Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-126/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Seyidov İkram Möhlüd oğlunun iştirakı ilə, saat 15:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1981-ci ildə Rusiya Federasiyasının, Novoçerkassk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 3 nömrəli evin 1A nömrəli mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 3 nömrəli evin 7 nömrəli mənzilində yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində Bakı səhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 3 nömrəli evin 1A nömrəli mənzilində bacısı Zərərçəkmiş şəxs, onun anası Xuramanla telefon danışığına müdaxilə etməsi səbəbindən aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı sonuncunun saçından yolmuş, əli ilə ağzına, ayaqları ilə bədənin müxtəlif nahiyyələrinə qəsdən vurmuş və sol əlindən qəsdən dişləyərək ona sol alın-gicgah nahiyəsində tük yataqlarına qansızma, döş qəfəsinin arxa səthinin və sol mil-bilək oynağının hematomaları, sol əlin İ barmağının dırnaq falanqasının əzilmiş-cırılmış yarası və dırnaq yatağına qansızma, həmin əlin İİ barmağının dırnaq falanqasının və İİİ barmağının əsas oynağının əzilmiş-cırılmış yaraları, alt dodağın selikli qişasının qansızması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxx 2020-cı il tarixdə, təxminən saat 19 radələrində anası Xuramana zəng edib evə çörək lazım olub-olmadığını soruşmuş, bu zaman bacısı İmamətin “evə çörək lazım deyil”, habelə “onlardan bizə heç nə lazım deyil” ifadələri işlətdiyini eşitmişdir. Həmin gün, təxminən saat 20 radələrində bacısının valideyinləri ilə yaşadığı Bakı səhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 3 nömrəli evin 1A nömrəli mənzilinə gəlib bacısından yuxarıda qeyd etdiyi ifadələri işlətməsinin səbəbini soruşmuşdur. Bu səbəbdən bacısı ilə aralarında mübahisə yaranmış, həmin vaxt əsələbləşərək sonuncunun saçından qəsdən yolmuş, əli ilə ağız nahiyyəsinə, ayağı ilə bədəninin müxtəlif nahiyyəsinə qəsdən vurmuş, habelə sol əlindən dişləmişdir. Hadisənin baş verdiyi vaxt yanlarında ataları Niyazi və anaları Xuraman olmuşdur. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldırmış, habelə etdiyi əmələ görə üzr istəyərək sonuncu ilə barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 19 radələrində qardaşı Toğrul, anası Xuramana zəng edib evə çörək lazım olubolmadığını soruşarkən, Toğrulun eşidəcəyi tərzdə, evə heç nə lazım olmadığını demişdir. Həmin gün, təxminən saat 20 radələrində qardaşı Toğrul, onun valideyinləri ilə birlikdə yaşadığı Bakı səhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 3 nömrəli evin 1A nömrəli mənzilinə gələrək, anaları Xuramanla danışığına müdaxilə etdiyinə görə ona oz iradını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, bu zaman Toğrul qəsdən onun saçından yolmuş, əli ilə ağız nahiyəsinə, ayaqları ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vurmuş, habelə sol əlindən dişləmişdir. Hadisənin baş verdiyi vaxt yanlarında ataları Niyazi və anaları Xuraman olmuşdur. Sonda Zərərçəkmiş şəxs barəsində ittiham irəli sürülmüş şəxsin ona dəymiş ziyanı aradan qaldırdığını, etdiyi əmələ görə ondan üzr istədiyini, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, İmamət onun qızı, Toğrul isə oğludur. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 19 radələrində Toğrul ona zəng edib evə çörək lazım olub-olmadığını soruşduğu zaman qızı İmamət evə çörək lazım deyil, habelə “onlardan bizə heç nə lazım deyil” demiş və oğlu Toğrul bunu eşitmişdir. Həmin gün təxminən saat 20 radələrində Toğrul, onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 3 nömrəli evin 1A nömrəli mənzilinə gəlib İmamətdən yuxarıda qeyd etdiyi ifadələri işlətməsinin səbəbini soruşmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış, həmin vaxt Toğrul əsələbləşərək İmamətin saçından qəsdən yolmuş, əli ilə ağız nahiyyəsinə, ayağı ilə bədəninin müxtəlif nahiyyəsinə qəsdən vurmuş və sol əlindən dişləmişdir. Hadisənin baş verdiyi yerdə ondan, əri Niyazidən, oğlu Toğruldan və qızı İmamətdən başqa heş kim olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Qəhirman oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-126/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-126/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver