Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-129/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1978-ci ildə Neftçala rayonu, Xolqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 mart 2022ci il tarixə saat 21 radələrinədək “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki estakadada yerləşən 450 saylı meydançadan “dörd yol” adlanan əraziyə qədər olan hissədən dövlət əhəmiyyətli hesab edilən 1 metri 15 manat olmaqla, 750 manat dəyərində, 50 metr uzunluqda VVQ 4x25mm2 0.4 kv markalı mis tərkibli, 1 metri 17 manat olmaqla, 850 manat dəyərində, 50 metr uzunluqda 3x120mm2 6 kv markalı alüminium tərkibli elektrik kabellərini və 27 mart 2022-ci il tarixdə saat 09 radələrinədək həmin estakadada yerləşən 66 saylı meydança ilə 450 saylı meydançaya qədər olan hissədən dövlət əhəmiyyətli hesab edilən 1 metri 4 manat olmaqla, 1800 manat dəyərində, 450 metr uzunluqda VVQ 4x10 mm2 0.4 kv markalı mis tərkibli elektrik kabellərini istintaqa məlum olmayan əşya və üsulla kəsib gizli olaraq talamaqla, zərərçəkmiş şəxs “X6 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ümumilikdə 3400 (üç min dörd yüz) manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3- 2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Bakı şəhəri Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində özünə məxsus vətəgəsi var və orada balıq tutmaqla məşğul olur. Balıq tutmaq üçün ona məxsus olan 01 ədəd «Yamaha-40» markalı asma mühərriklə təchiz edilmiş taxta qayıqdan istifadə edir və balıqları qırmaqla tutur, buna görə də, kvota almağa ehtiyac yoxdur. Həmçinin dənizə çıxmaq üçün dövlət sərhəd xidmətinin sahil mühafizə xidmətinin əməkdaşlarından icazə aldıqdan sonra dənizə çıxır. Havalar küləkli olanda balıq tutmaq üçün dənizə çıxmır. Normal hava şəraitində sərhəd xidmətindən icazə aldıqdan sonra balıq tutmaq üçün dənizə çıxır. Həmişə balıqları tək tutmuşdur. Dənizə çıxmadığı vaxtlarda qayığını Hövsan qəsəbəsi 42 saylı yanalma körpüsündə saxlayır və gecə radələrində qayığını saxladığı yerə gedib nəzarət edir ki, qayığını oğurlamasınlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 07 radələrində dövlət sərhəd xidmətinin sahil mühafizəsinin adını xatırlamadığı əməkdaşı ona zəng vurub qayığının yerini soruşmuş, əməkdaşa qayığını Hövsan qəsəbəsi 42 saylı yanalma körpüsündə saxladığını demişdir. Həmin əməkdaş isə ona qayığının orada olmadığını bildirmişdir. Bundan sonra Hövsan qəsəbəsi 42 saylı yanalma körpüsünə getmiş və ora çatanda qayığının orda olmadığını görmüşdür. Həmin vaxt su nəqliyyatında polis idarəsinin əməkdaşları da oraya gəlmiş və ondan qayığının yerini soruşanda qayığının yerini bilmədiyini demişdir. Rəsmi formada müraciət etməsə də şifahi formada su polisinin əməkdaşlarından xahiş etmişdir ki, qayığının tapılmasında ona köməklik etsinlər. Polis əməkdaşları onu zığ limanında xətt polis bölməsinə dəvət etmişlər. Polis bölməsində polis əməkdaşları özünün gecə radələrində harda olduğunu və qayığının harda olması barədə suallar vermişlər. Polis əməkdaşlarına gecə evdə olduğunu və qayığının harda olmasından xəbərinin olmadığını bildirmişdir. Polis əməkdaşları ona, “Bahar enerji” şirkətindən elektrik kabellərin oğurlandığını deyərək ondan bu barədə məlumatının olub-olmamasını soruşmuşlar. Polis məkdaşlarına oğurluq barədə heç bir məlumatının olmadığını bildirmişdir. Polis bölməsindən çıxdıqdan sonra qayığını tapmaq üçün Hövsan qəsəbəsi 42 saylı yanalma körpüsünə tərəf getmişdir. Yanalma körpüsünə çatdıqdan sonra sahil mühafizənin əməkdaşları qayığını çimərlik istiqamətində tapıldığını bildirmişlər. Qayığının ora necə getməsini bilmir. Bundan sonra qayığını həmişə saxladığı yerdə, yəni 42 saylı yanalma körpüsündə saxlayıb evinə getmişdir. Təqsirləndirilən şəxs əlavə bildirmişdir ki, 25 mart 2022-ci il tarixdə saat 23 radələrində Su nəqliyyatında polis idarəsinin Zığ limanında xətt polis bölməsinə çağırılmış, səhər saat 08 radələrində polis bölməsindən buraxılmışdır. Təxminən bir il qabaq “Daewoo espero” markalı **-OR-*** dövlət qeydiyyatda nişanlı avtomobil tanımadığı şəxsdən baş etibarnamə əsasında almışdır. “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə dəymiş 3305 manat zərəri ödəmək üçün ailə üzvləri həmin avtomobili 1500 manata satmışlar. Avtomobil satılan zaman özü həbsdə olmuşdur. Həmin avtomobili ondan başqa heç kim idarə etməmişdir. “Daewoo espero” markalı **-OR-*** dövlət qeydiyyatda nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixdə saat 06:43-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən çıxışı, xx.xx.2022-ci il tarixdə saat 12:53-də girişinin “təhlükəsiz şəhər kameraları” tərəfindən qeydə alınmasını əsassız hesab edir. Gecələr balıq tutmaqla məşqul olur. Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud və Bahar qəsəbələri, Qum adası, Bakı şəhəri, Zığ şossesi, dəniz qırağına çox yaxındır. Bahar Energy dənizin içindədir. Həmin yerlər onun vətəgəsinə çox yaxındır. Təxminən vətəgəsindən dörd kilometr ara məsafəsi var. Hesab etmişdir ki, gecələr dənizə çıxıb balıq tutarkən qeyd olunan istiqamətlərdə anten məlumatlar ötürülmüşdür. Gecələr balıq yaxşı çıxdığına görə tez-tez gecələr balıq tutur. Adına olan ***-***-**-** saylı mobil telefonu 2022-ci ilin may ayının əvvəlində ailə üzvləri tərəfindən alınmışdır. Bu nömrəni hərdən istifadə edir. ***-***-**-** saylı mobil nömrəni əvvəllər istifadə etmiş, 2022-ci ilin yanvar ayında nömrə yanmışdır və o vaxtdan nömrəni istifadə etmir. ***-***-**-** saylı mobil telefon nömrəni üç il qabaq Natiq adlı balıqçı tanışına almış, Natiq özü Astara rayonu, Şahağacı kəndə yaşayır, əvvəl ona nömrəni alanda işlədirmiş, sonra Natiq kəndə çıxıb getmiş, hazırda Natiq həmin nömrəni işlətməsindən xəbəri yoxdur. ***-***-**-** saylı mobil nömrəni Tərlan adlı tanışı şəxsiyyət vəsiqəsini itirdiyinə görə ona öz adma almış, həmin nömrəni istifadə etmir. ***-***-**-** saylı mobil telefon nömrəsini 10 ildən çoxdur ki, istifadə edir, ondan başqa bu nömrəni heç kim işlətmir. Narkotik vasitə və ya psixotrop maddə istifadə etmir, ümumiyyətlə istifadə etməmiş, heç kimdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. ***-***-**-** saylı nömrəni istifadə etmədiyinə görə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin birbirlərinin rabitə əlaqəsi zamanı “20 manat versen mene hem menim isim duzeler hemde istesen 05 pati vererem sene bir dene he yox deyerdinde oz nomreme” kimi qeydə alınmış “sms” barədə heç bir məlumatı yoxdur. 070-441- 02-12 saylı mobil nömrəni tanımır. ***-***- **-** saylı və ***-***-**-** saylı mobil telefon rabitə əlaqəsi zamanı “Gel sen cani mende pis darixiram, gelende mene pati goturde” qeydə alınmış “sms”lə bağlı “sms” yaza bilmədiyinə görə ona cavab yazmamışdır. Bu “sms”-i alanda “sms” yaza bilmədiyinə görə zəng vurub Tərlana demişdir ki, naxaq belə bir şey soruşursan, bu cür işlərlə məşqul olmuram. ***-***- **-** saylı və ***-***-**-** saylı mobil telefon rabitə əlaqəsi zamanı “Gelende lamuçkanı doldurda seni gozleyirem” qeydə alınmış “sms” tanışı Tərlan yazmış. Tərlan hərdən onun yanına gəlib-gedirmiş, bu sms o mənanı bildirir ki, əl fanarının enerjisini doldur. Tərlan adlı tanışının narkotik vasitə və ya psixotrop maddə qəbul edib-etməməsindən xəbəri yoxdur. 2022-ci ilin mart ayının 25, 26 və 27-də Bakı şəhəri, Hövsan qəsəbəsində dəniz kənarında və yaşadığı evdə olmuş, əsasən Hövsan qəsəbəsində olmuşdur. Gecə radələrində dənizə çıxmağın qadağan olduğunu bilsədə, gecələr balıq çox olduğuna görə gecə radələrində icazəsiz dənizə çıxaraq balıq tutmaqla məşqul olmuşdur. Əvvəllər məhkumluğu olmasada, “Bahar enerjidən” kaber oğurluğu ilə bağlı şərlənərək inzibati məsuliyyətə cəlb olunmuş və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək bir ay inzibati qaydada həbs olunmuşdur. Belə ki, 2022-ci ilin yanvar ayının 15-dən 16-a keçən gecə Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutarkən qayığının mühərriki xarab olmuş və həmin vaxt dəniz sahilindən çox uzaqda olmuşdur. Küləyin axını ilə qayığı “Bahar Enerji” şirkətinin sahilinə gəlib çıxanda həmin şirkətin mühafizəçiləri ona yaxınlaşıb oğurluq etmək üçün yaxınlaşdığını soruşmuşlar. Onlara oğurluq üçün gəlmədiyini, qayığının mühərrikinin xarab olduğuna görə küləyin axını ilə bura gəlib çıxdığını bildirmişdir. Mühafizəçilər onun dediyinə inanmayıb onu polisə vermişlər. Bu formada o şərlənərək inzibati qaydada həbs olunmuşdur. Ailəsində ondan başqa qazanc gətirən olmadığına görə azadlığa çıxmaq üçün “X6 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə dəymiş 3305 manat zərəri ödənilməsi ilə bağlı ailə üzvləri ona məxsus “Daewoo espero” markalı **-OR-*** dövlət qeydiyyatda nişanlı avtomobili 1500 manata satmışlar. Bundan başqa ziyanın pulunu düzəltmək üçün evinə aid qızıl-zinyət əşyalarıda satılmışdır. Bu qaydada şirkətə dəymiş zərəri tam ödəmişlər. “Daewoo espero” markalı **-OR-*** dövlət qeydiyyatda nişanlı avtomobili ondan başqa heç kim idarə etməyib, avtomobili yalnız özü idarə etmişdir. Şahid15 2022-ci ilin fevral ayından tanımış, Anar onun yanında köməkçi kimi işləmişdir. Belə ki, o, balıqları tək tuturmuş, tutduğu balıqları qayıqla sahilə gətirərkən Anar balıqları qayıqdan götürüb sahilə çıxardırmış. Anarın işi bundan ibarət olmuşdur. Tutduğu balıqlara görə əldə etdiyi qazancının 15 faizini Anara vermişdir. Anar özü Binə qəsəbəsində yaşadığı üçün Hövsana dəniz qırağına gəlib-gedə bilmirmiş və buna görə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən həyət evi kirayələmişdir ki, Anar onun yanına gəlib-getməkdə çətinlik çəkməsin. 12 aprel 2022-ci il tarixdə həbs olunduqdan sonra Anar onun yanından getmişdir. Bundan sonra Anarla əlaqəsi olmamışdır. Şahid15 narkotik vasitə qəbul etməsini, həmçinin onun oğurluq etməsini eşitməmişdir. Anar onun yanında az müddətdə işlədiyi vaxtlarda hər hansı oğurluq etdiyini və narkotik vasitə qəbul etdiyini görməmişdir. Cinayət işi üzrə verilən ittihamla özünü təqsirli bilmir və ittihamı əsassız hesab edir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən etibarən “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyir, 2020-ci ilin avqust ayından həmin şirkətin Təlükəsizlik departamentinin dəstə rəisi vəzifəsində işləyir. “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 2010-cu il tarixdə Qum adasında yerləşən X11 İdarəsi ləğv edildikdən sonra fəaliyyətə başlamışdır. Hazırda şirkət neft və qaz hasilatı ilə məşqul olur. Şirkətində tabeçiliyindəki Qum adasında və ona bitişik estekada, habelə dənizdə olan “Bahar” yatağında yerləşən platforma, o cümlədən Hövsan qəsəbəsi ərazisində yerləşən digər struktur bölmələr fəaliyyət göstərir. 25 mart 2022-ci il tarixdə və 27 mart 2022-ci il tarixlərdə şirkətin dənizdəki estekadasından elektrik kabel xətləri naməlum formada kəsilərək oğurlanmışdır. Belə ki, 25 mart 2022-ci il tarixdə 21 radələrində şirkətdə elektrik sahəsinə cavabdeh usta Şahid5 məlumatına əsasən məlum olmuşdur ki, estekadada yerləşən 450 saylı meydança ilə dörd yol arasında olan yerdən 50 metr uzunluqda VVQ 4x25mm2 0.4 kv markalı mis tərkibli və 50 metr 3x120 mm2 6 kv markalı alüminium tərkibli elektrik kabel xətləri naməlum formada kəsilərək oğurlanmışdır. Bundan başqa 27 mart 2022-ci il tarixdə saat 09 radələrində şirkətin elektrik sahəsinə cavabdeh usta Şahid4 məlumatına əsasən məlum olmuşdur ki, estekadada yerləşən 66 saylı meydança ilə 450 saylı meydançaya qədər olan yerdən isə 450 metr uzunluqda VVQ 4x10 mm20.4 kv markalı mis tərkibli elektrik kabel xətti naməlum formada kəsilərək oğurlanmışdır. Şirkətin estekadasında baş vermiş oğurluq faktı ilə bağlı şirkət rəhbərliyi tərəfindən Su nəqliyyatında polis idarəsinin Zığ limanında xətt polis bölməsinə müraciət olunmuşdur. Baş vermiş oğurluq hadisəsi ilə bağlı “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ümumilikdə 3305 manat zərər dəymişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, kompleks-məhkəmə ekspertiza rəyləri ilə tanış olmuş, ekspert rəylərində göstərilən qiymətlərlə razıdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 fevral 2011-ci il tarixdən etibarən “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyir, 2021 -ci ilin avqust ayından həmin şirkətin X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Hüquq və korporativ məsələlər üzrə direktor vəzifəsində işləyir. “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 2010-cu il tarixdə Qum adasında yerləşən X11 İdarəsi ləğv edildikdən sonra fəaliyyətə başlamışdır. Hazırda şirkət neft və qaz hasilatı ilə məşğul olur. Şirkətində tabeçiliyindəki Qum adasında və ona bitişik estakada, habelə dənizdə olan “Bahar” yatağında yerləşən platforma, o cümlədən Hövsan qəsəbəsi ərazisində yerləşən digər struktur bölmələr fəaliyyət göstərir. 25 mart 2022-ci il tarixdə və 27 mart 2022-ci il tarixlərdə şirkətin dənizdəki estakadasından elektrik kabel xətləri naməlum formada kəsilərək oğurlanmışdır. Belə ki, 25 mart 2022-ci il tarixdə 21 radələrində şirkətdə elektrik sahəsinə cavabdeh usta Şahid5 məlumatına əsasən məlum olmuşdur ki, estakadada yerləşən 450 saylı meydança ilə dörd yol arasında olan yerdən 50 metr uzunluqda VVQ 4x25mm2 0.4 kv markalı mis tərkibli və 50 metr 3x120 mm2 6 kv markalı alüminium tərkibli elektrik kabel xətləri naməlum formada kəsilərək oğurlanmışdır. Bundan başqa 27 mart 2022-ci il tarixdə saat 09 radələrində şirkətin elektrik sahəsinə cavabdeh usta Şahid4 məlumatına əsasən məlum olmuşdur ki, estakadada yerləşən 66 saylı meydança ilə 450 saylı meydançaya qədər olan yerdən isə 450 metr uzunluqda VVQ 4x10 mm20.4 kv markalı mis tərkibli elektrik kabel xətti naməlum formada kəsilərək oğurlanmışdır. Şirkətin estakadasında baş vermiş oğurluq faktı ilə bağlı şirkət rəhbərliyi tərəfindən Su nəqliyyatında polis idarəsinin Zığ limanında xətt polis bölməsinə müraciət olunmuşdur. Baş vermiş oğurluq hadisəsi ilə bağlı “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ümumilikdə 3305 manat zərər dəymişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2013-cü ildən “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işə qəbul olmuş, 2022-ci ilin yanvar ayından həmin şirkətdə növbəyə cavabdeh usta vəzifəsində işləyir. “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi neft və qazın çıxarılması sahəsində fəaliyyət göstərir. Şirkət Bakı şəhəri, Hövsan qəsəbəsi, Qum adasında yerləşir. Yeddi gün gecə növbəsində işləyir və yeddi gün istirahət günü olur. İstirahət günündən sonra yeddi gün gündüz növbəsində işləyir. Gündüz növbəsində iş səhər saat 8:00-da başlayır, 20:00-da bitir. Gecə növbəsi isə saat 20:00-da başlayır, səhər 8:00-da bitir. İşdə olduğu zaman şirkətin nəznində olan avadanlıqlara baxış keçirir və avadanlıqlarda hər hansı nasazlıq baş vərərsə dərhal tədbir görür. Əksər hallarda avadanlıqlara tək baxış keçirir. 25 mart 2022-ci il tarixdə saat 20:00-da növbəni qəbul etmiş və həmin tarixdə 21 radələrində növbədə olan zaman estakadada yerləşən 450 saylı meydança ilə dörd yol arasında olan yerdə elektrik qutuları arasından 50 metr uzunluqda VVQ 4x25mm2 0.4 kv markalı mis tərkibli və 50 metr 3x120 mm2 6 kv markalı alüminium tərkibli elektrik kabel xətlərinin naməlum formada kəsilərək oğurlandığını aşkar etmişdir. Bununla bağlı dərhal şirkət rəhbərliyinə məlumat vermişdir. Bundan başqa 27 mart 2022-ci il tarixdə gecə növbəsini iş yoldaşı Şahid4 təhvil alıb növbəyə daxil olanda sonuncu bildirmişdir ki, 27 mart 2022-ci il tarixdə gündüz növbəsində olan zaman saat 09 radələrində estakadada yerləşən 66 saylı meydança ilə 450 saylı meydançaya qədər olan yerdən 450 metr uzunluqda VVQ 4x10 mm 20.4 kv markalı mis tərkibli elektrik kabel xətləri naməlum formada kəsilərək oğurlandığını müəyyən etmiş və oğurluqla bağlı şirkət rəhbərliyinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2008-ci ildən “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyir, iki ildir ki, baş energetik vəzifəsində işləyir. Qeyd olunan şirkət neft və qazın çıxarılması sahəsində fəaliyyət göstərir. İş rejimi səhər saat 8:00-da başlayır, saat 17:00-da bitir. Şirkət Bakı şəhəri, Hövsan qəsəbəsi, Qum adasında yerləşir. 25 mart 2022-ci il tarixdə saat 21 radələrində işdən sonra evdə olarkən iş yoldaşı şirkətin elektrik sahəsinin rəisi işləyən Şahid1 ona zəng vurub demişdir ki, növbəyə cavabdeh usta Şahid5 ona estakadada yerləşən 450 saylı meydança ilə dörd yol arasında olan yerdə elektrik qutuları arasından 50 metr uzunluqda VVQ 4x25mm2 0.4 kv markalı mis tərkibli və 50 metr 3x120 mm2 6 kv markalı alüminium tərkibli elektrik kabel xətləri naməlum formada kəsilərək oğurlanmışdır. Bu məlumatı alan kimi dərhal şirkət rəhbərliyinə xəbər vermişdir. Bundan başqa 27 mart 2022-ci il tarixdə saat 09 radələrində istirahət günü ilə əlaqədar evində olarkən iş yoldaşı Şahid1 ona zəng vurub demişdir ki, növbəyə cavabdeh usta Şahid4 ona estakadada yerləşən 66 saylı meydança ilə 450 saylı meydançaya qədər olan yerdə, elektrik qutuları arasından 450 metr uzunluqda VVQ 4x10 mm20.4 kv markalı mis tərkibli elektrik kabel xətləri naməlum formada kəsilərək oğurlanmışdır. Bu məlumatı alan kimi dərhal şirkət rəhbərliyinə xəbər vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid12 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iki ildir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Qala yolunun alt hissəsində yerləşən əlvan metalların qəbulu məntəqəsində fəhlə işləyir. Hər gün səhər saat 07-dən axşam saat 19-a qədər işləyir. Məntəqədi iki nəfər işləyirlər. Belə ki, orda fəhlə işləyir, metalları qəbul edir. X5 isə yazıpozu işlərini aparır. Yığdığıqları əlvan metalları camaatdan aldıqları qiymətdən biraz baha qiymətə böyük metal əritmə zavodlara təhvil verirlər. 26 mart 2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı köhnə avtomobillə işlədiyi məntəqəyə gələrək özü ilə alüminium materialından hazırlanmış elektrik kabellərini gətirmişdir. Həmin vaxt müdiri Namiq xəstə olduğuna görə işə gəlməmiş və işdə tək olduğuna görə metal qəbulunun alışını özü həyata keçirmişdir. Təqsirləndirilən şəxs həmin alüminium kabellərin hardan əldə etdiyini və oğurluqla əldə edib-etməməyini soruşmuş. Xəlil ona demişdir ki, kabellər ona məxsusdur, həyətində fundament qazarkən tapmışdır. Bundan sonra Xəlildən şəxsiyyət vəsiqəsini tələb etmiş, Xəlil ona şəxsiyyət vəsiqəsinin evində qaldığını bildirmişdir. Xəlildən soy adını soruşanda o, soy adının Həsənov olduğunu bildirmişdir. Öz növbəsində kabellərin Xəlilin özünə məxsus olmasına inanıb ondan kabelləri qəbul etmiş və məntəqənin qəbul dəftərinə Təqsirləndirilən şəxs alüminium metal qəbulunu qeyd etmişdir. Təqsirləndirilən şəxs gətirdiyi alüminium kabelləri tərəziyə qoyub çəkmiş və həmin kabellər 28 kilo olmuşdur. Alüminiumun hər kilosunu 2 manat 50 qəpikdən qəbul edirlər. Təqsirləndirilən şəxs 28 kq alüminium metalı qəbul etdiyinə görə ona ümumilikdə 70 manat pul vermişdir. Təqsirləndirilən şəxs 70 manat pulu götürdükdən sonra çıxıb getmişdir. Şahid2 əlavə olaraq bildirmişdir ki, mis kabelə baxanda görünür ki, adi evdə istifadə olunan 220 volt-luq kabeldən deyil, bu yüksək gərginli elektrik kabelidir. Hazırki iş yerində iki ildir ki, işləyir və bu vaxtadək yüksək gərginli elektrik kabeli təhvil verən olmayıb. Onlara təhvil verilən mis kabellər yalnız evdə istifadə olunan 220 volt-luq kabellər olmuşdur. Ümumiyyətlə yüksək gərginli həm alüminium, həmdə mis tərkibli kabellər gətirən olmamışdır. Gətirəndə evdə istifadə olunan 220 volt-luq kabellər olub, onları da gətirənlər az-az gətirib təhvil vermişlər. Ancaq yüksək gərginli alüminium kabelini Təqsirləndirilən şəxs tərəfindən onlara təqdim edilmişdir. Həmin vaxt Xəlildən ondan gətirdiyi kabelləri hardan əldə etdiyini soruşduqda o demişdir ki, evinin həyətində fundament qazarkən torpağın altından çıxmışdır. Xəlilə inanıb gətirdiyi 28 kq alüminium kabellərini hər kilosunu 2 manat 50 qəpikdən götürmüş və buna görə ona ümumilikdə 70 manat pul vermişdir. Şahid2, Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı da ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə, sonuncunun üzünə qarşı deyərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6, Şahid2 verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Su NPİ-nin Zığ limanında X9 rəis müavini Şahid11 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının təxminən ortalartında “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən elektrik kabellərinin oğurlanması ilə bağlı Zığ limanında xətt polis bölməsinə müraciət daxil olmuşdur. Həmin oğurluq faktı ilə əlaqədar Zığ limanında xətt polis bölməsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Qum adasında yerləşən “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə aid ərazilərdə mütəmadi olaraq reydlər keçirilmişdir. Təxminən 2022-ci ilin yanvar ayının ortalarında aparılan davamlı reydlər zamanı Qum adasında “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus neft avadanlıqlarının elektrik xətlərinin kəsmək istəyən sonradan şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs saxlanılaraq aidiyyəti üzrə Zığ limanında xətt polis bölməsinə təhvil verilmiş və aparılan araşdırma nəticəsində Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 30 gün müddətinə inzibati qaydada həbs seçilmişdir. 2022-ci ilin mart ayının əvvəllərində gecə radələrində keçirilən reyd zamanı Qum adasının ətrafında Xəzər dənizində Təqsirləndirilən şəxs qayıqla hərəkətdə olduğunu müşahidə etmişlər. Təqsirləndirilən şəxs dəfələrlə gecə radələrində qayıqla icazə olmadan Xəzər dənizinə daxil olaraq Qum adasının ətrafında görsənməsi onun yenidən oğurluq etməsinə əsaslı şübhələr yaranmışdır. Təqsirləndirilən şəxs qayıqla qanunsuz Xəzər dənizinə daxil olmasına dair qanuna zidd əməllərinə qanuni tədbir götürülməsi üçün Təqsirləndirilən şəxs bir neçə dəfə saxlanılaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşlarına təqdim edilmişdir. Bundan başqa Zığ limanında xətt polis bölməsinin əməkdaşları ilə birlikdə Qum adasının ətrafında olan estakadalarda davamlı reydlər aparılarkən bir neçə dəfə Təqsirləndirilən şəxsla qarşılaşmışlar. Xəlil polis əməkdaşlarını görən kimi qaçmışdır. 25 mart 2022-ci il tarixdə axşam radələrində Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində davamlı reydlər keçirərkən gecə, yəni 26 mart 2022-ci il tarixdə saat 03 radələrində dəniz sahilində qayıqlar olan yerdən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə şəhər istiqamətində hərəkət etdiyini görüb onu saxlatmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs gecə vaxtı dəniz sahilinə gəlməsinin səsəbini soruşduqda sonuncu qayığına nəzarət etmək üçün gəldiyini bildirmişdir. Xəlilin avtomobilinə baxış zamanı hər hansı elektrik kabeli aşkarlanmadığından sərbəst buraxılmışdır. Sonra həmin yerdə reydlər davam etdirərkən Təqsirləndirilən şəxs vətəgəsindən təxminən 300 metr. Xəzər dənizinin sahilindən isə 20 metr aralıda yerdən 2 ədəd kəsilmiş vəziyyətdə, təxminən 14 metr uzunluqda yüksək gərginlikli alüminium tərkibli elektrik kabellər aşkar edilmişdir. Dərhal Təqsirləndirilən şəxs zəng vurub onu olduqları yerə çağırmışlar. Təqsirləndirilən şəxs gəldikdən sonra aşkarladıqları alüminium kabelini ona göstərmişlər. Təqsirləndirilən şəxs həmin kabellərdən xəbərsiz olduğunu bildirmişdir. Aşkar etdikləri kabellərin estakadadan oğurlandığnı ehtimal etdiklərinə görə özləri ilə polis bölməsinə aparmışlar və eyni zamanda Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxsla təxminən 2 saat proflaktiki söhbətlər aparıldıqdan sonra o sərbəst buraxılmışdır. 30 mart 2022-ci il tarixdə “Bahar Enerji neftqaz çıxarma əməliyyat” şirkətindən mis və alüminium tərkibli elektrik kabellərinin oğurluq olması ilə bağlı Zığ limanında xətt polis bölməsinə müraciət daxil olmuşdur. Həmin müraciətlə bağlı Zığ limanında xətt polis bölməsinin əməkdaşları ilə birlikdə cinayəti törədənlərin müəyyən olunması istiqamətində keçirilən tədbirlər zamanı Təqsirləndirilən şəxs Türkan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə 28 kiloqram çəkidə yüksək gərginli alüminium tərkibli elektrik kabellərinin ümumilikdə 70 manata satması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs vətəgəsindən təxminən 300 metrə aralıda tapılan yüksək gərginli alüminium tərkibli elektrik kabeli və Türkan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə satılan yüksək gərginlik alüminium tərkibli elektrik kabelləri “Bahar Enerji neft-qazçıxarma əməliyyat” şirkətindən oğurlanan yüksək gərginli alüminium tərkibli elektrik kabelləri ilə oxşarlıq təşkil edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Su NPİ-nin Zığ limanında X9 əməliyyat müvəkkili Şahid9 və həmin bölmənin Post-patrul xidməti manqası, manqa komandiri Şahid10, Şahid11 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Su nəqliyyatında polis idarəsinin cinayət axtarış bölməsinin rəisi Şahid7 ifadəsində göstərmişdir ki, 25 mart 2022-ci il tarixdən 27 mart 2022-ci il tarixədək olan müddət ərzində “Qum adası” akvatoriyasında “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus estakadasından 500 metr mis tərkibli və 50 metr alüminium tərkibli elektrik kabellərinin oğurlanması ilə bağlı 30 mart 2022-ci il tarixdə “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Su NPİnin Zığ limanında xətt polis bölməsinə müraciət daxil olmuş və həmin müraciətlə bağlı polis bölməsində araşdırma başlanmışdır. Oğurluq əməlini törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində Su nəqliyyatında polis idarəsinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və əməliyyat tədbiri nəticəsində müəyyən edilmişdir ki, 26 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri. Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Qala yolunun alt hissəsində yerləşən əlvan metalların qəbulu məntəqəsinə 28 kiloqram alüminium tərkibli elektrik kabellərini hər kilosunu 2 manat 50 qəpiyə sataraq 70 manat pul əldə etmişdir. 01 aprel 2022-ci il tarixdə Su nəqliyyatında polis idarəsinin əməkdaşları ilə birlikdə həmin metal qəbulu məntəqəsinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs ümumilikdə 28 kiloqram kəsilmiş vəziyyətdə iki ədəd bağlamaya yığılmış alüminium tərkibli elektrik kabellərinin təqdim etməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsinə satdığı elektrik kabellərin “Qum adası” akvatoriyasında “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus estakadasından oğurlanan alüminium tərkibli elektrik kabelləri ilə oxşarlıq təşkil edir. Baxışdan sonra Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsinə 70 manata satdığı iki ədəd bağlamada olan 28 kiloqram elektrik kabelləri iş üzrə əhəmiyyətli olduğuna görə götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Su NPİ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid8, Şahid7 verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin İqtisadi ekspertizalar şöbəsinin böyük eksperti X1 2014-cü ildən məhkəmə ekspertiza mərkəzinin iqtisadi ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləyir. Su NPİ-nin Zığ LXPBnin təhqiqatçısı, polis kapitanı Azər Orucov tərəfindən 31 mart 2022-ci il və 01 aprel 2022ci il tarixlərdə kompleks məhkəmə ekspertizası təyin edilmiş və qərarların icrası ona həvalə edilmişdir. Həmin iş üzrə maddi sübut kimi götürülmüş mis və alüminium ərintisindən hazırlanmış elektrik kabelləri tədqiqata təqdim edilmişdir. Tədqiqata təqdim edilmiş kabellərin dəyəri, tərkibi, tərkiblərinin bir-birləri ilə eynilik təşkil etməsi barədə ekspert qarşısında suallar qoyulmuşdur. Təyin edilmiş ekspertiza qərarları ilə bağlı zəruri tədqiqatlar aparılmışdır. Belə ki, tədqiqatın fiziki-kimyəvi hissəsində ekspertizaya təqdim edilmiş nümunələrin tərkibi və digər göstəriciləri müəyyən edilmişdir. Tədqiqata qərarla birgə «X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim olunmuş eklektrik naqillərinin istismara yararlı olduğu qeyd edilmişdir. Malın bazar qiyməti tələblə təklif qarşılıqlı təsir nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və ya yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, «X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim olunmuş eklektrik kabellərinin istifadədə olunması nəzərə alınmaqla 2022-ci ilin mart ayına orta bazar qiyməti təxmini müəyyən edilmişdir. Təqdim edilmiş mis əsaslı ərintidən hazırlanmış, ümumi diametri təxminən 18,7 mm, damarlardan birinin diametri təxminən 5,8 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,4 mm olan, qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, ağ rəngli izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət kabelin bir metrəsi 4 manat və həmin kabelin 450 metrəsi 1800 manat dəyəri müəyyən edilmişdir. Bundan başqa alüminium ərintidən hazırlanmış, təxminən ümumi diametri 42,2 mm olan qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, təxminən 2,5 mm qalınlıqlı alüminium ekran izolyasiyasından və qara rəngli rezinəoxşar izolyasiya təbəqəsinin içərisində yerləşmiş 3 ədəd gümüşü rəngli metal damardan ibarət kabelin bir metrəsi 17 manat və həmin kabelin 50 metri 850 manat dəyəri müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Su NPİ-nin Zığ limanında xətt polis bölməsinin növbətçi hissəsinin məsul növbətçisi Şahid13 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən Su NPİ-nin Zığ limanında xətt polis bölməsinin növbətçi hissəsinin məsul növbətçisi vəzifəsində xidmət edir. Xidmətdə olarkən növbətçi köməkçisi ilə birlikdə Zığ limanında xətt polis bölməsinin inzibati ərazisində baş vermiş hadisələrin qeydiyyatını aparırlar, həmçinin daxil olan məlumatları aidiyyəti əməkdaşlara istiqamətləndirlər. O cümlədən hər hansı qanuna zidd əməllər törədən şəxs və ya şəxsləri polis bölməsinə gətirilərkən onların polis bölməsinə giriş və çıxışları polis bölməsinin növbətçi hissəsində olan 602 nömrəli “şəhər, rayon, xətt polis orqanlarina gətirilmiş şəxslərin qeydiyyati” kitabında qeydiyyatını aparırlar. Şahid13 əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin yanvar ayında “Bahar Enerji” əməliyyat şirkətinin estakadasından oğurlanan elektrik kabelləri ilə bağlı Təqsirləndirilən şəxs oğurluqda şübhəli bilindiyinə görə polis bölməsinə gətirilmiş və bununla bağlı polis bölməsinin növbətçi hissəsində olan 602 nömrəli “şəhər, rayon, xətt polis orqanlarina gətirilmiş şəxslərin qeydiyyati” kitabında qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında “Bahar Enerji” əməliyyat şirkətinin estakadasından elektrik kabelləri oğurladığına görə o 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 30 gün inzibati qaydada həbs edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “Qum adası” akvatoriyasında «X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus estakadanın üzərindən oğurlanan elektrik kabelləri ilə bağlı müraciət Zığ limanında xətt polis bölməsinə 30 mart 2022-ci il tarixdə olmuşdur. Bundan sonra polis bölməsində araşdırma başlanmışdır. Araşdırma başlanmamışdan qabaq, yəni 30 mart 2022-ci il tarixdən öncə Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində yerləşən vətəgəsindən təxminən 300 metrə, Xəzər dənizinin sahilindən isə 20 metr aralıda yerdən yüksək gərginli alüminium materialına oxşar elektrik kabelləri tapılmışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs polis bölməsinə dəvət olunaraq sorğusual olunmuşdur. Polis bölməsinə dəvət olunmuş şəxs və ya şəxslərin polis bölməsinin növbətçi hissəsində olan 602 nömrəli “şəhər, rayon, xətt polis orqanlarina gətirilmiş şəxslərin qeydiyyati” kitabında qeydiyyatı aparılmır. Yalnız qanuna zidd əməl törədilməsində şübhəli bilinən şəxs və ya şəxslər saxlanılıb polis bölməsinə gətirilərkən onların giriş və çıxışlarının qeydiyyatı aparılır. Şahid13 əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin yanvar ayında “Bahar Enerji” əməliyyat şirkətinin estakadasından oğurlanan elektrik kabelləri ilə bağlı Təqsirləndirilən şəxs oğurluqda şübhəli bilindiyinə görə polis bölməsinə gətirilmiş və bununla bağlı polis bölməsinin növbətçi hissəsində olan 602 nömrəli “şəhər, rayon, xətt polis orqanlarina gətirilmiş şəxslərin qeydiyyati” kitabında qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında “Bahar Enerji” əməliyyat şirkətinin estakadasından elektrik kabelləri oğurladığına görə o 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 30 gün inzibati qaydada həbs edilmişdir. 2022-ci ilin mart ayının 25-dən 26-na keçən gecə Təqsirləndirilən şəxs Zığ limanında xətt polis bölməsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs dəvət olunduğuna görə onun barəsində polis bölməsinin növbətçi hissəsində olan 602 nömrəli “şəhər, rayon, xətt polis orqanlarina gətirilmiş şəxslərin qeydiyyati” kitabında qeydiyyatı aparılmamışdır. Əgər Təqsirləndirilən şəxs hər hansı qanuna zidd əməl törətməsində şübhəli bilinərək gətirilsəydi, onda növbətçi hissədə olan 602 nömrəli “şəhər, rayon, xətt polis orqanlarina gətirilmiş şəxslərin qeydiyyati” kitabında qeydiyyat aparılardı. Təqsirləndirilən şəxs gələn zaman bölmənin əməkdaşları tərəfindən 2 ədəd kəsilmiş vəziyyətdə, təxminən 14 metr uzunluqda yüksək gərginli alüminium tərkibli elektrik kabeli gətirmişdilər. Həmin kabel Təqsirləndirilən şəxs vətəgəsindən təxminən 300 metrə, Xəzər dənizinin sahilindən isə 20 metr aralıda yerdən tapılmışdır. Təqsirləndirilən şəxs polis bölməsində olarkən tapılan kabellərdən xəbərsiz olduğunu bildirmişdir. Kabelin oğurlanıb-oğurlanmadığını müəyyən etmək üçün həmin kabel polis bölməsində saxlanılmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin mart 26-da saat təxminən 03 radələrində polis bölməsinə gəlmişdir. Həmin günün səhərə yaxın saat təxminən 06 radələrində isə getmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “Bahar Enerji” əməliyyat şirkətindən oğurluq olması barədə 30 mart 2022-ci il tarixdə polis bölməsinə müraciət daxil olmuşdur. Həmin müraciətlə bağlı polis bölməsində araşdırma aparılmışdır. Araşdırma ilə əlaqədar 2022-ci ilin aprel ayının əvəlində Təqsirləndirilən şəxs oğurluqda şübhəli bilindiyinə görə onun polis bölməsinə gətirilən .zaman girişi və çıxışı Zığ limanında xətt polis bölməsinin növbətçi hissədə olan 602 nömrəli “şəhər, rayon, xətt polis orqanlarina gətirilmiş şəxslərin qeydiyyati” kitabında qeydiyyatı aparılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Su NPİ-nin Zığ limanında xətt polis bölməsinin növbətçi hissəsində məsul növbətçi köməkçi Şahid14, Şahid13 verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında tanış olmuş və onun yanında köməkçi işləmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Hövsan qəsəbəsində Xəzər dənizinin sahilində balıq vətəgəsi var və orada Xəlil balıqçılıqla məşqul olur. Xəlillə birlikdə balıq tutmamışdır. Xəlil özünə məxsus qayıqla təkbaşına Xəzər dənizindən balıq tutub sahilə gələndə ona balıqların qayıqdan yığılmasında köməklik etmişdir. Yəni balıqları qayıqdan götürüb quruya çıxartmışdır. Xəlilin yanında köməkçi işləyəndə Binə qəsəbəsindən Hövsan qəsəbəsində dəniz sahilinə gəlibgedə bilmədiyi üçün Bahar qəsəbəsində yerləşən fərdi yaşayış evini kirayələmiş və Xəlillə işlədiyi müddətlərdə, təxminən iki aya yaxın həmin evdə kirayədə qalmışdır. Bahar qəsəbəsindən dəniz sahilinə gedib-gəlmək onun üçün əlverişli idi. Kirayə pulu 120 manat idi və həmin kirayə pulunuda Xəlil özü vermişdir. 2022-ci ilin mart ayının axırlarında Xəlillə onu Zığ limanında xətt polis bölməsinə çağırmışlar. Xəlillə birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsinə getdiyi tarixi dəqiq xatırlamır. Ancaq təxmini xatırlayır ki, Xəlillə polis bölməsinə 2022-ci ilin mart ayının axırlarında getmişlər. Səhər saatlarında Xəlillə polis bölməsinə getmişlər və polis bölməsində ondan izahat almamışlar, yalnız şifahi suallar vermişlər. Polis bölməsində onlara demişlər ki, Qum adasında yerləşən bahar enerji şirkətinin estakadasından elektrik kabelləri oğurlanıb. Polis əməkdaşlarına oğurluqla bağlı heç bir məlumatının olmadığını bildirmişdir. Sonra onu buraxmışlar, Xəlili isə saxlamışlar və həmin günü axşamtərəfi buraxmışlar. Dəqiq tarixini xatırlamadığı vaxtda, yəni 2022-ci ilin aprel ayının ortalarında Xəlil oğurluqda şübhəli olduğuna görə polis əməkdaşları tərəfindən tutulmuşdur. Xəlil həbs olunduqdan sonra onunla əlaqəsi kəsmiş və Bahar qəsəbəsində kirayə qaldığı evdən də çıxıb öz evinə, yəni Binə qəsəbəsində yerləşən evinə getmişdir. Bundan sonra Xəlillə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş “X6 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində elektrik sahəsinin elektrik montyoru Şahid17 ifadəsində göstərmişdir ki, 25 mart 2022-ci il tarixdə saat 8:00-da növbəni qəbul etmiş və həmin tarixdə saat 20:00dək növbədə olmuşdur. İşdə yəni, növbədə olduğu müddətdə estakadada olan avadanlıqlara mütəmadi olaraq baxış keçirmiş və hər hansı texniki nasazlıq müəyyən edilməmişdir. 25 mart 2022-ci il tarixdə saat 20:00-da növbəni təhvil verib evə getmişdir. Onun növbəsindən sonra növbəni Şahid5 qəbul etmişdir. Şahid5 növbəni qəbul etdikdən təxminən bir saat sonra, yəni saat 21 radələrində estakadada yerləşən 450 saylı meydança ilə dörd yol arasında olan yerdə elektrik qutuları arasından 50 metr uzunluqda VVQ 4x25mm2 0.4 kv markalı mis tərkibli və 50 metr 3x120 mm2 6 kv markalı alüminium tərkibli elektrik kabel xətlərinin naməlum formada kəsilərək oğurlandığını müəyyən etmiş və oğurluqla bağlı şirkət rəhbərliyinə məlumat vermişdir. Bu hadisədən sonra da elektrik kabelləri kəsilərək oğurlanmışdır. Belə ki, iş yoldaşı Şahid4 eşitmişdir ki, 27 mart 2022-ci il tarixdə saat 09 radələrində estakadada yerləşən 66 saylı meydança ilə 450 saylı meydançaya qədər olan yerdə, elektrik qutuları arasından 450 metr uzunluqda VVQ 4x10 mm20.4 kv markalı mis tərkibli elektrik kabel xətləri naməlum formada kəsilərək oğurlandığını müəyyən etmiş və oğurluqla bağlı şirkət rəhbərliyinə məlumat vermişdir. Şahid17 əlavə olaraq göstərmişdir ki, oğurlanan kabellər estakadanın kənarında olan qoruyucu dəmirlərə bərkidilmiş elektrik qutuları ilə birləşir. Gündüz vaxtlarında orada qaynaq işləri aparılanda qaynaq cihazının kabeli elektrik qutularına qoşulmaqla cərəyandan istifadə olunur. Növbədə olduğu müddətdə həmin kabellərin yerində olduğunu görmüşdür. Növbədə olduğu vaxtlarda avadanlıqlara tez-tez baxış keçirmiş, bununla bağlı qeydiyyat aparılmadığından dəqiq hansı saatlarda baxış keçirildiyini və kabelləri axrıncı dəfə hansı saatda gördüyünü xatırlamır. Növbədə olan hər bir əməkdaş avadanlıqlara adi qaydada baxış keçirir və bunun üçün şirkət rəhbərliyi tərəfindən hər hansı qeydiyyatın aparılması tələb olunmur. Yalnız nasazlıq baş verərsə şifahi formada şirkət rəhbərliyinə məlumat verilir. Baxış adi qaydada keçirilir, bununla bağlı şirkət rəhbərliyi tərəfindən hər hansı qeydiyyatın aparılması tələb olunmur. Saatını dəqiq xatırlamır, ancaq növbəni təhvil verənə qədər kabellər yerində olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş “X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində elektrik sahəsinin elektrik montyoru Şahid16, Şahid17 verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cildinin 174-182-ci vərəqlərində olan 30 mart 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi istiqamətində yolun sağ kənarında mərkəzi yoldan təxminən 4 km məsafədə «Qum adası» adlandırılan ərazidə yerləşən «X8 şirkəti»nin Azərbaycan Respublikasında Nümayəndəliynin inzibati ərazisidir. Hovsan yolundan «X8 şirkəti»nin Azərbaycan Respublikasında Nümayəndəliynin inzibatı ərazisinə gedən yol nahamar asfalt örtüklüdır. Şirkətin avtomaşınlar üçün giriş qapısı bir çıxış və bır girişdən ibarətdir. Giriş və çıxışda qaxıb enən baryer quraşdırılmışdır. Quraşdırılmış baryerdən sonra şirkətin ərazisinə gedən yol beton örtüklüdür. Həmin beton örtüklü yolun qurtaracağında şirkətin inzibati binası vardır. Şirkətin inzibati ərazisində müxtəlif istiqamətlərdə asfalt örtüklü yol çəkilmişdir. «X8 şirkəti»nin Azərbaycan Respublikasında Nümayəndəliynin inzibati ərazisində müxtəlif yerlərdə öz təyinatlarına uyğun metal konstruksıyalı konteynerlər və daş tikililər vardır. Şirkətin inzibati binasından Hovsan qəsəbəsi istiqamətində çəkilmiş asfalt örtüklü yolun sağ kənarında çoxlu sayda müxtəlif ölçülü ağ rəngli içərisində avadanlıqları olan metal konteynerlər və digər avadanlıqlar yığılmışdır. Hadisənin baş verdiyi yer «X8 şirkətinə məxsus “Qum adası akvatoriyasında yerləşən Qum-dəniz sahəsinə aid estakadadır. Estakada sahildən dənizin içərisinə tərəf uzanmaqla asfalt örtüklə əhatə olunmuş, dənizə doğru dəmir dirəklərin üzərində olmaqla sağ və sol tərəfi sürahilərlə bərkidilmiş dəmir-beton konstruksiyasından təşkil olunmuşdur. Estakadanın ümumi uzunluğu 6,9 km təşkil edır Baxış zamanı estakadanın başlanğıc hissəsindən 2,3 km dənizə doğru estakadanın üzərincə hərəkət istiqamətinin sol tərəfində sürahiyə bərkidilmiş 16 saylı ağ rəngli boya ilə rənglənmiş və qapısı olan elektrik qutusu müşahidə olundu. Həmin qutunun aşağı hissəsində uc hissədən kəsilmiş uzunluqları 30 və 28 sm. olan ağ və qara ızolə olunmuş 2 ədəd elektrik kabeli müəyyən edildi. Tərəfimizdən baxış davam etdirildi. Qeyd olunan qutudan 65 metr məsafəfə yerləşən 17 saylı ağ rəngli boya ilə rənglənmiş və qapısı olan elektrik qutusunun aşağı hissəsində uc hissədən kəsilmiş qara örtüklə örtülmüş 2 ədəd elektrik kabeli müəyyən edildi. 17 saylı qutudan 80 metr uzaqlıqda yerləşən 18 saylı qutunun aşağı hissəsində uc hissədən kəsilmiş uzunluqları 60 və 45 sm. olan qara örtüklə örtülmüş 2 ədəd elektrik kabeli, ondan 85 metr aralıda isə 19 saylı qutu yerləşirdi. Qeyd olunan qutunun da aşağı hissəsində uc hissədən kəsilmiş uzunluqları 55 və 23 sm. olan qara örtüklə örtülmüş 2 ədəd elektrik kabelləri mövcud idi. Təxminən 110 metr məsafədə yerləşən 20 saylı qutuya baxış zamanı aşağı hissəsində birinin kəsildiyi 2 ədəd elektrik kabeli müşahidə olundu. Baxışda iştirak edən mütəxəssis qismində tanınmış Şahid1 bildirdi ki, həmin elektrik kabelləri naməlum şəxslər tərəfindən kəsildiyinə görə qalan çıxıntılardır . Belə ki, həmin kabellər təxminən 3 ildir kı, çəkilmiş və qaynaq işlərinin aparılması üçün elektrik təchizatı ilə təminatdan ibarətdir. Daha sonra Şahid1 qeyd etdi ki, həmin kabellər 4 damarlı olmaqla 4x10mm ölçüdədir və 380 volt gərginliklidir. Baxış davam etdirilərkən məlum oldu kı, estakadanın üzərində yerləşən 450 saylı istehsalat sahəsindən “Dördyol" adlanan sahə istiqamətində estakadanın sol tərəfində sürahiyə bərkidilmiş qapaq hissəsi sındırılmış ağ rəngli boya ilə rənglənmiş üzərində 0,4 KV yazılan elektrik qutusu müşahidə olundu. Baxışda iştirak edən «X8 Şirkətinin baş energetiki Şahid12 bildirdi ki, kəsilmiş ümumi uzunluğu 100 (yüz) metr olan alüminium tərkibli kabel qeyd olunan qutunun içərisindən açılmışdır, irəlidə isə onun kabelin uc hissədən kəsilmiş digər hissəsi mövcuddur. Qeyd olun istiqamətdə hərəkət etdikdə 1 ədəd qara rəngli izolə edilmiş yerdə olan kabel aşkar olundu. Kabelə baxış zamanı onun uc hissədən kəsilməsi və tərkibinin alüminium naqilindən təşkil olunduğu müəyyən olundu. Sorğu zaman Şahid12 bildirdi ki, qeyd olunun kabel elektrik enerjisi ilə təminat təyinat 3x120 ölçüdə olmaqla 3 damarlı alüminium naqillərindən təşkil olunmuşdur. Baxışda iştirak edən iştirakçılar bildirdiklərinə görə kəsilərək oğurlanmış kabellər nəticəsində “X8 Şirkəti”nə ümumilikdə 4100 (dörd min yüz) məbləğində ziyan dəymişdir. Baxış zamanı təhqiqat üzrə zəruri əhəmiyyət kəsb etdiyi üçün yuxarıda qeyd olunan 4 damarlı olmaqla 4x10 mm ölçüdə olan mis tərkibli və 3x120 ölçüdə olmaqla 3 damarlı alüminium naqillərindən təşkil olunmuş elektrik kabelləri bir hissəsi kəsilərək müvafiq ekspertiza təyin olunması üçün götürülmüşdür. Qeyd olunan kabellər götürüldükdən sonra iştirakçıların iştirakı ilə qablaşdırımışdır. Cinayət işinin 1-ci cildinin 205-206-cı vərəqlərində olan 30 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi magistralı yolun Hövsan qəsəbəsinə doğru hərəkət istiqamətinin 350-400 metr sağ istiqamətində yerləşən 42 saylı dayanacaq mövcuddur. Dəniz istiqamətindən yola doğru müşahidə zamanı dəniz sahilində müxtəlif konstruksiyalı balıqçı vətəgləri və qayıqları var idi. Sahildən yol istiqamətinə irəlilədikcə sahildən 200 metr məsafədə 02 ədəd su trubası və onların üzərindən piyada keçidləri. (kustar üsulla düzəldilmiş) müşahidə olundu. Qeyd olunan su turbaların biri mavi digəri isə boz rəngli boya ilə boyalanmışdır. İştirakçı Şahid11 bildirdi ki, turbadan dəniz istiqamətinə 20 metr məsafədə qeyd olunan 02 ədəd kabel kəsikləri aşkar olunmuşdur. Sorğu zamanı Şahid11 xx.xx.2022-ci il tarixli 8/227-225-1222 nömrəli arayışını təsdiq etmişdir. Baxışda iştirak edən Şahid9 və Şahid10 də analoji ifadələr verərək təsdiqləmişlər. Hadisə yerinə baxış zamanı əhəmiyyət kəsb edən digər hal müşahidə olunmadı. Baxışda iştirak edən şəxslər aşkar etdikləri kabelləri bölməyə təhvil verdiklərini bildirdilər. Bundan əlavə həmin kabellərin elektrik təyinatlı olmasını və alüminium tərkib bənzər olması qeyd olunmuşdur. Cinayət işinin 1-ci cildinin 220-226-cı vərəqlərində olan Kompleks-məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1757-9/2222 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Uzunluğu 35 sm olan kabel A.Orucov” izahedici mətni izah olunmuş zərfdə olan təxminən 35 sm uzunluqlu, ümumi diametri təxminən 18,7 mm, damarlardan birinin diametri təxminən 5,8 mm, qırmızımtıl-sarı rəngli simlərdən biri ədədinin diametri təxminən 0,4 mm olan, qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, ağ rəngli izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı simlərdən ibarət kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır. Üzərində “1) 42 saylı vətəgədən aşkar olunmuş kabel. Uz-ğu 33 sm 2) estakada üzərində maddi sübut kimi götürülmüş uzğu 40 sm xx.xx.2022 A.Orucov” izahedici mətni icra olunmuş zərfdə olan təxminən 33 sm uzunluqlu, ümumi diametri 42,2 mm olan qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, təxminən 2,5 mm qahnlıqlı alüminium ekran izolyasiyasından və qara rəngli rezinəoxşar təbəqəsinin içərisində yerləşmiş 3 ədəd gümüşü rəngli metal damardan ibarət kabel nümunəsi alüminium əsaslı ərintidən hazırlanmışdır. Üzərində “1) 42 saylı vətəgədən aşkar olunmuş kabel. Uz-ğu 33 sm 2) estakada üzərindən maddi sübut kimi götürülmüş uz-ğu 40 sm xx.xx.2022 A.Orucov” izahedici mətni icra olunmuş zərfdə olan təxminən 40 sm uzunluqlu, ümumi diametri 42,2 mm olan qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, təxminən 2,5 mm qahnlıqlı alüminium ekran izolyasiyasından və qara rəngli rezinəoxşar izolyasiya təbəqəsinin içərisində yerləşmiş 3 ədəd gümüşü rəngli metal damardan ibarət kabel nümunəsi alüminium əsaslı ərintidən hazırlanmışdır. Üzərində “1) 42 saylı vətəgədən aşkar olunmuş kabel. Uz-ğu 33 sm 2) estakada üzərində maddisübut kimi götürülmüş uz-ğu 33 sm 2) estakada üzərindən maddi sübut kimi götürülmüş uz-ğu 40 sm xx.xx.2022 A.Orucov” izahedici mətni icra olunmuş zərfdə olan təxminən 40 sm və 33 sm uzunluqlu kabel nümunələri tərkibinə, xarici görnüş əlamətlərinə və ümumi diametrinə görə eynilik təşkil edir, tədqiqat obyektlərinin istifadəyə yararlı-olub-olmaması və təyinatının müəyyən olunması materialının məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqat nəticəsində, tədqiqata təqdim edilmiş elektrik kabellərinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayının orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. Üzərində “Uzunluğu 35 sm olan kabel. A.Orucov” izahedici mətni izah olunmuş zərfdə olan, mis əsaslı ərintidən hazırlanmış, təxminən 35 sm uzunluqlu, ümumi diametri təxminən 18,7 mm, damarlardan birinin diametri təxminən 5.8 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,4 mm olan, qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, ağ rəngli izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət kabel nümunəsinin 1 metri - 4 manat, 450 metri - 1800,00 manat. Üzərində “1) 42 saylı vətəgədən aşkar olunmuş kabel. Uz-ğu 33 sm 2) estakada üzərində maddi sübut kimi götürülmüş uz-ğu 40 sm xx.xx.2022 A.Orucov” izahedici mətni icra olunmuş zərfdə olan, alüminium ərintidən hazırlanmış, təxminən 33 sm və 40 sm uzunluqlu, ümumi diametri 42,2 mm olan qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, təxminən 2.5 mm qalınlıqlı alüminium ekran izolyasiyasından və qara rəngli rezinəoxşar izolyasiya təbəqəsinin içərisində yerləşmiş 3 ədəd gümüşü rəngli metal damardan ibarət kabel nümunələrinin 1 metri - 17 manat, 100 metri - 1700,00 manat. Cinayət işinin 1-ci cildinin 227-233-cü vərəqlərində olan kompleks-məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1810-9/2311 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bağlamada təqdim olunan təxminən 20.2 kq kütlə, 1 ədədinin uzunluğu təxminən 105 sm olan, çoxsaylı gümüş rəngli metal nümunələrin hər biri alüminium əsaslı ərintidən hazırlanmışdır. 1 ədəd bağlamada təqdim olunan, 1 ədədinin təxminən uzubluğu 105 sm olan, qara rəngli rezinəoxşar izolyasiya təbəqəsinin qalınlığı təxminən 2,5 mm-dir. Üzərində “Mən Zığ limanımda XPB-nin TQ-nun təhqiqatçısı polis kapitanı A.Orucov xx.xx.2022-ci il tarixdə X8 şirkətindən nümunə kimi götürdüyü 01 ədəd kabel kəsiyi 1 (bir) bağlamada qablaşdırıldı. Qablaşdırmada iştirak etdilər. Şahid11 /imza/Şahid8/imza/A.Orucov/imza/” izahedici mətni icra olunmuş zərfdə olan təxminən 33 sm uzunluqlu, ümumi diametri 42,2 mm olan qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, təxminən 2,5 mm qalınlıqlı alüminium ekran izolyasiyasından və qara rəngli rezinəoxşar izolyasiya təbəqəsinin içərisində yerləşmiş 3 ədəd gümüşü rəngli metal damardan ibarət kabel nümunəsi alüminium əsaslı ərintidən hazırlanmışdır. Üzərində “Mən Zığ limanımda XPB-nin TQ-nun təhqiqatçısı polis kapitanı A.Orucov xx.xx.2022-ci il tarixdə X8 şirkətindən nümunə kimi götürdüyüm 01 ədəd kabel kəsiyi 1 (bir) bağlamada qablaşdırdım Qablaşdırmada iştirak etdilər: Şahid11 /imza/Şahid8/imza/A.Orucov/imza/” izahedici mətni icra olunmuş zərfdə olan təxminən 33 sm uzunluqlu kabel nümunəsi 1 ədəd bağlamada təqdim edilmiş gümüşü rəngli metal nümunələrlə tərkibinə görə, 1 ədəd bağlamada təqdim edilmiş qara rəngli rezinəoxşar izolyasiya təbəqələri ilə xaric görünüş əlamətlərinə, izolasiya təbəqəsinin qalınlığına və ümumi diametrlərinə görə eynilik təşkil edir. Tədqiqat obyektlərinin istifadəyə yararlı olub-olmaması və təyinatının müəyyən olunması materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Tədqiqat obyektlərinin uzunluqlarının təyin olunması hər hansı xüsusi bilik tələb etmədiyinə görə müəyyən olunmadı. Aparılmış fiziki-kimyəvi tədqiqat nəticələri «X7 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim olunmuş 01 aprel 2022-ci il tarixli BE/01-195 №-li məktuba əsasən tədqiqata təqdim edilmiş elektrik kabellərinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: Üzərində “Mən Zığ limanında XPB-nin TQ-nun təhqiqatçısı polis kapitanı A.Orucov xx.xx.2022-ci il tarixdə X8 şirkətindən nümunə kimi götürdüyüm 01 ədəd kabel kəsiyi 1 (bir) bağlamada qablaşdırdılmışdır. Qablaşdırmada iştirak etdilər:Şahid11 /imza/E.Ahşov/imza/A.Orucov/imza/” izahedici mətni icra olunmuş zərfdə olan, alüminium əsaslı ərintidən hazırlanmış, ümumi diametrləri 42,2 mm olan qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, təxminən 2,5 mm qalınlıqlı alüminium ekran izolyasiyasından və qara rəngli rezinəoxşar izolyasiya təbəqəsinin içərisində yerləşmiş 3 ədəd gümüşü rəngli metal damardan ibarət kabel nümunələrinin və 2 ədəd bağlamada təqdim edilmiş elektrik kabelinin istifadəyə yararlı olduğu halda 1 metri - 17 manat. Cinayət işinin 165-167-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6147 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş qara rəngli izolyasiyalı, ümumi diametri 25 mm, 4 jılalı, hər biri jılanın diametri təxminən 12 mm, mis əsaslı ərintidən hazırlanmış kabelin yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 1 metrinin hadisə baş verdiyi tarixə, yəni 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 15,00 manat, 50 metri 750,00 manat müəyyən olunur. Cinayət işinin 2-ci cildinin 134-135-ci vərəqlərində olan Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş “Daewoo espero” markalı **-OR-*** dövlət qeydiyyatda nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhərində olan hərəkət trayektoriyası barədə məlumatlara əsasən, Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin xx.xx.2022-ci il tarixli, 046-21295 saylı sorğuya cavab məktubuna əlavə edilmiş cədvəldən görünür ki, **-OR-*** dövlət qeydiyyatda nişanlı avtomobil 2022.03.25/00:54 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsindən çıxışı, 2022.03.25/07:34 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsinə girişi, 2022.03.26/06:43 radəsində Bakı şəhəri. Hövsan qəsəbəsindən çıxışı, 2022.03.26/12:53 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsinə girişi, 2022.03.26/20:32 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsinə girişi, 2022.03.26/20:43 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsindən çıxışı, 2022.03.26/20:43 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsinə girişi, 2022.03.26/21:39 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsinə girişi, 2022.03.27/04:11 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsindən çıxışı, 2022.03.27/06:17 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsinə girişi, 2022.03.27/06:21 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsindən çıxışı, 2022.03.27/11:28 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsinə girişi, 2022.03.27/12:28 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsindən çıxışı, 2022.03.27/13:58 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsinə girişi və 2022.03.27/14:06 radəsində Bakı şəhəri, Hövsan qəsəbəsindən çıxışı qeydə alınmışdır. Cinayət işinin 2-ci cildinin 192-193-cü vərəqlərində olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı ***-***-**-** saylı mobil telefonla rabitə əlaqəsi etdilən zaman anten məlumatlar bir neçə istiqamətlərdə qeydə alınmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 01:35-də Qum adası, saat 02:19-da Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, saat 02:28 radələrində Suraxanı rayon, Bahar qəsəbəsi, saat 02:57-də Bahar Energy, Bakı şəhəri, Zığ şosesi, Qum adası, saat 04:45 və 04:47-də Bakı şəhəri. Zığ şossesi, Qum adası, xx.xx.2022- ci il tarixdə saat 16:01-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları, saat 17:21-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, saat 20:31-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları, saat 21:59-da Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları, saat 23:17-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 23:33-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 23:37-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 23:39-da Bahar Enerji, Zığ şossesi, Qum adası, xx.xx.2022-ci il tarixdə saat 04:14-də Bahar Enerji, Zığ şossesi. Qum adası, saat 04:17-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 04:18-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 04:24-də Bahar Enerji, Zığ şossesi. Qum adası, saat 04:27-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 07:43də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 08:02-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 08:19-da Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 08:35-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat ll:12-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 13:55-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 14:10-da Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 14:17-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 16:51də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 17:16-da Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 17:48-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 17:49-da Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları xx.xx.2022-ci il tarixdə saat 14:10- da Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 14:17-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 16:51də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 17:16-da Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 17:49-da Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 18:01-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 18:17-də Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 19:02-də Suraxanı rayonu. Bahar qəsəbəsi, saat 20:19-da Bahar Enerji, Zığ şossesi, Qum adası, saat 20:33-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 20:41-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları saat 20:46-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları xx.xx.2022-ci il tarixdə saat 18:31-də Bahar Enerji, Zığ şossesi, Qum adası, 20:41-də Bahar Enerji, Zığ şossesi. Qum adası, 21:25-də Bahar Enerji, Zığ şosesi, Qum adası, 04:33-də Bahar Enerji, Zığ şossesi, Qum adası, 22:28-də Bahar Enerji, Zığ şossesi. Qum adası, 23:52- də Bahar Enerji, Zığ şosesi, Qum adası istiqamətlərində qeydlərin olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 215-216-cı vərəqlərində olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı ***-***-**-** saylı mobil telefonla rabiət əlaqəsi etdilən zaman anten məlumatlar bir neçə istiqamətlərdə qeydə alınmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 23:56-da «X7 Company Limited” şirkəti, xx.xx.2022-ci il tarixdə saat 00:56-da «X7 Company Limited” şirkəti, saat 05:28-də Qum adası, X3 Limited” şirkəti, saat 05:28-də Qum adası, Hövsan qəsəbəsi, Zığ bağları, saat 05:30-da Qum adası, X3 Limited” şirkəti, saat 06:12-də Qum adası, X3 Limited” şirkəti, saat 06:13-də Qum adası, X3 Limited” şirkəti, saat 06:14-də Qum adası, X3 Limited” şirkəti, saat 06:15də Qum adası, X3 Limited” şirkəti, saat 09:01-də «X7 Company Limited” şirkəti, saat 09:03-də «X7 Company Limited” şirkəti, saat 09:05-də «X7 Company Limited” şirkəti, saat 09:07-də «X7 Company Limited” şirkəti, saat 09:31-də «X7 Company Limited” şirkəti, saat 09:34-də «X7 Company Limited” şirkəti, saat 09:38-də «X7 Company Limited” şirkəti, saat 09:52-də «X7 Company Limited” şirkəti, saat 09:54-də «X7 Company Limited” şirkəti, saat 09:56-da «X7 Company Limited” şirkəti, saat 22:00-da «X7 Company Limited” şirkəti, saat 23:01-də «X7 Company Limited” şirkəti, saat 23:06-da «X7 Company Limited” şirkəti, saat 23:28-də «X7 Company Limited” şirkəti, saat 23:37-də «X7 Company Limited” şirkəti, xx.xx.2022-ci il tarixdə saat 01:39-da «X7 Company Limited” şirkəti, saat 02:09-da «X7 Company Limited” şirkəti, saat 02:43-də «X7 Company Limited” şirkəti, saat 02:45-də «X7 Company Limited” şirkəti, saat 11:15-də «X7 Company Limited” şirkəti, saat 11:47-də «X7 Company Limited” şirkəti, saat 12:45-də «X7 Company Limited” şirkəti, saat 14:15-də «X7 Company Limited” şirkəti, saat 14:45-də «X7 Company Limited” şirkəti, saat 15:18-də «X7 Company Limited” şirkəti, saat 15:19-da «X7 Company Limited” şirkəti, saat 15:20-də «X7 Company Limited” şirkəti, saat 16:53-də «X7 Company Limited” şirkəti, saat 19:18-də «X7 Company Limited” şirkəti, saat 20:00-da Qum adası, X3 Limited” şirkəti, saat 20:52-də «X7 Company Limited” şirkəti, saat 21:19-da «X7 Company Limited” şirkəti və saat 22:04də «X7 Company Limited” şirkəti istiqamətlərində qeydlərin olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 12-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 73-cü vərəqində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 12 aprel 2022-ci il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 145-149-cu vərəqlərində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalında həbsdən azad edilməsi və ev dustaqlığında saxlanılma müddəti həbsdə saxlanılma müddətinin sonuncu gününədək, yəni 12 iyul 2022-ci il tarixədək hesablanması qərara alınmışdır. Cinayət işinin 3-cü cildinin 47-48-ci vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi” haqqında 13 iyul 2022-ci il qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 94-cü vərəqində olan əşyalara baxış keçirilməsi haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd bağlamada, hər birində 7.5 və 6,5 metr olmaqla 14 metr uzunluqda alüminium kabellər. 2 ədəd bağlamada hər birində 11 kq və 17 kq olmaqla 28 kq aluminium kabellər, nümunə kimi götürülmüş 34 sm, 40 sm və 33 sm olmaqla 1.07 metr uzunluqda alüminium kabellər və 01 ədəd 35 sm uzunluqda mis kabellərə baxış keçirilmişdir. Baxış zamanı Şahid2 bildirdi ki. 2 ədəd bağlamada hər birində 2 kq və 17 kq olmaqla, 28 kq alüminium kabelləri Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə təqdim etmiş və buna görə Təqsirləndirilən şəxs ümumilikddə 70 manat pul vermişdir. 02 ədəd bağlamada, hər birində 7.5 və 6.5 metr olmaqla 14 metr uzunluqda alüminium kabellər, nümunə kimi götürülmüş 34 sm. 40 sm və 33 sm olmaqla 1.07 metr uzunluqda alüminium kabellər Təqsirləndirilən şəxs gətirdiyi 28 kq alüminium kabellərlə oxşardır. 01 ədəd 35 sm uzunluqda mis kabeldən məntəqəyə təqdim edən olmamışdır. Cinayət işinin 2-ci cildinin 96-cı vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliynin Baş əməliyyat və statistik informasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli ərizədən görünür ki, 1(010)-129/2023 saylı iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərər ödənildiyindən şikayət və tələbi yoxdur. Növbəti məhkəmə iclaslarında onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsi, həmin Məcəllənin 177.2.3-2-ci maddəsi neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildiyinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərəçəkmiş şəxslə barışaraq, ziyanı ödəməsini və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həbsdə saxlanıldığı 12 aprel 2022-ci il tarixindən 04 iyun 2022-ci il tarixədək olan və 04 iyun 2022-ci il tarixindən 12 iyul 2022-ci il tarixədək olan 03 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və həmin nömrədən edilən zənglərin siyahısını, “sms”-in mətnlərinin, anten dairəsinin, nömrələrin sahiblərinin şəxsiyyəti və yaşadıqları ünvanları barədə məlumatları əks etdirən 2 ədəd CD disk və Şahid2 xx.xx.2022-ci il tarixdə şahid qismində dindirməsi zamanı və həmin tarixdə onun Təqsirləndirilən şəxs ilə üzləşdirməsi zamanı qeydə alınmış video görüntüləri yaddaşda əks etdirən 02 ədəd CD disklər iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Qala yolunun alt hissəsində yerləşən əlvan metalların qəbulu məntəqəsindən götürülmüş qeydiyyat dəftərində Təqsirləndirilən şəxs 28 kq alüminium kabelini təqdim etməsi barədə həmin dəftərin saxlanılması üçün Su NPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalıdır Həmçinin məhkəmə hesab edir ki,iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus Hövsan qəsəbəsində yerləşən vətəgədən təxminən 300 metrə aralıda, dənizin sahilinə yaxın yerdən tapılmış, 02 ədəd bağlamada, hər birində 7,5 və 6.5 metr olmaqla 14 metr uzunluqda alüminium kabellər, Şahid2 işlədiyi metal qəbulu məntəqəsindən götürülmüş 2 ədəd bağlamada hər birində 11 kq və 17 kq olmaqla 28 kq aluminium kabellər, nümunə kimi götürülmüş 34 sm, 40 sm və 33 sm olmaqla 1,07 metr uzunluqda alüminium kabellər və 01 ədəd 35 sm uzunluqda mis kabellər saxlanılması üçün Su NPİnin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixdə ekspertiza tədqiqatı götürülmüş 01 ədəd 30 sm uzunluqda VVQ 4x25 mm2 0.4 kv markalı mis tərkibli elektrik kabeli saxlanılması üçün Su NPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 12 aprel 2022-ci il tarixindən 04 iyun 2022ci il tarixədək olan və 04 iyun 2022-ci il tarixindən 12 iyul 2022-ci il tarixədək olan 03 ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 06 ay çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. İş üzrə ekspertiza xərci 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və həmin nömrədən edilən zənglərin siyahısını, “sms”-in mətnlərinin, anten dairəsinin, nömrələrin sahiblərinin şəxsiyyəti və yaşadıqları ünvanları barədə məlumatları əks etdirən 2 ədəd CD disk və Şahid2 xx.xx.2022-ci il tarixdə şahid qismində dindirməsi zamanı və həmin tarixdə onun Təqsirləndirilən şəxs ilə üzləşdirməsi zamanı qeydə alınmış video görüntüləri yaddaşda əks etdirən 02 ədəd CD disklər iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Qala yolunun alt hissəsində yerləşən əlvan metalların qəbulu məntəqəsindən götürülmüş qeydiyyat dəftərində Təqsirləndirilən şəxs 28 kq alüminium kabelini təqdim etməsi barədə həmin dəftərin saxlanılması üçün Su NPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalıdır İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus Hövsan qəsəbəsində yerləşən vətəgədən təxminən 300 metrə aralıda, dənizin sahilinə yaxın yerdən tapılmış, 02 ədəd bağlamada, hər birində 7,5 və 6.5 metr olmaqla 14 metr uzunluqda alüminium kabellər, Şahid2 işlədiyi metal qəbulu məntəqəsindən götürülmüş 2 ədəd bağlamada hər birində 11 kq və 17 kq olmaqla 28 kq aluminium kabellər, nümunə kimi götürülmüş 34 sm, 40 sm və 33 sm olmaqla 1,07 metr uzunluqda alüminium kabellər və 01 ədəd 35 sm uzunluqda mis kabellər saxlanılması üçün Su NPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixdə ekspertiza tədqiqatı götürülmüş 01 ədəd 30 sm uzunluqda VVQ 4x25 mm2 0.4 kv markalı mis tərkibli elektrik kabeli saxlanılması üçün Su NPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-129/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-129/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver