Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-121/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs25, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi, vəkil Müdafiəçi3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 03 ay 24 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 27 noyabr 2018-ci ildə cəza müddətinin sonu ilə qeydiyyatdan çıxarılmış, 14 fevral – 15 iyun 2020-ci il (04 (dörd) ay 01 (bir) gün) və 31 iyul – 30 dekabr 2020-ci il (04 (dörd) ay 30 (otuz) gün) tarixləri üzrə həbs olunmuş, Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və 29 may 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və xx xxxxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 fevral 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, 15 yanvar – 15 iyun 2020-ci il (05 (beş) ay) və 31 iyul – 30 dekabr 2020-ci il (04 (dörd) ay 30 (otuz) gün) tarixləri üzrə həbs olunmuş, 30 dekabr 2020-ci il tarixində barəsində hazırkı iş üzrə «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, hazırda başqa bir cinayət işi ilə əlaqədar həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 iyun 2019-cu il tarixdə saat 12:30 radələrində Zərərçəkmiş şəxs25 məxsus olan, təmir işləri aparılan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zərərçəkmiş şəxs19 küçəsi, ev 24, mənzil 32 ünvanında yerləşən fərdi yaşayış evinə mənzilin kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd 150 manat dəyərində olan “Fujitsu Siemens” markalı, qara rəngli noutbuku gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs25 cəmi 150 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 noyabr 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq oradan 250 manat dəyərində bir ədəd “Brek” markalı velosipedi gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs6 cəmi 250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 noyabr 2019-cu il tarixdən 25 noyabr 2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası “Azərsuistiliktəhcizat ASC”-yə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində 9, 11, 29, 13, 21, 14, 16, 18, 22 və 23 saylı, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində 15A, 21B, 21V saylı, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində 6, 7, 8, 9, 10, 10A, 10B saylı və Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində 4A, 4Ş, 5, 5A, 5B, 5V və məhəllə 14/15 saylı binanın zirzəmisindən müxtəlif vaxtlarda hər biri 1,5 manat olmaqla cəmi 810 manat dəyərində olan 540 ədəd vinti sökərək gizli yolla talamış və nəticədə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası “Azərsuistiliktəhcizat ASC”-yə cəmi 810 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 may 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs17 məxsus olan ünvan 7 ünvanda yerləşən natamam təmirli fərdi yaşayış evinin zirzəmisinin dəmir qapısını sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 40 manat dəyərində bir ədəd kiçik ölçülü “Bosch” markalı laqunda və cəmi 2.360 manat dəyərində müxtəlif təmir-tikinti əşyalarını gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs17 cəmi 2.400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 dekabr 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs29 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd 40 manat dəyərində olan “Amor” markalı elektrik mişarı və 150 manat dəyərində olan 150 metr elektrik kabelini gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs29 cəmi 190 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 dekabr 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs30 qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 350 manat dəyərində bir ədəd üzərində “DY7500L” yazıları olan, uzun müddət istifadədə olmuş elektrik ötürücü generator aparatı, ümumi dəyərləri 100 manat olan bir ədəd perforator, hər biri 40 manat olmaqla cəmi 80 manat dəyərində olan iki ədəd kiçik ölçülü “Bosch” markalı laqunda, 30 manat dəyərində bir ədəd drel və 40 manat dəyərində bir ədəd plastik boru birləşdirən ütünü gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs30 qızına cəmi 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 iyun 2019-cu il tarixdə saat 06:30 radələrində Zərərçəkmiş şəxs18 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən binanın qarşısında saxladığı “Nissan” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin qapısının üzərində olan şüşəsi sındırılaraq avtomobilin oturacağında olan əl çantasının içərisindən 100 ABŞ dolları, 620 manat nağd pul, “Chevrolet Aveo” minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı və “Nissan Qashqai” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə məxsus olan texniki pasportları, özünə, anasına və həyat yoldaşına məxsus şəxsiyyət vəsiqələrini, sürücülük vəsiqələrini, anasına məxsus təqaüd, işıq və qaz kartlarını gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs18 cəmi 790 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs13 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi nömrəsiz ünvanda yerləşən “Dəniz” marketin qapısını sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq oradan 200 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan, “Sunny” markalı, “SN32DİL04/0202” modelli, qara rəngli plazma televizor, 400 manat dəyərində bir ədəd soyuducu, plastik materialdan ortasında və kənarında deşik olan, təyinatı üzrə istifadəyə yararsız olduğundan qiyməti olmayan bir ədəd stol və hər biri 2 manat olmaqla cəmi 4 manat dəyərində olan iki ədəd oturacaq və müxtəlif qab-qacaqları gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs13 cəmi 1.200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 yanvar 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 Səyyad oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zərərçəkmiş şəxs19 küçəsi, ev 4, mənzil 5 ünvanında yerləşən mənzilin saxlanc yeri kimi istifadə olunan anbarından hər biri 15 manat olmaqla cəmi 30 manat dəyərində olan iki ədəd tünd qırmızı rəngli şüşə qapaqlı orta ölçülü qazanı və 270 manat dəyərində müxtəlif məişət-ev əşyalarını gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs7 Səyyad oğluna cəmi 300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 19 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs22 məxsus olan ünvan 11 ünvanlı evin giriş qapısını açaraq oraya qanunsuz daxil olaraq dəyəri bir qramı 70 manat olmaqla cəmi 140 manat dəyərində olan 1 ədəd 585 əyarlı 2 qram çəkidə qadın qızıl üzüyü, bir qramı 70 manat olmaqla cəmi 175 manat dəyərində olan 1 ədəd 585 əyarlı 2,5 qram çəkidə kişi qızıl üzüyü və 120 manat nağd pulu gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs22 cəmi 435 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs28 məxsus olan ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin açıq vəziyyətdə olan plastik pəncərəsindən içəri qanunsuz daxil olaraq 1.000 manat dəyərində bir ədəd 107 diaqonallı “Samsung C” markalı plazma televizoru, 60 manat dəyərində kiçik ölçülü “Bosch” markalı laqunda aparatını, 40 manat dəyərində bir ədəd kiçik ölçülü “Bosch” markalı dreli və 100 manat dəyərində təmir alətlərini gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs28 cəmi 1.200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 yanvar 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs12 məxsus olan ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evinin pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq 240 manat dəyərində bir ədəd laqunda, bir ədəd drel aparatı, bir ədəd perforator, 2,5 manat dəyərində üzərində “Norm” yazısı olan yarım kisə sement və ümumi dəyəri 1.500 manat olan müxtəlif ev təmiri əşyalarını gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs12 cəmi 1.740 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 yanvar 2020-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs19 məxsus olan Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin çöl tərəfdən divarına bərkidilmiş 350 manat dəyərində bir ədəd “LG” markalı split kondisioneri gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs19 cəmi 350 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 yanvar 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 15 ünvanda yerləşən birmərtəbəli həyət evinin plastik pəncərəsindən evə qanunsuz daxil olaraq oradan 450 manat dəyərində bir ədəd Malayziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” modelli plazma televizor və onun pultu, ümumi dəyəri 50 manat olan 01 ədəd peyk qəbuledici və onun pultu, 01 ədəd 5 manat dəyərində kiçik ölçülü ikimərtəbəli taxta stol, 15 manat dəyərində bir ədəd qara rəngli tutacağı olan bıçaq, 0,20 manat dəyərində olan bir ədəd ağ rəngli dəmir stəkan, 3 manat dəyərində bir ədəd göy rəngli mürəbbə qabı, 5 manat dəyərində bir ədəd kiçik ölçülü göy rəngli şüşə meyvə qabı, 5 manat dəyərində bir ədəd üzərində gül şəkli olan çaynik, 120 manat dəyərində bir ədəd “Arshia” markalı taxta qutuda olan çəngəl-bıçaq dəsti, 5 manat dəyərində bir ədəd yataq üzlüyü, hər biri 5 manat olmaqla cəmi 10 manat dəyərində olan iki ədəd müxtəlif rəngli qadın üçün köynəklər, hər biri 10 manat olmaqla cəmi 20 manat dəyərində olan iki ədəd şortik, 8 manat dəyərində bir ədəd atlas materialı olan cibli əlcək, hər biri 10 manat olmaqla cəmi 40 manat dəyərində olan 4 ədəd müxtəlif rəngli donlar, hər biri 75 manat olmaqla cəmi 300 manat olan 04 ədəd qazan, cəmi 313,8 manat dəyərində olan müxtəlif cür qab-qacaq dəstini, ümumi dəyəri 200 manat olan 01 cüt və 2 tək yataq dəsti, hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində olan 03 ədəd pərdə, hər biri 30 manat olmaqla cəmi 90 manat dəyərində olan 03 ədəd stol süfrəsi, 30 manat dəyərində bir ədəd qadın şərfi, 20 manat dəyərində 01 ədəd ləyən, 150 manat olan bir ədəd ətçəkən aparat, ümumi dəyəri 300 manat olan tozsoran aparatı, ümumi dəyəri 50 manat olan qadın toxunma jaketi, ümumi dəyəri 50 manat olan satın alma qadın jaketi, ümumi dəyəri 70 manat olan ov bıçağı, ümumi dəyəri 20 manat olan televizor üçün kronşteyn, ümumi dəyəri 10 manat olan sini, ümumi dəyəri 300 manat olan evin açarları (bütün qapıların açarlarının dəyişdirilmə qiyməti nəzərdə tutulur), 1 kiloqramı 13 manat olmaqla cəmi 390 manat dəyərində olan 30 kq qoyun əti, 1 kiloqramı 10 manat olmaqla cəmi 50 manat dəyərində olan 5 kq toyuq əti, 50 manat dəyərində bir ədəd avtomatik qapı açmaq üçün akkumulyator, 13 manat dəyərində 3 kq Ariel paltar yuyucu toz və ümumi dəyəri 10 manat olan dəmir aşsüzəni gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 3.303 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama 12 yanvar 2020-ci il tarixdə saat 12 saat 19 radələrindən 13 yanvar 2020-ci il tarixdə saat 09 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə içəri qanunsuz daxil olaraq oradan 30 manat dəyərində bir ədəd Çin istehsalı olan “Candan” markalı boru birləşdirmək üçün istifadə olunan qızdırıcı aparat, 30 manat dəyərində bir ədəd üzərində “Craft JSV-650P” yazıları olan elektron mişar, 40 manat dəyərində bir ədəd “Euromax” markalı, 2500 V-luq, uzun müddət istifadədə olmuş laqunda, 30 manat dəyərində bir ədəd “Makita” markalı drel, 35 manat dəyərində bir ədəd “Casals” markalı laqunda, 5 manat dəyərində bir ədəd Almaniya istehsalı olan “X10” markalı aparat (uzadıcı), bir topu 58 manat olmaqla cəmi 116 manat dəyərində olan iki top 2 mm-lik elektrik naqili, bir topu 64 manat olmaqla cəmi 128 manat dəyərində olan iki top 4 mm-lik elektrik naqili və 320 manat dəyərində bir ədəd perforatoru gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs3 cəmi 734 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 yanvar 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəsi açmaq yolu ilə qanunsuz daxil olaraq evin divarına bərkidilmiş halda olan 900 manat dəyərində elektrik naqili yerindən sökərək gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs8 cəmi 900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 yanvar 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum Adası qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin divarlarına bərkidilmiş elektrik naqillərini və hamam aksessuarlarını gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs10 cəmi 400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 yanvar 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs20 məxsus olan ünvan 18 ünvanında yerləşən evinə qanunsuz daxil olaraq evin qarşısından 400 manat dəyərində bir ədəd “Baymak” markalı kombi aparatını gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs20 cəmi 400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 fevral 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs27 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, nömrəsiz evinin saxlanc yeri kimi istifadə etdiyi zirzəmisinin dəmir qıfılını sındırıb içəri qanunsuz daxil olaraq oradan 1 ədəd 80 manat dəyərində olan böyük ölçülü “Bosch” markalı laqunda, bir ədəd 40 manat kiçik ölçülü “Bosch” markalı drel, dəyəri 45 manat olan ütü, dəyəri 4 manat olan dəmir qayçı və ümumilikdə dəyəri 3.000 manat olan qab-qacaq dəstlərini gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs27 cəmi 3.169 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12.02.2020-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs9 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən nömrəsiz evin daş hasarından qanunsuz evin həyətinə daxil olaraq oradan dəyəri 1.300 manat olan kombi cihazını gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs9 cəmi 1.300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 iyul 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs11 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə içəri qanunsuz daxil olaraq oradan 20 manat dəyərində bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron şəkil aparatı, 5 manat dəyərində bir ədəd üzərində “X9” yazıları olan elektrik yuvası, 25 manat dəyərində bir ədəd “İmpact Drill” markalı, 500 V-luq, narıncı rəngli drel, 30 manat dəyərində bir ədəd “Sokol” markalı, “OPD-125/950” modelli, 950 V-luq laqunda, 3 manat dəyərində bir ədəd bir ədəd üzərində “Starex” yazıları olan, göy rəngli tutacağı olan əl mişarı, hər biri 2 manat olmaqla cəmi 4 manat dəyərində olan iki ədəd təmir üçün istifadə olunan alətlər (şpakel), 10 manat dəyərində bir ədəd dəmir mişar (yarı hissəsi), 5 manat dəyərində bir ədəd yapışqan əritmək üçün istifadə olunan 80 V-luq qızdırıcı aparat, 5 manat dəyərində bir ədəd qara-göy rəngli dəmir yapışdırmaq üçün istifadə olunan elektrik qaynaq aparatı (lehim aparatı) və 3 manat dəyərində bir ədəd elektrik ventilyatoru, 50 manat olan divara bərkidilmiş elektrik naqilini, 45 manat dəyərində bir top 90 metr uzunluğunda elektrik naqilini, 150 manat dəyərində olan 43 ədəd elektrik avadanlığını və 55 manat dəyərində olan iki ədəd su kranını gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs11 cəmi 410 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 29 iyul 2020-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli həyət evinə hasardan keçərək evin birinci mərtəbəsindəki qonaq otağının plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla sıxıb açmaqla evə qanunsuz daxil olaraq oradan bir ədəd 100 manat dəyərində üzərində heç bir markalanma yazısı olmayan kustar üsulla hazırlanmış qaynaq aparatı, 4 top 2.5 mm-lik hər birinin qiyməti 40 manat olmaqla 160 manat dəyərində elektrik naqillərini, hər birinin dəyəri 35 manat olan 70 manat dəyərində iki dəst smesitelləri, hər birinin dəyəri 3 manat olmaqla 30 manat dəyərində 10 ədəd arko krantlarını, hər qutusu 6 manat olmaqla cəmi 18 manat dəyərində üzərində “PoleMak Wall Plug” markalanma yazısı olan plastmas tıxac, hər birinin dəyəri 2 manat olmaqla cəmi 40 manat dəyərində 20 ədəd üzərində “Schmele S-Class” markalanma yazısı olan elektrik yuvacığı və hər birinin dəyəri 30 manat olmaqla 60 manat dəyərində 2 ədəd 5 metrlik dəmir boruları gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 478 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 noyabr 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs15 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər biri 40 manat olmaqla cəmi 120 manat dəyərində olan 3 ədəd kiçik ölçülü “Bosch” markalı dreli, 260 manat dəyərində bir ədəd “Bosch” markalı perforatoru, 320 manat dəyərində bir ədəd “Bosch” markalı lazer kəsəni, 50 manat dəyərində bir ədəd “Bosch” markalı laqundanı və 70 manat dəyərində 70 metr uzunluğu olan elektrik naqilini gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs15 cəmi 820 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 dekabr 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən yeni tikilmiş fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd 40 manat dəyərində olan “Bosch” markalı drel, bir ədəd 200 manat dəyərində dəmir kəsmək üçün nəzərdə tutulan laqunda, 400 manat dəyərində elektrik naqilləri və cəmi 600 manat dəyərində müxtəlif tikinti alətlərini gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs3 cəmi 1.240 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 dekabr 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən fərdi yaşayış evində pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan cəmi 1.500 manat dəyərində elektrik naqilləri, su motoru və fəhlə geyimlərini gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs3 cəmi 1.500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 yanvar 2019-cu il tarixdən 13 yanvar 2019-cu il tarixə keçən gecə saat 02 radələrində ünvan 19 ünvanında yerləşən evin saxlanc yeri kimi istifadə olunan zirzəmisinə açıq olan qapıdan qanunsuz olaraq daxil olmaqla, oradan 350 manat dəyərində bir ədəd “Super Star” markalı işıq generatorunu gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs23 cəmi 350 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 yanvar 2019-cu il tarixdən 14 yanvar 2019-cu il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən birmərtəbəli həyət evinə plastik pəncərəni dəmir vintaçanla açmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər metri 0,5 manat olmaqla cəmi 150 manat dəyərində olan 300 metr uzunluğunda divara çəkilmiş elektrik naqillərini söküb oğurlamış və nəticədə Zərərçəkmiş şəxs3 ümumilikdə 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X5 ilə birlikdə 13 yanvar 2019-cu il tarixdən 14 yanvar 2019-cu il tarixə keçən gecə saat 03 radələrində X1 məxsus Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən birmərtəbəli həyət evinə plastik pəncərəni dəmir vintaçanla açmaq yolu ilə qanunsuz daxil olaraq oradan cəmi 1.200 manat dəyərində divara çəkilmiş elektrik naqillərini söküb oğurlayan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və beləliklə də, öz iradəsindən asılı olmayaraq öz qanunsuz əməlini həyata keçirə bilməyərək nəticədə X1 ümumilikdə 1.200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs4 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən birmərtəbəli həyət evinin həyətinə qanunsuz daxil olaraq evin evə yaxınlaşmış, evin plastik pəncərəsini dəmir vintaçanla sıxıb açaraq evə qanunsuz daxil olaraq oradan 50 manat dəyərində 01 ədəd Almaniya istehsalı olan, “Bosch Sphera” markalı, göy rəngli, 2100 W-luq tozsoran, 200 manat dəyərində 01 ədəd “Playstation 3” markalı, “CECH-3004B” modelli oyun aparatı və 01 ədəd oyun pultu, hər biri 200 manat olmaqla cəmi 800 manat dəyərində olan 04 ədəd köhnə toxunma xalça, hər biri 75 manat olmaqla cəmi 150 manat dəyərində olan iki ədəd DVD aparatı, 70 manat dəyərində bir ədəd krosna aparatı və 220 manat dəyərində bir ədəd Macarıstan istehsalı olan “Samsung” markalı, “LE32C530F1W” modelli plazma televizoru gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs4 ümumilikdə 1.490 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 yanvar 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs24 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən fərdi yaşayış evinə plastik pəncərənin üzərində olan dəmir barmaqlığı üzərində olan dəmir parçası ilə sındıraraq pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1.000 manat dəyərində bir ədəd “Samsung” markalı plazma televizor, 170 manat dəyərində bir ədəd bıçaq dəsti, 100 manat dəyərində bir ədəd bıçaq dəsti, 110 manat dəyərində bir ədəd qaşıq dəsti, 20 manat dəyərində bir ədəd bıçaq dəsti, 70 manat dəyərində bir ədəd ütü, 90 manat dəyərində bir ədəd ədyal, 55 manat dəyərində bir ədəd pokrıval dəsti, 100 manat dəyərində bir ədəd divar boyası və hər biri 700 manat olmaqla cəmi 1400 manat dəyərində xalçanı gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs24 cəmi 3.115 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 yanvar 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 15 ünvanda yerləşən birmərtəbəli həyət evinin plastik pəncərəsindən evə qanunsuz daxil olaraq oradan 450 manat dəyərində bir ədəd Malayziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” modelli plazma televizor və onun pultu, ümumi dəyəri 50 manat olan 01 ədəd peyk qəbuledici və onun pultu, 01 ədəd 5 manat dəyərində kiçik ölçülü ikimərtəbəli taxta stol, 15 manat dəyərində bir ədəd qara rəngli tutacağı olan bıçaq, 0,20 manat dəyərində olan bir ədəd ağ rəngli dəmir stəkan, 3 manat dəyərində bir ədəd göy rəngli mürəbbə qabı, 5 manat dəyərində bir ədəd kiçik ölçülü göy rəngli şüşə meyvə qabı, 5 manat dəyərində bir ədəd üzərində gül şəkli olan çaynik, 120 manat dəyərində bir ədəd “Arshia” markalı taxta qutuda olan çəngəl-bıçaq dəsti, 5 manat dəyərində bir ədəd yataq üzlüyü, hər biri 5 manat olmaqla cəmi 10 manat dəyərində olan iki ədəd müxtəlif rəngli qadın üçün köynəklər, hər biri 10 manat olmaqla cəmi 20 manat dəyərində olan iki ədəd şortik, 8 manat dəyərində bir ədəd atlas materialı olan cibli əlcək, hər biri 10 manat olmaqla cəmi 40 manat dəyərində olan 4 ədəd müxtəlif rəngli donlar, hər biri 75 manat olmaqla cəmi 300 manat olan 04 ədəd qazan, cəmi 313,8 manat dəyərində olan müxtəlif cür qab-qacaq dəstini, ümumi dəyəri 200 manat olan 01 cüt və 2 tək yataq dəsti, hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində olan 03 ədəd pərdə, hər biri 30 manat olmaqla cəmi 90 manat dəyərində olan 03 ədəd stol süfrəsi, 30 manat dəyərində bir ədəd qadın şərfi, 20 manat dəyərində 01 ədəd ləyən, 150 manat olan bir ədəd ətçəkən aparat, ümumi dəyəri 300 manat olan tozsoran aparatı, ümumi dəyəri 50 manat olan qadın toxunma jaketi, ümumi dəyəri 50 manat olan satın alma qadın jaketi, ümumi dəyəri 70 manat olan ov bıçağı, ümumi dəyəri 20 manat olan televizor üçün kronşteyn, ümumi dəyəri 10 manat olan sini, ümumi dəyəri 300 manat olan evin açarları (bütün qapıların açarlarının dəyişdirilmə qiyməti nəzərdə tutulur), 1 kiloqramı 13 manat olmaqla cəmi 390 manat dəyərində olan 30 kq qoyun əti, 1 kiloqramı 10 manat olmaqla cəmi 50 manat dəyərində olan 5 kq toyuq əti, 50 manat dəyərində bir ədəd avtomatik qapı açmaq üçün akkumulyator, 13 manat dəyərində 3 kq Ariel paltar yuyucu toz və ümumi dəyəri 10 manat olan dəmir aşsüzəni gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 3.303 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq yolla talama məqsədilə 30 avqust 2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs14 Gülbüla oğluna məxsus ünvan 21 ünvanda yerləşən fərdi yaşayış evinin həyətindən sonuncuya məxsus 160 manat dəyərində qara-yaşıl rəngli, üzərində “Samuray” yazıları olan gənclər üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs14 Gülbüla oğluna ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən 29 iyul 2020-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs1 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən iki mərtəbəli həyət evinə hasardan keçərək evin birinci mərtəbəsindəki qonaq otağının plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla sıxıb açmaqla evə qanunsuz daxil olaraq oradan bir ədəd 100 manat dəyərində üzərində heç bir markalanma yazısı olmayan kustar üsulla hazırlanmış qaynaq aparatı, 4 top 2.5 mm-lik hər birinin qiyməti 40 manat olmaqla 160 manat dəyərində elektrik naqillərini, hər birinin dəyəri 35 manat olan 70 manat dəyərində iki dəst smesitelləri, hər birinin dəyəri 3 manat olmaqla 30 manat dəyərində 10 ədəd arko krantlarını, hər qutusu 6 manat olmaqla cəmi 18 manat dəyərində üzərində “PoleMak Wall Plug” markalanma yazısı olan plastmas tıxac, hər birinin dəyəri 2 manat olmaqla cəmi 40 manat dəyərində 20 ədəd üzərində “Schmele S-Class” markalanma yazısı olan elektrik yuvacığı və hər birinin dəyəri 30 manat olmaqla 60 manat dəyərində 2 ədəd 5 metrlik dəmir boruları gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 478 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 mart 2019-cu il tarixdə saat 02 radələrində X3 məxsus ünvan 22 ünvanında yerləşən fərdi yaşayış evin həyətindəki saxlanc yerinə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 150 manat olan 01 ədəd “Casals” markalı laqundanı, dəyəri 150 manat olan 01 ədəd “Bosch” markalı laqundanı, dəyəri 200 manat olan “Bosch” markalı perforatoru, birinin dəyəri 120 manat olan 02 ədəd “Termet” markalı su qızdırıcısını, birinin dəyəri 60 manat olan 02 ədəd dördlük mis kabeli və 40 manat dəyərində 5 kq-a yaxın mis məftili gizli olaraq talayıb zərərçəkmiş X3 cəmi 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 yanvar 2020-ci il tarixdə saat 01:30-da Zərərçəkmiş şəxs26 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən fərdi yaşayış evinə qonaq otağının plastik pəncərəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, mətbəx otağından 50 manat dəyərində bir ədəd laqunda, 30 manat dəyərində bir ədəd drel, 60 manat dəyərində bir ədəd elektrik mişarı, 100 manat dəyərində bir top elektrik naqili və 160 manat dəyərində plastik boru aksesuarlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs26 cəmi 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə əvvəlki məhkəmə iclaslarında özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, tanışı Təqsirləndirilən şəxs2 ilə 12 yanvar 2020-ci il tarixdə saat 23 radələrində ünvan 15 ünvanda yerləşən birmərtəbəli həyət evinin plastik pəncərəsindən evə daxil olaraq oradan bir ədəd Malayziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” modelli plazma televizor və onun pultu, 01 ədəd peyk qəbuledici və onun pultu, 01 ədəd kiçik ölçülü ikimərtəbəli taxta stol, bir ədəd qara rəngli tutacağı olan bıçaq, bir ədəd ağ rəngli dəmir stəkan, bir ədəd göy rəngli mürəbbə qabı, bir ədəd kiçik ölçülü göy rəngli şüşə meyvə qabı, bir ədəd üzərində gül şəkli olan çaynik, bir ədəd “Arshia” markalı taxta qutuda olan çəngəl-bıçaq dəsti, bir ədəd yataq üzlüyü, iki ədəd müxtəlif rəngli qadın üçün köynəklər, iki ədəd şortik, bir ədəd atlas materialı olan cibli əlcək, 4 ədəd müxtəlif rəngli donlar, 04 ədəd qazan, müxtəlif cür qab-qacaq dəstini, 01 cüt və 2 tək yataq dəsti, 03 ədəd pərdə, 03 ədəd stol süfrəsi, bir ədəd qadın şərfi, 01 ədəd ləyən, bir ədəd ətçəkən aparat, tozsoran aparatı, qadın toxunma jaketi, satın alma qadın jaketi, ov bıçağı, televizor üçün kronşteyn, sini, ev açarları, qoyun əti, toyuq əti, avtomatik qapı açmaq üçün akkumulyator, Ariel paltar yuyucu toz və dəmir aşsüzəni götürmüşlər. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, ona ittiham olunan digər cinayət əməllərini törətməyib. Lakin sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 ona ittiham olunan bütün cinayət əməllərini törətdiyini etiraf edərək bildirmişdir ki, iş üzrə ibtidai istintaq dövründə verdiyi bütün yazılı ifadə və izahatlarını təsdiq edir. Əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələr isə cinayət məsuliyyətindən və ona qarşı qaldırıla biləcək mülki iddialardan boyun qaçırmaq məqsədi güdüb. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 da yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə əvvəlki məhkəmə iclaslarında özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 ilə 12 yanvar 2020-ci il tarixdə saat 23 radələrində ünvan 15 ünvanda yerləşən birmərtəbəli həyət evinin plastik pəncərəsindən evə daxil olaraq oradan bir ədəd Malayziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” modelli plazma televizor və onun pultu, 01 ədəd peyk qəbuledici və onun pultu, 01 ədəd kiçik ölçülü ikimərtəbəli taxta stol, bir ədəd qara rəngli tutacağı olan bıçaq, bir ədəd ağ rəngli dəmir stəkan, bir ədəd göy rəngli mürəbbə qabı, bir ədəd kiçik ölçülü göy rəngli şüşə meyvə qabı, bir ədəd üzərində gül şəkli olan çaynik, bir ədəd “Arshia” markalı taxta qutuda olan çəngəl-bıçaq dəsti, bir ədəd yataq üzlüyü, iki ədəd müxtəlif rəngli qadın üçün köynəklər, iki ədəd şortik, bir ədəd atlas materialı olan cibli əlcək, 4 ədəd müxtəlif rəngli donlar, 04 ədəd qazan, müxtəlif cür qab-qacaq dəstini, 01 cüt və 2 tək yataq dəsti, 03 ədəd pərdə, 03 ədəd stol süfrəsi, bir ədəd qadın şərfi, 01 ədəd ləyən, bir ədəd ətçəkən aparat, tozsoran aparatı, qadın toxunma jaketi, satın alma qadın jaketi, ov bıçağı, televizor üçün kronşteyn, sini, ev açarları, qoyun əti, toyuq əti, avtomatik qapı açmaq üçün akkumulyator, Ariel paltar yuyucu toz və dəmir aşsüzəni götürmüşlər. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, ona ittiham olunan digər cinayət əməllərini törətməyib. Lakin sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs2 ona ittiham olunan bütün cinayət əməllərini törətdiyini etiraf edərək bildirmişdir ki, iş üzrə ibtidai istintaq dövründə verdiyi bütün yazılı ifadə və izahatlarını təsdiq edir. Əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələr isə cinayət məsuliyyətindən və ona qarşı qaldırıla biləcək mülki iddialardan boyun qaçırmaq məqsədi güdüb. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi nömrəsiz ünvanda ona məxsus olan həyət evi tikmişdir. Həmin ev bir mərtəbədən ibarətdir. 11 dekabr 2019-cu il tarixdən 15 yanvar 2020-ci il tarixədək olan müddət ərzində həmin evə gedib baş çəkmədi, 15 yanvar 2020-ci il tarixdə evə gedən zaman evin plastik pəncərəsinin açıq olduğunu görüb içəri nəzər yetirdikdə oradan ümumi dəyəri 120 manat olan 01 ədəd tozsoran aparatı, ümumi dəyəri 250 manat olan Playstation 3 markalı oyun aparatı və 01 ədəd oyun pultu, ümumi dəyəri 800 manat olan 04 ədəd köhnə toxunma xalçaları, ümumi dəyəri 150 manat olan iki ədəd DVD aparatı, ümumi dəyəri 70 manat olan krosna aparatı, ümumi dəyəri 500 manat olan 01 ədəd plazma televizoru, ümumi dəyəri 100 manat olan toster aparatı və ümumi dəyəri 50 manat olan 02 ədəd yorğanın oğurlandığını aşkar etdi. Oğurluq nəticəsində ona ümumilikdə 2.040 manat maddi ziyan dəyib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ünvan 24 ünvanında özü üçün ikimərtəbəli fərdi yaşayış evi tikdirmişdir. 30.07.2020-ci il tarixdə saat 9-da ora gəlib evin həyətinə daxil olduqda evin birinci mərtəbəsində qonaq otağının plastik pəncərəsinin açıq olduğunu gördü. Evin qapısını açıb içəri daxil olduqda evdə müəyyən təmir materiallarının, alətlərinin yerində olmadığını və evin tavan hissəsindəki lambirlərin və alçıpanların çıxarılaraq yarasız hala salındığını gördü. O, bu barədə ərazi üzrə 30-cu polis şöbəsinə məlumat vermişdir. Evdən oğurlanan əşyaları dəqiqləşdirərək müəyyən etdi ki, oradan ona məxsus bir ədəd 150 manat dəyərində əldə yığılma qaynaq aparatı, 4 top 2.5 mm-lik hər birinin qiyməti 40 manat olmaqla 160 manat dəyərində elektrik naqilləri, hər birinin dəyəri 35 manat olan 70 manat dəyərində iki dəst smesitel, hər birinin dəyəri 3 manat olmaqla 30 manat dəyərində 10 ədəd arko krantları, hər birinin dəyəri 6 manat olmaqla 3 karobka plastmas probkalar, hər birinin dəyəri 2 manat olmaqla 40 manat dəyərində 20 ədəd elektrik rozetkaları, hər birinin dəyəri 30 manat olmaqla 60 manat dəyərində 2 ədəd 5metrlik dəmir boruları oğurlanmış və mənə oğurluq nəticəsində ümumilikdə 528 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X7 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 28 mart 2019-cu il tarixdə saat təxminən 11 radələrində yatmış və səhər saat 07 radələrində yuxudan durub həyətə enmişdir. Həmin vaxt artıq 29 mart tarixi idi və həyətdə kiçik ölçülü saxlanc yeri vardı, orada təmir ləvazimatları saxlamışdır. Həyətə enən zaman həmin saxlanc yerinin qapısının açıq olduğunu gördü. Ora yaxınlaşan zaman ona məlum oldu ki, naməlum şəxs qanunsuz olaraq həmin saxlanc yerinin qapısındakı qıfılı sındırmaq yolu ilə oraya daxil olub və oradakı dəyəri 150 manat olan 01 ədəd “Casals” markalı laqunda, dəyəri 150 manat olan 01 ədəd “Bosch” markalı laqunda, dəyəri 200 manat olan “Bosch” markalı perforatoru, birinin dəyəri 120 manat olan 02 ədəd “Termet” markalı su qızdırıcısını, birinin dəyəri 60 manat olan 02 ədəd dördlük mis kabeli və 40 manat dəyərində 5 kq-a yaxın mis məftili oğurlamışdır. Təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs10 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qum Adası yaşayış sahəsində yerləşən torpaq sahəsində ev tikdirmiş, lakin orada təmir işləri getdiyi üçün orada yaşayış yoxdur. 12 yanvar 2020-ci il tarixdə səhər saatlarında həmin evinə gedib baş çəkmiş, həmin vaxt evində hər şey qaydasında idi. 17 yanvar 2020-ci il tarixdə saat 16 radələrində yenidən gedib həmin evinə baxış keçirdikdə həmin evindən uşaq yataq otağı üçün nəzərdə tutulan otaqların, həmçinin dəhlizin divarlarına bərkidilmiş mis materialdan hazırlanmış ölçüsü 2,5 mm olan 30 metr uzunluğunda elektrik naqillərinin, mətbəxdə saxladığı ümumi dəyəri 10 manat olan bir ədəd duş və bir ədəd su kranından ibarət hamam aksesuarlarının və bir ədəd bir il bundan əvvəl 40 manata aldığı kiçikölçülü hamam istilik plitəsinin oğurlandığını aşkar etdi. O, hadisə barədə polisə məlumat verdi və bir az sonra polis əməkdaşları gəlib həmin evinə baxış keçirdilər. Sonra isə hadisə barədə ərizə yazdı. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs11 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən təmiri davam edən fərdi yaşayış evi var. Arada bir vaxt etdikdə gedib həmin həyət evinə baş çəkir. 29 iyul 2020-ci il tarixdə gedib həmin həyət evinə baş çəkmiş və həmin vaxt evdə hər şey qaydasında idi. 03 avqust 2020-ci il tarixdə gedib həmin evinə baş çəkən zaman evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu gördü. Dərhal evinə daxil oldu və otaqlara nəzər yetirdikdə evdən divara bərkidilmiş bütün elektrik naqillərinin, 45 manat dəyərində bir top 90 metr uzunluğunda elektrik naqilinin, cəmi 150 manat dəyərində olan 43 ədəd elektrik avadanlıqlarının, ümumi dəyəri 40 manat olan 10 ədəd elektrik tənzimləyicisi, yəni avtomat, ümumi dəyəri 15 manat olan bir ədəd elektrik tənzimləyicisinin qutusunu, iki ədəd ümumi dəyəri 50 manat olan su kranı, ümumi dəyəri 45 manat olan qalın 30 metr uzunluğunda elektrik naqili və cəmi 15 manat dəyərində olan təmir-tikinti əşyalarının oğurlandığını aşkar etdi. Bundan sonra polisə zəng edib məlumat verdi. Bir azdan polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirildi və o, hadisə barədə ərizə yazdı. Həmin hadisə nəticəsində ona vurulmuş maddi ziyanı ümumilikdə 410 manat miqdarında qiymətləndirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs12 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır və Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən fərdi yaşayış evi olsa da, həmin evdə yaşamır və arada bir gedib həmin evə baş çəkir. 07 yanvar 2020-ci il tarixdə həmin evində usta kimi işlədikdən sonra qapı və pəncərələri bağlayaraq evdən çıxdı. 17 yanvar 2020-ci il tarixdə saat 09 radələrində həmin evinə baş çəkmək üçün gəldiyi zaman qonaq otağının plastik pəncərəsinin sındırıldığını aşkar etdi. Evə baxış keçirdiyi zaman evin mətbəx otağında saxladığı 50 manat dəyərində bir ədəd laqunda, 30 manat dəyərində bir ədəd drel, 60 manat dəyərində bir ədəd mişar, 100 manat dəyərində bir top elektrik naqili və 160 manat dəyərində plastik boru aksesuarlarının yerində olmadığını və oğurlandığını aşkar etdi. Hadisə nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəyib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs21 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 2012-ci ildən halhazıradək "xxxx" ASC-nin 12 saylı istilik Sistemləri İstismar İdarəsinin rəisi vəzifəsində işləyir. 2019-cu ilin dekabr ayının əvvəllərində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yaşayış binalarının istilik xətlərinin sazlığını yoxlayan zaman Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 11, 29, 9, 13, 21, 14, 16, 18, 22 və 23 saylı, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15A, 21B və 21V saylı, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 6, 7, 8, 9, 10, 10A və 10B saylı, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 4A, 4Ş, 5, 5A, 5B, 5V və məhəllə 14/15 saylı binaların zirzəmilərindən müxtəlif vaxtlarda 20 mm diametrli, 540 ədəd bronz metaldan olan vintlərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişlər. Həmin oğurluq hadisəsi 2019-cu ilin avqust-sentyabr aylarında baş verib və bu oğurluq hadisəsi nəticəsində "xxxx" ASC-yə ümumilikdə 2.700 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs22 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 19 dekabr 2019-cu il tarixdə təxminən səhər saat 06 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 25 ünvanda yerləşən evindən çıxmış və qapı və pəncərəni bağlamışdır. Həmin gün saat 09:30 radələrində evə qayıtdı və həyət qapısını açıb həyətə daxil olduqda evin giriş qapısının açıq olduğunu gördü. Evə daxil olduqda isə evin dağınıq halda olmasını və əşya və paltarların yerə tökülməsini aşkar etdi. Evinə diqqətlə nəzər yetirdi və bu zaman 120 manat nağd pul və 3 ədəd qadın qızıl üzüyünün oğurlanmasını müəyyən etdi. O, polisə zəng edərək bu barədə məlumat verdi. Bir azdan polis əməkdaşları hadisə yerinə gəldi və baxış keçirdilər. Sonra isə hadisə barədə ərizə yazdı. Hadisə nəticəsində ona məxsus cəmi 380 manat dəyərində üç ədəd üzük və 120 manat nağd pul oğurlanıb. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs23 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14A ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. 13 yanvar 2020-ci il tarixdə yaşadığı həmin fərdi yaşayış evinin saxlanc yeri kimi istifadə etdiyi zirzəmisinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradan ona məxsus olan 350 manat dəyərində işıq generatorunu oğurlamışdır. O, evinin zirzəmisindən oğurluq olmasını başa düşdü və polisə zəng edərək bu barədə məlumat verdi. Bir azdan polis əməkdaşları hadisə yerinə gəldilər və baxış keçirdilər. Sonra isə hadisə barədə ərizə yazdı. Hadisə nəticəsində ona ümumilikdə 350 manat maddi ziyan dəydi. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs25 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zərərçəkmiş şəxs19 küçəsi, ev 24, mənzil 32 ünvanında yerləşən yataqxanada yaşayırdı. Həmin yataqxana qəzalı vəziyyətdə olduğu üçün orada yaşayan sakinlərə dövlət tərəfindən kompensasiya verilərək oradan köçürülmüşlər. Lakin o, və başqa iki ailə hələ də həmin binada yaşayırdılar. 28 iyun 2019cu il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxaraq işə getdi, saat 15 radələrində yaşadığı evə qayıdan zaman əşyaları yığdığı mənzilin qapısının kilidinin sındırıldığını gördü. Evə qayıtdığı zaman masanın üzərində olan “Fujitsu” markalı noutbukun yerində olmadığını aşkar etdi. Həmin mənzildə bir çox əşya olmasına baxmayaraq yalnız masanın üzərində olan noutbuk oğurlanmışdır. Polisə zəng edərək bu barədə məlumat verdi. Bir azdan polis əməkdaşları hadisə yerinə gəldi və baxış keçirdi. Sonra isə hadisə barədə ərizə yazdı. Hadisə nəticəsində isə ona ümumilikdə 400 manat maddi ziyan dəyib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təmsil etdiyi şəxsdən iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən əşyalar oğurlanıb. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı şikayətçidir və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs30 qızı, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs9 məhkəməyə ərizə və teleqramlarla müraciət edərək məhkəmə iclaslarına üzrlü səbəbdən gələ bilmədiklərini, iş üzrə ibtidai istintaq dövründə verdikləri ifadələri təsdiq etdiklərini və təqsirləndirilən şəxslərə qarşı şikayətlərinin və tələblərinin olmadığını bildirmişlər. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu bildirmişdir. Şahid6 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, fərdi şəkildə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində dörd yol ayrıcında yerləşən metal qəbulu məntəqəsini işlədir və dəmir, mis, plastmas və digər əlvan metallar eləcə də, müxtəlif təmir-tikinti alətləri alıb-satır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təxminən 3 ildən artıqdır ki, tanıyır. 2019-2020-ci illər ərzində Fizuli və Kənan dəfələrlə işlətdiyi metal qəbulu məntəqəsinə gələrək ona müxtəlif metal əşyalar, perforator, drel, laqunda və digər bunun kimi təmir-tikinti əşyaları satıblar. İndiyə kimi dəqiq sayını bilmədiyi miqdarda təmirtikinti alətlərini, həm də əlvan metal əşyalarını Füzuli və Kənandan alıb. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd etdiyi müxtəlif əşyaları satdığı zaman həmin əşyaların özlərinə məxsus olduğunu və ehtiyacları olduğu üçün satdıqlarını bildirirdilər. Onların usta işlədiklərini bildiyinə görə bu sözlərinə inanırdı. Təqsirləndirilən şəxslərdən və müxtəlif vaxtlarda göstərilən növ əşyalar alıb. Təqsirləndirilən şəxslər özlərini əvvəlki məhkəmə iclaslarında qismən təqsirli bildiklərinə baxmayaraq, onların ittiham aktının nəticəvi hissəsində göstərilən cinayət əməllərini törətməsi faktı sonrakı etirafları, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə bununla bağlı məsələyə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxslər iş üzrə ibtidai araşdırma dövründə müdafiəçilərinin iştirakı ilə verdikləri yazılı ifadələrində onlara ittiham olunan bütün cinayət əməllərini tam etiraf etmiş, ibtidai araşdırma orqanına törətdikləri cinayətlərin təfsilatı ilə bağlı ətraflı məlumat vermişlər. Bununla yanaşı, 10 avqust 2020-ci il tarixli 280 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim olunan vət. Zərərçəkmiş şəxs1 məxsus 3 adda əmlakın 2020-ci ilin iyul ayına orta bazar qiyməti ilə ümumi dəyəri 142,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adı, miqdarı və qiyməti rəyin tədqiqi hissəsindəki cədvəldə ətraflı əks etdirilmişdir. Üzərində heç bir markalanma yazısı olmayan, kustar üsulla hazırlanmış qaynaq aparatı 1 ədədi 100 manat dəyərində; üzərində “PoleMak Wall Plug” markalanma yazısı olan plastmas tıxac 3 qutu hər birinin qiyməti 6 manat, cəmi 18 manat dəyərində; üzərində “Schmele S-Class” markalanma yazısı olan elektrik yuvacıq 12 ədəd 24 manat dəyərində, cəmi 142 manat. Respublika bazarlarında və marketlərdə mövcud olan tələbdən və təklifdən, eləcə də qiymətə təsir göstərən digər amillərdən (məhsulun keyfiyyətində və sair) asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 04 mart 2020-ci il tarixli 4921 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş müxtəlif markalı malların 2019-cu ilin dekabr-2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2158,70 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Almaniya istehsalı olan, “Bosch Sphera” markalı, göy rəngli, 2100 W-luq tozsoran 01 ədədi 50 manat dəyərində; Macarıstan istehsalı olan “Samsung” markalı, “LE32C530F1W” modelli plazma televizor 01 ədədi 220 manat dəyərində; Malayziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” modelli plazma televizor 01 ədədi 450 manat dəyərində; üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron şəkil aparatı 01 ədədi 20 manat dəyərində; Çin istehsalı olan “Candan” markalı boru birləşdirmək üçün istifadə olunan qızdırıcı aparat 01 ədədi 30 manat dəyərində; üzərində “Craft JSV-650P” yazıları olan elektron mişar 01 ədədi 30 manat dəyərində; “Euromax” markalı, 2500 W-luq, uzun müddət istifadədə olmuş laqunda 01 ədədi 40 manat dəyərində; “Makita” markalı drel 01 ədədi 30 manat dəyərində; “Casals” markalı laqunda 01 ədədi 35 manat dəyərində; müxtəlif rəngli donlar 04 ədəd, hər birinin qiyməti 10 manat olmaqla, cəmi 40 manat dəyərində; atlas materialı olan cibli ətək 01 ədədi 8 manat dəyərində; şortik 02 ədəd, hər birinin qiyməti 10 manat olmaqla, cəmi 20 manat dəyərində; müxtəlif rəngli qadın üçün köynəklər 02 ədəd, hər birinin qiyməti 5 manat olmaqla, cəmi 10 manat dəyərində; üzərində “DY7500L” yazıları olan, uzun müddət istifadədə olmuş elektrik ötürücü generator aparatı 01 ədədi 350 manat dəyərində; yataq üçün nəzərdə tutulan döşəyin parça üzlüyü 01 ədədi 5 manat dəyərində; üzərində “X9” yazıları olan elektrik yuvası 01 ədədi 5 manat dəyərində; Türkiyə istehsalı olan “Sunny” markalı, “SN32DİL04/0202” modelli, qara rəngli plazma televizor 01 ədədi 200 manat dəyərində; elektrik naqilləri (300 m) 01 metri - 0,50 manat olmaqla 300 metri 150 manat dəyərində; qırmızı rəngli yorğan 01 ədədi 10 manat dəyərində; “Arshia” markalı çəngəlbıçaq dəsti taxta qutuda 01 ədədi 120 manat dəyərində; “İmpact Drill” markalı, 500 W-luq, narıncı rəngli drel 01 ədədi 25 manat dəyərində; “Socol” markalı, “OPD-125/950” modelli, 950 W-luq laqunda 01 ədədi 30 manat dəyərində; “Playstation 3” markalı, “CECH-3004B” modelli oyun aparatı 01 ədədi 200 manat dəyərində; müxtəlif formalı şüşə stəkanlar 05 ədəd, hər birinin qiyməti 01 manat olmaqla, cəmi 5 manat; müxtəlif formalı boşqablar 03 ədəd, hər birinin qiyməti 01 manat olmaqla, cəmi 3 manat; müxtəlif formalı nəlbəkilər 03 ədəd, hər birinin qiyməti 0,50 manat olmaqla, cəmi 1,50 manat; üzərində gül şəkli olan çaynik 01 ədədi 05 manat dəyərində; kiçik ölçülü göy rəngli şüşə meyvə qabı 01 ədədi 05 manat dəyərində; göy rəngli mürəbbə qabı 01 ədədi 03 manat dəyərində; ağ rəngli dəmir stəkan 01 ədədi 0,20 manat dəyərində; elektrik uzadıcı naqil 01 ədədi 03 manat dəyərində; üzərində “Starex” yazıları olan, göy rəngli tutacağı olan əl mişarı 01 ədədi 03 manat dəyərində; qara rəngli tutacağı olan bıçaq 01 ədədi 15 manat dəyərində; təmir üçün istifadə olunan dəmir alətlər (şpakel) 02 ədəd, hər birinin qiyməti 2 manat olmaqla, cəmi 04 manat dəyərində; dəmir mişar (yarı hissəsi) 01 ədədi 10 manat dəyərində; yapışqan əritmək üçün istifadə olunan 80 W-luq qızdırıcı aparat 01 ədədi 05 manat dəyərində; qaragöy rəngli dəmir yapışdırmaq üçün istifadə olunan elektrik qaynaq aparatı (lehim aparatı) 01 ədədi 05 manat dəyərində; Almaniya istehsalı olan “X10” markalı aparat (uzadıcı) 01 ədədi 5 manat; elektrik ventilyator 01 ədədi 03 manat dəyərində; kiçik ölçülü iki mərtəbəli taxta stol 01 ədədi 05 manat dəyərində. 13 may 2020-ci il tarixli 9/1128 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara-yaşıl rəngli, üzərində “Samuray” yazıları olan gənclər üçün nəzərdə tutulmuş velosipedin istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 160,00 manat müəyyən edilir. 31 may 2020-ci il tarixli 129 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd olunan məmulatların 2019-cu ilin iyun ayına nəzəri hesablama yolu ilə ümumi orta bazar qiyməti təxminən 80,0 manat müəyyən olunur. Həmin məmulatların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. İstifadədə olmuş kişi pencəyi 01 ədədi 10 manat dəyərində; istifadədə olmuş “Xiaomi Note7” markalı mobil telefon 01 ədədi 70 manat dəyərində. 09 iyun 2020-ci il tarixli 157 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd olunan məmulatların 2020-ci ilin yanvar ayına nəzəri hesablama yolu ilə ümumi orta bazar qiyməti təxminən 95,0 manat müəyyən olunur. Həmin məmulatların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. Hind quşu 8 baş bir ədədinin dəyəri 5 manat olmaqla, cəmi 40 manat dəyərində; istifadədə olmuş xalça 1 ədədi 15 manat dəyərində; istifadədə olmuş serviz 1 dəsti 10 manat dəyərində; istifadədə olmuş yorğan-döşək dəsti 2 ədədi, hər birinin dəyəri 15 manat olmaqla, cəmi 30 manat dəyərində. 11 dekabr 2020-ci il tarixli 9/5299 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 20 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 1622,00 manat, 3 adda mallar təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətsiz müəyyən edilmir. Digər təqdim edilməyən 2 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 315,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Təqdim olunmayan mallar nəzəri qaydada: 01 ədəd 585 əyarlı qadın qızıl üzüyü 2 qram, 1 ədədinin qiyməti 70 manat olmaqla, cəmi 140 manat; 01 ədəd 585 əyarlı kişi qızıl üzüyü 2,5 qram, 1 ədədinin qiyməti 70 manat olmaqla, cəmi 175 manat. Təqdim olunan mallar: “LG” markalı split kondisioner 01 ədədi 350 manat dəyərində; vint 2 ədəd, 1 ədədinin qiyməti 1,50 manat, cəmi 3 manat; kiçik ölçülü “Bosch” markalı drel 01 ədədi 40 manat dəyərində; kiçik ölçülü “Bosch” markalı laqunda 01 ədədi 60 manat dəyərində; tünd qırmızı rəngli şüşə qapaqlı orta ölçülü qazan 02 ədəd, hər birinin qiyməti 15 manat olmaqla cəmi 30 manat dəyərində; plastik materialdan ortasında və kənarında deşik olan stol. Təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətsiz müəyyən edilir 01 ədəd; plastik materialdan olan oturacaqlar 02 ədəd hər birinin qiyməti 2 manat olmaqla cəmi 4 manat dəyərində; kiçik ölçülü “Bosch” markalı drel 03 ədəd hər birinin qiyməti 40 manat olmaqla cəmi 120 manat dəyərində; yanmış elektrik naqili. Təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətsiz müəyyən edilir 1 top; “Bosch” markalı drel 01 ədədi 40 manat dəyərində; yanmış elektrik naqili. Təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətsiz müəyyən edilir 01 top; “Amor” markalı elektrik mişarı 01 ədədi 40 manat dəyərində; kiçik ölçülü “Bosch” markalı laqunda 01 ədədi 40 manat dəyərində; 2x3 metr ölçüdə xalça 01 ədədi 60 manat dəyərində; “Siemens” markalı kondisioner 01 ədədi 2,5 manat dəyərində; “Schmeler” markalı elektrik açarı 20 ədəd hər birinin qiyməti 02 manat olmaqla cəmi 40 manat dəyərində; kiçik ölçülü “Bosch” markalı drel 01 ədədi 40 manat dəyərində; böyük ölçülü “Bosch” markalı laqunda 01 ədədi 80 manat dəyərində; kiçik ölçülü “Bosch” markalı drel 01 ədədi 40 manat dəyərində; üzərində “Norm” yazısı olan sement yarım kisə 2,50 manat dəyərində; kiçik ölçülü “Bosch” markalı laqunda 02 ədəd hər birinin qiyməti 40 manat olmaqla, cəmi 80 manat dəyərində; “Baymak” markalı kombi aparatı 01 ədədi 400 manat dəyərində; “Fujitsu Siemens” markalı, qara rəngli noutbuk 01 ədədi 150 manat dəyərində. Ümumi 1.622,00 manat. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini sonradan da etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, Təqsirləndirilən şəxs1 ittiham olunan epizodlar üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs30 qızının, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs28 və Zərərçəkmiş şəxs9 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Əliyev X6 Rayon Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 03 ay 24 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 27 noyabr 2018-ci ildə cəza müddətinin sonu ilə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayət əməllərini yuxarıda qeyd olunan hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini sonradan da olsa etiraf etdiyini və peşman olduğunu, bir nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu Təqsirləndirilən şəxs2 ittiham olunan epizodlar üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs23 və Zərərçəkmiş şəxs26 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Bayramov X4 Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 fevral 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayətləri yuxarıda qeyd olunan hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qarayaşıl rəngli, üzərində “Samuray” yazıları olan gənclər üçün nəzərdə tutulmuş velosiped, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, kustar üsulla hazırlanmış qaynaq aparatı 3 qutu üzərində “PoleMak Wall Plug” markalanma yazısı olan plastmas tıxac, 12 ədəd üzərində “Schmele S-Class” markalanma yazısı olan elektrik yuvacıq, bir ədəd Almaniya istehsalı olan “Bosch Sphera” markalı, göy rəngli, 2100 W-luq tozsoran, bir ədəd Macarıstan istehsalı olan “Samsung” markalı, “LE32C530F1W” modelli plazma televizor, bir ədəd Malayziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” modelli plazma televizor, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron şəkil aparatı, bir ədəd Çin istehsalı olan “Candan” markalı boru birləşdirmək üçün istifadə olunan qızdırıcı aparat, bir ədəd üzərində “Craft JSV-650P” yazıları olan elektron mişar, bir ədəd “Euromax” markalı, 2500 W-luq, uzun müddət istifadədə olmuş laqunda, bir ədəd “Makita” markalı drel, bir ədəd “Casals” markalı laqunda, on ədəd müxtəlif rəngli donlar, bir ədəd atlas materialı olan cibli ətək, 02 ədəd şortik, 02 ədəd müxtəlif rəngli qadın üçün köynəklər, bir ədəd üzərində “DY7500L” yazıları olan, uzun müddət istifadədə olmuş elektrik ötürücü generator aparatı, bir ədəd yataq üçün nəzərdə tutulan döşəyin parça üzlüyü, bir ədəd üzərində “X9” yazıları olan elektrik yuvası, bir ədəd Türkiyə istehsalı olan “Sunny” markalı, “SN32DİL04/0202” modelli, qara rəngli plazma televizor, 300 metr elektrik naqili, bir ədəd qırmızı rəngli yorğan, bir ədəd taxta qutuda olan “Arshia” markalı çəngəl-bıçaq dəsti, bir ədəd “İmpact Drill” markalı, 500 W-luq, narıncı rəngli drel, bir ədəd “Sokol” markalı, “OPD-125/950” modelli, 950 W-luq laqunda, bir ədəd “Playstation 3” markalı, “CECH-3004B” modelli oyun aparatı, 05 ədəd müxtəlif formalı şüşə stəkanlar 03 ədəd müxtəlif formalı boşqablar, 03 ədəd müxtəlif formalı nəlbəkilər, bir ədəd üzərində gül şəkli olan çaynik, bir ədəd kiçik ölçülü göy rəngli şüşə meyvə qabı, bir ədəd göy rəngli mürəbbə qabı, bir ədəd ağ rəngli dəmir stəkan, bir ədəd elektrik uzadıcı naqil, bir ədəd üzərində “Starex” yazıları olan, göy rəngli tutacağı olan əl mişarı, bir ədəd qara rəngli tutacağı olan bıçaq, iki ədəd təmir üçün istifadə olunan dəmir alətlər (şpakel), bir ədəd dəmir mişar (yarı hissəsi), bir ədəd yapışqan əritmək üçün istifadə olunan 80 W-luq qızdırıcı aparat, bir ədəd qara-göy rəngli dəmir yapışdırmaq üçün istifadə olunan elektrik qaynaq aparatı (lehim aparatı), bir ədəd Almaniya istehsalı olan “X10” markalı aparat (uzadıcı), bir ədəd elektrik ventilyator, bir ədəd kiçik ölçülü ikimərtəbəli taxta stol, bir ədəd 2 qram çəkisi olan 585 əyarlı qadın qızıl üzüyü, 1 ədəd 2,5 qram çəkisi olan kişi qızıl üzüyü, 1 ədəd “LG” markalı split kondisioner, 2 ədəd vint, 1 ədəd kiçik ölçülü “Bosch” markalı drel, 1 ədəd kiçik ölçülü “Bosch” markalı laqunda, 2 ədəd tünd qırmızı rəngli şüşə qapaqlı orta ölçülü qazan, 1 ədəd plastik materialdan ortasında və kənarında deşik olan, təyinatı üzrə istifadəyə yararsız olan stul, 2 ədəd plastik materialdan olan oturacaqlar, 3 ədəd kiçik ölçülü “Bosch” markalı drel, 1 top yanmış elektrik naqili, 1 ədəd “Bosch” markalı drel, 1 top yanmış elektrik naqili, 1 ədəd “Amor” markalı elektrik mişarı, 1 ədəd kiçik ölçülü “Bosch” markalı laqunda, 1 ədəd 2x3 metr ölçüdə xalça, 1 ədəd “Siemens” markalı kondisioner, 2 ədəd “Schmeler” markalı elektrik açarı, 1 ədəd kiçik ölçülü “Bosch” markalı drel, 1 ədəd böyük ölçülü “Bosch” markalı laqunda, 1 ədəd kiçik ölçülü “Bosch” markalı drel, yarım kisə üzərində “Norm” yazısı olan sement, 2 ədəd kiçik ölçülü “Bosch” markalı laqunda, 1 ədəd “Baymak” markalı kombi aparatı, 1 ədəd “Fujitsu Siemens” markalı, qara rəngli noutbuk, 1 ədəd istifadədə olmuş kişi pencəyi 1 ədəd istifadədə olmuş “Xiaomi Note7” markalı mobil telefon öz sahiblərinə qaytarıldığından müvafiq zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Mülki iddiaya münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur», «Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir», «Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir». Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 217.4-cü maddələrinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir», «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada cinayət nəticəsində vurduqları zərərin əvəzi kimi 3.103 (üç min yüz üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 fevral – 15 iyun 2020-ci il (04 (dörd) ay 01 (bir) gün) və 31 iyul – 30 dekabr 2020-ci il (04 (dörd) ay 30 (otuz) gün) tarixləri üzrə həbsdə saxlanıldığı 09 (doqquz) ay 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 may 2021-ci il tarixindən hesablansın. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 15 yanvar – 15 iyun 2020-ci il (05 (beş) ay) və 31 iyul – 30 dekabr 2020-ci il (04 (dörd) ay 30 (otuz) gün) tarixləri üzrə həbsdə saxlanıldığı 09 (doqquz) ay 30 (otuz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 15 dekabr 2021-ci il tarixindən hesablansın. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara-yaşıl rəngli, üzərində “Samuray” yazıları olan gənclər üçün nəzərdə tutulmuş velosiped, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, kustar üsulla hazırlanmış qaynaq aparatı 3 qutu üzərində “PoleMak Wall Plug” markalanma yazısı olan plastmas tıxac, 12 ədəd üzərində “Schmele S-Class” markalanma yazısı olan elektrik yuvacıq, bir ədəd Almaniya istehsalı olan “Bosch Sphera” markalı, göy rəngli, 2100 W-luq tozsoran, bir ədəd Macarıstan istehsalı olan “Samsung” markalı, “LE32C530F1W” modelli plazma televizor, bir ədəd Malayziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” modelli plazma televizor, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron şəkil aparatı, bir ədəd Çin istehsalı olan “Candan” markalı boru birləşdirmək üçün istifadə olunan qızdırıcı aparat, bir ədəd üzərində “Craft JSV-650P” yazıları olan elektron mişar, bir ədəd “Euromax” markalı, 2500 W-luq, uzun müddət istifadədə olmuş laqunda, bir ədəd “Makita” markalı drel, bir ədəd “Casals” markalı laqunda, on ədəd müxtəlif rəngli donlar, bir ədəd atlas materialı olan cibli ətək, 02 ədəd şortik, 02 ədəd müxtəlif rəngli qadın üçün köynəklər, bir ədəd üzərində “DY7500L” yazıları olan, uzun müddət istifadədə olmuş elektrik ötürücü generator aparatı, bir ədəd yataq üçün nəzərdə tutulan döşəyin parça üzlüyü, bir ədəd üzərində “X9” yazıları olan elektrik yuvası, bir ədəd Türkiyə istehsalı olan “Sunny” markalı, “SN32DİL04/0202” modelli, qara rəngli plazma televizor, 300 metr elektrik naqili, bir ədəd qırmızı rəngli yorğan, bir ədəd taxta qutuda olan “Arshia” markalı çəngəl-bıçaq dəsti, bir ədəd “İmpact Drill” markalı, 500 W-luq, narıncı rəngli drel, bir ədəd “Sokol” markalı, “OPD- 125/950” modelli, 950 W-luq laqunda, bir ədəd “Playstation 3” markalı, “CECH-3004B” modelli oyun aparatı, 05 ədəd müxtəlif formalı şüşə stəkanlar 03 ədəd müxtəlif formalı boşqablar, 03 ədəd müxtəlif formalı nəlbəkilər, bir ədəd üzərində gül şəkli olan çaynik, bir ədəd kiçik ölçülü göy rəngli şüşə meyvə qabı, bir ədəd göy rəngli mürəbbə qabı, bir ədəd ağ rəngli dəmir stəkan, bir ədəd elektrik uzadıcı naqil, bir ədəd üzərində “Starex” yazıları olan, göy rəngli tutacağı olan əl mişarı, bir ədəd qara rəngli tutacağı olan bıçaq, iki ədəd təmir üçün istifadə olunan dəmir alətlər (şpakel), bir ədəd dəmir mişar (yarı hissəsi), bir ədəd yapışqan əritmək üçün istifadə olunan 80 W-luq qızdırıcı aparat, bir ədəd qara-göy rəngli dəmir yapışdırmaq üçün istifadə olunan elektrik qaynaq aparatı (lehim aparatı), bir ədəd Almaniya istehsalı olan “X10” markalı aparat (uzadıcı), bir ədəd elektrik ventilyator, bir ədəd kiçik ölçülü ikimərtəbəli taxta stol, bir ədəd 2 qram çəkisi olan 585 əyarlı qadın qızıl üzüyü, 1 ədəd 2,5 qram çəkisi olan kişi qızıl üzüyü, 1 ədəd “LG” markalı split kondisioner, 2 ədəd vint, 1 ədəd kiçik ölçülü “Bosch” markalı drel, 1 ədəd kiçik ölçülü “Bosch” markalı laqunda, 2 ədəd tünd qırmızı rəngli şüşə qapaqlı orta ölçülü qazan, 1 ədəd plastik materialdan ortasında və kənarında deşik olan, təyinatı üzrə istifadəyə yararsız olan stul, 2 ədəd plastik materialdan olan oturacaqlar, 3 ədəd kiçik ölçülü “Bosch” markalı drel, 1 top yanmış elektrik naqili, 1 ədəd “Bosch” markalı drel, 1 top yanmış elektrik naqili, 1 ədəd “Amor” markalı elektrik mişarı, 1 ədəd kiçik ölçülü “Bosch” markalı laqunda, 1 ədəd 2x3 metr ölçüdə xalça, 1 ədəd “Siemens” markalı kondisioner, 2 ədəd “Schmeler” markalı elektrik açarı, 1 ədəd kiçik ölçülü “Bosch” markalı drel, 1 ədəd böyük ölçülü “Bosch” markalı laqunda, 1 ədəd kiçik ölçülü “Bosch” markalı drel, yarım kisə üzərində “Norm” yazısı olan sement, 2 ədəd kiçik ölçülü “Bosch” markalı laqunda, 1 ədəd “Baymak” markalı kombi aparatı, 1 ədəd “Fujitsu Siemens” markalı, qara rəngli noutbuk, 1 ədəd istifadədə olmuş kişi pencəyi 1 ədəd istifadədə olmuş “Xiaomi Note7” markalı mobil telefon öz sahiblərinə qaytarıldığından müvafiq zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunsunlar. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada cinayət nəticəsində vurduqları zərərin əvəzi kimi 3.103 (üç min yüz üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-121/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-121/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver