Məhkəmə qərarları › İş №1(010)-124/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-124/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-124/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 68.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla, faktiki həmin ünvanda yaşamış, 12 aprel 2022-ci il tarixdə əvvəli 11 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 08 iyul 2022-ci il tarixdə isə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 11 sentyabr 2022-ci il tarixədək uzadılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı istintaq Təcridxanasında saxlanılan və Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 03 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 68.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad olunduqdan sonra məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, tamah niyyəti ilə özgənin əmlakım talama məqsədi ilə 24 mart 2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs2 məxsus və yaşadığı ünvan 2 ünvanda binanın blok hissəsində saxladığı “Samsung” markalı 750 manat dəyərində soyuducunu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədi ilə 31 mart 2022-ci il tarixdə saat 01 radələrində X2 məxsus və yaşadığı ünvan 3 ünvanda binanın blok hissəsində saxladığı “Kuba” markalı 1970 manat dəyərində mopedi gizli yolla talayıb zərərçəkmiş şəxs X2 1970 (min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən tanışı X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə, 3-cü döngədə yerləşən nömrəsiz evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan dəyəri 500 manat olan 01 ədəd «LC» markalı qara rəngli televizoru, dəyəri 500 manat olan 01 ədəd albalı rəngli, “Samsung” markalı, “GT-95100” model, 16 GB daxili yaddaşlı, istifadədə olmuş, 80 manat dəyərində 01 ədəd planşeti, dəyəri 180 manat olan 01 cüt qızıl sırqanı, dəyəri 3200 manat olan 01 ədəd boyunbağını, dəyəri 700 manat olan 01 ədəd Boss markalı perforaturunu və dəyəri 300 manat olan 01 ədəd uşaq üçün nəzərdə tutulmuş tərcümə planşetini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümümilikdə 4960 (dörd min doqquz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti pis olduğundan və təcili olaraq pula ehtiyacı olduğu üçün xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində Xətai rayonu, X.Məmmədov küçəsi, H.Aslanov metrostansiyasının yaxınlığında olan binalara daxil olub orada oğurlayıb sata biləcəyi əşyaları axtarmışdır. Bu zaman həmin küçədə yerləşən yeni tikilmiş binaların birinə girmiş və mərtəbələri enərək qapılarda oğurlaya biləcəyi əşyaların olub olmamasına baxmışdır. Həmin zaman qapılardan birinin yanında Samsung markal soyuducunun olduğunu görmüş və həmin soyuducunu oğurlamaq qərarına gəlmişdir. Soyuducuya yaxınlaşıb onu itələyib liftin qarşısına gətirməyə cəhd göstərmiş, lakin həmin zaman soyuducunun ağır olduğunu onu təkbaşına apara bilməyəcəyini görmüşdür. Bundan sonra binadan çıxmış və soyuducunu daşımaq üçün taksi axtarmış, bu zaman yoldan keçən bir avtomobilə əl edərək onu saxlatmış və ona qardaşına məxsus olan soyuducunu binadan endirməkdə ona köməklik etməsini və həmin soyuducunu onun üçün Əhmədli qəsəbəsinə aparmasını istəmiş, bunun üçün ona 8 manat pul təklif etmişdir. Həmin taksi sürücüsü onunla razılaşmamış, axırda onunla 10 manat pula razılaşdıqdan sonra avtomobili binanın qarşısına gətizdirmişdir. Təkrarən özü binaya daxil olmuş və soyuducunu liftin qarşısına gətirmişdir. Liftə soyuducunu təkbaşına sala bilmədiyi üçün binadan çıxmış və taksi sürücüsündən ona kömək etməsini xahiş etmişdir. Taksi sürücüsü ilə birlikdə binaya daxil olmuş, onunla birlikdə soyuducunu liftə daxil etdikdən sonra soyuducunu avtomobilə yerləşdirmiş və onu Əhmədli qəsəbəsinə aparmışdır. Orada taksi sürücüsünün pulunu verdikdən sonra soyuducunu avtomobildən endirmişdir. Həmin gün tanışı olan Allanın Əhmədli qəsəbəsində yerləşən ünvanına getmiş, ona şəxsiyyət vəsiqənin üzərində olmadığını, evdə olan soyuducunu satmaq məqsədi ilə gətirdiyini, onunla birlikdə satmaq üçün getməsini xahiş etmişdir. Alla onu tanıdığı və etibar etdiyi üçün onunla birlikdə gedib soyuducunu sata bilməyi üçün ona köməklik edə biləcəyini söyləmişdir. O, binanın qarşısında başqa bir taksi tutmuş və taksi vasitəsi ilə soyuducunu Nizami rayonunda yerləşən Laçın ticarət mərkəzinin arxasında olan məişət avadanlıqlarının satıldığı mağazaya aparmış, taksidən endikdən sonra soyuducunu mağazanın qarşısına qoymuş və Alla ilə birlikdə mağazaya daxil olmuş, mağazada olan şəxslərə soyudcunun özünə məxsus olduğunu və onu 250 manata satmaq istədiyini bildirmiş və həmin soyuducunu Allanın şəxsiyyət vəsiqəsi ilə 212 manata satmış və oradan uzaqlaşmışdır. Bundan başqa 2021-ci ilin mart ayının 31-də təxminən saat 01:40 radələrində ünvan 3 binanın blokuna daxil olmuş, orada zəncirlə bağlanmış olan mopedi görmüş və onu oğurlamaq qərarına gəlmişdir. Moped binada zəncirlə pilləkanm dəmirinə bağlı olduğu üçün blokdan çıxmış və dəmir parçası tapıb geri qayıtmışdır. Həmin dəmir parçasının vasitəsi ilə mopedin zəncirini qırmış və mopedi binanın qabağına çıxartmış, orada mopedi işə salmaq üçün sükanın yanında olan mühərriki işə salan blok hissəsini qırmış və naqillər vasitəsi ilə mühərriki işə salmış, mopedi oğurlayaraq oradan uzaqlaşmışdır. Həmin mopedi səhəri gün maşın bazan adlanan yerə aparıb orada blok hissəsini təmir etdirmək məqsədi ilə ustaya vermişdir. Lakin mopedi oraya verməyinə baxmayaraq onu təmir elətdirib oradan götürə bilməmiş, buna səbəb isə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılmağı olmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:30 radələrində tanışı Ruslanla Əhmədli qəsəbəsində görüşmüşlər və Ruslanın əmisi oğlu Zaurla görüşmək üçün Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 3-cü döngəyə gəlmişlər. Zaurun ona borcu olduğu üçün Zaurla görüşməli olmuşlar və bu barədə söhbət etməli olmuşlar. Lakin Zaur həmin yerə gec gəldiyindən o və Ruslan qərara gəlmişlər ki, həmin küçədə yerləşən evdən oğurluq etsinlər. Ona görə də, orada olan bir mərtəbəli evin həyətinə gəlmişlər, ev hasarla əhatə olunmamışdır. Onlar həyətdə olduğu zaman evin plastik pəncərəsinin aşağı hissəsinin bağlanmamış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, pəncərəni itələmiş və pəncərə açıldıqdan sonra onlar ikisi də mənzilə daxil olmuşlar və mənzildə olan bir ədəd Samsunq markalı qara rəngli televizoru, bir ədəd albalı rəngli planşeti və bir ədəd pereparatoru götürüb mənzilə girdikləri pəncərədən çıxmışlar, 2- 3 ev kənarda gözləmişlər. Həmin vaxt o, taksi sifariş vermiş və taksini ora gətirmək üçün yola çıxmış, taksiyə əyləşib Ruslanın ardınca gəldikdə Ruslanın qaçaraq onlara tərəf gəldiyini görmüş və onu səsləmişdir. Ruslan da taksiyə əyləşmiş və onlar oradan Əhmədli qəsəbəsinə getmişlər. O və Ruslan gecəni Əhmədli qəsəbəsində yerləşən yataqxananın zirzəmisində qalmışlar və ertəsi günü yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində Əhmədli qəsəbəsində yerləşən Pünhan Telekom mağazasına getmişlər. Orada onlar planşeti 12 matana satmışlar və həmin pula orada yemək yemişlər. Daha sonra isə Zaurla telefonla əlaqə saxlamış və Zaur onlarla görüşə gələcəyini demişdir. Ruslan isə ondan ayrılaraq yenidən həmin zirzəmiyə qayıtmışdır. Bir neçə dəqiqədən sonra o, Zaurla görüşəcəyi ünvana polis əməkdaşları gəlmişlər və onu 31-ci PB-nə dəvət etmişlər. Orada onu sorğu-sual edərkən o, Ruslanla birlikdə oğurluq etdiklərini etiraf etmişdir. Sonda əməlini etiraf edərək, əməlindən səmimi peşmançılıq hissi keçirtdiyini nəzərə alaraq, daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, şahid ifadələrini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində yaşadığı evdən ailəsi ilə birlikdə çıxıb Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən evinə getmişlər. Daha sonra həmin gün saat təxminən 22 radələrində həmin evdən çıxaraq həyətdə tikinti işləri getdiyi üçün və ev sahibsiz olduğundan evin təlükəsiziliyini təmin etmək məqsədi ilə Ramana qəsəbəsində yerləşən evinə qayıtmışdır. O, özü ilə gətirdiyi yeməyi soyuducuya qoyduqdan sonra Şuşa şəhərciyinə əmi oğlu Mehmana baş çəkmək üçün getmişdir. Daha sonra isə saat 00:02-də evinə qayıtmışdır. Evə girmək istədikdə evin qabaq pəncərəsinin açıq vəziyyətdə olduğunu və həmin pəncərədə ayaq izlərinin olduğunu görmüşdür. Bundan sonra şübhələnib evin qapısını açarla açıb içəri daxil olmuş və evə nəzər yetirdikdə evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra otaqlara baxdıqda qonaq otağında olan 01 ədəd dəyəri 500 manat olan «LC» markalı qara rəngli televizorun, bir ədəd 500 manat dəyərində qırmızı rəngli planşetin, dəyəri 180 manat olan 01 cüt qızıl sırqanın və bir ədəd dəyəri 3200 manat olan özünə məxsus boyunbağının, bir ədəd Boss markalı 700 manat dəyərində olan perforaturun və bir ədəd uşaq üçün dəyəri 300 manat olan tərcümə planşetinin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş və həyətdən küçəyə çıxdıqda məhlədə insanların çoxluğunu görüb onlara tərəf 30-40 metr məsaf getdikdə ona məxsus televizorun və perforaturun yolun kənarında olduğunu görmüşdür. Bundan sonra həmin əşyaları evə gətirmişdir. Hadisə nəticəsində isə ona ümumilikdə 5380 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:36-da qızı Məhərrəmova Natəvan onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq binanın 2-ci mərtəbəsində olan mənzilin giriş qapısının yanında olan soyuducunun naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. O da DİN-nin 102 zəng xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin Samsung markalı soyuducunu 2021-ci ildə internetdə olan elanlar saytından 750 manat almış və onu istifadə etmişdir. Təxminən 6 aya yaxındır ki, qızının soyuducusunu yaşadıqları mənzilə qoyduğu üçün həmin soyuducunu giriş qapısının kənarına qoymuşdur. Soyuducunu oraya qoyma səbəbi mənzildə yer olmadığı üçün müvəqqəti olaraq orada qalması olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində evdən çıxan zaman soyuducu qapının yanında olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 750 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisədən təxminən bir il əvvəl motosikletlər satılan mağazadan 1970 manata özü üçün “Kuba” markalı moped almışdır. Həmin mopeddən iş vaxtı istifadə edib özünü və ailəsini dolandırmışdır. 31 mart 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində işdən evə qayıdan zaman həmin mopedi Xətai rayonu, Telnov küçəsi 2 saylı binanın giriş hissəsində binanın pilləkənlərinə zəncirlə bağlamışdır. Daha sonra həmin blokun 8-ci mərtəbəsində yerləşən evinə getmişdir. 31 mart 2022-ci il tarixdə saat 11 radələrində işə gedən zaman mopedin zəncirlərinin yerdə olduğunu və mopedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığım aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 1970 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində bildirmişdir ki, 24 mart 2022-ci il tarixdə yaşadığı Xətai rayonu, X.Məmmədov 36 ünvanında yerləşən 16 mərtəbədəli binanın 2-ci mərtəbəsindəki evdən çıxıb marketə getmək istədikdə giriş qapısının sol yan hissəsinə qoyduqları soyuducunun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Həmin soyuducunu qapının sol tərfinə çölə qoymaqda məqsədləri yenisi ilə əvəz etmələri və evdə yer olmaması olmuşdur. Soyuducu oradan oğurlanan zaman o, evdə tək olmuş və hər hansı bir səs-küy eşitməmişdir. Hadisə nəticəsində ziyan atası Zərərçəkmiş şəxs2 vurulmuş və həmin soyuducunun dəyəri 750 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən “Elci Avropa” məişət texniki avadanlıqlarının satışı yerində işləyir. Satışda olan texniki avadanlıqlar adətən ilkin istifadə olunmuş və vətəndaşlar tərəfindən qəbul edilən mallardır. 24 mart 2022-ci il tarixdə səhər saatlarında işdə olan zaman orta yaşlı bir qadın bir kişi ilə birlikdə mağazaya gəlmiş və oğlan ona yaxınlaşaraq özləri ilə bir ədəd əvvəllər istifadə edilmiş “Samsung” markalı soyuducu gətirdiklərini, onu satma istədiklərini demişdir. O, mağazadan çıxdıqda soyuducunun mağazanın qarşısında olduğunu görmüşdür. Həmin şəxslər soyuducunu 250 manat qiymətləndirmiş, o da 200 manat qiymət demiş, nəticədə onlar 212 manata razılaşmışlar. O, şəxsiyyət vəsiqəsi tələb etmiş və qadından şəxsiyyət vəsiqəsi aldıqdan sonra fotoşəklini çəkib əmlakın qəbulu jurnalında müvafiq qeyd aparmaqla pulu verib soyuducunu almışdır. Həmin soyuducunun satılması zamanı onun daşındığı taksi sürücüsünü və ya başqa şəxsi görməmişdir. Bundan iki gün sonra isə həmin soyuducunu tanımadığı şəxsə 250 manata satmışdır. Həmin soyuducunun oğurluq yolu ilə əldə edilməsindən məlumatı olmamış və satan şəxslər də ona bu soyuducunun oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, özünə məxsus “Toyota Corolla” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olaraq dolanır. 24 mart 2022-ci il tarixdə saat 10 radələrində H.Aslanov metrostansiyasının qarşısında olan zaman bir nəfər tanımadığı şəxs avtomobilə əl edib onu saxlatmış və qardaşına məxsus olan soyuducunu götürüb öz evinə Əhmədli emetrostansiyasnın yaxınlığına aparmağı üçün 8 manat pul təklif etmişdir. Onlar 10 manata razılaşmışlar və həmin şəxs avtomobilə əyləşib soyuducunu götürəcəkləri ünvana getmişlər. Binanın qarşısına çatan zaman həmin şəxs avtomobildən düşüb soyuducunu binanın qarşısına gətirdikdən sonra avtomobilə yerləşdirməkdə kömək etməsini ondan xahiş etmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin binadan başqa bir nəfər şəxs çıxıb yuxarıdakı şəxsin soyuducunu liftə yerləşdirə bilmədiyi üçün ona kömək etməsini deyərək yoluna davam etmişdir. O liftə minmiş və 2-ci mərtəbəyə qalxmış, orada həmin müştəriyə kömək edib soyuducunu daşıyaraq avtomobilin yanına gətirmişlər. O, soyuducunun tozunu silmiş və onu avtomobilə yerləşdirmişlər. O, soyuducunun niyə bu halda olmasını soruşduqda qardaşının istifadə etmədiyi üçün həmin soyuducunu blokda saxladığını demişdir. Onlar hərəkətə başlamış və Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Lukoil” YDM-nin yanından sağa qalxıb daha sonra sola dönərək 9 mərtəbəli binanın qarşısına çatmışlar. Orada həmin şəxs üzərində az pul olduğunu deyib pul götürmək üçün yuxarı qalxdığını demiş və onun da soyuducunu avtomobildən düşürərək onu gözləməsini istəmişdir. Təxminən 20-25 dəqiqə sonra isə həmin müştəri gəlib onun 10 manat pulunu vermiş və soyuducunu götürüb oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təxminən 9 ilə yaxındır ki, telefon alış-satışı ilə məşğul olur. Hazırda ünvan 6 ünvanında icarəyə götürdüyü “Pünhan Telekom”da telefon və telefon aksesuarlarının alış-satışı ilə məşğul olaraq dolanır. 09 aprel 2022-ci il tarixdə üç nəfər şəxs işlətdiyi mağazaya gələrək bir ədəd “Samsung P-5100” markalı mobil cihazı, yəni planşeti satmaq istədiklərini demişlər. O, həmin planşetin kimə məxsus olduğunu soruşmuş, həmin şəxslərdən biri özünü Kənan adı ilə tanış edərək özünə məxsus olduğunu bildirmişdir. O, şəxsiyyəti təsdiq edən sənəd soruşduqda olmadığını bildirmişlər. Bundan sonra həmin şəxs pullan olmadığını və Xırdalana getmək üçün onlara 12 manat pul verməyini istəmişlər. Onun da yazığı gəldiyi üçün həmin planşeti yoxlamış və 12 manat pulu həmin şəxsə vermiş və planşeti almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin planşet oğurluq yolu ilə əldə olunmuşdur. Buna görə də, hazırda həmin planşeti könüllü olaraq istintaq orqanına təqdim edə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı ittihamı müdafiə edərək bildirmişdir ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 1-ci epizod üzrə cinayəti xx.xx.2022-ci il tarixdə, 2-ci epizod üzrə cinayəti xx.xx.2022ci il tarixdə, 3-cü epizod üzrə cinayəti xx.xx.2022-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən birinci və üçüncü əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 1-ci və 2-ci epizodlar üzrə törətmiş olduğu cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmiş, 3-cü epizod üzrə cinayəti yaşayış sahəsinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətmişdir. CPM-in 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-in 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bundan başqa CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 3-cü epizod üzrə cinayət əməlini yaşayış sahəsinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətdiyindən həmin cinayət az ağır cinayət kateqoriyasına daxildir. CM-nin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona verilmiş ittihamdan qismən imtina edilməli, ittihamın müdafiəsi həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə davam etdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona verilmiş ittihamdan qismən imtina edilsin və dövlət ittihamının müdafiəsi həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cildinin 11-16-cı vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 08 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə, 3-cü döngədə yerləşən nömrəsiz evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan dəyəri 01 ədəd «LC» markalı qara rəngli televizoru, 01 ədəd albalı rəngli “Samsung” markalı, “GT-95100” model, 16 GB daxili yaddaşlı, 01 ədəd planşeti, 01 cüt qızıl sırğanı, 01 ədəd boyunbağını, 01 ədəd Boss markalı peroparatırı və 01 ədəd uşaq üçün nəzərdə tutulmuş tərcümə planşetini gizli olaraq talamaqla oğurluq etmişdir. Cinayət işinin 1-ci cildinin 42-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 82-84-ci vərəqində olan 12 aprel 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 həmin əşyaya baxdıqdan sonra bildirdi ki, bir ədəd üzərində “Samsung” yazısı olan albalı rəngli planşet ona məxsusdur və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə, 3-cü döngədə yerləşən nömrəsiz evindən oğurlanmışdır. Cinayət işinin 1-ci cildinin 85-88-ci vərəqlərində olan 12 aprel 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsi zamanı da sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 128-131-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 aprel 2022-ci il tarixindən hesablamaqla, 03 həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 137-138-ci vərəqlərində olan “təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni əyani şəkildə təsvir etmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə etmişdir. Cinayət işinin 1-ci cildinin 190-193-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 11 sentyabr 2022-ci il tarixədək uzadılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 223-224-cü vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 31 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 məxsus və yaşadığı ünvan 3 ünvanda binanın blok hissəsində saxladığı “Kuba” markalı mopedi gizli yolla talayıb zərərçəkmiş şəxs X2 məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Cinayət işinin 2-ci cildinin 6-cı vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 23 iyun 2022-ci il protokoldan görünür ki, həmin videogrüntülər açıldıqda bir nəfər qaraköynək və qara şalvar geyinmiş səxsin məhlə içərisi ilə mopedi yanında itələyərək aparması görüntüləri əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, video görüntüdə əynində cara rəngli köynək, qara rəngli şalvar geyinmiş şəxsin özünün olmasını, və mopedi ezünün aparmasını bildirdi. Cinayət işinin 2-ci cildinin 7-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 23 iyun 2022-ci il protokoldan görünür ki, həmin videogörüntülər açıldıqda iki nəfər şəxsin binadan soyuducunu aparması görüntüləri əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, video görüntüdəki şəxsin özünün olmasını yanındakı şəxsin taksi sürücüsü olmasını oğurluqdan sürücünün məlumatının olmadığını bildirdi. Cinayət işinin 2-ci cildinin 60-61-ci vərəqində olan “təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında” 25 iyun 2022-ci il tarixli “təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirəndirlən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 92-104-cü vərəqlərində olan “toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublkikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən, həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi, ona həmin maddələrlə yenidən ittiham elan olunması və barəsində seçilmiş həbs qətimkan tədbiri seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 11 sentyabr 2022-ci il tarixdə bitəcəyi üçün həmin andan Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasının icrasının başlayacağı nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 164-166-cı vərəqində olan “təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında” 31 oktyabr 2023-cü il tarixli “təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb olunması və həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 87-89-cu vərəqlərində olan istintaq zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 avqust 2022-ci il tarixli 9/6090 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd albalı rəngli, “Samsung” markalı, GT- 95100” model, 16 GB daxili yaddaşlı mobil planşetin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir. Cinayət işinin 87-89-cu vərəqlərində olan istintaq zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 avqust 2022-ci il tarixli 9/6090 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd albalı rəngli, “Samsung” markalı, GT- 95100” model, 16 GB daxili yaddaşlı mobil planşetin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir. Cinayət işinin 1-ci cildinin 147-149-cu vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 68.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Biləsuvar RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İstintaq zamanı alınmış Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 03 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 204-208-ci vərəqlərində olan Biləsuvar Rayon Məhkəməsinin 1(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Yuxarıda qeyd edildiyi ki, məhkəmə iclasında dövlət İttihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə bağlı cinayət təqibindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla dövlət ittihamçısının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə irəli sürülən ittihamından imtina edilməsini və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmasını nəzərə alır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü və Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs şəhər Xətai rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 68.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Onun cəzasının sonu xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2022-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 1(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 1(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını) və ağırlaşdıran hal (cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 1(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, oğluna çəkilməsi üçün qəti olaraq, azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay müddət təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 02 iyun 2022-ci ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində əvvəlki hökm üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Bundan başqa iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd albalı rəngli, “Samsung” markalı, GT-95100” model, 16 GB daxili yaddaşlı mobil planşetin zərərçəkmiş şəxsə qaytarılması və iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində oğurluq əməllərini törətdiyi yerdə quraşdırılmış təhlükəsizlik kameralarından götürülmüş 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 1(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, oğluna çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay müddət təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı tutulduğu 2 gün müddət ona təyin olunmuş 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 28 (iyirmi səkkiz ) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində əvvəlki hökm üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd albalı rəngli, “Samsung” markalı, GT-95100” model, 16 GB daxili yaddaşlı mobil planşetin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində oğurluq əməllərini törətdiyi yerdə quraşdırılmış təhlükəsizlik kameralarından götürülmüş 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar