Məhkəmə qərarları › İş №1(010)-13/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-13/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-13/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 04 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 oktyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, üstündə saxlamaqla daşımış xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada üzərində şəxsi axtarış keçirilərkən, əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,991 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə “Murad” adlı tanışı ona borclu olduğu pulu qaytarmaq üçün onunla kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 65 saylı evin yaxınlığında görüşmüşdür, bu zaman sonuncunun yanında Muradın tanışı olan onun tanımadığı qız da olmuşdur. Murad ona bir neçə dəqiqəyə “qamışlıq” adlanan əraziyə gedib daha sonra pulu vermək üçün gələcəyini bildirmişdir. O, Muradla razılaşmış, özü isə ərzaq məhsulları almaq üçün marketə doğru yola düşmüşdür. Aralıq küçə boyunca piyada hərəkətdə olarkən tanımadığı mülki geyimli iki nəfər özlərini təqdim etmədən onun üzərinə gəlmiş, onun əllərini tutmuş, həmin şəxslərdən biri onun çənəsinə başı ilə zərbə vurmuşdur. O da sonunculara müqavimət göstərmış, ona vuran şəxsin əlini itələmək istəyərkən sonuncunun qulağına vurmuşdur. O, sonuncuların özlərini təqdim etməsini tələb etmiş, bundan sonra sözügedən şəxslər xidməti vəsiqələrini ona göstərmiş, o, sonuncuların Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, sonunculardan birinin mayor olduğunu öyrənmişdir. Polis əməkdaşları ona Murad ilə görüşdüyünü demiş, kiloqramın harda olduğunu soruşmuşlar. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun üzərində axtarış aparmış, lakin axtarış zamanı üzərindən heç bir narkotik vasitə aşkar edilməmiş, buna baxmayaraq ondan evinin açarını istəmişlər. Bu zaman cibində telefon, evinin açarı, qulaqcıq, pul kisəsi, ödəniş kartları, 90 manata yaxın nağd pul və bronxial astma dərmanı olmuşdur. O evinin qapısını açıq olduğunu bildirmiş, polis əməkdaşları onun cibindən evinin açarını da götürərək onunla birlikdə evinə getmişlər. Sonuncular onun evinə girəndə evin qapısının açıq olduğunu görmüşlər. Onun mülki geyimli şəxslər tərəfindən tutulub üzərində axtarış apardıqlarını görmüş Murad dərhal onun qapısı açıq olan evinə gedərək qapını içəridən bağlamış, polis əməkdaşları qapını sındırmaqla evə daxil olaraq Muradı yerə uzatmışlar, bu zaman Muradın yanındakı qız sellofan torbanın içərisində olan narkotik vasitələri sonuncunun üzərinə tökmüş, ağlayaraq bildirmişdir ki, onu Murad zəhərləyib. Polis əməkdaşları Murada onu bir aydır izlədiklərini bildirmiş, daha sonra mayorun yanında olan digər gənc polis onun evində olan oyuncaq ayıları sökməyə başlamış, o isə həmin evdə kirayə qaldığını bildirmişdir. Təxminən saat 12:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onların hər üçünü Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparmış, ona məxsus olan telefonu ondan alıb söndürmüş, öz ciblərinə qoymuşlar. Polis bölməsində ona bir neçə ədəd ağ kağıza imzalatdırılmış, üzərindən narkotik vasitə olan heroin aşkar olunmasını boynuna götürməzsə, onun barəsində narkotik vasitələrin satışı üzrə cinayət işinin açılacağı ilə hədələnmişdir. Təhqiqatçı ona narkotik vasitələrin istifadəsi maddəsi ilə cinayət işi açılacağını, qanında hər hansı narkotik vasitə istifadə əlamətləri olmadığından ona narahat olmamasını bildirmiş, vəkili gəldikdən sonra sonuncuya heç nə deməməsi barədə onu tənbeh etmişdir. “Sahil” adlı təhqiqatçı videoçəkilişdən öncə onların olduğu otaqda yerləşən dibçəkdən bir miqdar torf götürərək yandırmış və narkotik vasitə olan heroin adı ilə zərfləşdirmişdir. Bütün bu hadisələrin nəticəsində, həmçinin ac və yorğun olduğundan artıq taqəti qalmamış, videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Videoçəkiliş aparılarkən otaqda əlində rezin dəyənəklər olan 3-4 nəfər polis əməkdaşı da olmuşdur. Özünün səhər saatlarında tutulmasına baxmayaraq onun üçün dövlət hesabına təyin edilmiş vəkil X4 19:00 radələrində polis bölməsinə gəlmişdir, bu zaman isə artıq videoçəkiliş aparılmışdı. Bundan sonra vəkilin iştirakı ilə daha bir kağızı imzalamışdır. Ümumilikdə 2-3 kağızı imzalamışdır, ibtidai istintaq materiallarında olan sənədlərdəki digər imzalar ona məxsus deyil. Əlavə olaraq bildirir ki, özü bronxial astma xəstəsidir, İİİ qrup əlildir, bu vaxta qədər ümumiyyətlə heç bir narkotik vasitədən istifadə etməyib. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmənin 17 iyun 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq saxlanılarkən Təqsirləndirilən şəxs əynində idman geyiminin olduğunu, əməliyyat məlumatının kimə məxsus olmasını, təqsirləndirilən şəxsin saxlanılma vaxtını, tək saxlanılıb-saxlanılmamasını, sonuncunun saxlanıldığı Bakı şəhəri, Suraxanı rayonu, Göl küçəsini, sonuncunun polis polməsinə gətirilmə anını, təqsirləndirilən şəxsi gətirən avtomobili kimin idarə etməsini, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitədən başqa nəyin aşkar olunmasını, üzərinə baxış keçirilərkən müdafiəçinin iştirak edib-etməməsini, üzərindən aşkar olunmuş narkotik vasitənin rəngini xatırlamadığını bildirmişdir. Halbuki cinayət işinin materiallarında olan Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi 26 oktyabr 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 17:00-da ünvan 3 ünvanı qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra ondan özünü təqdim etməsini istəmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmşdir. Ona narkotik maddələrin istifadəsi, üzərində saxlanılması və satışında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və təxminən bir nəçə saat əvvəl Əmircan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmənin 21 fevral 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş təkrar dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1 ona verilmiş suallara cavab olaraq 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid2la birlikdə tutduqlarını, tutma vaxtını dəqiq xatırlamadığını, 070 ***-**-** saylı mobil telefon nömrəsinin ona məxsus olduğunu və hadisə günü də onun istifadəsində olduğunu, ona verilmiş digər suallara cavab verməyərək hadisə ilə bağlı heç nə xatırlamadığını bildirmişdir. Məhkəmənin 17 iyun 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 İmamqulu oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 17:00-da ünvan 3 ünvanı qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra ondan özünü təqdim etməsini istəmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmşdir. Ona narkotik maddələrin istifadəsi, üzərində saxlanılması və satışında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və təxminən bir nəçə saat əvvəl Əmircan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Ona verilmiş suallara cavab olaraq əməliyyat məlumatının Şahid1 məxsus olduğunu, Təqsirləndirilən şəxs polis bölməsinə gətirmək üçün Kənanla birlikdə getdiklərini, təqsirləndirilən şəxsi polis bölməsinə apararkən avtomobili özünün idarə etdiyini, Şahid1 isə təqsirləndirilən şəxslə arxa oturacaqlarda əyləşdiklərini, bu zaman Təqsirləndirilən şəxs əynində cins şalvar və gödəkçə olduğunu bildirmişdir. Məhkəmənin 21 fevral 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş təkrar dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 İmamqulu oğlu ona verilmiş suallara cavab olaraq 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid1la birlikdə tutduqlarını, tutma vaxtını dəqiq xatırlamadığını, 055 ***-**-** saylı mobil telefon nömrəsinin ona məxsus olduğunu və hadisə günü də onun istifadəsində olduğunu, ona verilmiş digər suallara cavab verməyərək hadisə ilə bağlı heç nə xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq hazırki cinayət işi üzrə şahidlər Şahid2 İmamqulu oğlu və Şahid1 onun şübhəli şəxs qismində tutulması zamanı iştirak etmədiklərini, onu tutan şəxslərin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarının bildirmişdir. Məhkəmənin 24 iyun 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş. Polis bölməsinin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin dəqiqələr videoçəkilişlə qeydə alınmış, sonuncudan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və təxminən bir nəçə saat əvvəl Əmircan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sözügedən qablaşdırma dəftərxanaya, oradan isə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, qablaşdırmaya müdaxil edilməsi, zərfin açılaraq oraya başqa hər hansı maddə yerləşdirilməsi mümkün deyil. Həmçinin təqsirləndirilən şəxsə dövlət hesabına təyin edilmiş müdafiəçi videoçəkilişin aparılması zamanı iştirak etməsə də, o, həmin vaxt Polis Bölməsinin inzibati binasında olmuşdur. Hüseynli X5 RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmənin 24 iyun 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Sədərək Ticarət Mərkəzində çilçiraq ticarəti ilə məşğul olur. İşi ilə bağlı olaraq mütəmadi olaraq İran İslam Respublikasından və Türkiyə Cumhuriyyətindən fabrik tikintisi ilə bağlı şəxslər gəlir, Azərbaycanda olduqları müddət ərzində onları kirayə evlərdə yerləşdirir. Ruslanla tanışlığı da elə sonuncunun bir müddət evlərin kirayəsi ilə məşğul olduğu dövrə təsadüf edir. Bundan başqa dayısı oğlunun Suraxanıda yerləşən parça sexinə tez-tez gedibgəlib, Ruslanı da elə həmin ərazidə tanıyıb. 2021-ci il tarixdə dəqiq xatırlamadığı bir gündə, günorta saat 12:00 radələrində küçə ilə gedərkən qışqırıq səsləri eşitmiş, Ruslanın və tanımadığı bir qadın və bir kişinin 2 nəfər mülki geyimli şəxs tərəfindən zorla saxlanıldığının şahidi olmuşdur. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmənin 24 iyun 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, əvvəllər Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən “Ballı” marketdə satıcı kimi işləyərkən Ruslanla tanış olmuşdur. Artıq 2 ildir ki, sonuncunu tanıyır və onunla birgə ünvan 3 ünvanında kirayə yaşamışdır. 04 oktyabr 2021-ci il tarixdə səhər saat 09:00 radələrində işə getmək üçün evdən çıxmış, günorta 12:00 radələrində Ruslana zəng etsə də sonuncunun telefonuna zəng çatmamışdır. Axşam 19:00 radələrində evə qayıtmış, evə daxil olarkən oranın çox dağınıq olduğunu görmüş, daha sonra ev sahibinin həyat yoldaşı “Günel” adlı qadından nə baş verdiyini öyrənmişdir. Sonuncu ona Ruslanın iki nəfər başqa şəxs ilə birlikdə saxlanıldığını, zorla Polis Bölməsini aparıldığını bildirmişdir. Ruslanı tanıdığı 2 illik müddət ərzində onun hər hansı narkotik vasitədən istifadə etdiyinin şahidi olmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmənin 01 iyul 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. 04 oktyabr 2021-ci il tarixdə səhər saat 11:00 radələrində oğlu ilə telefon vasitəsilə əlaqə saxlamış, sonuncu ona Hövsan qəsəbəsinə iş üçün gedəcəyini bildirmişdir. Sonradan saat 12:00-12:30 radələrində oğluna zəng etsə də, sonuncunun telefonuna zəng çatmamışdır. Sonrakı 2 gün ərzində Ruslandan xəbər almamış, hadisədən 3 gün sonra Suraxanı Rayon Polis İdarəsi MSY-dən özünü Polis Bölməsinin əməkdaşı kimi təqdim edən şəxs ona zəng edərək, oğluna aid əşyaları gəlib götürməli olduğunu bildirmişlər. O, Polis Bölməsinə getmiş, orada ona Ruslana aid olan açarlar, kəmər və 90 manat məbləğində pulun 70 manatı təqdim olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs bronxial astma xəstəsidir, 3-ci qrup əlildir, ümumiyyətlə, narkotik vasitə istifadə etmir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmənin 08 iyul 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 65 saylı evin mülkiyyətçisidir. Təqsirləndirilən şəxs 1 il əvvələ qədər sözügedən evdə Yeganə adlı xanımla birlikdə yaşayıb. Özü də ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində özünə məxsus evdə yaşayır. 2021-ci il tarixdə dəqiq xatırlamadığı bir gündə, günorta saat 12:00 radələrində küçədə qışqırıq səsləri eşitmiş, Ruslanın 2 nəfər mülki geyimli şəxs tərəfindən saxlanıldığını görmüş, daha sonra onlar birlikdə sonuncunun yaşadığı evə daxil olmuş, bir müddət sonra biri kişi digəri qadın olmaqla daha 2 nəfər şəxslə birlikdə evdən çıxdıqlarını, Ruslan və digər 2 nəfərin onları saxlayan mülki geyimli şəxslər tərəfindən avtomobilə mindirilərək aparıldığının şahidi olmuşdur. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmənin 06 sentyabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur, həmçinin sonuncu ilə birlikdə santexnik işləri görür. 03 oktyabr 2021-ci il tarixdə axşam saatlarında sonuncu ilə telefon vasitəsilə əlaqə saxlamış, Ruslanla növbəti gün saat 10:00-da görüşməyi qərarlaşdırmışlar. 04 oktyabr 2021-ci il tarixdə, saat 11:30- 12:00 radələrində Ruslana zəng etmiş, sonuncunun telefonuna zəng çatmamışdır. Daha sonra Ruslanın birlikdə yaşadığı qadına zəng etmiş, sonuncu yaşadıqları evin sahibinin dediyinə görə Ruslanın polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldığını bildirmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmənin 06 sentyabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Sonuncuya heç bir borcu olmayıb. 04 oktyabr 2021-ci il tarixdə Ruslana zəng etmiş, tanışı olan başqa bir qızla birlikdə Ruslanın evinə gəlmək istədiyini bildirmiş, Ruslan da buna etiraz etməmişdir. Sonuncunun evinə gəldikdən sonra Ruslan ərzaq almaq üçün mağazaya getməli olduğunu bildirmiş, o da qızla birlikdə Ruslanİn evində gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra 4-5 nəfər polis əməkdaşı evə daxil olmuş, onların əvvəlcə Suraxanı Rayon Polis İdarəsinə, oradan da 31-ci Polis Bölməsinə aparmışlar. Burada polis əməkdaşları tərəfindən döyülmüş, lakin Ruslanın döyülübdöyülməməsindən xəbəri olmamamışdır. Əlavə olaraq izahatında göstərmişdir ki, onları tutan şəxslər polis bölməsinin əməkdaşları olmamışdır. Bundan başqa Ruslanla birlikdə narkotik vasitə qəbul etməmiş, sonuncunun da hər hansı narkotik vasitədən istifadə etməsindən xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan 04 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, sözügedən protokol 04 oktyabr 2021-ci il tarixli tarixdə, saat 17:30-da tərtib olunmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 oktyabr 2021-ci il tarixdə saat 17:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon prokurorunun 06 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Hüseynli X5 RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 06 oktyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin xidməti iş otaqlarının birində qeydə alınmış və görüntülərdə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Şahid3, həmin Bölmənin əməliyyatçıları Şahid2 İmamqulu oğlu, Şahid1, həmçinin şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs vardır. Görüntülərə əsasən müəyyən edilir ki, təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir və ondan təqdim etdiyi 01 ədəd bükümün içərisində nə olması, nə vaxt, necə əldə etməsi barədə soruşulduqda həmin bükümün içərisində isə heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni təxminən bir neçə saat əvvəl qəsəbəsində üzdən tanıdığı, adını bilmədyi şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş həmin 01 ədəd büküm qablaşdırılaraq götürülür və iştirakçılar tərəfindən imzalanır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4392 saylı 05 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №195” dairəvi möhür əksi olan, “vətəndaş Təqsirləndirilən şəxs Məmmədağa oğlunun. ..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixdli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 670 saylı 11 fevral 2022-ci il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 08 mart 2022-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,991 qram çəkidə olan narkotik vasitə hesab edilən heroinin ekspertiza tədqiqatından sonrakı ümumi 1,941 qram çəkidə qalıq hissəsi sübut kimi tanınmaqla saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 19 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-168/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə şahidlər – Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili polis mayoru Şahid1 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 müvafiq olaraq istifadələrində olan 070 ***-**-** və 055 ***-**-** saylı telefon nömrələrinin kimə məxsus olmaları və 04 oktyabr 2021-ci il tarixdə hansı anten dairəsində olmaları barədə məlumatların və 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**- ** telefon nömrəsinə daxil olan və həmin nömrədən göndərilən sms mesajların mətni barədə məlumatların "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 29 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, ********* saylı mobil nömrə xx.xx.2017-ci il tarixdə "xxxx" şəbəkəsindən "xxxx" şəbəkəsinə daşınmışdır. İş materiallarında olan 02 may 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 istifadələrində olan 055 ***-**-** nömrəli telefonun əhatə dairəsi 04 oktyabr 2021-ci il tarixdə aşağıdakı kimi olmuşdur: saat 17:00- UBBK5853A/UBBK5853 HOUSE_DUKAN/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, ev 38, MM Market"/Surakhany GPRS, saat 17:07- UBBK5831B/UBBK5831 Bakikhanov 172 sayli Gazankhana/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, 172 saylı qazanxana"/Sabunchu, saat 18:15-dən 18:22-dək UBBK5831B/UBBK5831 Bakikhanov 172 sayli Gazankhana/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, 172 saylı qazanxana"/Sabunchu, saat 18:28-dən 18:29-dək UBBK5831E/UBBK5831 Bakikhanov 172 sayli Gazankhana/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, 172 saylı qazanxana"/Sabunchu. İş materiallarında olan 02 may 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD disk formatında olan məlumatlardan görünür ki, 31-ci PB-də CA üzrə əməliyyat müvəkili polis mayoru Şahid1 istifadələrində olan 070 ***-**-** nömrəli telefonun əhatə dairəsi 04 oktyabr 2021-ci il tarixdə aşağıdakı kimi olmuşdur: 17:01-də UBBK5853D/UBBK5853 HOUSE_DUKAN/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, ev 38, MM Market"/Surakhany, 17:04-də LBBK5853O1/LBBK5853 HOUSE_DUKAN/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, ev 38, MM Market"/Surakhany, 17:07-də UBBK5831E/UBBK5831 Bakikhanov 172 sayli Gazankhana/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, 172 saylı qazanxana"/Sabunchu, saat 18:11-dən 18:17-dək UBBK5859D/UBBK5859 MECHET/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi"/Sabunchu. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 25 avqust 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxs Ruslan Məmmədağa oğlunun ətrafında hər hansı əməliyyat-axtarış tədbiri keçirilməmiş, sonuncu saxlanılmamış və barəsində heç bir prosessual sənədləşməmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 20 avqust 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Hüseynli X5 RPİ-nin MSY-nə xx.xx.2021-ci il, saat 21:30-da daxil olmuş, xx.xx.2021-ci il tarixdə 17:40-da Suraxanı Rayon prokuroru R.Mahmudovun qərarına əsasən azad olunmuşdur. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 26 avqust 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Hüseynli X5 RPİ-nin MSY-nə qəbul olunan üzərində heç bir xəsarəti olmamış, baxış zamanı heç bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il saat 12:00-dan 12:45-ə kimi kameradan dindirilməsi üçün müstəntiqin qərarı ilə çıxarılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqdim edilmiş video görüntülər "xxxx" MMC-dən götürülmüş məlumatlar, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə ilk öncə təqsirləndirilən şəxsin saxlanılma vaxtı ilə bağlı ibtidai istintaq materialları ilə müəyyən edilmiş halların işin həqiqi halları ilə eynilik təşkil etməməsi və təhrif edilməsini qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı fiziki və pxisi təsirlər altında ona aid olmayan narkotik vasitənin üzərindən aşkar edilməsini etiraf etmiş, həmçinin bildirmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə saat 17:00 radələrində deyil, daha əvvəl, yəni həmin gün saat 17:00 radələrində deyil, saat 12:00 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİnin 31-ci PB-nə gətirilmişdir. Məhkəmə istintaqı zamanı həqiqətən də Təqsirləndirilən şəxs ibtidai istintaq materiallarında göstərildiyi kimi saat 17:00-da deyil, daha əvvəl polis əməkdaşları tərəfindən 31-ci PB-nə gətirilməsi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən müvafiq materiallar əldə edilmiş, təqsirləndirilən şəxs ifadə vermiş, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında X7, X10, X12, X3, X15 şahid qismində dindirilmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs tanışları X7 və X1 Hüseynlinin saat 12:00 radələrində polis əməkdaşları tərəfindən zorla avtomobilə mindirilərək aparıldığını bir daha ifadələrində təsdiq etmişlər. Beləliklə də, təqsirləndirilən şəxsin özünü və şahidlərin ifadələri əsasında sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə, saat 17:00-dan daha əvvəl polis əməkdaşları tərəfindən 31-ci PB-nə gətirilmişdir. Bundan əlavə cinayət işinin materiallarında olan 04 oktyabr 2021-ci il tarixli “Əməliyyat tədbirinin həyata keçirilməsi barədə”, “Əməliyyat qrupunun barədə” qərarlardan, “Şübhəli şəxsin tutulması haqqında”, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan, 30 oktyabr 2021-ci il tarixli “Şahidi dindirmə haqqında” protokollardan görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1 rəhbərliyi, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 İmamqulu oğlunun iştirakı ilə 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı üzrə əməliyyat qrupu yaradılmış, sonuncular tərəfindən Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə, saat 17:00-da ünvan 3 ünvanı qarşısında saxlanaraq 31-ci PB-nə gəlmiş, Şahid1 və Şahid2 İmamqulu oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərindən 01 ədəd büküm aşkar edilərək götürülmüş, şəxsi axtarış və götürmə aparılması saat 18:10-da başlamış, 18:30-da başa çatmışdır. İş materiallarında olan 02 may 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD diskdə olan məlumatlardan müəyyən olunur ki, hazırki cinayət işi üzrə şahid Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili polis mayoru Şahid1 04 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində və saat 18:11-dən 18:17-dək Bakı şəhəri, Sabunçu rayonu ərazisində antenlərin əhatə dairəsində olmuşlar. Həmçinin İş materiallarında olan 02 may 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD diskdə olan məlumatlardan müəyyən olunur ki, hazırki cinayət işi üzrə şahid Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 04 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində və saat 18:28-dən 18:29-dək Bakı şəhəri, Sabunçu rayonu ərazisində antenlərin əhatə dairəsində olmuşlar. Bundan başqa məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şahidlər Şahid2 İmamqulu oğlu və Şahid1 onun şübhəli şəxs qismində tutulması zamanı iştirak etmədiklərini, onu tutan şəxslərin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. İbtidai istintaq materiallarında göstərilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən azadlığının məhdudlaşdırıldığı saat 17:00-da Şahid2 İmamqulu oğlu və Şahid1 məxsus telefonların saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən antenlərin əhatə dairəsində olması sonuncuların keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə saat 17:00-da şəxsi axtarış həyata keçirilməsi 31-ci PB-nə gətirmələrini istisna edir. Belə ki, 04 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində antenlərin əhatə dairəsində olmuş Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkilləri Şahid2 və Kənan Hüseynlinin elə həmin vaxtda ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs tuturaq Suraxanı RPİ-nin 31-ci PB-ə gətirmələri faktiki olaraq mümkün deyildir. Bundan başqa hazırki cinayət işi üzrə şahid Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili polis mayoru Şahid1 məxsus telefon 04 oktyabr 2021-ci il tarixdə saat 18:11-dən 18:17-dək, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 məxsus telefon 04 oktyabr 2021-ci il tarixdə, 18:28-dən 18:29-dək Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən antenlərin əhatə dairəsində olmuşlar. Əməliyyat müvəkkilləri Şahid1 04 oktyabr 2021-ci il tarixdə, saat 18:11-dən 18:17dək və Şahid2 04 oktyabr 2021-ci il tarixdə, saat 18:28-dən 18:29-dək Bakı şəhəri, Sabunçu rayonu ərazisində antenlərin əhatə dairəsində olması məhkəməyə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının “Şəxsi axtarış və götürmə aparılması haqqında” həmin protokolda qeyd olunan 18:10dan 18:30-dək müddət ərzində keçirilməmişdir. Həmçinin onu da qeyd etmək zəruridir ki, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1 məhkəmə iclasında verdiyi ifadədə qeyridəqiqliyə yol vermiş, ona verilmiş daha bir neçə suala da “bilmirəm” deyərək cavab vermişdir. Bundan əlavə məhkəmənin 21 fevral 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş təkrar dindirilmiş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 İmamqulu oğlu onlara verilmiş suallara cavab verə bilməyəcəklərini, hadisə ilə bağlı heç nə xatırlamadıqlarını bildirmişlər. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilərkən əməliyyat müvəkkilləri Şahid1 və Səfərov X9 Hüseynlinin həmin gün nə geyinməsi ilə bağlı sualı cavablandırarkən Şahid1 sonuncunun əynində idman geyiminin, Şahid2 isə cins şalvar və gödəkçə olduğunu bildirərək ziddiyyətli ifadələr vermişlər. Qeyd olunanlara məhkəməyə onu deməyə əsasəs verir ki, iş materiallarında olan Şahid1 və Şahid2 İmamqulu oğlunun 26 oktyabr 2021-ci il tarixli şahid qismində dindirmə protokollarındakı izahatları hazır şəkildə yazılaraq onlara imzalatdırılmışdır, həqiqəti əks etdirmir, şablon ifadələrdən istifadə olunmaqla formal xarakter daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.1-ci, 125.1-ci və 125.2.7-ci maddələrinə əsasən cinayət prosesində şahidlərin ifadələri sübut kimi qəbul olunur, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili polis mayoru Şahid1 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadələri və “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol iş üzrə ittihamın sübut edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə cinayət işinin materiallarında olan 04 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, 05 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin dindirmə protokolunu və 06 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsi protokolunu məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, qeyd edilən prosessual sənədlərlə işin həqiqi halları müəyyən edilmir və həmin protokollarda Təqsirləndirilən şəxs iradəsi təhrif edilmiş formada öz əksini tapmışdır. Belə ki, protokolların məzmuna əsasən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını səmimi etiraf edir, şəxsi axtarış zamanı könüllü təqdim edir və etirafedici ifadə verir. Lakin, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla öz təsdiqini tapır ki, Təqsirləndirilən şəxs həmin protokollarda göstərildiyi vaxtda, yəni 04 oktyabr 2021-ci il tarixdə, saat 17:00-da deyil, bundan daha əvvəl saxlanılaraq 31-ci PB-nə gətirilmişdir. Bundan əlavə hazırki cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmasa belə, cinayət işinin ibtidai istintaq materiallarında olan 04 oktyabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”, 05 oktyabr 2021-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında”, ümumiyyətlə, cinayət işinin təhqiqat mərhələsində aparılmış prossual hərəkətlərin nəticələrinə dair protokolların adi vizual müşahidəsi zamanı bu protokolların hər birində Təqsirləndirilən şəxs adının qarşısında olan imzaların əksərən müxtəlif olması görünür. Hansı ki, Təqsirləndirilən şəxs də polis idarəsində olarkən cəmi 3 ədəd kağız imzaladığını, digər imzaların isə ona məxsus olmadığını bildirmişdir. Sözügedən hal, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq materiallarında qeyd olunan vaxtdan daha əvvəl tutularaq polis bölməsinə gətirilməsi, şəxsi axtarış və götürmənin protokolda qeyd olunan saatda həyata keçirilməməsi məhkəmədə işin həqiqi hallarının qeyd edilən protokollarda təhrif olunması, bütün bu halların isə tərtib edilmiş sənədlərin kənar təsirlər altında iradəsi əleyhinə, o cümlədən Təqsirləndirilən şəxs həqiqi iradəsinin təhrif olunmuş şəkildə istintaq materiallarında əks olunması barədə ciddi şübhələr yaradır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştirakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, şahidlərin Təqsirləndirilən şəxs üstündə narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi 04 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi barədə protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin baxış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs izahatında bu vaxta qədər ümumiyyətlə heç bir narkotik vasitədən istifadə etmədiyini, özünün bronxial astma xəstəsi və İİİ qrup əlil olduğunu, üzərində həmişə bronxial astma əleyhinə sprey gəzdirdiyini bildirmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Təsadüfi deyil ki, ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi müəyyən olunmuşdur. Keçirilmiş müayinənin nəticəsində narkomaniya xəstəliyi aşkar olunmayan şəxsin üzərində narkotik vasitə daşıması və güya narkotik vasitədən istifadə etməyə fürsət belə tapmadan polis əməkdaşları tərəfindən tutulması məhkəmədə əsaslı şübhələr yaradır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şübhəli şəxsin üstünə baxış keçirilməsi haqqında” protokol saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, həmin gün, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan bir neçə saat sonra Suraxanı RPİ-nin 31-ci PB-də keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bu qədər vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şübhəli şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə istintaqında təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq mirdarda narkotik vasitə əldə edib, özündə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 1,991 qram qurudulmuş heroinin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 1,991 qram narkotik vasitə heroinin ekspertiza təqdiqatından sonrakı 1,941 qram qalığı materiala əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİnin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 İmamqulu oğlu barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 1,991 qram heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 1,941 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1 və Suraxanı RPİnin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili Şahid2 İmamqulu oğlu barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar