Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-13/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1983-cü ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətində operator işləmiş, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Tanrıqulular kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi, 74 nömrəli evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs1, xx xxxx 1975-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X9” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu küçəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləyərkən onunla bağlanmış xx xxxx 2018-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilmiş maddi sərvətlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, ona etibar edilmiş maddi sərvətlərin dəqiq uçotunu aparmaq, təhvil alınmış mal-materialın beton zavodun istehsal çəninə yerləşdirilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla, “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin sement istehsalı edən “Norm” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, Səngərqaya-1 yolu, 7-ci km ünvanda yerləşən zavodundan alınmış sement məhsulunun daşınmasının həyata keçirilməsi üçün “Norm” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2016-ci il tarixdə “Trans Service Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqaviləyə uyğun olaraq sonuncu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx xxxx 2018-ci il tarixli xidməti müqaviləsi əsasında yüklərin daşınması üçün cəlb olunaraq “MAN” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən sürücü Təqsirləndirilən şəxs1 ilə 2019-cu ilin fevral ayının əvvəllərində razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək talama məqsədi ilə Məhdud Məsuliyyətli Cəmiyyətlər arasında bağlanmış müqavilə şərtlərinə görə sürücü Təqsirləndirilən şəxs1 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən yük avtomobili ilə 80263458 nömrəli əmtəə-nəqliyyat qaiməsi əsasında gətirilmiş 30.940 kq sement məhsulunu Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşaat işləri apardığı ərazidəki saxlanc çənlərinə yüklənməli olduğu halda, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin ərazidə qarşıladıqdan sonra gətirilmiş sement məhsulunun 260 kq hissəsini birlikdə beton zavodun istehsal çəninə yüklənməsini təşkil etməklə qalan 3.547 manat 80 qəpik dəyərində 30.680 kq, sement məhsulunu avtomobilin yük yerində saxlanmasına nail olub həmin sement məhsulunu başqa şəxsə satıb qazanc əldə etmək məqsədilə sürücü Təqsirləndirilən şəxs1 yük avtomobilini Bakı şəhəri Qaradağ rayonu istiqamətinə hərəkət etdirməsini təmin etmiş, “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən onların hərəkətlərindən şübhələnilərək həmin gün saat 22 radələrində yük maşınını Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanında yerləşən “Bibiheybət” məscidinin yanında saxlanıldığından və geri qaytarıldığından iradələrindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ona etibar edilmiş “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3.547 manat 80 qəpik dəyərində əmlakı mənimsəmə yolu ilə talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 isə ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə “X9” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyərkən onunla bağlanmış xx xxxx 2018-ci il tarixli xidmət müqaviləsinə əsasən ona etibar edilmiş malı tam boşaldılana qədər məsuliyyət daşımağı və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin sement istehsalı edən “Norm” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, Səngərqaya-1 yolu, 7-ci km ünvanda yerləşən zavodundan alınmış sement məhsulunun daşınmasının həyata keçirilməsi üçün “Norm” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2016-cı il tarixdə “Trans Service Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqaviləyə uyğun olaraq sonuncu Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MAN” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşımanı həyata keçirərkən “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin operatoru Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin fevral ayının əvvəllərində razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək talama məqsədi ilə Məhdud Məsuliyyətli Cəmiyyətlər arasında bağlanmış müqavilə şərtlərinə görə xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən yük avtomobili ilə 80263458 nömrəli əmtəə-nəqliyyat qaiməsi əsasında gətirmiş 30.940 kq sement məhsulunu Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşaat işləri apardığı ərazidəki saxlanc çənlərinə yüklənməli olduğu halda, əvvəlcədən aralarında olan razılaşmaya əsasən operator Təqsirləndirilən şəxs2 onu həmin ərazidə qarşılamaqla gətirilmiş sement məhsulunun 260 kq hissəsini beton zavodun istehsal çəninə yüklənməsini təşkil etməklə qalan 3.547 manat 80 qəpik əyərində 30.680 kq, sement məhsulunu avtomobilin yük yerində saxlanmasına şərait yaradaraq həmin sement məhsulunu başqa şəxsə satıb qazanc əldə etmək məqsədilə yük avtomobilini Bakı şəhəri Qaradağ rayonu istiqamətinə hərəkət etdirməsini təmin etmiş, “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən onların hərəkətlərindən şübhələnilərək həmin gün saat 22 radələrində yük avtomobili Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanında yerləşən “Bibiheybət” məscidinin yanında saxlanıldığından və geri qaytarıldığından iradələrindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında ona etibar edilmiş “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3.547 manat 80 qəpik dəyərində əmlakı mənimsəmə yolu ilə talamağa cəhd etmişdir. Məhkəmə zərərçəkmiş şəxs “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X3 vəsatət verərək göstərmişdir ki, ibtidai istintaq zamanı guya müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləyərkən onunla bağlanmış xx xxxx 2018-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilmiş maddi sərvətlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, ona etibar edilmiş maddi sərvətlərin dəqiq uçotunu aparmaq, təhvil alınmış mal-materialın beton zavodun istehsal çəninə yerləşdirilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla, “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin sement istehsalı edən “Norm” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, Səngərqaya-1 yolu, 7-ci km ünvanda yerləşən zavodundan alınmış sement məhsulunun daşınmasının həyata keçirilməsi üçün “Norm” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2016-ci il tarixdə “Trans Service Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqaviləyə uyğun olaraq sonuncu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx xxxx 2018-ci tarixli xidməti müqaviləsi əsasında yüklərin daşınması üçün cəlb olunaraq “MAN” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən (ona etibar edilmiş mah tam boşaldılana qədər məsuliyyət daşımağı və digər səlahiyyətlərə malik maddi məsul şəxs olan) sürücü Təqsirləndirilən şəxs1 ilə 2019-cu ilin fevral ayının əvvəllərində razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək talama məqsədi ilə Məhdud Məsuliyyətli Cəmiyyətlər arasında bağlanmış müqavilə şərtlərinə görə sürücü Təqsirləndirilən şəxs1 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən yük avtomobili ilə 80263458 nömrəli əmtəə-nəqliyyat qaiməsi əsasında gətirilmiş 30.940 kq sement məhsulunu Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşaat işləri apardığı ərazidəki saxlanc çənlərinə yüklənməli olduğu halda, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin ərazidə qarşıladıqdan sonra gətirilmiş sement məhsulunun 260 kq hissəsini birlikdə beton zavodun istehsal çəninə yüklənməsini təşkil etməklə qalan 3.547 manat 80 qəpik dəyərində 30.680 kq, sement məhsulunu avtomobilin yük yerində saxlanmasına nail olub həmin sement məhsulunu başqa şəxsə satıb qazanc əldə etmək məqsədilə sürücü Təqsirləndirilən şəxs1 yük avtomobilini Bakı şəhəri, Qaradağ rayonu istiqamətinə hərəkət etdirməsini təmin etmiş, “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən onların hərəkətlərindən şübhələnilərək həmin gün saat 22 radələrində yük maşınını Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanında yerləşən “Bibiheybət” məscidinin yanında saxlandığından və geri qaytarıldığından iradələrindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ona etibar edilmiş “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3.547 manat 80 qəpik dəyərində əmlakı mənimsəmə yolu ilə talamağa cəhd etmişdir. Əslində isə təqsirləndirilən şəxslər barəsində verilmiş ittiham törədilmiş cinayət əməlini tam əhatə etməmiş və işin faktiki halları düzgün qiymətləndirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ilkin izahatında cinayət əməlini Təqsirləndirilən şəxs1 əlavə daha 4 şəxslə-mühafizəçilər Şahid1 və Şahid6la, anbardar Şahid7lə və Sahib adlı sürücü ilə birlikdə törətdiyini etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 sözügedən əməli ilk dəfə törətmədiklərini, daha əvvəl bir neçə dəfə də bu formada oğurluq etdiklərini etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində verdiyi ilkin izahatında anasının şəkər xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən adları yuxarıda qeyd edilmiş şəxslərlə birlikdə “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətindən oğurluq etdiklərini bildirmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs2 öz izahatında göstərdiyi faktların həqiqəti əks etdirməməsini və guya qorxmasına görə bu formada izahat verdiyini bildirmişdir. Guya Təqsirləndirilən şəxs2 sürücü Təqsirləndirilən şəxs1la törətdikləri cinayət əməlinin aşkar edildiyini bildikdə müəssisədən daha əvvəl də oğurluq etdiyini bildirmişdir. Həmçinin guya müəssisə rəhbərliyinin onun üzərinə qışqırdıqları üçün bu əməli gözətçilər Vüsal və Eminlə, anbardar Ayazla və sürücü Sahiblə birlikdə törətdiklərini bildirmişdir. İstintaq tərəfindən isə Təqsirləndirilən şəxs2 sonuncu izahatı kifayət qədər əsaslı hesab edilmiş və cinayət əməlini törətmiş digər 3 nəfər şəxs şübhəli statusundan azad edilmişdir. Halbuki təqsirləndirilən şəxsin guya qorxduğuna görə törətdiyi cinayət əməlini özünün daha da ağırlaşdırması və mütəşəkkil bir formada hazırlandığını bildirməsi həm məntiqi cəhətdən, həm də hüquqi cəhətdən inandırıcı hesab edilməməlidir. Təqsirləndirilən şəxs2 ifadəsində guya müəssisə rəhbərliyindən qorxduğu üçün daha əvvəl də həmin şəxslərlə birlikdə cinayət əməlini törətdiyini bildirmişdir. Halbuki həmin şəxs doğurdan da rəhbərlikdən qorxsaydı öz əməlini ağırlaşdırmaq əvəzinə daha da yüngülləşdirməyə çalışar və daha əvvəl cinayət törətməmişdisə həqiqəti əks etdirməyən formada bunu etiraf etməzdi. Lakin istintaqın yekununa dair tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs2 ilkin izahatına qanuni və əsaslı hüquqi qiymət verilməmiş, yalnız sonuncu ifadəsinə istinad edilərək kobud qanun pozuntusu edilmişdir. Halbuki ibtidai istintaq dövründə işin faktiki halları tam, hərtərəfli və obyektiv olaraq araşdırılmalı və cinayəti törətmiş şəxslərin dəqiq əhatəsi müəyyən edilməli idi. Lakin ibtidai istintaq orqanı mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət əməli üzrə yekunda yalnızca iki şəxsə ittiham elan etmiş, cinayətin törədilməsində iştirak etmiş digər şəxsləri isə məsuliyyətdən yayındırmışdır. Halbuki həmin şəxslərin cinayətin törədilməsində iştirak etməməsini sübut edən heç bir mötəbər dəlil olmamış və bu xüsusata istintaq zamanı düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində verdiyi izahatında Təqsirləndirilən şəxs1 əlavə, başqa bir sürücü Sahibin, mühafizəçilər Şahid1 və Şahid6 və anbardar Şahid7 də onunla birlikdə dəfələrlə “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətindən oğurluq edərək cinayət əməli törətdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 izahatında aşağıdakıları göstərilmişdir: “Təxminən 2018-ci ilin noyabr ayının əvvəllərində zavoda sement gətirən sürücülərdən Sahibə yaxınlaşıb dedim ki, gətirdiyin sementlərin hamısını zavoda boşaltma, maşının çənində saxla sataq yarı bölək. Sahib mənimlə razılaşdı. xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində mən işlədiyim zavodda olan zaman Sahib idarə etdiyi “Man” markalı ** JA *** dövlət nömrə nişanlı yük maşını zavoda 31 ton sement gətirmişdir. Həmin vaxt zavodda məndən və mühafizəçidən başqa heç kəs yox idi. Zavoda iki mühafizəçi çıxır, onlardan birinin adı Vüsal, digərinin adı isə Emindir. Həmin gün Sahib razılaşdığımız kimi gətirdiyi 31 ton sementin 21 tonunu zavodun çəninə yüklədi yerdə qalan 10 tonunu isə saxladı. Həmin vaxt mən gördüm ki, zavodda mühafizəçi işləyən Vüsal bizim etdiyimiz oğurluqdan şübhələndi. Mən ona da dedim ki, ehtiyacım var və sementi oğurlayıb satacayıq əldə olunmuş puldan ona da verəcəyəm. Vüsal da razılaşdı. Sahib 10 ton sementi apardı, ertəsi günü mənə 250 manat pulu gətirib zavodda verdi. Mən 250 manat alanda Vüsala 20 manat pul verdim. Bundan təxminən 15 gün sonra, təxminən xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Sahib yenə də 31 ton sement gətirdi, həmin vaxtı mühafizəçi Emin idi, onunla da Vüsalla razılaşdığım kimi razılaşdım. Emin də mənimlə razılaşdı. Həmin vaxt anbardar Şahid7 də orada idi. Danışdığımız kimi Sahib yenə də 20 ton sementi zavoda boşaltdı. 10 tonunu isə maşının çənində saxlayıb getdi. Qaiməyə isə mühafizəçi imza edirdi. Bu zaman hərəkətlərimiz Şahid7 də diqqətini cəlb etdi və mən buna görə Ayaza dedim ki, anam xəstədir, mən oğurluq edim sənə də pul verərəm. Həmin günün ertəsi günü Sahib mənə 250 manat pul gətirib verdi. Mən həmin puldan Ayaza 50 manat, Eminə isə 10 manat verdim. xx xxxxxx 2018-ci il tarixdə axşam saatlarında Sahib yenə də idarə etdiyi avtomaşınla mənim işlədiyim zavoda 31 ton sement gətirdi. Yenə də eyni qaydada sementin 10 tonunu özü ilə apardı. Ertəsi gün Sahib mənə əldə olunmuş puldan 250 manat verdi və mən də həmin pulun 20 manatını Vüsala, 50 manatını isə anbardar Ayaza verdim. Sahiblə daha bir neçə dəfə belə etdikdən sonra digər sürücü Kamranla razılaşdım. xx xxxxxx 2018-ci il tarixdə Kamran gətirdiyi sementin 10 tonunu özü ilə apardı, ertəsi günü isə 250 manat pul gətirdi. Sementi aparanda Eminin onu gördüyünə görə həmin puldan Eminə də verdim. Eyni hal daha bir neçə dəfə yaşandı və hər dəfə Eminə Kamranın gətirdiyi puldan verdim. Zavodda sementin azaldığını hiss edən Ayaz bunu mənə bildirdikdə mən ona evdə problemimin olduğunu, pul lazım olduğunu dedim. Ayaza bunu heç kimə deməməsini xahiş etdiyim və ona pul verəcəyimi də dedim. Mən 3 dəfə olmaqla ümumilikdə Şahid7 150 manat pul vermişəm.” Həmçinin yuxarıda adları sadalanan Şahid6, Şahid1 və Şahid7 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində verdikləri izahatlarda törədilmiş cinayət əməlini bütünlükdə etiraf etmişdirlər. Belə ki, Şahid6 Təqsirləndirilən şəxs2 Mahmud oğlunun müəssisəyə gələn sementləri oğurladığını aşkar etdiyini, lakin bunu rəhbərliyə bildirmədiyini, həmçinin bunun qarşılığında Təqsirləndirilən şəxs2 2 dəfə pul aldığını öz izahatında qeyd etmişdir. Şahid1 da eyni şəkildə müəssisədən sement oğurlandığını bildikdə bunu Təqsirləndirilən şəxs2 soruşmuş, lakin eyni qaydada o da sonuncudan pul alaraq rəhbərliyə məlumat verməyərək cinayətin törədilməsinə münbit şərait yaratmışdır. Şahid7 isə müəssisəyə gətirilən sementlərin tam boşaldılmadığını, qalan sementlərin satıldığını bilmiş, lakin o da bu barədə rəhbərliyə məlumat vermək əvəzinə Təqsirləndirilən şəxs2 3 dəfə olmaqla 150 manat məbləğində pul almışdır. Göründüyü kimi hər üç şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlindən xəbərdar olmuş və bu əməlin törədilməsində bilavasitə ona köməklik göstərmişdirlər. Bu isə birbaşa olaraq cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyini açıq-aşkar göstərməkdədir. Həmçinin törədilmiş cinayət əməlinin xarakterinə nəzər yetirdikdə həmin əməlin yalnızca 2 nəfər tərəfindən törədilməsi inandırıcı hesab edilmir. İşin faktiki hallarından da göründüyü kimi müəssisəyə hər dəfə sement gətiriləndə müəssisədə azı 3 və ya 4 şəxs olmuşdur və həmin şəxslərin sementin təhvil verilib boşaldıldığı zaman tam boşaldılmamasmı, bir sözlə oğurlanmasını görməmələri qeyri-mümkündür. Buna baxmayaraq cinayət işi Bakı şəhər prokurorluğuna göndərildikdən sonra Şahid7, Şahid1 və Şahid6 hər hansı bir hüquqi əsası olmadan şübhəli şəxs statusundan çıxarılmışdırlar. Halbuki hər üç şəxs də ilkin izahatlarında cinayət əməlini qrup halında törətdiklərini tam formada etiraf etmişdirlər. Həmçinin həm cinayət işinin başlanması, həm də əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərarlarda da cinayət əməlinin 5 nəfərlik qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi göstərilmişdir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərinə hüquqi qiymət verilərkən onların törətdiyi yalnız sonuncu əmələ münaşibətdə ittiham verilmiş, istintaq orqanı tərəfindən daha əvvəl törədilmiş silsilə cinayətlərə hüquqi qiymət verilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs2 eyni əməli dəfələrlə, həm də fərqli-fərqli şəxslərlə birlikdə törətmişdir. Bu da həmin cinayət əməllərinə də düzgün hüquqi qiymət verilməsi zərurətini yaradır. Belə olduğu halda törədilmiş əməllərə yalnızca mənimsəmə və ya israfetmə cinayətinə cəhd kimi qiymət verilməməli, cinayət əlaqəsinə girmiş 5 nəfərlik mütəşəkkil dəstənin hər birinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1-ci maddəsi ilə ittiham elan olunmalıdır. Habelə digər bir xüsusat isə cinayət işi üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizası ilə bağlıdır. Belə ki, təyin olunmuş ekspertizanın yekununda müəssisəyə vurulmuş ziyanın məbləği 3.547 manat 80 qəpik olaraq göstərilmişdir. Bu isə birbaşa olaraq ekspertizaya yalnızca təqsirləndirilən şəxslər tərəfindən sonuncu dəfə oğurlanmasına cəhd edilmiş 30.680 kq sementin təqdim edilməsi ilə bağlıdır. Halbuki yuxarıda da göstərildiyi kimi, təqsirləndirilən şəxslər və sonradan şübhəli şəxs statusları dəyişdirilmiş digər 3 şəxs də ilkin izahatlarında müəssisəyə gələn sementdən dəfələrlə oğurluq edildiyini bildirmişdirlər. Belə ki, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tamamilə formal xarakterli keçirilmiş və ekspert qarşısında qoyulmuş suallar əvvəlcədən verilməsi planlaşdırılan ittihama uyğunlaşdırılmışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertiza isə yalnızca törədilmiş sonuncu əməl nəticəsində müəssisəyə vurulan ziyanı müəyyən etmişdir. Bununla da həmin 5 nəfərlik mütəşəkkil dəstə tərəfindən “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə daha əvvəl törətdikləri cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyan ekspertiza tərəfindən müəyyən edilməmişdir. Halbuki hər iki Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəssisəyə gətirilən sementlərin dəfələrlə tam boşaldılmadan aparıldığı və daha sonra həmin sementləri sataraq pulu öz aralarında böldüklərini bildirmişdirlər. Lakin bütün bunlara baxmayaraq ekspertiza yalnızca son dəfə törədildiyi vaxt qarşısı alman cinayət əməlinə əsasən təyin edilmiş və daha əvvəl törədilmiş oğurluq əməlləri nəticəsində vurulmuş zərər müəyyən edilməmişdir. Həmçinin məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid5 da məhkəməyə verdiyi ifadəsində yuxarıda sadaladığım xüsusatları bir növ təsdiq etmişdir. Hesab edirəm ki, bu xüsusat da məhkəmənin qəbul edəcəyi qərarda mütləq formada nəzərə alınmalıdır. İstintaq orqanının törədilmiş cinayət əməlini hərtərəfli araşdırmaması və əməli düzgün tövsif etməməsini göstərən faktlardan biri isə üzləşdirmə prosessual hərəkətlərinin formal olaraq aparılması ilə bağlıdır. Belə ki, yuxarıda adları qeyd edilən Şahid1, Emin Bayramov və Şahid7lə təqsirləndirilən şəxslərin üzləşdirmə prosessual hərəkəti cinayət əməlinin tövsifındən sonra prosessual normalara formal olaraq riayət etmək naminə keçirilmişdir. Halbuki həmin prosessual hərəkətlər cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması və düzgün hüquqi qiymət verilərək əməlin düzgün tövsifı üçün olduqca əhəmiyyətli idi. Lakin əfsuslar olsun ki, ibtidai istintaq orqanı yuxarıda sadalanan faktlara düzgün hüquqi qiymət verməmiş və bunun da məntiqi nəticəsi kimi törədilmiş cinayət əməlini qanuni tövsif etməmişdir. Yuxarıda sadalanan xüsusatlardan da açıq-aşkar görünür ki, təqsirləndirilən şəxslərin əməlində daha ağır cinayətin əlamətləri mövcuddur. Buna görə də məhkəmə tərəfindən hazırki cinayət işinin baxılmasına xitam verilməsi və daha ağır ittiham elan edilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.6-ci maddəsinə əsasən etirazlar etmək və vəsatətlər vermək müdafiəçinin hüququ hesab edilir. Həmin məcəllənin 121.2-ci maddəsinin tələbinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Buna görə də C.S.Yusifov qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcud olduğuna görə cinayət işinin baxılmasına xitam verib və daha ağır ittiham elan edilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X3 vəsatətinə uyğun izahat verərək, vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X5, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 cinayət işinin daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə baxışına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hissəsində zərərçəkmiş şəxsin nümayəndəsi və vəkilinin vəsatətinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatətin əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, vəsatət təmin edilməli, Azərbaycan Respublikası CM-nin 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi üzrə məhkəmə baxışına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, vəsatətdən, o cümlədən iş materialalrından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində verdiyi ilkin izahatında “Norm” şirkətinə məxsus “MAN” markalı, ** JA *** və ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin sürücüləri, müvafiq olaraq Sahib və Kamran adlı şəxslərlə idarə etdikləri yük avtomobilləri ilə gətirdikləri təxminən 30-35 ton sementin 22-25 tonunu zavodun çəninə boşaldılması, qalan təxminən 08-10 ton sementi isə aparıb satıb əldə etdikləri pulu öz aralarında bölüşdürmələri barədə razılığa gəldiyini, bu münvalla “MAN” markalı, ** JA *** yük avtomobilinin sürücüsü Sahiblə 05 dəfə, “MAN” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Kamranla isə 02 dəfə sementin qalan hissəsini satıb, əldə edilən pulu isə öz aralarında, o cümlədən onların bu hərəkətlərindən şübhələnən “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühafizəçiləri Vüsalın və Eminin, habelə həmin Cəmiyyətdə anbardar işləyən Ayazın heç kimə heçnə deməmələri üçün, cinayət yolu ilə əldə etdiyi pulların müəyyən məbləğini sonunculara verdiyini bildirmişdir. Habelə, adları yuxarıda sadalanan Şahid6, Şahid1 və Şahid7 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində verdikləri izahatlarda Təqsirləndirilən şəxs2 Mahmud oğlunun “MAN” markalı, ** JA *** və ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin sürücüləri ilə əlbir olub müəssisəyə gələn sementləri mənimsəyib satdıqlarını aşkar etdiklərini, lakin Təqsirləndirilən şəxs2 Mahmud oğlundan aldıqları müəyyən məbləğdə pul müqabilində qeyd edilən cinayət əməli barədə müəssisə rəhbərliyinə məlumat vermədiklərini bununla da qabaqcadan əlbir olub cinayət əməlini törətdiklərini etiraf etmişlər. Bundan başqa Şahid5 həm ibtidai istintaq, həm də məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, müxtəlif yerlərdə sürücülük edərək sini dolandırır. 2018-ci ilin dekabr ayından “Ağazadə Trans” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmiş, X4 Cəmiyyət yük daşıma ilə məşğul olurdu. Ən çox da “Holçim” zavod şirkətində istehsal olunan sementi müxtəlif tikinti şirkətinə çatdırma xidməti göstərirdi. Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ona qısa məsafələrə yükün daşınmasına görə 15 manat, uzaq məsafələrə isə hər reyisə 30 manat verilirdi. X4 Cəmiyyətin “MAN” markalı **-JR-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini idarə edirdi. Həmin maşın qoşqu çənli olmaqla kompressorlu CPS li yük maşını idi. “Ağazadə Trans” Məhdud Məsuliyyətli Cəmiyyət ilə “Holçim” Məhdud Məsuliyyətli Cəmiyyət arasında daşıma müqaviləsi var idi. Həmin müqavilə əsasında o, “Holçim” Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyd etdiyi sementi qaimə ilə götürərək müəyyən olunan yerlərə apararaq təhvil verib sonra da qaiməni “Holçim” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarırdı. Həmin daşımanı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş yol vərəqəsi əsasında həyata keçirirdi. Bundan əlavə iki nüsxə olan talon da verilirdi. Həmin talon yükü təhvil almağı və ünvana çatdırmağımı ilə bağlıdır. Həmin talonu yükü təhvil verəndə məsul şəxsə imzaladırdı və ayın sonunda talonu “Holçim” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərirdi. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onunla heç bir qohumluğu, ədavəti və düşmənçiliyi olmamış, sonuncu da onun kimi yük maşını sürücüsüdür. Kamranla adətən Bakı şəhəri Qaradağ rayonun ərazisində yolun kənarında yerləşən “Qaçaq Nəbi” kafesində rastlaşırdı, həmin vaxtdan münasibətləri yaranmışdır. Təxminən 2019-cu ilin fevral ayının əvvəllərində Kamran həmin kafedə olduğu vaxt ondan, ucuz sement olsa almaq istədiyini soruşmuşdur. Həmin vaxt Kamrana, evinin yarımçıq olduğunu, evinin işləri üçün 50-100 kisə sement lazım olduğunu demiş, Kamran ona satmaq istədiyi sementin kisələrdə deyil açıq olduğunu bildrdikdə ona açıq şəkildə sement istəmədiyini demişdir. Kamran isə sementi şox ucuz qiymətə, tonunu 40-50 manata satacağını dediyinə görə almağa razılıq vermişdir. Təxminən xx xxxxxx 2019-cu il tarixdə Kamran ona zəng edib bir az sementinin olduğunu demiş, sonuncuya sementi razılaşdıqları qiymətə satacağı təqdirdə ala biləcəyini demiş və yuxarıda qeyd etdiyi kafenin qarşısında görüşmək barədə razılaşmışlar. Lakin bir müddər sonra bir neçə dəfə zəng etsə də, Kamran onun zənginə cavab verməmişdir. Kamranın sementi baha qiymətə başqa bir müştəriyə satdığını düşünüb bir daha Kamrana zəng etməmişdir. Sonradan isə digər tanış sürücülərən eşitmişdir ki, Kamran sement oğurladığına görə polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhz bu zaman Kamranın ona ucuz qiymətə satmaq istədiyi sementin oğruluq sement olduğu ona məlum olmuşdur. Kamranın həmin sementi haradan və necə əldə etdiyindən məlumatı olmamışdır. Beləliklə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid7, Şahid1 və Şahid6 qabaqcadan əlbir olub olan bir qrup şəxs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə onlara etibar edilmiş özgə əmlakını talamalarına dair kifayət qədər əsasların olmasına baxmayaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmadan Şahid7 Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsi ilə verilmiş ittiham təsdiq olunmaması əsası ilə onun barəsində icraata xitam verilmiş, Şahid1 və Şahid6 barəsində cinayət təqibinin başlanması isə rədd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə əvvəllər törətdikləri və başa çatmış cinayət əməlləri nəzərə alınmamış, onların yalnız sonuncu dəfə etibar edilmiş özgə əmlakını talamağa cəhd etmələrinə görə Azərbaycan Respublikası CM-nin 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.1, 8.0.3 və 8.0.4 və 8.0.5-ci maddələrinə əsasən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələridir. Azərbaycan Respublikası CPM-nin 32.2.3-cü maddəsinə əsasən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut etməlidir. Həmin Məcəllənin 85.2 və 85.2.1-ci maddələrinə əsasən müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 290.2, 290.2.3, 290.2.4 və 290.2.6-cı maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsini, cinayətin törədilməsində ifşa edilmiş bütün şəxslərin iş üzrə cəlb edilməsini, təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir. Lakin cinayət təqibi orqanı işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış və şəxsin əməlinə düzgün hüquqi qiymət verməmiş, ittihamın məzmununa törədilən bütün cinayətlərin daxil etməmiş, cinayətin törədilməsində ifşa edilmiş bütün şəxsləri iş üzrə cəlb etməmiş, təqsirləndirilən şəxslərin əməllərini düzgün tövsif etməmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da öz növbəsində ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənərkən yuxarıda sadalanan nöqsanların olmasına baxmayaraq cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab edərək ittiham aktını təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, daha ağır ittiham dedikdə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutulan normasının (maddəsi, hissəsi, bəndi) tətbiq olunması, ittihama, müttəhimə elan olunmayan əlavə faktlar (epizodlar daxil edilir ki, bu da cinayətin daha ağır cəza nəzərdə tutulan qanuna tövsif edilməsinə gətirib çıxarmasına səbəb olur, yaxudl əməlin hüquqi qiymətini dəyişməsə də, həcmini genişldənlirir. Faktiki hallara görə məhkəməyə verildiyi ittihamdan fərqlənmə dedikdə, ittihamın məzmununun elə şəkildə dəyişdirilməsi nəzərdə tutulur ki, belə dəyişmə müttəhimin müdafiə hüququnun pozulmasına səbəb olur (məzmun və mahiyyətinə görə yeni ittiham verilməsi, qəsdin yönəldiyi obyektə görə yeni ittihamın əvvəlkindən fərqlənməsi, təqsirin formasının dəyişdirilməsi və s.). başa düşülməlidir. Azərbaycan Respbulikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respbulikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respbulikası CM-nin 63.3-cu maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göründüyü kimi qanunvericilikdə cinayət etməyə cəhdə görə başa çatmış cinayətə nisbətdə yüngül cəza təyin edilməsi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin düzgün tövsif edilmədiyi, habelə ittihamın məzmununa təqsirləndirilən şəxslər tərəfindən törədilən bütün cinayətlərin daxil edilmədiyi, cinayətin törədilməsində ifşa edilmiş bütün şəxslərin iş üzrə cəlb edilmədiyi müəyyən edildiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif edilərək, onlara daha ağır ittihamın irəli sülürməsi, habelə ittihamın məzmununa təqsirləndirilən şəxslər tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsi, cinayətin törədilməsində ifşa edilmiş bütün şəxslərin iş üzrə cəlb edilməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokurorluğuna qaytarılmalıdır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs “Chinar İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 179.2.1 və 29, 179.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin düzgün tövsif edilərək, onlara daha ağır ittihamın irəli sülürməsi, habelə ittihamın məzmununa təqsirləndirilən şəxslər tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsi, cinayətin törədilməsində ifşa edilmiş bütün şəxslərin iş üzrə cəlb edilməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-13/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-13/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver