Məhkəmə qərarları › İş №1(010)-127/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-127/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-127/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmamamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq Şirinova (Abdulova) Fidan Fərrux qızına verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2588/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4630,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Şirinova (Abdulova) Fidan Fərrux qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Şirinova (Abdulova) Fidan Fərrux qızı ilə bir mağazada işləyərkən tanış olmuş, xx.xx.2015-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 1 uşağı - xx.xx.2016-cı il təvəllüdlü X4 adında uşaqları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs (Abdulova) ilə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamış, lakin sonradan xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Ailəsinin problemləri olduğu üçün yaşadıqları ev valideyinləri tərəfindən satılaraq əldə edilmiş pul özlərinin problemlərinə sərf edilmişdir. O, imkanı daxilində ailəsinə və uşağına baxmış, lakin Fidan ondan ayırılmaq istəmiş, uşağın saxlanılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2588/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixdən başlayaraq hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin tutularaq Zərərçəkmiş şəxs(Abdulovaya) ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi Suraxanı rayonu icra şöbəsinə göndərilmiş, alimenti ödəmədiyi üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları ilə hər iki halda 10 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Ona məlumdur ki, barəsində cinayət təqibi üçün təqdimat verilən xx.xx.2022-ci il tarixli təqdimata əsasən aliment borcu 4630,00 manat təşkil edir. Zərərçəkmiş şəxs(Abdulova) birlikdə bir mağazada işləyən zaman mağazada kassir kimi işləmiş və aylıq qazancı 450-500 manat arası olmuşdur. Hazırda daimi iş yeri yoxdur, qazandığını da öz ehtiyaclarına xərcləyir. Vaxtılə onun VAZ markalı avtomobili olmuş, lakin avtomobili sataraq pulunu öz ehtiyaclarla xərcləmişdir. Suraxanı rayon icra şöbəsində olarkən icra məmurları tərəfindən qətnaməni icra etmədiyinə görə inzibati və cinayət məsuliyyəti barədə həm şifahi həm də rəsmi xəbərdar olunmuş, həmçinin alimentin ödəməməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsində inzibati işinə baxılarkən hakim tərəfindən Cinayət Məcəlləsinin 306-cı maddəsinin tələbləri izah edilmişdir. Sonda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, P.V.Sadıqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şirinova (Adulova) Fidan Fərrux qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birgə işlədikləri mağazada tanış olmuş, xx.xx.2015-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 1 uşağı - xx.xx.2016-cı il təvəllüdlü X4 adında uşaqları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxsla ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamış, lakin sonradan xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Təqsirləndirilən şəxs ailəsi tərəfindən yaşaqları evin satışından əldə olunmuş pul öz ehtiyaclarına sərf edilmişdir. Nicat onunla yola getməmiş, ailəsinə baxmamış, bu səbəbdən sonuncudan ayırılmağa və uşağın saxlanılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2588/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi Suraxanı rayonu icra şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs alimenti ödəmədiyi səbəbindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları ilə hər iki halda 10 gün müddətlərinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üçün verilən xx.xx.2022-ci il tarixli təqdimata əsasən aliment borcu 4630,00 manat təşkil edir. Təqsirləndirilən şəxs onunla birlikdə bir mağazada işləyəndə mağazada kassir kimi işləmiş və aylıq qazancı 450-500 manat olmuşdur. Keçmiş əri yeyib-içməyi xoşlamaqla qazandığı pulu öz ehtiyacları üçün xərcləmiş, maddi cəhətdən ailəsinə və uşağına baxmamışdır. O, və uşağı valideyinlərinin hesabına yaşamışdır. Təqsirləndirilən şəxs bir dəfə də olsun, uşağını görməyə gəlməmiş və oğlu ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs özünün VAZ markalı avtomobili olmuş, lakin avtomobili sataraq öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs aliment borcunu ödəməyə maddi imkanı olduğu halda qərəzli olaraq alimenti ödəməmiş və açıq şəkildə alimenti ödəməyəcəyini bildirmişdir. Tələbi ondar ibarətdir ki, Təqsirləndirilən şəxs yığılmış aliment borcunu tam şəkildə ödəsin, əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülsün. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2588/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat aliment alınaraq tələbkar X7ma ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs Fərrux oğlu alimenti ödəmədiyi üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi halda cinyət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş eyni zamanda ona işlə təmin olunması üçün Suraxanı rayon Məşğulluq mərkəzinə göndəriş şəxsən təqdim edilmişdir. X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialından şöbəyə daxil olmuş, lakin təklif olunan iş yerindən imtina etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid2 icra məmuru Şahid1 göstərdikləri xüsusatları təsdiq etmişdir. Cinayət işinin 10-cu vərəqində olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(003)-2588/2019 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı X3 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cinayət işinin 11-14-cü vərəqlərində olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(003)-2588/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 2963 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 nikah pozulduqdan sonra anası X3 yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı X3 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cinayət işinin 15-ci vərəqində olan 04 dekabr 2019-cu il tarixli qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(003)-2588/2019 saylı icra sənədi barədə icraata başlanılması qərara alınmışdır. Cinayət işinin 18-ci vərəqində olan 21 aprel 2020-ci il tarixli borclunun axtarışı haqqında qərara əsasən, borclu xx.xx.1994-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işinin 23-24-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(010)-635/2020 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq olunması qərara alınmışdır. Cinayət işinin 30-31-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 8(010)-469\2020 saylı qərardadına əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(003)-2588/2019 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq borc ödənilənədək məhdudlaşdırılması qərara alınmışdır. Cinayət işinin 33-cü vərəqində olan 10 mart 2021-ci il tarixli borclunun axtarışı haqqında qərara əsasən, borclu xx.xx.1994-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işinin 39-40-cı vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(010)-931/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq olunması qərara alınmışdır. Cinayət işinin 75-ci vərəqində olan “təqsirləndirilən şəxsin məcburi gətirilməsinə dair” 03 iyun 2022-ci il tarixli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ədliyə Nazirliyi İstintaq İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Cinayət işinin 81-82-ci vərəqlərində olan 22 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərara əsasən, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilməsi, ona Azərbayacan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin 83-cü vərəqində olan 22 iyun 2022-ci il “tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun tutularaq Yasamal RPİ-nə MSY-nə yerləşdirilməklə bu barədə dərhal Ədliyyə Nazirliyi İstintaq İdarəsinə məlumat verilməsi qərara alınmışdılr. Cinayət işinin 90-cu vərəqində olan xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokola əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində Sabunçu rayonu, Narkoloji dispanserin yaxınlığında saxlanılaraq 33-cü PB-yə gətirilmişdir. Cinayət işinin 110-cü vərəqində olan 19 oktyabr 2022-ci tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(003)-2588/2019 saylı qətnaməsini, Suraxanı Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına, habelə təkrar olaraq aliment borcunu ödəmək üçün vaxt verilməsi, üzürlü səbəblər olmadan aliment borcunu ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxso oğluna yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan mərhum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə, barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin başlanğıcı hökmün elan edildiyi tarixdən, yəni 10 aprel 2023-cü il tarixdən hesablanmalı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 10 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri tədbiri nəzərə alınsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar