Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-13/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1990-cı ildə Qubadlı rayonu, Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Dəmirçilər kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşamış, 14 – 15 iyun 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və Sabunçu Rayon Məhkəməsinin 4(008)-664/2024 nömrəli iş üzrə 26 oktyabr 2024-cü il tarixli qərarına əsasən əvvəli 25 oktyabr 2024-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesində inşa edilən sosial evlərdən dəyəri 45.000 (qırx beş min) manat təşkil edən 2 otaqlı mənzilin ipoteka yolu ilə ilkin olaraq 8.000 (səkkiz min) manat, daha sonra 15 il müddətinə hər ay üçün 210 (iki yüz on) manat ödəməklə satıldığını, yaxın əlaqədə olduğu tanışının ona bu fürsətdən istifadə etmə imkanı verdiyini təsadüf nəticəsində tanış olduğu Zərərçəkmiş şəxs yalandan bildirməklə inandırıb, qeyd etdiyi şərtlərlə həmin mənzilə sahib ola biləcəyi barədə sonuncuya yalan vəd verib aldadaraq, guya mənzilin ipoteka yolu ilə əldə edilməsi üçün tələb edilən ilkin ödəniş olan 8.000 (səkkiz min) manat, daha sonra eyni vahid niyyətlə mənzildə işıq, su və qaz sayğacları quraşdırılacaq bəhanəsi ilə 600 (altı yüz) manat pulu ələ keçirmək, əsl həqiqi niyyətini pərdələmək, cinayət əməlini ört-basdır etmək və gələcəkdə cinayət məsuliyyətindən kənarda qalmaq məqsədi ilə guya mənzilin ipoteka yolu ilə əldə edilməsi üçün ilkin ödəniş hesab edilən 8.000 (səkkiz min) manat pulun ona notarial qaydada verilməsini Zərərçəkmiş şəxs təklif edib cinayətkar niyyətini reallaşdırmaq üçün 03 mart 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən 35 saylı notariat ofisində Zərərçəkmiş şəxsla aralarında «kredit müqaviləsi” bağlayıb Zərərçəkmiş şəxs əvvəlcə 8.000 (səkkiz min) manat nağd pul vəsaitini, eyni vahid niyyətlə əhatə edilən qəsdlə 08 mart 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanda yerləşən “Araz Market” mağazasında quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsi ilə göndərilmiş daha 600 manat pulu tamah niyyəti ilə alıb etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 8.600 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, vaxtı ilə Sumqayıt şəhər İcra Hakimiyyətində Gənclər üzrə İş şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmış və həmin dövrdən aktiv şəkildə sosial şəbəkə istifadəçisi olmuşdur. 2020-ci ildən «tiktok» sosial şəbəkəsində «Nuray» adlı qızla tanış olmuş və sonralar ona məlum olmuşdur ki, həmin şəxs X3r. “Tiktok” səhifəsindən tanış olduğu X6 ilə çox sonralar səmimi ünsiyyəti və görüşləri olmuşdur. O, özünü təqdim edərkən ailəli olduğunu bildirməmiş, subay olduğunu, ciddi münasibət qurmaq niyyətində olduğunu demişdir. X6 isə sonradan onun evli olduğunu öyrənmiş, onun arvadı ilə görüşüb onun hərəkətlərini danışmışdır. Bundan sonra arvadı ilə aralarındakı münasibətlərdə problemlər yaranmış və Əfsanə Həsənova ilə nikahı 2022-ci ildə pozulmuşdur. 2016-cı ildə müqavilənin müddəti başa çatdığı üçün o, Sumqayıt şəhər İcra Hakimiyyətindəki vəzifəsindən ayrılmışdır. 2016-cı ildən 2017-ci ilədək «Gilan Tekstil» şirkətində operator vəzifəsində, 2017-ci ildən 2018-ci ilədək «Sumqayıt Texnologiya Parkı» (STP) operator, anbardar köməkçisi, anbardar, direktor köməkçisi və sair vəzifələrdə çalışmışdır. Həmin dövrdən sonra daimi iş yeri tapa bilmədiyi üçün işsiz qalmış və sosial şəbəkələrlə maraqlanmağa başlamış, aktiv sosial şəbəkə istifadəçisinə çevrilmişdir. 2023cü ilin yanvar ayında sosial şəbəkədə bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə səmimi ünsiyyəti yaranmışdır. Ona məlum olmuşdur ki, həmin şəxs evini satmaq niyyətindədir, o da həmin şəxsə köməklik məqsədi ilə makler kimi tanıdığı Şahid bu haqda məlumat vermişdir. Sonralar ona məlum olmuşdur ki, maklerin qohumu həmin evi almışdır. 2023-cü ilin fevral ayının sonlarına yaxın onun pula ehtiyacı yaranmış, lakin ehtiyaclarını ödəyə bilməmişdir. Bu səbəbdən də vətəndaşları aldadıb pullarını ələ keçirməyi düşünmüşdür. Bu məqsədlə ağlına gələn ilk ideya üzrə hərəkət edib Vüqarla telefon əlaqəsi yaratmış və ev almaq istəyən müştərilərdən hər hansı biri müraciət edərsə, həmin şəxslərə ilkin ödəniş etməklə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesində inşa edilən sosail evlərdən mənzil sahibi ola biləcəklərini demişdir. Vüqar ondan bu məsələni dəqiqliklə soruşduqda o, yalandan uydurmuşdur ki, guya tanışı vasitəsi ilə ilkin ödəniş 8.000 manat verməklə qeyd etdiy ünvandan kredit yolu ilə mənzil satışını həyata keçirə bilər. Vüqar ona etibar etdiyi üçür onun dediklərinin yalan olmadığını, həqiqət olduğunu düşünmüş və Vüqar ona demişdir ki, əgər müştəri tapsa, bu məsələni müştərinin özü ilə danışıb həll etsin, müştəri ilə onun söhbətinə heç bir müdaxilə etməyəcəkdir. O, Vüqarı şirnikləndirib ona hörmət edəcəyini desə də, Vüqar, bundan imtina etmiş və ona bildirmişdir ki, əgər evin satış nağd şəkildə olardısa bu işə müdaxilə edərdi və hətta maraq umardı, lakin evin satış kredit və ya ipoteka yolu ilə olduğuna görə bu məsələyə müdaxilə etməyəcək və bu məsələdən heç bir marağı olmayacaqdır. 2023-cü ilin mart ayının 3-də Vüqar onunla telefon əlaqəsi yaradıb məlumat vermişdir ki, bir nəfər müştərisi onun təklif etdiyi şərtlərdə sosial evlərdən 2 otaqlı mənzilə sahib olmaq istəyir və bu məqsədlə onunla görüşmək niyyətindədir. O etiraz etməmiş və Vüqara bildirmişdir ki, onun istifadəsində olan mobil nömrəni həmin şəxsə versin. Vüqar onunla telefonda danışarkən həmin şəxsin yanında olduğunu da demişdir. Təxminən 2-3 dəqiqə sonra onun istifadəsində olan mobil nömərəyə özünü Habil kimi təqdim edən şəxs zəng edib onun təklifini qəbu etdiyini və onunla bu barədə görüşmək istədiyini demişdir. O etiraz etməmiş və onların görüşləri məhz həmin gün 35 saylı notariat ofisinin qarşısında baş tutmuşdur. O, Habilə uydurduğu evlə bağlı məsələni ətraflı izah etməyə başlamış və demişdir ki, tanışının vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəbəsi, Zığ şossesində inşa edilən sosial evlərdən dəyəri 45.000 manat təşkil edən 2 otaqlı mənzilə sahib olmaq üçün ilkin ödəniş 8.000 manat və 15 il müddətinə hər ay üçün 210 manat ödəmək lazımdır. O görmüşdür ki, Habil onun dediklərinə şübhə etməsə də, tam inanmamışdır. O, məsələni belə gördükdə, Habili inandırmaq və gələcəkdə məsuliyyətdən yaxa qurtarmaq üçün ilkin ödəniş olaraq ona 8.000 manat pulu notariat ofisində kredit müqaviləsi bağlamaqla verilməsini Habilə təklif etmişdir. Əslində əsas məqsəd pulun ona verilməsinin əsl səbəbini, yəni pulun ev alışı ilə bağlı verilmə səbəbini gizlətmək, pulun guya ona kredit yolu ilə, yəni borc olaraq verildiyini göstərmək idi. Habil isə onun bu niyyətindən xəbərsiz olmuş, pulun kredit müqaviləsi bağlamaqla verilməsini daha etibarlı hesab etdiyi üçün onun təklifini qəbul etmiş və 35 saylı notariat ofisində onunla kredit müqaviləsi bağlamaqla 8.000 manat pulu ona vermişdir. Bağlanmış kredit müqaviləsində ev alqı-satqısı ilə bağlı heç bir qeyd aparılmamış, pulun ona borc olaraq verildiyi qeyd edilmişdir. O, artıq niyyətini reallaşdırmış və düşünürmüş ki, pulun bu şəkildə verilməsi onu gələcəkdə cinayət məsuliyyətindən azad edəcəkdir və Habil ona sübut edə bilməyəcək ki, ona pulu ev alqısatqısı üçün vermişdir. 35 saylı notarit ofisində ona məlum olmuşdur ki, aldatdığı Habil adlı şəxsin soyadı «İsmayılov», ata adı «Şəmiddin»dir. O, pulu aldıqdan sonra Habili inandırmışdır ki, guya bir həftə sonra «Asan xidmət»ə gedəcək və mənzilin açarlarını özünə təqdim edəcəkdir. 08 mart 2023-cü il tarixdə səhər saatlarında o, Habillə telefon əlaqəsi yaradıb mənzillə bağlı sənədləşmə işlərinə başlanıldığını, bununla əlaqədar ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin şəkillərinin göndərilməli olduğunu demiş və mobil nömrəsinə vatsap vasitəsi ilə göndərilməsini istəmişdir. Habil də onun dediyi şəkildə ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini vatsap vasitəsi ilə onun mobil nömrəsinə göndərmişdir. Elə həmin gün, bir neçə saat sonra o, mobil telefonla Habillə əlaqə saxlayıb mənzilin qaz, işıq və su sayğacının adına rəsmiləşdirilməsinə görə ümumilikdə 600 manat pul verilməli olduğunu demiş, Habilə də onun yalanına inanıb həmin vəsaiti ona vatsap vasitəsi ilə göndərdiyi hesaba köçürməklə vermişdir. O da hesabına yüklənmiş pulu nağdlaşdırmadan «online» qaydada xərcləmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin 05 dekabr 2024-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmiş, təqsiləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, şəkər xəstəsi olduğuna görə məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid iki ilə yaxındır ki, tanımış, çünki Vüqarla eyni qəsəbədə yaşamışdır. 2023-cü ilin fevral ayının sonlarına yaxın Vüqarla görüşlərin birində Vüqarı mobil telefonla kiminləsə danışdığını görmüş, danışığını bitirdikdən sonra Vüqar ona demişdir ki, telefonda danışdığı tanışı Bakı şəhəri, Hövsan qəsəbəsi, Zığ şossesində inşa edilən sosial evlərin satışı ilə məşğuldur və tanışları vasitəsi ilə həmin mənzillərin ipoteka yolu ilə alqı-satqısını həyata keçirir. O, Vüqara etibar etdiyi üçün sözlərinə inanmış və tanışı ilə görüşdürməsini xahiş etmişdir. Vüqar isə bildirmişdir ki, həmin şəxsi xeyli müddətdir ki, tanımış, lakin mənzil ipoteka yolu ilə satıldığı üçün bu məsələyə heç bir müdaxilə etməmiş, tanışının mobil nömrəsini verəcəkdir ki, özü görüşsün. O, etiraz etməmiş, Vüqardan həmin tanışının mobi nömrəsini öyrənib həmin nömrə ilə əlaqə yaratmışdır. Mobil telefonundan apardığı danışıq zamanı həmin şəxs özünü Təqsirləndirilən şəxs Əbifəzil oğlu kimi təqdim etmiş və bildirmişdir ki, yaxın əlaqələrindən istifadə etməklə Bakı şəhəri, Hövsan qəsəbəsi, Zığ şossesində inşa edilən sosial evlərdən istənilən mənzilin ilkin ödəniş ödəməkle mənzil satışını təşkil edə bilər. Məmməd, elə inandırıcı danışırmışdır ki, o, Məmmədin danışdıqlarının həqiqət olduğunu düşünmüş, bu səbəbdən də təklifini qəbul etmişdir. Məmməd ona demişdir ki, 2 otaqlı mənzil üçün ilkin ödəniş 8.000 manat, 15 il hər ay üçün 210 manat ödəməklə həmin mənzilə sahib ola bilər. Məmmədlə telefon danışığından sonra onlar görüş yerini seçmiş və 03 mart 2023-cü il tarixdə saal təxminən 12.30 radələrində «Ballı» marketin qarşısında Məmmədlə görüşmüşdür. Adın qeyd etdiyi market 35 saylı notariat ofisinin yaxınlığında yerləşmişdir. Məmməd mobi telefonda mənzillə bağlı dediklərini görüş zamanı bir daha təkrarlamış və demişdir ki, ilkin ödəniş etdikdən bir neçə gün sonra «Asan xidmət»də sənədləşmə aparılacaq və mənzilin açarları ona təqdim ediləcək. Məmməd həmin vaxt ondan pulu notarial qaydada sənədləşmə aparmaqla qəbul etməyi təklif etmiş, o da etiraz etməmişdir, onlar birlikdə yaxınlıqdakı 35 saylı notariat ofisinə daxil olmuşlar. Orada sənədləşmə aparılmış və o, tərtib edilən sənədlərə imza atmışdır. İmzaladığı sənədin bir nüsxəsi ona verilmişdir. Sənəddə onun 8000 manat pulu Məmmədə kredit yolu ilə borc olaraq verdiyi yazılmış, o isə buna etiraz etmiş və Məmmədə demişdir ki, həmin sənəddə mənzilin ipoteka yolu ilə əldə edilməsindən bir cümlə belə yazılmamışdır. Məmməd isə ona izah etmişdir ki, mənzilin alqı-satıqısı «Asan Xidmət»də həyata keçiriləcəkdir. O, Məmmədin dediklərinə inanmış və 8000 manat pulu Məmmədə vermişdir. 08 mart 2023-cü il tarixdə səhər saatlarında Məmməd onunla telefon əlaqəsi yaradıb ona demişdir ki, mənzilin sənədləşməsi başlamış, bunun üçün o, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin foto şəkillərini çəkib vatsap vasitəsi ilə göndərməlidir. O, da Məmmədin dediyi kimi etmiş və vatsap vasitəsi ilə ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin foto şəkillərini Məmmədin mobil telefonuna göndərmişdir. Bir neçə saat sonra Məmməd onunla təkrar əlaqə saxlamış və demişdir ki, mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması üçün ümumilikdə 600 manat pul lazımdır. O, həmin vəsaiti 08 mart 2023- cü il tarixdə saat 11.30 radələrində yaşadığı evin yaxınlığındakı «Araz market»in nəzdindəki «eManat»ın ödəmə terminalından Məmmədin ona göndərdiyi bank hesabına köçürmüşdür. Pulu köçürdüyü ödəmə terminalı ünvan 4 ünvanda yerləşən «Araz market»in inzibati binasında yerləşmişdir. O, həmin gündən sonra Məmmədi tapa bilməmiş, Məmmədlə telefon əlaqəsi yaratmağa çalışsa da, Məmməd, gah onun telefonlarına cavab verməmiş, gah da qeyri-müəyyən cavablar verməklə onu aldatmışdır. O, artıq əmin olmuşdur ki, aldadılmışdır və məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq 8.600 manat pulunu ələ keçirmiş və ona həmin məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Əzənşah oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs iki ildir ki, tanımış və eyni qəsəbədə yaşamışdır. Bundan başqa Habillə mütəmadi olaraq yaşadığı evin yaxınlığında yerləşən kafedə görüşüb nərd və ya domino oynamışlar. 2023-cü ilin yanvar ayında o, dostu Çırağ adlı şəxsə ev almaq üçün Ruslan adlı şəxslə tanış olmuşdur. Daha sonra Ruslan evini satarkən onu qohumu Məmmədlə tanış etmişdir Bu hadisədən sonra o, Məmmədlə bir ineçə dəfə görüşmüş və telefonla danışmışdır. 03 mart 2023-cü il tarixdə təxminən günorta saatlarında yaşadığı evin yaxınlığında yerləşən kafedə olduğu zaman onun istifadəsində olan mobil telefona Məmməd zəng etmişdir. Məmmədlə telefon danışığı zamanı tanışı Habil də onun yanında olmuşdur. Telefon danışığı zamanı Məmməd ona demişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesində inşa edilən sosial evlərdən mənzil almaq istəyən olarsa, həmin şəxsə daha sərfəli qiymətlərlə ipoteka yolu ilə mənzil təşkil edə bilər. Telefon danışığı zamanı yanında olan Habil bu barədə ətraflı maraqlandığı üçün o, Məmməddən bu haqda ətraflı öyrənməyə başlamışdır. Məmməd ona izah etmişdir ki, tanışı vasitəsi ilə qeyd edilən ünvanda inşa edilən sosial evlərdən dəyəri 45.000 manatdan artıq olan 2 otaqlı mənzili ilkin olaraq 8000 manat ödəməklə, daha sonra 15 il müddətinə hər ay üçün 220 manat ödəməklə həmin mənzili müştərisinə təşkil edə bilər. O, bu barədə Məmmədə ətraflı məlumat vermiş və onları bir-birləri ilə görüşdürmək üçün mobil nömrələrini onlara demişdir. Sonra ona məlum olmuşdur ki, Habil Məmmədlə ətraflı bu barədə söhbət etmişdir. Bir neçə saat sonra o, Məmmədin notarial qaydada Habildən 8000 manat pulu aldığını öyrənmişdir. Habil ona demişdir ki, Məmmədlə notariat ofisində görüşmüş, orada müqavilə bağlamış, lakin müqavilədə evin ipoteka yolu ilə alqı-satqısı haqqında heç bir məlumat qeyd edilməmişdir. O, bı məsələyə heç bir reaksiya verməmiş, çünki tərəflərin hər ikisini əvvəlcədən xəbərdar etmişdir ki, onların anlaşmasında iştirak etməyəcək, bu münasibətlərə müdaxilə etməyəcək. Bir neçə gün sonra ona o da məlum olmuşdur ki, Habil Məmmədin xahiş ilə ona köçürmə yolu ilə daha 600 manat pul vermişdir. Bu hadisələrdən bir neçə ay sonra Habil Məmməd tərəfindən aldadıldığını ona demiş və polisə şikayət edəcəyin bildirmişdir. Məmmədin Habildən aldığı vəsaitdən ona heç bir məbləğdə pu verilməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət işinin istintaq materiallarına əlavə edilmiş ünvan 4 ünvanda yerləşən “Araz Market”də quraşdırılmış 4582 nömrəli “eManat” terminalının 29327 nömrəli qəbzinin surətinə, 35 saylı notariat ofisində quraşdırılmış”Kapital Bank”a məxsus N0035011 nömrəli terminalının 28898 nömrəli qəbzinin surətinə və”Gunay Bank” ASC-yə məxsus 03 mart 2023-cü il tarixli 02 ədəd “xəzinə mədaxil orderi”nə baxış keçirilməsi haqqında 16 iyun 2023-cü il tarixli protokoldan görünür ki, istintaq materiallarına əlavə edilmiş 29327 nömrəli qəbzin surətinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “Araz Market”də quraşdırılmış 4582 nömrəli “eManat” terminalından 08 mart 2023-cü il tarixdə saat 11.30 dəqiqədə Təqsirləndirilən şəxs “Kapital Bank”a məxsus 416973********6718 nömrəli hesabına ********** nömrəli əməliyyatla 600 manat pul vəsaiti köçürülmüşdür. Bundan başqa, istintaq materiallarına əlavə edilmiş 28898 nömrəli qəbzin surətinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 35 saylı notariat ofisində quraşdırılmış “Kapital Bank”a məxsus N0035011 nömrəli terminal vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən 03 mart 2023-cü il tarixdə saat 13.18 dəqiqədə notariat rüsumu və bank xidməti haqqı olaraq ümumillikdə 116 manat pul vəsaiti X4 “Kapital Bank”a məxsus ******************** hesabına köçürülmüşdür. Bundan əlavə, istintaq materiallarına əlavə edilmiş "xxxx" ASC-yə məxsus 03 mart 2023-cü il tarixli “xəzinə mədaxil orderi”nin surətinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən 16 manat pul vəsaiti 35 saylı notariusun AZ58GUNA******************** hesab nömrəsinə köçürülmüşdür. Bundan əlavə, istintaq materiallarına əlavə edilmiş "xxxx" ASC-yə məxsus 03 mart 2023-cü il tarixli “xəzinə mədaxil orderi”nin surətinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən 8000 manat pul vəsaiti 35 saylı notariusun AZ58GUNA******************** hesab nömrəsinə köçürülmüşdür. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təkbaşına törətdiyi, eləcə də cinayətin törədilməsində hər hansı şəxslə əlbirliyinin olmadığı müəyyən edildiyindən, yəni əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-664/2024 nömrəli iş üzrə 26 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli 25 oktyabr 2024-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2015-ci il təvəllüdlü X8 və 16 may 2021-ci il təvəllüdlü X7 adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 14 – 15 iyun 2023-cü il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 yanvar 2025-ci ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-536/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli 4(008)-664/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış ünvan 4 ünvanda yerləşən “Araz Market”də quraşdırılmış 4582 nömrəli “eManat” terminalının 29327 nömrəli qəbzinin surəti, 35 saylı notariat ofisində quraşdırılmış “Kapital Bank”a məxsus N0035011 nömrəli terminalının 28898 nömrəli qəbzinin surəti və "xxxx" ASC-yə məxsus 03 mart 2023-cü il tarixli 02 ədəd “xəzinə mədaxil orderi”nin surəti iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 8 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 – 15 iyun 2023-cü il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 yanvar 2025-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-536/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli 4(008)-664/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış ünvan 4 ünvanda yerləşən “Araz Market”də quraşdırılmış 4582 nömrəli “eManat” terminalının 29327 nömrəli qəbzinin surəti, 35 saylı notariat ofisində quraşdırılmış “Kapital Bank”a məxsus N0035011 nömrəli terminalının 28898 nömrəli qəbzinin surəti və "xxxx" ASC-yə məxsus 03 mart 2023-cü il tarixli 02 ədəd “xəzinə mədaxil orderi”nin surəti iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 8 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-13/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-13/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver