Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-128/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1980-cı ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2a yaşayan, Binəqədi Rayon Məhkəməsinin 1(001)-114/2023 nömrəli iş üzrə 22 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunaraq 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-342/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi barədə müddəalar xaric edilmiş, birinci instansiya məhkəməsi tərəfindən CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 2 (iki) il 3 (üç) ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 10 gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə saat 12:50 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Audi Q7” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxnı rayonu, Yeni Günəşli qəsəbəsində “Lukoil” YDM-dən yuxarı “A/В” yaşayış massivi istiqamətində əks hərəkət zolağında hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-cui maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, sürücü avtobusdan sərnişinlərin düşməsini gözləməli, sərnişinlərin avtobusdan düşmə prosesi tam başa çatdıqdan sonra hərəkətə başlamalı olduğu halda və yaşayış məntəqəsinə aid olan yol sahəsində icazə verilən maksimum 60 km/saat sürət həddindən artıq, yəni 100 km/saat sürətlə idarə edərək hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan öz yolu ilə eyni istiqamətdə hərəkət edən və sola geriyə dönmək üçün nəzərdə tutulmuş qırıq-qırıq xəttin üzərində hərəkət edərək dönmək istəyən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz C-180” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş və sonra idarəetməni itirərək ona əks istiqamətdə üzü “Lukoil” YDM istiqamətində yolun kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz E-240” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə nəticəsində isə “Mercedes Benz C-180” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol körpücük sümüyünün akromial ucunun çıxığı, sol çiyinüstü nahiyənin şişkinliyi və sağ diz oynağı nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri almışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edir. Təxminən bir müddət əvvəl tanışı Şahid idarə etməsi üçün ona “Audi Q7” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil vermişdir. Belə ki, Şahid tərəfindən onun sürücülük vəsiqəsinin olmadığını bilə-bilə həmin avtomobili idarə etməyi üçün ona vermişdir. O da həmin avtomobili idarə etməyə başlamışdır. 12 mart 2023-cü il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında onun əks istiqamətində yerləşən avtomobil yuma məntəqəsinə gəlib orada avtomobili təmizlətdirmişdir. Təxminən saat 12:50 radələrində həmin avtoyuma məntəqəsinin qarşısında avtomobili hərəkətə gətirib tərs istiqamətdə, yəni üzü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, A/В yaşayış massivi istiqamətində hərəkətə başlamışdır. Onun hərəkət etdiyi yol əks istiqamət olduğu üçün avtomobili qarşı hərəkət zolağına, yəni öz yoluna keçirib hərəkətinə davam etdirmək istəmişdir. Bu zaman əks yolla 40-50 km/saat sürətlə təxminən 10-15 metr hərəkət etmişdir ki, öz yolu ilə, yəni “Lukoil” yanacaq doldurma məntəqəsi istiqamətindən üzü A/В yaşayış massivi istiqamətində hərəkət edən və dönmək üçün nəzərdə tutulan qırıq-qırıq xətdə dayanıb sonra sola və geriyə dönən “Mercedes” minik markalı avtomobil ilə toqquşmuş və idarəetməni itirərək yolun kənarında üzü “Lukoil” YDM-si istiqamətində dayanmış halda olan başqa bir “Mercedes” minik markalı avtomobil ilə toqquşaraq dayanmışdır. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Lakin idarə etdiyi avtomobil ilə birinci dəfə toqquşduğu avtomobilin sürücüsü xəsarət almışdır. İkinci toqquşduğu avtomobildə isə hadisə zamanı sürücü və ya sərnişin olmamışdır. O, hadisədən sonra avtomobildən düşmüş və orada olan ustalar yaxınlaşıb ona kömək edərək xəsarət alan sürücünü avtomobildən çıxarmışlar. Həmin vaxt sonradan tanıdığı Zərərçəkmiş şəxs1 çiynindən xəsarət aldığını bildirmişdir. Hadisə yerinə çağırılmış TTY avtomobili ilə xəstəxanaya aparılmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmış və o, hadisə barədə məlumat vermişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, «Mercedes Benz C-180» minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı minik avtomobil özünə məxsus olmaqla, həmin avtomobili etibarnamə və «B» dərəcəli sürücülük vəsiqəsi ilə idarə edir. 12 mart 2023-cü il tarixdə 12:50 radələrində idarə etdiyi avtomobilin mühərrikinin yağını dəyişmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən «Lukoyl» YDM-nin yanından yuxarı «AB» yaşayış sahəsi istiqamətində gələrək avtomobili yolun əks tərəfində yerləşən «yağdəyişmə» sexində saxlamaq üçün yolun hərəkət hissələrin bərabər bölən qoşa qırıq-qırıq xəttin üzərindən gəldiyi istiqamətdən sola doğru-geriyə dönmə hərəkəti aparmaq üçün əvvəlcə idarə etdiyi avtomobili xəttin kənarında, yəni öz hərəkət hissəsində saxlayıb, qarşı tərəfdən avtomobilin gəlmədiyinə əmin olub, avtomobilini sola-geriyə doğu hərəkət etdirərkən qəfil yüksək sürətlə həmin yolda əks istiqamətində gələn markasını və nömrəsini sonradan bildiyi açıq mavi rəngli, «Audi» minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin gəldiyini görüb, ayağını avtomobilin əyləncinə basdıqda həmin anda da onun idarə etdiyi «Mercedes-Benz C-180» minik markalı avtomobilin qarşı sol qanadının yan hissəsi ilə toqquşma baş vermişdir. Daha sonra isə sol yan hissəsi ilə davam edərək avtomobilin həmin hissələri tamamilə əzilərək yararsız vəziyyətə düşmüşdür. Toqquşmadan sonra onun idarə etdiyi avtomobil hərəkət hissədə qalmış, digər avtomobil isə hərəkətini davam etdirərək qarşıda hərəkətsiz dayanan digər «Mercedes Benz E-240» minik markalı, **-Eİ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsi ilə toqquşaraq dayanmışdır. Toqquşma nəticəsində o, sol körpücük sümüyünün sınıq xəsarəti almış və avtomobilindən yerə düşə bilməmişdir. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə o, Sabunçu rayon xəstəxanasına getmiş və orada müayinə olunduqdan sonra oradan Travmatoloqiya xəstəxanasına gedərək orada tibbi yardım almışdır. Ona görə də, hadisə yerinin müayinəsi zamanı iştirak etməmişdir. Həmin günü Suraxanı Rayon Polis İdarəsinin təhqiqatçısı Ayaz Meydanov onu polis idarəsinə dəvət edərək izahatını almışdır. Təhqiqatçının ona verdiyi məlumat əsasında hadisə yerinin müayinəsini apardığını və qəza törətmiş avtomobillərin cərimə meydançasına qoyulduğunu öyrənmişdir. Hadisə zamanı idarə etdiyi «Mercedes Benz C-180» minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmamış, o, tək olmuş, avtomobildə yük olmamışdır. Hadisədən əvvəl idarə etdiyi «Mercedes Benz C-180» minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlıq olmamışdır. Həmin vaxt hava tam işıqlı olmaqla asfalt quru olmuşdur. Yol tam aydın görünmüş, yolu görmə məsafəsi isə kifayət qədər olmuşdur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təxminən 3 ilə yaxındır ki, “Mercedes Benz E-240” minik markalı, 90- EN-853 dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin həmin avtomobili öz adına rəsmiləşdirməmiş və etibarnamə əsasında idarə etmişdir. 13 mart 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində idarə etdiyi həmin avtomobil ilə gəlib Bakı şəhəri, Suraxnı rayonu, Yeni Günəşli qəsəbəsində “AВ” yaşayış massivi istiqamətindən “Lukoil” YDM-si istiqamətində yolun kənarında saxlayıb avtomobildən düşmüş və həmin yerdə yerləşən mağazaya girmişdir. Həmin mağazada təxminən 20 dəqiqə vaxt keçirdikdən sonra çöldə güclü səs eşitmişdir. Dərhal çölə çıxdıqda Yeni Günəşli qəsəbəsində yaşadığı üçün tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Audi Q7” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus olan və hadisə zamanı dayanmış vəziyyətdə olan “Mercedes Benz E-240” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşduğunu və avtomobilinə maddi ziyan dəymişdir. Hadisə zamanı onun avtomobilində heç kim olmamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəlcə başqa bir “Mercedes Benz C-180” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşduqdan sonra idarəetməni itirərək ona məxsus dayanmış halda olan avtomobilinə çırpılmışdır. Yol-nəqliyyat hadisəsi 13 mart 2023-cü il tarixdə təxminən saat 12:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində baş vermişdir. Hadisə zamanı o, heç bir xəsarət almamış, lakin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə birinci toqquşduğu avtomobilin sürücüsü xəsarət almışdır. Son olaraq ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Tqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında şahid qismində dinidirlmiş X2 ifadəsində bildirmişdir ki, o, hadisə baş verəndə ayaqyolunda idi. Hadisədən 5 dəqiqə sonra yaxınlaşmışdır ki, hadisə olmuşdur. O, ustadır və Həbib maşını düzəltmək üçün onun yanına gəlir. Həbibə su vermişlər, təcili yardım çağırmışlar. Həbib bildirmişdir ki, qolu ağrıyır. Hdisə yerinə polis əməkdaşları gələrək maşını cərimə meydançasına aparmışlar. Üstündən bir müddət keçəndən sonra Həbib gəlmiş, vəziyyətini soruşanda bildirmişdir ki, qolu əzilib və çıxıb getmişdir. Bir neçə gün sonra Samir yaxınlaşmışdır ki, Həbibi necə tapa bilər. O, bildirmişdir ki, Həbibin evini tanımır, ancaq telefonu var. Mobil nömrəsinə zəng vurduqda zəng çatmamışdır. Samir dəfələrlə gəlib Həbibi soruşmuşdur. Həbib ona şəkil atmışdır ki, əməliyyata girir. O, da bu barədə Samirə demişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, özü İİ-ci Qrabağ müharibəsi iştirakçısıdır və İİİ-cü qrup əlildir. Belə ki, müharibədə sağ gözündən xəsarət almış və sağ gözü görmür. 18 yanvar 2023-cü il tarixdə özünə “Audi Q7” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin öz adına rəsmiləşdirməmiş və avtomobili aldığı Yadigar Vəliyev tərəfindən ona baş etibarnamə verilmişdir. O da həmin etibarnamə əsasında bu avtomobili idarə etmişdir. O, 11 mart 2023-cü il tarixdə həmin avtomobili saxlaması üçün Təqsirləndirilən şəxs vermişdir. 12 mart 2023-cü il tarixdə ona məlum olmuşdur ki, Samir idarə etməsi üçün verdiyi “Audi Q7” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində idarə etdiyi zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ona heç bir miqdarda maddi ziyan vurulmamış və hadisə ilə bağlı heç bir şikayət, tələb və ya iddiası yoxdur. Yol-nəqliyyat hadisəsi 13 mart 2023-cü il tarixdə təxminən saat 12:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/В yaşayış massivində baş vermişdir. Təqsirləndirilən şəxs tanışı olduğu üçün həmin avtomobili saxlaması üçün ona vermişdir. O, Samirin sürücülük vəsiqəsi olmadığını bilməmiş, Samir də ona bu barədə heç nə deməmişdir. Hadisədən bir gün əvvəl də özü heç bir sənədləşmə aparmadan, yəni etibarnamə olmadan avtomobili saxlaması üçün Samirə vermişdir. Samirin həmin avtomobili idarə etməsindən məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 13 mart 2023-cü il tarixli 180 nömrəli ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində sol körpücük sümüyünün akromial ucunun çıxığı, sol çiyinüstü nahiyənin şişkinliyi, sağ diz oynağı nahiyəsinin sıyrığı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 12 mart 2023cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 30 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz C-180” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Lukoil” YDM-dən yuxarı “AB” yaşayış massivi istiqamətində hərəkət edən və sola geriyə dönmək üçün nəzərdə tutulmuş qırıq-qırıq xəttin üzərində hərəkət edərək dönmə əməliyyatı həyata keçirərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Audi” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Lukoil” YDM-dən yuxarı “AB” yaşayış massivi istiqamətində əks hərəkət zolağının sağdan birinci hissəsi ilə hərəkət istiqamətinin əksinə doğru hərəkətdə olub “Mercedes Benz C-180” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşması və sonra “Audi” markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirərək ona əks istiqamətdə üzü “Lukoil” YDM istiqamətində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz E-240” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 8/1424 nömrəli məhkəmə-yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Audi Q7 markalı, 99LN820 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycaan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq Tərəfindən göstərilən şəraitdə Mercedes Benz C180 markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqtəyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən göstərilən şəraitdə mercedes Benz E240 markalı 90EN853 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli qərarından göünür ki, 21 avqust 2023-cü ildə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin təqdim etdiyi tələbnamədən və Bakı Apelyasiya Məhkəməsinin 1(103)-342/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin 1(001)-114/2023 nömrəli iş üzrə 22 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunaraq 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-342/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi barədə müddəalar xaric edilmiş, birinci instansiya məhkəməsi tərəfindən CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 2 (iki) il 3 (üç) ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 10 gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi” haqqında 28 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 185 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələr ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2012-ci il təvəllüdlü X5 və 19 may 2013-cü il təvəllüdlü X7 adlı uşaqları var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəylərləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 263-1.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263-1.1 maddəsinə əsasən Bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2- ci hissəsinə əsasən Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi; 3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış; 4) sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi. Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları: Yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X3 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, Zərərçəkmiş şəxs2 cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq barışıq əldə etməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Bakı Apelyasiya Məhkəməsinin 1(103)- 342/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə həbsdə saxlanıldığı 10 (on) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 fevral 2024cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 1(103)-342/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-342/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə həbsdə saxlanıldığı 10 (on) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 fevral 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 1(103)-342/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-128/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-128/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver