Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-124/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 23 iyun 2022-ci il tarixdə, saat 10:50-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx.xx.1978-ci ildə Ermənistan, Vardenis rayonu, Subatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatında olub, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin dekabr ayının ortalarında istintaqa məlum olmayan şəraitdə hazırlanmış general-leytenant rütbəli Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus hərbi geyim formasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi hissə növbətçisi Şahid ilə yaranmış tanışlıq münasibəti nəticəsində xx.xx.2021-ci il tarixdə sonuncunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində komendant rəisi vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsi üçün özünə müraciəti ilə əlaqədar sonuncuya özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Xüsusi kəşfiyyat idarəsinin rəisi general-leytenant Hikmət Həsənov kimi təqdim edib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində guya səlahiyyətli rəhbər vəzifəli şəxsin və özünün hərbi qulluqçuların vəzifələrini və rütbələrini artırmaq səlahiyyətinin olmasını yalandan Şahid bildirərək, həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadrlar idarəsinin rəhbərliyinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində komendant rəisi vəzifəsinə təyin olunacağını xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Atabağı” restoranında görüşləri zamanı aldatmaqla bildirərək, ilkin olaraq 3.500 manat məbləğində pulun 1.500 manat məbləğində pulun isə əmr verildikdən sonra verilməsinə dair Şahid razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 30 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Bizimmarket” mağazasında yerləşən “Milliön” ödəniş terminalı vasitəsilə Şahid tərəfindən cinayətdən xəbərsiz tanışı X5 məxsus "xxxx" ASC-yə aid 4169********7391 nömrəli bank kartına göndərilmiş 1.500 manat məbləğində pul vəsatinin ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə nağdlaşdırılmasına nail olub şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, razılaşdırılmış 5.000 manat məbləğində pul vəsaitindən qalan 2.000 manat pul vəsaitini 7 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Atabağı” restoranında Şahid almasından sonra həmin pul vəsaiti üzərində istədiyi kimi sərəncam vermək imkanı əldə etmədən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid məxsus cəmi 5.000 (beş min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2001-ci il tarixdə Təbəssüm Əliyeva ilə ailə həyatı qurmuş və birgə nikahdan 2004-cü il təvəllüdlü Anara Əliyeva adlı qızı var. 2004-cü ildən isə ailəsi ilə birlikdə yaşamır. Bundan əlavə bibisi qızı X2 da 2013-cü il təvəllüdlü əkiz olan Hüseyn Rəsulov və Zəhra Rəsulova adlı iki övladı var. 1998-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1998-ci ildə qəsdən adam öldürmə ilə, 2001-ci ildə hədə-qorxu ilə tələb etmə və dələduzluqla və 2013-cü ildə isə yenidən hədə-qorxu ilə tələb etmə ilə məhkum olunmuşdur. Təxminən, ümumilikdə 20 il müddətində azadlıqdan məhrum etmə üzrə cəza çəkmişdir. 2021-ci ilin oktyabr ayının 14-də sonuncu cəzası bitdiyindən azadlığa çıxmışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, mahiyyəti ilə əlaqədar bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası FHN-nin akademiyasında təhsil alan hazırda adını unutduğu tanışının oğlunun korona xəstəliyi tutduğu ona deyilmişdir. Hazırda kimin dediyini xatırlamır. Həmin tarixdə Bakı şəhərində olduğu zaman gecə saat 02:00 radələrində həmin akademiyaya həmin şəxsin səhhəti ilə maraqlanmaq üçün getmişdir. Həmçinin evində hərbi sahə üzrə general-mayor forması və rütbəsi olduğundan şəhərdə maneəsiz hərəkət etməsi üçün həmin formanı geyinmişdir. Həmin forma əvvəllər hərbi akademiyada təhsil aldığından uzun müddətdir ki, onda olmuş, lakin hazırda konkret olaraq necə əldə etməyini xatırlamır. Özü məhkumluq həyatı yaşadığından, hərbi sahədə ancaq 1 ay müddətində işləyə bilmişdir. Həmin general rütbəsi ona aid olmamış, maneəsiz hərəkət etməyi üçün yalandan həmin xüsusi rütbəli formanı geyinmişdir. Həmin vaxt o, akademiyanın giriş hissəsinə yaxınlaşmış, general formasında onu görən növbətçi hissədə gizir olan Cabir Əlizadə onun yanına gəlmiş və sonuncuya özünü hərbi sahədə general Həsənov kimi təqdim etmişdir. Bu zaman Cabir Əlizadə içəri daxil olaraq növbə rəisini, yəni Şahid çağırmışdır. Şahid də ona yaxınlaşarkən sonuncuya özünü hərbi sahədə rəhbər şəxs qismində işləyən general Həsənov kimi təqdim etmiş və korona xəstəliyindən əziyyət çəkən tanışını soruşarkən, Şahid ona kursantların məzuniyyətə buraxıldığını, hazırda heç kimin olmadığını demişdir. Bu zaman Şahid yenə də general olmağını, FHNdə və digər qurumların rəhbər şəxsləri ilə əlaqələrinin olmasını, vəzifənin artırılması və rütbənin verilməsini təmin etmək imkanın olmasını odur ki, istəsə müraciət edə biləcəyini deməklə, həmçinin həmin vaxt istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrini ona vermişdir. Həmin görüşdən bir neçə gün sonra Şahid ona zəng edərək görüşmək istədiyini dediyindən, sonuncuya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Atabağı” restoranına gəlməsini demişdir. Bir müddət sonra Şahid həmin restorana gəlmiş və söhbət zamanı ona akademiyada növbətçi kimi işlədiyini, komendant rəisi yerinin tezliklə boşalacağını, odur ki, həmin vəzifəyə keçmək istədiyini, lakin bununla bağlı köməklik edəcək şəxsi tapa bilmədiyini demişdir. Bu zaman o, FHN-nin vəzifəli şəxsləri ilə əlaqələrinin olduğunu odur ki, maraqlanaraq bu sahə üzrə köməklik edəcəyini cavab olaraq bildirmişdir. Bundan sonra sağollaşaraq oradan çıxmışdır. Həmin görüş zamanı da general formasında olmuşdur. Bundan sonra o, Şahid vəzifəsinin artırılması üçün 5.000 manat tələb etmək qərarına gəlmiş və bununla bağlı görüşmələri barədə sonuncuya zəng edərək bildirmişdir. xx.xx.2021-ci il tarixdə Şahidlə yenidən həmin “Atabağı” restoranında görüşmüş və görüş zaman yalandan müəyyən vəzifəli şəxslərlə danışdığını, odur ki, işin həll olunması üçün 5.000 manat verməli olduğunu demişdir. Şahid ona həmin məbləğdə pulu vermək imkanının olmadığını, ancaq 3.500 manat verə biləcəyini dediyi zaman, həmin 3500 manatı əvvəlcədən, qalan 1.500 manatı isə əmr verildikdən sonra verəcəyini deməklə sonuncu ilə razılaşmışdır. Burada əsas niyyəti Şahid ona verəcəyi pulu özünə xərcləmək, əlaqələrindən də istifadə edərək onun digər vəzifəyə keçirilməsini təmin etmək olmuşdur. Bundan sonrakı müddətdə ona pul lazım olduğundan bir neçə dəfə zəng edərək Şahid işi artıq danışdığını, pulu verməsini dediyindən xx.xx.2021-ci il tarixdə sonuncu ona zəng edərək 1.500 manat pulu hazırladığını odur ki, görüşərək vermək istədiyini demişdir. O, həmin vaxt rayonda olduğundan Şahid bu barədə bildirərək, pulu göndərməsi üçün Təbəssüm Əliyevanın bank kart nömrəsini göndərmişdir. Bundan sonra da Şahid həmin karta 1.500 manatı göndərmiş, həmin pulu Cəlilabad şəhəri Azərbaycan küçəsində yerləşən "xxxx" ASC-nin bankomatından həmin gün çıxararaq bayram qabağı şəxsi işlərinə xərcləmişdir. Həmçinin pulu aldıqdan sonra da Şahid narahat olmamasını, işin qısa müddətə həll olunacağını demişdir. Şahid ona verməli olduğu 3.500 manatdan 1.500 manatını verməsinə baxmayaraq, 2.000 manatı qaldığından xx.xx.2022ci il tarixdə sonuncu, ona zəng edərək qalan pulun hazır olduğunu demişdir. Bu zaman Şahid hazırda rayonda olduğunu Bakı şəhərinə gələndə əlaqə saxlayacağını demişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlmiş və gəlməsi barədə Şahid zəng edərək məlumat vermişdir. xx.xx.2022- ci il tarixdə saat 13 radələrində Şahid ilə yenə də Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən “Atabağı” restoranında görüşmüşdür. Görüş zamanı heç bir vəzifəli şəxslə Şahid vəzifəyə təyin olunması barədə bir söz deməməsinə baxmayaraq, sonuncuya yalandan müəyyən vəzifəli şəxslərlə danışdığını, fevral ayınadək işin həll olacağını demiş və bu zaman Şahid də ona üzərində olan 2.000 manatı şəxsən otaqda vermişdir. O da həmin pulu sayaraq tam olmasına əmin olduqdan sonra əynində olan gödəkçənin iç cibinə qoymuşdur. Şahid 2.000 manatı aldıqdan sonra restorandan çıxarkən əməliyyat işçiləri ona yaxınlaşıb özlərini təqdim etməklə, ondan Şahid vəzifəsinin artırılması adı ilə almış olduğu 2.000 manatı tələb etdiklərindən həmin pulu cibindən çıxarmaqla təqdim etmişdir. Bundan sonra ona pulun üzərində olan yazılar ultrabənövşəyi işıq altında təqdim olunmuş, o da həmin pulu Şahid sonuncunun vəzifəsinin artırılması üçün aldığını etiraf etmişdir. Bunu etməsinə səbəb isə 2021-ci ilin oktyabr ayında azadlığa buraxıldığından, müəyyən şəxsi tələblərini həyata keçirmək olmuş, Şahid başqa heç kimdən pul və sair maddi nemət tələb etməməklə almamışdır. O, həmçinin cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən barəsində keçirilmiş əməliyyat tədbirini əks etdirən video görüntülərlə, həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsi tərəfindən barəsində keçirilmiş əməliyyat görüntüləri, həmçinin səs yazıları ilə tanış olaraq bildirmişdir ki, həmin görüntülər özünə məxsusdur və göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid general forması geyinmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən barəsində keçirilmiş əməliyyat tədbirini əks etdirən video görüntülərdə Şahidlə aralarında sonuncunun yuxarı vəzifəyə təyin edilməsi, bunun üçün 5.000 manat pul tələb etməsini əks etdirən görüntülər öz əksini tapmışdır. Həmin görüntü və səs özünə məxsusdur, general formasını geyinməsinə səbəb isə Şahid özünün vəzifəli şəxs olmasına tam inandırmaqla 5.000 manatını ələ keçirmək olmuşdur. xx.xx.2022-ci il tarixli video çəkilişdə Şahid yuxarı vəzifəyə təyin edilməsi üçün 2.000 manat alması öz əksini tapır və həmin görüntülərdə görünən şəxsin və səs yazısının özünə məxsus olduğunu bildirmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli əlavə video görüntüdə isə əməliyyat işçiləri ondan Şahid yuxarı vəzifəyə təyin edilməsi üçün almış olduğu 2.000 manatı tələb etmələri öz əksini tapmışdır ki, həmin vaxt da pulu təqdim edir və pulların üzərində olan xüsusi qələmlə yazılmış yazılar ona təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2010cu ilin may ayından hazırkı vaxtadək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında komendant xidmətinin növbətçisi vəzifəsində işləyir, rütbəsi kapitandır. xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində xidməti işi ilə əlaqədar Azərbaycan Respublikası FHN-nin Akademiyasında növbədə olduğu zaman özünü Azərbaycan Respublikası Prezidentinin köməkçisi - xüsusi kəşfiyyat idarəsinin rəisi general-mayor kimi təqdim edən, həmçinin hərbi general formasında olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs növbətçi hissənin girişinə yaxınlaşmış və orada ilk olaraq həmin vaxt onunla birlikdə növbələ olan gizir Cabir Əlizadə ilə ümumi söhbətlər etmişdir. Söhbət zamanı Cabir Əlizadədən həmin vaxt növbə rəisinin kim olmasını, həmçinin rütbəsinin nə olması barədə soruşmuş, sonuncu da qarşısında general formasında olan şəxsi görərək onun barəsində müəyyən məlumatları vermişdir. Bu zaman Cabir Əlizadə ona daxili telefonla zəng edərək general Hikmət Həsənovun yaxınlaşdığını, odur ki, ora gəlməyini bildirmişdir. O, dərhal həmin yerə yaxınlaşmış və qarşısında general formasında şəxsin olduğunu görərək, vəzifəsinə uyğun olaraq hərbi salamla qarşısındakı şəxsi salamlamışdır. Bu zaman general formasında olan şəxsdən nə səbəbə yaxınlaşmasını soruşmuş, sonuncu ona general olmasını deməklə Akademiyadan çıxaraq çöl tərəfdə onunla söhbət etmək istədiyini dediyindən, növbətçi hissədən çıxaraq söhbət etməyə başlamışdır. Söhbət zamanı qarşısındakı şəxs ona özünü Azərbaycan Respublikası Prezidentinin köməkçisi xüsusi kəşfiyyat idarəsinin rəisi general-mayor Hikmət Həsənov kimi təqdim etmişdir. Söhbət əsnasında onun da kapitan rütbəsində olmağını görərək, nə səbəbə mayor rütbəsinin verilmədiyini ondan soruşarkən, qısa müddətə veriləcəyini cavab olaraq bildirmişdir. Bu zaman general formasında olan şəxs ona Azərbaycan Respublikası FHNnin rəhbərliyi ilə danışacağını və qısa müddətə ona mayor rütbəsinin verilməsini təmin edəcəyini, əlaqələrinin geniş olduğunu, rəhbər şəxslərlə davamlı əlaqədə olduğunu demişdir. O da qarşısındakı şəxsin general formasında olmasını görərək sakit şəkildə sonuncunu dinləməyə davam etmişdir. General formasında olan şəxs ona ***-***-**-** mobil nömrəsini verərək, gələcəkdə nə kimi köməklik lazım olduqda əlaqə saxlamağını deməklə oradan uzaqlaşmışdır. Bundan sonra Akademiyada komendant xidmətinin rəisinin təqaüd yaşına az qaldığından, onun yerinə keçmək fikrinə düşmüş və bu sahədə ona köməklik etməsi üçün özünü general Hikmət Həsənov kimi təqdim edən şəxsə istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən zəng etmişdir. Telefon söhbəti zamanı özünü təqdim edərək, köməklik edilməsini istədiyini dediyi zaman özünü Hikmət Həsənov kimi təqdim edən şəxs ona problem olmadığını, odur ki, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən “Atabağı” restoranına gəlməyini demişdir. xx.xx.2021-ci il tarixdə o, həmin ünvana getmiş və orada özünü general kimi təqdim edən Həsənovla görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs onun yuxarı vəzifəyə təyin edilməsi ilə bağlı rəhbər şəxslərlə danışaraq məlumat verəcəyini bildirmişdir. Söhbət zamanı həmin şəxs özünü Hikmət Həsənov kimi deyil, Təqsirləndirilən şəxs kimi təqdim etdiyindən, həmçinin 3 gün əvvəl general mayor formasında olmasına baxmayaraq görüş zamanı isə general leytenant rütbəsində olmasını gördüyündən yalançı şəxs olmasını anlamışdır. Bu barədə işdə olarkən rəhbərliyinə faktiki vəziyyətlə bağlı məlumat vermiş və bundan sonra rəhbərlik tərəfindən faktiki vəziyyətlə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verilmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək rəhbər şəxslərlə danışdığını, odur ki, görüşməli olduğunu dediyindən bu barədə DTX-nə məlumat vermiş, bundan sonra həmin qurum tərəfindən əməliyyat tədbiri qurulmuş və onun üzərinə çəkiliş aparan xüsusi avadanlıq yerləşdirilmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs dediyi kimi Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən “Atabağı” restoranına getmişdir. Orada söhbət zamanı Təqsirləndirilən şəxs ona guya FHN-nin Kadrlar Siyasəti Baş İdarəsinin rəisi general-mayor Sevda Şirinova ilə danışdığını deyərək komendant xidmətinin rəisi vəzifəsinə təyin olunması üçün ondan 5.000 manat tələb etmişdir. Bu zaman o, 5.000 manatın çox olmasını desə də, sonuncu ona məbləği aşağı etməsinin mümkün olmayacağını bildirmişdir. Həmin vaxt o, ilkin olaraq 3.500 manat verə biləcəyini dediyi zaman Təqsirləndirilən şəxs ona qalan 1.500 manatı da özü həmin pulun üstünə qoyaraq Sevda Şirinovaya verəcəyini, əmr çıxdıqdan sonra isə 2.000 manat ondan alacağını bildirdiyindən, o, razılaşmış və oradan uzaqlaşmışdır. Danışıqlarını əks etdirən video görüntü və səs yazısını əməliyyat tədbirinin vəzifəli şəxslərinə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs davamlı olaraq ona zəng edərək tezliklə pulu verməyini tələb etməyə başlamışdır. Pul vəsaitinin verilməsi ilə əlaqədar DTX tərəfindən müraciəti üzrə sənədlər Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməliyyatçıları əməliyyat prosesini davam etdirmiş və xx.xx.2021-ci il tarixdə ona ilkin olaraq Təqsirləndirilən şəxs təqdim etməsi üçün 1500 manat pul verilmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs zəng edərək 1.500 manat hazırladığını, odur ki, görüşərək vermək istədiyini dediyi zaman sonuncu ona Bakı şəhərində olmadığını, şəxsi işləri ilə əlaqədar görüşə bilməyəcəyini lakin 1.500 manatı hesab nömrəsinə göndərməsini demişdir. Bu zaman o, bu barədə əməliyyat işçilərinə məlumat vermiş və razılaşma əsasında Təqsirləndirilən şəxs onun “Whatsapp” tətbiq etməsinə atmış olduğu "xxxx" ASC- yə aid üzərində Təbəssüm Əliyeva sözləri yazılmış 4169-7413-5246-7391 nömrəli karta Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin yanında olan “Bizimmarket” mağazasında yerləşən “Milli Ön” aparatı vasitəsilə 1.500 manatı göndərmişdir. Pulu göndərdikdən bir müddət sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncu ona pulun artıq çatdığını, onun vəzifəyə təyin edilməsi üçün müəyyən şəxslərə, o cümlədən də Sevda Şirinovaya hədiyyə alacağını demişdir. Bundan sonra bayram günləri olmuş və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs özü ona zəng edərək vəzifəyə təyin edilməsi ilə əlaqədar işini danışdığını, yekunlaşmaq üzrə olduğunu, odur ki, qalan pulu verməsini bildirdiyi zaman, o, pulu tapıb əlaqə saxlayacağını demişdir. Bundan sonra əməliyyat işçiləri ilə əlaqə saxlamış və vəziyyət barədə məlumat vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 13 radələrində əməliyyat işçiləri tərəfindən ona qalan 2.000 manat da təqdim olunmuş, həmçinin üzərinə də çəkiliş aparan xüsusi avadanlıq quraşdırılmışdır. Təqsirləndirilən şəxs zəng edərək harada görüşmələrini soruşduğu zaman sonuncu ona “Atabağı” restoranına gəlməsini demişdir. O da əməliyyat işçiləri ilə həmin ünvana yəni Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən “Atabağı” restoranına getmiş, orada təklikdə Təqsirləndirilən şəxs əyləşdiyi otağa daxil olmuşdur. Təqsirləndirilən şəxs ona vəzifəyə təyin olunması ilə əlaqədar sənədləşmə işlərinin artıq hazır olduğunu, narahat olmamağını, fevral ayınadək əmrinin verilməsini təmin edəcəyini demişdir. Həmçinin həmin vaxt ondan pulu tələb etdiyindən üzərində olan əməliyyat yolu ilə verilmiş 2.000 manatı şəxsən Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da pulu saymaqla tam olduğunu görərək narahat olmamağını demişdir. Bundan sonra onunla birlikdə otaqdan çıxarkən əməliyyat tədbirinin əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etməklə əməliyyatın keçirilməsi barədə məlumatları vermişdirlər. Cinayət işin materiallarına əlavə edilmiş (cild 01 i/v 62) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 yanvar 2022-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs cinayət əməllərini törətməsinə əsaslı şübhələrin olması ilə əlaqədar 7 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işin materiallarına əlavə edilmiş “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 8 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 178.1, 310 və 32.4, 312.1-ci maddələrindən həmin Məcəllənin 29,178.1, 178.1,310 və 32.4, 312.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.1,178.1, 310 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyindən 8 yanvar 2022-ci il tarixdə tərəfindən həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müvafiq ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə 3 ay müddətə, yəni 7 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.1,178.1, 310 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyindən 8 yanvar 2022-ci il tarixdə tərəfimdən həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müvafiq ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə 3 ay müddətə, yəni 7 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında (i/v, 91-95) əlavə edilmiş üzləşdirmə protokoluna əsasən ifadələr arasında ziddiyət olduğundan Şahid ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı Şahid Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Prezidentinin köməkçisi xüsusi kəşfiyyat idarəsinin rəisi general-mayor kimi təqdim etməsini, həmçinin vəzifəsinin artırılmasını həyata keçirməklə bağlı əlaqələrinin olması barədə ilkin olaraq Təqsirləndirilən şəxs ona dediyini, həmçinin sonuncunun Sevda Şirinovanın adı ilə ondan 5.000 manat istəməklə ilkin olaraq 3.500 manat almasını Təqsirləndirilən şəxs üzünə dediyi zaman, sonuncu Şahid dediklərini tamlıqla təsdiq etmişdir. Cinayət işin materiallarına əlavə edilmişdir ki, (i/v 07-09, 85) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli Səbail rayon məhkəməsinin 6 ay müddətinə əməliyyat axtarış tədbirinin keçirilməsinə dair vermiş olduğu razılıq qərarı ilə xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirinin əks olunduğu video görüntülərə xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən müəyyən edilmişdir ki, Həsənov X6 Vasif Nazim oğlu ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Atabağı” restoranında görüşür. Görüş zamanı Təqsirləndirilən şəxs əynində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus general leytenant hərbi forması vardır. Görüş zamanı Təqsirləndirilən şəxs Şahid özünü Azərbaycan Respublikası Prezidentinin köməkçisi - əks kəşfiyyatın rəisi kimi təqdim edərək, Azərbaycan Respublikası FHN-nin yüksək rütbəli şəxsləri ilə yaxın dostluq münasibətində olduğunu, odur ki, Şahid yuxarı vəzifəyə təyin edilməsi üçün həmin şəxslərə vermək adı ilə ondan 5.000 manat pul tələb edir. Cinayət işinin materialların əlavə edilmiş (i/v 16-17) Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(001)-1856/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs ətrafında 3 ay müddətində texniki vasitələrdən istifadə etməklə gizli foto və video çəkilişlərin aparılmasına, onun yaşayış, iş yerinə və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə zəruri halda baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (i/v 18-22) “Pul vəsaitinin təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, əməliyyat tədbirinin həyata keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Şahid 15 ədəd A35986173, C44246683, A86871111, A34573805, C32116315, A62743910, A86393504, A04380332, A20946831, B05185431, C34951876, A94929344, C42079831, D17608798 və C48332641 seriya nömrəli 100 manatlıqdan ibarət pul əskinasları verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 1, i/v 23) "xxxx" MMC-yə məxsus xx.xx.2021-ci il tarixli “Million” elektron ödəmə sisteminə aid qəbzdən görünür ki, həmin tarixdə X3 adına olan “416974******7391” hesab nömrəsinə 1.500 manat pul göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (i/v 200-202) "xxxx" ASC-nin xx.xx.2022ci il tarixli X3 adına olan hesabdan çıxarış vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə “416974******7391” hesab nömrəsinə 1.500 manat məbləğində pul vəsaiti mədaxil edilmiş,xx.xx.2021-ci il tarixdə 1.500 manat məbləğində pul vəsaiti Cəlilabad şəhəri Azərbaycan küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan məxaric edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 01, i/v 24-29) “Pul vəsaitinin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, əməliyyat tədbirinin həyata keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Şahid 20 ədəd A70506251, A83757214, A17294754, A54725586, A13566428, A49024462, B10062893, A42691225, A56294894,A54377939, A17839826,A61747288, A93390714, C68567250,A61100736, A35665987,A54665776, A38354104, A94912907 və C57578502 seriya nömrəli 100 manatlıqdan ibarət pul əskinasları verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 01, i/v 86) xx.xx.2022-ci il tarixdə Şahid ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş görüşü əks etdirən əməliyyat görüntülərinə və səs yazılarına xx.xx.2022-ci il tarixdə keçirilmiş baxışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid ilə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Atabağı” restoranında görüşür. Görüş zamanı Təqsirləndirilən şəxs Şahid qısa müddətə, 2022-ci ilin fevral ayının sonunadək Azərbaycan Respublikasının FHN-də yuxarı vəzifəyə təyin olunacağını, bununla bağlı həmin qurumun yüksək vəzifəli şəxsləri ilə artıq görüşməklə danışıqlar apardığını deyir və Şahid ona təqdim etdiyi 2.000 manat pulu qəbul edir. Cinayət işin materiallarına əlavə edilmiş(i/v 30-31) “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Həsənov X6 Vasif Nazim oğlu tərəfindən yuxarı vəzifəyə təyin edilməsi üçün ona verilmiş 20 ədəd 100 manatlıq əskinaslardan ibarət A70506251, A83757214, A17294754, A54725586, A13566428, A49024462, B10062893, A42691225, A56294894, A54377939, A17839826, A61747288, A93390714, C68567250, A61100736, A35665987, A54665776, A38354104, A94912907 və C57578502 seriya nömrəli 2.000 manat pulu, həmçinin həmin vaxt üzərində olan 2 ədəd mobil telefonları, ’’Unibank” və "xxxx" ASC-lərə aid bank kartları, 1 ədəd “Bakıkartı,” iki ədəd kağız parçası, 1 manatlıq pul əskinası, ödəniş qəbzi və “Makarov” tipli MP-654K seriya nömrəli tapançanı könüllü olaraq əməliyyat qrupunun üzvlərinə təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək Şahid ilə görüşərkən istifadə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus general leytenant hərbi formasını istintaqa təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus general leytenant hərbi formasına keçirilmiş baxışa dair protokoldan görünür ki, həmin forma Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid hərbi səhra formasıdır. Forma dörd hissədən - şalvar, yun köynək, gödəkcə və 1 cüt general leytenant paqonlarından ibarətdir. Cinayət işin materiallarına əlavə edilmiş (i/v, 196-198) "xxxx" MMC-dən 26 yanvar 2022-ci il tarixli 1438 №-li məktubla daxil olan "CD" diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək mütəmadi telefon danışıqları aparılmışdır. Həmçinin, fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mütəmadi telefon danışıqları aparılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin “Sənədlərin texniki ekspertizasının” xx.xx.2022-ci il tarixli 5/56 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 20 ədəd A70506251, A83757214, A17294754, A54725586, A13566428, A49024462, B10062893, A42691225, A56294894, A54377939, A17839826, A61747288, A93390714, C68567250, A61100736, A35665987, A54665776, A38354104, A94912907, C57578502 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdırlar və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Təqdim edilmiş 20 ədəd A70506251, A83757214, A17294754, A54725586, A13566428, A49024462, B10062893, A42691225, A56294894, A54377939, A17839826, A61747288, A93390714, C68567250, A61100736, A35665987, A54665776, A38354104, A94912907, C57578502 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasların üzərində ultrabənövşəyi işıqda görünən “Nəzarət 2022” yazıları müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin “məhkəmə ballistik ekspertizasının” xx.xx.2022-ci il tarixli 3/42,3/43 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd tapança 2006-cı ildə, zavod üsulu ilə istehsal edilmiş, sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, 4,5 mm kalibrli, “MP-654K” modelli, T06 085001 nömrəli, təlim məşq təyinatlı pnevmatik tapançadır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir - oldu silah, qaz silahı hesab edilmir, üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, saz vəziyyətdədir, təyinatı üzrə istifadəyə yararlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə almamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəz” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicə almamışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Həsənov X8 Qarnizonu Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə CMin 243-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətə, Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 310-cu maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətə, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-in 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib 7 il 6 ay müddətə və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarix hökmü ilə CM-in 178.3.3, 182.3.2, 182.3.4 və 310-cu maddələri ilə təqsirli bilinib 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 12 ilə endirilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməli CM-in 178.1, 182.2.1, 182.2.4 və 310-cu maddələrinə tövsif olunmaqla 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(007)- 696/2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 2 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarımla 20 ədəd A70506251, A83757214, A17294754, A54725586, A13566428, A49024462, B10062893, A42691225, A56294894, A54377939, A17839826, A61747288,A93390714, C68567250, A61100736, A35665987, A54665776, A38354104, A94912907, ********* nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları maddi sübut kimi tanınmaqla saxlanılması üçün Baş Prokurorluğun Maddi Texniki təminat şöbəsinə, əməliyyat görüntülərinin əks etdirən 3 ədəd “CD" disk, "xxxx" MMC-dən 27 yanvar 2022-ci il tarixli 1438 №-li məktubla daxil olan "CD" disk, "xxxx" MMC-yə məxsus xx.xx.2021-ci il tarixli “MilliÖn” elektron ödəmə sisteminə aid qəbzi və "xxxx" ASC-yə məxsus 416974******7391 nömrəli hesab nömrəli kartın bank çıxarışı maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid general leytenant hərbi rütbəli səhra forması xx.xx.2022- ci il tarixli qərarımla maddi sübut kimi tanınmaqla Baş İdarənin arxivinə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən, yəni Cinayət Məcəlləsinin 29,178.1,178.1-ci maddəsi ilə təqsirli bilməsini, CM- nin 310 və 32.4, 312.1-ci maddələri ilə bilməməsini işin halları və şahidlərin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarına əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Həmin qərarın 24-cü bəndinə əsasən məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 04 mart 2013-cü il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarlarına müvafiq olaraq dələduzluğa görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl CM-nin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin, o cümlədən dələduzluğun törədilməsi, habelə dələduzluğa görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən həmin cinayəti törətməsi cinayətlərin təkrar törədilməsini yaratmır və əsaslar olduqda sonuncu hal cinayətin residivi kimi qəbul edilərək təqsirləndirilən şəxsə cəza CM-nin 65-ci maddəsinə əsasən təyin olunmalıdır. Həmin qərarın 36-cı maddəsinə əsasən məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini və himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarix hökmü ilə CM-in 178.3.3, 182.3.2, 182.3.4 və 310-cu maddələri ilə təqsirli bilinib 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 12 ilə endirilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməli CM-in 178.1, 182.2.1, 182.2.4 və 310-cu maddələrinə tövsif olunmaqla 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(007)-696/2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 2 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 13 dekabr 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178, 178, 310 və 32.4, 312-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və qəti cəza təyin edilməlidir. Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(007)-696/2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 2 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası 76.6.3-cü maddəsi ilə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum: qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Belə olan halda Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(007)-696/2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 2 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4,312-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza cinayətlərin məcmusu üzrə qismən toplamaqla ( CM-in 66.2) təyin edilməli, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(007)-696/2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 2 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və çəkilməmiş 1 il 12 gün hazırkı hökmlə təyin edilmiş cəza ilə birləşdirilməklə qəti cəza təyin edilməli (CM- 67.1), cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), onun hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4,312-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.1-ci maddəsi və 178.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, eyni qərarla təyin olunmuş və çəkilməmiş 01 (il) 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 03 il 03 üç ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış əməliyyat görüntülərinin əks etdirən 3 ədəd “CD” disk, Azercell" MMC-dən 27 yanvar 2022-ci il tarixli 1438 №-li məktubla daxil olan "CD" disk, Komtec LTD” MMC-yə məxsus xx.xx.2021-ci il tarixli “MilliÖn” elektron ödəmə isteminə aid qəbzi və "xxxx" ASC-yə məxsus 416974******7391 nömrəli hesab nömrəli kartın bank çıxarış iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış A70506251, A83757214, A17294754, A54725586, A13566428, A49024462, B10062893, A42691225, A56294894, A54377939, A17839826, A61747288, A93390714, C68567250, A61100736, A35665987, 154665776, A38354104, A94912907, C57578502 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları saxlanılması üçün Baş Prokurorluğun Maddi Texniki təminat şöbəsinə verilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid general leytenant hərbi rütbəli səhra forması hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 190 (bir yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-124/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-124/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver