Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-126/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Qazaxıstan Respublikası, Cambul şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmə haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə saat 11:30 radələrində ünvan 2 ünvanında hasar qonşusu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun üzərinə isti su tökməklə boyunun, hər iki qulaq seyvanının, gövdənin arxa nahiyəsinin ümumi bədən səthinin 15-16 %-ni əhatə edən İ-İİ dərəcəli termiki yanığı ilə müşayət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır onun hasar qonşusudur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs suyu bağlamasını xahiş etmiş, bu səbəbdən Zərərçəkmiş şəxslə aralarında sözlə mübahisə olmuş və Zərərçəkmiş şəxs ona evin pəncərəsinin qarşısına hasar hörəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs pəncərənin qarşısına hasar çəkməsini görmüşdür. Təqsirləndirilən şəxs öz yaşadığı evin qapısının qarşısında Zərərçəkmiş şəxs görmüş və ona hasar çəkməməsini xahiş etmişdir. Həmin zaman Təqsirləndirilən şəxsmn qucağında xx.xx.2020ci il təvəllüdlü oğlu X13 var olmuşdur. Bu səbəbdən aralaırnda sözlə mübahisə başlamış və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsmn üzərinə gələrək təpiklə qarın və bud nahiyəsinə vurmuş, saçından yolmuş, səs-küyə Təqsirləndirilən şəxsmn anası X8, sonra isə gəlinləri X14 gəlmişdir. X11 Ağayevi itələyərək onu sakitkləşdirmək istəmiş, Aysun Quliyeva isə Təqsirləndirilən şəxsmn azyaşlı oğlu Ayxan Rzayevi götürmüşdür. Aysun Quluyevin də qucağında və yanında azyaşlı uşaqları olmuşdur. Zərərçəkmiş şəxs sonra getmiş və avtomaşınından balaca bıçaq gətirərək öldürəcəyini demiş, Təqsirləndirilən şəxs onun Ağcagül Həsənovaya xəsarət yetirəcəyindən qorxaraq qabağa keçmiş və Zərərçəkmiş şəxs əlində olan bıçaq Təqsirləndirilən şəxsmn sol qoluna dəymişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs müayinədən keçmək üçün ekspertizaya getmiş, ekspertizadan çıxdıqdan sonra isə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində anası Ağcagül Həsənovaya məxsus evdə kirayəşin kimi yaşayan Narinc kimi tanıdığı şəxsə açarı vermiş, oradan da öz yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs evə getdikdə Ağcagül Həsənova qonşuları Zərərçəkmiş şəxs yanmasını ona demişdir. Təqsirləndirilən şəxs əlavə olaraq Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomaşını apardıqda yaşadığı evə gəlməsini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, onun müdafiəçisini, şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən ünvan 2 ünvanında yaşayır, qonşusu X8 isə təxminən 3 ildir ki, orda yaşayır, onların evinin pəncərəsi Zərərçəkmiş şəxs evinin həyətinə baxır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Ağcagül Həsənovanın yaşadığı evin pəncərəsindən həyətinə baxılmaması üçün hasar çəkmək istəmiş, Ağcagül Həsənova sonucuya hasar çəkdiyi üçün irad bildirmişdir. Bu vaxt Ağcagül Həsənova darvazanın qarşısında olan zaman Zərərçəkmiş şəxs üstünə hücum çəkmiş və yerdən götürdüyü daşlarla qarnına və sinəsinə vurmuş, əl atıb köynəyini cırmışdır. Bu vaxt X2 Elmira Sübhan qızı və adını bilmədiyi gəlini də öz başlarına Zərərçəkmiş şəxs həyətinə girmək istədikdə Zərərçəkmiş şəxs onları həyətə qoymamış, Ağcagül Həsənovanın gəlini təpiklə onun sinəsindən bir neçə dəfə vurmuş, Təqsirləndirilən şəxs da üzərinə hücum çəkdiyi zaman Zərərçəkmiş şəxs qapını bağlayıb həyətə girmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bu barədə DİN-nin «102» xidmətinə zəng edib məlumat vermiş, bir neçə dəqiqədən sonra isə ünvana Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxs həmin günü xəsarət yetirildiyinə görə təhqiqatçı onu ekspertizaya göndərmiş, xx.xx.2022-ci il tarixdə ekspertizadan keçmiş və evə qayıtmışdır. Zərərçəkmiş şəxs evə gəlib həmin hasarı çəkmək istəyəndə X4 Mehtiyeva pəncərəsini açaraq onu çağırmış, ancaq Zərərçəkmiş şəxs ona fikir vermədən işini görürmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona tərəf başını qaldırıb baxmağını istəmiş, sonuncu yenə də başını qaldırmadan işini görməyə davam etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əlindəki qaynar suyu pəncərədən Zərərçəkmiş şəxs belinə tökmüş, o, ağrıdan qışqırmağa başlamışdır. Zərərçəkmiş şəxs səsinə arvadı, qonşuları bizim həyətə gəlmiş, əynindəki paltarlarını çıxartmış, üstünə soyuq su töküb dərman vermişlər. Zərərçəkmiş şəxs özünə gələndə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmasını görmüş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 13 gün 5 saylı xəstəxananın yanıq şöbəsində stasionar müalicədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı X1 Süleyman Qüdrət oğlu ilə qonşudur. Nazir Zeynalov ev tikdiyi üçün Şahid2 da ona kömək etmişdir. xx.xx.2022-ci il tarixdə Şahid2 qardaşı Nazir Zeynalovun evində iş görən zaman səs-küy eşitmiş, küçəyə çıxıb baxdıqda Zərərçəkmiş şəxs 3 nəfər tanımadığım qadının döyməsini görmüş, sonra isə həmin qadınlardan biri Zərərçəkmiş şəxs əynində olan köynəyini çırmış, Zərərçəkmiş şəxs də evinə keçərək qapını bağlamışdır. Sonradan isə Şahid2 Zərərçəkmiş şəxs döyən şəxslərin Elmira, Ağcagül, Aysun olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxslə heç bir yaxın münasibəti və ədavəti yoxdur. Şahid3 xx.xx.2022-ci il tarixdə təxminən saat 11:30 radələrində yaşadığı evə gedən zaman yolu Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsmn yaşadığı evin qarşısından keçmiş, Zərərçəkmiş şəxs evinin qarşısına yaxınlaşan zaman insanların toplaşdığını görmüş, Zərərçəkmiş şəxs həyətinə yaxınlaşdıqda ona Təqsirləndirilən şəxsmn Zərərçəkmiş şəxs isti su ilə yandırmasını demişlər. Bu zaman təcili tibbi yardım avtomaşını gəlmiş, həkimlər Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparmışlar. Təcili tibbi yardım maşını getdikdən sonra Şahid3 Zərərçəkmiş şəxs həyətindən çıxmış və Təqsirləndirilən şəxs öz həyətində görmüşdür. Təqsirləndirilən şəxsmn yanında bir neçə tanımadığı qadın da olmuş, Təqsirləndirilən şəxs yanında olan qadınlara “yandırmışam əcəb eləmişəm” ifadəsini işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki, tanıyır, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxslə heç bir yaxın münasibəti və ədavəti yoxdur. X19 Mehtiyevamn evində kirayəşin kimi yaşamış, hal-hazırda da Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. Xəqani Zeynalov xx.xx.2022-ci il tarixdə təxminən saat 11:30 radələrində küçədə olan zaman Zərərçəkmiş şəxs evindən səs-küy eşitmiş, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getdikdə Zərərçəkmiş şəxs kürək nahiyəsindən yanıq xəsarəti almasını görmüşdür. Orada olan şəxslər X12 Ağayevin üzərinə Təqsirləndirilən şəxsmn isti su tökməsini demişlər. Sonra isə təcili tibbi yardım avtomaşını gəlmiş, həkimlər Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs gekdikdən sonra Xəqani Zeynalov onun həyətindən çıxaraq öz evinə gedərkən Təqsirləndirilən şəxs öz yaşadığı evin qapısının qarşısında görmüş, Təqsirləndirilən şəxsmn yanında anası Ağcagül Həsənova dayanmışdı, Təqsirləndirilən şəxs uca səslə “yandırmışam əcəb eləmişəm” ifadəsini işlətmişdir. Xəqani Zeynalov əlavə olaraq Zərərçəkmiş şəxs evində olan zaman təcili tibbi yardım avtomaşm gəlməsini, Təqsirləndirilən şəxsmn yalan deməsini, o, təcili tibbi yardım avtomaşını getdikdən sonra öz evinə gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun zamandır ki, tanıyıram. Təqsirləndirilən şəxsm isə tanımır, aralarında heç bir ədavət yoxdur. Şahid4 xx.xx.2022-ci il tarixdə təxminən saat 11:30 radələrində aptekə getmək üçün Zərərçəkmiş şəxs yaşadığı evin qarşısı ilə hərəkət edən zaman onun evindən səs-küy eşitmiş, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gələn zaman Zərərçəkmiş şəxs yanıq xəsarəti almasım görmüşdür. Orada olan şəxslərdən nə olmasını soruşduqda Şahid4 Təqsirləndirilən şəxsnm Zərərçəkmiş şəxs isti su ilə yandırmasını bildirmişlər. Sonra isə təcili tibbi yardım avtomaşını gəlmiş, həkimlər ilk tibbi yardım göstərdikdən sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlarr. Zərərçəkmiş şəxs xəstəxanaya getdikdən sonra Şahid4 da onun yaşadığı evin həyətindən küçəyə çıxmış və Təqsirləndirilən şəxs öz yaşadığı evin darvazasının qarşısında görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun zamandır, Təqsirləndirilən şəxs isə təxminən 1 ildir ki, tanıyır. Şahid1 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, aralarında heç bir ədavət yoxdur. Şahid1 xx.xx.2022-ci il tarixdə təxminən saat 11:30 radələrində yaşadığı evdə olan zaman səs-küy eşitmiş, küçəyə çıxdıqda Zərərçəkmiş şəxs qapısına qonşular yığışmasını görmüş, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getdikdə Zərərçəkmiş şəxs yanıq xəsarəti alması ona məlum olmuşdur. Orada Şahid1 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsnm isti su ilə yandırmasını demişlər. Sonra isə təcili tibbi yardım avtomaşını gəlmiş, həkimlər ilk tibbi yardım göstərdikdən sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs xəstəxanaya getdikdən sonra Şahid1 da onun yaşadığı evin həyətindən çıxaraq öz evinə gedən zaman Təqsirləndirilən şəxs “əcəb edib yandırmışam” ifadəsini işlətmişdir. Şahid1 əlavə olaraq Zərərçəkmiş şəxs evinə gedən zaman təcili tibbi yardım maşını gəlmədiyini, Təqsirləndirilən şəxs isə öz yaşadığı evin qapısının qarşısında dayanmasım bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki, tanıyır. Şahid5 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, aralarında heç bir ədavət yoxdur. Şahid5 xx.xx.2022-ci il tarixdə təxminən saat 11:30 radələrində yaşadığı evdə olan zaman səs-küy eşitmiş, küçəyə çıxdıqda Zərərçəkmiş şəxs qapısına qonşular yığışmasını görmüşdür. Şahid5 Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getdikdə Zərərçəkmiş şəxs yanıq xəsarəti almasını görmüş, orada ona Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsnm isti su ilə yandırmasını demişlər. Sonra isə təcili tibbi yardım avtomaşını gəlmiş, həkimlər ilk tibbi yardım göstərdikdən sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs xəstəxanaya getdikdən sonra mən də onun yaşadığı evin həyətindən çıxaraq öz evinə getmiş və Təqsirləndirilən şəxs öz qapısının qarşısında görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı, X14 isə gəlinidir. Ağcagül Həsənova təxminən 1 ildir ki, qızı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs isə qızı Təqsirləndirilən şəxs hasar qonşusudur. Ağcagül Həsənova xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı ünvanda olan zaman küçədə səs-küy eşitmiş, qapının qarşısına çıxdıqda Zərərçəkmiş şəxs qızı Təqsirləndirilən şəxs saçından tutub yolmasını, gəlini Aysun Quliyeva da qucağında azyaşlı uşağı ilə Təqsirləndirilən şəxs uşağını sakitləşdirmək üçün qucağına almasını görmüşdür. X11 Ağayevi Təqsirləndirilən şəxs döyməməsi üçün itələmiş, bu zaman Süleman Ağayevin əynində olan köynək cırılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs avtomaşınından bıçaq götürərək onları qorxutmağa başlamış, Təqsirləndirilən şəxs qabağa keçərək Zərərçəkmiş şəxs “məni öldürəcəksən” demiş və Zərərçəkmiş şəxs əlində olan bıçaq Təqsirləndirilən şəxs qoluna dəymişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında X21 Mehtiyevanın yaşadığı evə azyaşlı uşaqları ilə birlikdə gəlmiş, həmin zaman Təqsirləndirilən şəxs evdə olmamış, müayinədən keçmək məqsədilə məhkəmə tibbi ekspertizasına getmişdir. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında Ağcagül Həsənova və gəlini X21 Mehtiyevanın evinin həyətində yerləşən geyim dükanında olan zaman səs eşitmiş, küçəyə çıxdıqda Zərərçəkmiş şəxs “yandımyandım” deyərək qışqırmasını görmüşdür. Zərərçəkmiş şəxs küçədə əynində olan paltarı çıxartmış, təcili tibbi yardım avtomaşını gəlib Zərərçəkmiş şəxs apardıqdan sonra Təqsirləndirilən şəxs evə gəlmiş və nə baş verməsini soruşduqda Ağcagül Həsənova ona gördüyü hadisəni danışmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızı, Zərərçəkmiş şəxs isə baldızı Təqsirləndirilən şəxsnm hasar qonşusudur. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Aysun Quliyeva baldızı Təqsirləndirilən şəxsnm yaşadığı evə gələn zaman Təqsirləndirilən şəxsnm yaşadığı evin qapısının qarşısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsnm saçından tutmasını görmüş, Aysun Quliyevanın da qucağında xx.xx.2021-ci il təvəllüdlü qızı X9 olmuşdur. Aysun Quliyeva onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs sakitləşməsini demiş və Təqsirləndirilən şəxsnm yanında olan xx.xx.2020-ci il təvəllüdlü oğlu X7 qucağına götürmüşdür. Sonra isə Aysun Quliyevanın qayınanası X8 gəlmiş, Zərərçəkmiş şəxs itələmiş və həmin zaman Zərərçəkmiş şəxs əynində olan köynəyi cırılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs avtomaşınından bıçaq götürərək onları qorxutmağa başlamış, bu zaman Təqsirləndirilən şəxs qabağa keçərək Zərərçəkmiş şəxs “məni öldürəcəksən” demiş və Zərərçəkmiş şəxs əlində olan bıçaq Təqsirləndirilən şəxs qoluna dəymişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında X21 Mehtiyevanın yaşadığı evə azyaşlı uşaqları ilə birlikdə getmiş, həmin zaman Təqsirləndirilən şəxs evdə olmamış, müayinədən keçmək məqsədilə məhkəmə tibbi ekspertizasına getmişmiş, ancaq X3 Mehtiyavın azyaşlı uşaqları ilə birlikdə evdə olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında Aysun Quliyeva və qayınanası X17 Mehtiyevanın evinin həyətində yerləşən geyim dükanında olan zaman səs eşitmişlər, Aysun Quliyeva və qayınanası Ağcagül Həsənova küçəyə çıxdıqda Zərərçəkmiş şəxs “yandım-yandım” deyərək qışqırmasını görmüşdür. Zərərçəkmiş şəxs küçədə əynində olan paltarı çıxartmış, təcili tibbi yardım avtomaşını gələrək Zərərçəkmiş şəxs apardıqdan sonra Təqsirləndirilən şəxs evə gəlmiş və nə baş verməsini soruşduqda Ağcagül Həsənova ona gördüyü hadisəni danışmışdır. Cinayət işinin materiallarının 54-56-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 832 nömrəli rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs boyunun, hər iki qulaq seyvanının, gövdənin arxa nahiyəsinin ümumi bədən səthinin 15-16 %-ni əhatə edən İ-İİ dərəcəli termiki (maye-su) yanığı müəyyən edildi. Xəsarətlər yüksək hərarətin qısa müddətli yerli təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022ci il tarixdə və şəraitdə qaynar mayenin-suyun üzərinə tökülməsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarının 159-cu vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikaıs CM-nin 128-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi və qərarın surəti Təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim olunması qərara alınmışdır. Cinayət işinin materiallarının 179-cu vərəqində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Cinayət işinin materiallarının 80-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağının olduğunu məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağının olduğunu) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1000 (bir min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-126/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-126/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver