Məhkəmə qərarları › İş №1(010)-130/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-130/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-130/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, 42 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, məhəllə 79 ünvanında yerləşən 43 nömrəli evə qanunsuz daxil olaraq, oradan 500 manat dəyərində bir ədəd “Arçelik” markalı plazma televizoru, 80 manat dəyərində bir ədəd “Galaksi” markalı tozsoranı, 50 manat dəyərində bir ədəd üzərində “Simba” yazıları olan paltartikən aparatı, bir ədədi 95 manat olmaqla cəmi 190 manat olan iki ədəd “Galaksi” markalı tavanı və bir ədəd 300 manat dəyərində olan 585 əyarlı, 2.9 qram çəkisi olan, üzərində ağ rəngli sadə qaşları olan qadın qızıl üzüyünü gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1.120 (min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 01 radələrində Şahid4 Səyyaf oğluna məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb tullanaraq, qanunsuz olaraq həyətə, oradan da evin qonaq otağının plastik pəncərəsini açmaq yolu ilə evə daxil olaraq, evdən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 60 manat dəyərində üzərində “Arges” 100 LS yazıları olan laqondanı, bir ədəd 50 manat dəyərində üzərində “İnter” 230/2550BT yazıları olan laqondanı, bir ədəd 100 manat dəyərində üzərində markalanma yazısı olmayan laqondanı, bir ədəd 15 manat dəyərində üzərinə elektrik naqili bağlanması üçün olan dəmir diski, bir ədəd 60 manat dəyərində dəmir boru kəsən aparat dəstini, bir ədəd 50 manat dəyərində üzərində “Craft” CCS-185K yazıları olan lobziki, bir ədəd 25 manat dəyərində üzərində “Firatterm” yazıları olan qaynaq (ütü) aparatını, bir ədəd 80 manat dəyərində laqondanı və bir ədəd 60 manat dəyərində divar dağıdan prefaratoru gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı, Zığ qəsəbəsi, Qum adasında yerləşən yaşayış evində heç kimin olmamasından istifadə edərək evin pəncərəsini əli itələyib açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan elektrik naqilini gizli yolla talayıb Zərərçəkmiş şəxs3 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, ATS küçəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan 600 metr uzunluğunda elektrik naqilini gizli yolla talayıb Zərərçəkmiş şəxs4 312 (üç yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yeni yaşayış sahəsi, 2-ci küçə, dalan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan 150 manat dəyərində 200 metr uzunluğunda 4x4 mm ölçüsündə elektrik naqilini, bir ədəd 40 manat dəyərində “Elif’ markalı qaz sobasını, bir ədəd 70 manat dəyərində üzərində “Karona” yazıları olan laqondanı, bir ədəd 25 manat dəyərində üzərində heç bir markalanma göstəricisi olmayan göy rəngli kiçik ölçülü direli, bir ədəd 250 manat dəyərində “Privileg Compakt" markalı paltaryuyanı, bir ədəd 130 manat dəyərində üzərində “Robson” yazıları olan böyük ölçülü prefaratoru, bir ədəd 100 manat dəyərində orta ölçülü prefaratoru, bir ədəd 180 manat dəyərində üzərində “Adkids” yazıları olan velosipedi, bir ədəd 200 manat dəyərində üzərində “Karona” yazıları olan qaynaq aparatını və bir ədəd 155 manat dəyərində peçi gizli yolla talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1.300 (min üç yiiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs11 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən tikintisi davam edən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan divara çəkilmiş halda olan elektrik naqillərini divardan sökərək gizli yolla talayıb Zərərçəkmiş şəxs11 1.600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan bir ədəd 200 manat dəyərində olan “Bosch” markalı laqondanı, bir ədəd 50 manat dəyərində olan kiçik ölçülü laqondanı, bir ədəd 60 manat dəyərində üzərində qara, ağ və qırmızı rəngləri olan prefaratoru, bir ədəd 20 manat dəyərində üzərində heç bir markalanma göstəricisi olmayan qırmızı rəngli kiçik ölçülü direli, 150 manat dəyərində iki top elektrik naqilini və 100 manat dəyərində divara çəkilmiş vəziyyətdə olan elektrik naqilini sökərək gizli yolla talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 580 (beş yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 01 radələrində Zərərçəkmiş şəxs7 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan bir ədəd 50 manat dəyərində üzərində “Ritm” 2,32-230 yazıları olan laqondanı, bir ədəd 90 manat dəyərində üzərində “Bosch” GBH-2-26DRE yazıları olan prefaratoru, bir ədəd 50 manat dəyərində kiçik ölçülü direli, hər biri 60 manat olmaqla ümumilikdə 240 manat dəyərində 04 top 04 mm-lik elektrik naqilini və hər biri 55 manat olmaqla ümumilikdə 110 manat dəyərində 02 top 2.5 mm-lik elektrik naqilini gizli yolla talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs8 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan hər metri 50 qəpik olmaqla cəmi 200 manat dəyərində 400 metr uzunluğunda 04 top 04 mm-lik elektrik naqilini, bir ədəd 40 manat dəyərində üzərində “Candan CM-01” yazıları olan qaynaq aparatı (ütü) dəstini və hər biri 06 manat olmaqla cəmi 66 manat dəyərində on bir ədəd üzərində “Schnaider B25” yazıları olan elektrik şitlərini gizli yolla talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 306 (üç yüz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 01 radələrində Zərərçəkmiş şəxs9 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan 60 manat dəyərində bir ədəd direli, 40 manat dəyərində bir ədəd laqondanı, hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində iki ədəd su matorunu, 40 manat dəyərində bir ədəd böyük mis qazanı, 30 manat dəyərində 40 metr elektrik naqilini, 50 manat dəyərində bir ədəd təmir açarı dəstini, 45 manat dəyərində bir ədəd elektrik sobasını və 35 metr su borusunu gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs9 ümumilikdə 385 (üz yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən xx xxxxxx 2020-ci il tarixdə, saat 00 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsi, nömrəsiz ev ünvanına pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq, oradan bir ədəd 50 manat dəyərində üzərində “Skwin SK 3211” yazıları olan laqondanı, bir ədəd 25 manat dəyərində üzərində “Orient Werlite” yazıları olan kiçik ölçülü direli, bir ədəd 35 manat dəyərində üzərində “Hidroterm 12V” yazıları olan kiçik ölçülü direli, dəyəri 350 manat olan elektrik naqillərini, ümumi dəyəri 60 manat olan işıq açarlarını, dəyəri 100 manat olan bir ədəd prefaratoru, dəyəri 200 manat olan bir ədəd “Bosch” markalı laqondanı, ümumi dəyəri 15 manat olan lampaları gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 835 (səkkiz yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2005-ci ildə ailə həyatı qurmuşdur və 11 yaşında Samirə adlı bir qızı var. Uşağı anadan doğulan vaxtdan astma xəstəliyindən əziyyət çəkdiyinə görə onun mütəmadi olaraq müalicəyə ehtiyacı var və onu borcla da olsa müalicə etdirmişlər. Lakin 2019-cu ilin iyul ayının sonlarında uşağının vəziyyəti ağırlaşsa da, onu müalicə etdirməyə imkanı olmamışdır. Həm də özünə iş tapa bilmədiyi üçün uşağı müalicə etdirə və dolana bilməmişdir. Buna görə də, oğurluq etmək qərarına gəlmişdir. Beləliklə də, 2019-cu ilin avqust ayından etibarən Hövsan qəsəbəsi Qum adası ərazisində müxtəlif evlərdən oğurluq etmişdir. Həmin oğurluqlardan birini də xx xxxxxx 2019-cu il tarixdə etmişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə gecə təxminən saat 15 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində piyada gəzib oğurluq etmək üçün ev axtaran zaman gündüz vaxtı olmasına baxmayaraq evdə işıqların yanamdığını görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, ətrafa nəzər yetirib kimsənin olmadığına əmin olduqdan sonra həmin evə yaxınlaşmış və yoxlamaq üçün evin qapısını döymüş, lakin cavab verən olmamışdır. Bundan sonra o, qapını bir də döymək istədikdə qapının öz-özünə açıldığını görüb qapının ümumiyyətlə bağlı olmadığını başa düşmüşdür. O, ehtiyyatla evə daxil olmuş və ətrafa göz gəzdirmişdir ki, dəyərli bir əşya tapsın. Bu zaman o, bahalı hər hansı bir əşya tapa bilmədiyi üçün evdə olan bir ədəd plazma televizoru, bir ədəd tozsoranı, iki ədəd təzə vəziyyətdə olan tavanı görmüş və onları götürüb evdən çıxmışdır. Bundan sonra o, oğurladığı əşyalardan bir ədəd televizoru və iki ədəd tavanı Bəxtiyar adlı tanışına özünə məxsus olduğunu deyərək cəmi 100 manata satmış və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı bir ədəd tozsoranı isə daha sonra satmaq üçün yaşadığı evə aparıb gizlətmiş və bu səbəbdən də həmin tozsoranı yaşadığı evdə heç kim görməmişdir. Bir müddət sonra isə o, həmin tozsoranı Qum adasında olan yarım tikilmiş vəziyyətdə bir otaqlı yaşayış olmayan həyət evinə aparıb orada gizlətmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adasına gəlib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Gəzdiyi zaman adada tikintisi başa çatmamış, yaşayış olmayan bir evi görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasardan aşıb həyətə düşmüş və həyətə düşdükdə evin plastik pəncərəsinin birini itələyib açmaqla, evə daxil olub evi axtarmağa başlamışdır. Həmin evdə 03 ədəd laqonda, 01 ədəd direl, 01 ədəd divar dağıdan prefaratoru, bir ədəd naqil dolamaq üçün dəmir disk, bir ədəd qaynaq aparat, bir ədəd dəmir boru kəsən alət və 01 ədəd taxta kəsən aparatını görüb onları oğurlayıb evdən çıxartmışdır. Sonra onları hasardan bayıra tullamış və özü də hasardan aşaraq bayıra düşmüşdür. Oğurladığı əşyaları aparıb bir yerdə gizlətmişdir. Səhər hava işıqlandıqda oğurladığı alətlərdən 01 ədəd laqonda və 01 ədəd divar dağıdan prefaratoru 8-ci km. qəsəbəsində yerləşən bazara aparıb orada tanımadığı bir şəxsə 300 manata satmışdır. Digər əşyaları isə Qum adasında yerləşən təmirsiz yaşayış olmayan evlərdən birində saxlamışdır. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adasına gəlmişdir. Həmin vaxt artıq saat 01-02 radələri olmuşdur. O, həmin ərazidə bir mərtəbəli yaşayış evinin qarşısından keçdiyi zaman evin içərisində işıqlarının yanmadığını və evin çöl tərəfdə giriş qapısının olmadığını görmüşdür. Belə ki, evin giriş qapısı olmamış, lakin yerinə taxta qoyulmuşdur. O, həmin evdə heç kimin yaşamadığını görüb evdə qiymətli əşya olmasını güman edərək, oradan oğurluq etmək qərarına gəlmişdir. Evə girən zamanı onu görən olmasın deyə ərtafa nəzər salıb heç kimin olmadığına əmin olduqdan sonra diqqət çəkməyərək girişdə olan qapı kimi istifadə olunan taxtanı kənara çəkib evin həyətinə keçmişdir. Evin həyətində bir neçə saniyə dayanıb pəncərəyə yaxınlaşıb pəncərəni itələyib açmışdır. Pəncərədən yaşayış sahəsinə daxil olub evi axtarmağa başlamışdır. Evin içərisindən qiymətli əşya tapa bilməmiş, lakin evdə olan eletrik naqilini selefon torbaya yığıb evə daxil olduğu yerdən çölə çıxmışdır. Həmin günün səhəri günü o, oğurladığı elektrik naqilini Bakı şəhəri, Sabıınçu rayonu ərazisində olan “Rus” bazarı deyilən yerə aparmış və orada tanımadığı şəxsə 100 manata satmışdır. Əldə etdiyi pul vəsaitini isə qızının müalicə xərclərinə istifadə etmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən təmir gedən evin qarşısından keçən zaman evdə işıqların yanmadığını görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, ətrafa nəzər yetirib kimsənin olmadığına əmin olduqdan sonra həmin evə yaxınlaşmış və evin qapı-pəncərəsi asılmamış vəziyyətdə olduğu və təmir getdiyi üçün evin qapı üçün nəzərdə tutulan hissəsindən evə daxil olmuşdur. O, evə nəzər yetirib otaqların birində bir neçə top elektrik naqili olduğunu görmüş və həmin top elektrik naqillərinin hamısını götürüb Qum adasında olan yarım tikilmiş vəziyyətdə bir otaqlı yaşayış olmayan həyət evinə aparıb orada gizlətmişdir ki, səhərisi onları əridib apararaq satsın. Sonra o, yaşadığı evə getmiş və etdiyi oğurluq əməli barədə heç kimə məlumat verməmişdir. Səhərisi gün isə o, oğurladığı elektrik naqillərini gizlətdiyi Qum adasında yerləşən yarım tikilmiş evə gəlmiş və bir gün əvvəl oğurladığı elektrik naqillərinin hamısını yandırıb naqilin içində olan misləri ayırmışdır. Sonra isə həmin misi topalamış və aparıb Hövsan qəsbəsində yerləşən metal qəbulu məntəqəsinə bir kiloqramını 07 manatdan olmaq şərti ilə cəmi 84 manata satmışdır. Əldə etdiyi pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsində oğurluq etmək üçün ev axtaran zaman təmir işlərinin davam etdiyi aydın olan bir evin qarşısından keçmişdir. Bu zaman həmin evə girib oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, ətrafa nəzər yetirib kimsənin olmadığına əmin olduqdan sonra həmin evin yerləşdiyi həyətə girmiş və həmin vaxt girişdən sağ tərəfdə əl damı kimi yer görmüşdür. Başa düşmüşdür ki, həmin yerdə təmir işləri ilə bağlı alətlər saxlanılmışdır. O, yaxınlaşıb həmin əl damının plastik pəncərəsini əli ilə sıxıb açmışdır. Bundan sonra pəncərədən oraya daxil olmuş və əl damında 3 ədəd prefarator, iki ədəd laqonda, iki ədəd direl, bir ədəd paltarqurudan maşın, bir ədəd velosiped, bir ədəd qaynaq aparatı (ütü), uzunluğunu bilmədiyi bir qədər elektrik naqili, bir ədəd peç və bir ədəd qaz sobası görmüşdür. O, həmin əşyaları hissə-hissə plastik pəncərədən çıxarıb həyətə yığmışdır. Bundan sonra özü də əl damından çıxmış və gəlib həyətin dəmir darvazasının arxasında olan kilidi açmışdır. Bundan sonra oğurladığı əşyaları hissə-hissə aparıb Qum adasında olan yarım tikilmiş vəziyyətdə bir otaqlı yaşayış olmayan həyət evində gizlətmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə gecə təxminən saat 20 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsində piyada gəzib oğurluq etmək üçün ev axtaran zaman təmir işlərinin davam etdiyi bir evin qarşısından keçərkən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də həmin evin hasarına qalxıb həyətə düşmüş və oradan götürdüyü dəmir parçası ilə evin plastik pəncərəsinin kilid hissəsini sıxıb açmaq istəmişdir. Bu zaman həmin pəncərənin plastik hissəsi sınmışdır. Bundan sonra o, həmin pəncərəni açıb evə daxil olmuşdur. O, həmin evdə nə qədər axtarsa da hər hansı bir əşya tapa bilməmişdir. Bu zaman divara çəkilmiş elektrik naqilini görmüş və bütün evin və evin zirzəmisinin divarına çəkilmiş elektrik naqilinin hamısını divardan çəkib çıxartmış və özü ilə götürdüyü kisəyə yığmışdır. Bundan sonra o, həmin evdən çıxıb oradan uzaqlaşmış və oğurladığı elektrik naqilini aparıb Qum adasında olan yarım tikilmiş vəziyyətdə bir otaqlı yaşayış olmayan həyət evində gizlətmişdir. Sonra isə həmin elektrik naqilini yandırmış və səyyari şəkildə işləyən metal qəbul edən tanımadığı şəxs satıb əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə gecə təzminən saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, 442 saylı ünvanda yerləşən evin yanından keçən zaman həmin evdə təmir getdiyini və orada işıq yanmadığını görüb evdə heç kimin omadığını başa düşmüşdür. Bundan sonra o, ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra həmin evə yaxınlaşmış və evdə təmir getdiyi üçün çöl qapı və pəncərənin yerində olmadığını görmüşdür. O, qapı üçün nəzərdə tutulan yerdən həmin evə daxil olmuş və orada olan otaqların birinə yığılmış bir ədəd “Bosch” markalı böyük və bir ədəd kiçik laqondanı, bir ədəd prefaratoru, bir ədəd direli, eləcə də, iki top təzə elektrik naqilini götürmüşdür. Həmin vaxt divara elektrik naqili çəkildiyini görmüş və həmin divara çəkilmiş elektrik naqilini də çəkib divardan sökmüş və yığıb topa halına salmışdır. Bundan sonra o, həmin evdən çıxmış və Qum adasında yerləşən yarım tikilmiş və tikintisi başa çatmamış, qapısı həmişə açıq vəziyyətdə olan bir otaqlı evdə gizlətmişdir ki, səhər gəlib oradan götürüb aparıb satsın. Bundan sonra birbaşa yaşadığı evə gəlmiş və etdiyi oğurluq barədə heç kimə məlumat verməmişdir. Səhərisi gün təkrar oğurluq etdiyi əşyaları gizlətdiyi yerə getmiş və divardan sökdüyü elektrik naqilini, eləcə də, iki top təzə elektrik naqilini yandırıb içindəki misi çıxardıqdan sonra Hövsan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb misin kiloqramını 07 manatdan olmaq şərti ilə satmış və əldə etdiyi 70 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı bir ədəd “Bosch” markalı böyük və bir ədəd kiçik laqondanı, bir ədəd prefaratoru və bir ədəd direli isə bir müddət sonra ehtiyacı olanda satsın deyə Qum adasında yerləşən yarım tikilmiş və tikintisi başa çatmamış, qapısı həmişə açıq vəziyyətdə olan bir otaqlı evdə saxlamışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə təxminən gecə saat 01 radələrində Qum adası ərazisində gəzib oğurluq etmək üçün ev axtaran zaman bir evdə təmir gedən və buna görə də, qapı və pəncərəsi olmayan evi görüb orada təmir getdiyini və evdə heç kimin yaşamadığını başa düşmüşdür. Bundan sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evə yaxınlaşmış və evin qapı üçün nəzərdə tutulan hissəsindən həmin evə daxil olmuşdur. O, evə göz gəzdirən zaman evin otaqlarından birində bir ədəd laqonda, bir ədəd prefarator, bir ədəd kiçik ölçlü direl və 6 top elektrik naqili olduğunu görüb onları götürmüşdür. Bundan sonra o, həmin evdən çıxmış və bir neçə gün əvvəl oğurladığı əşyaları yığdığı Qum adasında yerləşən yarım tikilmiş və tikintisi başa çatmamış, qapısı həmişə açıq vəziyyətdə olan bir otaqlı evə gedib oğurladığı əşyaları orada gizlətmişdir ki, səhər gəlib oradan götürüb aparıb satsın. Bundan sonra yaşadığı evə gəlmiş və etdiyi oğurluq barədə heç kimə məlumat verməmişdir. Səhərisi gün təkrar oğurluq etdiyi əşyaları gizlətdiyi yerə getmiş və oğurladığı 06 top elektrik naqilini yandırıb içindəki misi çıxardıqdan sonra Hövsan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb misin kiloqramını 07 manatdan olmaq şərti ilə satmış və əldə etdiyi 84 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı bir ədəd laqonda, bir ədəd prefarator və bir ədəd kiçik ölçlü direli isə bir müddət sonra ehtiyacı olanda satsın deyə Qum adasında yerləşən yarım tikilmiş və tikintisi başa çatmamış, qapısı həmişə açıq vəziyyətdə olan bir otaqlı evdə saxlamışdır. Sonra isə oğurladığı əşyaların hamısını bir evə yığsa kimsə görüb şübhələnəcəyini düşünmüş və əvvəllər Qum adasında yaşadığı üçün onunla qonşuluqda yaşamış və münasibətləri yaxşı olan Şahid1 yaşadığı evə həmin oğurladığı əşyalardan birazını yığmaq qərarına gəlmişdir. Bu məqsədlə də oğurladığı əşyalardan bir neçəsini arabaya yığıb Emingilin evinə aparmış və Emindən həmin əşyaları evinə yığıb saxlamağına icazə verməsini xahiş etmiş, bir neçə günə gəlib aparacağını demişdir. Həmin vaxt Emin ondan evinə yığmaq istədiyi əşyaların kimə məxsus olmasını soruşmuş, o, isə həmin əşyaların hamısının özünə məxsus olduğunu, usta işlədiyi üçün bu yaxınlarda təmir etmək üçün ev götürdüyünü və həmin alətləri evin təmirində istifadə edəcəyini bildirmişdir. Bundan sonra Emin razılıq vermiş və o, həmin əşyaların içində olduğu kisələri özü aparıb Emingilin arxada yerləşən otağına yığmışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə təxminən gecə saat 23 radələrində Qum adası ərazisində gəzib oğurluq etmək üçün ev axtaran zaman bir evdə təmir gedən və buna görə də, qapı olmayan, lakin plastik pəncərələri quraşdırılmış evi görüb orada təmir getdiyini və evdə heç kimin yaşamadığını başa düşmüşdür. Bundan sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evə yaxınlaşmış və evin qapı üçün nəzərdə tutulan hissəsindən həmin evə daxil olmuşdur. O, evin saxlanc yeri kimi nəzərdə tutulan hissəsindən bir ədəd qaynaq aparatını (ütü) götürmüş və divara çəkilmiş elektrik naqillərini dartsa da yerindən çıxara bilməmişdir. Bundan sonra həmin divara çəkilmiş elektrik naqillərinin artıq qalan və topa halına salınmış hissələrini üzərində olan kəlbətinlə kəsib götürmüş və qaynaq aparatı ilə birlikdə həmin evdən çıxmışdır. O, oğurladığı əşyaları aparıb yenə də əvvəl oğurladığı əşyaları Qum adasında yerləşən yarım tikilmiş və tikintisi başa çatmamış, qapısı həmişə açıq vəziyyətdə olan bir otaqlı evdə gizlətmişdir ki, səhər gəlib oradan götürüb aparıb satsın. Bundan sonra yaşadığı evə gəlmiş və etdiyi oğurluq barədə heç kimə məlumat verməmişdir. Səhərisi gün təkrar oğurluq etdiyi əşyaları gizlətdiyi yerə getmiş və oğurladığı dəqiq uzunluğunu bilmədiyi elektrik naqilini yandırıb içindəki misi çıxardıqdan sonra Hövsan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb misin kiloqramını 07 manatdan olmaq şərti ilə satmış və əldə etdiyi 35 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı bir ədəd qaynaq aparatını isə saonra satsın deyə Qum adasında yerləşən yarım tikilmiş və tikintisi başa çatmamış, qapısı həmişə açıq vəziyyətdə olan bir otaqlı evdə saxlamışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə təxminən gecə saat 01 radələrində Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində ərazisində gəzib oğurluq etmək üçün ev axtaran zaman təmir gedən və buna görə də, qapı olmayan, lakin plastik pəncərələri quraşdırılmış evi görüb orada təmir getdiyini və evdə heç kimin yaşamadığını başa düşmüşdür. Bundan sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evə yaxınlaşmış və evin qapı üçün nəzərdə tutulan hissəsindən həmin evə daxil olmuşdur. O, evə göz gəzdirən zaman oğurlamaq üçün hər hansı bir əşya tapa bilməmişdir. Bundan sonra həmin evin həyətində saxlanc yeri kimi istifadə olunan bir otaqlı yerə yaxınlaşmış və həmin yerin qapısının üzərində qıfıl olduğunu görüb onu özü ilə gətirdiyi kəlbətinlə açıb həmin saxlanc yerinə daxil olmuşdur. Bu zaman ətrafa göz gəzdirmiş və şkaf kimi yığılmış yerlərdən bir ədəd direl, bir ədəd laqonda, bir ədəd su matoru, bir ədəd böyük mis qazan, bir qədər elektrik naqilini və bir neçə metr su borusunu götürüb həmin saxlanc yerindən çıxmışdır. Lakin su borusunu və bir ədəd qazanı sata bilməyəcəyi üçün həmin borunu və qazanı oğurluq etdiyi evin yaxınlığında atmışdır. Bundan sonra o, yoldan keçən tanımadığı taksi sürücüsünü saxlamış, oğurladığı əşyaları həmin avtomobilə yükləmiş və Qum adasına gəlib həmin əşyaları da bir neçə gündür ki, oğurlayıb saxladığı yarım tikilmiş və tikintisi başa çatmamış, qapısı həmişə açıq vəziyyətdə olan bir otaqlı evdə səhər aparıb satması üçün gizlətmişdir. Bundan sonra yaşadığı evə gəlmiş və etdiyi oğurluq barədə heç kimə məlumat verməmişdir. Səhərisi gün təkrar oğurluq etdiyi əşyaları gizlətdiyi yerə getmiş və gecə oğurladığı dəqiq uzunluğunu bilmədiyi elektrik naqilini yandırıb içindəki misi çıxardıqdan sonra Hövsan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb misin kiloqramını 07 manatdan olmaq şərti ilə satmış və əldə etdiyi 56 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı bir ədəd direli, bir ədəd laqonda, bir ədəd su matorunu isə Qum adasında yerləşən yarım tikilmiş və tikintisi başa çatmamış, qapısı həmişə açıq vəziyyətdə olan bir otaqlı evdə saxlamışdır ki, bir müddət sonra ehtiyacı olanda satsın. Sonra o, oğurladığı və Qum adasında yaşayış olmayan bir otaqlı yarımtikilmiş evə yığdığı əşyaları satmaq qərarına gəlmiş və həmin əşyaları oradan çıxarmamışdan əvvəl Hövsan qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqələrini gəzib oğurladığı əşyaları öz əmlakı kimi təqdim edərək satmaq istədiyini demiş, lakin ondan həmin əşyaları almaq istəməmişlər. Bundan sonra onun yolu təsadüfən Əhmədli qəsəbəsindən düşən zaman Əhmədli qəsəbəsində yerləşən “KTV” kabel televiziyası ofisinin arxasında yerləşən metal qəbulu məntəqəsinə getmiş və orada bir nəfər ondan bir ədəd böyük laqonda ala biləcəyini demişdir. O, da heç bir sənəd təqdim etmədən oğurladığı laqondalardan birini gətirib həmin metal qəbulu məntəqəsində işləyən oğlana 15 manat satmış və əldə etdiyi pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə oğurluq etmək qərarına gəlmiş və bunun üçün xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsindəki küçələrin biri ilə hərəkət etməyə başlamışdır. Hərəkət edən zaman natamam təmirli ikimərtəbəli ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün hasardan evin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra mənzilin giriş qapısının sağ tərəfində olan plastik pəncərəni həmin həyətdən tapdığı dəmir parçası ilə açmışdır. Bundan sonra mənzilə daxil olmuş və hər iki mərtəbədə olan bir hissəsi divara bərkidilmiş və bir hissəsi bağlı şəkildə yerdə olan elektrik naqillərini, işıq açarlarını, bir ədəd prefaratoru, iki ədəd laqondanı və iki ədəd dreli götürmüşdür. Bundan sonra həmin əşyaları evdən tapdığı qara sellofan paketə yığmış və oradan çıxaraq uzaqlaşıb evə gəlmişdir. Bir neçə gün sonra oğurladığı elektrik naqillərini yandırmışdır ki, misləri aparıb satsın. Həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmış, buna görə də etdiyi oğurluq əməllərini etiraf etmiş və oğurladığı əşyaları da könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, yalnız üç zərərçəkmiş şəxsə dəymiş maddi ziaynı ödəyə bilmədiyini, digər zərərçəkmiş şəxslərə isə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən himayəsində astma xəstəliyindən əziyyət çəkən yetkinlik yaşına çatmayan uşağının olduğunu nəzərə alaraq barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs5 göstərmişdir ki, ünvan 7 mənzil 08 ünvanında yaşayır və bundan başqa onun Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yeni yaşayış sahəsi, dalan 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Maddi imkanı olmadığı üçün bir neçə ildir ki, orada təmir işləri gedir və hələ də təmir işləri başa çatmamışdır. Lakin evin seyrf qapısı və plastik pəncərələri asılmışdır. O, demək olar ki, iş yerinin üzərində olduğu üçün hər gün həmin evinə gedib baş çəkmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında o, işə gedən zaman gəlib həmin evinə baxış keçirmiş və bu zaman bütün əşyaların öz yerində olmasını müəyyən etmişdir. Bundan sonra bir neçə gün başı qarışıq olduğu üçün işə gedən zaman vaxt tapıb evinə nəzarət edə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, həmin evinə baş çəkmək üçün getmiş və bu zaman evinin həyətindəki hasara asılmış dəmir darvazanın açıq vəziyyətdə olduğunu aşkar etmişdir. O, dərhal həyətə daxil olmuş və bu zaman həyətin girişdən sağ tərəf küncdə yerləşən əşyaları saxlamaq üçün istifadə etdiyi əl damının plastik pəncərəsinin də açıq vəziyyətdə olmasını görmüşdür. O, tez əl damının qapısını üzərində olan açarla açıb oraya daxil olmuş və bu zaman həmin əl damında ona məxsus olan bir ədəd böyük və iki ədəd orta ölçülü prefaratoru, bir ədəd böyük və bir ədəd balaca laqondanı, iki ədəd balaca direli, bir ədəd paltarqurudan maşını, bir ədəd velosipedi, bir ədəd qaynaq aparatını, 200 metr uzunluğunda 4x4 mm ölçülü elektrik naqilini, bir ədəd peçi və bir ədəd qaz sobasının yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal atasına məlumat vermiş və atası ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis darəsinin 30-cu Polis Şöbəsinə gedərək hadisə barədə məlumat vermişlər. Polis əməkdaşları tərəfindən ona məxsus olan həmin evinə baxış keçirilmişdir. Bundan sonra hadisə barədə ərizə və izahat vermişdir. Oğurluq hadisəsi xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində ona məxsus olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yeni yaşayış sahəsi, dalan 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. Hadisə nəticəsində ona məxsus olan bir ədəd “Robson” markalı böyük prefarator, üzərində markası olmayan hər biri iki ədəd orta ölçülü prefarator, heç bir markası olmayan bir ədəd böyük laqonda, “Karona” markalı bir ədəd balaca laqonda, heç bir markası olmayan iki ədəd balaca direl, “Privileg Compakt” markalı bir ədəd paltarqurudan maşın, “Adkids” markalı bir ədəd velosiped, “Karona” markalı bir ədəd qaynaq aparatı, 200 metr uzunluğunda 4x4 mm ölçülü elektrik naqili, markasını xatırlamadığı bir ədəd peç və “Elif” markalı bir ədəd qaz sobası oğurlanmışdır. Sonda Zərərçəkmiş şəxs5 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs6 göstərmişdir ki, fərdi şəkildə evlərdə ustalıq edərək dolanır. Ramiz Həsənov onun doğma bibisinin oğludur. Onun ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Onun yaşadığı ünvan Ramizin evi ilə üzbəüz yerləşdiyi üçün və Ramizin həmin evində yaşayış olmadığı üçün özünə məxsus olan bəzi təmir-tikinti əşyalarını Ramizin həmin evində saxlayır. Eləcə də, Ramiz özü xaricdə olduğu üçün onun həmin evini o, təmir etdirmiş və bu zaman evin elektrik naqilini təmir etdirən zaman o, özünə məxsus olan elektrik naqilindən istifadə edərək evə işıq çəkmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, bir gün sonra ailəsi ilə birlikdə rayona getməli olduğu üçün sonuncu dəfə bibisi oğlu Ramizin evinə gedib baş çəkmiş və həmin vaxt ona məxsus olan təmir-tikinti əşyaları yerində olmuşdur. Səhərisi gün ailəsi ilə birlikdə Neftçala rayonuna getmiş və 11 gün orada qaldıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. O, günorta radələrində Bakıya çatdıqdan sonra Ramizin evinə baxış keçirmiş və bu zaman həmin evdə ona məxsus olan bir ədəd “Bosch” markalı böyük laqondanın, bir ədəd “Makita” markalı kiçik laqondanın, bir ədəd prefaratorun, bir ədəd direlin, eləcə də, cəmi 02 top elektrik naqilinin və divara çəkilmiş elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları həmin evə gəlib araşdırma aparmışlar və o, hadisə barədə ərizə yazmışdır. Oğurlandığını qeyd etdiyi əşyaların hamısı ona məxsus olduğuna görə oğurluq hadisəsi nəticəsində maddi ziyan ona dəymişdir. Sonda Zərərçəkmiş şəxs6 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs8 göstərmişdir ki, onun Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, ev 33D ünvanında yerləşən fərdi yaşayış evi vardır. Lakin həmin torpaq da evi tiksə də, içərisini təmir etdirməyə pul olmadığı üçün hissə-hissə evi təmir etdirir. Buna baxmayaraq, evin plastik pəncərələrini və dəmir qapısını yerinə asmışdır. Arada bir imkan tapdıqda gedib həmin evinə baş çəkmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində həmin təmiri davam edən evinə gedib baş çəkmiş və həmin vaxt bütün əşyaları yerində olmuşdur. Bundan 04 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə o, təxminən saat 22 radələrində həmin evinə gedib baş çəkdikdə evin birinci mərtəbəsinin qaraj kimi nəzərdə tutulan hissəsindən evinin içinə daxil olaraq oradan ona məxsus olan 04 top 4x4 mm ölçüsündə təzə elektrik naqilinin, 11 ədəd elektrik şitinin və bir ədəd qaynaq aparatının (ütünün) oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal bu barədə polisə məlumat vermiş və polis əməkdaşları tərəfindən yaşadığı evinə baxış keçirmişlər. Sonda Zərərçəkmiş şəxs8 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs9 göstərmişdir ki, onun Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evi vardır. Arada bir gedib həmin yaşayış evinə baş çəkmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində dəqiq yadında qalmayan vaxt həmin evinə gedib baş çəkmiş və bu vaxt evində olan bütün əşyalar yerində olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən həmin evinə gəlib baş çəkən zaman evinin yerləşdiyi həyətə olan saxlanc yeri kimi istifadə etdiyi anbarın qapısının üzərində olan qıfılının sındırıldığını aşkar etmişdir. O, dərhal həmin saxlanc yerinə daxil olmuş və bu zaman ona məxsus olan bir ədəd direlin, bir ədəd laqondanın, iki ədəd su matorunun, bir ədəd böyük ölçülü mis materialdan hazırlanmış qazanın, 40 metr uzunluğunda elektrik naqilinin, açar dəstinin, elektrik pilətəsinin və 35 metr uzunluğunda su borusunun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal bu barədə polisə məlumat vermiş və polis əməkdaşları tərəfindən yaşadığı evinə baxış keçirmişlər. Bundan sonra hadisə barədə ərizə və izahat vermişdir. Sonda Zərərçəkmiş şəxs9 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Cəlilabad rayonu Cəlayır kəndində qeydiyyatdadır və ünvan 9 mənzil 15 ünvanında kirayədə yaşayır. Eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adasında ev inşa etdirmişdir. Həmin evində yaşayış yoxdur, belə ki, ev təmirsizdir. Həmin evi üç otaqdan, bir mətbəxdən, hamam və sanitar qovşağından ibarətdir. Həmin evimdə yaşayış olmasa da, o, mütmadi olaraq həmin evə gedib nəzarət etmişdir. Belə ki, evdə təmir işləri aparıldığı üçün içərisində tikinti materialları vardır, o, da bu səbəbdən gedin nəzarət edib əşyaları yoxlayıb gəlmişdir. Evin çöl tərəfində giriş qapısı yoxdur, lakin girişə taxta qoymuşdur. Evin tikilisinin isə dəmir qapısı vardır və həmin qapı daima bağlı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə nəzarət etmək üçün evə getmiş, ora çatdıqda qapını açıb içəri daxil olmuş və evin pəncərəsinin açıq olduğunu görmüşdür. İçəridə olan əşyalara baxdıqda elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmiş və bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə evə baxış keçirib fotoşəkillərini çəkmişlər. Sonda Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs11 göstərmişdir ki, onların Hövsan qəsəbəsi, Qum adası yeni yaşayış sahəsində iki torpağı vardır və bir torpaqlarında bir neçə ildir ki, ev tikib yaşayırlar. Hadisənin baş verdiyi torpaq isə özünə məxsusdur və maddi vəziyyəti yaxşı olmadığı üçün hissə-hissə evini tikmiş, evin plastik pəncərələri və seyf qapısı quraşdırılmışdır və hazırda orada təmir-tikinti işləri davam etdirilir. O, demək olar ki, iki gündən bir gedib evinə baş çəkmiş və ustaların işinə baxmışdır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində gedib evinə baş çəkmiş və həmin vaxt evində hər şey qaydasında olmuşdur. İki gündən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə gedib həmin evinin yerləşdiyi torpaqda hasarın darvazasının qapısını açaraq evinə girmiş və bu zaman evinin plastik pəncərəsinin sındırılmış və açıq vəziyyətdə olmasını aşkar etmişdir. O, tez evinə girib baxmış və bu zaman birmərtəbəli evinin bütün otaqlarında divara çəkdiyi elekterik naqilinin dartılaraq yerindən sökülüb oğurlandığını aşkar etmişdir. O, evinin hündür olan zirzəmisinə baxdıqda zirzəmidə də divar boyu çəkdirdiyi elektrik naqilinin divardan sökülüb aparıldığını görmüşdür. Bundan sonra o, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları evinə gəlib baxış keçirmişlər və o, hadisə barədə ərizə yazmışdır. Sonda Zərərçəkmiş şəxs11 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs7 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı tikintisi hələ də davam edən evinə nəzər yetirdikdən sonra hər şeyin qaydasında olduğuna əmin oldub yatmışdır. Bir neçə saat sonra, yəni gecə təxminən saat 02 radələrində oyandıqda evində ona aid olan bir ədəd laqondanın, bir ədəd prefaratorun, bir ədəd kiçik ölçülü direlin, 04 top 4x4 mm ölçülü elektrik naqilinin və 02 top 2.5 mm ölçülü elekrtik naqilinin yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal bu barədə polisə məlumat vermiş və polis əməkdaşları tərəfindən yaşadığı evinə baxış keçirmişlər. Bundan sonra hadisə barədə ərizə və izahat vermişdir. Sonda Zərərçəkmiş şəxs7 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs10 göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonunda yaşasa da, Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda evi vardır və hazırda həmin evi natamam təmirlidir. Adətən vaxtı olduqca gedib evə nəzarət edir. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində həmin evə gəlmiş və həmin vaxtı evdə hər şey normal olmuşdur. Evdən çıxıb getmiş və təxminən 02 saat keçmişdir ki, Qum adasındakı evinin yanında olan qonşusu ona zəng edərək evinin giriş qapısının açıq olduğunu demişdir. O, da təcili həmin evə gəlmişdir. O, evə gələn zaman xx xxxxxx 2020-ci il saat 01:30 olmuşdur. Evə nəzər saldıqda giriş qapısının açıq olduğunu gömüş və naməlum şəxsin evə mənzilin giriş qapısının sağ tərəfindəki plastik pəncərəni açmaqla mənzilə daxil olması və mənzildən elektrik naqillərini, işıq açarlarını, 01 ədəd prefaratoru, bir ədəd “Bosch” markalı laqondanı, bir ədəd laqondanı, 02 ədəd dreli, lampaları oğurlaması ona məlum olmuşdur. Sonda Zərərçəkmiş şəxs10 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 göstərmişdir ki, onun Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, ATS küçəsi, nömrəsiz ünvanda yerləşən yarım təmirli yaşayış evi vardır. Orada təmir işləri yekunlaşmadığı üçün yaşayış yoxdur. Lakin arada bir vaxt tapdıqda gedib həmin evinə baş çəkmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, ATS küçəsi, nömrəsiz ünvanda yerləşən həmin yarım təmirli yaşayış evinə baxış keçirmiş və həmin vaxt evində olan bütün əşyaların yerində olduğunu aşkar etmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində yenidən həmin evinə gəlib baş çəkən zaman evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. O, dərhal evin qapısını açıb evə daxil olmuş və bu zaman divara çəkdiyi evin bütün elektrik naqilinin yerindən qopardılaraq oğurlandığını görmüşdür. Bu zaman evindən oğurluq edildiyini başa düşmüş və dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonda Zərərçəkmiş şəxs4 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 08 radələrində ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb atasıgilə getmişlər və buna görə də, evdə heç kim qalmamışdır. Həmin gün axşam təxminən saat 18 radələrində onlar evə qayıtmışlar və o, evin qapısını açıb evə daxil olduqda evin dağınıq halda olduğunu, divara bərkidilmiş halda olan plazma televizorun yerində olmadığını aşkar etmişdir. O, evə diqqətlə nəzər yetirdikdə evdə olan bir ədəd tozsoranın və tava dəstinin yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları həmin evinə gəlib baxış keçirmişlər. Bundan sonra hadisə barədə ərizə yazmışdır. Sonradan o, evini diqqətlə axtardığı zaman ona məlum olmuşdur ki, özünə məxsus olan bir ədəd qadın qızıl üzüyü və bir ədəd paltartikən aparatı da oğurlanmışdır. Baş vermiş oğurluq hadisə nəticəsində ona ümumilikdə 1.350 (min üç yüz əlli) manat miqdarında maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışlamadığını, ondan sikayətçi olduğunu bildirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Şahid4 onun qaynıdır və Sakitin Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi, Qum adası yeni yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evi vardır. Həmin ev tikilib qurtarsa da, içərisində təmir davam etdirilir. O, özü fərdi şəkildə usta işlədiyi üçün həmin qaynının evində alçıpan işləri görmüşdür. xx xxxxxx 2019cu il tarixdə o, həmin evdə işlərini gördükdən sonra axşam təxminən saat 18 radələrində özünə məxsus olan tikinti alətlərini həmin evdə yataq otağı üçün nəzərdə tutulan birinci mərtəbədə yerləşən otağa yığmış və çıxıb getmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər tezdən təxminən saat 09 radələrində işləmək üçün həmin evə gələn zaman tikinti alətlərini yığdığı otağın plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Tez girib evin yataq otağına nəzər yetirmiş və bu zaman ona məxsus olan 03 ədəd laqondanın, bir ədəd direlin, bir ədəd prefaratorun və bir ədəd taxta kəsən aparatın (lobzikin) yerində olmadığını aşkar etmişdir. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, habelə qaynı Sakitə də zəng etmişdir. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Sonradan o, həmin saxlanc yerinə və evə diqqətlə nəzər yetirdikdə məlum olmuşdur ki, saxlanc yerindən bir ədəd qaynaq aparatı, bir ədəd dəmir boru kəsən aparat və bir ədəd üzərinə naqil bağlamaq üçün dəmir disk də yerində yoxdur və oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 780 (yeddi yüz səksən) manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışlamadığını, ondan sikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, restoranlarda aşbaz işləyərək dolanır. Təqsirləndirilən şəxs təxminən 2012-ci ildə Qum adası yaşayış sahəsində ev alıb oraya köçdüyü zaman onunla qonşuluqda yaşayan zaman tanımış və onunla qonşu kimi aralarında normal münasibəti yaranmışdır. 2019-cu ildə isə Samir ailəsi ilə birlikdə onların yaşadığı məhəllədən köçüb getmişdir. Təxminən bir neçə ay bundan əvvəl dəqiq yadında qalmayan vaxt Samir yaşadığı evə gələrək özünə məxsus olan bir ədəd velosiped və təxminən 7-8 ədəd müxtəlif təmir-tikinti əşyalarını evinə qoymağına icazə verməyini və buralardan iş götürdüyünü, yaxın müddət ərzində gəlib həmin əşyaları və velosipedi götürərək aparacağını bildirmişdir. O, da son vaxtlara kimi onunla qonşu olduğuna görə və aralarında normal münasibət olduğu üçün buna razılıq vermiş və özü gedib qonaq otağında oturmuş, Samir isə özü dəqiq görmədiyi əşyaları və velosipedi onun evinin arxa otağına yığıb çıxıb getmişdir. Sonra Samir gəlib onun evinə qoyduğu əşyalardan bir qismini götürmüşdür. Lakin o, Samirin konkret olaraq hansı əşyanı götürməsini bilməmişdir. Bir neçə gün sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və Samirin onların evinə əşya qoyub-qoymadığını soruşmuşlar. O, da Samirin onun yaşadığı evə velospied və təmir tikinti əşyaları qoyduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları gəlib onun evindən həmin əşyaları götürmüşlər. Şahid1 həmçinin bildirdi ki, Samir onun evinə qoyduğu əşyaları oğurluq yolu ilə əldə etməsi barədə ona heç nə deməmişdir. Samiri tanıyan gündən onun usta kimi işlədiyini bilmiş və buna görə də, Samir həmin velosipedi və tikinti əşyalarını evinə saxlamaq üçün qoyarkən özünə məxsus olduğunu və buralardan iş götürdüyünü dedikdə ona inanıb razılıq vermişdir. Samirin onları oğurluq yolu ilə əldə etdiyini bildiyi halda, Samirin həmin əşyaları və velosipedi evə qoymasına icazə verməzdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, təxminən 5 aya yaxındır Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “KTV" kabel televiziyasının arxasında yerləşən obyekti icarəyə götürərək orada əlvan metalların alqı-satqısı ilə məşqul olur. Təxminən 2020-ci ilin yanvar ayında dəqiq yadında qalmayan vaxt işdə olduğu zaman bir nəfər tanımadığı şəxs iş yerinə gələrək əlində bir ədəd böyük laqonda olduğunu bildirmiş və ona satmaq istədiyini demişdir. O da özünə laqonda axtardığını bildirmiş və həmin satmaq istədiyi laqondanın kimə məxsus olduğunu soruşmuşdur. Həmin şəxs də əvvəllər usta işlədiyini, lakin hazırda aşbaz kimi işə düzəldiyini və buna görə də, həmin laqondanı satdığını bildirmişdir. Bundan sonra həmin şəxs ona satmaq istədiyi laqondanı göstərmiş və o, həmin laqondaya baxıb yoxladıqdan sonra 15 manata ala biləcəyini demişdir. Həmin şəxs də razılaşmış və həmin laqondanı ona verib ondan 15 manat pul alaraq çıxıb getmişdir. O, da həmin aldığı laqondanı özü istifadə edəcəyi üçün iş yerində saxlamışdır. Sonradan polis əməkdaşları iş yerinə gəlib ona məlumat verdikdən sonra bilmişdir ki, ona laqonda satmış həmin şəxs satdığı laqondanı oğurluq yolu ilə əldə etmişdir. Buna görə də həmin laqondanı könüllü olaraq istintaqa təqdim etmişdir. Şahid2 həmçinin bildirdi ki, həmin şəxs ona satdığı laqondanı oğurluq yolu ilə əldə etməsi barədə məlumat verməmişdir. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi tələb etmiş, lakin sonuncu üzərində heç bir sənədinin olmadığını bildirmişdir. O, da həmin şəxsin fotoşəklini telefonuna çəkmiş və ona hər hansı bir problem olmasın deyə həmin fotoşəkli çəkməsi barədə xəbərdarlıq etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onların bu nikahdan bir qız övladı dünyaya gəlmişdir və hazırda qızı Samirənin 14 yaşı vardır. xx xxxxxx 2020-ci il tarixdə həyat yoldaşı Samirin polis əməkdaşları tərəfindən tutulması və barəsində Bakı şəhəri Suraxanı rayon X4 Şöbəsində cinayət işinin olması barədə ona məlumat verilmişdir. Bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, Samir müxtəlif vaxtlarda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində ayrı-ayrı evlərdən oğurluq etmişdir və buna görə də, tutulmuşdur. Onun bu barədə heç bir məlumatım olmamışdır. Samir də heç vaxt ona oğurluq etməsi barədə heç bir məlumat verməmişdir. Verilən suallara cavab olaraq isə qeyd etmişdir ki, Samirlə ailə həyatı qurduqdan sonra onlar həmişə bir yerdə yaşamışlar. Samir oğurluq etməsi barədə ona heç vaxt heç bir məlumat verməmişdir. Onun özü də heç vaxt Samirin oğurluq etməsini ehtimal etməmişdir. Lakin sonradan Samir tutulduqdan sonra ona məlum oldu ki, Samir müxtəlif yerlərdən oğurluq etmişdir. Şahid X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolda yerləşən Qum adası yaşayış sahəsində iki mərtəbəli fərdi yaşayış evləri vardır. Həmin evdə təmir işləri yekunlaşmadığı üçün ustalar işləmiş və özü də evdə kürəkəni Elnurla birlikdə tavan işləri görmüşlər. Buna görə də, Elnur özünə məxsus olan təmir-tikinti alətlərini həmin evinə gətirmiş və orada saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə kürəkəni Elnur və digər çöldə hasar tikən ustalar evdə işlədikdən sonra axşam təxminən saat 17 radələrində o, Elnurla birlikdə işlərini yekunlaşdırıb oradan çıxmışlar. Həmin vaxt hasarı tikən ustalar isə işlərini davam etdirmişlər. O, evin açarlarından birini həmin ustalara vermişdir. Bir gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə o, kürəkəni Elnurla birlikdə həmin həyət evinə gəlmişlər. Bu zaman evin qonaq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşlər. Onlar qapını açıb evə daxil olduqda qonaq otağında olan və kürəkəni Zərərçəkmiş şəxs2 məxsus olan 03 ədəd laqondanın, 01 ədəd direlin, 01 ədəd divar dağıdıcı direlin və 01 ədəd taxta kəsən aparatın yerində olmadığını aşkar etmişlər. Bundan sonra onlar evdən oğurluq olduğunu başa düşmüşlər və Elnur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerini müayinə etdikdən sonra o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gedərək orada ərizə yazmışdır. O, həmin ərazidə hadisə zamanı onların evdən 700 manat dəyərində təmir-tikinti alətlərinin oğurlandığını bildirmişdir. Lakin səhvliklə həmin oğurlanmış əşyaların kürəkəni Elnura məxsus olduğunu bildirməmiş və həmin vaxt onlar həyəcanlı olduqları üçün oğurlanmış əşyaların adını səhv demişlər. Sonradan dəqiq olaraq bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi olan müddət ərzində evdən oğurluq etmiş şəxslər yalnız kürəkəni Elnura məxsus olan 03 ədəd laqonda, 01 ədəd direl, 01 ədəd prefarator və 01 ədəd taxta kəsən aparat (lobzik), həmçinin, 01 ədəd qaynaq aparatı, 01 ədəd dəmir boru kəsən aparat və 01 ədəd dəmir disk də oğurlanmışdır. İşdə olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, 442 nömrəli fərdi yaşayış evində oğurluq faktı aşkar edilmişdir. İşdə olan baxış keçirmə və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində oğurluq faktı aşkar edilmişdir. İşdə olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində oğurluq faktı aşkar edilmişdir. İşdə olan baxış keçirmə və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində oğurluq faktı aşkar edilmişdir. İş materiallarında olan maddi sübutun təqdim edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış elektrik naqilləri, bir neçə laqonda, bir neçə prefarator, dəmir disk, bir neçə taxta kəsən aparat, qaynaq aparatı, bir neçə direl və tozsoran Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən yarım tikilmiş vəziyyətdə olan və yaşayış olmayan evdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin əşyaların oğurluq yolu ildə əldə etdiyi əşyalar olduğunu bir daha təsdiq etmişdir. İşdə olan baxış keçirmə və götürmə haqqında haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, məhəllə 79 ünvanında yerləşən 43 nömrəli evdə oğurluq faktı aşkar edilmişdir. İşdə olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, ATS küçəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində oğurluq faktı aşkar edilmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı, Zığ qəsəbəsi, Qum adasında yerləşən yaşayış evində oğurluq faktı aşkar edilmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində oğurluq faktı aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3059 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Arges 100 LS” yazıları olan laqonda - 60 manat, üzərində “Skwin SK 3211” yazıları olan laqonda - 50 manat, üzərində “Schnaider B25” yazıları olan 11 ədəd elektrik şiti - 01 ədədi 06 manat, cəmi 66 manat, üzərində “İnter 230/2550BT” yazıları olan laqonda - 50 manat, üzərində “Ritm 2,32-230” yazıları olan laqonda - 50 manat, üzərində “Orient Werlite” yazıları olan kiçik ölçülü direl - 25 manat, üzərində heç bir markalanma göstəricisi olmayan qırmızı rəngli kiçik ölçülü direl - 20 manat, 04 mm ölçülü mis elektrik naqili - 01 metri 50 qəpik, 04 top (400 m) cəmi 200 manat, yandırılmış mis elektrik naqili - 01 kq 08 manat, 12 kq 96 manat, “Privileg Compakt” markalı paltaryuyan - 250 manat, üzərində “Hidroterm 12V” yazıları olan kiçik ölçülü direl - 35 manat, üzərində elektrik naqili bağlanması üçün olan dəmir disk - 15 manat, “Elif” markalı qaz sobası - 40 manat, dəmir boru kəsən aparat - 01 dəst - 60 manat, üzərində “Craft CCS-185K” yazıları olan lobzik - 50 manat, üzərində “Karona” yazıları olan laqonda - 70 manat, üzərində heç bir markalanma göstəricisi olmayan göy rəngli kiçik ölçülü direl - 25 manat, üzərində “Candan CM-01” yazıları olan qaynaq aparatı (ütü) - 01 dəst 40 manat, üzərində “Simba” yazıları olan paltartikən aparat - 01 dəst 50 manat, üzərində “Robson” yazıları olan böyük ölçülü prefarator - 130 manat, qara, ağ və qırmızı rəngləri olan prefarator - 60 manat, üzərində “Bosch GBH-2-26DRE” yazıları olan prefarator - 90 manat, üzərində “Firatterm” yazıları olan qaynaq aparatı (ütü) - 25 manat, üzərində “Karona” yazıları olan qaynaq aparatı (ütü) - 200 manat, üzərində “Adkids” yazıları olan velosiped - 180 manat və “Galaksi” markalı tozsoran - 80 manat olmaqla hazırki vəziyyətdə 2020-ci ilin yanvar ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 2.017 manat müəyyən olunur. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Şahid4 Səyyaf oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən fərdi yaşayış evindən Zərərçəkmiş şəxs2 məxsus təmir tikinti avadanlıqlarının oğurlandığı müəyyən edilmişdir. İşdə olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yeni yaşayış sahəsi, 2-ci küçə, dalan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evində oğurluq faktı aşkar edilmişdir. İşdə olan ifadənin yerində yoxlanması haqqında xx xxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fötöşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, məhəllə 79 ünvanında yerləşən 43 nömrəli evdən, xx xxxxxx 2019-cu il tarixdə Şahid4 Səyyaf oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı, Zığ qəsəbəsi, Qum adasında yerləşən, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, ATS küçəsi, nömrəsiz ünvanda yerləşən, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yeni yaşayış sahəsi, 2-ci küçə, dalan 1, ev 2 ünvanında yerləşən, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs11 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs6 məxsus olan ünvan 5 ünvanında yerləşən, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs7 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs9 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən və xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evlərindən oğurluq etdiyini əyani şəkildə göstərmiş, bununla bağlı fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İşdə olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində oğurluq faktı aşkar edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və cinayət nəticəsində zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış, üzərində “Ritm 2,32-230” yazıları olan laqondanın və üzərində “Bosch GBH-2-26DRE” yazıları olan prefaratorun sahibi, Zərərçəkmiş şəxs7, bir ədəd üzərində qara, ağ və qırmızı rəngləri olan preforatorun və bir ədəd üzərində yazısı olmayan kiçik ölçülü drelin sahibi, zərərçəkmiş şəxs X2, üzərində “Schnaider B25” yazıları olan 11 ədəd elektrik şitinin, üzərində “Candan CM-01” yazıları olan qaynaq aparatının (ütünün) və 04 top 4x4 mm ölçüsündə elektrik naqilinin sahibi, Zərərçəkmiş şəxs8, bir ədəd “Galaksi” markalı tozsoranın sahibi, Zərərçəkmiş şəxs1, üzərində “Adkids” yazıları olan velosipedin, üzərində “Karona” yazıları olan qaynaq aparatının, üzərində “Robson” yazıları olan böyük ölçülü prefaratorun, üzərində heç bir markalanma göstəricisi olmayan göy rəngli kiçik ölçülü direlin, üzərində “Karona” yazıları olan laqondanın, “Elif’ markalı qaz sobasının, “Privileg Compakt" markalı paltaryuyanın sahibi, zərərçəkmiş şəxs X3 və üzərində “Arges 100 LS” yazıları olan laqondanın və üzərində “Craft CCS-185K” yazıları olan lobzikin sahibi, Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış, üzərində “Ritm 2,32-230” yazıları olan laqondanın və üzərində “Bosch GBH-2-26DRE” yazıları olan prefaratorun sahibi, Zərərçəkmiş şəxs7, bir ədəd üzərində qara, ağ və qırmızı rəngləri olan preforatorun və bir ədəd üzərində yazısı olmayan kiçik ölçülü drelin sahibi, zərərçəkmiş şəxs X2, üzərində “Schnaider B25” yazıları olan 11 ədəd elektrik şitinin, üzərində “Candan CM-01” yazıları olan qaynaq aparatının (ütünün) və 04 top 4x4 mm ölçüsündə elektrik naqilinin sahibi, Zərərçəkmiş şəxs8, bir ədəd “Galaksi” markalı tozsoranın sahibi, Zərərçəkmiş şəxs1, üzərində “Adkids” yazıları olan velosipedin, üzərində “Karona” yazıları olan qaynaq aparatının, üzərində “Robson” yazıları olan böyük ölçülü prefaratorun, üzərində heç bir markalanma göstəricisi olmayan göy rəngli kiçik ölçülü direlin, üzərində “Karona” yazıları olan laqondanın, “Elif’ markalı qaz sobasının, “Privileg Compakt" markalı paltaryuyanın sahibi, zərərçəkmiş şəxs X3 və üzərində “Arges 100 LS” yazıları olan laqondanın və üzərində “Craft CCS-185K” yazıları olan lobzikin sahibi, Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar