Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-124/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X16 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə və Təqsirləndirilən şəxs2, xx.xx.1989-cu ildə Bakı şəhəridə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olara talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qabaqcadan aralarında olan razılaşmaya əsəsasən xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, E.Abdullayev küçəsində yerləşən “Sultan” kafesinin arxasında yerə qoyulmuş vəziyyətdə olan vətəndaş Zərərçəkmiş şəxs məxsus 1500 manat dəyərində dəmir parçalarını gizli olaraq talayıb, ümumililikdə Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə xeyli miqdarda, ümumi təmiz çəkisi 0,391 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 30-cu PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 14.45-də Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində saxlanılaraq saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş, inzibati binada otaqlarının birində üzəridə şəxsi axtarış həyata keçirilən zaman üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,391 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qabaqcadan aralarında olan razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, E.Abdullayev küçəsində yerləşən “Sultan” kafesinin arxasında yerə qoyulmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus 1500 manat dəyərində dəmir parçalarını gizli olaraq talayıb, ümumililikdə Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə özünün və dostu Təqsirləndirilən şəxs1 pula ehtiyacı olduğu üçün Hövsan qəsəbəsində gəzməyə başlamışlar. xx.xx.2024-cü il tarixdə gecə saatlarında İ.Əhlimanov küçəsində yerləşən “Sultan” kafesinin arxa hissəsində yaşayış binasının qarşısında dərmir hissələrinin olmasını görmüşlər. Qeyd olunan dəmir parçalarını oğurlamaq qərarına gəlmişlər. Abdulla ilə birlikdə həmin dəmir parçalarını qeyd olunan yerdən təqribən 100- 150 metr kənara aparmışlar. Sonra yoldan keçən Qazel markalı avtomobilə həmin yükləri yığaraq Günəşli ərazisində yerləşən dəmir alışı ilə məşğul olunan məntəqəyə təhvil vermişlər. Qeyd olunan dəmir hissələrinin təqribən 280-380 manat aralığında satmışlar. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişlər. 10 may 2024-cü il tarixdə saat 14:30 radələrində yaşadığı Türkan qəsəbəsindən evdən çıxıb yol ilə getmişdir. Bu zaman iki nəfər mülki paltarlı şəxslərin ona yaxınlaşıb salam verdikdən sonra, özlərini ona Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Onlardan biri onunla 1-2 dəqiqə söhbət edəndən sonra, narkotik maddə qəbul etdiyini soruşmuşdur. O, bir az duruxmuş və haradan nakotik maddə qəbul etdiyini bildiyini soruşmuşdur. Elə bunu demişdir ki, polis əməkdaşları ona demişdir ki, 30-cu Polis Şöbəsinə getməlidirlər. O, bunun səbəbini soruşduqda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan, getməli olduğunu demişlər. O da polis əməkdaşlarına heç bir söz deməyib onlarla birlikdə Hövsan qəsəbəsində olan 30-cu Polis Şöbəsinə gəlmişdir. Şöbədə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video-çəkiliş aparmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində narkotik maddə saxladığı «01» ədəd, şəffaf sellofona bükülmüş, içərisində ağ rəngdə olan və “patı” kimi tanıdığı narkotik maddəni onlara təqdim etmişdir. Sorğu zamanı ondan aşkar edilmiş patı kimi tanıdığı narkotik maddə olduğunu, təxminən 3 ilə yaxındır ki, narkotik maddələrin metamfetamin növündən çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların və onun iştirakı ilə zərfə qoyularaq qablaşdırmışlar və möhürləmişlər, sonra isə bu barədə protokol tərtib etmişlər. Tərtib etdikləri protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona bildirilmişdir. Keçirilən bütün prosesslər telefonla çəkilməklə qeydə alındı. Həmin oğurluq hadisəsini dostu Abdulla ilə birlikdə xx.xx.2024-cü il tarixdə Hövsan qəsəbəsində olan Sultan kafesinin arxasında olan yaşayış binasının həyətində olan dəmir parçalarını oğurlamaqla törətmişdir. Oğurladıqları dəmir parçalarını Günəşli qəsəbəsində yerləşən dəmir qəbulu məntəqəsinə təhvil vermişlər. Oğurladıqları dəmir parçalarının orada olmasını təsadüfən gəzərkən görmüşlər və pula ehtiyacları olduğu üçün oğurlamaq qərarına gəlmişlər. Üzərindən aşkar edilmiş narkotik maddəni xx.xx.2024-cü il tarixdə Türkan qəsəbəsində 10 manata tanımadığı şəxsdən almışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq üzrə özünü təqsirli bilsə də, narkotik vasitəyə görə özünü təqsirli bilmir. O, kənddə usta işləyir, gecə vaxtlarında da işləyir. Ailəlidir və 3 oğlu var. O, dəmirləri götürən vaxt oğurluq sayılacağını düşünməmişdir. Təqsirləndirilən şəxs1 dəmirdən aldığı puldan 40-50 manat da ustalıq etdiyi üçün ona vermişdir. Oğurluq həmin gün olmuşdur. O, Polis Bölməsində təzyiq altında ifadə vermişdir, ona elektro şok vermişlər. O, metamfetamin istifadəçisi olub, 15-20 gündən bir həm iynə vurmaqla, həm də çəkməklə istifadə etmişdir. Tutulduğu gündən 4-5 gün əvvəl istifadə etmişdir. O, tutulduğu vaxt 3 nəfər adlarını bilmədiyi polis əməkdaşları olmuşdur. Onu evdən qapıdan aparıblar, evində axtarış olmayıb. O, metamfetamin istifadə etsə də, axtarış vaxtı üstündən çıxmamışdır. Bu səbəbdən narkotik vasitə hissəsində özünü təqsirli bilmir, ancaq oğurluq olub, bununla bağlı təqsirlidir. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək, daha yüngül cəzanın təyin edilməsini və humanist qərarın qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində görüşərkən ona pula ehtiyacı olduğunu bildirmişdir. Rəşada Hövsan qəsəbəsində Sultan kafesinin arxasında yaşayış binasının qarşısında olan bağda dəmir parçalarını gördüyünü bildirərək həmin dəmir parçalarını oğurlamağı təklif etmişdir. Rəşad onun təklifi ilə razılaşmışdır. Beləliklə onlar gəzərək Suraxanı rayonu, E.Abdullayev küçəsində yerləşən “Sultan11 kafesinin yanına gəlmişlər. Kafenin arxasına keçdikdə orada açıq ərazidə olan sahibsiz əl arabası olmasını görmüşdür. Həmin araba vasitəsi ilə və Rəşadın köməkliyi ilə orada olan dəmir parçalarını təqribən 400-500 metr kənara yığmışlar. Səhəri gün tezdən qeyd olunan dəmir parçalarını yoldan keçən Qazel markalı avtomobilə yükləyərək Qaraçuxur qəsəbəsində yeləşən 81 saylı avtobus dayanacağının dairəsi kimi tanıdığı ünvanın yaxınlığında yerləşən dəmir əlvan metal qəbulu məntəqəsində 180 manata satmışlar. 180 manatdan 25 manat dəmirləri gətirən Qazelə vermişlər, yerdə qalan puldan 50 manat Rəşada vermişdir. Qalan pulları şəxsi istifadələri üçün xərcləmişlər. Oğurluq hadisəsini dostu Rəşadla ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat təqribən 02 radələrində Hövsan qəsəbəsi, E.Abdullayev küçəsində yerləşən Sultan kafesinin arxasında həyətdə olan dəmir parçalarını oğurlamaqla törətmişlər. Oğurladığı dəmir parçalarının orada olmasını təsadüfən gəzərkən görmüşdür. Oğurladıqları dəmir parçalarının metal qəbulu məntəqəsinə daşıdıqları avtomobilin sürcüsünü tanımamışdır. Həmin avtomobil yoldan keçən bir avtomobil olmuşdur. Yolda saxlatdırıb, ünvana çatdıqda isə pulunu verib yola salmışlar. Həmin avtomobilin sürücüsünə və oğurladıqları dəmirləri satıqları şəxsə dəmirlərin özlərinə məxsus olduğunu demişlər. Oğurladıqları dəmirləri satıqları şəxsin adını və mobil nömrəsini bilməmişdir. Sadəcə həmin yerdə metal qəbulu məntəqəsinin olduğunu bildiyi üçün ora getmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 300-400 kq dəmir açıq yerdə olmuş, sahibsiz olduğunu düşündüyü üçün oradan götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 onun evində ustalıq etmiş, Rəşadın bu işlə bağlı günahı olmamışdır. Rəşadla birlikdə dəmirləri arabaya qoyub birdəfəyə götürmüş və 500 metr kənarda qazelə yükləmişlər. Sonradan satışında da Rəşad ona kömək etmiş, ancaq nə üçün bu dəmirləri götürdüyünü soruşmamışdır. 300-400 kq çəkidə olan dəmiri Günəşlidə satmış, həmin əldə edilmiş puldan Rəşada verməmişdir. Rəşada verdiyi 50 manat pul onun ustalıqla bağlı gördüyü işə görə olmuşdur. X17 çağırmışlar, gedib baxdıqda kameradan göstərmişlər. Onlar həmin vaxt planlamışlar, “Qazel” sürücüsünü tanımamışlar, “Qazel” sürücüsü də onlara kömək etməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən “Sultan” adlı restoranı icarəyə götürərək işlədir. Təxminən bir il əvvəl həmin restoranın pilləkəni üçün nəzərdə tutulmuş dəmir konstruksiyalarını alaraq restoranın arxasında yerləşən yaşayış binasının həyətinə yığmışdır. Sonuncu dəfə həmin dəmir konstruksiyaları 27 aprel 2024-cü il tarixdə orada görmüşdür. 04 may 2024-cü il tarixdə isə həmin hissəyə baxış keçirən zaman ona məxsus olan həmin dəmir konstruksiyaların yerində olmadığını və naməlum şəkildə oğurlanmasını aşkar etmişdir. Bir müddət ətrafda olan təhlükəsizlik kameralarına baxış keçirsə də, yalnız 01 may 2024-cü il tarixdə saat 03:00 radələrində qeyd olunan dəmirlərin naməlum şəxs tərəfindən götürülməsini aşkar etmişdir. Lakin təhlükəsizlik kamerasında görüntü zəif olduğu üçün oğurluq etmiş şəxslərin üzlərini görmək mümkün olmamışdır. Hadisə nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi 01 may 2024-cü il tarixdə saat 03:00-da törədilsə də, o, oğurluq hadisəsini 04 may 2024-cü il tarixdə aşkar etmiş və təhlükəsizlik kameralarına baxdıqda oğurluq əməlinin 01 may 2024-cü il tarixdə törədilməsini sübut etmişdir. Oğurluq hadisəsi icarə əsasında işlətdiyi Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən “Sultan” adlı restoranın arxasından baş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, obyektin təmir işləri üçün həmin dəmirləri almış və şəkillərini çəkmişdir, onlar köhnə dəmirlər deyildi. O, dəmirləri qonşunun bağına qoymuş, qonşunun bağı da hasardan yox, çəpərdən əhatələnib, 1-ci mərtəbədədir, istənilən şəxs oraya girə bilər. Qonşu sonradan ondan dəmirləri götürüb-götürmədiyini soruşmuş, o da götürmədiyini demiş və Polis Bölməsinə müraciət etmişlər. Kameradan baxılıb tapılmışdır, onlar 2 nəfər olmuşlar. O, 2000 manata yaxın pul vermiş, hazırda ona 1500 manat pul verilsə, şikayətçi olmaz. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili işləyir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 06 may 2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs 30-cu PŞ- nə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən icarə əsasında işlətdiyi “Sultan” kafesinin həyətindən 1800 manat dəyərində dəmir parçalarının oğurlanması barədə məlumat vermişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməyə başlanmışdır. 10 may 2024-cü il tarixdə həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxsin Təqsirləndirilən şəxs2 olması və həmin şəxsin Xəzər rayonu, Türkan qəsəbəsində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 10 may 2024-cü il tarixdə saat 14:45 radələrində iş yoldaşı Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2lə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsində olarkən Türkan qəsəbəsi, Xanlar küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs2 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 özünü şübhəli aparmağa başlamış və verilən suallara qeyri-səlis cavab vermişdir. Bu onlarda şübhə doğurduğu üçün ondan narkotik vasitə aludəçisi olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs2 da narkotik vasitə aludəçisi olduğunu və hazırda da üzərində narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 da razı olaraq onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də əvvəlcə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində “metamfetamin” kimi tanıdığı narkotik maddə olmasını və həmin narkotik maddəni həmin gün səhər saatlarında Türkan qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Axırda isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 saxlanılarkən.və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ərazidə oğurluqla bağlı məlumat daxil olmuşdur. Sonradan müşahidə kameraları və məlumat əsasında şübhəli şəxs kimi Təqsirləndirilən şəxs2 barəsində məlumat daxil olmuşdur. Türkan qəsəbəsində şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, şəxs də özünü təqdim etmiş, X17 dəvət etmişlər. Şəxs 1 büküm patı - metamfetamini təqdim etmiş və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bir müddətdir ki, Köhnə Günəşli qəsəbəsi, S.B.Mehmandarov küçəsində yerləşən metal qəbulu məntəqəsini icarəyə götürərək orada metal alış-satışı ilə məşğul olmuşdur. 01 may 2024-cü il tarixdə səhər saatlarında işdə olduğu zaman tanımadığı iki nəfər şəxs işlədiyi metal məntəqəsinə gəlmiş və dəmir parçaları satmaq istədiklərini bildirmişlər. O, həmin dəmir parçalarının kimə məxsus olduğunu və oğurluq olub-olmadığını soruşmuşdur. Onlar da dəmir parçalarının özlərinə məxsus olduğunu bildirmişlər. Bundan sonra onlardan üzərlərində şəxsiyyət vəsiqəsi olubolmadığını soruşmuş, onlar da olduğunu demişlər. Daha sonra həmin dəmir parçalarını tərəziyə qoyub çəkmiş və 400 kq olmasını müəyyən etmişlər. Onlardan biri Təqsirləndirilən şəxs1 özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmiş və ona öz xətti ilə satdıqları dəmir parçalarının özünə məxsus olmasını, oğurluq olmamasını, həmin günün tarixini və əlaqə nömrəsini yazdıraraq imza etdirmişdir. Bundan sonra o, hər kiloqram üçün 45 qəpikdən hesablamaqla onlara 180 manat pul vermişdir. Həmin gün aldığı dəmir parçaları “X19” şirkətinə aparıb oraya təhvil vermişdir. 10 may 2024-cü il tarixdə işdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb həmin iki nəfər şəxsin işlətdiyi metal alış-satışı məntəqəsinə dəmir parçaları satıb-satmadıqlarnıı soruşmuşdur. O da 01 may 2024-cü il tarixdə səhər saatlarında iki nəfər şəxsin məntəqəyə gəlib ona 400 kq dəmir parçaları sataraq 180 manat alıb getdiklərini bildirmiş və onlardan birinin ona təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmişdir. Bundan əvvəl həmin şəxslər ona metal satmamışlar. O, həmin dəmir parçaların oğurluq olmasını bilməmişdir. Əgər bu barədə məlumatı olsaydı, həmin dəmir parçaları almazmış. Onlar hər ikisi satdıqları dəmir parçalarının oğurluq olmadığını, özlərinə məxsus olduğunu bildirmişlər. O, da həmin şəxslərdən birinin şəxsiyyət vəsiqəsini alıb surətini çıxararaq üzərinə öz xətti ilə bu barədə yazdıraraq imza etdirdikdən sonra həmin dəmir parçaları almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 may 2024-cü il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 89-90-cı vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 108-110-cu vərəqlərində olan 12 may 2024cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 azad olunması üçün Suraxanı RPİ-nin müvəqqəti saxlama təcridxanasına göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 111-112-ci vərəqlərində olan 12 may 2024cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 27-28-ci vərəqlərində olan 10 may 2024-cü il tarixli şəxsi “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 36-40-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/2666 saylı 11 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün Nə 194” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş... (imza) Təqsirləndirilən şəxs2” yazısı və imzalar qeyd edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Cinayət işinin 1-ci cildinin 189-191-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X10-Narkoloji tibbi yoxlama ekspertizasının 4025 saylı 06 iyun 2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 140-cı vərəqində olan 15 may 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində “metamfetamin” kimi tanıdığı narkotik maddə olmasını və həmin narkotik maddəni həmin gün səhər saatlarında Türkan qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirməsi, sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 68-69-cu vərəqlərində olan “ifadənin yerində yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Sultan” restoranının arxasına getmək lazım olduğunu bildirmişdir. Həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində görüşərkən ona pula ehtiyacı olduğunu bildirmişdir. Rəşada Hövsan qəsəbəsində Sultan kafesinin arxasında yaşayış binasının qarşısında olan bağda dəmir parçalarını gördüyünü bildirərək həmin dəmir parçalarını oğurlamağı təklif etmişdir. Rəşad onun təklifi ilə razılaşmışdır. Beləliklə, onlar gəzərək Suraxanı rayonu, E.Abdullayev küçəsində yerləşən “Sultan“ kafesinin yanına gəlmişlər. Kafenin arxasına gəldikdə orada açıq ərazidə olan sahibsiz əl arabası olmasını görmüşdür. Həmin araba vasitəsi ilə Rəşadın köməkliyi ilə orada olan dəmir parçalarını təqribən 400-500 metr kənara yığmışlar. Səhəri gün tezdən qeyd olunan dəmir parçalarını yoldan keçən Qazel markalı avtomobilə yükləyərək Qaraçuxur qəsəbəsində yerləşən 81 saylı avtobus dayanacağının dairəsi kimi tanıdığı ünvanın yaxınlığında yerləşən dəmir əlvan metal qəbulu məntəqəsində 180 manata satmışlar. 180 manatdan 25 manat dəmirləri gətirən Qazelə vermişlər, yerdə qalan puldan 50 manat Rəşada vermişdir. Qalan pulları şəxsi istifadələri üçün xərcləmişlər. Oğurluq hadisəsini dostu Rəşadla ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat təqribən 02 radələrində Hövsan qəsəbəsi, E.Abdullayev küçəsində yerləşən Sultan kafesinin arxasında həyətdə olan dəmir parçalarını oğurlamaqla törətmişlər. Cinayət işinin 1-ci cildinin 79-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 11 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 may 2024-cü il tarixdə, saat 19:26-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 115-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 133-135-ci vərəqlərində olan 13 may 2024cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 azad olunması üçün Suraxanı RPİ-nin müvəqqəti saxlama təcridxanasına göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 136-137-ci vərəqlərində olan 13 may 2024cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 144-145-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Sultan” restoranının arxasına getmək lazım olduğunu bildirdi. Həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə özünün və dostu Təqsirləndirilən şəxs1 pula ehtiyacı olduğu üçün Hövsan şəbəsində gəzməyə başlamışlar. xx.xx.2024-cü il tarixdə gecə saatlarında İ.Əhlimanov küçəsində yerləşən “Sultan” kafesinin arxa hissəsində yaşayış binasının qarşısında dəmir hissələri olmasını görmüşlər. Qeyd olunan dəmir parçalarını oğurlamaq qərarına gəlmişlər. Abdulla ilə birlikdə həmin dəmir parçalarını qeyd olunan yerdən təqribən 100-150 metr kənara aparmışlar. Sonra yoldan keçən Qazel markalı avtomobilə həmin yükləri yığaraq Günəşli ərazisində yerləşən dəmir ilə məşğul olunan məntəqəyə təhvil vermişlər. Qeyd olunan dəmir hissələrinin təqribən 280-380 manata aralığında satmışlar. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişlər. Cinayət işinin 1-ci cildinin 152-154-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi təqsirli bilinib 1200 manat cərimə cəzası ilə cəzalandırılmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi təqsirli bilinib 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıb, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 155-156-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 158-177-ci vərəqlərində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Xəzər Rayon Məhkəməsinin 7(003)-414/2017 nömrəli iş üzrə 02 noyabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş qalan 20%-i dövlət nəfinə tutulmaqla 11 ay 09 gün islah işləri cəzasının üç günü azadlıqdan məhrumetmə bir gününə bərabər tutulmaqla 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 15 aprel 2019-cu ildən hesablanması, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan 1 baş diri çəkisi 60 kq olan qoyunun zərərçəkmiş şəxs X7, 1 baş diri çəkisi 60 kq olan qoyunun zərərçəkmiş şəxs X8, 01 ədəd qaz balonunun zərərçəkmiş şəxs X5, 01 ədəd laqonda, 01 ədəd lobzik və 01 ədəd drelin zərərçəkmiş şəxs X2 qaytarılmasının nəzərə alınması, maddi sübut olan Xəzər Rayon Polis İdarəsində saxlanılan 01 ədəd manqal hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılması, ekspertiza xərci 150 manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-124/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və tutulduqda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Suraxanı rayon Məhkəməsinə 30 may 2025-ci il tarixdə daxil olmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 20 may 2025-ci il tarixdə tutularaq, 23 may 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1008/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 9 oktyabr 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 222923 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il təvəllüdlü X3 adında oğlu vardır. Cinayət işinin materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 681422 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2015-ci il təvəllüdlü X4 adında oğlu vardır. Cinayət işinin materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il təvəllüdlü X6 adında oğlu vardır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,391 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı övladının olması yüngülləşdirən haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini 01 may 2024-cü il tarixlərdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olması yüngülləşdirən haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1008/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 9 oktyabr 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1008/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplanmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək 02 gün müddət və Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində çəkilməsi üçün qəti olaraq, azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplanmalı, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1008/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1008/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək 02 gün müddət və Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq, azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.3), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (on) iş saatı üçün 660 (altı yüz altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək 02 gün müddət Təqsirləndirilən şəxs2 təyin edilən 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 0,341 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 07 (yedddi) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək 02 gün müddət Təqsirləndirilən şəxs1 təyin edilən 07 (yeddi) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq, 07 (yeddi) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxslər üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (on) iş saatı üçün 660 (altı yüz altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-124/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-124/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver