Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-13/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, saat 10:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki nikah münasibətlərində olan, himayəsində bir azyaşlı uşağı olan, natamam orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 20 nömrəli evin 74 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 09 mart 2018-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 20 nömrəli evin 74 nömrəli mənzilin yataq otağında xx xxxx 2003-cü il təvəllüdlü, yəni on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 02 dəfə təbii yolla, həmin tarixdə axşam saat 19 radələrində qanunsuz hərəkətlərini davam etdirərək evin qonaq otağında 02 dəfə təbii və qeyri təbii yolla, habelə 10 mart 2018-ci il tarixdə, səhər saat 11 radələrində yenə də qanunsuz hərəkətlərini davam etdirərək 01 dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, faktiki nikah münasibətlərində olduğu Lətafətlə, azyaşlı qızı Leyla ilə və atası Tofiqlə birlikdə yaşayır. 08 mart 2018-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evdə olarkən, Lətafət evə bazarlıq etmək üçün mağazaya getmiş və evə yanında bir qızla qayıtmışdır. Həmin qızın kim olduğunu soruşduqda Lətafət həmin qızın adının Əfsanə olduğunu, Şəfəq adlı qadının işlədiyi gözəllik salonunda şagird olduğunu demişdir. Həmin günü Lətafət onlarda olduğunu anasına bildirməsini Əfsanəyə deyib öz telefonu ilə Əfsanənin anasına zəng edərək, qızı Əfsanənin onlarda olduğunu demişdir. Həmçinin həmin vaxt Əfsanənin özü də anası ilə telefonda danışmışdır. Bundan sonra onlar oturub söhbət etmişlər söhbət zamanı Əfsanədən neçə yaşının olduğunu sormuş, sonuncu isə ona xanımların yaşını soruşmazlar deyə cavab vermişdir. Bundan sonra Əfsanəyə, ondan xoşu gəldiyini, ilk baxışdan onu sevdiyini, Lətafəti isə sevmədiyini, onunla sadəcə uşağına görə yaşadığını bildirmişdir. Əfsanə də öz növbəsində ondan xoşu gəldiyini demişdir. 08-09 mart 2018-ci il tarixlərində Əfsanə ilə bir neçə dəfə təbii və qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Əfsanə ilə cinsi əlaqədə olduğunu Lətafət də görmüş və ona, Əfsanənin hələ uşaq olduğunu desə də o, Lətafətə Əfsanə ilə bir-birilərini sevdiklərini demişdir. Sonradan atası Tofiq də, Əfsanənin onların evində qalmasına etirazını bildirdikdə, o, atası Tofiqə bunun ona aidiyyətinin olmadığını bildirmişdir. Əfsanə ilə sonuncu dəfə 10 mart 2018-ci il tarixdə Lətafətin otağında cinsi əlaqədə olmuşdur. Bundan sonra işə getmiş, evə qayıtdıqda Əfsanənin evdə olmadığını görüb Lətafətdən Əfsanənin harada olduğunu soruşmuşdur. Lətafət isə Əfsanənin aptekə getdiyini bildirmişdir. Həmin vaxtı Əfsanənin arxasınca getsə də onu tapa bilməmiş və buna görə də Əfsanənin anasının işlədiyi kafeyə getmişdir. Kafedə pivə içmiş və həmin vaxt Əfsanənin səsini eşidib onun olduğu otağa keçmişdir. Otaqda Əfsanənin, anası və adını sonradan bildiyi İnqlab adlı şəxslə danışdığını görmüşdür. Həmin vaxt İnqlab adlı şəxs ondan, Əfsanəni 03 gün evində saxlamağının səbəbini soruşmuş, həmin şəxsə Əfsanəni sevdiyini, buna görə də onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Həmçinin həmin şəxsə Əfsanənin ondan əvvəl başqa şəxslərlə cinsi əlaqədə olduğunu və buna görə də bakirə olmadığını bildirmişdir. Bunda sonra İniqlab polis əməkdaşlarını çağırmış və sonuncular gəlib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Orada baş verənlərlə bağlı izahat vermişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, Əfsanə ilə cinsi əlaqədə olarkən onun 16 on altı yaşına çatmadığını bilməmişdir. Sonda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Aytac” gözəllik salonunda işləməyə başlamış, bir müddət sonra həmin salona müştəri kimi gələn Şahid1 ilə tanış olmuşdur. 08 mart 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən ərzaq dükanında Lətafətlə rastlaşmış, sonuncu onu evinə dəvət etmişdir. Onlar birlikdə Lətafətin yaşadığı evə getmişlər, həmin vaxt Lətafətin əri Elşad da evdə olmuşdur. Oradan Lətafətin telefonu ilə anası Aygünə zəng edərək tanıdığı müştərinin evində olduğunu, üz-qaş aldığını demişdir. Həmin gecəni onlarda qalmağı qərarlaşdırmış, həmin vaxt Elşad ondan xoşu gəldiyini, onu sevdiyini bildirmiş, bu barədə Lətafətə dedikdə sonuncu ərini qısqanmadığını demişdir. 08-09 mart 2018-ci il tarixlərində Elşadla 2-3 dəfə təbii, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Elşadla öz razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Elşad onunla cinsi əlaqə olmamışdan əvvəl onun 15 yaşının olduğundan məlumatı olmuşdur. Elşadla sonuncu dəfə 10 mart 2018-ci il tarixdə təbii yolla cinsi əlaqədə olmuş, daha sonra onun yeri müəyyən edilərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə aparılmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə göstərdi ki, Şahid2 ilə 2001-ci ildə ailə qurmuş, həmin nikahdan onların 05 uşağı, o cümlədən böyük uşağı Əfsanə anadan olmuşdur. Əfsanə internat məktəbində oxumuş, sənədləri olmadığından onu şəhər məktəblərinə qoya bilməmişdir. Əfsanə hazırda məktəbə getmir, “Aytac” gözəlik salonunda şagird kimi işə düzəlmişdir. Özü isə Hövsan qəsəbəsində Həmid adlı şəxsin kafesində bir gündən bir, saat 10 radələrindən axşam saat 22 radələrinə kimi süfrəçi işləyir. Əfsanə də hər gün saat 10 radələrində “Aytac” gözəllik salununa gedir və axşam 18 radələrində evə qayıdır. 08 mart 2018-ci ildə səhər saatlarında evdən qızı ilə birlikdə çıxmış, saat 18 radələrində işdə olduğu zaman ***-***-**-** nömrəsindən bir qadın ona zəng edib Əfsanənin işlədiyi salonun müştərisi olduğunu, üz-qaşını almaq üçün Əfsanənin hazırda onların evində olduğunu bildirmişdir. Həmin vaxt Əfsanənin özü ilə də danışmış və sonuncu da ona eyni sözü demişdir. Həmin gecə Əfsanə evə qayıtmadığını görüb həmin nömrəyə zəng etmiş, lakin telefona zəng çatmamışdır. 09 mart 2018-ci ildə günorta saatlarında bazara, oradan isə “Aytac” gözəllik salonuna getmişdir. Həmin vaxt Əfsanə orada olmuş, ondan gecəni evə gəlməməyinin səbəbini soruşduqda sonuncu, gecəni həmin müştəri qadının evində qaldığını, telefonun enerjisi olmadığından söndüyünü bildirmiş, lakin ev sahibinin kim olduğunu deməmişdir. Bundan sonra o, Əfsanəyə 20 qəpik verərək axşam evə gəlməsini deyib getmiş, lakin Əfsanə həmin axşam da evə gəlməmişdir. O, Əfsanəyə zəng etmiş, lakin ona zəng çatmadığı üçün atasının evində qaldığını ehtimal etmişdir. 10 mart 2018-ci il tarixdə işə getmiş, işdə olarkən gözəllik salonundan ona zəng edərək Əfsanənin işə gəlmədiyini bildirmişlər. Bundan narahat olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə ərizə ilə müraciət edib qızının harada olduğunu bilmədiyini qeyd etmişdir. Eyni zamanda özü də qızını axtarmağa başlamış, qızı muncuq almağı xoşladığından onun adətən muncuq aldığı yerə gedib qızının gəlib gəlmədiyini soruşmuş, ona, qızının bir qədər əvvəl orada olduğunu bildirmişlər. Bu barədə işlədiyi kafenin müdiri Həmidə məlumat verib yaşadığı evə getmişdir. Evdə olan zaman Həmid zəng edib bildirmişdir ki, Əfsanəni tapıb kafeyə gətirmişdir. Dərhal kafeyə gedib Əfsanədən harada olduğunu soruşduqda Əfsanə rəfıqəsinin evində olduğunu demişdir. Həmin vaxt kafedə olan, adını sonradan bildiyi Elşad adlı şəxs Əfsanədən əl çəkmələrini tələb etmiş və Əfsanənin onun arvadı olduğunu demişdir. Buna görə də o, Həmiddən hüquq mühafizə orqanlarına məlumat verməsini xahiş etmişdir. Həmin vaxt Elşad həmçinin bildirmişdir ki, Əfsanənin bakirəliyi bir nəfər “Talış” ləqəbli şəxs tərəfindən pozulmuşdur. Qanuni nümayəndə həmçinin göstərdi ki, qızı Əfsanənin bakirləiyini pozmuş şəxsi tanımır və onun bundan ümumiyyətlə hər hansı bir məlumatı olmamışdır. Sonda Qanuni nümayəndə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2014-cü ildən Elşadla bir evdə yaşayır, birgə münasibətlərindən 04 yaşında Leyla adlı qızı anadan olmuşdur. Elşad qazanxanalarda çilingər, özü isə mənzil istismar sahəsində xadimə işləyir. Elşadın atası Tofiq də onlarla birlikdə yaşayır, təqaüdçüdür və eyni zamanda ustadır. Yaşadıqları mənzil üç otaq, mətbəx və sanitar qovşağından ibarət olmaqla Elşadın əmisinə məxsusdur. 08 mart 2018-ci il tarixdə Elşad evdə özünə yemək bişirmiş, o isə bəzi əşyalar almaq üçün marketə düşmüşdür. Həmin vaxt qapı qonşusu da ondan bəzi əşyaları almasını xahiş etmişdir. Marketdən qayıtdıqdan sonra qalıq pulu qonşuya qaytatarkən, sonuncu 20 qəpik pulun əskik olduğunu demiş, buna görə də təkrarən həmin marketə getmişdir. Marketdən qayıdarkən arxadan kiminsə onu, adı ilə çağırdığını eşitmiş, çönüb baxdıqda tanımadığı qızı görüb ondan kim olduğunu soruşmuşdur. Həmin qız Şəfəq ustanın yanında işlədiyini, adının Əfsanə olduğunu demişdir. Məhz bundan sonra Əfsanəni tanımış və onunla birlikdə binalarının qarşısına kimi gəlmişdir. Binanın qarşısında Əfsanəyə evə qalxıb çörək yeyib çay içməyi təklif etmiş, Əfsanə də razılaşıb onunla birlikdə evə qalxmışdır. Evdə Elşad qızın kim olduğunu soruşduqda sonuncunun gözəllik salonunda işlədiyini demişdir. Sonradan Əfsanə anasına zəng edib onlarda olması barədə məlumat vermiş, eyni zamanda o da Əfsanənin anası ilə danışaraq adının Lətafət olduğunu, Şəfəq ustanın müştərisi olduğunu, Hövsan marketin arxasında, 20 nömrəli binada yaşadığını demişdir. Əfsanənin anası isə işdən sonra binanın tininə gələcəyini qızını binanın tinində gözləyəcəyini bildirmişdir. Həmin vaxt anası Əfsanəyə demişdir ki, işlədiyi kafeyə gəlsin, lakin sonuncu orada onun üçün darıxdırıcı olduğunu bildirib kafeyə getməkdən imtina etmişdir. Sonradan telefonu xarab olduğuna görə zəng gedib-gəlməmiş, Əfsanə isə həmin günü onlarda qalmışdır. Əfsanə onunla bir otaqda, Elşad isə digər otaqda atasının otağında yatmışdır. Belə ki, həmin vaxt Tofiq evdə olmamışdır. Təxminən saat 06 radələrində yuxudan oyandıqda Əfsanənin yanında olmadığını görüb Elşadın yatdığı otağa keçmiş, həmin vaxt sonuncuların cinsi əlaqədə olduqlarını görmüşdür. Onlardan nə etdiklərini, Əfsanənin hələ uşaq olduğunu niyə belə bir iş gördüklərini, habelə Əfsanədən yaşını soruşmuş, sonuncu da 15 yaşının olduğunu demişdir. Elşad isə öz növbəsində Əfsanənin bakirəliyinin artıq “Talış” ləqəbli bir oğlan tərəfindən pozulduğunu, Əfsanənin qız uşağı olmadığını bildirmişdir. Bu əməlinə görə tutulacağını Elşada desə də, Elşad onun sözlərinə əhəmiyyət verməmişdir. Habelə həm Əfsanə, həm də Elşad bir-birlərini sevdiklərini demişlər. O, səhər işə, Əfsanə isə işlədiyi salona getmişdir. Həmin gün axşam saat 18 radələrində evə gəldikdə Əfsanə artıq evdə olmuşdur. Əfsanəyə evlərinə məlumat verməsini məsləhət görmüş, sonuncu narahatçılıq olmadığını bildirmişdir. 09 mart 2018-ci ilə Elşad işdən evə gəldikdən sonra Əfsanə ilə sonuncunun yaşadığı evə getmiş, Əfsanə evlərindən özünə aid paltarları götürüb yenidən onlara qayıtmış və bildirmişdir ki, bu gündən etibarən Elşadın arvadıdır. Həmin gün Elşadın atası Tofiq evə gəldiyindən Elşadla Əfsanə onun otağında qalmışlar və həmin gecə orada cinisi əlaqədə olmuşlar. Tofiq Əfsanənin evdə qalmasına etiraz etmiş, lakin Elşad bu məsələnin ona adiyyətinin olmadığını demişdir. 10 mart 2018-ci ildə Elşad işə getməzdən əvvəl Əfsanə ilə cinsi əlaqədə olmuşdur. Həmin günü axşam qonşusu barmağının şişdiyini və ağrıdığını deyib maz almaq üçün ondan bir manat istəmiş, bu zaman Əfsanə onun razılığı olmadan döşəyin altından bir manatı götürüb maz almaq adı ilə getmişdir. Bir qədər sonra Elşad gəlmiş və Əfsanənin harada olduğunu soruşmuşdur. Elşada Əfsanənin aptekə getdiyini bildirmiş, bundan sonra Elşad Əfsanənin arxasınca getmişdir. Sonradan ona məlum olmuşdur ki, Əfsanəni qohumları anasının işlədiyi kafeyə aparmışlar, Elşad da həmin kafeyə gedib Əfsanənin anasına və qohumlarına Əfsanənin onun arvadı olduğunu demişdir. Məhz bundan sonra baş verilənlər barədə polisə məlumat verilmişdir. Şahid1 həmçinin göstərdi ki, əri Elşadın yanında Əfsanənin neçə yaşının olduğunu soruşduqdan və Əfsanənin 15 yaşının olduğunu bildikdən sonra da Elşadla Əfsanənin onun otağında iki dəfə cinsi əlaqədə olduqlarını görmüşdür. Əfsanə onlarda öz xoşu ilə qalmış, Elşad Əfsanədən arvadı olmaq istəyib-istəməmədiyini soruşmuş, sonuncu isə buna razı olduğunu bildirmişdir. Əfsanə ilə Elşad onu saymamışlar, irad bildirdikə isə Elşad onu acılamışdır. İşdə olan AZE seriyalı, ******** nöçmrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2003-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan baxış keçirilməsi haqqında 12 mart 2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 20 nömrəli evin 74 nömrəli mənzilində baş vermişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 08 mart 2018-ci ildən 10 mart 2018-ci il tarixinə kimi Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu yeri əyani şəkildə göstərərmişdir. İş materiallarında olan götürmə aparılması haqqında 12 mart 2018-ci il tarixli protokollardan görünür ki, 08 mart 2018-ci ildən 10 mart 2018-ci il tarixinə kimi Zərərçəkmiş şəxs əynində olmuş – tünd göy rəngli tuman, qəhvəyi rəngli bustqalter, ağ rəngli mayka və sarı rəngli köynək qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan götürmə aparılması haqqında 12 mart 2018-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 20 nömrəli evin 74 nömrəli mənzilindən hadisənin baş verdiyi vaxt, yəni 08 mart 2018-ci ildən 10 mart 2018-ci il tarixinə kimi Təqsirləndirilən şəxs əynində olmuş – 01 ədəd qara rəngli şalvar, bir ədəd göy rəngli sviter, bir ədəd alt paltarı, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduqalrı çarpayının üzərində olmuş yaşıl və çəhrayı rəngli 02 ədəd ədyal qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan canlı şəxsin ekspertizasının 12 mart 2018-ci il tarixli, 172 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmağa dəlalət edə bilər. İş materiallarında olan canlı şəxsin ekspertizasının 02 may 2018-ci il tarixli, 271 saylı saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi, potensiya simptomları müsbətdirlər. İş materiallarında olan lifli materialların məhkəmə ekspertizasının 17 may 2018-ci il tarixli, 9981 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd maykanın, 01 ədəd sviterin, 01 ədəd büstqalterin, 01 ədəd alt tumanının, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın, 01 ədəd jaketin, 01 ədəd alt tumanının və 02 ədəd adyalın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd sviterin üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 02 ədəd adyalın üzərindən tapılmış sarı rəngli poliakrilonitril liflər cinsi əlamətinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd sviterin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 04 iyun 2018-ci il tarixli, 883 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs primitiv şəxsiyyətin cizgiləri aşkarlanır. Cinayət işi materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin qeyd olunan cinayət hadisəsi törədilən anda hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması, əqli inkişafdan gerilik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərini ölçüb-biçmək qabliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin mənasını, iş üçün əhəmiyyətli halları və mümkün nəticələri düzgün qavramaq, həmçinin onlar barəsində düzgün ifadə vermək iqtidarına malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, yaranmış şəraitin mahiyyətini, öz hərəkətlərinin mənasını tam dərk etmək, öz hərəkətlərini idarə etmək və ona qarşı edilən hərəkətlərin, həmçinin zorlama əməlinin mənasını, iş üçün əhəmiyyətli halları və mümkün nəticələri düzgün qavramaq, həmçinin onlar barəsində doğru və dolğun ifadə vermək qabliyyətinə malikdir. İş materiallarında olan məhkəmə trasoloji ekspertizasının 17 may 2018-ci il tarixli, 9980 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində hər hansı bir mexaniki zədə aşkar olunmamışdır. İş materiallarında olan 02 noyabr 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış, üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir. İş materialalrında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 14 iyun 2019cu il tarixli, 1035 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda dissosiativ konversion pozuntu, davamlı remissiya vəziyyəti aşkar olunur. Təqsirləndirilən şəxs hadisədən (08 mart 2018-ci il tarixdə) bir müddət sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına müraciət edərək, dissosiativ konversion pozuntu, anamnezində kəllə-beyin travması” diaqnozu ilə stasionar müalicə almışdır. Aldığı müalicə nəticəsində Təqsirləndirilən şəxs psixi vəziyyəti stabilləşmişdir və davamlı remissiya vəziyyəti əmələ gəlmişdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə (08 mart 2018-ci il tarixdə) onda mövcud olan dissosiativ konversion pozuntu o dərəcədə ifadə olunmamışdır ki, həmin dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən onun 16 on altı yaşına çatmadığını bilməməsinə dair ifadəsi işdə olan şahid ifadəsi, habelə digər subutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu görmüş faktiki nikah münasibətlərində olduğu Şahid1 ona, Zərərçəkmiş şəxs hələ uşaq olduğunu dediyini, Şahid1 cavab olaraq Zərərçəkmiş şəxs ilə bir-birilərini sevdiklərini bildirdiyini, bundan əlavə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsində Zərərçəkmiş şəxs neçə yaşının olduğunu bilməsinə dair təhqiqatçının sualına Zərərçəkmiş şəxs özünü ona 15 yaşının olduğunu dediyini qeyd etmişdir. Bundan əlavə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə faktiki nikah münasibətlərində olduğu Təqsirləndirilən şəxs yanında zərərçəkmiş Zərərçəkmiş şəxs neçə yaşının olduğunu soruşduqdan və sonuncunun 15 yaşının olduğunu bildikdən sonra da Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs onun otağında iki dəfə cinsi əlaqədə olduqlarının şahidi olduğunu qeyd etmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Cinayətin təkrar törədilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 16 fevral 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxsin müvəqqəti tutulmaqdan azad edilməsi və barəsində qətimkan təqdirinin seçilməsi haqqında 18 fevral 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2019-cu il tarixdə isə müvəqqəti tutulmaqdan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 fevral 2019-cu il tarixdən 18 fevral 2019-cu il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 11 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 09 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş – 01 ədəd maykanın, 01 ədəd sviterin, 01 ədəd büstqalterin, 01 ədəd alt tumanının, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvarın, 01 ədəd jaketin, 01 ədəd alt tumanının Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı müvafiq olaraq sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlancına verilmiş çəhrayı və yaşıl rəngli 02 ədəd adyal Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığına görə məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə lifli materialların və məhkəmə trasoloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 234 manat 16 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı üçün 60 (altmış) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçisi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili X4 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 16 fevral 2019-cu il tarixdən 18 fevral 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 noyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hadisə vaxtı Zərərçəkmiş şəxs məxsus 01 ədəd maykanın, 01 ədəd sviterin, 01 ədəd büstqalterin, 01 ədəd alt tumanının, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın, 01 ədəd jaketin, 01 ədəd alt tumanının ibtidai araşdırma zamanı müvafiq olaraq sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlancına verilmiş çəhrayı və yaşıl rəngli 02 ədəd adyal dəyəri olmadığına görə məhv edilsin. İş üzrə lifli materialların və məhkəmə trasoloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 234 (iki yüz otuz dörd) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı üçün 60 (altmış) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçisi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili X4 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-13/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-13/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver