Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-128/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 may 2009-cu il tarixli, 1(101)-536/2009 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2, 185.2.1, 185.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, hazırda parnikdə operator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 14 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 may 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 1,480 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 14 may 2024-ci il tarixdə, saat 16:45-də Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən "Ballı" marketin qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi 25 ünvanında yerləşən Suraxanı RPİnin 33-cü polis bölməsinin inzibati binasına gətirilmiş və orada videoçəkiliş aparılmaqla, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,480 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İlkin məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 may 2024-cü il tarixdə Yeni Günəşli qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin almış və sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Lakin üzərindəki psixotrop maddə ittihamda qeyd edildiyi kimi 1,480 qram olmamışdır. Belə ki, 14 may 2024-cü il tarixdə, təxminən saat 16:45-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y\s “Ballı” marketin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini istəmişlər. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün yaxınlıqda olan Suraxanı RPİ-nin 33-cü polis bölməsinə dəvət etmiş və o da razılaşıb 33-cü polis bölməsinə gəlmişdir. Bölmədə şəxsiyyəti müəyyən olunduqdan sonra, polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra, polis əməkdaşları xidməti otaqların birində üzərinə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş və olduğu halda, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, da əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O, da həmin 01 (bir) ədəd bükümün içərisində metamfetamin olduğunu, onu Yeni Günəşli qəsəbəsindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş 01 (bir) ədəd büküm götürülərək qablaşdırılmış, bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. 6-7 aydır ki, narkotik vasitə istifadəçisidir, onun həşiş və metamfetamin növündən istifadə etmişdir. Üzərindən aşkar olunan psixotrop maddəni Yeni Günəşli qəsəbəsindən, tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Şübhəli şəxs qismində tutulan zaman ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Onu tutan şəxslər şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman iştirak etmişlər. Polis əməkdaşları ona yaxınlaşan zaman mülki geyimdə deyil, formada olmuş, özü isə tək olmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitədən bir-iki dəfə istifadə etmişdir. Böyrək çatışmazlığı xəstəliyi vardır. Məhkəmə istintaqı zamanı ittiham aktında şahid qismində qeyd edilmiş polis əməkdaşları dindirildikdən sonra isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 may 2024-cü il tarixdə, saat 16-17 radələrində Rəhim adlı taksi sürücüsü ilə Dübəndidən Hövsan qəsəbəsinə getmişdir. Taksidən düşən zaman qara rəngli “Nissan” markalı avtomobillə 3 nəfər polis əməkdaşı onu tutub, polis bölməsinə aparmışdır. Tutulan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq olunmuşdur. Ağır xəsarətləri olmamışdır. Bununla bağlı prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Daha ağır cinayət əməli ilə itiham olunacağından qorxduğu üçün polislərin dedikləri ilə razılaşıb boynuna götürmüş və məhkəmə istintaqı zamanı isə məhkəmə proseslərinin uzanmaması üçün özünü təqsirli bilmişdir. Bundan əlavə, Şahid2 onu şübhəli şəxs qismində tutan polis əməkdaşlarının arasında olmamış, onu sadəcə polis bölməsində olan zaman görmüşdür. ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə edir. Ərikli restoranı Hövsan qəsəbəsində yerləşir. Şahid1 da onu şübhəli şəxs qisimində tutan polis əməkdaşlarının arasında olmamışdır. Onu 14 may 2024-cü il tarixdə, saat 16-17 radələrində Hövsan qəsəbəsində olan zaman 3 nəfər polis əməkdaşı qara “Nissan” markalı avtomobillə yaxınlaşıb tutmuşdur. Həmin şəxsləri görsə tanıyar, lakin ad-soyadlarını bilmir. Polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq olunmuş, lakin xəsarət izi qalmamışdır. Üzərindən aşkar edilən psixotrop maddəmetamfetamin ona məxsus olmamışdır. Tutulan zaman üzərində psixotrop maddə olmamışdır. Polis əməkdaşlarının hədə-qorxularından çəkinərək həmin maddəni məcburən böz üzərinə götürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də sübutların məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 14 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı Şahid1 daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 14 may 2024-cü il tarixdə saat 16:35də şəxs müşahidəyə götürülmüş, saat 16:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən "Ballı" marketin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nin 33-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gəlmişdir. Bölmədə əvvəlcə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni həmin gün Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş həmin 01 (bir) ədəd büküm götürülərək qablaşdırılmışdır. Axırda isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir təzyiq və ya müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs onunla Şahid1 tutumuşdur. Təqsirləndirilən şəxsin tutulan zaman bədən xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni tanımadığı şəxsdən öz istifadəsi üçün alıb, üzərində saxladığını bildirmişdir. ***- ***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. Şahid1 isə ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş və narkotik vasitələrin istifadəsi ilə bağlı olmudur. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı təzyiq və ya müqavimət göstərməmişdir. Həmçinin təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq da tətbiq olunmamışdır. Əməliyyat qrupunun rəhbəri özü olmuş, Şahid2 isə qrup üzvü idi. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı nə bildirdiyi uzun müddət keçdiyi üçün xatırlamır. ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmiş, lakin əməliyyat tədbiri keçirilən zaman mobil telefonunun yanında olub-olmadığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 15 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 14 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 5-6) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 5(010)-418/2024 saylı qərarı ilə 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 14 may 2024-cü il tarixli qərarı qanuni sayılmışdır. (iş.v. 7-9) 14 may 2024-cü il tarixli, “əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında” protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında, xx xxx 1983cü il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi ev 17-də qeydiyyatda olan və yaşayan Ağayev X7 rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və istifadəsində şübhəli olmuşdur. Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında 14 may 2024-cü il tarixdə, saat 16:35 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi “Ballı” marketin qarşısında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə sonra, yəni saat 16:45 radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi “Ballı” marketin qarşısında yaxınlaşaraq, həmin şəxs saxlanılmış, ona özlərini təqdim etmişlər və Suraxanı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və istifadəsində şübhəli olduğunu izah edərək onu Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirmişlər. (iş.v. 11) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə şəffaf rəngli, kristal şəkilli metamfetaminə oxşar maddəni çıxarıb təqdim etmişdir. Aşkar olunan 01 (bir) ədəd sellofan bükümdə şəffaf rəngli kristal şəkilli psixotrop maddəmetafetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. (iş.v. 35-36) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilir, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulur, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” kimi tanıdığı narkotik maddə olmasını və həmin narkotik maddəni həmin gün Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir və hər hansı bir əşya və ya maddə aşkar olunmur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 may 2024-cü il tarixli 3-16-16/2- 6/2750 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №171...” dairəvi möhür əksi və “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, üç-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-1,480 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 1,480 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,430 qram. (iş.v. 43-46) Ambulator məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2024-cü il tarixli, 4847 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 109-110) Suraxanı RPİ-nin İŞ-nin 17 may 2024-cü il tarixli əməliyyat tapşırığına Suraxanı RPİnin 33-cü polis bölməsi tərəfindən ünvanlanan 14 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə-metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır.(iş.v. 76-77; 111) 16 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 1,480 qram, tədqiqatdan sonra qalıq qalmış 1,430 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 16 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 6 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarışının videoyazısı olan bir ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi kimi onun cəzasını ağırlaşdıran halın olması və onun əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş şəxs hesab olunması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əldə etdiyi 1,480 qram psixotrop maddə-metamfetamini əldə etdiyi naməlum şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Suraxanı RPİ-nin 33-cü polis bölməsinə göndərilmişdir. (iş.v. 117-123) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, saat 16:45-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 16 may 2024-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 16 may 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 16, 57-58, 69-75) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 1(010)- 128/2025 saylı qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin, iş üzrə Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin 14 may 2024-cü il tarix, saat 08:00-dan saat 23:00-dək olan olan müddət ərzində nömrələrin kimə məxsusluğunun, həmin nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, anten əhatə dairəsinin məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. 21 oktyabr 2024-cü il tarixli qərarın icrası ilə bağlı "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış məktublar onlara əlavə edilmiş disklərlə birlikdə müvafiq olaraq 22 yanvar 2025 və 07 fevral 2025-ci il tarixlərdə məhkəməyə daxil olmuşdur. Belə ki, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-**, onu şübhəli şəxs qismində tutması iddia olunan polis əməkdaşları- Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatları ilə bağlı disklərə baxış keçirilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə, saat 18:30-da tutulmuş, 14 may 2024-cü il tarixdə, saat 16:45-dən azadlığı məhdudlaşdırılmış hesab edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti 14 may 2024cü il tarixdə, saat 18:40-da başlamış və saat 19:10-da qurtarmışdır. Diskə baxış keçirilən zaman ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrənin Şahid2, ***-***-**- ** saylı mobil nömrənin Şahid1 məxsus olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 14 may 2024-cü il tarixdə, saat 16:42-də Hövsan, Erikli restoran//Surakhany ünvanında, 14 may 2024 tarixdə, saat 18:41-də 5 P_STQ/Surakhany ünvanında, 14 may 2024 tarixdə, saat 19:09da Bahar qesebesi//Surakhany/ ünvanında olduğu müəyyən olunur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 1(010)- 128/2025 saylı qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən 07 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Erikli restoranı Hövsan qəsəbəsində yerləşir. 14 may 2024-cü il tarixdə, saat 16-17 radələrində tanımadığı Rəhim adlı taksi sürücüsü ilə Dübəndidən Hövsan qəsəbəsinə getmiş, kart vasitəsilə ödəniş etmişdir. Taksidən düşən zaman qara rəngli “Nissan” markalı avtomobillə 3 nəfər polis əməkdaşı onu tutub polis bölməsinə aparmışlar. Tutulan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq olunmuş, lakin xəsarət izi qalmamışdır. Bununla bağlı prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Daha ağır cinayət əməli ilə itiham olunacağından qorxduğu üçün polislərin dedikləri ilə razılaşıb cinayəti boynuna götürmüş və məhkəmə istintaqı zamanı isə məhkəmə proseslərinin uzanmaması üçün özünü təqsirli bilmişdir. Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 14 may 2024 tarixdə, saat 18:55-də Bakı şəhəri, Suraxanı rayonu, Sabunçu TKQ, Əmircan qəsəbəsi 452/458/Surakhany ünvanında olduğu müəyyən olunur. Şəxsin tutulduğu saatda nömrənin anten əhatə dairəsinin harada olması ilə bağlı məlumat mövcud deyildir. Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 14 may 2024 tarixdə, saat 17:06-da Şadlinski küçəsi, Qaraçuxur ünvanında, 14 may 2024 tarixdə, saat 19:04-də Abşeron, Yeni Suraxanı qəsəbəsi, şimal-qərb hissəsi ünvanında olduğu müəyyən olunur. Şəxsin tutulduğu saatda nömrənin anten əhatə dairəsinin harada olması ilə bağlı məlumat mövcud deyildir. Belə ki, ittiham aktına əsasən 14 may 2024-cü il tarixdə, saat 16:45-də təqsirləndirilən şəxsə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi “Ballı” marketin qarşısında polis əməkdaşları ona yaxınlaşıb saxlamış və Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə gətirmişlər. “Gooogle Maps” proqramı vasitəsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi “Ballı” marketi ilə Hövsan qəsəbəsi Ərikli restoran arasında 18 km məsafə vardır. Təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək bildirmişdir ki, 14 may 2024-cü il tarixdə, saat 16:21-də “Bolt” proqramından istifadə edərək taksi çağırmış, həmin tarixdə, saat 16:35-də Dübəndidən Hövsan qəsəbəsində yerləşən Ərikli restoranının yaxınlığına getmişdir. Həmin taksi sürücüsünün adı Rəhimdir və o, **-BB-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobili idarə etmişdir. Bununla bağlı, “Bolt” mobil tətbiqindən çıxarış da təqdim etmişdir. Həmin çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs sonu 2837 ilə bitən bank kartından 5,42 manat dəyərində gediş haqqı çıxılmış, gediş saat 16:35-də sonlanmışdır. Lakin iş materiallarına əlavə edilmiş 14 may 2024-cü il tarixli, “əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında” protokol və həmin tarixli raportda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs saat 16:45-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, Ballı marketin yaxınlığında polis əməkdaşları tərəfindən tutulmuşdur. Anten əhatə dairəsinin məlumatları da nəzərə alınmaqla, aşkar şəkildə müəyyən edilir ki, F.X12 qəsəbəsi, D y/s, Ballı marketin yaxınlığından deyil, aralarında 18 km (avtomobillə 19 dəqiqəlik yol) məsafə olan Hövsan qəsəbəsi Ərikli restoranının yanında tutulmuşdur. Belə olan halda məhkəmədə əsaslı şübhələr yaranır ki, Təqsirləndirilən şəxs hansı əməliyyatçılar tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Çünki Təqsirləndirilən şəxs özü də məhkəmə istintaqı zamanı bildirmişdir ki, onu 33-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 və 33-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 tutmamış, onları yalnız bölmədə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman görmüş, onu başqa 3 nəfər tanımadığı polis əməkdaşları tutmuşlar. Əgər Təqsirləndirilən şəxs məhkəmə istintaqına bəlli olmayan başqa polis əməkdaşları tərəfindən tutulmuşdusa niyə görə əməliyyat axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarı və həmin tədbirin qanuniliyi ilə bağlı müraciəti məhz 33-cü PBnin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 etmişdir. Həmçinin hər iki şahidin ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etmələri və məhkəmə iclasında bir daha 14 may 2024-cü il tarixdə sat 16:45-də Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D yaşayış sahəsi Ballı marketin yanından Təqsirləndirilən şəxs tutmalarını bildirmələri bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs əsaslı sübutla təsdiq olunan alibisi (mobil telefonunun anten əhatə dairəsinin məlumatları və taksi sifarişi ilə bağlı təqdim etdiyi çıxarışlar) mövcuddur və həmin alibi ilə müəyyən edilir ki, eyni tarixdə və saatda Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində Ərikli restoranın yanında saxlanılmışdır. Buradan da aydın olur ki, Təqsirləndirilən şəxs 33-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən saxlanılması təkzib olunur. Beləliklə, məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında - cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs ittiham olunmuş qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə ilk öncə təqsirləndirilən şəxsin saxlanılma vaxtı və kimlər tərəfindən saxlanılması ilə bağlı ibtidai istintaq materialları ilə müəyyən edilmiş halların işin həqiqi halları ilə eynilik təşkil etməməsi və təhrif edilməsini qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə digər ziddiyyətli məqam Təqsirləndirilən şəxs üzərinə baxışın harada, kim tərəfindən və hansı şəraitdə keçirilməsi və onun üzərindən aşkar edilən predmetlərlə bağlıdır. Belə ki, 14 may 2024-cü il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” ptorokoldan görünür ki, şəxsi axtarış saat 18:40 dəqiqədə başlanmış və 19:10-da başa çatmışdır. Bu zaman da sual yaranır ki, şübhəli şəxs saat 16:45 dəqiqədən tutulmuş, yəni hüquqları faktiki məhdudlaşdırılmış hesab edilmişdirsə, belə olan halda, Təqsirləndirilən şəxs tutulduqdan sonra 2 saat ərzində harada, kimin nəzarəti altında saxlanılmışdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı mobil telefonu ilə “bolt” proqram tətbiqi vasitəsilə taksi sifariş etməsini təsdiq edən çıxarışı təqdim etməsinə baxmayaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun üzərindən nə üçün psixotrop maddədən başqa heç bir əşya (telefonu, pul kisəsi, metro kartı və s. kimi) şəxsi əşyaları aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindəki mobil telefon nə zaman və kimlər tərəfindən hansı şəraitdə götürülmüşdür?. Çünki təqsirləndirilən şəxsin istifadəsində olmuş 055 403 88 83 saylı mobil nömrənin şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirildiyi vaxt yəni, 14 may 2024-cü il tarixdə saat 18:40-dan 19:10-dək olan müddətdə Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsi ünvanında olması qeyd olunmuş, həmin anten dairəsi dəyişilmədən stabil qalmış, bundan başqa eyni saatlarda polis əməkdaşı Şahid2 istifadəsində olmuş 051 311 00 26 saylı mobil nömrənin də Suraxanı rayonu Bahar qəsəbəsi ünvanında olması öz əksini tapmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs mobil telefonu polis bölməsinə gətirilən zaman üzərində olmuş və bir müddət sonra söndürüldüyündən zənglərin edilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın həll edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Bu baxımdan məhkəmə cinayət işinin materiallarında olan 14 may 2024-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında protokolu, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, cinayət işinin materiallarında olan tarixi qeyd edilməmiş izahatı, 15 may 2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolunu və 16 may 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunu, şahidlərin dindirilməsi protokollarını məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, qeyd edilən prosessual sənədlərlə işin həqiqi halları uyğun gəlmir, həmin sənədlərdə Təqsirləndirilən şəxs iradəsi təhrif edilmiş formada öz əksini tapmışdır. Bundan başqa 14 may 2024-cü il tarixli əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar və ona əlavə edilmiş sənədlər Təqsirləndirilən şəxs guya polis əməkdaşları Şahid2 və Şahid1 tərəfindən tutulmasını göstərsə də məhkəmə istintaqı zamanı həmin hallar mötəbər sübutlarla tam təkzib olunmuşdur. Göründüyü kimi işin həqiqi halları qeyd edilən protokollarda tamamilə təhrif edilmişdir. Bütün bunlar isə tərtib edilmiş sənədlərin kənar təsirlər altında iradəsi əleyhinə Təqsirləndirilən şəxs tərəfindən imzalanması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Bunun əksi olaraq mobil telefonların anten əhatə dairələri məlumatları ilə bağlı mobil operatorlardan daxil olmuş disklər və müdafiə tərəfinin təqdim etdiyi “Bolt” taksi xidməti tətbiqindən çıxarışlar sübut qismində qiymətləndirilməli və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X9 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut növü kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin əsas funksiyası ədalət mühakiməsinin həyata keçirilməsi çərçivəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli və ya təqsirsiz olmasının müəyyən edilməsindən ibarətdir. Prosessual qərarların preyudisial əhəmiyyəti ilə bağlı isə qeyd edilməlidir ki, Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarəti nəticəsində qəbul olunan qərar digər cinayət işi və ya cinayət təqibi ilə bağlı material üzrə ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarına əsasən məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X2 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. CPM-nin 134.2-ci maddəsinin 134.2.11 və 134.2.13 bəndlərinə görə, cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; istintaq eksperimenti. CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət- Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs, yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən ittiham - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyataxtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsinə görə də polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirə salınmadan tutulmasına şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda yol verilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Plenum Qərarına əsasən cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər. Cinayət işlərinə məhkəmədə baxılarkən o da nəzərdən qaçırılmamalıdır ki, CPM-in 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsini tələb edir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsiplərini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında’’ Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Sübutun mümkünlüyü onun bir sıra digər xüsusiyyətlərinə (həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilmə hallarına) dair şübhələrin olmamasını nəzərdə tutur. Mənsubiyyət meyarı sübutun məzmununa yönəlirsə, sübutun mümkünlüyü meyarı daha çox prosessual formaya yönəlmiş tələb kimi çıxış edir. İstər əldə edilməsi, istər rəsmiləşdirilməsi və ya təqdim edilməsi zamanı ciddi pozuntulara yol verilmiş sübut artıq mümkünlük tələbinə cavab verən hesab oluna bilməz. Sübutun mötəbərliyi isə daha çox onun həqiqətə uyğunluğu kimi izah olunur. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarında qeyd olunmuşdur ki, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144- 146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. “Barbera, Messege və Habardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi sübuta yetirilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 1,480 qram psixotrop maddə-metamfetaminin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar toplanılmamışdır. Hər bir əməlin cinayət olması üçün 4 tərkib əlamətinin mövcud olması zəruridir. Bunlar obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhətdir. Həmin tərkib əlamətlərindən birinin olmaması əməlin cinayət olmaması anlamına gəlir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarında qeyd olunmuşdur ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Hazırki iş üzrə də məhkəmə qərarı ilə alınmış mobil telefon danışıqları barədə məlumatlara baxış zamanı, eləcə də müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş taksi sifarişi ilə bağlı çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024cü il tarixdə saat 16:45-də Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Ərikli restoranın yaxınlığında saxlanılmış, lakin məhkəmə istintaqı zamanı onu 33-cü PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 saxlamadıqları, sonuncuların yalnız şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı orada iştirak etmələri, həmçinin həmin istintaq hərəkətindən öncə dövlət hesabına təyin edilmiş müdafiəçinin həmin istintaq hərəkətində iştirakı təmin olunmadan şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi müəyyən edilmişdir. Bundan başqa şəxsin 14 may 2024-cü il tarixdə saat 16:45-də hüquqlarının məhdudlaşdırılmasına baxmayaraq həmin gün saat 18:40-da üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi onun 2 saata yaxın müddətdə polis bölməsində harada saxlanılması barədə məlumatın olmaması, tutulduğu yerə mobil telefonu ilə taksi sifariş etməklə gəlməsinə baxmayaraq şəxsi axtarış zamanı mobil telefonun və şəxsi əşyalarının üzərindən aşkar olunmaması da özlüyündə məhkəmədə kifayət qədər əsaslı şübhələr yaratmış, hansı ki, həmin şübhələr başqa sübutlarla aradan qaldırıla bilinmir və buna görə də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış hər hansı şəxs təqsirsiz sayılır. Qeyd olunan normalara, eləcə də CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə əsasən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü həmçinin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 may 2009-cu il tarixli, 1(101)-536/2009 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2, 185.2.1, 185.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş.v. 78-79) Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və əməliyyat qrupunun üzvləri olmuş 33-cü polis bölməsinin əməliyyat müvəkkilləri barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər nazirinə göndərilməli, Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, mobil operatorlardan anten əhatə dairələri məlumatları ilə bağlı daxil olmuş disklər və müdafiə tərəfinin təqdim etdiyi “Bolt” taksi xidməti tətbiqindən çıxarışlar sübut qismində tanınmalı və iş materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və 1,430 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməli, maddi sübut qismində saxlanılan 1,430 qram təşkil edən psixotrop maddə-metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılmalı, iş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini, həmçinin təqsirləndirilən şəxsə bəraət verilməsini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına təyin olunmuş Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 344-347, 349-350, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və əməliyyat qrupunun üzvləri olmuş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis mayoru Şahid2 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər nazirinə göndərilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməyən və qalıq qalmış 1,430 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilsin. İş üzrə maddi sübut qismində saxlanılan 1,430 qram təşkil edən psixotrop maddəmetamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. Mobil operatorlardan anten əhatə dairələri məlumatları ilə bağlı daxil olmuş 02 ədəd DVD disk və müdafiə tərəfinin təqdim etdiyi “Bolt” taksi xidməti tətbiqindən çıxarışlar sübut qismində tanınaraq və iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-128/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-128/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver