Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-123/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1978-ci ildə Naxçıva Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıva Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, Xətai Rayon Məhkəməsinin 1(011)-9/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 251/2023 nömrəli iş üzrə 11 iyun 2023-cü il tarixli qərarına əsasən əvvəli 09 iyun 2023-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarları ilə həbsdə saxlanılma müddətləri uzadılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 yalandan özünə məxsus 200 kiloqram mis metal olduğunu və həmin mis metalı satmaq istədiyini bildirdikdən sonra həmin mis metalı gətirəcəyinə vəd verərək 15 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Socar” neft şirkətinin yaxınlığında həmin günün məzənnəsi ilə 170 manat təşkil edən 2.000 ABŞ dolları, yəni 3.400 manat və 100 manat pulu alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 3.500 manat pulunun ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə edib aldatmaq yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 18 sentyabr 2022ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, İİ Mədən ərazisində yerləşən neft zavodunun direktorunun onunla qohum olduğunu, həmin zavodda müxtəlif dəmir boruların və mis metalın ucuz qiymətə satıldığını, aldıqları dəmir boruları və mis metalını satıb iki qat qazanc əldə edəcəkləri adı ilə sonuncudan 5.000 manat pulu alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 5.000 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə edib aldatmaq yolu ilə özgəsinin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə özünü Rasim adlı şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs6 yalandan obyektində köhnə kondisionerlərin və dəmir boruları olmasını, həmin əşyaları ucuz qiymətə satdığını deyərək, sonuncunun etibarından sui istifadə etməklə Zərərçəkmiş şəxs6 02 fevral 2023-cü il tarixdə Lənkəran rayonu, Ləvəngi dairəsində yerləşən “Qulamof” adlı marketdən “Million” ödəmə terminalı vasitəsilə qeyri-rəsmi yaşadığı Şahid4 adına olan “Kapital Bank”-a məxsus 4169-7388- 8730- 6847 saylı kart hesabına göndərdiyi 800 manat və 400 manat olmaqla, cəmi 1.200 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək verdiyi vədlərə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs6 ümumilikdə 1.200 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 özünə məxsus dəmir boruları satdığını bildirərək, həmin dəmir boruları “Kamaz” markalı yük avtomobilinə yükləyib çıxaracağını vəd verib, 24 mart 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsində 9.000 manat pulunu alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə 9.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə edib aldatmaq yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 17 aprel 2023-cü il tarixdə Suraxanı rayon ərazisində yerləşən neft mədənində sahə rəisi vəzifəsində işlədiyini bildirirək, həmin zavodda müxtəlif boruların ucuz qiymətə satıldığını, aldıqları boruları satıb iki qat qazanc əldə edəcəklərini deyib Zərərçəkmiş şəxs2 5.000 manat dəyərində dəmir boru və işlənmiş kondisioner satacağını vəd edərək 2.200 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə edib aldatmaq yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 adının Rasim olduğunu bildirirək 27 may 2023-cü il tarixdə Suraxanı rayon ərazisində yerləşən Mədən 1 ərazisində Zərərçəkmiş şəxs1 50 ədəd Sovet istehsalı kondisioneri satacağını vəd edərək 2.200 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 26 may 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində metal yığan “QazelQ markalı avtomobil görmüş, həmin avtomobilin sürücüsünə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən Neft zaovudunda 50 ədəd qeyri işlək vəziyyətdə kondisionerin olduğunu 30 manata satıldığını bildirmişdir. Həmin şəxs pulunun olmadığını bildirərək Lökbatanda metal qəbulu yerində işləyən Əkbər adlı şəxsin ala biləcəyini bildirmişdir. O, Əkbər adlı şəxsə yaxınlaşmışdır. Əkbər də almaq üçün imkanın olmadığını bildirərək İskin İslamova məxsus mobil nömrəsini ona təqdim etmişdir. O, İlkinlə əlaqə saxlamış, özünü Rasim olaraq təqdim etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Mədən ərazisində yerləşən Neft zavodunda 50 ədəd kondisionerin olduğunu, tanışının onun üçün təklif etdiyini, lakin pulu olmadığı üçün başqasına sataraq vasitəçi olmaqla pul əldə etmək istədiyini bildirmişdir. İlkin kondisionerin 30 manata alacaqını 10 manatda əlavə olaraq hər bir kondisionerə görə ona çatacağını bildirmişdir. İlkinin “Ford” markalı arxa hissəsi yük yeri olan maşını var idi. O, İlkinə maşına 50 ədəd kondisonerin sığmayacağını nə qədər sığa bilərsə o qədərini ala biləcəyini bildirmiş, İlkin də onunla razılaşmışdır. İlkin Suraxanı qəsəbəsi, Mədən ərazisinə gəlmiş, ona zavodun içərisinə girmək istəmədiyini bildirmişdir. O, pulu ona verməli olduğunu bildirmiş, İlkin ona 7 ədəd iki yüzlük pul əsginası vermişdir. Qalanını da sonra verəcəyini bildirmişdir. O, İlkindən 50 manat da mühafizəçilərə vermək üçün pul istəmişdir. İlkin də ona həmin 50 manatı vermişdir. O, ümumilikdə İlkindən 1.450 manat pul almışdır. İlkin maşını ona zavoda gedərək kondisionerləri yükləmək üçün vermiş, özü isə orada gözləməyə başlamışdır. O, İlkindən “Ford” markalı maşınla 100 metr aralanmış, maşını zavodun kənarında saxlamışdır. Maşını İlkinin görə biləcəyi yerdə saxlamışdır. Özü isə maşından düşərək zavodun yanı ilə digər tərəfə keçmiş və pul götürərək oradan uzaqlaşmışdır. Bundan başqa o, əvvəllər metal alış-verişi ilə məşğul olsa da, təxminən 5 il olar ki, heç bir yerdə işləmir, metal alış-verişi ilə məşğul olur. Bu səbəbdən bu ərəfələrdə pul ehtiyacı var idi. Bildirir ki, 2022-ci ilin iyun ayının 15-də səhər saat 09:00 radələrində Quba rayonunda olarkən şəhərin mərkəzinin çıxacağında metal qəbulu məntəqəsində lövhədə olan yadında qalmayan nömrə görmüş və həmin gün Bakı şəhərinə qayıtdıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb guya özünə məxsus 200 kiloqram misi satmaq istədiyini bildirmişdir. Həmin şəxslə misin kiloqramını 6 manatdan almağına dair razılaşmışlar. Belə ki, həmin şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Socar”neft şirkətinin həyətinə gəlməyini bildirmişdir. O, daha sonra telefonla danışdığı həmin şəxslə əlaqə saxlamış, həmin şəxs ona digər şərikinin onunla görüşə gələcəyini bildirmişdir. Belə ki, 15 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Socar” neft şirkətinin yaxınlığına gəlmişdir. O, telefonda və daha sonra görüşdüyü şəxsə adının İsmayıl olduğunu bildirmişdir. Belə ki, telefonda danışdığı şəxsin şəriki həmin yerə gəlmişdir. O, həmin şəxsə özünə məxsus 200 kiloqram misi birazdan gətirəcəyini bildirmişdir. Əslində onun özünə məxsus heç bir misi olmamış və onun məqsədi həmin şəxsi aldatmaq olmuşdur. Belə ki, o, həmin şəxsə bir qədər sonra misi gətirib ona təhvil verəcəyini və həmin misin pulunu həmin şəxsdən əvvəlcədən ona verməsini bildirmişdir. Bundan sonra həmin şəxs 2.000 ABŞ dollar misin pulunu vermişdir. Hətta həmin şəxs ona özünə məxsus avtomobilini verə biləcəyini, həmin avtomobilə özündə qeydiyyatı olmayan nömrələr bağlayaraq həmin avtomobillə gedib misi gətirə biləcəyini bildirmişdir. O, isə həmin şəxsə avtomobilə ehtiyacı olmadığını bildirərək oradan uzaqlaşaraq çıxıb getmişdir. O, həmin şəxsi aldadaraq əldə etdiyi 2.000 ABŞ dollar pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2022-ci ilin sentyabr ayının əvvəlində maşın təmir sexində Zərərçəkmiş şəxs3 ilə avtomobil təmir sexində tanış olmuşdur. O, həmin vaxtda öz maşınını satmaq məcburiyyətində idi. O, maşınını Sərxana təklif etmişdir. Lakin Sərxan maşınını dəyərindən aşağı qiymətə almağa razılaşmışdır. Onun maşını qiyməti 5.000 manat olduğu təqdirdə Sərxan 2.000 manata alacağını bildirmişdir. O, da məcbur olduğundan onunla razılaşmışdır. Maşını Sərxana 2.000 manata satmışdır. Ona dəymiş ziyanı aradan qaldırmaq üçün 17 sentyabr 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs3 zəng edərək Suraxanı Neft mədənində bir nəfər traktor sürücüsü tanışının olduğunu, mədəndə qazıntı işləri apardığını, qazıntı nəticəsində təsadüfən 400 kq mis tapıldığını həmin tarktor sürücüsünün həmin 400 kq misi bir kilosu 11 manat 50 qəpikdən təklif etdiyini, lakin almaq üçün pulu olmadığını demişdir. Həmin misin bir kilosunu 17 manat 50 qəpiyə sata biləcəyini bildirmişdir. Sərxan da onunla razılaşmışdır. 18 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Dərnəgül yolunda yanacaqdoldurma məntəqəsinin yanında görüşmüşlər. Ulduz metrosunun və “Şeş beş” kafesinin yanında metal qəbulu məntəqəsinə yaxınlaşmışlar, orada misin bir kilosunun qiyməti ilə maraqlanmışlar. Orada da onlara misin bir kilosunun qiymətinin 17 manat 50 qəpik olduğunu bildirmişlər. Sərxan ona Köhnə Suraxanı qəsəbəsində yerlşən misi qəbul edəcəkləri yerə, yəni mədənə öz maşını ilə getmək istəmədiyini bildirmişdir. Onlar “Vaz 2104” minik markalı taksi saxlatdıraraq Suraxanı qəsəbəsi ərazisində yerləşən mədən ərazisinə gəlmişlər. O, Sərxana onunla Mədənin içərisinə traktor sürücüsünün yanına gedərək pulu verib misi götürməli olduqlarını bildirmişdir. Lakin Sərxan getmək istəmədiyini bildirmişdir. O, da Sərxana pulu ona verməsini, onun gedib maşına yükləyərək gətirməyini təklif etmişdir. Sərxan da ona 4.600 manat pul vermişdir. İki ədəd beş yüzlük, 5 ədəd iki yüzlük qalanı isə yüzlük pul əsginası olmuşdur. O, “Vaz 2104” minik markalı maşını özü idarə etmişdir. Sürücü isə maşından düşərək Sərxanın yanında gözləməyə başlamışdır. O, maşını mədənin yanında saxlamış Sərxana zəng edərək mis məsələsinin alınmadığını başqa adama satdıqlarını bildirərək maşını gəlib aparmaqlarını bildirmişdir. Özü də başqa taksiyə minərək həmin yerdən uzaqlaşmışdır. Bundan başqa o, 2023-cü ilin mart ayında ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** mobil nömrəsindən zəng etmiş, adının guya Ramin olduğunu bildirmiş və həmin şəxsə dəmir turbaları Göyçay rayonuna göndərildiyini və aldadıldığını, nömrəni ona Ağdaş rayonundan guya polis əməkdaşlarının verdiyini demişdir. Həmin şəxsdə ona səhf düşdüyünü və onun Ağdaş rayonunda tanış polisin olmadığını bildirmişdir. Həmin hadisədən bir neçə müddət keçdikdən o, yenidən həmin mobil nömrəyə yenidən zəng edərək guya onu aldadan şəxsi tapdığını demiş və həmin şəxsə guya “Socar”-da işlədiyini və yarasız olan boruların satışı ilə məşğul olduğunu demiş, həmin şəxsə dəmir boru kiməsə lazım olsa ona müraciət etməsini təklif etmişdir. Daha sonra o, bir neçə dəfə dəmir boruların şəkillərini ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” nömrəsinə göndərmiş və kim istəsə ona deməsini bildirmişdir. Həmçinin həmin şəxs adının Firdiman olduğunu ona demişdir. 2023-cü ilin mart ayının ortalarında Novruz bayramından qabaq o, yenidən Firdimana zəng edərək satdıq dəmir borular olduğunu, istəyən olsa ona deməsini və boruları satıb pul qazanacağını bildirmişdir. Daha sonra Firdiman ona zəng edərək bir nəfər tanışının dəmir boru istədiyini demiş və həmin tanışına 1.000 metr olan dəmir boru lazım olduğunu demişdir. O, da Firdimana onda 1.000 metr uzunluğunda satdıq dəmir boru olduğunu və həmin borunun qiymətin 9.000 manat olduğunu bildirmişdir. Firdiman ilə telefonda danışıqları belə olmuşdur ki, Bakı şəhərinə gəlib dəmir borulara baxdıqdan sonra pulun bir hissəsini, yəni 4.000 manat pulu Bakı şəhərində ona verdikdən sonra o, həmin dəmir boruları Göyçay rayonuna gətirib təhvil verəcəyini və qalan pulu, yəni 5.000 manat pulu ona Göyçay rayonunda verməli idilər. Firdimanla razılaşdıqdan sonra 24 mart 2023-cü il tarixdə saat təxminən 15:00 radələrində Firdimanın boru istəyən tanışı adını bilmədiyi şəxslə Bakı şəhəri, Sabunçu rayonu, 4-cü Mədən deyilən ərazidə görüşmüşlər. Daha sonra onlar birlikdə təxminən saat 16:00 radələrində Maştağa qəsəbəsinə gedən yolun kənarında yerləşən kafeyə gedərək orada çörək yemişlər. O, təkrar Firdimanla söhbət etmiş və Firdimana dəmir boruların pulunun bir hissəsini ona verdikdən sonra qalan pulu isə boruları Göyçay rayonuna gətirdikdən sonra verəcəyini bildirmişdir. Daha sonra onlar birlikdə Qala Ramana qəsəbəsinə tərəf gəlmişlər. Orada olarkən Firdimanın yanında olan şəxsi avtomobildən düşürdükdən sonra o, Firdiman ilə birlikdə boruların olduğu istiqamətə getmişlər və Firidimandan 4.000 manat pulu alıb onuda avtomobildən düşürüb içəri heç kimi buraxmadıqlarını demişdir. O, avtomobili bir qədər hərəkət etdirib boruların olduğu yerə gəlmiş və avtomobilin söndürərək açarını üzərində qoyub Firdimana zəng edib avtomobil yolun kənarında olduğunu deyərək onlara avtomobilin olduğu yerə gəlmələrini demişdir. O, daha sonra oradan uzaqlaşaraq çıxıb getmiş və mobil telefonunu söndürmüşdür. Bundan başqa o, 26 aprel 2023-cü il tarixdə ona pula ehtiyacı olmuşdur. Adının Təhsil olduğunu bildirən şəxs onunla əlaqə saxlamış və ona işlək vəziyyətdə olmayan kondisioner borular lazı olduğunu bildirmişdir. O, Təhsil adlı şəxsə kondisionerin birinin 40 manata olduğunu, borunun birinin metrəsinin isə 8 manat olduğunu bildirmişdir. Təhsil ondan kondisionerlərin sayını soruşduqda 150 kondisionerin olduğunu, ancaq 50 ədədinin qazelə sığacağını bildirmişdir. Həmin şəxsdə səhər gələcəyini bildirmişdir. O, Təhsil və yanında ola bir nəfər şəxslə Dərnəgül yolunda görüşmüşlər. Kafedə yemək yemişlər. O, tikinti materialları satılan yerdə çəkdiyi boru şəkillərini ona göstərmiş və bir metrinin 7 manat ümumilikdə 28 min matanlıq boru olduğunu bildirmişdir. Təhsil də ona kondisonerləri satacağını, sonra bir də gəlib konsisioneri alıb aparacağını, sonra boruları gəlib alacağını bildirmişdir. Təhsilin yanındakı şəxsin idarə etdiyi maşınla Balaxanı yoluna gəlmişlər. Orada kondisionerləri yerləşdirmək üçün maşınla danışmışlar. Təhsilin yanındakı şəxs öz maşını ilə orada qalmışdır. O, Təhsillə və həmin avtomobilin sürücüsü ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Mədən ərazisinə gəlmişlər. Orada o, zavodu göstərək kondisionerlərin orada olduğunu bildirmişdir. Təhsil zavodun içərisinə daxil olmaq istəmədiyini bildirmişdir. O, Təhsilə kondisionerləri almağı üçün pulu ona verməli olduğunu bildirmişdir. Təhsil də onunla razılaşmış, 50 ədəd kondisioner üçün 1.500 manat, mühafiəzçilərə də vermək üçün 150 manat, ümumilikdə 1.650 manat pul vermişdir. O, zavod istiqamətində avtomobilin sürücüsü ilə birlikdə getmişdir. Zavodun kənarı ilə gedib zavodun digər tərəfinə keçmişlər. Qazelə 20 manat pul verərək sürücüsünü yola salmışdır. Özü isə taksi saxlayaraq oradan uzaqlaşmışdır. Bundan başqa, o, 01 fevral 2023-cü il tarixdə təqribən saat 2-3 radələrində özündən bir nömrə yığaraq, yəni tanımadığı ***-***-**- ** saylı mobil nömrəsinə istifadə etdiyi 077-317- 71-75 mobil nömrədən zəng vurub və həmin şəxsə yalandan nömrəsini Masallı rayon sakini Ravil adlı şəxsin verdiyini bildirərək ona kömək etməyini istəmişdir. O, yalandan həmin şəxsə ***-***-**-** saylı mobil nömrəni işlədən Nazim adında şəxsin ondan Bakı şəhərində 28.000 manatlıq dəmir turba aldığını, həmin pulun 3.000 manatını verdiyini, qalan 25.000 manatını isə Lənkəran rayonuna getdikdən sonra verəcəyini vəd etdiyini, lakin aldadaraq həmin pulu verməməsini bildirmişdir. Bu barədə köməklik göstərməyini istəmişdir. Həmin şəxs sonradan adını bildiyi Firdovsi adlı şəxs bu barədə tanışlarına zəng edib kömək etməyini xahiş etmişdir. Həmin tanışlarından biri də, o, sonradan adını bildiyi Lənkəran rayonu, Şıxəkəran kənd sakini Zərərçəkmiş şəxs6 olmuşdur. Firdovsi Zərərçəkmiş şəxs6 onun mobil nömrəsini verərək, Hazikdən həmin ona zəng edib kömək etməsini xahiş etmişdir. 01 fevral 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs6 ona zəng edərək, o, Zərərçəkmiş şəxs6 köhnə Веко kondisionerləri və köhnə dəmir turbalar satdığını bildirmiş, Zərərçəkmiş şəxs6 Beko kandisionerləri və köhnə dəmir turbalar almaq istəyirsə beh atmasını demiş və Hazikdə onunla razılaşmışdır. 02 fevral 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs6 keçmiş arvadının “Kapital Bank”a məxsus plastik kartının məlumatlarını atmış, ona işlənmiş Веко kondisionerləri və köhnə dəmir trubaları almaq üçün beh olaraq 800 manat pulu köçürtmüşdür. O, həmin pul keçmiş arvadı Mədinə Zülfüqarovanın bank kartına köçdüyü üçün xahiş etmişdir ki, çıxardıb həmin pulu ona versin. Mədinədə həmin pulu öz kartından çıxardıb ona vermişdir. Bundan sonra Firdovsi onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, əşyaları niyə göndərmədiyini bildirdikdə, o, yalandan Beko kondisionerlərini və dəmir turbaları göndərdiyi yük avtomobilini Qaradağ postunda polislər tərəfindən saxlanılmasını, həmin avtomobilin buraxılması üçün 400 manat pulun lazım olduğunu və Hazikin həmin karta 400 manat pul atmasını, Lənkəran rayonuna çatdıqda ümumi puldan həmin pulu çıxacağını bildirmişdir. Bir müddət sonra Hazik keçmiş arvadı Mədinəyə məxsus “Kapital Bank”ın plastik kartına 400 manat pul köçürtmüş və o, da həmin pulu gedib arvadından götürmüşdür. Keçmiş arvadı Mədinə Zülfüqarovaya həmin pullar özünə məxsus olan avtomobilini satdığı üçün avtomobili alan şəxs tərəfindən göndərildiyini bildirmişdir. Bundan sonra ona Firdovsi və Hazik dəfələrlə zəng etsələrdə o, telefonlara cavab verməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avto təmir sexində mühərrik ustası kimi çalışır. Təqsirləndirilən şəxs işlədiyi sexə bir neçə dəfə gələrək avtomaşın təmir etdirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs “Mercedes A 160” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq istədiyini demişdir. O, da 2.800 manat pul müqabilində Təqsirləndirilən şəxs həmin avtomaşını almışdır. Bundan sonra onunla Təqsirləndirilən şəxs arasında münasibət yaranmışdır. 17 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən neft zavodunun direktorunun qohumunun olmasını, özünün orada işləməsini, həmin zavodda istifadəyə yararsız dəmir borular və mis satılmasını, pulunun olmadığı üçün həmin dəmir boruları və misi ala bilmədiyini, həmin işdə yaxşı qazanc olduğunu bildirmişdir. O, da Təqsirləndirilən şəxs nə qədər pul lazım olduğunu soruşduqda, İsmayıl ona nə qədər çox olsa o qədər çox qazanc olacağını bildirmişdir. O, 5.000 manat məbləğində pul tapmış və 18 sentyabr 2022-ci il tarixdə Suraxanı rayonu ərazisinə gəlmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində o, Təqsirləndirilən şəxs 5.000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs ondan pulu alaraq təxminən 1 saata qayıdacağını demişdir. O, təxminən 2 saat Təqsirləndirilən şəxs gözləsədə İsmayıl gəlib çıxmamış, sonra İsmayıl ilə əlaqə saxlaya bilməmişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Fətəli kəndində olan zaman, tanışı Şahid8 ona bildirmişdir ki, bir nəfər adam yararsız dəmir boru və işlənmiş kondisioner satışı ilə məşğuldur, əgər istəyirsə nömrəsini versin onunla əlaqə saxlasın. O, həmin şəxsin kim olduğunu və haradan tanıdığını soruşduqda, Şahid8 ona həmin şəxsi tanımadığını, həmin şəxs səhvən vatsapda yazdığını və daha sonra dəmir boruların şəklini ataraq satdığını dediyini bildirmişdir. Yəni həmin şəxsi şəxsən tanımır və kim olduğunu bilmir. O, da bu işlə məşqul olduğu üçün nömrəsini həmin şəxsə verməsini istəmişdir. Həmin şəxs 055 *** ** ** nömrəsindən ona zəng etmiş və Suraxanı rayonu ərazisində yerləşən neft mədənində sahə rəisi vəzifəsində işlədiyini, özünün deputat Fazil Mustafanın kiçik qardaşı olduğunu bildirib, neft mədənində yerləşən yararsız dəmir borular və işlənmiş kondisionerlər satdığını bildirmişdir. Daha sonra ona vatsap vasitəsilə satdığı dəmir boruların şəkillərini atmış və borular rəsmi qaydada balansdan silinərək ona veriləcəyini, yəni heç bir qeyri qanuni satış olmayacağını bildirmişdir. Daha sonra isə 5.000 manat pul götürüb Suraxanı rayonuna gəlib malları götürməyini və istəsə ona nisyədə mal verəcəyini demişdir. O, həmin şəxsə 5.000 manat pulunun olmadığını bildirdikdə, həmin şəxs ona narahat olmamağını nə qədər pulu varsa gətirməyini və özü müdirlə danışıb qaydasına qoyacağını qalan pulları sonra da ödəyə biləcəyini demişdir. O, həmin şəxsə inandığı üçün 27 aprel 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olan zaman həmin şəxslə əlaqə saxlamış və həmin şəxs ona Suraxanı rayonunda yerləşən 2-ci mədən ərazisinə gəlməyini bildirmişdir. O, xalası oğlu Seymur Babaşovla birgə Suraxanı rayonuna getmişlər və həmin şəxslə Suraxanı rayonu, 2-ci mədən ərazisində görüşmüşlər. Həmin şəxs boruları hal-hazırda yük maşınına yüklədiklərini, taksi ilə gedib dəmir boruları ona göstərib qayıdacaqlarını bildirmişdir. O, özünə məxsus “Qazel” markalı yük avtomobilini yolun kənarında saxlayıb həmin şəxslə birlikdə yol kənarında dayanan taksilərin birinə əyləşmişlər, daha sonra Sabunçu rayonu ərazisinə getmişlər. Orada olan zaman həmin şəxs Neft buruqlarının ərazisində yerləşən boruları göstərmiş və borular yük maşınına yüklənənədək tez gedib kondisionerləri onun “Qazel” markalı avtomaşınına yükləməsini bildirmişdir. Onlar yenidən Suraxanı rayonu, 2-ci Mədən ərazisinə qayıtmışlar. Daha sonra həmin şəxs kondisioneri yükləyəcəkləri yerə 3 nəfər buraxılmayacaqları üçün xalası oğlunun onlarla gəlməməsini istəmişdir. Xalası oğlu avtomobildən düşdükdən sonra o və həmin şəxs onun yük avtomobili ilə yola düşmüşlər. Avtomobilini həmin şəxs idarə edirmiş, həmin şəxs 2-ci mədən ərazisində 300-400metr məsafə getdikdən sonra yaşayış olan evlərin birinin qarşısında saxlamış və ona malları tez götürməsi üçün pulu verməsini demişdir. O, inandığı üçün 2.200 manat pulunu çıxarıb həmin şəxsə təqdim etmişdir. Daha sonra ona avtomobildən düşüb gözləməsini bildirmişdir. O, da avtomobildən düşüb gözləmiş, həmin şəxs avtomobili ərazidə sürərək gözdən itmişdir. Təxminən 5 dəqiqə sonra ona zəng edib avtomobilin sürətlər qutusunda problem olduğunu və bu səbəbdən avtomobili arxa istiqamətə idarə edə bilmədiyini bildirərək onu yanına çağırmışdır. O, təxminən 500-600 metr məsafə getdikdən sonra avtomobilini yol kənarında görmüş, avtomobilə çatdıqda həmin şəxsin avtomobildə və ətrafda olmadığını görmüşdür. O, dərhal həmin şəxsə zəng etmiş, lakin həmin şəxs artıq telefonu söndürmüşdür. Daha sonra ətrafı axtarsa da həmin şəxsi tapa bilməmişdir. Bu zaman başa düşmüşdür ki, həmin şəxs onu aldadaraq pulunu ələ keçirmiş və məcbur qalaraq polisə müraciət etmişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus olan, ağ rəngdə, dövlət qeydiyyat nişanı **-BX-*** olan nəqliyyat vasitəsi ilə fərdi qaydada Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" MMC zavoduna dəmir daşıyır. 27 may 2023-cü il tarixdə saat 15:18-də ***-***-**-** mobil nömrədən şəxsi istifadəsində olan mobil nömrəsinə özünü Rasim kimi təqdim edən şəxs zəng vuraraq satışda sovet istehsallı olan kondisionerlər olduğunu bildirmişdir. Həmin şəxs ilə bir ədəd kondisionerin 40 manata almaqla 50 ədəd kondisioner almağa razılaşmışdır. Bundan sonra o, Suraxanı rayonu ərazisində yerləşən Mədən-1 ərazisinə gəlmişdir. Həmin Rasim adlı şəxs tək bir özü idi, onun avtomaşınına əyləşmiş və o, həmin şəxsə 1.550 manat pul vermişdir. Həmin şəxs ona həmin 1.550 manat pulu Mədən işçilərinə verəcəyini və sonra o, həmin şəxsə yerdə qalan 450 manat pulu verəcəyini bildirmişdir. O, pulu həmin şəxsə verdikdən sonra, həmin şəxs ona Mədən-1 ərazidə olan binanı göstərmiş və ona demişdir ki, o, binanın qarşısına gedib saxlasın və özü də yaxınlaşacaqdır. O, həmin binanın qarşısında saxlamış və orada binanın içərisində olan şəxslərdən maraqlanmış, ona bildirmişlər ki, həmin şəxs orada işləmir. Ona həmin şəxs onu aldatdığı bəlli olmuşdur. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, usta işləyib ailəsini dolandırır. Təxminən 20 mart 2023-cü il tarixdə Göyçay rayonunda tanışı Şahid2 ona ***-***-**-** mobil nömrəsindən zəng etmiş və işlənmiş dəmir boruların olduğunu demişdir. Müştəri olduğu halda deyecəyini söyləmiş və dəmir boruların qiymətini soruşmuşdur. Firdiman ona dəmir borular 1.500 metr olduğunu və onları 9.000 manata satdığını demişdir. O, usta işlədiyindən, çardaq düzəltdirən ev sahibinə borular lazım olduğundan, onda Firdimana zəng etmiş və boruları almaq istədiyini söyləmişdir. Firdiman isə ona danışıb xəbər edəcəyini demişdir. 24 mart 2023-cü il tarixində Firdiman ona zəng edərək boruların Bakı şəhərində olduğunu demiş və təklif etmişdir ki, birlikdə Bakı şəhərinə getsinlər. Həmin günü Firdiman ona dəmir boruları satacaq Ramin adlı şəxsə zəng etmiş və o, Firdiman və Firdimanın qardaşı Həsən və kürəkəni Əlisanın avtomobili ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, 4-cü mədən ünvanına gələrək orada Ramin adlı şəxslə görüşmüşlər. Özünü Ramin kimi tanıdan şəxs ilk öncə dəmir boruları onlara uzaqdan göstərdikdən sonra yanında olan tanımadığı şəxsi onlara təqdim edərək, həmin şəxsin “Kamaz” yük avtomobilinin sürücüsü olduğunu demiş və dəmir boruları Göyçay rayonuna həmin şəxsin “Kamaz” yük avtomobili ilə aparacaqlarını bildirmişdir. Daha sonra Ramin ilə onlar birlikdə nahar yeməyə getmişlər. Ramin “Kamaz” yük avtomobilinin sürücüsünə demişdir ki, gedib istirahət etsin, yükü “Kamaz”a yükləyəndə xəbər edəndə gələr. Onlar kafedə nahar etdikdən sonra birlikdə dəmir borularının olduğu yerin yaxınlığına gəlmişlər. Təxminən saat 18:00 radələri olardı Ramin Firdmana pulu verib boruları çıxartmaq lazım olduğunu, həmin yerə kənar şəxsləri buraxmadıqlarını bildirmişdir. Firdimanda ona pul onda olduğu üçün getməyini demişdir. O, Raminlə kənara çəkilmiş və ona 9.000 manat pul vermişdir. Ramin onun kürəkəni Əlisanın “Mersedes” markalı avtomobilnə minib özü avtomobili idarə edərək boruların olduğu əraziyə getmişdir. Bir neçə dəqiqədən sonra Ramin ona zəng edərək onu avtomobilin olduğu yerə çağırmışdır. O, Raminə hansı tərəfə gəldiyini soruşanda, özünü Ramin kimi təqdim edən şəxs ona “Mersedes” markalı avtomobilin dayandığı yeri bildirmiş və o, avtomobilin dayandığı yerə gələndə avtomobilin qapısı açıq və açarıda üzərində olduğunu görmüşdür. O, həmin vaxtı Raminə zəng etmiş, lakin telefonu bağlı olduğundan Ramin adlı şəxslə əlaqə saxlaya bilməmişdir. Onda bilmişdir ki Ramin onları aldadıb. Bundan sonra o, Firdmana zəng edib olduğu yerə çağırmış, daha sonra Firdiman DİN-in 102 xidmətinə zəng etdikdən sonra onları Sabunçu Rayonu Polis İdarəsinin 12-ci Polis Şöbəsinə çağırmışlar və onlar birlikdə 12-ci Polis Şöbəsinə getmişlər. Polis şöbəsində baş vermiş hadisəni danışdıqdan sonra onlara məlum olmuşdur ki, özünü onlara Ramin kim tanıdan şəxsin Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs onun etibarından istifadə edərək onu aldadıb 9.000 manat pulunu ələ keçirməklə ona maddi ziyan vurmuşdur. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 2012-ci ildən tanıyır, aralarında dostluq münasibətləri vardır. Yavər səyyar metal alış-verişi ilə məşğul olur. O, Yavər ilə birlikdə səyyar metalın alış-verişi ilə məşğul olur. Hardansa metal alarkən və ya satarkən bir birilərinə məsləhətləşmişlər. Təxminən 2022-ci il iyun ayının 15-də Yavər ona zəng edərək Bakı şəhərində olduğunu və bir nəfər İsmayıl adlı şəxsdən metal götürmək lazım olduğunu bildirmişdir. Yavər ona İsmayılın nömrəsini vermiş və o, İsmayıl ilə əlaqə saxlayaraq Sabunçu rayonu, Ramana qəsəbəsində görüşməyi bildirmişdir. Daha sonra Yavər ona zəng edərək İsmayıla 3.500 manat pul verməyini və 100 manat pulun isə xırda əskinazlar olmasını demişdir. O, evdən 2.000 ABŞ dolları və 100 manat 20 manatlıq əskinazlardan ibarət pulu götürmüşdür. Həmin vaxtı saat 13:00 radələri olardı o, İsmayıl adlı şəxslə Ramana qəsəbəsində görüşmüşdür. Onlar Ramana qəsəbəsində görüşüb söhbət edən zaman İsmayıl onun avtomobilini özü idarə edərək bir az yol getmişlər. Bundan sonra İsmayıl ondan pulu istəmiş və bildirmişdir ki, onun avtomobilini özü sürəcək, getdiyi yerə onu buraxmayacaqlar. O, Yavərə zəng edərək İsmayılın dəmirləri götürmək üçün onun avtomobilini istədiyini və dəmirləri götürəcəyi yerə tək gedəcəyini demişdir. Yavər ona narahat olmamasını və avtomobili verməyi demişdir. O, 2.000 ABŞ dolları pulu və 100 manat pulu İsmayıla verib avtomobildən düşmüşdür. Təxminən 5 dəqiqədən sonra İsmayıl ona zəng edərək getdiyi istiqamətə tərəf piyada gəlməsini, ona zəng edəndə avtomobili sürüb darvazadan içəri keçməsini demişdir. O, da avtomobilin olan yerə gəlmişdir. İsmayıla zəng edən zaman ona zəng çatmamışdır. O, avtomobildən düşüb əraziyə baxmışdır, lakin İsmayılı ətrafda görməmişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonunda fərdi sahibkarlıqla məşqul olmaqla ailəsini dolandırır. Şahid5 Ələskər oğlunu o, təxminən 10 ilə yaxındır ki, tanıyır. Şahid5la heç bir düşmənçiliyi və ədavəti yoxdur. 01 fevral 2023-cü il tarixdə təxminən saat 02-03:00 radələrində tanışı Şahid5 Ələskər oğlu ona zəng edərək, ona 077 *** ** ** saylı mobil nömrəsindən zəng gələcəyini və həmin nömrənin sahibinin köməyə ehtiyac olduğunu bildirmişdir. Həmin nömrənin sahibinə əlindən gələn köməkliyi etməyini istəmişdir. Bundan təxminən bir saat sonra ona 077 *** ** ** saylı mobil nömrədən zəng gəlmiş və həmin nömrənin sahibi özünü ona Rasim adlı şəxs kimi təqdim edərək, lakin sonradan əsl adını bildiyi Təqsirləndirilən şəxs ona 077 *** ** ** saylı mobil nömrənin sahibi Nazim adlı şəxsin ondan Bakı şəhərində 28.000 manatlıq dəmir turba aldığını, həmin pulun 3.000 manatını verdiyini, qalan 25.000 manatını isə Lənkəran rayonuna getdikdən sonra verəcəyini vəd etdiyini, lakin aldadaraq həmin pulu verməməsini bildirmişdir. Ondan bu barədə ona köməklik göstərməyini istəmişdir. O, Təqsirləndirilən şəxs əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona obyektində köhnə kondisionerlər və dəmir borular olduğunu, həmin köhnə kondisionerləri və dəmir boruları satacağını bildirmişdir. O, da Təqsirləndirilən şəxs həmin dəmir boruları və köhnə kondisionerləri ona satmasını bildirdikdə, həmin şəxs ona “Kapital Bank” məxsus 4169-7388- 8730-6847 saylı kart göndərərək həmin hesaba 800 manat pulun beh kimi göndərməyini istəmişdir. O, da Təqsirləndirilən şəxs inanıb Lənkəran rayonu, Ləvəngi dairəsində yerləşən “Qulamof” adlı marketdən “Million” ödəmə terminalı vasitəsilə 800 manat pulu İsmayılın ona göndərdiyi “Kapital Banka” məxsus 4169-7388-8730-6847 saylı kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ona köhnə kondisionerləri və dəmir boruları 02 fevral 2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonuna göndərəcəyini demişdir. 02 fevral 2023-cü il tarixdə bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs dəmir boruları və kondisionerləri göndərmədiyini görüb İsmayıla tanışı Firdovsi vasitəsi ilə əlaqə saxladıqda İsmayıl həmin dəmir borular ilə köhnə kondisionerləri göndərdiyi yük avtomobilini Qaradağ postunda saxlanıldığını, avtomobilin buraxılmağı üçün 400 manat pul lazım olduğunu bildirmiş, buna görə də o, yenə də Lənkəran rayonu, Ləvəngi dairəsində yerləşən “Qulamof’ adlı marketdən “Million” ödəmə terminalı vasitəsilə 400 manat pulu İsmayılın ona göndərdiyi “Kapital Banka” məxsus 4169-7388-8730-6847 saylı kart hesabına göndərmişdir. Bundan sonra bir qədər də gözləsə də Təqsirləndirilən şəxs dəmir boruları və kondisionerləri göndərmədiyini görüb yenə də İsmayıl ilə əlaqə saxlamaq istədikdə, İsmayıl telefonunu söndürərək onun zənglərinə cavab verməmiş və ona vəd etdiyi köhnə kondisionerləri və dəmir boruları ona göndərməmişdir. Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq nəticəsində ona 1.200 manat maddi ziyan dəymişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Qıhncxan qızı ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan bir azyaşlı qız övladları var, lakin sonradan ailələrində mübahisə yarandığından o, Təqsirləndirilən şəxs 2019-cu ildə ayrılmaq qərarına gəlmiş və ata evinə qayıtmışdır. Qızları Yağmura görə onunla mütəmadi olaraq gediş gəlişləri olmuşdur. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının sonlarında ona aid olan “Kapital Bank”a məxsus 4169 7388 8730 6847 kart hesabını ondan alaraq şəxsi avtomobilini satdığını və ona məxsus "Kapital Bank" hesabına pul köçürüləcəyini bildirmişdir. Lakin o, buna etiraz etmədən özünə məxsus kartı və pin kodunu vermişdir. 02 mart 2023-cü il tarixdə ona "Bir Kart" tətbiqi ilə bildiriş gəlmişdir ki, ona aid olan "Kapital Banka" məxsus 4169 7388 8730 6847 kart hesabına 800 manat pul vəsaiti və bir qədər sonra 400 manat pul vəsaiti, ümümilikdə 1.200 manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs Qəhram oğlu ona ***-***- **-** mobil nömrəsindən zəng edərək "Kapital Bank" aid olan kartın pin kodunu itirdiyini və kartı ona verərək həmin hesabdan onun çəkməyini istədiyini bildirmişdir. O, da hissə-hissə olmaqla, ümümi 800 manat və 400 manat pulu çəkərək Təqsirləndirilən şəxs vermişdir. Lənkəran Rayon Polis Şöbəsinə dəvət edildikdən sonra, ona keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onun məlumatı olmadan ona məxsus "Kapital Banka" məxsus 4169 7388 8730 6847 kart hesabına 1.200 manat pul vəsaitini dələduzluq yolu ilə vatandaşı aldadaraq hesabına göndərdiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə təqribən saat 02-03:00 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** mobil nömrədən zəng gəlmiş və onunla danışan şəxs ona nömrəsini Masallı rayon sakini Ravil adlı şəxsin verdiyini bildirərək ona kömək etməyini istəmişdir. Onunla danışan şəxs ona 077-321- 26-54 saylı mobil nömrəni işlədən Nazim adında şəxsin Bakı şəhərində ondan 28.000 manatlıq dəmir turba aldığını, həmin pulun 3.000 manatını verdiyini, qalan 25.000 manatını isə Lənkəran rayonuna getdikdən sonra verəcəyini vəd etdiyini, lakin aldadaraq həmin pulu verməməsini bildirmişdir. Ondan bu barədə köməklik göstərməyini istəmişdir. O, da həmin şəxsə yazığı gəlib bu barədə tanışlarına zəng edib bu həmin şəxsə kömək etmələrini xahiş etmişdir. Həmin tanışlarından biri də, Lənkəran rayonu Şıxəkəran kənd sakini Zərərçəkmiş şəxs6 olmuşdur. O, Zərərçəkmiş şəxs6 həmin şəxsin mobil nömrəsini verərək, Hazikdən həmin şəxsə zəng edib həmin şəxsə kömək etməsini xahiş etmişdir. 01 fevral 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs6 ona zəng edərək, həmin şəxsin ona köhnə Веко kondisionerləri və köhnə dəmir turbalar satdığını bildirdiyini, həmin şəxsdən Beko kandisionerləri və köhnə dəmir turbalar almaq istədiyini, həmin şəxsin ondan turba almaq istəyirsə beh atmasını dediyini və həmin şəxslə razılaşdığını bildirmişdir. 02 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 ona zəng edərək həmin şəxsin Zərərçəkmiş şəxs6 atdığı karta 800 manat pulu köçürtdüyünü, lakin həmin şəxsin Beko kondisionerlərini və köhnə dəmir turbaları ünvana göndərmədiyini bildirmişdir. O, da həmin şəxsin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, əşyaları niyə göndərmədiyini bildirdikdə, onunla danışan şəxs Beko kondisionerlərini və dəmir turbaları göndərdiyi yük avtomobilini Qaradağ postunda polislər tərəfindən saxlanılmasını, həmin avtomobilin buraxılması üçün 400 manat pulun lazım olduğunu bildirərək Hazikin həmin şəxsin kartına 400 manat pul atmasını, Lənkəran rayonuna çatdıqda ümumi puldan həmin pulu çıxacağını bildirmişdir. O, da Zərərçəkmiş şəxs6 zəng edib məsələ barədə danışmış və Hazikdə həmin şəxsin kartına 400 manat pulu göndərmişdir. Lakin Zərərçəkmiş şəxs6 həmin pulu göndərdikdən sonra həmin şəxs telefonlara cavab verməyərək və vəd etdiyi Beko kondisionerləri ilə dəmir turbaları verməyərək dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında bir nəfər adını bilmədiyi şəxs ona yaxınlaşaraq özünə məxsus evdə təmir işləri apardığını, köhnə tullantı əşyalarının tullantı yerinə daşınmalı olduğunu bildirmişdir. O, həmin şəxslə həmin əşyaları daşımaq üçün 20 manata razılaşmışdır. Yük maşınına minmiş, onlar Bakı şəhəri, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu, Aydan marketin yanında yerləşən evə gəlmişlər. Həyətə daxil olmuşlar. Həyətdə sonradan bərbər olduğunu öyrəndiyi bir nəfər var idi. Əşyalar çöldə idi. Həyətdə yarasız vəziyyətdə köhnə 03 ədəd divan, 02 ədəd kreslo, elektrik aləti və yarasız halda şunur olmuşdur. Onlar 03 ədəd divanı 02 ədəd kreslonu, şunurları və elektrik alətini maşına yükləmişlər. Həmin şəxs ona 20 manat verərək divanlardan birini bərbər salonuna, qalan bütün əşyaları da tullantı yerinə atmağını bildirmişdir. Həmin adını bilmədiyi bərbərliklə məşğul olduğunu bildiyi şəxs maşına minmişdir. Bərbər salonunun yanına gəldikdə divanlardan birini düşürərək salona qoymuşlar. Sonra o, avtomobilinə əyləşərək həmin əşyaları Ticarət Mərkəzinin arxasında tullantı yerinə atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 da Şahid6 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 24 mart 2023-cü il tarixdə saat təxminən 12 radələrində qardaşı Firdiman, Ülvi və Ülvinin kürəkəni Əlislam Bakı şəhərinə gəlmişlər. Bakı şəhərini yaxşı tanımadıqları üçün ona zəng edib, onları Ramin dediyi ünvana aparmasını demişdir. Onlar, Ramin ilə birlikdə təxminən saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 4-cü Mədən deyilən ərazidə görüşmüşlər. Ramin həmin vaxtı bir nəfər şəxsi onlara təqdim edərək həmin şəxsin “Kamaz” yük avtomobilinin sürücüsü olduğunu demiş və onların yanında həmin şəxsə “sən get istirahət elə malı maşına yükləyəndə səni çağıraram” sözlərini demişdir. Həmin şəxs çıxıb getdikdən sonra onlar birlikdə təxminən saat 16:00 radələrində Maştağa qəsəbəsinə gedən yolun kənarında yerləşən kafeyə gedərək orada çörək yemişlər. Kafedə olan hesabıda qardaşı ödəmişdir. Raminlə təkrar olaraq söhbət etmişlər və dəmir boruların pulunun bir hissəsini Raminə verdikdən sonra qalan pulu isə boruları Göyçay rayonuna gətirdikdən sonra verəcəklərini bildirmişlər. Daha sonra onlar birlikdə Qala Ramana qəsəbəsinə tərəf gəlmişlər və Ramin onu, Ülvinin kürəkəni Əlislamı yolun kənarında düşürüb içəri heç kimi buraxmadıqlarını, yalnız Ülvinin gəlməsini bildirmişdir. Ramin Ülvinin yeznəsi Əlislamın avtomobilini özü sürmüş və Ülvi ilə birlikdə dəmir boruların saxlanıldığı mədənə tərəf getmişlər. Təxminən 30 dəqiqə gözləmişlər və Ülvi qardaşına zəng edərək Raminə 9.000 manat pul verdiyini və Raminin telefonu söndürdüyünü demişdir. Onlar taksi ilə təxminən saat 18 radələrində Ülvinin olduğu yerə getmişlər. Ülvi Raminə 9.000 manat pulu verib və Ramin getdikdən sonra telefonu söndürdüyünü demişdir. Daha sonra onlar ordan uzaqlaşmışlar və qardaşının mobil nömrəsindən 102 xidmətinə zəng edərək bu barədə məlumat verdikdən sonra onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər və birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Polis şöbəsində olan zaman onlara Ülvini aldadan şəxs Ramin deyil adı Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Cinayət işi üzrə şahid qismində tanınmış Şahid8 və Şahid2 məhkəməyə teleqram ünvanlayaraq polisdə verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, tarixi dəqiq yadında deyil, bir nəfər şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun “Vhatsap” nömrəsinə yararsız dəmir boru və işlənmiş kondisioner satışı ilə məşğul olduğunu və daha sonra dəmir boruların şəklini ataraq satdığını bildirmişdir. O, həmin şəxsdən kim olduğunu soruşduqda, həmin şəxs ona guya səhv düşdüyünü demiş və üzrhaqlıq istəmişdir. Yəni həmin şəxsi şəxsən tanımır və kim olduğunu bilmir. O, da tanışı Zərərçəkmiş şəxs2 bu işlə məşqul olduğu üçün ona bu barədə demiş və Təhsil öz nömrəsinin həmin şəxsə, yənı Təqsirləndirilən şəxs verməsini istəmişdir. O, da Təhsilin mobil nömrəsini İsmayıla vermişdir. Bundan sonra onların arasında nə baş verdiyini o, bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs etibardan sui- istifadə edib güya dəmir borular və işlənmiş kondisionerləri satacağı adı ilə Zərərçəkmiş şəxs2 2.200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 4 ay bundan əvvəl onun ***-***- **-** nömrəli mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş, adının Ramin olduğunu bildirən şəxs ona dəmir turbaları Göyçay rayonuna göndərdiyini və aldadıldığını, nömrəni ona Ağdaş rayonundan polis əməkdaşının verdiyini dediyini bildirmişdir. O, da həmin tanımadığı Ramin adlı şəxsə səf düşdüynü demiş və onun Ağdaş rayonunda tanıdığı polisin olmadığını demişdir. Həmin hadisədən bir neçə müddət keçdikdən sonra, həmin Ramin adlı şəxs onun mobil nömrəsinə yenidən zəng edərək onu aldadan şəxsi tapdığını demiş və ona “Socar”-da işlədiyini və yarasız olan boruların satışı ilə məşğul olduğunu dedikdən sonra ona təklif etmişdir ki, dəmir boru kimə lazım olsa ona müraciət etsin. Daha sonra həmin şəxs bir neçə dəfə dəmir boruların şəkillərini onun “Whatsapp” nömrəsinə göndərmiş və kim istəsə deməsini bildirmişdir. 2023-cü ilin mart ayının ortalarında Novruz bayramından qabaq Ramin yenidən ona zəng edərək, dəmir borular olduğunu istəyən olsa deməsini və boruları satıb pul qazanacağını bildirmişdir. O, da evində əvəllər usta işləmiş Zərərçəkmiş şəxs5 zəng edərək ona bu barədə danışaraq dəmir boruların olduğunu demişdir. Ülvi ona işinə görə 1500 metr dəmir borular lazım olduğunu və Raminlə qiyməti danışmasını bildirmişdir. O, Raminlə 1500 metr olan dəmir boruların qiymətini danışmış, Ramin həmin dəmir borulara görə ona 9.000 manat pul verməli olduğunu bildirmişdir. Ramin ilə telefonda danışdıqları zaman belə olmuşdur ki, Bakı şəhərinə gəlib dəmir borulara baxdıqdan sonra pulun bir hissəsini Bakı şəhərində Raminə verdikdən sonra Ramin həmin dəmir boruları Göyçay rayonuna gətirib təhvil verəcək və qalan pulu ona Göyçay rayonunda verməli idilər. Raminlə razılaşdıqdan sonra 24 mart 2023-cü il tarixdə saat təxminən 12 radələrində o, Ülvi və onun kürəkəni Əlislam ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərini yaxşı tanımadıqları üçün Bakı şəhərində yaşayan qardaşı Həsənağaya zəng edib onları Ramin dediyi ünvana aparmasını demişdir. Onlar, Ramin ilə birlikdə təxminən saat 15 radələrində Bakı şəhəri Sabunçu rayonu, 4-cü Mədən deyilən ərazidə görüşmüşlər. Ramin həmin vaxtı bir nəfər şəxsi onlara təqdim edərək həmin şəxsin Kamaz yük avtomobilinin sürücüsü olduğunu demiş və onların yanında həmin şəxsə “sən get istirahət elə malı maşına yükləyəndə səni çağıraram” sözlərini demişdir. Həmin şəxs çıxıb getdikdən sonra onlar birlikdə təxminən saat 16:00 radələrində Maştağa qəsəbəsinə gedən yolun kənarında yerləşən kafeyə gedərək orada çörək yemişlər. Kafedə olan hesabıda o, ödəmişdir. Raminlə təkrar olaraq söhbət etmişlər və ona dəmir boruların pulunun bir hissəsini ona verdikdən sonra qalan pulu isə boruları Göyçay rayonuna gətirdikdən sonra verəcəklərini bildirmişlər. Daha sonra onlar birlikdə Qala Ramana qəsəbəsinə tərəf gəlmişlər və Ramin onu qardaşı Həsənağanı və Ülvinin kürəkəni Əlislamı yolun kənarında düşürüb içəri heç kimi buraxmadıqlarını, yalnız Ülvinin gəlməsini bildirmişdir. Ramin Ülvinin yeznəsi Əlislamın avtomobilini özü sürmüş və Ülvi ilə birlikdə dəmir boruların saxlanıldığı mədənə tərəf getmişlər. Təxminən 30 dəqiqə gözləmişlər və Ülvi ona zəng edərək Raminə 9.000 manat pul verdiyini və Raminin telefonu söndürdüyünü demişdir. Onlar taksi ilə təxminən saat 18 radələrində Ülvinin olduğu yerə getmişlər. Ülvi Raminə 9.000 manat pulu verib və Ramin getdikdən sonra telefonu söndürdüyünü demişdir. Daha sonra onlar ordan uzaqlaşmışlar və onun mobil nömrəsindən 102 xidmətinə zəng edərək bu barədə məlumat verdikdən sonra onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər və birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Polis şöbəsində olan zaman onlara Ülvini aldadan şəxs Ramin deyil adı Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs4 təxminən 2012-ci ildən tanıyır, aralarında dostluq münasibətləri vardır. Asim hazırda tır sürücüsüdür. O, da hazırda səyyar metal alış-verişi ilə məşğul olur. O, Asim ilə birlikdə səyyar metalın alışverişi ilə məşğul olur. Hardansa metal alarkən və ya satarkən Asim onunla əlaqə saxlayaraq həmin metalı alıb-almamağını soruşur. 2022-ci il iyun ayının 15-də özünü Orxan kimi təqdim edən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək 400- 500 kiloqram misi satdığını və əgər istəyirsə həmin misi almağı ona təklif etmişdir. Misin kilosunu 13-14 manata satdığını bildirmiş və dediyi misin hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Socar” neft şirkətinin həyətində saxladığını bildirmişdir. O, da bundan sonra şəriki Asimə zəng edərək bu barədə məlumat vermiş və gedib misi Orxan adlı şəxsdən alması üçün Orxan adlı şəxsin nömrəsini Asimə vermişdir. O, həmin ərəfədə Bakı şəhərində olmamış və Naftalan şəhərində olmuşdur. Belə ki, 2022ci ilin iyun ayının 13-də saat 13:00 radələrində Asim ona zəng edərək Orxan adlı şəxslə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Socar” neft şirkətinin yaxınlığında görüşdüyünü, Orxan adlı şəxsin ona avtomobilini anbara girib metalı çıxarması üçün istədiyini bildirmişdir. O, da Asimə avtomobili həmin şəxsə verməsini demişdir. Bundan sonra Asim ona zəng edərək, metalı çıxarması üçün Orxan adlı şəxsə özünə məxsus avtomobili, 2000 ABŞ dollar və 100 manat pulu metalı alması vermiş, Orxan adlı şəxs avtomobilinə əyləşərək bir qədər getdikdən sonra gözdən itmiş, həmin şəxsin arxasında gedərək dəmir yolunun kənarında avtomobilini boş vəziyyətdə tapdığını, pulu götürüb qaçdığını və ona qarşı dələduzluq etdiyini bildirmişdir. Daha sonradan onlara metalı almaq üçün Asimin pul verdiyi şəxs Orxan olmadığını, özünü yalandan Orxan kimi ona təqdim etməsini məlum olmuşdur. Həmin şəxsin Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. O, Asim ilə şərik olsa da, mis metalı almaq üçün İsmayıla verdiyi ümumilikdə 3500 manat pul Asimin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi aşağıda göstərilən sübutlarla təsdiq edilir. İş materiallarında olan “diskə baxış keçirilməsi” haqqında 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 02 mart 2023-cü il tarixdə “Bir Kart” tətbiqi ilə bildiriş gəlmişdir ki, “Kapital Bank”a məxsus 4169 7388 8730 6847 kart hesabına 800 manat pul vəsaiti və bir qədər sonra 400 manat pul vəsaiti, ümumilikdə 1200 manat pul köçürülmüşdür. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-251/2023 nömrəli iş üzrə 11 iyun 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli 09 iyun 2023-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-349/2023 nömrəli iş üzrə 08 sentyabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay həddində, yəni 09 noyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-422/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 29 noyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 29,312-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 310-cu maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən və Xətai Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-9/2022 saylı, 17 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə qeydiyyata alınmış və cəzasının sonu 10 iyul 2023-cü il tarixə hesablanmışdır. Probasiya Xidmətinin Elektron Monitorinq idarəsindən məhkumun məhkəmə tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirməməsinə dair daxil olmuş məlumat məktubuna əsasən 25 yanvar 2023-cü il tarixdə “qolbaq açılıb” siqnalı daxil olmuşdur. Pozuntunun aydınlaşdırılması, yazılı izahat alınması və elektron nəzarət vasitəsinə baxış keçirilməsi məqsədi ilə məhkum Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlanılmağa çalışsada mobil nömrə işlək vəziyyətdə olmamışdır. Eyni zamanda məhkum Təqsirləndirilən şəxs hökmdə qeyd olunan ünvan 6 ünvanına baş çəkilmiş, lakin məhkumun olduğu yer müəyyən olmamışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-1.4.3-cü maddəsinə əsasən məhkumun olduğu yer 10 gündən artıq müddətdə müəyyən edilmədikdə onun barəsində axtarış elan edilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərar qəbul edilərək icra edilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. 23 fevral 2023-cü il tarixədək məhkum Təqsirləndirilən şəxs cəzasının 01 ay 28 gününü çəkmiş, çəkilməmiş hissəsi 04 ay 16 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Xətai Rayon Məhkəməsinin 1(011)-9/2022 nömrəli iş üzrə 17 may 2022cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmalı, alınan 02 (iki) ay 08 (səkkiz) gün hazırkı hökmlə təyin olunan 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli 09 iyun 2023-cü il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə zərər çəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xətai Rayon Məhkəməsinin 1(011)-9/2022 nömrəli iş üzrə 17 may 2022-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 02 (iki) ay 08 (səkkiz) gün hazırkı hökmlə təyin olunan 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 09 iyun 2023-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-123/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-123/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver