Məhkəmə qərarları › İş №1(010)-125/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-125/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-125/2020 29.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1974-cü ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış (Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində həmin maddə ilə olan cinayət təqibinə xitam verilmişdir), Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan, ünvan 1, nömrəsiz evdə yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu vaxt arvadı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncunu qəsdən əli ilə bas nahiyəsinə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarət yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 1996-cı ildə ailə qurublar və birgə ailə münasibətlərindən 2 uşağı var. Uşaqları yetkinlik yaşlarına çatıblar. Əvvəllər zərərçəkmiş şəxslə ailə münasibətləri normal olmuş, lakin sonradan korlanmışdır. xx xxxx 2020-ci ildə saat 18 radələrində yaşadığı evdə spirtli içki qəbul edirdi. Bu zaman arvadı Zərərçəkmiş şəxs evə daxil olmuşdur. Zərərçəkmiş şəxsin onun razılığı olmadan işə getməsinə əsəbiləşərək ertəsi gün işə getməməsini tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs ona cavab qaytararaq işə gedəcəyini bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmış, arvadının davranışına əsəbiləşib onu baş nahiyəsindən bir neçə dəfə əlləri ilə vurmuşdur. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, əri Təqsirləndirilən şəxs ilə ailə münasibətləri əvvəllər yaxşı olmuş, lakin sonradan sonuncunun spirtli içkilərə qurşanması və evdə heç bir əsaslı səbəb olmadan münaqişələr yaratması səbəbindən korlanmışdır. Qeyd edir ki, xx xxxx 2020-ci ildə saat 18 radələrində işdən evə qayıtdıqda əri Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində divanda oturduğunu görmüşdür. Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamış və tələb etmişdir ki, o, ertəsi gündən etibarən işə getməsin. Təqsirləndirilən şəxs bunun səbəbini soruşduqda aralarında mübahisə yaranmış və təqsirləndirilən şəxs onun baş nahiyəsinə dəfələrlə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs əlindən çıxıb çölə qaçmışdır. Qeyd edir ki, təqsirləndirilən şəxslə ailə münasibətləri dözülməz həddə çatdığına görə onunla boşanmaq niyyətindədir. Buna baxmayaraq, təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsini istəmir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 1/3073 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu» ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olub. xx xxxx 2020-ci il tarixli 469 nömrəli ekspert rəyinin nəticəvi hissəsində 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi-müayinəsi ilə bağlı qeyd olunur ki, “Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – başın sol təpə nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən həmçinin aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs daha əvvəl də, yəni xx xxxxxx 2019-cu ildə qəsdən Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarət yetirmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibi başlanmışdır. Məhkəməyədək sadələşdirilmiş icraatın müvafiq materiallarına Suraxanı Rayon Məhkəməsində xx xxxxxxxx 2019-cu ildə baxılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və ona vurulmuş zərəri ödədiyi nəzərə alınaraq o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən «Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir». Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmadığını, cinayətin faktik olaraq ailə-məişət mübahisəsi zəminində törədildiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar