Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-126/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X22 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Mülki iddiaçı Şahid4, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Hava Yolları QSC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatda olmaqla nömrəsiz evdə yaşayan, 17 sentyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə saat 17 radələrində gündüz vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan PAZ 32050R markalı, 10AG551 dövlət qeydiyyat nişanlı avtobusla saatda 30-40 kilometr sürətlə düz asfalt yolda Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etməyərək, qarşıda hərəkət hissəsinin sağında sürücü Şahid4 tərəfindən çox hissəsi səkidə olmaqla parklanmış «Hyundai Elantra» markalı, 90OD181 dövlət qeydiyyat nişanlı avtomobili nəzərə almadan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçməməsi nəticəsində «Hyundai Elantra» markalı avtomobil ilə toqquşandan sonra getdiyi isitqamətdə hərəkətini davam etdirərək, həmin vaxt yolun sağında ticarət obyektləri cərgəsindəki ət dükanının qarşısında səkinin yola bitişik hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş, daha sonra qabağa getməkdə davam edərək yolun sağ kənarında sürücü Şahid2 tərəfindən parklanmış “Mercedes Benz C” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, “Mercedes Benz C” markalı avtomobil isə onun idarə etdiyi PAZ 32050R markalı avtomobilin zərbəsinin təsirindən baş vermiş yerdəyişmə nəticəsində həmin yerdə sürücü Şahid1 tərəfindən parklanmış “Mercedes Benz C” markalı, 99EJ129 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması, ehtiyatsızlıqdan yolun kənarında dayandığı vəziyyətdə vurulmuş piyada Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin sınıqları, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün sınığı, hər iki üst göz qapaqlarının qançırları, sol ayağın sıyrığı kimi dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər almasına, kəllə tağı və əsası sümüklərinin sınıqları ilə müşaiyət olunan baş beyinin əzilməsindən ölməsinə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən etibarən Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətində avtobus sürücüsü işləyir. 27 yanvar 2024-cü il tarixdə «CE» dərəcəli ilə BA443204 seriya və nömrəli sürücülük vəsiqəsi almış, sənədin etibarlılıq müddəti 27 yanvar 2034-cü ilə qədərdir. Son vaxtlar Hava Limanına məxsus «PAZ» markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtobusu müvafiq əmrə əsasən idarə etmişdir. İş rejimi elədir ki, hər gün saat 09:00-da işə başlayıb saat 18-də başa çatır, işi fəhlələri aeroportun ərazisində daşımaqdan ibarət olur. İş vaxtı başa çatandan sonra avtobusu qaraja təhvil verib işdən çıxır. Avtobusu gündəlik yol vərəqəsi əsasında, eləcə də özü müvafiq nəzarətçilər tərəfindən yoxlanılıb qarajdan çıxardır. 05 iyun 2024-cü il tarixdə adətən olduğu kimi saat 09:00-da işə çıxmış, fəhlələri son bir neçə ay ərzində işlədikləri aeroportun Ramana qəsəbəsi istiqamətində olan mühafizə hasarının çöl tərəfində işlədikləri əraziyə aparmışdır. İş vaxtının sonunadək həmin ərazidə gözləmiş və fəhlələr işlərini qurtarandan sonra saat 17 radələrində onları aeroporta qaytarmaq üçün «PAZ» markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtobusa götürmüşdür. Fəhlələrdən Zabil, Elnur, Vüqar avtobusda olmuşlar. Gündəlik marşrutu olan Bülbülə qəsəbəsinin Samir Əliyev küçəsi ilə aeroport istiqamətində hərəkət etdiyi zaman gözlənilmədən yaranmış təhlükəli vəziyyətdən çıxa bilməyib qəzaya düşmüşdür. Hadisə yerində iki tərəfli hərəkət olan düz asfalt yolun özünə aid sağ tərəfi ilə hərəkət etmiş, yolda avtomobillərin sıxlığı olmuş, günün sonu olduğuna görə küçədə piyadalar da çox olmuşdur. O, getdiyi istiqamətdə qabaqdakı yolayırıcında işıqfora çatmamış qırmızı işığın yanmasını görmüş və sürəti tam endirmək üçün tormoz əyləcini basmış, lakin əyləc işə düşməmişdir. O vaxta qədər isə əyləc işlək vəziyyətdə olmuş, tormoz verə bilməməyindən həyəcanlı vəziyyətə düşmüşdür. Həmin vaxt maşınının sürəti təxminən 30-40 km/saat olardı, ondan artıq olmazdı. Bu vəziyyətdə bir neçə dəfə tormoz əyləcini bassa da, heç bir nəticə olmamış və əyləcin sıradan çıxdığını fikirləşmiş, tormoz verə bilmədiyindən avtobusu saxlaya bilməmişdir. Həmin vaxtı yolun sağ kənarında bir hissəsi səkidə olan qara rəngli Hyundai markalı avtomobil dayanmışdır. İdarə etdiyi avtobus həmin Hyundai markalı avtomobilin sol yan tərəfinə dəyib sürtünəndən sonra qabağa hərəkəti davam etdirəndə yolun sağ kənarında mağazaların qarşısında 50-55 yaşlarında qadının dayandığını da görmüşdür. Bütün bu müddət ərzində tormoz əyləcini basmaqda davam etmiş, amma əyləc işləməmişdir. Yolda hərəkətin sıxlığına görə hərəkətdə olan avtomobillərin sürücüləri üçün maneə yaratmamağa çalışmış, ona görə diqqətini daha çox yola vermişdir. Əyləci basıb avtobusu dayandırmağa çalışdığı zaman fikri yayındığı üçün yolun sağ kənarında dayanmış həmin piyada qadını bir anlıq diqqətindən qaçırmışdır. Buna görə avtobusun qabaq sağ tərəfinin qadına dəyməsini görə bilməmiş və hiss etməmişdir. Avtobus yolun sağ kənarında dayanmış gümüşü rəngli Mercedes Benz markalı minik avtomobilinin arxa tərəfindən dəyəndən sonra toqquşmanın təsiri nəticəsində dayanmışdır. Hesab edir ki, tormoz işləmədiyinə görə avtobus ancaq toqquşma nəticəsində dayana bilərdi, başqa cür saxlamaq mümkün olmamışdır. Avtobus dayanandan sonra hadisə yerində olan adamların dediklərindən bilmişdir ki, avtobus yolun kənarında dayanmış qadını vurmuşdur və qadın səkinin üstünə yıxılıb ağır yaralı vəziyyətdə qalmışdır. Fəhlələr də avtobusdan yerə düşmüş, yaralı qadına yaxınlaşıb üzünə su vurmuşlar, başından çoxlu qan axan qadın yaralı vəziyyətdə zarımışdır. Təcili yardıma zəng vurmuşlar və bir neçə dəqiqə sonra təcili yardım gəlib qadını 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. O isə hadisə yerində qalıb polislərin gəlməsini gözləmişdir. Eyni zamanda iş yerinə məlumat vermək üçün hadisə yerindən baş dispetçer Aqşinə zəng vurmuş, iş yerindən avtomobil nəqliyyatı idarəsinin rəisi Müşviq və təhlükəsizlik inspektoru Elşən hadisə yerinə gəlmişlər. Hadisə yerində bəzi tanımadığı şəxslər demişlər ki, guya avtobusun sürəti yüksək olmuş, 70-80 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu deyilənlər həqiqətdən çox uzaqdır, həmin sıxlıqda avtomobili ancaq 30-40 km/saat sürətlə hərəkət etdirmək mümkün olmuş, o da belə bir sürətlə hərəkətdə olmuşdur. Buna görə də idarəyə zəng vurub hərəkət sürətini GPRS vasitəsiylə yoxlamağı xahiş etmişdir. İdarədən GPRS-lə hərəkət sürəti yoxlandıqdan sonra məlumat vermişlər ki, hadisədən 3 dəqiqə əvvəl 21 km/saat sürətlə hərəkətdə olmuşdur. Polis əməkdaşları hadisə yerinə gələndən sonra özünü piyadanı vurmuş avtobusun sürücüsü kimi təqdim etmişdir. Sonradan hadisə yerinə baxış keçirilməsində iştirak edib hadisə barədə gördüklərini danışmış və yerində göstərmiş, dedikləri qeydə alınmış, protokol və sxem tərtib olunmuş, hadisə yerində olanlar, ölçülmüş məsafələr protokola və sxemə yazılmış, fotoşəkillər çəkilmişdir. Protokol və sxemlə tanış olub imzalamışdır. Hadisə zamanı ayıq olmuşdur, spirtli içkilər içmir, səhhətinə görə sağlam halda olmuş, avtomobili sürücü kimi idarə etməyə mane ola biləcək yorğunluğu olmamışdır. Avtobusu qarajdan gündəlik götürəndə mexanik avtobusun texniki sazlığını yoxlayıb marşruta buraxılmağına icazə verilir. Həmin gün də mexanik Amil avtobusu yoxlamış və saz vəziyyətdə olmasını bildirmişdir. Həmçinin idarə etdiyi həmin avtobusda əvvəllər müxtəlif nasazlıqla olmuş, bir neçə dəfə əyləc sıradan çıxmışdır. Belə hallarda mexanik nasazlığı aradan qaldırdıqdan sonra avtobus istismara verilmişdir. O, avtobusun tez-tez nasazlıqları barədə deyəndə rəhbərlik yeni avtobus alacaqları ilə onu arxayın etmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Sonda barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ilə təxminən 20 il olar ki, evli olmuşlar. Mərhum arvadı Zərərçəkmiş şəxs Qala qəsəbəsində yerləşən məktəbdə dalandar işləmiş, 2-ci qrup əlil olmuşdur. Özü də əlil kimi işləyə bilmədiyinə görə mərhum Zərərçəkmiş şəxs ona da baxmışdır. 05 iyun 2024-cü il tarixdə saat 17 radələrində mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs işlədiyi məktəbdən çıxıb avtobusa əyləşərək evə gəlmək istəmiş, evindən təxminən 100-150 metr aralıdakı Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən dayanacaqda avtobusdan düşmüşdür. Arvadı Zərərçəkmiş şəxs ölməsi barədə qonşulardan xəbər tutan kimi hadisə yerinə getmişdir. Hadisə şahidlərindən öyrənmişdir ki, mərhum arvadı Zərərçəkmiş şəxs səkinin üzərində hərəkətdə olarkən işıqfora tərəf gedərkən avtobusun sürücüsü sürətlə gələrək yolun sağ tərəfində səkinin üzərində dayandığı yerdə sonuncunu vurmuş, hadisədən sonra Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bir neçə dəqiqədən sonra Təcili yardım gəlmiş və özü mərhum həyat yoldaşı Mehribanı qucağına alıb təcili yardımla Yeni Ramanada yeni açılmış hospitala aparmışlar, ancaq Mehriban artıq öldüyünə görə xəstəxanadan demişlər ki, meyiti morqa aparmaq lazımdır. Odur ki, polislər gələndən sonra mərhum Zərərçəkmiş şəxs meyitini morqa aparmışlar, meyit müayinə olunduqdan sonra mərhum Zərərçəkmiş şəxs Yeni Suraxanı qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb olan sürücünü hadisə yerində görməmiş, çünki hadisənin təsirindən özündə olmamışdır. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs dəfndə iştirak etmiş və mərhum arvadı Zərərçəkmiş şəxs ölümünə görə ona dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüş və ödəmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, oğlu ilə birlikdə yaşayır. “Mercedes Benz C Class” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, avtomobili özü idarə edir. 05 iyun 2024-cü il tarixdə günorta saatlarında idarə etdiyi “Mercedes Benz C Class” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yol ayırıcına çatmamış yolun sağında yerləşən dayanacaqda saxlayıb qapılarını bağlamış və marşrutla H.Aslanov metrosu ərazisinə qızı Rəvanəgilə qonaq getmişdir. Həmin gün saat təxminən 16 radələrində tanımadığı nömrədən ona zəng edən şəxs avtomobili saxladığı yerdə yol nəqliyyat hadisəsi baş verdiyini, onun avtomobilinə də ziyan dəydiyini demişdir. O dərhal taksiyə əyləşib həmin yerə getmiş, hadisə yerinə çatdıqda özünə məxsus “Mercedes Benz C Class” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa və qabaq hissələrinin əzildiyini, avtomobilə xeyli ziyan dəydiyini görmüşdür. Hadisəni görmüş şəxslərdən soruşduqda demişlər ki, avtobus sürücüsü başqa maşını vurduqdan sonra bir nəfər qadını vurub və daha sonra da onun maşınını vurub. O, avtobusun sürücüsünü və digər hadisə iştirakçılarını görməmiş və tanımır. Polis əməkdaşları tərəfindən hadisə yeri müayinə edilmiş və ona məxsus avtomobil hadisə yerindən götürülmüşdür. Həmin yol-nəqliyyat hadisəsi zamanı ona maddi ziyan dəymişdir. Həmin yol-nəqliyyat hadisəsi 05 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində baş vermişdir. Özü hadisəni görməmiş, həmin vaxt qızıgildə olmuşdur. Hadisə barədə ona zəng edib məlumat vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən X18 Baş İdarəsinin nəzdində olan Xüsusi avtomobil nəqliyyatı idarəsində dəstə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Azərbaycan Hava Yolları QSC-də sürücü işləyir. "xxxx" markalı, 10AG551 dövlət qeydiyyat nişanlı avtomobil sürücü Təqsirləndirilən şəxs gündəlik yol vərəqəsi ilə təhkim edilmişdir. Hər gün saat 09:00-da avtobus xəttə buraxılmamışdan əvvəl sürücü tibbi müayinədən keçir, sonra mexaniklə bir yerdə nəqliyyat vasitəsi texniki baxışdan keçirilir, bu barədə yol vərəqəsində mexanikin razılığı imzaları ilə qeyd olunur, sürücü də nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasını imzası ilə təsdiq edir. Bir neçə aydır ki, sürücü Təqsirləndirilən şəxs aeroportun fəhlələrini aeroportun ətrafına otları təmizləmək üçün işləməyə aparır və iş qurtarandan sonra avtobusu aeroporta qaytarıb təhvil verir. Axşam avtobus təhvil veriləndə də mexaniklə bir yerdə avtobusa texniki baxış keçirilir və sonra təhvil verilir. 05 iyun 2024-cü il tarixdə saat 09:00-da eyni qaydada sürücü Təqsirləndirilən şəxs avtobusu təhvil götürmüşdür. Həmin gün saat 17 radələrində idarə rəisi Fuad Mehdizadə ona məlumat vermişdir ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla yol-nəqliyyat hadisəsi törətmişdir. Məlumat alan kimi aeroportun nəzdində olan «SƏTƏM»-in nümayəndəsi Elşən Qarayevlə birlikdə hadisə yerinə, yəni Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinə getmişlər. Hadisə avtobus aeroporta qayıdarkən hərəkət xəttində baş vermişdir. Hadisə yerində görmüşlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtobus yolun sağ kənarında işıqfora çatmamış gümüşü rəngli Mercedes markalı avtomobilin arxa hissəsi ilə toqquşub dayanmışdır. Mercedes markalı avtomobil də qarşısındakı digər gümüşü rəngli Mercedes markalı avtomobilin arxa hissəsinə toqquşub sıxılmış vəziyyətdə qalmışdır. Yolun sağ kənarında səkinin üzərində, mağazaların qarşısında 50-55 yaşlı qadın yaralı vəziyyətdə, hərəkətsiz yerə yıxılıb qalmış, qadının baş nahiyyəsindən axan qan yerə tökülmüşdür. Başqa bir qara rəngli Hundai markalı avtomobil isə qadının olduğu yerdən təxminən 2-3 metr arxada yolun sağ kənarında dayanmış və həmin avtomobilin qabaq sol tərəfi də əzilmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisə yerində onlara demişdir ki, işıqfora çatmamış əyləci basmış, lakin əyləc işə düşmədiyinə görə avtobusu saxlaya bilməmiş, bu səbəbdən də əvvəlcə Hundai markalı avtomobilin qabaq sol tərəfi ilə toqquşmuş, sonra da başı əyləci basmağa qarışmış və avtobusu saxlaya bilmədiyinə görə avtobus qarşıda dayanmış Mercedes markalı avtomobilin arxa tərəfi ilə toqquşduqdan sonra dayanmışdır, bundan sonra bilmişdir ki, yolun sağ kənarında dayanmış qadını avtobusun qabaq sağ tərəfi ilə vurmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, sürəti az olmuşdur. Onun dediklərini yoxlamaq üçün idarənin GPRS vasitəsi ilə yoxlamışlar və məlum olmuşdur ki, hadisədən 3 dəqiqə əvvəl avtobusun hərəkət sürəti 21 km/saat olmuşdur. Hadisə yerinə təcili yardım gəldikdən sonra yaralı qadını xəstəxanaya aparmışlar. Onlar isə sürücü ilə hadisə yerində qalmışlar. Polislər gəldikdən sonra hadisə yerinə baxış keçirilmişdir. Polislərin müşayiəti ilə sürücü Təqsirləndirilən şəxs avtobusu işə salıb duracağa aparmışdır, avtobusu işə salarkən əyləc qaydasında olmuşdur. Avtobus hər gün xəttə buraxılmamışdan əvvəl texniki baxış keçirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Heydər Əliyev adına X14 işləyir. Xeyli vaxtdır ki, hava limanının ərazisində sərhəd zolağında olan ot-alafın biçilib təmizlənməsi işinə cəlb edilmişlər. Hər gün səhər saat 9:00-da fəhlələr üçün ayrılmış avtobus onları idarədən götürüb iş gördükləri sahəyə aparır, saat 16:30 radələrində isə iş qurtardıqdan sonra avtobus onları gətirib hava limanına düşürdür. 05 iyun 2024-cü il tarixdə də saat 09:00-da sürücü Təqsirləndirilən şəxs “Paz” markalı avtobusu idarə edərək onları idarədən götürüb hava limanının Ramana ərazisindəki iş sahəsinə aparmış, saat 17 radələrində isə onu, Elnuru və Vüqarı götürüb hava limanına aparmaq istəmişdir. Onlar gəlib Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yol ayrıcına çatanda işıqforun qırmızı işığı yanmış, həmin vaxt sürücü Təqsirləndirilən şəxs qışqırıb demişdir ki, tormoz tutmur və həyəcanlı şəkildə tez-tez pedala basmağa başlamışdır. Həmin vaxt onlar oturacaqlarda oturduqları zaman avtobus yolun sağında dayanmış avtomobillərlə toqquşmuş, toqquşmadan sonra dayanmışdır. Avtobusdan yerə düşəndən sonra görmüşlər ki, sağ tərəfdə səkinin üstündə orta yaşlı qadın ağır yaralı vəziyyətdə yıxılıb yerdə qalmışdır, başından qan axır. Başa düşmüşlər ki, həmin qadını Ülfət avtobusda idarə etməni itirdiyi zaman ehtiyatsızlıqdan vurmuşdur. Qadına yaxınlaşıb kömək etməyə çalışmışlar, ancaq qadın artıq ölmüşdür. Ülfət və orada olan şəxslər zəng edib təcili tibbi yardım çağırmışlar və qadını hadisə yerindən götürüb təcili tibbi yardımla yola salmışlar. Onlar Ülfətin yanında sona qədər hadisə yerində gözləmişlər, polislər hadisə yerinə gəlib Ülfətin iştirakı ilə baxış keçirmişlər, baxış keçirilib qurtardıqdan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, avtobusu idarə edərək duracağa yerləşdirsin. O, digər iş yoldaşıları Elnur və Vüqar ilə avtobusa minərək Ülfətlə duracağa getmişlər, çünki iş alətləri avtobusun içində olmuşdur. Ülfət avtobusu duracağa qoyduqdan sonra onlar da iş alətlərini götürüb hava limanına başqa bir avtomobillə getmişlər. Yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamış, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs hadisə yerindən “Paz” markalı avtobusu idarə edərək duracağa apararkən hadisə yerindən duracağa gedənə qədər avtobusun əyləc sistemində hər hansı bir nasazlıq baş verməmişdir. Məhkəmə istintaqı zamanı şahid, həmçinin mülki iddiaçı qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 05 iyun 2024-cü il tarixdə saat 16:35 radələrində avtomobilini aptekin qarşısında saxlamış, aptekdən dərman alıb çıxarkən zərbənin təsiri ilə geri atılmışdır. Ondan bir metr kənarda dayanan qadını avtobus vurub öldürmüş, onun və digər iki şəxsin avtomobilini əzmişdir. Bu hadisədən sonra xeyli müddət ərzində o, özünə gələ bilməmiş, şok vəziyyətində olmuşdur. Onu zərbə geri atanda avtobusun gəldiyini, qadını vurub öldürdüyünü görməmişdir, baş verənləri sonradan başa düşmüşdür. Aptek və işıqforun arasındakı məsafə 30 metr olmuşdur. Hadisə zamanı onun avtomobili dayanmış vəziyyətdə olmuşdur. Hadisə zamanı Ülfəz Namazov fiziki qüsurlu, sağlamlığında problem olması ucbatından qəsəbə içərisində 80-90 km/saat sürətlə avtobusu idarə etmişdir. Buna dair onda videogörüntülər də vardır. Ülfətin dediyinə görə onun qabağına maşın çıxıb, maşını vurmamaq üçün onun avtomobilini əzmiş, avtomobilin qapısı, qanadı əzilmişdir. İşıqfora 50 metr məsafə qalanda 80-90 km/saat sürətlə nəqliyyat vasitəsi idarə etmək olmaz. Ümumiyyətlə baş verən hadisəni ehtiyatsızlıq kimi qiymətləndirmək olmaz, əgər hadisə ehtiyatsızlıqdan törədilmiş olsaydı Ülfət avtobusu aşağı sürətlə idarə etməli və qarşısına çıxan avtomobili vurmalı idi. Avtobus sürücüsü kimi işləmək üçün, şəxsin “D” kateqoriyası olması üçün minimum beş il ağır nəqliyyat vasitələrində sürücü kimi işləmək lazımdır, deməli Ülfətin avtobusu sürmək üçün səriştəsi olmamışdır. Ülfətin avtobusla vurduğu qadın təcili yardım gələndə artıq ölmüşdü. O, hadisədən sonra 5 ay ərzində avtomobilsiz qalmışdır, belə ki, müstəntiq ona arayışı oktyabr ayında vermişdir. O, onkoloji xəstədir, hazırda Milli Onkologiya Mərkəzində hər gün kimya və şüa terapiyası alaraq müalicə alır. O, şüa terapiyası olunan zaman sol buduna infeksiya keçmişdir. Buna görə də 5 ay ərzində, yəni iyun-oktyabr ayları ərzində öz təqaüdü hesabına sarğı üçün xəstəxanaya gedib-gəlmiş, gündəlik taksiyə 20 manat pul vermişdir, yəni onun taksiyə 5 ay ərzində çəkdiyi xərc 2600 manatdır, halbuki o, öz avtomobili ilə xəstəxanaya gedib-gəlsəydi daha az xərci çıxardı. Yəni 2600 manat ona dəymiş mənəvi ziyandır, həmçinin o, hadisə nəticəsində sarsıntı keçirmiş, şəkər və təzyiq dərmanları da almışdır ki, bu da mənəvi ziyan hesab olunmalıdır. Belə ki, o, Mərcan, Onkologiya, Yeni, Oksigen və Berlin klinikalarına gedibgəlmişdir. O, hadisə zamanı fiziki xəsarət almamışdır amma mənəvi sarsıntı keçirmişdir. Belə ki, o, qorxmuş, şoka düşmüş, təzyiqi və şəkəri qalxmışdır. Hadisə zamanı onun avtomobilinə dəyən ziyanın həcmi sığorta şirkəti tərəfindən 1360 manat miqdarında hesablanmış və avtomobili kasko sığorta olunduğuna görə sığorta tərəfindən ona 1360 manat ödənilmişdir. O, əməliyyat olunmalıdır deyə avtomobilini satmaq qərarına gəlmişdir. 2024-cü ildə sözügedən hadisə baş verməmişdən əvvəl onun avtomobili Paşa Sığorta Şirkəti tərəfindən iyirmi min manat dəyərində qiymətləndirilirdisə, hadisə baş verdikdən sonra on səkkiz min manat dəyərində qiymətləndirilmiş, yəni ona hadisədən sonra 2000 manat ziyan dəymişdir. Həmçinin o, 5 ay ərzində bazara gedərək ərzaq almış, yas yerlərinə, qəbir üstünə getmişdir, bu halda təbii ki, o, avtobusla gedə bilməzdi, buna görə də onun məhz bu yol xərclərinə 950 manat xərci çıxmışdır. Təqsirləndirilən şəxs ona dəyən maddi və mənəvi ziyanı, yəni 2600 manat xəstəliyə görə xəstəxanaya gedib-gələrkən çəkilən yol xərci, 950 manat digər yol xərcləri və 2000 manat avtomobilinə dəyən əlavə zərərin əvəzi, ümumilikdə 5550 manat maddi və mənəvi zərərin əvəzini ödəməlidir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, öz adına qeydiyyatda olan «Mercedes Benz E Class» minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 05 iyun 2024-cü il tarixdə saat 16:35 radələrində «Mercedes Benz E class» minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindən Ramana qəsəbəsi istiqamətində hərəkətdə olaraq işıqfora təxminən 10-15 metr qalmış avtomobili yolun sağ kənarında saxlamışdır ki, mobil telefonunda olan şəxsi məlumatlara baxsın. Təxminən 10-15 dəqiqə avtomobili dayanmış vəziyyətdə sükan arxasında əyləşib mobil telefonla məşğul olmuşdur ki, arxa tərəfdən nə isə dəyib avtomobilini qabağa itələmişdir. Avtomobildən düşəndən sonra görmüşdür ki, «Paz» markalı avtobus hərəkətdə olaraq onunla eyni istiqamətdə yolun kənarında dayanmış Hundai markalı avtomobili vurmuş, sonra isə səkinin üzərində yola yaxın dayanmış orta yaşlı qadını vurmuş, sonra isə ondan arxada dayanmış Mercedes Benz C Class markalı avtomobili arxa tərəfdən vurmuş, zərbənin təsirindən yerindən tərpənən həmin Mercedes markalı avtomobil isə onun avtomobilinin arxa tərəfi ilə toqquşmuşdur. Avtobusun sürücüsü cavan oğlan olmuş və hadisə yerində vurulmuş qadının yanında dayanmışdır. Qadın hərəkətsiz vəziyyətdə yerdə uzanmış, başı səkinin üzərində olan ət dükanının artırmasına dəymiş və qadın artıq hadisə yerində ölmüşdür. Hadisə yerinə təcili yardım gələndən sonra sürücü və kənar şəxslər qadının meyitini təcili yardım maşınına qoymuşlar. Sürücü özü isə hadisə yerində qalmışdır. Bir az sonra hadisə yerinə polislər gəlmiş və sürücünün, onun və digər avtomobili əzilmiş sürücülərin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Sürücünün hansı səbəbdən avtobusun idarəetməsini itirməsini deyə bilməz. Ancaq hadisə yerində söyləmişlər ki, sürücü avtobusu sürətli idarə etmişdir, buna görə də idarəetməni itirmişdir. Hadisə nəticəsində onun avtomobilinə təxminən 300 manat ziyan dəymiş, özü isə heç bir xəsarət almamışdır. Buna görə də sürücüdən heç bir şikayət və tələbi yoxdur, heç bir xəsarət almadığına görə məhkəmə tibbi ekspertizadan keçməyinə də lüzum yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, iş icraata qəbul edilmişdir (i.v. 01); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 1/4963 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur (i.v. 04); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1998-ci il buraxılışlı, Vaqon 21+1-yerli tipli, ağ yaşıl rəngli, 10AG551 dövlət qediyyat nişanlı, "xxxx" markalı avtobus Azərbaycan Hava Yolları QSC-in mülkiyyətindədir (i.v. 05); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yerində - Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yol örtüyünün eni 9 metr, hərəkət hissəsinin eni 8 metr, yolun səthi düz, üfüqi, baxış keçirilən zaman qurudur. Hadisə yerində nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkətinə icazə verilmiş, yolun səthinin üfüqi nişanlanma xətləri görünməz həddə silinmiş, bəzi yerlərdə zəif fraqmentləri saxlanılır. Baxış keçirilən istiqamətdə ardıcıl olaraq aptek, ət dükanı, “Bərəkət” market, “Murad Ucuzluq” market yerləşir. Hadisə gündüz vaxtı baş vermişdir. Baxış keçirilən istiqamətdə ardıcıl olaraq - «Hyundai Elantra» markalı, ** OD *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil çox hissəsi səkidə, sol tərəfi 0,4 metr asfalt üstündə olmaqla yolun sağ kənarında; 14 metr qabaqda PAZ 32050R markalı, 10AG551 dövlət qeydiyyat nişanlı ağ-yaşıl rəngli avtobus yolun hərəkət hissəsinin sağ kənarında, avtobusun qabaq sağ küncü ilə arxa sol küncü toqquşmuş “Mercedes Benz C” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı boz metalik rəngli avtomobil arxa təkərləri səkidə, qabağı asfalt üstündə sola çəpinə vəziyyətdə; həmin avtomobilin qabaq hisəssi ilə arxa tərəfi toqquşmuş “Mercedes Benz C” markalı, 99EJ129 dövlət qeydiyyat nişanlı boz metalik rəngli avtomobil gövdəsinin sağ yarısı səkidə olmaqla yolun sağ kənarında dayanmışdır. Hadisə zamanı PAZ 32050R markalı, 10AG551 dövlət qeydiyyat nişanlı avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə, digər üç avtomobil müşahidə olunduqları yerlərdə dayanmış vəziyyətdə olmuşlar. «Hyundai Elantra» markalı, ** OD *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin sol qabaq qapısının qanada yaxın hissəsi, sol qabaq qanadın qapıya yaxın hissəsi batıq deformasiyalıdır, qabaq bayır güzgüsü yerində yoxdur, avtomobilin başqa yerlərində deformasiya əlamətləri yoxdur, avtomobilin altında və ətrafında yanacaq-sürtgü materiallarının axıntısı, yerdə nəmliklər müşahidə olunmur; PAZ 32050R markalı, 10AG551 dövlət qeydiyyat nişanlı ağ-yaşıl rəngli avtobusun qabaq tərəfinin sağ 1/4 hissəsi və sağ yan tərəfinin təkərdən qabaq hissəsi təkər qövsünün qabağı da daxil olmaqla batıq deformasiyalıdır, avtobusun üstündə başqa deformasiya əlamətləri yoxdur, avtobusun altında və ətrafında yanacaq-sürtgü materiallarının axıntısı, yerdə nəmliklər müşahidə olunmur, göstərilən deformasialardan başqa hissə və mexanizmlərinin sıradan çıxması müəyyən edilmir; “Mercedes Benz C” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı boz metalik rəngli avtomobilin avtobusla toqquşmuş arxa tərəfinin sol hissəsində bamperi, baqaj qapısı, sol arxa qanadı batıq deformasiyalıdır, arxa sağ fənərləri sınmış, arxa şüşəsi sınım yerindən çıxmışdır, avtomobilin qabaqdakı “Mercedes Benz C” markalı, 99EJ129 dövlət qeydiyyat nişanlı boz metalik rəngli avtomobil ilə toqquşmuş qabaq tərəfində buferi, dekorativ mühafizə çərçivəsi batmış deformasiyalıdır; “Mercedes Benz C’’ markalı, 99EJ129 dövlət qeydiyyat nişanlı boz metalik rəngli avtomobilin arxa tərəfində bamperi, baqajın arxa divarı və qapısı batmış deformasiyalıdır. Piyada Zərərçəkmiş şəxs yolun kənarında dayandığı vəziyyətdə vurulmuşdur. Hadisə zamanı PAZ 32050R markalı, 10AG551 dövlət qeydiyyat nişanlı avtobusda toqquşmaya qədər nasazlıqların olması müəyyən edilməmişdir. Bu istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir.(i.v. 11-20); baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, PAZ 32050R markalı, 10AG551 dövlət qeydiyyat nişanlı avtobusa baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, PAZ 32050R markalı, 10AG551 dövlət qeydiyyat nişanlı ağ-yaşıl rəngli avtobus dayanacaqda parklanmış vəziyyətdədir. Avtobusun qabaq tərəfinin sağ 1/4 hissəsi və sağ yan tərəfinin təkərdən qabaq hissəsi təkər qövsünün qabağı da daxil olmaqla batıq deformasiyalıdır, avtobusun üstündə başqa deformasiya əlamətləri yoxdur, avtobusun altında və ətrafında yanacaq-sürtgü materiallarının axıntısı, yerdə nəmliklər müşahidə olunmur, göstərilən deformasialardan başqa hissə və mexanizmlərinin sıradan çıxması müəyyən edilmir. Baxışın gedişində avtobus işə salınaraq dayanacaq ərazisində idarə olunmuş, avtobusun idarəetmə sisteminin hissə və mexanizmlərində, o cümlədən tormoz sistemində nasazlıq olması müəyyən edilməmişdir. Baxışda iştirak edən X18 Baş İdarəsinin nəzdində olan Xüsusi avtomobil nəqliyyatı idarəsində dəstə rəisi Şahid5 və mexanik X17 bildirmişlər ki, həmin avtobusun istehsalçı tərəfindən müəyyən edilmiş konstruksiyasına və texniki xüsusiyyətlərinə görə tormoz sisteminin nasazlığının yaranması və bir müddət sonra, o cümlədən toqquşmalardan sonra müdaxilə olunmadan aradan qalxması mümkün deyildir. Avtobusun fotoşəkilləri çəkilərək həmin protokola əlavə edilmişdir (i.v. 21-28); götürmə və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisədən sonra Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1 əldə etdiyi videogörüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, bir ədəd videofaylda 02 dəqiqə 16 saniyə davam edən videogörüntülər kameradan mobil telefona köçürülmüşdür. Videogörüntünün əvvəlində şəhər küçəsində (iş materiallarında olan baxış protokoluna və fotocədvələ uyğun olaraq Bülbülə qəsəbəsində Samir Əliyev küçəsi) səki və avtomobil yolunun bir hissəsi görünür, kadrda heç kim yoxdur. Videofraqmentin 06-cı saniyəsində sol tərəfdən kadra daxil olan avtobusun qabaq sağ tərəfi ilə vurulan qadın avtobusun təmasda olduğu hissəsinə yapışmış halda və yerin səthinə paralel olaraq yıxılmış vəziyyətdə görüntüyə gəlir və zərbənin təsirindən avtobusdan ayrılaraq səki boyu qabağa gedib daş divar maneəyə dəyib hərəkətsiz düşür. Avtobus hərəkət sürətini azaltmadan, sağ təkərləri səki daşına sürtünərək hərəkətini davam etdirib kadrdan itir. Videofraqmentin 1 dəqiqə 20 saniyəsində hadisə yerindəki dükanın qapısı açılaraq oradan iki nəfər cavan kişi çıxıb ətrafa baxır, biri qadına tərəf gedir (i.v. 36); nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar (i.v. 38); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 iş üzrə Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (i.v. 40); qəbzdən görünür ki, X5 məlum yol nəqliyyat hadisəsində mərhum bacısı Zərərçəkmiş şəxs ölməsi ilə bağlı dəymiş maddi və mənəvi zərər qismində sürücü Təqsirləndirilən şəxs tərəfindən verilmiş 7000 (yeddi min) manat pulu nağd şəkildə qəbul etmişdir (i.v. 47); X5 və X4 tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiklərinə görə ondan heç bir şikayət və tələbləri yoxdur (i.v. 51-52); xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı Şahid2 məxsus «Mercedes Benz» markalı, 99LF378 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan "xxxx" ASC tərəfindən 3350 manat müəyyən edilmişdir (i.v. 57); avtobusun 160 nömrəli yol vərəqəsindən görünür ki, PAZ 32050 markalı, 10AG551 dövlət qeydiyyat nişanlı avtobusun 3-7 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən idarə edilməsinə icazə verilmiş, avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v. 67); əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü vəzifəsinə işə götürülmüşdür (i.v. 68-72); X10 Baş İdarəsi Xüsusi avtomobil nəqliyyatı idarəsinin avtomobil sürücüsünün vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs vəzifə təlimatı ilə tanış olmasını imzası ilə təsdiq etmişdir (i.v. 73-78); XANİ-nin NV-nin gündəlik yoxlanışı barədə xx.xx.2024-cü il tarixli cədvəldən görünür ki, PAZ markalı, 10AG551 dövlət qeydiyyat nişanlı avtobus texniki cəhətdən yoxlanılmışdır; iş növbəsindən qabaq həkim müayinəsinin nəzarət katroçkasının surətindən xx.xx.2024-cü il tarixdə sürücü Təqsirləndirilən şəxs həkim müayinəsindən keçmişdir (i.v. 107-108); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24 xx.xx.2024-cü il tarixli, 61 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Kəllə tağı və əsası sümüklərinin sınıqları. Başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası. Burun sümüyünün sınığı. Hər iki üst göz qapaqlarının qançırları. Sol ayağın sıyrığı. Qeyd olunan xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtobus vurması nəticəsində törənə bilər. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınıqları ilə müşaiyət olunan baş beyinin əzilməsi olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v. 121-125); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 129); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 131); xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı Şahid4 məxsus «Hyundai Elantra» minik markalı, 90OD181 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan "xxxx" ASC tərəfindən 1360 manat müəyyən edilmişdir (i.v. 133-134); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-8/2241 saylı yol-nəqliyyat hadisələri ekspertizasına dair rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən PAZ 32050R markalı, 10AG551 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə Hyundai Elantra markalı, 90OD181 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid4 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə Mercedes Benz C markalı, 99LF378 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə Mercedes Benz E markalı, 99EJ129 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Nəqliyyat vasitəsinin tormoz və sükan sistemi aktiv təhlükəsizlik sisteminə aiddir. Nəqliyyat vasitəsinin tormoz sistemində hər hansı nasazlıq yarandıqda həmin nasazlıq təmir-bərpa olunduqdan sonra aradan qaldırılır (i.v. 139-142); Xüsusi Avtomobil Nəqliyyatı İdarəsi tərəfindən verilən istehsalat xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildən X10 Baş İdarəsi Xüsusi Avtomobil Nəqliyyatı İdarəsində sürücü işləyir. O, işlədiyi müddətdə əmək müqaviləsinin şərtlərinə layiqincə əməl etməklə yanaşı, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmiş və işlədiyi müddətdə heç bir hadisə törətməmişdir. O, öz işinə həmişə yüksək intizam, peşəkarlıq və məsuliyyətlə yanaşaraq idarə etdiyi avtomobili texniki cəhətdən saz və təmiz saxlayır (i.v. 143); Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş valideyni xx.xx.1965-ci il təvəllüdlü X3 üzərində qəyyumluğu təyin edilmişdir (i.v. 144); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemi Tibbi Sosial Ekspertiza və X8 tibbi-sosial ekspertizası müayinəsindən çıxarışdan görünür ki, X6 birinci dərəcə əlildir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 145); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış materiallar – cinayət işi başlananadək aparılmış təhqiqat materialları, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, hadisə yerinin baxış protokolu və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmişdir (i.v. 146-156); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v 158-160); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 182); zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və iddiası yoxdur; “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki uşağı vardır – xx.xx.2021-ci il təvəllüdlü X19 və xx.xx.2020-ci il təvəllüdlü X20. iş materiallarından görünür ki, Şahid4 mülki iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs 5550 manat (2600 manat xəstəliyə görə çəkilən yol xərci + 950 manat - nəqliyyatda çəkilən xərc + 2000 manat avtomobilə dəyən əlavə zərər) məbləğində ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 012114 nömrəli vəsiqənin surətindən görünür ki, Şahid4 müharibə veteranıdır; AA seriyalı 082127 nömrəli vəsiqənin surətindən görünür ki, Şahid4 məcburi köçkündür; Mülki iddia ərizəsinə əlavə edilmiş xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, Şahid4 aşağıdakı qaydada diaqnoz qoyulmuşdur: C49.2 – aşağı ətrafın bud-çanaq nahiyəsi də daxil olmaqla birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi pT4N0M0 mərhələ İİİB G 2. Sol budun yumşaq toxuma sarkoması pT4N0M0 İİİB mərhələ cərrahi əməliyyatdan, şüa terapiyadan sonrakı vəziyyət (2023) proqressivləşmə sağ ağciyərə metastazlar rpT0N0M1 İV mərhələ; “X21” xəstəxanası tərəfindən verilən epikrizin surətindən görünür ki, Şahid4 aşağıdakı qaydada diaqnoz qoyulmuşdur: sol budun yuxarı 1/3 hissəsinin yumşaq toxuma sarkoması; o, xx.xx.2023-cü il tarixdə əməliyyat olmuşdur; Mülki iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Şahid4 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “X12”nda, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “Yeni Klinika”da, xx.xx.2024-cü il tarixdə “X28 Hospital”da, xx.xx.2024-cü il tarixdə “Berlin” Ailə və Uşaq Klinikasında, xx.xx.2024-cü il tarixdə “Şuşa Rayon Mərkəzi Xəstəxanası”nda, xx.xx.2023-cü il tarixdə “Bakı Patologiya Mərkəzi”ndə müayinə olmuşdur; "xxxx" ASC tərəfindən verilən fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2023 – xx.xx.2024-cü il tarixində sığorta müddəti ərzində Şahid4 məxsus Hyundai Elantra markalı, 90OD181 nömrəli avtomobilin dəyəri 20000 manatdır; xx.xx.2024 – xx.xx.2025-ci il tarixində sığorta müddəti ərzində Hyundai Elantra markalı, 90OD181 nömrəli avtomobilin dəyəri 18000 manatdır; Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağı olmasını, onun fəaliyyət qabiliyyəti olmayan valideyninə qəyyum təyin edilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı Şahid4 mülki iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə məhkəməyə təqdim edilmişdir. Mülki iddiada Təqsirləndirilən şəxs 5550 manat (2600 manat - xəstəliyə görə çəkilən yol xərci + 950 manat - nəqliyyatda çəkilən xərc + 2000 manat - avtomobilə dəyən əlavə zərər) məbləğində ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş üzrə mülki iddiaya aşağıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya həmin iddia ilə bağlı mülki-mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 181-ci maddəsinə əsasən, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıda göstərilənləri edə bilər: 181.2.1-ci maddəsi - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, habelə mümkün olan hallarda əmlakın natura şəklində ödənilməsini; 181.2.2-ci maddəsi itirilmiş əmlakın satın alınmasına, həmçinin zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3-cü maddəsi - itirilmiş gəlirin ödənilməsini; 181.2.4-cü maddəsi - mənəvi ziyanın ödənilməsini; 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir; 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir; 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edir; 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir; 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması; Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, mülki iddiaya iddia tələbini əsaslandıran hallarla bağlı zəruri sübutlar təqdim edilmədiyindən vurulmuş zərərin real həcminin hazırkı cinayət işinin məhkəmə baxışı həddində müəyyən edilməsi mümkünsüzdür. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra Şahid4 mülki mühakimə icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. İş üzrə məhkəmə xərci 128 (yüz iyirmi səkkiz) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 18 (on səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 108 (yüz səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-126/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-126/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver