək prokurordan əlavə kömək istəmişdir. Dördüncü şikayət verildikdən sonra qurban əri tərəfindən öldürülmüşdür. AİHM, müdafiə orderlərinin verilməsi üçün vaxtın uzandığını (bir işdə 19 gün, ikinci işdə 8 həftə), prokurorun cinayətkarı həbsdə saxlamağı əmr etməsində gecikmələrin olduğunu, məhkəmə qurbanla əlaqəli riskləri düzgün qiymətləndirmədiyi və barəsində həbs qətimkan tədbiri seçilmədiyi, təcavüzkar heç vaxt mühafizə oderlərinin pozulmasına görə mühakimə olunmadığını və nə polisin, nə də prokurorun qurbana mövcud sığınacaqlar barədə məlumat verməməsini aşkarlamışdır. (Halime Kılıç / Türkiyə (müraciət nömrəsi. 63034/11), 28 iyun 2016-cı il tarixli Qərar.) A. Xorvatiyaya qarşı işdə, AİHM, məişət zorakılığı ilə bağlı AİHK-nın pozulduğunu aşkar etmişdir. A əri tərəfindən məişət zorakılığına məruz qaldıqdan sonra bir sıra məhkəmə işlərinə başlamışdır (üç cinayət işi və dörd kiçik cinayətə görə). Belə işlərin nəticəsi bir neçə mühafizə orderinin verilməsi, məhkəməyə qədərki həbs (müvəqqəti həbs), psixiatrik və psixo-sosial müalicə və həbs cəzası olmuşdur. Sanksiyaların bir qismi tətbiq olunsa da, təcavüzkar iki cinayətə görə həbs cəzası çəkməmişdir (bunlardan biri ərizəçini ölümlə təhdid etmək olmuşdur). AİHM, qeyd etmişdir ki, dövlət, eyni şəxs tərəfindən eyni qurbana qarşı törədilmiş bir sıra zorakılıq hərəkətləri ilə əlaqədar müxtəlif cinayət və kiçik cinayət işlərini nəzərə almamaqla, ərizəçinin hüquqlarını lazımi səviyyədə qoruya bilməmişdir və işin tarixçəsinə bütünlüklə baxa bilməmişdir. Bu iş, hüquq sistemi daxilində koordinasiyanın vacibliyini və müvafiq sanksiya təyin edərkən bütün zorakılıq tarixçəsini və cinayət tarixçəsini lazımi şəkildə nəzərə almağın vacibliyini göstərir. Məhkəmə hökmlərinin icra edilməsinin və cəzaların çəkilməsinin təmin edilməsində məhkəmə nəzarətinin roluna da diqqət çəkilir. Bundan əlavə CM-nin 293-cü maddəsinin qeydində göstərilir ki, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Cinayət hüququnda işgəncənin mövcud olması üçün göstərilən hərəkət və hərəkətsizliyin aşağıdakı məqsəd və ya səbəbdən törədilməsi zəruridir: -zərərçəkmiş şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi qorxutmaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi öz iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə; -ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbdən. Bundan başqa işgəncələrə qarşı 1984-cü il tarixli BMT Konvensiyasında işgəncə anlayışı aşağıdakı kimi müəyyən olunur: “Bu Konvensiyanın məqsədləri üçün “işgəncə” istənilən elə hərəkəti bildirir ki, həmin hərəkətlə hər hansı şəxsdən və ya üçüncü şəxsdən məlumatlar və ya etiraflar almaq, onun və ya üçüncü şəxsin etdiyi və ya etməkdə şübhəli bilindiyi hərəkətə görə onu cəzalandırmaq, habelə onu və ya üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud istənilən xarakterli ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbə görə belə ağrı və ya əzab dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs qismində çıxış edən digər şəxs tərəfindən və ya onların təhriki ilə, yaxud xəbərdar olmaları və ya susmaqla razılaşmaları ilə verilməklə, hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi cəhətdən güclü ağrı və ya əzab verilir. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, həmin sanksiyalardan ayrılmaz olan və ya təsadüfən onlardan törəyən ağrı və əzablar bu anlayışa daxil deyil.” Bu anlayışdan biz üç mühüm elementi ayıra bilərik: • Güclü mənəvi və ya fiziki ağrı və əzab verilməsi • Qəsdən və ya məqsədli şəkildə ağrı yetirilməsi • Məlumat əldə edilməsi, cəzalandırma və ya qorxutma kimi spesifik məqsədin güdülməsi. Cinayət hüququnda məlumat almaq məqsədi ilə işgəncə vermə dedikdə, zərərçəkmiş şəxsin özünün və ya digər şəxsin malik olduğu və ya malik olması ehtimal edilən hər hansı bir məlumatı (cinayət işi ilə əlaqədar, kommersiya və ya şəxsi xarakterli və s.) əldə etməsi başa düşülməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi mütəmadi olaraq döyməsi və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verərək əzab verməsi yuxarıda qed edildiyi kimi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və digər istintaq hərəkətləri protokolları ilə sübut olunmuş, həmin hərəkətlərin işgəncə verməklə törədilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü tam təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hərhansı mötəbər sübuta əsaslanmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzasını yüngülləşdirən halı hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 01 may 2025-ci ildən hesablanmalıdır. (CPM-nin 158.2.1, 158.6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatı üçün 440 (dörd yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət və 18 sentyabr 2024-cü il tarixdən 08 oktyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 20 (iyirmi) gün müddət, ümumilikdə 03 ay 20 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 440 (dörd yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar