Məhkəmə qərarları › İş №1(010)-125/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-125/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-125/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 400.000,00 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)- 4387/2017 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli 3(010)-33/2018 №-li qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 30 gün müddətinə həbs edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(103)-673/2018 №-li qərarı ilə qeyd edilən həbs tənbehinin 25 gün müddətinə müəyyən edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2018-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə borcunu tələbkara tam olaraq ödəməməklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 2015-ci İldə Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncu lombard açaraq işləmək təklif etmişdir. Zərərçəkmiş şəxs öz pulu ilə lombard açaraq, əmlak qarşılığında vətəndaşlara pulu faiz ilə vermişdir. O. faktiki olaraq Zərərçəkmiş şəxs işçisi kimi hər ay 1000 manat maaş almışdır, sonuncu üçün kredit verilməsi üçün kliyent tapmaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs təklifi ilə kredit alan şəxslərin avtomobillərini öz adına keçirmiş, sonra isə həmin adamlar borclarını Zərərçəkmiş şəxs qaytarandan sonra həmin avtomobilləri sahiblərinə qaytarmışdır. Bir neçə ay bu cür işləmişlər, o, Zərərçəkmiş şəxs üçün tapdığı adamlarla bağlı borclarını qaytarmadığı səbəbindən öz evini Zərərçəkmiş şəxs adına keçirdərək, evsiz qalmışdır. Zərərçəkmiş şəxs onun evini satandan sonra borcun etirafı haqqında notarial qaydada xx.xx.2017-ci il tarixdə 400.000,00 manat borcu olması barədə müqavilə imzalatmışdır. Faktiki olaraq isə o, Zərərçəkmiş şəxs pul almamışdır, sonuncu üçün tapdığı kliyentlərin cəmi olaraq 50000,00 ABŞ dolları məbləğində pul borcu vardır. Zərərçəkmiş şəxs onu inandırmışdır ki, bu müqaviləni bağlamaqla pul verən adamları inandıracaq ki, pulu ona vermişdir. Lakin bir neçə aydan sonra Zərərçəkmiş şəxs həmin müqavilədən istifadə edərək, barəsində məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və nəticədə ondan 400.000,00 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-4387/2017 №-li qətnaməsi çıxarılmışdır. O, bu qətnaməni ədalətsiz hesab edir, çünki Zərərçəkmiş şəxs bu qədər pul almamışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 30 gün müddətinə inzibati qaydada həbs edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həbs tənbehi 25 günə endirilmişdir. İcra məmuru onu qətnamə icra edilmədiyi təqdirdə barəsində cinayət işinin başlanılması haqqında xəbərdarlıq etmişdir. Lakin o, həmin vaxtadək Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Barəsində cinayət işi aparılan zaman Zərərçəkmiş şəxs 7.000 manat məbləğində pul ödəmişdir. Sonra tələbkar Zərərçəkmiş şəxsla qalan borcun hissə-hissə ödənilməsinə dair razılaşmış və bu barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Bunun nəticəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə o, Zərərçəkmiş şəxs qalan 393.000,00 manat məbləğində borcu hər ay 4.100 manat, sonuncu ayı isə 3.500 manat ödəməli idi. Lakin bu müddət ərzində cəmi 3.000 manat ödəmiş etmiş, yəni ümumi borcdan cəmi 10.000 manat məbləğində pul ödəmişdir. Zərərçəkmiş şəxsla bir neçə dəfə görüşləri və söhbətləri olmuş, lakin qurduğu biznes işləri heç biri uğurlu olmamış, bu səbəbdən daha ödəniş edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, o, iş üzrə Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır, 2016-cı ilin aprel ayından başlayaraq dost-tanışlarından borca pul götürərək 3 ay ərzində Qalib və qohumlarına hissə-hissə müxtəlif gəlir gətirəcək işlərin görülməsi üçün 195000,00 ABŞ dolları məbləğində pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs anasının müalicəsi üçün 5000,00 ABŞ dolları, başqa adama olan borcunu bağlamaq üçün 25000.0 ABŞ dolları məbləğində, cəmi isə Təqsirləndirilən şəxs 225000,00 ABŞ dolları məbləğində pul borc vermişdir. 2016-ci ilin avqust ayının sonlarında o, borcun geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxsla, onun ailə üzvləri və qohumları ilə dəfələrlə görüşmüş, lakin heç bir nəticə əldə olunmamışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs ilə 400.000.0 manat (dolların manatla ekvivalenti) məbləğində borcun etiraf müqaviləsini imzalamışlar. Təqsirləndirilən şəxs tərəfindən borcu qaytarılmadığı səbəbindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli 2(010)- 4387/2017 №-li qətnaməsi ilə Təqsirləndirilən şəxs 400.000,00 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ödənilməsinə qət etmişdir. Lakin Təqsirləndirilən şəxs aldığı pulları haraya xərclədiyini bildirməmiş və ona heç bir ödəniş etməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs barəsində aparılan istintaq zamanı ümumi borcdan cəmi 7000,00 (yeddi min) manat məbləğində pul ödəmişdir. Təqsirləndirilən şəxs ona çox xahiş etmişdir ki, maddi vəziyyəti ağırdır və o, sonuncuya qarşı mərhəmət göstərərək, qalan borcu hissə-hissə ödənilməsinə razılaşmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs qalan 393.000,00 manat məbləğində borcu hər ay 4.100 manat, sonuncu ayı isə 3.500 manat ödəməli idi. Lakin həmin qərardaddan da iki ilə yaxın vaxtın keçməsinə baxmayaraq, bu müddət ərzində Təqsirləndirilən şəxs ona cəmi 3.000 manat məbləğində pul ödəmiş, cəmi isə onun tərəfindən ödənilmiş pulun məbləği 10.000 manat təşkil edir. Təqsirləndirilən şəxsla bu müddət ərzində çoxlu sayda görüşmüş, sonuncu müxtəlif bəhanələrlə yenə də borcun ödənilməsindən yayınmışdır. Təqsirləndirilən şəxsin hazırda ona 390.000 (üç yüz doxsan min) manat məbləğində borcu qalmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək, borcunun böyük qisminin ödənilməsi məqsədilə ona vaxt verilməsini xahiş etmiş, məhkəmə tərəfindən sonuncuya vaxt verilməsinə baxmayaraq, o, yenə də müxtəlif bəhanələr gətirərək, ona heç bir məbləğ ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-4387/2017 №-li qətnaməsi üzrə xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinə göndərilmiş, Suraxanı rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə icraata qəbul edilərək, onu könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməni üzrsüz səbəbdən icra etmədiyinə görə, inzibati məsuliyyətə cəlb edilərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli 3(010)- 33/2018 №-li qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 30 gün müddətinə həbs edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli 3(103)-673/2018 №-li qərarı ilə qeyd edilən həbs tənbehi 25 gün müddətinə müəyyən edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün Təqsirləndirilən şəxs yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq, borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək, qətnaməni icra etmədiyi üçün, barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Dövlətov X4 rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ilə analoji ifadə vermişdir. İş materiallarında olan Suraxanı rayon məhkəməsinin 2(010)-4387/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 400.000,00 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli 3(010)- 33/2018 qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 30 gün müddətinə həbs edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(103)- 673/2018 №-li qərarından görünür ki, qeyd edilən həbs tənbehi 25 gün müddətinə müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən müyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona olan 400.000 manat məbləğində borcundan 5.000 manatı almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən müyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona olan 400.000 manat məbləğində borcundan 1.000 manatı almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən müyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona olan 400.000 manat məbləğində borcundan 1.000 manatı almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən müyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona olan borcundan 3.000 manatı almışdır. Cinayət işində olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(010)- 493/2019 №-li qərardaddan görünür ki, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalı olan 393.000,00 manat məbləğində pul 95 ay ərzində 4100,00 manat, sonuncu ay isə 3500,00 manat olmaqla 8 il müddətinə hissə-hissə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqlan üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «xxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasınaa qarşı" (xx xxxx 2005-ci il) işdə Məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf etməsini onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar