Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-131/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxx 1991-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi, xx xxx 1992-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, “Olimpus” parkda mühafizəçi işləyən, Neftçala rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, nömrəsiz ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 04 oktyabr 2020-ci il tarixdə saat 13:40 dəqiqədə özünə məxsus olan və idarə etdiyi “BMW” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda buna riayət etməyərək, Hövsan qəsəbəsi istiqamətində Zığ-Hövsan şossesi ilə saatda 80 km sürətlə hərəkət etdirdiyi üçün, onunla eyni istiqamətdə hərəkət edərək, ötmə əməliyyatı edən Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 3201” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkər diskinin “BMW” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperi ilə toqquşması səbəbindən baş vermiş yol- nəqliyyat hadisəsi zamanı, sonuncu avtomobil idarəetməni itirərək aşmış, nəticədə həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs baş beyinə, qişalarına və mədəciklərinə qansızına, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları, burun, sağ said, sağ əldarağı sümüklərinin yerini dəyişmiş sınıqları, hər iki ağciyərin əzilməsi, alının əzilmiş və əzilmiş-cırılmış yaraları, hər iki göz ətrafı yumşaq toxumaların hematoması, sağ yuxarı ətrafın arteriya, vena və sinirlərinin zədələnmələri ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, sol yanaq nahiyyəsinin sıvrığı ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış və aldığı xəsarətlərdən 3 saylı ŞKX-də ölmüşdür. Təqsirləndirilən şəxs2 04 oktyabr 2020-ci il tarixdə, saat 13:40 dəqiqədə özünə məxsus olan və idarə etdiyi “BMW 3201” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindən Hovsan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həm də yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda buna riayət etməyərək, avtomaşını Hövsan qəsəbəsi istiqamətində Zığ-Hövsan şossesi ilə saatda 80 km sürətlə hərəkət etdirərək, ondan öndə eyni istiqamət üzrə hərəkət edən Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək istəyərkən, idarə etdiyi avtomobilin arxa sağ təkər diski ilə “BMW” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinə toxunması səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sonuncu avtomobil idarəetməni itirərək aşmış, nəticədə həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs baş beyinə, qişalarına və mədəciklərinə qansızına, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları, burun, sağ said, sağ əldarağı sümüklərinin yeıinidəyişmiş sınıqları, hər iki ağciyərin əzilməsi, alının əzilmiş və əzilmiş-cırılmış yaraları, hər iki göz ətrafı yumşaq toxumaların hematoması, sağ yuxarı ətrafın arteriya, vena və sinirlərinin zədələnmələri ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, sol yanaq nahiyyəsinin sıvrığı ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq həmin xəsarətlərdən 3 saylı ŞKX-də ölməsinə səbəb olmuş və hadisə yerindən qaçmışdır. Bu əməllərinə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişlər. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O, Xanım ilə 2020-ci ilin 01 mart ayında toy edərək ailə həyatı qurmuş, onların toyu aprel ayında olmalı idi, lakin həmin tarixdə şadlıq evlərində yer olmadığından, toyun tarixi ani olaraq dəyişdirilərək, 01 mart tarixinə qeydə alınmışdır. Buna görə də, nikah bağlaya bilmədikləri üçün, toydan sonra Asan Xidmətə gedərək rəsmi nikah bağlamaq qərarına gəlmişlər. 04 oktyabr 2020-ci il tarixdə o, həyat yoldaşı Xanım ilə birlikdə, saat təxminən 12:30 dəqiqədə yaşadıqları ünvan 3 ünvanında yerləşən mənzildən çıxaraq, özünə məxsus BMW 535 markalı **-SE- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, Xətai rayonu ərazisində fəaliyyət göstərən Asan Xidmət mərkəzində nikah bağlamaq üçün getmişlər. Saat 13:00 dəqiqədə onlar Asan Xidmətə çatmış və rəsmi nikah bağladıqdan sonra yaşadıqları evə getmək üçün Asan Xidmətdən çıxaraq avtomobilə əyləşmişlər, həmin vaxtı Xanım avtomobilin təhlükəsizlik kəmərindən istifadə edərək, avtomobilin qabaq oturacağında əyləşmişdir. O, avtomobili Suraxanı rayonunun Hövsan qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır. Avtomobilə yanacaq doldurmaq məqsədilə o, Zığ yolunda olan yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Avtomobilə yanacaq vurduqdan sonra həyat yoldaşı Xanım ona özünü pis hiss etdiyini bildirmişdir. Həyat yoldaşı Xanım 6 aylıq hamilə olmuş və o, yoldaşına onu hamiləlik ilə əlaqədar müayinə olunması üçün dəfələrlə getdikləri Suraxanı rayonu ərazisində yerləşən doğum evinə aparmağı təklif etmişdir. O, Suraxanı rayonunun Hövsan yolu istiqamətində avtomobili idarə edərkən, “BMW 3201” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilin yanında eyni sürətlə hərəkət etməyə başlayaraq onu ötmək istəsə də, lakin ötməyərək, onun idarə etdiyi avtomobil ilə yanaşı getməsini görərək, həmin şəxsə nəzər yetirmiş, o, həmin şəxsi tanımadığı üçün avtomobilin şüşəsindən ona baxaraq, əli ilə ona işarə edərək, nə etmək istədiyini soruşmuşdur. Həmin şəxs ona baxaraq, idarə eldiyi avtomobili onu qorxutmaq məqsədilə ani olaraq sağ tərəfə, yəni onun avtomobili idarə eldiyi istiqamətə tərəf manevr etmişdir. O, əsəbləşdiyi üçün, yenə həmin şəxsə baxaraq, ondan nə etmək istəməsini əli ilə soruşmuş, həmin şəxs idarə etdiyi avtomobilin sürətini artıraraq, onun idarə etdiyi avtomobili ötərək, ani olaraq onu sıxmağa başlamış və həmin şəxsin idarə etdiyi avtomobilin arxa tərəfinin bufer, yoxsa dəqiq xatırlamadığı təkər hissəsi onun idarə etdiyi avtomaşının sol tərəfinə dəymişdir. Dəymiş zərbədən o, idarə etdiyi avtomaşının idarəetməsini itirərək, onu yolun sağ hissəsində olan qazıntılı yerə aşırtmışdır. Hadisə yerində böyük tozanaq qalxmış, çoxsaylı avtomaşınlar hadisə yerinə toplaşmışlar. O, avtomaşından çıxmış və hadisə yerinə toplaşmış vətəndaşların köməkliyi ilə avtomaşını çevirdikdən sonra, qabaq oturacaqda əyləşmiş həyat yoldaşı Xanımı avtomobildən çıxartmışlar. Bu zaman “BMW 3201” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır. Həyat yoldaşı Xanımın vəziyyəti pis olduğu üçün, hadisə yerinə gələn təcili tibbi yardım avtomaşını ilə Xanımı Bakı şəhər 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Təxminən bir saatdan sonra həkimlər yoldaşı Xanımın və bətnində olan 6 aylıq uşağın almış olduqları xəsarətlərdən vəfat etdiklərini bildirmişlər. Sonra həyat yoldaşı Xanımın meyitini müayinə edilməsindən ötrü Məhkəmə tibbi ekspertizası və Pataloci anatomiya birliyinin Suraxanı rayon şöbəsinə aparmışlar. Xanımın meyiti ekspertiza şöbəsində müayinə olunduqdan sonra meyiti onların evinə gətirmişlər və səhəri gün, yəni 05 oktyabr 2020-ci il tarixdə həyat yoldaşı Xanımı dəfn etmişlər. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yoldaşı Xanım və sonuncunun bətnində olan uşağı ölmüşlər. Hadisə zamanı o, avtomobili saatda təxminən 80-90 km sürətlə idarə etmişdir. Təxminən 9 il olar ki, avtomobil idarə etdiyini və BC dərəcəli sürücülük vəsiqəsi olduğunu qeyd etmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, BMW 320 İ markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin avtomaşını öz adına sənədləşdirməmişdir və həmin vaxtdan onu “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında baş etibarnamə ilə idarə etmişdir. 04 oktyabr 2020-ci il tarixdə, təxminən saat 13-14 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsində Hövsan qəsəbəsi istiqamətində Zığ-Hövsan şossesi ilə Hövsan qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobili saatda təxminən 80-90 km sürətlə idarə etmişdir. Ümumiyyətlə o, spirtli içki qəbul etmir və hadisə zamanı da sərxoş olmamışdır. Həmin vaxt onun BMW markalı avtomobili ilə Hövsan qəsəbəsi yolunda BMW 535 markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı həyata keçirtmiş, lakin bu zaman onun idarə etdiyi avtomobilinin ötmə əməliyyatı həyata keçirərkən qeyd olunan avtomobilə toxunmağını bilməmişdir. İstintaq zamanı alınmış nəqliyyat-trasoloci ekspertizasının 11 dekabr 2020-ci il tarixli 6/2525-8/2087 saylı rəyini oxumuş və tanış olmuşdur. “BMW” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki izlərin onun idarə etdiyi “BMW 3201” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində necə qalmasını bilmir. İstintaq zamanı alınmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 fevral 2021-ci il tarixli 8/148 saylı rəyini oxumuş və tanış olmuşdur. O, bir daha hadisə zamanı idarə etdiyi avtomobillə həmin BMW markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmasını bilmədiyini və hiss etmədiyini vurğulamışdır. Hadisə zamanı BMW markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşmasını görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat qəzası nəticəsində dünyasını dəyişmiş xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Xanım 2020-ci ilin mart ayında yaşadığı evin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuş və qızı Xanım həmin tarixdən Ruslanın yaşadığı evdə yaşamağa başlamışdır. Ruslan onun qızının həyat yoldaşı olduğundan, onunla münasibətləri həmişə normal olmuşdur. 04 oktyabr 2020-ci il tarixdə saat 14:00 dəqiqədə oğlu İbrahim onun mobil nömrəsinə zəng edərək, Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər kliniki xəstəxanaya gəlməyinin lazım olduğunu bildirmişdir. O, evdən çıxaraq taksiyə əyləşmiş və 3 saylı şəhər kliniki xəstəxanasına getmişdir. Xəstəxanın həyətində Ruslanı və onun ailə üzvlərini görərərək, onlara yaxınlaşmış və nə baş verməsini soruşmuşdur. Ruslan özündə olmadığı üçün, onun ailə üzvüləri ona Ruslanın yol nəqliyyat hadisəsi törətdiyini və həmin vaxtı avtomobildə sərnişin kimi əyləşmiş qızı Xanımın xəsarət aldığı üçün hazırda xəstəxanada olduğunu və həkimlər tərəfindən ona tibbi yardım göstərildiyini bildirmişlər. Bir neçə saatdan sonra həkimlər qızı Xanımın almış olduğu bədən xəsarətlərindən vəfat etməsi barədə məlumat vermişlər. Sonra qızı Xanımın meyitini müayinə edilməsindən ötrü Məhkəmə tibbi ekspertizası və Pataloci anatomiya birliyinin Suraxanı rayon şöbəsinə aparmışlar. Xanımın meyiti ekspertiza şöbəsində müayinə olunduqdan sonra meyiti Ruslanın yaşadığı evə gətirmişlər və səhəri gün, yəni 05 oktyabr 2020-ci il tarixdə qızı Xanımı dəfn etmişlər. Qızı Xanım 6 aylıq hamilə olmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Xanımın bətnində olan uşaq da ölmüşdür. Sonradan eşitmişdir ki, kürəkəni Ruslan idarə etdiyi və özünə məxsus BMW markalı avtomobili Suraxanı rayonu Hövsan qəsəbəsində aşırtmış və nəticədə avtomobilin qabaq oturacağında əyləşmiş qızı Xanım vəfat etmişdir. X5 münasibətləri yaxşı olmuş və qızı Xanım həyat yoldaşından həmişə razı olmuşdur. Hadisədən sonra hazırki günədək iş üzrə Təqsirləndirilən şəxs2 onlara başsağlığı verməmiş, maddi və mənəvi dəstək göstərməmiş, ümumiyyətlə onlarla maraqlanmamışdır. Təqsirləndirilən şəxs1 heç bir şikayətinin və tələbinin olmadığını, iş üzrə digər Təqsirləndirilən şəxs2 isə şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, onun özünə məxsus «Kia Oplima markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili etibarnamə əsasında idarə edir. 04 oktyabr 2020-ci il tarixdə, saat təxminən 13:40 dəqiqədən idarə etdiyi həmin avtomobil ilə Hövsan yolundan Zığ yolu istiqamətində hərəkətdə olan vaxt, onunla əks istiqamətdə hərəkətdə olan dövlət qeydiyyat nişanını bilmədiyi iki ədəd BMW markalı avtomobillərin nəzərdə tutulmuş sürəti aşaraq gəldiklərini və qarşılıqlı olaraq ötüşdüklərini görmüşdür. O, ötmə əməliyyatını həyata keçirən BMW markalı avtomobilin yolun ona aid olan hissəsinə çıxdığını görmüş və o, idarə etdiyi avtomobilin sürətini azaldaraq, yolun sağ ehtiyat hissəsinə keçmişdir. Bu vaxt həmin avtomobil öz hərəkət hissəsinə qayıtmaq istədikdə, onun sağı ilə hərəkətdə olan BMW markalı avtomobil idarəetməni itirərək, avtomobili sağ ehtiyat hissə tərəfə aşırtmış və ehtiyyat hissədə olan daşlar onun avtomobilinin ön şüşə və qabaq hissəsinə dəyərək, onun avtomobilinə zərər yetirmişdir. O, tez avtomobildən aşağı düşərək, aşan BMW markalı avtomobilə yaxınlaşmışdır. Hadisə yerində böyük tozanaq qalxmış, həmin vaxt yol ilə hərəkətdə olan digər avtomobillər də saxlayaraq, aşan BMW markalı avtomobilə yaxınlaşmışlar və həmin avtombili köməkləşərək düzəltmişlər. Sonradan dövlət nömrə nişanını bildiyi BMW markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qabaq oturacağında olan qadını avtomobilin salonundan çıxartmışdır. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gələrək, xəsarət almış qadını və sürücünü xəstəxanaya aparmışlar. Sonradan öyrənmişdir ki, həmin vaxtı xəsarət alan qadın xəstəxanada ölmüşdür. Avtomobil qəzası baş verdiyi an digər BMW markalı avtomobilin sürücüsünün əyləc sistemindən istifadə edib saxlayaraq, sonra isə oradan uzaqlaşdığı yadına gəlmir, belə ki, onun fikri qəza törədərək aşan avtomobildə olmuşdur. Lakin, qeyd etdiyi kimi, hadisə yerində avtomaşın aşdığından böyük tozanaq qalxmış və ətrafda olan avtomaşınlar bunu görərək, hadisə yerinə toplaşmışlar. İş materiallarında olan 18.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 04.10.2020-ci il tarixli 1/2595 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan ƏN-Vİİ seriyalı 324250 saylı “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “BMW 320 İ” minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verilmiş etibarnamə əsasında idarə edir. İş materiallarında olan ƏN-Vİİ seriyalı 954375 saylı “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “BMW 535" minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verilmiş etibarnamə əsasında idarə edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış məktubdan müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs1 məxsus olan 11.08.2015-ci il tarixdə AD 057016 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və sürücülük hüququ məhdudlaşdırılmış şəxslər siyahısında onun haqqında hər hansı məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış məktubdan müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs2 məxsus olan 10.01.2020-ci il tarixdə AE 535542 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və sürücülük hüququ məhdudlaşdırılmış şəxslər siyahısında onun haqqında hər hansı məlumat mövcud deyil. Cinayət işi üzrə təyin edilmiş Məhkəmə-Tibbi Ekspertizasının 04 oktyabr 2020-ci il tarixli 115 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinə, qişalarına və mədəciklərinə qansızına, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları, burun, sağ said, sağ əldarağı sümüklərinin yerini dəyişmiş sınıqları, hər iki ağciyərin əzilməsi, alının əzilmiş və əzilmiş-cırılmış yaraları, hər iki göz ətrafı yumşaq toxumaların hematoması, sağ yuxarı ətrafın arteriya, vena və sinirlərinin zədələnmələri ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, sol yanaq nahiyyəsinin sıyrığı. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanən (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin salonunun qabarıq hissələrinin təsirindən əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 04.10.2020-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermilş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızına səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-də 04.10.2020-ci il tarixdə saat 14:40-da baş vermişdir, hansı ki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitinin müqayinəsi zamanı mərhumun hamilə olması aşkar edildi. Aşkar edilmiş dölün çəkisinə, bədəninin uzunluğuna və digər xüsusiyyətlərinə istinad edərək demək olar ki, uşağın ana bətnində yaşamaq müddəti 6-7 qəməri ayına yaxındır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işi üzrə təyin edilmiş nəqliyyal-trasoloci ekspertizasının 11 dekabr 2020-ci il tarixli 6/2525-8/2087 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “BMW 3201” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa təkər diskinin kənarında qara rəngli sürtünmə izi vardır. Həmin sürtünmə “BMW” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bamperinin rəngi ilə tərkibcə uyğun olub, ümumi cins mənsubiyyətinə malikdir. “BMW 3201” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanad hissəsində sonradan rənglənmə işləri aparılmışdır. Rənglənmə işlərinin aparılması vaxtını elmi əsaslandırılmış metodika olmadığı üçün müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş “BMW” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq sağ və sol qanadda, banında, qabaq bamperdə) olan zədələr, izlər öz formasına, morfoloci quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər-hansı bərk predmetin təsirindən, o cümlədən avtomobilin aşması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “BMW 3201” markalı, **-HB- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkər diskinin üzərində olan iz digər nəqliyyat vasitəsi ilə kontakda olması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “BMW 3201" markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkər diskinin üzərində olan izin formasını, morfoloci quruluşunu, yerləşmə yerini, lak- boya örtükləri tədqiqatını və “BMW" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin yer səthindən hündürlüyü nəzərə alınmaqla, “BMW 3201” markalı, **- HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkər diski ilə “BMW” markalı, **-SE- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperi ilə kontakda olması nəticəsində yarana bilər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 fevral 2021-ci il tarixli 8/148 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə, BMW markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə - hərəkət üçün təhlükə yaranan anda BMW markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 38,3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış, onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda BMW markalı 10SE535 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 38,3 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəmin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən BMW 320İ markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuş və sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Səlimov X2 rayon Məhkəməsinin 04 noyabr 2013-cü il tarixdə qüvvəyə minmiş hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Neftçala rayon Məhkəməsinin 1(53)-51/2013 saylı 14 oktyabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 10 aprel 2015-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilərək, iş yenidən apellyasiya baxışına göndərilmiş, 14 iyun 2016-cı il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxslərin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanununun 42-cı maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı dindirilərkən, ittiham olunduğu cinayət əməllərini törətmədiyini, yol-nəqliyyat hadisəsi zamanı BMW 320 İ markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobili saatda təxminən 80-90 km sürətlə idarə etdiyini, həmin vaxt BMW 535 markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatını həyata keçirtdiyini, lakin bu zaman qeyd olunan avtomobilə toxunmadığını və hadisə yerindən qaçmadığını bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş iş üzrə digər Təqsirləndirilən şəxs1 baş vermiş yol-nəqliyat hadisəsini təsvir edərkən göstərmişdir ki, o, Suraxanı rayonunun Hövsan yolu istiqamətində avtomobili idarə edərkən, “BMW 3201” markalı, **- HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilin yanında eyni sürətlə hərəkət etməyə başlayaraq onu ötmək istəmiş, lakin ötməyərək, onun idarə etdiyi avtomobil ilə yanaşı getməsini görərək, həmin şəxsə nəzər yetirmiş, o, həmin şəxsi tanımadığı üçün avtomobilin şüşəsindən ona baxaraq, əli ilə ona işarə edərək, nə etmək istədiyini soruşmuş, həmin şəxs ona baxaraq, idarə eldiyi avtomobili onu qorxutmaq məqsədilə ani olaraq sağ tərəfə, yəni onun avtomobili idarə eldiyi istiqamətə tərəf manevr etmiş, bu zaman o, əsəbləşdiyi üçün, yenə həmin şəxsə baxaraq, ondan nə etmək istəməsini əli ilə soruşmuş, həmin şəxs idarə etdiyi avtomobilin sürətini artıraraq, onun idarə etdiyi avtomobili ötərək, ani olaraq onu sıxmağa başlamış və həmin şəxsin idarə etdiyi avtomobilin arxa tərəfinin bufer, yoxsa dəqiq xatırlamadığı təkər hissəsi onun idarə etdiyi avtomaşının sol tərəfinə dəymiş, dəymiş zərbədən o, idarə etdiyi avtomaşının idarəetməsini itirərək, onu yolun sağ hissəsində olan qazıntılı yerə aşırtmışdır. Bu zaman “BMW 3201” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 04 oktyabr 2020-ci il tarixdə, saat təxminən 13:40 dəqiqədən idarə etdiyi həmin avtomobil ilə Hövsan yolundan Zığ yolu istiqamətində hərəkətdə olan vaxt, onunla əks istiqamətdə hərəkətdə olan dövlət qeydiyyat nişanını bilmədiyi iki ədəd BMW markalı avtomobillərin nəzərdə tutulmuş sürəti aşaraq gəldiklərini və qarşılıqlı olaraq ötüşdüklərini görmüş, ötmə əməliyyatını həyata keçirən BMW markalı avtomobil yolun ona aid olan hissəsinə çıxdığını görmüş və o, idarə etdiyi avtomobilin sürətini azaldaraq, yolun sağ ehtiyat hissəsinə keçmiş, bu vaxt həmin avtomobil öz hərəkət hissəsinə qayıtmaq istədikdə, onun sağı ilə hərəkətdə olan BMW markalı avtomobil idarəetməni itirərək, avtomobili sağ ehtiyat hissə tərəfə aşırtmış, hadisə yerində avtomaşın aşdığından böyük tozanaq qalxmış və ətrafda olan avtomaşınlar bunu görərək, hadisə yerinə toplaşmışlar. Şahid ibtidai istintaq zamanı ifadə verərkən əlavə olaraq göstərmişdir ki, avtomobil qəzası baş verdiyi an digər BMW markalı avtomobilin sürücüsünün əyləc sistemindən istifadə edərək saxlamış, sonra isə avtomobildən aşağı düşməyərək, sürətlə oradan uzaqlaşmışdır. İş üzrə keçirilmiş ekspert tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, “BMW 3201” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa təkər diskinin kənarında qara rəngli sürtünmə izi aşkar edilmiş, həmin sürtünmə “BMW” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bamperinin rəngi ilə tərkibcə uyğun olub, ümumi cins mənsubiyyətinə malikdir. “BMW 3201” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanad hissəsində sonradan rənglənmə işləri aparılmışdır. “BMW 3201” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkər diskinin üzərində olan iz digər nəqliyyat vasitəsi ilə kontakda olması nəticəsində yaranması mümkündür. “BMW 3201" markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkər diskinin üzərində olan izin formasını, morfoloci quruluşunu, yerləşmə yerini, lak-boya örtükləri tədqiqatını və “BMW" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin yer səthindən hündürlüyü nəzərə alınmaqla, “BMW 3201” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkər diski ilə “BMW” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperi ilə kontakda olması nəticəsində yarana bilər. Beləliklə, Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməllərini törətməsi iş üzrə digər təqsirləndirilən şəxsin ifadəsi, şahidin ibtidai və məhkəmə istintaqında verdiyi ifadələri, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Həmin ifadələr və sübutlar həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - 06 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 316 (üç yüz on altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CMnin 264-cü maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - 06 may 2021-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 316 (üç yüz on altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-131/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-131/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver