Məhkəmə qərarları › İş №1(010)-122/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-122/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-122/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X18 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs1, xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsinddə bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda nömrəsiz evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda nömrəsiz evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs3, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə Təqsirləndirilən şəxs4, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 22 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X8 və Təqsirləndirilən şəxs3, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Arif” marketin girişinin dəmir barmaqlığının asma qıfılını sındırıb plastik qapını zədələyərək açma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan 260 manat pul, 380 manat dəyərində müxtəlif çeşidli siqaretlər, 01 ədəd 04 manat 20 qəpik dəyərində “Elidor” şampunu, hər birinin dəyəri 03 mant 20 qəpik olmaqla cəmi dəyəri 06 manat 40 qəpik olan 02 ədəd “Pantene” şampunu, 14 manat dəyərində konturu, hər birinin dəyəri 04 manat olmaqla cəmi dəyəri 08 manat olan 02 ədəd bədən spreyini, hər birinin dəyəri 03 manat 30 qəpik olmaqla cəmi dəyəri 06 manat 60 manat olan 02 ədəd “Rexona” bədən spreyini, 01 ədəd 05 manat dəyərində tonal kremini, 01 ədəd 02 manat dəyərində şampunu, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi dəyəri 02 manat 50 qəpik olan 05 ədəd ayaqqabı mazını, hər birinin dəyəri 40 manat olmaqla cəmi dəyəri 80 manat olan 02 cüt ayaqqabını, hər birinin dəyəri 01 manat olmaqla cəmi dəyəri 08 manat olan 08 ədəd “Atom” şirələrini, cəmi dəyəri 70 manat olan kolbasanı, cəmi dəyəri 22 manat olan çayları, 01 manat 60 qəpik dəyərində qəndi, hər birinin dəyəri 01 mant 50 qəpik olmaqla cəmi dəyəri 07 manat 50 qəpik olan 05 ədəd böyük “Snickers” şokoladını, hər birinin dəyəri 90 qəpik olmaqla cəmi dəyəri 02 manat 70 qəpik olan 03 ədəd kiçik “Snickers” şokoladını, hər birinin dəyəri 60 qəpik olmaqla cəmi dəyəri 18 manat olan 30 ədəd “Orbit” saqqızlarını, hər birinin dəyəri 02 manat 90 qəpik olmaqla cəmi dəyəri 08 manat 70 qəpik olan 03 ədəd “Lays” çipslərini gizli olaraq talayıb, zərərçəkmi şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 907 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X8, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus “İntiqam” marketin qapısını sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 80 qəpik olmaqla cəmi dəyəri 40 manat olan 50 ədəd “Hell” içkilərini, 01 ədəd 07 manat 85 qəpik dəyərində 01 litirlik “Supersun” yağını, 01 ədəd 05 manat 15 qəpik dəyərində 01 litirlik “Anabala” yağını, 01 ədəd 08 manat 40 qəpik dəyərində 02 litirlik “Final” qarğıdalı yağını, 01 ədəd 04 manat 35 qəpik dəyərində 01 litirlik “Final” qarğıdalı yağını, 01 ədədinin dəyəri 90 qəpik olmaqla cəmi dəyəri 22 manat 50 qəpik olan 25 ədəd “Snickers” şokoladını, 01 ədədinin dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 45 manat olan 30 ədəd “Alpen Gold” şokoladını, 01 ədədinin dəyəri 40 qəpik olmaqla cəmi dəyəri 04 manat olan 10 ədəd “Makkofe”, 01 ədədinin dəyəri 02 manat 60 qəpik olmaqla cəmi dəyəri 13 manat olan 05 ədəd “Lays” böyük çipsini, 01 ədədinin dəyəri 01 manat 12 qəpik olmaqla cəmi dəyəri 11 manat 20 qəpik olan 10 ədəd “Lays” kiçik çipsini, 01 ədədinin dəyəri 01 manat 80 qəpik olmaqla cəmi dəyəri 36 manat olan 20 ədəd “Vant”, 01 ədədinin dəyəri 01 manat 80 qəpik olmaqla cəmi dəyəri 36 manat olan 20 ədəd “Classic”, 01 ədədinin dəyəri 01 manat 80 qəpik olmaqla cəmi dəyəri 36 manat olan 20 ədəd “Viceroy”, 01 ədədinin dəyəri 02 manat 20 qəpik olmaqla cəmi dəyəri 44 manat olan 20 ədəd “Pallmall” siqaretlərini, 01 ədəd 30 manat dəyərində hesablama maşını, 01 cütünün dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 15 manat olan 10 cüt əlçəyi, 01 ədədinin dəyəri 50 qəpik olmaqla cəmi dəyəri 10 manat olan 20 ədəd “Çiko” günəbaxan tumunu, 01 ədədinin dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 15 manat olan 10 ədəd kişi alt geyimini, 01 ədəd 03 manat 50 qəpik dəyərində “Head & Shoulders” şampunu, 01 ədəd 03 manat 50 qəpik dəyərində “Res Totex” şampunu, cəmi dəyəri 03 manat 60 qəpik olan 06 ədəd “Palmolive” sabunu, 01 ədədinin dəyəri 10 manat 70 qəpik olmaqla cəmi dəyəri 21 manat 40 qəpik olan 02 ədəd “Berqa” çayını, 01 ədəd 05 manat 10 qəpik dəyərində “Champion” çayını, 01 ədəd 05 manat 10 qəpik dəyərində “Beta” çayını, 01 ədədinin dəyəri 30 qəpik olmaqla cəmi dəyəri 03 manat olan 10 ədəd qələmi, 01 cütünün dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 15 manat olan 10 cüt corabı, 01 qutusunun dəyəri 20 qəpik olmaqla cəmi dəyəri 02 manat olan 10 qutu kibriti, 01 ədədinin dəyəri 01 manat 90 qəpik olmaqla cəmi dəyəri 05 manat 70 qəpik olan 03 ədəd “Vita 1000” şirəsini, 01 ədəd 01 manat 20 qəpik dəyərində elektrik yuvacığını, 01 ədəd 02 manat dəyərində qoşa elektrik ayırıcını, 01 ədədinin dəyəri 40 qəpik olmaqla cəmi dəyəri 04 manat olan 10 ədəd “Jilet” üzqırxanı, 01 ədədinin dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 03 manat olan 02 ədəd çəyirdək çıxardanı, 01 ədəd 03 manat dəyərində fənəri, 01 kiloqramı 15 manat olmaqla cəmi dəyəri 60 manat olan 04 kiloqram qoz ləpəsini, 01 ədədi 06 manat olmaqla cəmi dəyəri 30 manat olan 05 ədəd toyuğu və cəmi dəyəri 40 manat olan digər ərzaq mallarını gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 567 manat 55 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Asif onun qardaşı, Əsəd əmisi oğludur. İlham və Kamranı işlədiyi “Oskar” kafesinə gəlib-gedən müştərilər kimi tanımış, Lamiyə isə işlədiyi həmin kafedə xidmətçi işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Kamran və Asiflə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, X7 zaman maddi imkanı aşağı olduğuna görə pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra əmisi oğlu Təqsirləndirilən şəxs2 zəng edərək işinin olduğunu deyib onu da yanlarına çağırmışdır. Həmin günü saat 03-04 radələrində Əsəd də onların yanına gəlmiş və o, Kamran, Asif və Əsəd birlikdə qərara gəlmişlər ki, Suraxanı rayonu, X11 yerləşən “Arif” marketdən oğurluq etsinlər. Ona görə birlikdə həmin marketin yaxınlığına gəlmişlər və əvvəldən danışıb razılaşdıqları kimi Əsəd bir qədər kənarda özünə məxsus “VAZ 2106” markalı, **-CD-*** nömrəli avtomobildə əyləşib onları gözləmiş, o isə Asif və Kamranla birlikdə papaqlardan düzəltdikləri maskanı üzlərinə taxaraq “Arif” marketə yaxınlaşmışlar. Həmin marketin giriş qapısı plastik materialdan, üzərində qoruyucu dəmir barmaqlıq olan və həmin barmaqlıqda asma qıfılla bağlanmış vəziyyətdə olmuşdur. Özü ilə götürdüyü mismar çıxardanla asma qıfılı sındırıb həmin mismar çıxardanla da plastik qapını zədələmiş və marketə daxil olmuşlar. Marketdən bir neçə polietilen torba götürüb əllərinə keçən ərzaq məhsullarını, yəni 4 qutu çay, 4 rulon kolbasa, 2 ədəd bədən spreyi, 30-35 qutu müxtəlif çeşidli siqaretləri, 2 ədəd şampunu, 14 manat dəyərində konturu, 3 ədəd ayaqqabı mazını, 5 ədəd şirəni, 8 ədəd snickers şokoladını, 1 ədəd Lays çipslərini həmin torbalara yığmışlar. Bundan sonra Kamran vitrindən bir ədəd pul kisəsi, orada olan qutudan xırda dəmir pulları da götürmüş və onlar mağazadan çıxıb Əsədin avtomobili saxladığı yerə qayıtmışlar. Orada pul kisəsinin içərisinə baxan zaman məlum olmuşdur ki, pul kisəsində 180 manat pul var, xırda dəmir pullar isə təxminən 05 manat olmuşdur. Bundan sonra birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən, yəni işlədiyi “Oskar” kafesinə getmişlər və oğurluq yolla əldə etdikləri ərzaq mallarını yemişlər, təxminən 185 manat pulu isə öz aralarında bərabər formada bölmüşlər. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində işlədiyi kafedə olan zaman qardaşı Asif, əmisi oğlu Əsəd, İlham və Kamran adlı şəxslər də kafedə olmuşlar. Lamiyə isə kafeyə gələn müştərilərə xidmət göstərmişdir. Aralarında olan söhbət zamanı maddi vəziyyətlərinin aşağı olmasından danışmışlar və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən mağazaların birindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə o, Kamran və Əsəd özlərində olan yun papaqların yuxarı hissəsini deşib göz yeri açmışlar ki, hansısa mağazaya daxil olan zaman həmin papaqlardan maska kimi istifadə etsinlər. Lakin, Lamiyənin onların söhbətindən xəbəri olmamışdır. xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Asif, Əsəd, Kamran və Lamiyə ilə birlikdə İlhamın idarə etdiyi avtomobilə əyləşmişlər və İlham avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu istiqamətində idarə etmişdir. Yolun kənarında yerləşən “İntiqam” marketi gördükdə İlham avtomobili bir qədər, yəni təxminən 100 metr qabaqda yolun kənarında saxlamış, Kamran və Əsədlə işlərinin olduğunu bildirib “İntiqam” marketə tərəf getmişlər. Orada ətrafa baxıb marketin yaxınlığında heç kimin olmadığına əmin olduqdan sonra əvvəldən maska kimi istifadə edəcəkləri papaqları üzlərinə taxıb marketə yaxınlaşmışlar. Özündə olan dəmir parçası ilə marketin plastikdən hazırlanmış qapısının üzərində olan dəmir barmaqlığın kilidini sındırmış, bundan sonra Kamran və Əsədlə birlikdə marketə daxil olub oradan nağd pul pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışlar. Pul yaxud qiymətli əşyalar tapa bilmədiklərini gördükdə marketdən “Hell” energetik içkilərini, müxtəlif adda siqaretləri, qoz ləpəsini, 4-5 ədəd qablaşdırılmış vəziyyətdə toyuğu, şokoladlar və müxtəlif adda ərzaq mallarını götürüb paketlərə yığıb İlhamın avtomobilini saxladığı yerə qayıtmışlar. Oğurladıqları bütün əşyaları İlhamın avtomobilinin yük yerinə yığıb oradan uzaqlaşmışlar. Lamiyənin yaşadığı evin yaxınlığına çatanda sonuncudan, özlərinə məxsus ərzaq və digər malları bir neçə gün müddətinə yaşadığı evdə saxlamasını xahiş etmişlər. Lamiyə də buna etiraz etmədiyinə görə onlar oğurladıqları malların içərisindən bir neçə qutu siqaret və digər ərzaq mallarını götürüb, qalan malları saxlaması üçün Lamiyəyə vermişlər. xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində işlədiyi kafedə olan zaman polis əməkdaşları həmin kafeyə gəlmiş və onu, Əsədi, İlhamı, Kamranı, həmçinin Lamiyəni Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Orada izahatları alınmış və törətmiş olduqları oğurluq hadisələrini səmimi etiraf etmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Ramil onun qardaşı, Əsəd əmisi oğludur. İlham və Kamranı, qardaşı Ramilin işlədiyi “Oskar” kafesinə gəlib-gedən müştərilər kimi tanımış, Lamiyə isə həmin kafedə xidmətçi işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində həmin kafedə qardaşı Ramil, Əsəd və Kamranla görüşmüş, söhbət zamanı birlikdə, yaşadıqları X19 ərazisində yerləşən mağazaların birindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin günü qardaşı Ramil, əmisi oğlu Əsəd və Kamran, Əsədə məxsus “VAZ 2106” markalı avtomobilə əyləşib Bakı şəhəri, Suraxanı rayonu, X11 yerləşən “Arif” marketin yaxınlığına getmişlər. Əvvəldən razılaşdıqları kimi Əsəd bir qədər kənarda özünə məxsus “VAZ 2106” markalı, **-CD-*** nömrəli avtomobildə əyləşib onları gözləmiş, özü, Ramil və Kamran isə özləri ilə götürdükləri papaqlardan düzəltdikləri maskaları üzlərinə taxaraq “Arif” marketə yaxınlaşmışlar. Özü bir qədər kənarda dayanmış, Ramil və Kamran isə marketin giriş qapısının üzərində olan dəmir barmaqlıqları sındırıb içəri daxil olmuşlar. Bir qədər sonra Ramil və Kamran birlikdə marketdən çıxıb əllərində olan paketlərlə ona yaxınlaşmış və birlikdə həmin paketləri Əsədin avtomobilini sxladığı yerə gətirmişlər. Bundan sonra Əsəd avtomobilin arxa yük yerini açmış və içərisində çay, kolbasa, müxtəlif çeşidli siqaretlər, şampunlar, şirələr, şokoladlar və digər ərzaq malları olan paketləri həmin yük yerinə yığmışlar. Bundan sonra birlikdə qardaşı Ramilin işlədiyi kafeyə gedib orada oğurladıqları ərzaq məhsullarının bir hissəsini yemişlər. Sonradan bilmişdir ki, həmin hadisə zamanı Ramil və Kamran mağazadan təxminən 185 manat pul oğurlamışlar. Lakin, həmin puldan ona heç bir məbləğdə verməmişlər. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində qardaşı Ramilin işlədiyi kafedə olan zaman qardaşı Ramil, əmisi oğlu Əsəd, İlham və Kamran adlı şəxslərlə əyləşib çay içib, söhbət etmişlər. Lamiyə isə kafeyə gələn müştərilərə xidmət göstərmişdir. Söhbət zamanı maddi vəziyyətlərinin aşağı səviyyədə olması barədə danışmışlar və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən mağazaların birindən oğurluq edərək pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə Ramil, Kamran və Əsəd yun papaqlarının yuxarı hissəsini deşib göz yeri açmışlar ki, hansısa mağazaya daxil olan zaman həmin papaqlardan maska kimi istifadə etsinlər. Lakin, Lamiyənin onların söhbətindən xəbəri olmamışdır. xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində o, Ramil, Əsəd, Kamran və Lamiyə ilə birlikdə İlhamın idarə etdiyi avtomobilə əyləşmişlər və İlham avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu istiqamətində idarə etməyə başlamışdır. Onlar yolun kənarında yerləşən “İntiqam” adlı mağazanı gördükdə İlham avtomobili təxminən 100 metr qabaqda yolun kənarında saxlamış, Ramil, Kamran və Əsəd avtomobildən düşüb yaxınlıqdakı “İntiqam” marketə tərəf getmiş, özü, İlham və Lamiyə isə avtomobildə qalmışdır. Təxminən 20 dəqiqədən sonra Ramil, Kamran və Əsəd birlikdə İlhamın avtomobili saxladığı yerə qayıtmış, İlham avtomobilin arxa yük yerini açmış və marketdən oğurladıqları “Hell” içkilərini, müxtəlif adda siqaretləri, qoz ləpəsini, 4-5 ədəd qablaşdırılmış vəziyyətdə toyuğu, şokoladlar və müxtəlif adda ərzaq mallarını həmin yük yerinə yığmışlar. Daha sonra onlar birlikdə İlhamın avtomobilinə əyləşərək oradan uzaqlaşmışlar. Lamiyənin yaşadığı evin yaxınlığına çatanda Lamiyənin yaşadığı evin yaxınlığına çatanda sonuncudan, özlərinə məxsus ərzaq və digər malları bir neçə gün müddətinə yaşadığı evdə saxlamasını xahiş etmişlər. Lamiyə də buna etiraz etmədiyinə görə onlar oğurladıqları malların içərisindən bir neçə qutu siqaret və digər ərzaq mallarını götürüb, qalan malları saxlaması üçün Lamiyəyə vermişlər. Sonradan tutulacaqlarını fikirləşdiyinə görə Lənkəran rayonuna getmişdir. xx xxxx 2020-ci il tarixdə Bakı şəhərinə qayıdıb könüllü olaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə getmiş və törətmiş olduğu oğurluq hadisələrini səmimi etiraf etmişdir. Şahid oğurluq hadisəsindən xəbəri olmamışdır. Belə ki, oğurluq hadisəsi törədəcəkləri barədə Lamiyəyə heç bir söz deməmişlər. Sonda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Ramil və Asif əmisi uşaqlarıdırlar, İlham və Kamranı Ramilin işlədiyi “Oskar” kafesində tanımış, Lamiyə isə həmin kafedə xidmətçi işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində əmisi oğlu Ramil zəng edərək onun olduğu X19 Məxəməri adlanan yerə yaxınlaşmasını istəmişdir. Bir qədər sonra saat 02-03 radələrində Ramilin dediyi həmin yerə gəlmişdir. Ramildən başqa orada tanışı Kamran və Asif də olmuşdur. Söhbət zamanı Ramil ona birlikdə Bakı şəhəri, Suraxanı rayonu, X11 yerləşən “Arif” marketə daxil olub oradan oğurluq etməyi təklif etmişdir. Razılaşıb özünə məxsus “VAZ 2106” markalı, **-CD-*** nömrəli avtomobillə həmin şəxsləri qeyd etdiyi marketin yaxınlığına gətirmiş, orada o, avtomobildə gözləmiş, Ramil, Asif və Kamran isə birlikdə “Arif” marketə tərəf getmişlər. Təxminən 20 dəqiqə sonra onlar hər ikisi əllərində içi dolu polietilen torbalarla qayıdıb torbaları avtomobilin yük yerinə qoyduqdan sonra birlikdə Ramilin işlətdiyi gedib orada oğurlanan ərzaq məhsullarını yemişlər. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində Ramilin işlədiyi kafedə Ramil, Asif, İlham və Kamran adlı şəxslərlə eyni stolda əyləşib çay içmiş, söhbət etmişlər. Lamiyə isə kafeyə gələn müştərilərə xidmət göstərmişdir. Aralarında olan söhbət zamanı maddi vəziyyətlərinin aşağı səviyyədə olması barədə danışmış və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən mağazaların birindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Ramil və Kamranla birlikdə özlərində olan yun papaqların yuxarı hissəsini deşib göz yeri açmışlar ki, hansısa mağazaya daxil olan zaman həmin papaqlardan maska kimi istifadə etsinlər. Lakin, Lamiyənin onların oğurluq hadisəsi törətmək fikrlərinin olmasından xəbəri olmamışdır. Bundan sonra xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Ramil, Asif, Kamran və Lamiyə ilə birlikdə İlhamın idarə etdiyi avtomobilə əyləşmişlər və İlham avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu istiqamətində idarə etməyə başlamışdır. Yolun kənarında yerləşən “İntiqam” marketi gördükdə İlham avtomobili bir qədər, yəni təxminən 100 metr idarə edərək yolun kənarında saxlamış, Ramil və Kamranla birlikdə yaxınlıqda işləri olduğunu bildirərək avtomobildən düşüb “İntiqam” marketə tərəf getmişlər. Həmin marketin yaxınlığında heç kimin olmadığına əmin olduqdan sonra əvvəldən maska kimi istifadə edəcəkləri papaqları başlarına qoymuş və marketə yaxınlaşmışlar. Ramil özündə olan dəmir parçası ilə marketin plastikdən hazırlanmış qapısının üzərində olan dəmir barmaqlığın kilidini sındırmış və qapını açmışdır. Daha sonra Kamran və Ramillə birlikdə marketə daxil olaraq oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışlar. Marketdən pul yaxud qiymətli əşyalar tapa bilmədikləri üçün marketdə olan “Hell” içkilərini, müxtəlif adda siqaretləri, qoz ləpəsini, 4-5 ədəd qablaşdırılmış vəziyyətdə toyuğu, şokoladları və müxtəlif adda ərzaq mallarını götürüb paketlərə yığıb İlhamın avtomobilini saxladığı yerə qayıtmışlar. Oğurladıqları əşyaları İlhamın avtomobilin arxa yük yerinə yığıb oradan uzaqlaşmışlar. Lamiyənin yaşadığı evin yaxınlığına çatanda Ramil, özlərinə məxsus ərzaq və digər mallarını bir neçə gün müddətində yaşadığı evdə saxlamasını Lamiyəyə təklif etmişdir. Lamiyə də etiraz etmədiyinə görə oğurladıqları malların içərisindən bir neçə qutu siqaret və digər ərzaq mallarını götürüb, qalan malları Lamiyəyə vermişlər. xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Ramilin işlədiyi kafedə olan zaman polis əməkdaşları gəlib onu, habelə həmin vaxtı kafedə olan Ramili, İlhamı, Kamranı, həmçinin Lamiyəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirmişlər. Orada izahatları alınmış və törətmiş olduqları oğurluq hadisəsini səmimi etiraf etmişlər. Şahid oğurluq hadisəsindən xəbəri olmamışdır. Belə ki, oğurluq hadisəsi törədəcəkləri barədə Lamiyəyə heç bir söz deməmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında X13 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Ramil, Asif, Əsəd, Kamran və Lamiyə adlı şəxsəri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən “Oskar” kafesinə gəlib-gedən vaxtlarda tanımışdır. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 23 radələrində Ramilin işlədiyi həmin kafedə olan zaman Ramil, Asif, Əsəd və Kamran adlı şəxslər də kafedə olmuşlar. Söhbət zamanı maddi vəziyyətlərinin aşağı səviyyədə olması barədə danışmış və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən mağazaların birindən oğurluq edib pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə Ramil, Asif, Kamran və Əsəd özlərində olan yun papaqların yuxarı hissəsini deşib göz yeri açmışlar ki, hansısa mağazaya daxil olan zaman həmin papaqlardan maska kimi istifadə etsinlər. Bundan sonra xx xxxx 2020ci il tarixə keçən gecə saat 02 radələrində Ramil, Asif, Əsəd, Kamran və Lamiyə ona məxsus “VAZ 2106” markalı avtomobilə əyləşmişlər və o, avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu istiqamətində idarə etməyə başlamışdır. Yolun kənarında yerləşən “İntiqam” marketi gördükdə Ramilin xahişi ilə avtomobili təxminən 100 metr qabaqda, yolun kənarında saxlamışdır. Həmin vaxtı əvvəldən danışıb razılaşdıqları kimi Ramil, Kamran, Asif və Əsəd avtomobildən düşüb “İntiqam” marketə tərəf getmişlər və təxminən 20 dəqiqədən sonra qayıdıb gəlmişlər. Həmin vaxt onların əlində paketlər, onların içərisində isə müxtəlif adda ərzaq malların, siqaretlərin olduğunu görmüşdür. Həmin əşyaları avtomobilinin arxa yük yerinə yığıb Lamiyənin yaşadığı evin yaxınlığına getmişlər. Orada Lamiyədən, özlərinə məxsus ərzaq və digər malları bir neçə gün müddətinə yaşadığı evdə saxlamasını xahiş etmişlər. Lamiyə etiraz etmədiyinə görə oğurladıqları malların içərisindən bir neçə qutu siqaret və digər ərzaq mallarını özləri ilə götürüb, qalan malları Lamiyəyə verib getmişlər. xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Ramilin işlədiyi kafedə olan zaman polis əməkdaşları həmin kafeyə gəlmiş və onu, habelə həmin vaxt kafedə olan Ramili, Əsədi, Kamranı və Lamiyəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirmişlər. Orada izahatları alınmış və törətmiş olduqları oğurluq hadisəsini səmimi etiraf etmişlər. Şahid oğurluq hadisəsindən xəbəri olmamışdır. Belə ki, oğurluq hadisəsi törədəcəkləri barədə Lamiyəyə heç bir söz deməmişlər. Sonda İ.Q.Rəhimov törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, İ.Q.Rəhimov isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etiraf edici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, yaşadığı evin qarşısında yerləşən özünə məxsus “İntiqam” marketdə işləyir. xx xxxx 2020-ci il tarixdə, saat 02:30 radələrində mağazanı bağlayıb yaşadığı evə getmiş, həmin gün saat 06 radələrində qonşusu Kamran zəng edib mağazanın qapısının açıq olduğunu demişdir. Dərhal mağazaya yaxınlaşanda mağazanın plastik qapısında olan dəmir barmaqlığının qıfılının sındırıldığını, plastik qapı açıq, mağazada olan malların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Məlum olmuşdur ki, nanməlum şəxs və ya şəxslər mağazanın plastik qapısında olan dəmir barmaqlığın qıfılını sındıraraq içəri daxil olub oradan oğurluq etmişlər. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Sonra mağazada olan mallara baxdıqda ümumi dəyəri 105 manat olan “Hell” energetik içkilərinin, ümumi dəyəri 350 manat olan müxtəlif adlı siqaretlərin, ümumi dəyəri 60 manat qoz ləpəsinin, ümumi dəyəri 30 manat olan 05 ədəd toyuğun, ümumi dəyəri 50 manat olan müxtəlif adlı şokoladların, ümumi dəyəri 50 manat olan müxtəlif çeşidli ərzaq mallarının (düyü, yağ, qənd, şirələr, tumlar, çipsilər və s.) oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 650 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, yaşadığı evdən bir qədər aralıda yerləşən “Arif” marketi icrarə əsasında işlədir. Həmin market hər gün saat 07 radələrindən saat 23 radələrinədək fəaliyyət göstərir. Marketin qapısı plastikdəndir, qapının üzərində dəmir barmaqlıq quraşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində mağazanı bağlayıb yaşadığı evə getmiş, xx xxxxxx 2020-ci il tarixdə, saat 08 radələrində marketi açmaq üçün gəldikdə marketin giriş qapısındakı dəmir barmaqlığın asma qıfılının sındırılmış, plastik qapının açıq olduğunu görmüşdür. Marketə daxil olan zaman marketdən oğurluq edildiyini aşkar etmişdir. Belə ki, marketdən 260 manat nəğd pul, 380 manat dəyərində müxtəlif çeşidli siqaretlər, 01 ədəd 04 manat 20 qəpik dəyərində “Elidor” şampunu, 02 ədəd hər birinin dəyəri 03 manat 20 qəpik olan “Pantene” şampunu, 14 manat dəyərində kontur, 02 ədəd hər birinin dəyəri 04 manat olan bədən spreyi, 02 ədəd hər birinin dəyəri 03 manat 30 qəpik olan “Rexona" bədən spreyi, 01 ədəd 05 manat dəyərində tonal kremi, 01 ədəd 02 manat dəyərində şampunu, 05 ədəd hər birinin dəyəri 50 qəpik olan ayaqqabı mazı, 02 ədəd hər birinin dəyəri 40 manat olan ayaqqabı, 08 ədəd hər birinin dəyəri 01 manat olan “Atom” şirələri, 70 manat dəyərində kolbasa, 22 manat dəyərində çay, 01 manat 60 qəpik dəyərində qənd, 05 ədəd hər birinin dəyəri 01 manat 50 qəpik olan böyük “Snickers” şokoladı, 03 ədəd hər birinin dəyəri 90 qəpik olan kiçik “Snickers” şokoladı, 30 ədəd hər birinin dəyəri 60 qəpik olan “Orbit” saqqızları, 03 ədəd hər birinin dəyəri 02 manat 90 qəpik olan “Lays” çipsləri və bacısı X2 məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 907 manat 20 qəpik məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Ramil, Asif, Əsəd, İlham və Kamran adlı şəxsəri tanıyır. Belə ki, Ramilin işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən “Oskar” kafesində xidmətçi işləyir. xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində işlədiyi kafedə olan zaman Ramil, Asif, Əsəd, İlham və Kamran adlı şəxslər də kafedə əyləşib çay içmişlər, özü isə kafedə olan müştərilərə xidmət etmişdir. xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Ramil, Asif, Əsəd və Kamranla birlikdə İlhamın idarə etdiyi avtomobilə əyləşmiş və İlham avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu istiqamətində idarə etməyə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra İlham avtomobili yolun kənarında saxlamış, Ramil, Kamran və Əsəd birlikdə avtomobildən düşmüşlər. Həmin vaxtı yorğun vəziyyətdə olduğuma görə avtomobildə yatmış, bir qədər sonra Ramil, Kamran və Əsəd birlikdə qayıdıb gəlmişlər. Bundan sonra İlham avtomobili idarə edərək onun yaşadığı evə aparmış, avtomobildən düşüb yaşadığı evə getmək istədikdə Ramil, özlərinə məxsus ərzaq və digər malların olduğunu, həmin malları bir neçə gün müddətinə yaşadığı evdə saxlamağını xahiş etmişdir. Etiraz etməmiş və içərisində siqaret, şokoladlar və ərzaq malları olan paketləri götürüb yaşadığı evə aparmışdır. Səhərisi günü eşitmişdir ki, Ramil, Asif, Əsəd, Kamran və İlham birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “İntiqam” marketdən oğurluq etmişlər. Bundan sonra polis əməlkdaşları yaşadığı evə gəlmiş və o, könüllü olaraq yaşadığı evdə olan ərzaq mallarını onlara təqdim etmişdir. Ramil, Asif, Əsəd, Kamran və İlham adlı şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “İntiqam” marketdən oğurluq hadisəsi törətmələri barədə əvvəldən məlumatı olmamışdır. Belə ki, Ramil, Asif, Əsəd, Kamran və İlham adlı şəxslər oğurluq hadisəsi törədəcəkləri barədə ona heç bir söz deməmişlər, heç bir ərzaq və digər mallar verməmişlər. Ona görə də qeyd edilən şəxslərin oğurluq hadisəsi törətməsindən xəbəri olmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus “İntiqam” marketdən oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı mağazanın dağınıq vəziyyətdə olduğu, müxtəlif əmtəə nişanlı siqaretlərin və ərzaq məhsullarının döşəmənin üzərinə dağıdıldığı müəyyən olunmuşdur. İş materiallarında maddi sübutun götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 24 ədəd “Hell” içkiləri, 01 ədəd 01 litirlik “Supersun” yağı, 01 ədəd 01 litirlik “Anabala” yağı, 01 ədəd 02 litirlik “Final” qarğıdalı yağı, 01 ədəd 01 litirlik “Final” qarğıdalı yağı, 10 ədəd “Snickers” şokoladı, 04 ədəd “Alpen Gold” şokoladı, 05 ədəd “Makkofe”, 02 ədəd böyük “Lays” çipsi,06 ədəd kiçik “Lays” çipsi, 56 ədəd müxtəlif əmtəə nişanlı siqaretlər, 01 ədəd hesablayıcı, 10 cüt əlcək, 10 ədəd “Çiko” günəbaxan tumu, 04 ədəd kişi alt geyimi, 01 ədəd “Head & Shoulders” şampunu, 01 ədəd “Res Totex” şampunu, 06 ədəd “Camay” sabunu, 01 ədəd “Berqa” çayı, 01 ədəd “Champion” çayı, 01 ədəd “Beta” çayı, 01 qutu qələm, 10 cüt corab, 02 qutu kibrit, 01 ədəd “Vita 1000” şirəsi, elektrik yuvacığı, qoşa elektrik ayırıcı, 10 ədəd “Jilet” üzqırxanı, 02 ədəd çəyirdək çıxardan, 01 ədəd fənər və 03 ədəd tanınmammaq üçün əldə düzəldilmiş maska X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində kirayədə yaşadığı nömrəsiz evdən götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Arif” marketdən oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mağazanın qapısının dəmir barmaqlığının qıfılı sındırılaraq yaxınlıqda yerə atılmışdır. Zərərçəkmiş şəxs2 mağazadan müxtəlif siqaretlərin, ayaqqabıların, müxtəlif qida məhsullarının və 260 manat nəğd pulun oğurlandığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində əvvəldən tanıdığı Kamran və Əsəd adlı şəxslərlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, X11 yerləşən “Arif” marketdən oğurluq etmək qərarına gəlmiş, ona görə də birlikdə həmin marketin yaxınlığına gəlmişlər. Əvvəldən danışıb razılaşdıqları kimi Əsəd bir qədər kənarda özünə məxsus “VAZ 2106” markalı, **-CD-*** nömrəli avtomobildə əyləşmiş, özü isə Kamranla birlikdə özlərində olan papaqlardan düzəltdikləri maskanı üzlərinə taxıb “Arif” marketə yaxınlaşmış, özü ilə götürdüyü mismar çıxardanla asma qıfılı sındırıb həmin mismar çıxardanla da plastik qapını açıb Kamranla birlikdə marketə daxil olmuş, oradan müxtəlif adda ərzaq mallarını götürüb torbalara yığmış, habelə pul kisəsində olan təxminən 185 manat nəğd pulu götürüb mağazanı tərk etmişlər. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində qardaşı Asif, əmisi oğlu Əsəd, tanışları İlham və Kamran adlı şəxslərlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən mağazaların birindən oğurluq edərək pul əldə etmək qərarına gəlmişlər, bu məqsədlə xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Asif, Əsəd, Kamran və Lamiyə ilə birlikdə İlhamın idarə etdiyi avtomobilə əyləşmiş və İlham avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu istiqamətində idarə etməyə başlamışdır. Yolun kənarında yerləşən “İntiqam” marketi gördükdə İlham avtomobili təxminən 100 metr idarə edərək yolun kənarında saxlamış, Kamran və Əsədlə birlikdə avtomobildən düşüb marketə tərəf getmiş, qapının üzərində olan dəmir barmaqlığın kilidini sındırdıqdan sonra Kamran və Əsədlə birlikdə marketə daxil olaraq oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışlar. Pul yaxud da qiymətli əşya tapa bilmədiklərinə görə marketdə olan “Hell” energetik içkiləri, müxtəlif adda siqaretləri, qoz ləpəsini, 4-5 ədəd qablaşdırılmış vəziyyətdə toyuğu, şokoladları və müxtəlif adda ərzaq mallarını götürüb paketlərə yığmış İlhamın avtomobilin arxa yük yerini yığıb oradan uzaqlaşmışlar. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli, xx xxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadələri yerində yoxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Arif” marketdən, xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində isə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus “İntiqam” marketdən oğurluq etmişlər. İş materiallarında olan məhkəm əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli, 9/879 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 90 manat 67 qəpik müəyyən edilir. Həmin malların ayrı- ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə Şahid barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X5 və Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən X6 məxsus saxlanc yeri olan mağazadan oğurluq etmələri faktı, aparılmış istintaqla öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə istintaq aparılması üçün cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaqın davam etdirilməsi üçün Bakı şəhər Xəzər rayon X10 Şöbəsinə göndərilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, İ.Q.Rəhimovun isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsinddə bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü ilə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli və Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarları nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 186.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2014-cü il tarixdən hesablanmış və Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq məhkəmə iclasında həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs3 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs4 şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs4 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs4 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq məhkəmə iclasında həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 24 ədəd “Hell” energetik içkilərinin, 01 ədəd 01 litirlik “Supersun” yağının, 01 ədəd 01 litirlik “Anabala” yağının, 01 ədəd 02 litirlik “Final” qarğıdalı yağının, 01 ədəd 01 litirlik “Final” qarğıdalı yağının, 10 ədəd “Snikers” şokoladının, 04 ədəd “Alpen Gold” şokoladının, 05 ədəd “Makkofe”-nin, 02 ədəd “Lays” böyük çipsin, 06 ədəd “Lays” kiçik çipsin, 56 ədəd müxtəlif adda siqaretlərin, 01 ədəd hesablama maşının, 10 cüt əlçəyin, 10 ədəd “Ciko” günəbaxan tumunun, 04 ədəd kişi alt geyiminin, 01 ədəd “Head & Shoulders” şampunun, 01 ədəd “Res Totex” şampunun, 06 ədəd “Palmalive” sabunun, 02 ədəd “Berqa” çayın, 01 ədəd “Champion” çayın, 01 ədəd “Beta” çayın, 10 ədəd qələmin, 10 cüt corabın, 02 qutu kibritin, 01 ədəd “Vita 1000” şirənin, 01 ədəd elektrik yuvacığın, 01 ədəd elektrik ayırıcının (qoşa), 10 ədəd “Jilet” üzqırxanın, 02 ədəd çəyirdəkçıxardanın, 01 ədəd fənərin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 03 ədəd maska Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığına görə məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, İ.Q.Rəhimov isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4, X1, Müdafiəçi3 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs4 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs4 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 24 ədəd “Hell” energetik içkilərinin, 01 ədəd 01 litirlik “Supersun” yağının, 01 ədəd 01 litirlik “Anabala” yağının, 01 ədəd 02 litirlik “Final” qarğıdalı yağının, 01 ədəd 01 litirlik “Final” qarğıdalı yağının, 10 ədəd “Snikers” şokoladının, 04 ədəd “Alpen Gold” şokoladının, 05 ədəd “Makkofe”-nin, 02 ədəd “Lays” böyük çipsin, 06 ədəd “Lays” kiçik çipsin, 56 ədəd müxtəlif adda siqaretlərin, 01 ədəd hesablama maşının, 10 cüt əlçəyin, 10 ədəd “Ciko” günəbaxan tumunun, 04 ədəd kişi alt geyiminin, 01 ədəd “Head & Shoulders” şampunun, 01 ədəd “Res Totex” şampunun, 06 ədəd “Palmalive” sabunun, 02 ədəd “Berqa” çayın, 01 ədəd “Champion” çayın, 01 ədəd “Beta” çayın, 10 ədəd qələmin, 10 cüt corabın, 02 qutu kibritin, 01 ədəd “Vita 1000” şirənin, 01 ədəd elektrik yuvacığın, 01 ədəd elektrik ayırıcının (qoşa), 10 ədəd “Jilet” üzqırxanın, 02 ədəd çəyirdəkçıxardanın, 01 ədəd fənərin ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 03 ədəd maska dəyəri olmadığına görə məhv edilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada dövlət nəfinə tutulsun. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar