Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-122/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, “X11 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində operator köməkçisi işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 14:45 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla, kibrit qutusunun içərisində üzərində daşıdığı 10 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,035 qr, 0,028qr, 0,029qr, 0,032 qr, 0,031 qr, 0,034 qr, 0,024 qr, 0,035 qr, 0,017, 0,033 qr, ümumi təmiz çəkisi 0,298 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 2 bükümünü 10 manat pul qarşılığında Suraxanı dəmir yolu stansiyası ərazisində Şahid1 satarkən, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, NBPİnin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən, əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibində olan, üzərində “Balabanovskie” sözləri yazılmış kibrit qutusunun içərisindən 10 ədəd kağız bükümlərdə təmiz çəkisi 0,298 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən 1 il olar ki, narkotik vasitə istifadəçisi olmuş, əsasən heroindən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 22:00 radələrində “Neftçilər” metrosunun çıxışında “dəllal bazarı” adlanan yerdə tanımadığı şəxsdən 40 manata bir ədəd şəffaf sellofan bükümdə təxminən 1 qram narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitənin təxminən 0,5-0,6 qramını özü istifadə etmiş, qalan hissəsini isə satmaq məqsədi ilə 10 hissəyə bölərək, büküm vəziyyətində ağ kağıza qablaşdırmışdır. Narkotik vasitəni satış məqsədilə hissələrə bölərkən, tərəzi olmadığından istifadə etməmiş, yalnız gözəyarı şəkildə 10 hissəyə bölərək, hər birini ayrı-ayrılıqda büküm formasında ağ kağıza qablaşdırmış, lakin bükümlərin hər birində hansı miqdarda narkotik vasitə olduğunu dəqiq bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında əvvəllər birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etdiyi qohumu Şahid1 mobil telefonu vasitəsilə zəng vuraraq, onda narkotik vasitə heroin olduğunu bildirmiş, İlqar isə həmin narkotik vasitədən şəxsi istifadəsi üçün ona da verməsini xahiş etmişdir. O, İlqara bildirmişdir ki, təklif etdiyi narkotik vasitəni “Neftçilər” metrosunun çıxışında “dəllal bazarı” adlanan yerdə tanımadığı şəxsdən 40 manat nağd pula almışdır və hal-hazırda pula ehtiyacı olduğuna görə yalnız bükümün birini 5 manata sata bilər. İlqar isə şəxsi istifadəsi üçün 10 manat pul müqabilində 2 büküm narkotik vasitə heroin almaq istəyini bildirmişdir. Beləliklə, o, 2 büküm narkotik vasitə olan heroini 10 manata İlqara satması üçün Suraxanı dəmir yolu stansiyasında görüşmək barədə razılaşmışlar. Məqsədi ondan ibarət olmuşdur ki, narkotik vasitənin 2 bükümünü İlqara 10 manata satsın, bunun müqabilində əldə etdiyi pulun üstünə əlavə bir qədər də pul qoyaraq, daha çox narkotik vasitə əldə etsin. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 14:40 radələrində o, İlqarla Suraxanı dəmir yolu stansiyasının ərazisində görüşmüş, razılaşmaya uyğun olaraq İlqar ona 10 manat pul vermiş, o isə pulu aldıqdan sonra əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən kibrit qutusunu çıxararaq, içərisində olan 10 büküm narkotik vasitədən 2 bükümünü çıxarıb İlqara verərkən, polis əməkdaşları onlara yaxınlaşmış və hər ikisini polis idarəsinə dəvət etmişlər. Polis İdarəsində xidməti iş otağında polis əməkdaşları və vəkilin iştirakı ilə, həmçinin video çəkiliş aparılmaqla ona, üzərində olan bütün əşyaları çıxarıb stolun üzərinə qoymaq təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarın sol cibindən bir ovuc günəbaxan tumunu, 1 ədəd alışqanı, Şahid1 2 kağız bükümdə narkotik vasitə olan heroin satmaq üçün aldığı 1 ədəd A39314542 seriyalı 10 manatlıq pul əskinasını, 1 ədəd “ARGO” markalı siqaret qutusunu, 1 ədəd metro kartını, 1 ədəd 5 manatlıq pul əskinasım, 1 ədəd özünə aid sığorta kartını, 1 ədəd qara rəngli “HOFFMANN” markalı telefonu, əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd, üzərində “BALABANOVSKİE” sözləri yazılan kibrit qutusunu masanın üzərinə qoymuşdur. Sorğu zamanı əynində olan qəhvəyi rəngli qış gödəkçənin sağ yan cibindən çıxardığı kibrit qutusunun içərisində 10 ədəd kağız bükümlərin hər birinin içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu və həmin bükümlərin içərisindəki heroini xx.xx.2020-ci il tarixdə təxminən saat 22:00 radələrində “Neftçilər” metrosunun çıxışında “dəllal bazarı” adlanan yerdə tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə zərfə qoyulub qablaşdırıldmış və zərf ekspertizaya təqdim edilməsi üçün möhürlənməklə, iştirakçılar tərəfindən protokol və zərf imzalanmışdır. Törətdiyi əməldən peşman olduğunu və özünü təqsirli bildiyini ifadəsində bir daha təsdiq etməklə, narkotik vasitə istifadəçisi olsa da, əvvəllər heç vaxt, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi olmaqla əsasən heroindən istifadə etmişdir. Narkotik vasitəni adətən tanımadığı şəxslərdən əldə etmişdir. Qohumu olan hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etmişlər. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs mobil telefonu vasitəsilə ona zəng vuraraq, onda narkotik vasitə heroin olduğunu və onu satmaq niyyətində olduğunu bildirmişdir. Onun istifadəsi üçün narkotik vasitəyə ehtiyacı olduğunu Zaura bildirdikdə, sonuncu narkotik vasitə olan heroinin bir bükümünü yalnız 5 manat nəğd pula sata biləcəyini bildirmişdir. Zaur qeyd edilən nartkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında “Neftçilər” metrosunun çıxışında “dəllal bazarı” adlanan yerdə tanımadığı şəxsdən aldığını, narkotik vasitənin bir hissəsini artıq özünün istifadə etdiyini, qalan hissəsini isə bükümlərə bölərək 10 büküm vəziyyətində ağ kağıza qablaşdırdığını və pula ehtiyacı olduğu üçün bükümüm bir ədədini 5 manata sata biləcəyini bildirmişdir. O, şəxsi istifadəsi üçün narkotik vasitənin 2 bükümünü 10 manata almağa razı olduğunu bildirmiş və onlar qarşılıqlı olaraq razılaşaq, həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Suraxanı dəmir yolu stansiyasının ərazisində görüşmək qərarına gəlmişlər. Beləliklə, xx.xx.2020-ci ildə saat təxminən 14:40 radələrində o, Təqsirləndirilən şəxslə Suraxanı dəmir yolu stansiyasının ərazisində görüşmüş, razılaşmaya əsasən narkotik vasitə olan heroini almaq üçün cibidən 10 manatlıq pul əskinasını çıxarıb Zaura vermiş, Zaur isə cibindən 2 büküm narkotiki ona vermək istəyərkən, polis əməkdaşları onlara yaxınlaşmış və hər ikisini NBPl-yə dəvət etmişlər. Polis İdarəsində polis əməkdaşları və vəkillərin iştirakı ilə, həmçinin video çəkiliş aparılmaqla əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərlərində olan bütün əşyaları çıxarıb stolun üzərinə qoysun. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibindən bir ovuc günəbaxan tumunu, 1 ədəd alışqanı, şəxsi istifadəsi üçün 2 büküm narkotik vasitə olan heroin almaq üçün onun Zaura verdiyi 1 ədəd A39314542 seriyalı 10 manatlıq pul əskinasını, daha sonra 1 ədəd “ARGO” markalı siqaret qutusunu, 1 ədəd metro kartını, 1 ədəd 5 manatlıq pul əskinasmı, 1 ədəd özünə aid sığorta kartını, 1 ədəd qara rəngli “HOFFMANN” markalı telefonu və əynində olan qəhvəyi rəngli qış gödəkçənin sağ yan cibindən 1 ədəd üzərində “BALABANOVSKİE” sözləri yazılan kibrit qutusunu masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qış gödəkçənin sağ yan cibindən çıxardığı kibrit qutusunun içərisindəki 10 büküm narkotik vasitə olan heroini xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 22:00 radələrində “Neftçilər” metrosunun çıxışında “dəllal bazarı” adlanan yerdə adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Bundan sonra ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuş və o, əynində olan qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd “ARGO” markalı siqareti, 1 ədəd alışqanı, 2 ədəd 1 manatlıq pul əskinasmı, dəmir qəpikləri, sol cibindən narkotik vasitə istifadəsi zamanı qolunu sıxmaq məqsədilə üzərində gəzdirdiyi ipi, əynində olan qış gödəkçəsinin sağ sinə cibindən isə 1 ədəd şpris və 2 ədəd şpris başlığı iynəni masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, həmin şpris vasitəsilə 1 dəfə narkotik vasitədən istifadə etdiyini, ipdən isə narkotik maddədən istifadə edən zaman qolunu sıxmaq üçün istifadə etdiyini etiraf etmişdir. Narkotik vasitə istifadəçisi olduğuna görə, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq üçün deyil, şəxsi istifadəsi üçün almaq istəmiş, əvvəllər isə heç vaxt, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, “Zaur” adlı şəxsin qazanc əldə etmək məqsədi ilə Suraxanı dəmir yolu stansiyası ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat-axtarış tədbirləri keçirilməsi və əməliyyat qrupu yaradılması barədə xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Əməliyyat qrupunun tərkibinə CAİ-nin əməliyyat müvəkkiləri Şahid3 və Şahid4 da daxil edilmişlər. xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, təxminən saat 14:40 radələrində 2 nəfər şəxs Suraxanı dəmir yolu stansiyası ərazisinə gəldikdə, o, CAİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ilə həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid1 olduğunu bildirdikdən sonra, onları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üşün Nəqliyyatda Baş Polis İdarəsinə dəvət etmişlər. NBPl-nin inzibati binasında Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin əldə olunmasında, saxlanılmasında, istifadəsində və satışında şübhəli olmaları, həmçinin hüquq və vəzifələrini təhqiqatçı izah etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid1 üzərlərinə foto və video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif olunmuş, bundan sonra o, əynində olan qara rəngli şalvarın sol cibindən bir ovuc günəbaxan tumu, 1 ədəd alışqan, 1 ədəd A39314542 seriyalı 10 manatlıq pul əskinası, 1 ədəd “ARGO” markalı siqaret qutusu, 1 ədəd metro kartı, 1 ədəd 5 manatlıq pul əskinası, 1 ədəd özünə aid sığorta kartı, 1 ədəd qara rəngli “HOFFMANN” markalı telefonu və əynində olan qəhvəyi rəngli qış gödəkçənin sağ yan cibindən isə 1 ədəd üzərində “BALABANOVSKİE” sözləri yazılan kibrit qutusunu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qəhvəyi rəngli qış gödəkçənin sağ yan cibindən çıxardığı kibrit qutusunun içərisində 10 büküm narkotik vasitə olan heroindir və həmin heroini xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində “Neftçilər” metrosunun çıxışında “dəllal bazarı” adlanan yerdə tanımadığı şəxsdən 40 manata almış, xx xxxxxx 2020-ci il tarixdə saat 14:45 radələrində bükümlərə ayırdığı narkotik vasitə heroindən 1 bükümü 5 manatdan olmaqla 2 bükümünü 10 manata əvvəlcədən aralarındakı razılaşmaya əsasən Şahid1 satmaq məqsədilə Suraxanı dəmir yolu stansiyasının ərazisinə gəlmiş və sonuncudan stansiyanın ərazisində 10 manatı alıb 2 büküm narkotik vasitə olan heroini ona satmaq istəyərkən, polis əməkdaşları onları saxlamışlar. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən həmin protokol imzalanmışdır. Eyni zamanda aşkar edilmiş kütlə zərfə qoyulub qablaşdırılmış və zərf ekspertizaya təqdim edilməsi üçün möhürlənmişdir. Həmin zərfin də üstünə iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa əşya aşkar edilməmişdir. Həmçinin, xx xxxxxx 2020-c il tarixdə Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasında Şahid1 üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif edilmiş, sonuncu əynində olan qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd “ARGO” markalı siqaret qutusunu, 1 ədəd alışqanı, 2 ədəd 1 manatlıq pul əskinasını, dəmir qəpikləri, sol cibindən elastik ipi, əynində olan qış gödəkçəsinin sağ sinə cibindən isə 1 ədəd 2 ml-lik şprisi və 2 ədəd spris başlığını təqdim etmişdir. Sorğu zamanı Şahid1 təqdim etdiyi şprislə 1 dəfə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan əlavə o, Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək bildirmişdir ki, həqiqətən narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadə məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 14:45də Təqsirləndirilən şəxs 2 büküm narkotik vasitə olan heroini 10 manata almaq məqsədilə Suraxanı dəmir yolu stansiyasının ərazisinə gəlmiş, orada Təqsirləndirilən şəxs ilə görüşmüş və stansiyanın ərazisində 10 manatı verib 2 büküm narkotik vasitə olan heroini almaq istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin CAİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 Talib oğlu da istintaqa Şahid2 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 4(010)-286/2020 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdə hesablanmaqla 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 4(010)-96/2021 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni xx xxxxx 2021-ci il tarixədək uzadılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2708 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən, üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs o....” sözlər və imzalar olan bir ədəd zərf açıldıqda, 10 (on) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,035 qr, 0,028qr, 0,029qr, 0,032 qr, 0,031 qr, 0,034 qr, 0,024 qr, 0,035 qr, 0,017, 0,033 qr, ümumi təmiz çəkisi 0,298 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Qeyd:- heroinin ümumi təmiz çəkisi-0,298 qr., cəmi tədqiqata sərf edildi 0,1 qr (hər ob. 0,01 qr) qalıq 0,198 qr). Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) Şahid1 o....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd şpris və 1 ədəd şpris başlığı iynəsinin içərisində narkotik vasitə heroinin izləri vardır, iz şəklində olduğundan onların çəkisini müəyyən etmək mümkün olmadı və digər 1 ədəd şpris başlığı iynəsinin içərisində narkotik vasitə izləri aşkar edilmədi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci tarixli 62 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 5986/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə X5 arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2015-ci il tarixdən başlayaraq 300 manat məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 9cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətdiyi cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş narkotik vasitə olan heroinin ekspert tədqiqatından qalıq qalan 0,198 qram hissəsi məhv edilməli, 1 ədəd A39314542 seriyalı 10 manatlıq pul əskinası dövlət nəfinə keçirilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, NBPİ-nin X7 Polis İdarəsinin saxlanc yerində saxlanılan heroinin ekspert tədqiqatından qalıq qalan 0,198 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, NBPİ-nin X7 Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 ədəd A39314542 seriyalı 10 manatlıq pul əskinası dövlət nəfinə keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-122/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-122/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver