Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-13/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1998-ci ildə Türkmənistan Respublikasının Axal vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhər Xətai rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 dekabr 2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs2, xx xxxx 1993-cü ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq, 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2.500 manat cərimə cəzasına məhkum olunmuş, Kürdəmir rayonunun Şilyan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, Dənizkənarı küçəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 24 mart 2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən Zərərçəkmiş şəxs evinin pəncərəsini əlləri ilə açmaqla içəri qanunsuz daxil olaraq evin yataq otağından 01 ədəd üzərinə “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 12.82 qram olan 962 manat dəyərində kulonlu boyunbağını və sırğa cütü dəstini, 01 ədəd üzərinə “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun çəkisi 4.32 qram və 04 ədədinin hər birinin ölçüsü 0.175 karat, 3/3 keyfiyyərli qaşları olan 760 manat dəyərində üzüyü, 01 ədəd üzərinə “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2.50 qram və üzərində qiymətli qaşlara aid olmayan göy və ağ şəffaf qaşları olan 188 manat dəyərində üzüyü, 01 ədəd üzərinə “925" əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 6.58 qram, üzərində 04 ədədinin hər birinin ölçüsü 0.126 karat, 4/3 keyfiyyətli brilyant olan 241 manat dəyərində üzüyü, 01 ədəd 80 manat dəyərində “Apple” markalı qol saatını, 01 ədəd 15 manat dəyərində “Berbry” markalı qol saatını, 01 ədəd 140 manat dəyərində “Romanson” markalı qol saatını, 01 ədəd 05 manat dəyərində dairəvi formalı bəzəkli güzgünü və 01 ədəd 05 manat dəyərində təsbehi gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.396 manat (iki min üç yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bir müddət Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evlərində fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs2 da onunla birlikdə tikintilərdə fəhlə kimi işləmiş və onların arasında dostluq münasibəti olmuşdur. 24 mart 2021-ci il tarixdə günorta saatlarında Sadiqlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən yaşayış evlərinin birinin hasarını çəkən vaxt qonşuluqda yaşayan evdən bir nəfər qadının çıxıb getdiyini və evin həyət darvazasını bağladığını görmüşlər. Həmin vaxt pula ehtiyacı olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlmiş və bu barədə Sadiqə dedikdə sonuncu onun təklifi ilə razılaşmışdır. Bundan sonra həmin günü, təxminən saat 18 radələrində işlərini yekunlaşdırmış və Sadiqlə birlikdə həmin yerdən uzaqlaşmışlar. Onların məqsədi hava qaraldıqdan sonra sahibini tanımadığı, qeyd etdiyi evdən oğurluq etmək olduğuna görə, 24 mart 2021-ci il tarixdə, saat 20 radələrində Sadiqlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fəhlə kimi işlədikləri evin yaxınlığına gəlmişlər. Qonşuluqda yerləşən evin hasarına yaxınlaşmış və evdə heç kimin olmadığına əmin olduqdan sonra Sadiqlə birlikdə evin hasarından həyətə aşmışlar. Bundan sonra həyətdəki evin sağ tərəfində olan pəncərənin üzərində dəmir barmaqlığın olmadığını görüb əlləri ilə itələyərək həmin pəncərəni açmışlar və birlikdə evə daxil olmuşlar. Onlar həmin evdən müxtəlif qızıl-zinət əşyaları və 03 ədəd saat tapıb ciblərinə qoyduqdan sonra evə daxil olduqları pəncərədən həyətə, oradan da hasardan aşmaqla küçəyə çıxıb həmin yerdən uzaqlaşmışlar. Bir qədər piyada getdikdən sonra yolun kənarında torpağı qazıb oğurladıqları əşyaların hamısını orada basdırmışlar. Bundan sonra Sadiqlə, sağollaşıb yaşadığı evə getmişdir. Bir neçə gün sonra Sadiqlə birlikdə işlədiyi evin sahibi yaşadığı evin qonşuluğunda yerləşən evlərin birindən oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Ona görə də Sadiq və onun qardaşı Səfalı ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getmişlər. Orada onlardan oğurluq hadisəsi törədibtörətmədikləri barədə soruşulduqda o, Sadiqlə birlikdə törətmiş olduqları oğurluq hadisəsini səmimi etiraf etmişdir. Sadiqin qardaşı Səfalı da onlarla birlikdə fəhlə kimi işləsə də, onların törətmiş olduqları oğurluq hadisəsindən məlumatı olmamışdır. Belə ki, onlar bu barədə Səfalıya heç bir söz deməmişlər. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində olduqları zaman Səfalı, onların oğurluq hadisəsi törətməyindən xəbərdar olmuşdur. Bu oğurluq hadisəsindən başqa heç bir cinayət hadisəsi törətməmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evlərində fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs1 də onunla birlikdə fəhlə işlədiyi üçün onu tanımış və aralarında dostluq münasibəti yaranmışdır. 24 mart 2021-ci il tarixdə, günorta saatlarında Sərdarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evlərinin birinin hasarını çəkən zaman qonşuluqda yerləşən evlərdən birindən bir nəfər qadının çıxıb getdiyini və evin həyət darvazasını bağladığını görmüşlər. Həmin vaxtı pula ehtiyacları olduğu üçün həmin evdən oğurluq etmək barədə Sərdarla öz aralarında razılaşmışlar. Bundan sonra həmin günü, saat 18 radələrində işlərini yekunlaşdırmış və Sərdarla birlikdə həmin yerdən uzaqlaşmışlar. Onlar hava qaraldıqdan sonra sahibini tanımadığı, yuxarıda qeyd eldiyi evdən oğurluq etməyi qərarlaşdmışlar. Buna görə də, 24 mart 2021 -ci il tarixdə, saat 20 radələrində Sərdarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fəhlə kimi işlədikləri evin yaxınlığına gəlmiş və qonşuluqda yerləşən evin hasarına yaxınlaşmışlar. Həmin evdə heç kimin olmadığına əmin olduqdan sonra Sərdarla birlikdə evin hasarından həyətə aşmışlar. Bundan sonra həyətdəki evin sağ tərəfində olan pəncərənin üzərində dəmir barmaqlığın olmadığını görüb əlləri ilə itələyərək həmin pəncərəni açmış və birlikdə evə daxil olmuşlar. Onlar həmin evdən müxtəlif qızıl-zinət əşyaları və 03 ədəd saat tapıb ciblərinə qoyduqdan sonra evə daxil olduqları pəncərədən həyətə, oradan da hasardan aşmaqla küçəyə çıxıb həmin yerdən uzaqlaşmışlar. Bir qədər piyada getdikdən sonra yolun kənarında torpağı qazıb oğurladıqları əşyaların hamısını orada basdırmışlar. Bundan sonra Sərdarla sağollaşıb yaşadığı evə getmişdir. Bir neçə gün sonra Sərdarla birlikdə işlədiyi evin sahibi onlara yaşadığı evin qonşuluğunda yerləşən evlərin birindən oğurluq olduğunu bildirmiş və buna görə də, Sərdarla birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getmişlər. Orada onlardan oğurluq hadisəsi törədib-törətmədikləri barədə soruşulduqda o, Sərdarla birlikdə törətmiş olduqları oğurluq hadisəsini səmimi etiraf etmişdir. Qardaşı Səfalı da onların işlədikləri evdə fəhlə işləmiş, lakin onların törətdiyi oğurluq hadisəsindən məlumatı olmamışdır. Belə ki, onlar bu barədə Səfalıya heç bir söz deməmişlər. Səfalı, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində olduqları zaman Sərdarla onunun oğurluq hadisəsi törətməsindən xəbərdar olmuşdur. Həmin oğurluq hadisəsindən başqa heç bir cinayət hadisəsi törətməmişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 17 avqust 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 24 mart 2021-ci il tarixdə, saat 09 radələrində şəxsi işi ilə əlaqədar yaşadığı evdən çıxıb getmişdir. Bundan sonra arvadı X2 13 radələrində şəxsi işləri ilə əlaqədar evin qapı və pəncərələrini bağlayıb getmişdir. Həmin günü, saat 20:30 radələrində arvadı Bəturə yaşadıqları evə qayıdan zaman evin sağ tərəfində olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olmasından şübhələnmiş, ona görə də bu barədə ona məlumat vermişdir. Bundan sonra arvadı Bəturə evə daxil olub baxdıqda yataq otağında olan ona məxsus cəmi dəyəri 1.200 manat olan 750 əyyarlı qızıl boyunbağı, klon və sırğanın, 01 ədəd 585 əyyarlı 230 manat dəyərində göz muncuğu formalı qızıl üzüyün, 01 ədəd 925 əyyarlı 300 manat dəyərində brilyant qaşlı kişi qızıl üzüyünün, 01 ədəd 750 əyyarlı 700 manat dəyərində qızıl üzüyün, 01 ədəd 180 manat dəyərində “Apple” markalı, 01 ədəd 30 manat dəyərində “Berbry” markalı və 01 ədəd 200 manat dəyərində “Romanse” markalı saatların yerində olmadığını görüb həmin əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 2.840 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, baş vermiş hadisə nəticəsində oğurlanmış əşyaların dəyərini aldığı qiyməti əsas götürməklə cəmi 2.840 manat miqdarında qiymətləndirmişdir. Lakin hazırda həmin əşyaların işlənməsi nəzərə alınmaqla məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyun 2021- ci il tarixli 6/2458-6/4163 saylı rəyində göstərilən miqdarlarla razı olduğunu və bu ekspert rəyinə etirazının olmadığını qeyd etmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənildiyinə görə sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, bir müddətdir Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən həyət evlərində fəhlə işləyir. Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs1 isə onlarla birlikdə fəhlə işlədiyi üçün tanımışdır. 24 mart 2021-ci il tarixdə səhər saatlarında qardaşı Sadiq və Sərdarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən həyət evlərinin birinin hasarını çəkmişlər. Həmin vaxt o, evin həyətyanı sahəsinin bir tərəfindən, qardaşı Sadiq və Sərdar isə evin digər tərəfində işləmişlər. Həmin gün, təxminən saat 18 radələrində o, işini yekunlaşdırıb yaşadığı evə getmişdir. Bir neçə gün sonra isə fəhlə kimi işlədikləri evin sahibi onlara həmin evin qonşuluğunda yerləşən evlərdən birində oğurluq olduğunu demişdir. Buna görə də, o, qardaşı Sadiq və Sərdarla birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getmişlər. Orada onlardan oğurluq edib-etməmələri barədə soruşulduqda o, oğurluq etmədiyini bildirmişdir. Orada ona məlum olmuşdur ki, qardaşı Sadiq və tanışı Sərdar fəhlə işlədikləri evin yaxınlığında yerləşən evlərdən birindən oğurluq etmişlər. Qardaşı Sadiqin və tanışı Sərdarın oğurluq etmələri barədə heç bir məlumatı olmamışdır. Onlar bu barədə ona heç bir məlumat verməmişlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən Zərərçəkmiş şəxs bir mərtəbəli fərdi yaşayış evindən oğurluq edilmişdir. Baxışda iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs evindən 3.000 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 24 mart 2021-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, onlar, 24 mart 2021ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evinin pəncərəsini əlləri ilə açmaqla içəri qanunsuz daxil olaraq evin yataq otağından müxtəlif qızıl-zinət əşyalarını və 03 ədəd qol saatını götürüb oradan uzaqlaşmışlar. İş materiallarında olan əşyanın götürülməsi haqqında 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsində daş hasarın dibində basdırılmış üzərində 585 rəqəmi həkk olunmuş 01 cüt sırğa, 01 ədəd sarı rəngli metaldan hazırlanmış klon və boyunbağı, 01 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində göy və ağ şəffaf qaşları olan üzük, üzərində 750 rəqəmi həkk olunmuş 01 ədəd sarı rəngli metaldan hazırlanmış ağ şəffaf qaşları olan üzük, üzərində 925 rəqəmi həkk olunmuş 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış ağ şəffaf qaşları olan üzük, 01 ədəd “Apple” markalı qol saatı, 01 ədəd “Berbry” markalı qol saatı, 01 ədəd “Romanson” markalı qol saatı, 01 ədəd dairəvi formalı güzgü və 01 ədəd təsbeh aşkar edilərək, iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 22 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş üzərində 585 rəqəmi həkk olunmuş 01 cüt sırğanı, 01 ədəd sarı rəngli metaldan hazırlanmış klon və boyunbağını, 01 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində göy və ağ şəffaf qaşları olan üzüyü, üzərində 750 rəqəmi həkk olunmuş 01 ədəd sarı rəngli metaldan hazırlanmış ağ şəffaf qaşları olan üzüyü, üzərində 925 rəqəmi həkk olunmuş 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış ağ şəffaf qaşları olan üzüyü, 01 ədəd “Apple” markalı qol saatını, 01 ədəd “Berbry” markalı qol saatını, 01 ədəd “Romanson” markalı qol saatını, 01 ədəd dairəvi formalı güzgünü və 01 ədəd təsbehi tanıyaraq, həmin əşyaların ona məxsus olduğunu, hadisə zamanı ona məxsus evdən oğurlandıqlarını, onları xarici əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyun 2021-ci il tarixli 6/2458-6/4163 saylı rəyindən görünür ki, təqdim edilmiş: 01 ədəd sarı rəngli metaldan kulonlu boyunbağı və sırğa cütü dəsti - üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 12.82 qramdır; 01 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərinə “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 4.32 qramdır, qaşları brilyantdır, 04 ədədinin hər birinin ölçüsü 0.175 karat, 3/3 keyfiyyətlidirlər; 01 ədəd sarı rəngli metaldan üzərində göy və ağ şəffaf qaşları olan üzük - üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2.50 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 01 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərinə “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 6.58 qramdır, qaşları brilyantdır, 04 ədədinin hər birinin ölçüsü 0.126 karat, 4/3 keyfiyyətlidirlər. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2.396 (iki min üç yüz doxsan altı) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri aşagıdakı kimidir: 01 ədəd sarı rəngli metaldan kulonlu boyunbağı və sırğa cütü dəsti - 962 manat; 01 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf brilyant qaşları olan üzük - 760 manat; 01 ədəd sarı rəngli metaldan üzərind göy və ağ şəffaf qiymətli qaşlara aid olmayan qaşları olan üzük - 188 manat; 01 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf brilyant qaşları olan üzük - 241 manat; 01 ədəd “Apple” markalı qol saatı - 80 manat; 01 ədəd “Berbry” markalı qol saatı - 15 manat; 01 ədəd “Romanson” markalı qol saatı - 140 manat; 01 ədəd dairəvi formalı bəzəkli güzgü - 05 manat; 01 ədəd təsbeh - 05 manat. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cavanlığını, əvvəllər də eyni cinayətin törədilməsinə görə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 aprel 2021-ci il tarixli məlumatından və Bakı şəhər Xətai rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 dekabr 2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edildiyi gündən 02 il keçmədən, törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27 mart 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə və qətimkan tədbirinin seçilməsi haqqında 29 mart 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin təmin edilməsindən imtina edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınararaq müvəqqəti saxlama yerindən azad edilmiş və Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cavanlığını, əvvəllər dəfələrlə eyni cinayətin törədilməsinə görə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 aprel 2021-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2.500 manat cərimə cəzasına məhkum olunmuş, cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduğu gündən 02 il keçmədən, törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini 09 mart 2021-ci il tarixdə törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq, 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2.500 manat cərimə cəzasına məhkum olunmuş, cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı nəzərə alınmaqla qəti olaraq təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2.500 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanaraq, Təqsirləndirilən şəxs2 cəza təyin olunmalı və bu zaman Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı nəzərə alınmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli həmin cinayət işi üzrə həbsə alındığı vaxtdan, yəni 02 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Buna görə də Təqsirləndirilən şəxs2 həmin 2.500 manat cərimə cəzası hazırki iş üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə toplanarkən, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27 mart 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə və qətimkan tədbirinin seçilməsi haqqında 29 mart 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin təmin edilməsindən imtina edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınararaq müvəqqəti saxlama yerindən azad edilmiş və həmin tarixdə də Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Habelə məhkəmə Təqsirləndirilən şəxs2 hazırda Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı nəzərə alınmaqla qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığını və hazırki iş üzrə qəbul ediləcək məhkəmə hökmünün icrasına maneə törətmək ehtimalının olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığından, həmin qətimkan tədbiri ləğv edilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərinə “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 12.82 qram olan kulonlu boyunbağın və sırğa cütü dəstinin, 01 ədəd üzərinə “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun çəkisi 4.32 qram və 04 ədədinin hər birinin ölçüsü 0.175 karat, 3/3 keyfiyyərli qaşları olan üzüyün, 01 ədəd üzərinə “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2.50 qram və üzərində qiymətli qaşlara aid olmayan göy və ağ şəffaf qaşları olan üzüyün, 01 ədəd üzərinə “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 6.58 qram, üzərində 04 ədədinin hər birinin ölçüsü 0.126 karat, 4/3 keyfiyyətli brilyant olan üzüyün, 01 ədəd “Apple” markalı qol saatının, 01 ədəd “Berbry” markalı qol saatının, 01 ədəd “Romanson” markalı qol saatının, 01 ədəd dairəvi formalı bəzəkli güzgünün və 01 ədəd təsbehin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 isə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 sentyabr 2021ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı nəzərə alınmaqla qəti olaraq təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2.500 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza və 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 oğlunun üzərində çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası və 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 2.500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 sentyabr 2021ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı nəzərə alınmaqla qəti olaraq təyin edilmiş cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə hesablansın və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı və məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimalının olmadığı nəzərə alınaraq onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərinə “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 12.82 qram olan kulonlu boyunbağın və sırğa cütü dəstinin, 01 ədəd üzərinə “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun çəkisi 4.32 qram və 04 ədədinin hər birinin ölçüsü 0.175 karat, 3/3 keyfiyyərli qaşları olan üzüyün, 01 ədəd üzərinə “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2.50 qram və üzərində qiymətli qaşlara aid olmayan göy və ağ şəffaf qaşları olan üzüyün, 01 ədəd üzərinə “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 6.58 qram, üzərində 04 ədədinin hər birinin ölçüsü 0.126 karat, 4/3 keyfiyyətli brilyant olan üzüyün, 01 ədəd “Apple” markalı qol saatının, 01 ədəd “Berbry” markalı qol saatının, 01 ədəd “Romanson” markalı qol saatının, 01 ədəd dairəvi formalı bəzəkli güzgünün və 01 ədəd təsbehin ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-13/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-13/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver