Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-128/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Nəsimi rayon məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 23 dekabr 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nəsimi rayon Məhkəməsində baxıldığı və həmin vaxt iş üzrə hökm çıxarılmadığı halda, təkrarən özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək, 04 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR Shop” adlı mobil telefonların satışı mağazasına getmiş, həmin yerdə satıcı vəzifəsində çalışan Şahid1 mağazadan çıxmasından istifadə edərək, orada olan satış masasına yaxınlaşaraq, piştaxtanın üzərindən 3230 manat dəyərindəki **********63811 imei kodlu “İphone” markalı “12 Pro” modelli mobil telefon aparatını gizli olaraq talamaqla, mağazanı icarə əsasında işlədən Zərərçəkmiş şəxs1 həmin miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə 15 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində ünvan 4 ünvanda yerləşən “Ballı’marketin satış meydançasında olan piştaxtanın şüşənin açıq olmasından və satıcı Şahid2 fikrinin yayınmasından istifadə edərək, 600 manat qiymətində **********66817 və **********861 imei kodlu “Samsung” markalı “A515 Black 64GB” modelli mobil telefon aparatını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə, ümumi təmiz çəkisi 0,413 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlayaraq daşımış, 21 dekabr 2020-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanda yerləşən “Ballı”marketin qarşısında saxlanılaraq, ünvan 5 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış, həmin yerdə saat 22:05-də vidoçəklişlə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirən zaman, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,257 qram və 0,156 qram olmaqla xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 0,413 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda isə özünü təqsirli bilməyərək göstərdi ki, o, Nəsimi rayon məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılır. Əvvəllər daş karxanasında fəhlə olaraq işləmiş, ailəlidir, iki övladı vardır. Bir neçə ay öncə Bakı şəhəri, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən lombardlardan birində həyat yoldaşına kredit yolu ilə əvvəllər aldığı “Samsung A 10” markalı mobil telefonu qoyaraq pul əldə etmək üçün getmiş və lombardı işlədən Şahid3la və Şahid7la tanış olmuşdur. Həmin vaxtdan maddi sıxıntıları olduğundan, himayəsində olan azyaşlı uşağının xəstə olması ilə əlaqədar onun dərman xərclərini qarşılamaq üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 04 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində Nəsimi rayonu, “28 may” metrostansiyası yaxınlığında, Azadlıq prospekti ilə mobil telefon satılan mağazaların önü ilə piyada hərəkətdə olarkən, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR Shop” adlı telefon alqı-satqısı mağazasına daxil olmuşdur. Həmin mağazda satıcı ilə söhbət edib, piştaxtada olan “Samsung” və “Xiaomi Redmi 9c” telefonları ilə maraqlanmış və adını xatırlmadığı satıcıdan “Xiaomi” markalı telefonu ona göstərməsini xahiş etmişdir. Satıcı həmin telefonun mağazada olmadığını və qonşu mağazadan gətirəcəyini deyərək, həmin yeri tərk etmişdir. O, satıcının mağazada olmamasından istifadə edərək, piştaxtanın üzərində qoyulmuş yeni qutuda olan bir neçə telefonların arasındakı qutuda olan imei kodunu bilmədiyi “İphone” markalı ”12 pro” modelli mobil telefonu götürərək əynində olan qara rəngli gödəkçəsinin iç cibinə qoymuşdur. Bundan sonra satıcı mağazaya geri qayıdaraq, “Xiaomi” markalı mobil telefonu ona təqdim etmiş, o, həmin telefonun qiymətinin baha olmasını bəhanə edərək bəyənmədiyini deyib, mağazanı tərk etmiş və yaxınlığıda dayanmış, markasını xatırlamadığı taksi ilə “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən, daha öncə tanıdığı Şahid3 işlətdiyi lombarda getmişdir. O, Şahid3la görüşərək, “İphone” markalı “12 pro” modelli mobil telefonu ona göstərmişdir. Şahid3 həmin telefonun hansı yolla əldə olunduğunu soruşmuş, o, həmin telefonun özünə məxsus olduğunu, hər hansı bir problemin olmadığını bildirmişdir. Bundan sonra Elvin tanımadığı bir nəfərə zəng edərək, telefonu 2500 manata sata bilib-bilməyəcəyini soruşmuş və həmin şəxslə bu barədə razılaşmışdır. Daha sonra Şahid3 bu barədə qonşuluqda telefon mağazası işlədən Şahid7 zəng edərək bildirmişdir. Şahid3 ona yaxınlıqda olan 16 mərtəbəli binanın önünə gedib, orada Ramalla görüşməsini və həmin şəxsdən telefonun müqabilində 1800 manat nağd pul götürməsini demişdir. O, Elvinin dediyi yerə gedərək, Ramal adlı şəxslə görüşərək, telefonu ona göstərmiş, Ramal qutunu açaraq telefonu yoxlamış və Elvinə zəng edərək, bu barədə bildirmişdir. Ramal telefonun əvəzində ona 1800 manat pul vermiş, o, mobil telefonu satması ilə bağlı qeydlər edərək şəxsiyyət vəsiqəsinin surətini Ramala təqdim etmişdir. O, telefonu satarkən, həm Ramala, həm də Elvinə telefonun özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonun müqabilində Ramaldan aldığı 1800 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 15 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballı” marketə daxil olub, mobil telefonların satıldığı yerə yaxınlaşmış, piştaxtada olan “Samsung” markalı mobil telefon aparatı onun diqqətini cəlb etmişdir. Bundan sonra piştaxtanın şüşə pəncərəsini açdırmaq üçün adını bilmədiyi satıcını yanına çağıraraq mobil telefonla maraqlanmaq və telefona baxmaq istədiyini bildirmişdir. Satıcı piştaxtanın şüşə pəncərəsinin kilidini özündə olan açarla açıb, oradan həmin mobil telefonu çıxarıb baxış üçün ona vermişdir. Daha sonra satıcı bir qədər kənara çəkildikdə, o, cəld hərəkətlə mobil telefonu kənar bir yerə qoyaraq, əlini boş şəkildə satıcının görməsini təmin etmiş və bir qədər də satıcının fikrini yayındırdıqdan sonra mobil telefonu qoyduğu yerdən götürərək, marketi tərk edib getmişdir. Daha sonra həmin mobil telefonu “Sovetski” adlanan yerdə “Əli” adı ilə tanıdığı şəxsə 100 manata satmışdır. 21.12.2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsinə gələrək, “Ballı” marketdən bazarlıq etmək istəyən zaman, mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq, oğurluqda şübhəli olduğunu bildirib, onu Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşı ilə birlikdə 30-cu PŞ-nə getmiş, orada çıxış yolunun olmadığını anlayıb, oğurluq etdiyini etiraf etmişdir. Lakin həmin vaxt onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Hesab edir ki, narkotik vasitəni onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Törətdiyi əməldən peşmandır. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, Nəsimi rayon məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılır. Əvvəllər o, daş karxanasında fəhlə olaraq işləmiş, ailəlidir, iki övladı vardır. Bir neçə ay öncə Bakı şəhəri, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən lombardlardan birində həyat yoldaşına kredit yolu ilə əvvəllər aldığı “Samsung A 10” markalı mobil telefonu qoyaraq pul əldə etmək üçün getmiş və lombardı işlədən Şahid3la və Şahid7la tanış olmuşdur. Həmin vaxtdan maddi sıxıntıları olduğundan, himayəsində olan azyaşlı uşağının xəstə olması ilə əlaqədar onun dərman xərclərini qarşılamaq üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 04 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində Nəsimi rayonu, “28 may” metrostansiyası yaxınlığında, Azadlıq prospekti ilə mobil telefon satılan mağazaların önü ilə piyada hərəkətdə olarkən, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR Shop” adlı telefon alqı-satqısı mağazasına daxil olmuşdur. Həmin mağazda satıcı ilə söhbət edib, piştaxtada olan “Samsung” və “Xiaomi Redmi 9c” telefonları ilə maraqlanmış və adını xatırlmadığı satıcıdan “Xiaomi” markalı telefonu ona göstərməsini xahiş etmişdir. Satıcı həmin telefonun mağazada olmadığını və qonşu mağazadan gətirəcəyini deyərək, həmin yeri tərk etmişdir. O, satıcının mağazada olmamasından istifadə edərək, piştaxtanın üzərində qoyulmuş yeni qutuda olan bir neçə telefonların arasındakı qutuda olan imei kodunu bilmədiyi “İphone” markalı ”12 pro” modelli mobil telefonu götürərək əynində olan qara rəngli gödəkçəsinin iç cibinə qoymuşdur. Bundan sonra satıcı mağazaya geri qayıdaraq, “Xiaomi” markalı mobil telefonu ona təqdim etmiş, o, həmin telefonun qiymətinin baha olmasını bəhanə edərək bəyənmədiyini deyib, mağazanı tərk etmiş və yaxınlığıda dayanmış, markasını xatırlamadığı taksi ilə “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən, daha öncə tanıdığı Şahid3 işlətdiyi lombarda getmişdir. O, Şahid3la görüşərək, “İphone” markalı “12 pro” modelli mobil telefonu ona göstərmişdir. Şahid3 həmin telefonun hansı yolla əldə olunduğunu soruşmuş, o, həmin telefonun özünə məxsus olduğunu, hər hansı bir problemin olmadığını bildirmişdir. Bundan sonra Elvin tanımadığı bir nəfərə zəng edərək, telefonu 2500 manata sata bilib-bilməyəcəyini soruşmuş və həmin şəxslə bu barədə razılaşmışdır. Daha sonra Şahid3 bu barədə qonşuluqda telefon mağazası işlədən Şahid7 zəng edərək bildirmişdir. Şahid3 ona yaxınlıqda olan 16 mərtəbəli binanın önünə gedib orada Ramalla görüşməsini və həmin şəxsdən telefonun müqabilində 1800 manat nağd pul götürməsini demişdir. O, Elvinin dediyi yerə gedərək, Ramal adlı şəxslə görüşərək, telefonu ona göstərmiş, Ramal qutunu açaraq telefonu yoxlamış və Elvinə zəng edərək, bu barədə bildirmişdir. Ramal telefonun əvəzində ona 1800 manat pul vermiş, o, mobil telefonu satması ilə bağlı qeydlər edərək şəxsiyyət vəsiqəsinin surətini Ramala təqdim etmişdir. O, telefonu satarkən, həm Ramala, həm də Elvinə telefonun özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonun müqabilində Ramaldan aldığı 1800 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 15 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballı” marketə daxil olub, mobil telefonların satıldığı yerə yaxınlaşmış, piştaxtada olan “Samsung” markalı mobil telefon aparatı onun diqqətini cəlb etmişdir. Bundan sonra piştaxtanın şüşə pəncərəsini açdırmaq üçün adını bilmədiyi satıcını yanına çağıraraq mobil telefonla maraqlanmaq və telefona baxmaq istədiyini bildirmişdir. Satıcı piştaxtanın şüşə pəncərəsinin kilidini özündə olan açarla açıb, oradan həmin mobil telefonu çıxarıb baxış üçün ona vermişdir. Daha sonra satıcı bir qədər kənara çəkildikdə, o, cəld hərəkətlə mobil telefonu kənar bir yerə qoyaraq, əlini boş şəkildə satıcının görməsini təmin etmiş və bir qədər də satıcının fikrini yayındırdıqdan sonra mobil telefonu qoyduğu yerdən götürərək, marketi tərk edib getmişdir. Daha sonra o, həmin mobil telefonu “Sovetski” adlanan yerdə “Əli” adı ilə tanıdığı şəxsə 100 manata və narkotik maddə müqabilində satmışdır. 21.12.2020-ci il tarixdə səhər saatlarında növbəti dəfə “Sovetski” adlanan yerə gedərək, həmişə Əlini gözlədiyi yerdə dayanmış və həmin şəxs gəldikdən sonra, sonuncudan 20 manat müqabilində iki bükümdə narkotik vasitə olan heroin alaraq, münasib vaxtda istifadə etməsi üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra o, həmin gün saat 17 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsinə gələrək, “Ballı” marketdən bazarlıq etmək istəyən zaman, mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq, oğurluqda şübhəli olduğunu bildirib, onu Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşı ilə birlikdə 30-cu PŞ-nə getmiş, orada çıxış yolunun olmadığını anlayıb, polis əməkdaşına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə, onları təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə olan heroini, həmin şalvarın sol cibindən bir ədəd “Samsung 1202” markalı mobil telefonu, əynində olan qış gödəkcəsinin sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Ondan həmin gümüşü rəngli kağıza bükülmüş iki ədəd bükümün içərisində nə olması barədə soruşulduqda, o, həmin bükümlərin içərisində narkotik maddə olan heroin olduğunu, onları 21 dekabr 2020-ci il tarixdə səhər saatlarında “Sovetski” adlanan yerdən üzdən tanıdığı “Əli” adlı şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra həmin iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 14 ildir ki, mobil telefonların və onların aksessuarlarının alqı-satqısı ilə məşğuldur. 2012-ci ildən isə Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən "RR Shop” mobil telefon alqı- satqı mağazasını icarə müqaviləsi əsasında işlədir. Orada olan mobil telefonlar, telefon aksessuarları və digər avadanlıqlar özünə məxsusdur. Qeyd etdiyi mağazada qardaşı uşaqları Şahid1 və Şahid8 əmək müqaviləsi əsasında satıcı kimi işləyirlər. O, 04.11.2020-ci il tarixdə, saat 16 radələrində mağazada arxa tərəfdə yerləşən otağında olduğu zaman, Şahid1 ona yaxınlaşaraq, piştaxtanın üzərində satışa qoyulmuş “İphone 12 pro markalı” mobil telefonun qutusu ilə birlikdə naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. O, hadisənin necə baş verdiyi soruşduqda, Şahid1 ona bildirmişdir ki, bir nəfər tanımadığı şəxs mağazaya gələrək, ondan “Samsung A51” və “Xiaomi Redmi 9c” markalı mobil telefonunun qiymətini soruşmuş, həmin vaxt mağazada “Xiaomi Redmi 9C” markalı mobil telefon olmadığından, Azad həmin telefonu qonşuluqdakı digər mağazadan gətirə biləcəyini həmin şəxsə demişdir. Həmin şəxs Şahid1 “Xiaomi Redmi 9C” markalı mobil telefonu gətirməsini xahiş etdiyindən, Azad qeyd olunan mobil telefonu qonşu mağazalardan birindən gətirərək, həmin şəxsə təqdim edib, qiymətinin 320 manat olduğunu demiş, lakin həmin şəxs qiymətlə razılaşmayaraq, mağazanı tərk etmişdir. Bundan 30-40 dəqiqə sonra digər qardaşı oğlu Şahid8 mağazaya gələrək, piştaxtanın üzərində olan “İphone 12 pro” markalı mobil telefonun yerində olmadığını dedikdə, Azad həmin telefonun bir qədər əvvəl mağazaya gələn tanımadığı şəxs tərəfindən oğurlandığı başa düşmüşdür. O, da belə olan halda mağazadakı təhlükəsizlik kamerasının görüntülərinə baxmış və hadisənin necə baş verdiyini görmüşdür. O, mağazada satılan mobil telefonlar və digər aksessuarları müəyyən şirkətlərdən qaimə əsasında alaraq, işlətdiyi mağazada bazar qiymətinə uyğun olaraq müəyyən qiymət artımı etdikdən sonra satmışdır. Belə ki, o, 01.11.2020-ci il tarixdə həmişə olduğu kimi bir ədəd “İphone” markalı “12 Pro” modelli mobil telefonu qaimə əsasında 1900 ABŞ dolları ekvivalentində 3230 manat nəğd pul ödəyərək almış, bazar qiymətinə uyğun olaraq 3500 manata qiymətləndirib, satış üçün mağazada olan piştaxtaya qoymuşdur. Qeyd etdiyi mobil telefon hazırda barəsində istintaq aparılan Təqsirləndirilən şəxs tərəfindən 04.11.2020- ci il tarixdə oğurlandığı zaman, onun satış qiyməti qeyd etdiyi məbləğdə olduğundan, mağazada əmək müqaviləsi əsasında çalışan Şahid1 hadisə ilə bağlı Nəsimi RPİ-nin 22-ci Polis bölməsinə etdiyi müraciətində mobil telefonun qiymətinin 3500 manat dəyərində olduğunu qeyd etmişdir. Buna görə də, o, müstəntiq tərəfindən həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirildiyi vaxt, ifadəsində Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mobil telefonun 3500 manat dəyərində olduğunu göstərmişdir. Belə ki, o, həmin mobil telefonu 3230 manat nəğd pul ödəyərək əldə etdikdən sonra onun satış qiymətini 3500 manat müəyyən etmişdir. Həmin mobil telefonun oğlurlanması nəticəsində ona 3230 manat maddi ziyan dəymişdir. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməməsinə baxmayaraq, onun sonuncudan heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvnanlayaraq, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iş üzrə Təqsirləndirilən şəxs heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. Məhkəmə, proses iştirakçıların fikrini dinləyərək, məhkəmə prosesinin Zərərçəkmiş şəxs2 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yerləşən “Ballı”marketin satış meydanşasında piştaxta icarəyə götürərək, mobil telefonları və onlara məxsus aksessuarlarının satışı ilə məşğuldur. Şahid2 isə orada satıcı vəzifəsində çalışır. 15 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində Şahid2 onunla mobil telefonla əlaqə saxlayaraq, piştaxtada olan “Samsung A515 Black 64GB” markalı mobil telefon aparatını götürüb-götürmədiyini soruşmuşdur. O, həmin telefon aparatının harada olması barədə məlumatının olmadığını bildirdikdə, Şahid2 telefon aparatının piştaxtada olmadığını bildirmişdir. Bundan sonra o, həmin marketə getmiş və oradakı təhlükəsizlik kameralarının qeydə aldığı video görüntülərə baxdıqda, bir nəfər naməlum şəxsin marketdə Səidin fikrinin yayınmasından istifadə edərək, piştaxtanın açıq şüşəsindən 600 manat qiymətində “Samsung A515 Black 64GB” markalı mobil telefon aparatını götürüb kənara qoyduğu və daha sonra isə gizlincə cibinə qoyaraq, marketi tərk etdiyini görmüşdür. Həmin vaxtı onun təcili işləri olduğu üçün Səiddən bu barədə polisə ərizə ilə müraciət etməsini xahiş etmişdir. 22 dekabr 2020ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsindən ona zəng edilərək, şöbəyə dəvət olunmuş, orada həmin mobil telefonun Fərid adlı şəxs tərəfindən oğurlanması ona bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR Shop” adlı telefon mağazasında satıcı işləyir. 04.11.2020-ci il tarixdə, saat 16 radələrində mağazaya bir nəfər tanımadığı müştəri gələrək, əvvəlcə ondan “Samsung A11” və “Samsung A51" markalı, daha sonra “Xiaomi Redmi 9 C” markalı mobil telefonların qiymətlərini soruşmuşdur. O, “Samsung A11” və “Samsung A51” markalı mobil telefonlarının müvafiq olaraq qiymətlərini müştəriyə bildirmiş, lakin “Xiaomi Redmi 9C” markalı mobil telefonun olmadığını, ancaq yan mağazadan gətirə biləcəyini demişdir. Müştəri həmin mobil telefonu gətirməsini xahiş etdiyindən, o, dərhal yan mağazaya keçib, qeyd olunan mobil telefonunu götürüb, heç bir dəqiqə keçmədən mağazaya geri qayıtmış və telefonun 320 manata olduğunu müştəriyə bildirmişdir. Müştəri pulunun yetərli olmadığını deyərək, mağazanı tərk etmişdir. Təxminən 30-40 dəqiqə sonra mağazada satıcı işləyən əmisi oğlu Şahid8 mağazaya gəlmiş və piştaxtanı yoxlayan zaman, orada 3500 manat dəyərində olan “İphone 12 pro” markalı mobil telefonunun olmadığını aşkar etmişdir. Bu zaman o, həmin mobil telefonun bir qədər əvvəl mağazaya müştəri qismində gəlmiş tanımadığı şəxsin oğurladığını başa düşərək, bu barədə mağazanı işlədən əmisi Zərərçəkmiş şəxs1 bildirmişdir. Bundan sonra o, Nəsimi RPİ-nin 22-ci Polis bölməsinə müraciət edərək, hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 21 ünvanında yerləşən “RR Shop” adlı telefon mağazasında satıcı işləyir. 04.11.2020-ci il tarixdə əmisi oğlu Şahid1 mağazada olduğu üçün o, şəxsi işlərini görmək üçün mağazadan getmişdir. Həmin gün saat təxminən 16:00-da o, mağazının vitrinində olan və Zərərçəkmiş şəxs1 məxsus “İphone 12 pro” markalı mobil telefonun vitrində olmadığını müəyyən etmişdir. Bu barədə o, Azaddan soruşduqda, sonuncu ona təxminən 30 dəqiqə əvvəl mağaza bir nəfər müştərinin gələrək, müxtəlif telefonların, o cümlədən, “Xiaomi Redmi 9 C” markalı mobil telefonların qiyməti ilə maraqlandığını, həmin telefon mağazada olmadığı üçün özünün yan mağazadan telefon götürmək üçün getdiyini, mağazaya 1-2 dəqiqə sonra qayıtdığını, qayıtdıqdan sonra “İphone 12 pro” markalı mobil telefonun oğurlandığını aşkar etdiyini və telefonun həmin şəxs tərəfindən oğurlana biləcəyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 ünvan 7 ünvanda yerləşən “Ballı” marketin satış meydanşasında piştaxta icarəyə götürərək, mobil telefonları və onlara məxsus aksessuarlarının satışı ilə məşğul olduğu yerdə satıcı kimi çalışır. 15 dekabr 2020-ci il tarixdə saat 17 radələrində o, piştaxtada olan mobil telefonları yoxlayarkən, “Samsung A515 Black 64GB” markalı mobil telefon aparatının yerində olmadığını görmüş və dərhal Zərərçəkmiş şəxs2la mobil telefonla əlaqə saxlayaraq, həmin telefonu götürüb-götürmədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs2 həmin telefon aparatının harada olması barədə məlumatının olmadığını bildirdikdə, o, Zərərçəkmiş şəxs2 telefon aparatının piştaxtada olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 marketə getmiş və oradakı təhlükəsizlik kameralarının qeydə aldığı video görüntülərə baxdıqda, həmin vaxtdan bir qədər əvvəl marketdə müştəri qismində gəlmiş tanımadığı şəxsin onun fikrinin yayınmasından istifadə edərək, piştaxtanın açıq şüşəsindən 600 manat qiymətində “Samsung A515 Black 64GB” markalı mobil telefon aparatını götürüb kənara qoyduğunu və daha sonra isə gizlincə cibinə qoyaraq, marketi tərk etdiyini görmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs2 təcili işləri olduğu üçün ondan bu barədə polisə ərizə ilə müraciət etməsini xahiş etmişdir. Bundan sonra o, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə ərizə ilə müraciət edərək, hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyası yaxınlığında görmüş və həmin vaxtı üzdən tanımışdır. O, bir neçə müddətdir ki, qeyri-rəsmi olaraq Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində dostu Şahid7 işlədiyi “Bakcell» adlanan telefon alışı-satışı mağazasına gedir və orada Ramala telefonları qiymətləndirməkdə köməklik göstərir. Bundan başqa həmin yerin yaxınlığında olan lombarda da mütəmadi olaraq telefonların qiymətləndirilməsində köməklik göstərir. 04 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs “Bakcell” telefon mağazasına gələrək, bir ədəd yeni vəziyyətdə qutunun içərisində, dediyinə görə özünə məxsus və kredit yolu ilə əldə olunmuş “İphone 12 pro” markalı mobil telefonu ona göstərərək, həmin telefonu 2200 manata satdığını bildirmişdir. Onun nağd pulu olmadığı üçün, telefon barədə Şahid7 zəng edərək bildirmiş və Təqsirləndirilən şəxs onun yaşadığı binanın yanına göndərmişdir. Sonradan bildiyinə görə Fərid həmin telefonu 1800 manata satmağa razılaşmış, Ramal ona qeyd olunan məbləğdə pulu verdikdən sonra Fərid həmin telefonu satması ilə bağlı qeydlər etdiyi şəxsiyyət vəsiqəsinin surətini Ramala vermişdir. Bundan sonra o, Ramalla birlikdə mağazanın yaxınlığında tanımadıqları müştəriyə öz sənədlərini təqdim etməklə həmin mobil telefonu 2400 manat nağd pula satmışlar. Həmin satışdan onlar ümumilikdə 600 manat qazanc əldə etmiş, pulun 400 manatını Ramal, 200 manatını isə o, özü götürmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək, Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hazırda Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 8 ünvanında yaşayan Şahid2 17.12.2020-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ- nə ərizə ilə müraciət edərək 15.12.2020-ci il tarixdə saat 17 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballı”marketin içərisində icarəyə götürdüyü mobil telefon satışı ilə məşğul olduğu yerdən naməlum şəxsin ona məxsus “Samsung A51” markalı mobil telefonunu oğurlayaraq, ona 600 manat məbləğində maddi ziyan vurduğunu bildirmişdir. Qeyd olunan müraciət daxil olduqdan sonra mobil telefonu oğurlamış şəxsin müəyyən edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş, əldə etdiyi məlumat əsasında həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxsin tutulması məqsədilə 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5lə birlikdə 21.12.2020-ci il tarixdə keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq, polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq onların dəvəti əsasında 30-cu Polis Şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs şöbədə olduğu zaman, üzərində narkotik vasitə olduğunu və onu təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra Şahid5 və onun tərəfindən raportla müraciət edilərək, qeyd olunanlarla bağlı tədbir görülməsi xahiş olunmuşdur. O, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi prosesində iştirak etməsə də, bildiyinə görə həmin tarixdə 30-cu Polis şöbəsinin baş təhqiqatçısı Fərid İbrahimov tərəfindən müvafiq istintaq hərəkətləri aparılaraq, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid5 eyni məzmunlu ifadə verərək, Şahid4 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, hazırda Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 dekabr 2020-ci il tarixdə polis şöbəsində xidmətdə olduğu zaman 17.12.2020-ci il tarixdə vətəndaş Şahid2 məxsus “Samsung” markalı mobil telefonu Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Ballfmarketdən oğurlamış şəxsin müəyyən edilməsi ilə əlaqədar daxil olmuş məlumat əsasında şöbənin əməliyyat müvəkkilləri Rasim Quliyev və Şahid4 tərəfindən həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilərək polis şöbəsində gətirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra üzərində narkotik vasitə olduğunu bildirdiyindən, onun da iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu məqsədlə 21.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 30-cu polis şöbəsinin baş təhqiqatçısı polis mayoru Fərid İbrahimov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və sonuncunun üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dövlət hesabına təyin olunmuş vəkil Gülşən Səlimova dəvət olunmuşdur. Videoçəkilişlə təhqiqatçı şəxsi axtarışda iştirak edən şəxsləri Təqsirləndirilən şəxs təqdim etdikdən sonra, ona üzərində qanunsuz saxladığı əşyaları çıxarıb təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükülü, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən bir qutu siqaret çıxarılaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüyə təhqiqatçı tərəfindən keçirilmiş baxış zamanı onun içərisində toz şəkilində kütlənin olması müəyyən edilmiş və bu barədə Təqsirləndirilən şəxs soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini, təxminən bir il yarımdır ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Digər gümüşü falqada olan bükülüyə baxış keçirildikdə, içərisindən aşkar edilmiş kütlənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən, təhqiqatçı tərəfindən götürülərək qablaşdırılaraq möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmış, bu barədə tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. İş materiallarında olan qərardan müəyyən olunur ki, 15 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 dekabr 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 4(010)-297/2020 saylı 23 dekabr 2020ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21.12.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının 03 sentyabr 2020-ci il tarixli 2445 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2020-ci il tarixli 6/2769 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,257 qram və 0,156 qram, ümumi təmiz çəkisi 0,413 qram olan maddələr xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən, 11.12.2018-ci il tarixdə Bakı şəhər Suraxanı RPİ-nin X3 Fərid Fizuli oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə başlayan cinayət işinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsi ilə xitam verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Nəsimi rayon məhkəməsinin 1(006)-23/2021 saylı 26.02.2021-ci il tarixli hökmündən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 69.3-cü maddəsi ilə təqsirli bilinərək, əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmaqla 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayon məhkəməsinin 1(006)-23/2021 saylı 26.02.2021-ci il tarixli hökmü 18 mart 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs X7 ilə birgə nikahlarından 26.03.2006-cı il təvəllüdlü X8 və 04.12.2008-ci il təvəllüdlü X9 adlı övladları var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafəi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadələrində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişlər. Həmin ifadələr həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 234.1-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməllərini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədib. Bu səbəbdən təqsirləndirilən şəxsin əməlində residiv yoxdur, hazırkı və əvvəlki işlər üzrə azadlıqdan məhrum etmə cəzaları isə hökmlərin məcmusu üzrə deyil, Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələri ilə müəyyən edilmiş qaydada, yəni cinayətlərin məcmusu üzrə toplanmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan – 21 dekabr 2020-cı il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,313 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 141,76 (141 manat 76 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Nəsimi rayon məhkəməsinin 1(006)-23/2021 saylı 26.02.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbayan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 dekabr 2020-cı il tarixli hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,313 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 141,76 (yüz qırx bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-128/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-128/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver