Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-131/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3vanında yaşayan, 13 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 iyul 2024-cü il tarixli qərar ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdən etibarən onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış intim münasibətlərdən öz ehtirasını təmin etmək niyyəti ilə şəxsi məqsədləri üçün istifadə edib sonuncunun yaşadığı ünvan 2 ünvanında onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən mobil telefon vasitəsilə gizli şəkildə çəkdiyi videogörüntüləri və fotoşəkilləri yaxın qohumları olan ailə üzvləri arasında yayacağı hədəsi ilə asılılığından istifadə etməklə 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında onunla müntəzəm olaraq cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlərə məcbur etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdən etibarən onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış intim münasibətlərdən tamah niyyəti ilə şəxsi məqsədləri üçün istifadə edib sonuncunun yaşadığı ünvan 2 ünvanında onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən mobil telefon vasitəsilə gizli şəkildə çəkdiyi rüsvayedici videogörüntüləri və fotoşəkilləri yaxın qohumları olan ailə üzvləri arasında yayacağı hədəsi ilə 2024-cü ilin yanvar ayının əvvəllərində qeyd olunan ünvanda hədə-qorxu gələrək Zərərçəkmiş şəxs 200 (iki yüz) manat məbləğində pul tələb etmiş və Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında tələb etdiyi 200 (iki yüz) manat məbləğində pul vəsaitini ondan alıb ələ keçirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ona Cinayət Məcəlləsinin 151 və 182.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3vanında yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Mayanı təxminən 6 ilə yaxındır ki tanıyır. Mayanın əri Şirxanı da həmin vaxtdan tanıyır. Şirxanla kafedə təsadüfən tanış olmuş və onunla həmin vaxtdan münasibətləri yaranmışdır. Tanışlıqlarından sonra o və Şirxan ailəvi bir-birlərinin evinə gedib gəlmişdirlər. Maya əvvəldən onun xoşuna gəldiyi üçün onunla cinsi əlaqədə olmaq istəyirdi. Lakin Mayanın əri evdə olduğu üçün cəsarətini toplayıb ona istəklərini deyə bilməmişdir. 2023-cü ilin noyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda Maya onların yaşadıqları evə gəlmişdir. Arvadı Elnarə və Maya mətbəxdə oturmuşdurlar. O isə evin qonaq otağında olmuşdur. Bu vaxt Maya qonaq otağına keçmişdir. O, Maya yanından keçərkən onun əlindən tutmuşdur. Bu vaxt Maya ona baxıb gülümsəyərək onun əlini buraxıb mətbəxə keçmişdir. Həmin vaxt arvadı Elnarə onları görməmişdir. O, Mayanın ona baxıb gülümsəməsindən ona qarşı istəyinin olduğunu başa düşmüşdür. Bundan sonra Maya və arvadı Elnarə evi yığışdırmağa başlamışdırlar. Arada Maya qəsdən onun yanına gəlib ona gülümsəmiş və daha sonra Elnarənin yanına getmişdir. Həmin gün o, Mayanın əlindən tutaraq üzündən öpmüş və aralarında bundan başqa heç nə olmamışdır. Bir müddət sonra o, öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Mayanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Lakin həmin nömrələrlə danışıq bahalı olduğundan o özünə ***-***-**-** mobil nömrəsini almış və onunla danışmağa başlamışdır. 01 dekabr 2023-cü il tarixdə onun doğum günü olmuşdur. Həmin gün saat 06 radələrində o, Maya ilə telefonla danışmışdır. Bu vaxt Maya ona qaynatasının işə gedəcəyini demiş və onu yaşadığı evə dəvət etmişdir. O da bundan sonra onların yaşadığı evə getmişdir. Maya evin həyətinin giriş qapısını açaraq onu qarşılamış və onlar birlikdə Mayanın qaynatası Vaqifin evin həyətində olan kiçik tikilisinə daxil olmuşdurlar. Orada təxminən 10 dəqiqə söhbət etmişlər. Onlar həmin vaxt otaqdakı divanda əyləşmişlər. Bundan sonra Maya ayağa qalxıb əynində olan xalatı və alt paltarlarını çıxartmışdır. O, Mayanın onunla intim münasibətdə olmaq istədiyini gördükdə soyunmuş və onlar divanın üzərində cinsi əlaqədə olmuşlar. Bundan sonra vaxt tapdıqca o, yaşadığı evdə Maya ilə könüllü şəkildə cinsi əlaqədə olmuşdur. O, cinsi əlaqədə olarkən Mayanı gizli şəkildə öz mobil telefonu ilə videoya çəkmiş, lakin bunu Mayaya deməmişdir. Mayanın onun telefon vasitəsilə video çəkməsindən məlumatı olmamışdır. Növbəti dəfə görüşlərdən birində o, Mayaya həmin video görüntüləri göstərmişdir. Maya ondan həmin video görüntüləri silməsini xahiş etmişdir. O da videodan iki ədəd şəkil formasında görüntü saxlayaraq videonu silmişdir. Həmin videoda onun Maya ilə cinsi əlaqədə olarkən çəkdiyi görüntüləri var idi. Bu şəkildə onlar Maya ilə dəfələrlə görüşmüşlər. Həmçinin iş materiallarında olan əlyazma məktublar onun tərəfindən yazılmışdır. Bundan sonra 2024cii ilin mart ayının əvvəllərində o, sərxoş halda yaşadığı evə gəlmişdir. İstifadəsində olan mobil telefon stolun üzərində qaldığı üçün arvadı Elnarə Mayanın çılpaq şəkillərini görmüşdür. Elnarə həmin şəkilləri Mayanın Rusiya Federasiyasında yaşayan qaynanası Svetlanaya göndərmişdir. Bundan bir neçə gün sonra isə Mayanın əri Şirxan Gürcüstan Respublikasından ona zəng etmişdir. Şirxan ona zəng edib ondan Mayanın kiminlə münasibətinin olmasını soruşmuşdur. Şirxan onun Maya ilə münasibətindən xəbərsiz olmuşdur. Şirxan ondan bu barədə soruşduqda o, Şirxana heç nə deməmişdir. Ona anası Svetlananın bu barədə məlumatı olduğunu bildirmişdir. Şirxan bu vaxt onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da ona Maya ilə münasibətinin olduğunu və onunla yatdığını demişdir. Bundan sonra isə aralarında danışıq olmamışdır. Daha sonra o bilmişdir ki, Maya ondan şikayət etmişdir. Həmçinin aralarında olan cinsi münasibət könüllü şəkildə olmuş, o, Mayanı hədələyib onunla zorla cinsi əlaqədə olmamış, ondan 200 manat pul almamışdır. Sadəcə olaraq Maya ona işləmədiyi müddətdə siqaret almış və 30 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 151 və 182.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində və verilən suallara cavablarında göstərmişdir ki, Mayanın və onun ailəsi 2-3 ildir ki tanışdırlar, aralarında daima gediş-gəliş olub. 2023-cü ilin noyabr ayının 18-i o və Maya telefonla danışmağa başlamışlar. Belə ki, həmin gün onun evində Maya onun arvadı ilə mətbəxdə nəsə bişirmişlər, sonra Maya başqa otağa keçəndə onların əlləri birbirinə dəymiş, bundan sonra onların arasında yaxın münasibət başlamışdır. Bəzən, o, Mayaya zəng etmiş, bəzən də Maya ona zəng etmişdir, Mayanın nömrəsi abunə olduğuna görə bəzən o, Mayaya qısa zəng etmiş, Maya ona zəng etmişdir. O, Mayanın nömrəsini əvvəldən bilirdi. Hətta o, 2023-cü ilin yay aylarında 2-3 ay müddətinə Mayanın yaşadığı evi təmir etmişdir, əgər o, zor tətbiq etmiş olsaydı həmin vaxt edərdi. Aralarında danışıq olub ki, noyabrın 30-u zəng edib danışsınlar. Noyabr ayının 30-u axşam saat 12-dən dekabrın 1-i səhər saat beşə kimi onlar telefonla danışmış, saat 6-a işləmiş Maya ona gözləməsini demiş, həmin vaxt telefonu söndürməmişlər, Maya ona qaynatasının işə getdiyini demiş, onu evə çağırmışdır. O, Mayanın qaynatasının arxasınca getmiş və qaynatası maşına minib getdikdən sonra əmin olmuşdur ki, Mayanın yaşadığı evdə heç kim yoxdur. Bundan sonra o, Mayanın yaşadığı evə getmiş, qapını Maya açmışdır. Yəni dekabr ayının 1-i ikisinin də razılığı əsasında görüşmüş, cinsi əlaqədə olmuşlar. Həmin vaxt uşaqlar evdə başqa otaqda olmuşlar. Həmin gün o, Mayanın yaşadığı evdən səhər saat 9-da 10-a işləmiş çıxıb getmişdir. O gedərkən evə heç kim gəlməmişdir. Uşaqları Maya özü məktəbə yola salmış, balaca uşaq isə həmin vaxt yatırdı. Onlar dəfələrlə telefonla danışmış, Mayanın yaşadığı evdə görüşmüşlər. Yanvar ayının 5-dən sonra onun yaşadığı evdə heç kim olmadığına görə onun evində görüşmüşlər. Mayanın əri Polşada yaşayırdı. Onun əri dekabrın 31-i evə gəlmişdir. Yenə də onların münasibəti davam etmişdir. Yanvar ayının təxminən 11-12-si onun evində onlar cinsi əlaqədə olarkən Mayanın xəbəri və razılığı olmadan o, video çəkmişdir. O, telefonu qutunun yanına yerləşdirmişdir ki, video çəkə bilsin. Həmin vaxt Maya hamilə idi və Mayanın uşaqdan azad olması barədə də danışıqları olmuşdur. Yanvar ayının təxminən 14-15-i o, həmin videonu telefonda yazışarkən Mayaya göndərmişdir. Maya ondan videonu silməsini xahiş etmiş, o videodan şəkil götürdükdən sonra videonu silmişdir. Onun şəkili götürməkdə heç bir məqsədi olmayıb, sadəcə ağılsızlıqdan bu hərəkəti etmişdir. Mayanın şəklini çəkdiyinə görə özünü günahkar hesab edir və həmin şəkli heç kimə göstərməmiş və göndərməmişdir. Mayanın əri və qaynanası zəng edib onu təmir üçün çağırmış, təmir üçün lazım olan materialları onlar özləri almış, o, əlavə xərc çıxmasın deyə materialları öz maşınına yığıb gətirmiş, yanvar ayının 4-5-i o, Mayanın yaşadığı evdə hamamın tavanını təmir etmiş, heç bir pul almamışdır. Həmin vaxt evdə Mayanın əri, qaynanası da olmuşdur. Əgər pula ehtiyacı olsaydı tavanı təmir etdiyi üçün pul alardı. O, Mayadan pul tələb etməmiş, özü də Mayaya pul verməmişdir. Maya o, işə çıxmadığına görə yanvar ayının 5-dən sonra xırda-xırda ümumilikdə ona 30 manat pul vermiş, 3-4 ədəd siqaret almışdır. Çünki həmin vaxt evdə heç kim yox idi deyə onun üçün yemək bişirən də olmamışdır. Yanvar ayının 18-i o, Mayaya zəng etmiş, Maya ona atasının evdə olduğunu, özünün ona zəng edəcəyini demiş, o, bir neçə dəfə Mayaya zəng etsə də, Maya telefonu açmamış, sonuncu dəfə zəng edəndə Mayanın atası telefona cavab vermiş, o isə atasına heç nə deməmişdir. Bundan sonra məhəllədə Mayanın atası uşaqlarla məktəbdən gələrkən ona “utanmırsan zəng edirsən, danışmırsan” demiş, o isə Mayaya zəng etmədiyini demiş, Maya atasının qolundan çəkərək aparmışdır. Onun ağlına gəlməzdi ki, Maya atasına zəng edənin o olduğunu desin. Bundan sonra onların münasibəti sonlanmışdır. Əlyazmaları isə o, fevral ayının əvvəli Maya ilə görüşmək, münasibətləri barədə danışmaq üçün yazmış, əlyazmanı zərfə və sellofona bükərək Mayanın oğluna vermişdir ki, Mayaya versin. Sabakı gün o, Mayanın oğlundan zərfi Mayaya verib-vermədiyini soruşmuş, oğlu verdiyini demişdir. Onun arvadı Mayanın qaynanasına Mayanın şəkillərini göndərmişdir. Arvadı şəkilləri göndərməmişdən əvvəl onunla bu barədə danışmamışdır. Arvadı şəkilləri göndərəndə o, evdə olmamışdır və telefon evdə olmuşdur. Noyabrın 18-dən dekabr ayının sonuna kimi onda sensorlu telefon olmayıb, onun 8-9 yaşlı uşağının telefonu sensorlu olmuş, uşaq telefonu evə qoymuşdur və həmin telefonu arvadı istifadə etmişdir. Yanvar ayının 4-ündən sonra arvadı əməliyyat olunan müddətdə həmin telefonu o işlətmişdir. Dekabrda da həmin telefon vasitəsi ilə Maya ilə danışmış, sonra yazışmaları silmişdir. Yəni telefon onun deyildi. Öz telefonu isə sınıq idi. Arvadı şəkilləri Mayanın qaynanasına göndərdikdən sonra o, həmin smart telefonu sındırmışdır. Onların münasibəti barədə Mayanın xalası qızı bilirdi. O, son sözündə barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəsi ondan, əri Şirxandan və üç övladından ibarətdir. Təqsirləndirilən şəxsı və onun arvadı Şahid2 təxminən 5 ilə yaxındır ki, tanıyır. Onlarla ailəvi gediş-gəlişləri olmuşdur. Belə ki, ilk əvvəllər əri Şirxan Ram ilə dostluq etmişdir. Şirxan işi ilə əlaqəli olaraq Gürcüstan Respublikasına gedib-gəlirdi. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə kombi xarab olmuşdur. Buna görə də ev soyuq olmuşdur. Həmin gün saat 09 radələrində o, Ramdan evdə olan kombini gəlib düzəltməsini xahiş etmişdir. Ram bundan sonra arvadı Elnarə ilə onun yaşadığı evə gəlmişdir. Ram kombini düzəldib çıxıb getmişdir. Bundan təxminən 20 dəqiqə sonra onun yaşadığı evin həyətinin giriş qapısı döyülmüşdür. O, qapını açdıqda Ram olduğunu görmüşdür. Ram ona kombiyə yenidən baxacağını demiş, o da Ramı evə buraxmışdır. Həmin vaxt uşaqlarından yalnız Ömər evdə olmuşdur. Ömərin 12 yaşı vardır. Ram içəri keçdikdən sonra kombiyə baxıb təxminən 5 dəqiqə sonra onun olduğu otağa gəlmişdir. O, həmin vaxt evin həyətində ayrıca olan və qaynatasının yatdığı otaqda olmuşdur. Oğlu Ömər isə evdə qonaq otağında olmuşdur. Ram otağa daxil olub arxadan onu qucaqlamışdır. O, Rama “sən nə edirsən” sualını vermişdir. O isə cavabında bu günü səbirsizliklə gözlədiyini və onunla danışacağını demişdir. Onu buraxmış və o, Rama sözünü deyib getməsini bildirmişdir. Ram ona əri Şirxanla ona görə dostluq etdiyini və ondan çoxdandır ki, xoşlandığını, onu izlədiyini və onunla birlikdə olmaq istədiyini demişdir. O da Rama ailəsi olduğunu və dediklərinin mümkün olmayacağını bildirmişdir. Bundan sonra Ram onu itələyib divana yıxmış və onunla bir dəfə cinsi əlaqədə olacağını demişdir. O isə ağlayıb onu buraxmasını bildirmişdir. Lakin Ram onu buraxmamış və əynində olan qara rəngli şalvarını dartıb zorla əynindən çıxarmışdır. Üzərində olan digər geyimləri isə əynində qalmışdır. Bundan sonra onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra isə çıxıb getmişdir. O, qorxduğu üçün heç kəsə bu barədə deməmiş, bundan təxminən 2-3 gün sonra Ramın arvadı Elnarənin mobil nömrəsindən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona mesaj gəlmişdir. O, mesajı oxuduqda “bizə gəl” sözlərini görmüş və Elnarənin onu çağırdığını düşünüb onlara getmişdir. Evə daxil olduqda evdə yalnız Ramın olduğunu görmüşdür. O, geri dönüb qayıtmaq istədikdə Ram onun qolundan tutub geri qaytarmışdır. Qapını bağlayıb onu evə salmışdır. Bundan sonra ona əlində onu rüsvay edəcək bəzi şeylər olduğunu demişdir. Onunla cinsi əlaqədə olmasa həmin rüsvayedici məlumatları yayacağı ilə onu hədələmişdir. Bundan sonra Ram yenə də onun paltarlarını zorla çıxarıb onunla cinsi əlaqədə olmuşdur. Ram onunla cinsi əlaqə olub qurtardıqdan sonra o, əynini geyinərək çıxıb yaşadığı evə getmişdir. Bundan sonra bir neçə dəfə Ramın hədələri ilə o, istəmədən zorla cinsi əlaqədə olmuşdur. Bundan bir müddət sonra Ram ona cinsi əlaqədə olduğu vaxt çəkdiyi videonu “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərmişdir. O, videoya baxıb Rama videonu silməsi üçün yalvarmışdır. Lakin Ram silməyəcəyini demişdir. Ram ona istədiyi vaxt onunla cinsi əlaqədə olmalı olduğunu bildirmişdir. Həm də ondan 200 manat pul tələb etmişdir. Verməyəcəyi təqdirdə onun video və şəkillərini ailə üzvlərinə göndərəcəyini bildirmişdir. O da məcbur qalıb atası Ramisdən 200 manat pul alıb 2024-cü ilin yanvar ayının əvvəllərində yaşadığı evdə saat təxminən 14 radələrində ona vermişdir. Lakin o, yenə də əl çəkməmiş və istədiyi vaxt onu yaşadığı evə çağırıb onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra Ram arvadının nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsində onun çılpaq şəkillərini qaynanası Svetlanaya göndərmişdir. Bundan sonra əri Şirxana bu barədə zəng edib demişdir. O, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və şikyətçidir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 246 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs onun anasıdır. Onlar hazırda nənəsi və babası ilə birlikdə ünvan 4 ünvanında yaşayırlar. Ramı atası vasitəsilə tanımışdır. Atası Ramı tez-tez onların evinə dəvət edirdi. Ram onların qonşusu olmuşdur. Lakin daha sonra atası evdə olmayan vaxtda da Ram onlara gedib-gəlməyə başlamışdır. Ram onlara gəlib onun anası ilə nəsə danışırdı. 2024-cü ilin yanvar ayında o, evdə olan zaman Ramın gəldiyini, anası ilə mübahisə etdiyini eşitmişdir. O, digər otaqda olduğu üçün nə danışdıqlarını tam aydın eşidə bilməmişdir. Lakin sonradan anasının onun oturduğu otağa gəldiyini, çantasından pul götürüb Rama aparıb verdiyini görmüşdür. Bundan sonra mübahisə qurtarmış və Ram evi tərk etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Suraxanı Rayon İcra Hakimiyyəti yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində nənəsigildə yaşayır, 246 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Ramı 4 ildir ki, atası vasitəsilə karantin vaxtı tanımışdır. Həmin vaxt atası Ramı qonaq kimi evə gətirmişdir. Sonra atası xarici ölkəyə getmişdir. Ramı atası, nənəsi və babası evə çağırırdı, anası isə çağırmırdı, Ram da evdə təmir işləri edirdi. Ram evdə təmir işləri edəndə ona pul verirdilər. Ram gecə onun atası evdə olmayanda onlara gəlmirdi. Evdə qapı açıq olur ki, babası (atasının atası) işdən gələndə evə girə bilsin. Yanvar ayının ortaları Ram onların yaşadığı evə gələrək anası ilə söhbət etmişdir. Həmin vaxt evdə anası, o və digər uşaqlar olmuşdur. Onlar mehriban danışırdılar, evdə onlar var idi deyə qışqırmırdılar amma anası gərgin idi. Ram mətbəxdə deyəsən mebelləri düzəldirdi. O, yan otaqda olduğuna görə heç nə eşitməmişdir. Həmin vaxt anası öz atasına zəng edərək uşaqların hazırlığı və ərzaq üçün pul istəmiş, bundan 15-20 dəqiqə sonra babası anasının kartına 200 manat pul göndərmiş, anası onu kartdan pulu çıxarması üçün göndərmiş, o da gedib pulu çıxarıb anasının çantasına qoymuşdur. Anası onun olduğu otağa gəlib çantadan 200 manat pulu götürüb Rama vermişdir. O, anasından pulu niyə Rama verdiyini soruşmamışdır. Anasının əvvəl də Rama pul verdiyinin şahidi olmuşdur. Amma anası Rama 200 manat verəndən sonra anasının Rama yenə də pul verib-vermədiyini bilmir. Babası (anasının atası) anası istəyəndə ona pul göndərirdi. Anası Rama 200 manat pul verəndən sonra Ram ona, bacısına və anasına zəng edirdi. Onlar Ramın nömrəsini blok etmişdilər. Əvvəllər Ram onlara zəng edəndə telefonu anasına verməsini deyirdi amma səbəbini demirdi. Ram anası ilə əlaqə saxlamaq üçün babası evdə olurdu deyə telefonla zəng edirdi, anası bu vaxt onu otaqdan çıxarırdı. Onlar Ramın yaşadığı evə gedəndə o, Ramın arvadı Elnarəyə nömrəsini vermişdi. Anası onu göndərirdi ki, Elnarə xala çağırır, Elnarə də ona nə isə almağını tapşıraraq pul verir, o da alırdı. Davadan sonra Ram yeni tikilmiş hasardan onlar məktəbə gedəndə güdürdü ki, anası evdə tək qalsın, onlar da bunu görüb məktəbə getməyərək evə qayıdırdılar. Həm də davadan sonra Ram axşam saat 12- 1-də sayğacdan işıqları söndürürdü ki, anası çölə çıxsın, o isə babası ilə gedib işıqları yandırırdı. Dava olan aylarda anası ilə taksi çağırıb bacısını məktəbdən götürmək istəyib nənəsigilə gedəndə Ram onları görmüş, qaça-qaça məktəbə getmiş, o, özü bacısını məktəbdən götürüb nənəsigilə getmişlər. Ram bəzən çöl qapıdan gəlib nəsə edib gedirdi. Ramın belə hərəkətləri onları qorxudurdu. O, dava deyəndə Ramın anasından pul istəməsini nəzərdə tutur. Anası ona Ramın onu incitdiyini demirdi. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ramla 20 ildən artıq müddətdir ki qonşudurlar. Aralarında normal qonşuluq münasibəti olub. Ram onun evinə gəlib təmir işləri edir. O, Ramın artıq-əskik hərəkətini görməmişdir. O, Mayanı tanıyır, Maya ilə aralarında “salamsağol” münasibəti olub, Mayanın yaşadığı ev onun evindən biraz aralı məsafədədir. Maya və Ram, onların ailəsi bir-birlərinin evinə gedib-gəlirdilər. Maya və Ramın arvadı bacı kimi idilər. O, Ramın yaşadığı evə gedəndə Maya və uşaqlarını orada görürdü. Son zamanlar isə Maya və uşaqlarını görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ramla qonşudurlar. Aralarında yaxşı qonşuluq münasibəti olub. Ram təmir işləri ilə məşğuldur, bütün qonşuların evində təmir işləri edir və əvəzində pul almırdı. O, Mayanı Ramın yaşadığı evdə görmüşdür. Maya və Ramın arvadı bacı kimi mehriban idilər. Ram və arvadı Mayaya kömək edirdilər. O, Ramın Mayagilə getdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ramla qonşudurlar. Ram onun evində təmir işləri edirdi. Maya ilə də qonşudurlar, aralarında “salam-sağol” münasibəti olub. O, Ramın nalayiq hərəkətlər etdiyini görməmişdir. O, Ramgilə gedəndə Maya qapını açırdı. Hətta Ram bir dəfə Mayanı hər gün onun evinə getdiyinə görə evindən qovmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ramla 25 ildir ki, evlidirlər. Ram ev təmiri işi ilə məşğuldur, malyardır. Maya ilə onun münasibətləri əvvəllər yaxşı olub, onu özünə bacı bilmişdir, Maya 6 il onun evinə gedib-gəlmişdir. Fevralın 23-ü onun Ram və Maya arasındakı münasibətdən xəbəri olmuşdur. O, xəstəxanadan çıxdıqdan sonra Maya onun yanına gəlməmiş, o, Mayaya zəng etmiş, Maya isə onun nömrəsini blok etmişdir. O, Mayanın uşağını küçədə görmüş, anasının onun evinə gəlməsini demiş, uşaq isə babasının sərxoş olduğunu, anasının gələ bilməyəcəyini demişdir. Fevralın 23-ü Mayanın anası onun evinə gəlmiş, o, hər şeyi biləndən sonra Mayanı qonşular arasında rüsvay edəcəyini dediyinə görə Mayanın anası Mayanı və uşaqlarını evdən çıxarıb Binəqədidə yerləşən ata evinə aparmışdır. O, Mayanın qaynanasına Mayanın şəkillərini öz telefonu ilə “whatsapp” vasitəsilə göndərmişdir. Ram həmin gün toydan içkili gəlmiş, bu barədə onun xəbəri olmamışdır. Bundan sonra Mayanın qaynanası ona zəng etmiş, şəkilin nə olduğunu soruşmuş, telefona Ram cavab vermiş və şəkilin nə olduğunu bilmədiyini deyərək boynundan atmışdır. Mayanın qaynanası isə cavabında “arvadın mənə şəkil göndərib” demişdir. Mayanın ərinə də ərinin axırıncı dediyi söyüşə görə Mayanın şəklini o göndərmişdir. Belə ki, Ram və Mayanın əri sərxoş vəziyyətdə bir-birlərinə telefonda nalayiq ifadələr demişlər. O, Ramın Mayadan pul almağına inanmır. O özü də Mayadan pul istəməmişdir. Çünki Ram yarım saat təmir işi edib 50 manat qazanır. Amma o, Mayaya uşaqları hazırlığa gedəndə onların dəfələrlə yol pullarını vermiş, ona kömək etmişdir. Maya daima gəlib axşam saat 9-a kimi onların evində otururdu. Son zamanlar isə axşam saat 2-3-ün yarısına kimi otururdu ki, Ram onu aparıb evinə yola salsın. Maya özü deyirdi ki, qaranlıqdır, qorxur, buna görə də onu evə aparmalarını deyirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); iş materiallarına iki ədəd çılpaq fotoşəkli əlavə edilmişdir (i.v. 06); iki ədəd əlyazısında aşağıdakılar qeyd edilmişdir: “mənə zəng et xahiş edirəm. Ehtiyacım var sənə. Məni bu əzabdan qurtar. Bacarmıram. Dözə bilmirəm. Xəbər ver birtəhər; Bu sənə son sözüm. Salam necəsən neynirsən necə gedir mənsiz həyatın. Sən niyə belə etdin. Atan hardan bilirdi ki sənlə danışan mənəm. Sən demişdin hə. Sən mənə oyun oynadın, atana da oynadın. Mən ananın nömrəsini alacam və zəng vurub sənin onları da aldatdığını deyəcəm ki hər şey ədalətli olsun. Maskan cırılsın. Sən çalış tez bir vaxtda mənlə əlaqə saxla. Məni gör yoxsa həyat sənin üçün acımasız olacaq. Səbrim tükənir. Sən belə etməklə qaçmaqla məndən özünü yandırırsan. Mənə çalış cavab göndər yoxsa biyabır olacaqsan. Bilirəm Şirxan da getdi axşam mənlə danışdı. Çalış mən səni görüm və söhbət edək bir qərar verək. Birdə ki sənin üçün mən pis olmadım. Niyə məni səni sevən yerimdən vurub getdin. Mənim artıq səbrim tükəndi. Mənə zərbə vurana özüm zərbə vuraram. Nə qədər tezdir fikirləş və məni gör. Evdəyəm xəbər ver ya da ki özün gəl. Sağol” (i.v. 11-12); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 40-41); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 55-56); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 57); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir daha təsdiq etmişlər (i.v. 58-62); təqsirləndirilən şəxs barəsində axtarış elan etmə və tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulması qərara alınmışdır (i.v. 63); cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 65); axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli prokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilərək axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-da saxlanılmışdır (i.v. 67); cinayət işinin icraatının təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 68); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-226/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 13 avqust 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəlinin 13 iyul 2024-cü il tarixdən saat 18:00-dan hesablanması qərara alınmışdır (i.v. 75-81); yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Şahid1 qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 83-84); Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-803/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-226/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (i.v. 90-94); xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əl yazısı ilə Zərərçəkmiş şəxs 02 vərəqədə yazdığı məktublara baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə qorxu gəlməsi müəyyən edilmişdir (i.v. 95); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 96-97); ibtidai istintaq müddətinin uzadılması haqqında Bakı şəhər prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddətinin 2 ay, 5 ayadək, yəni 13 oktyabr 2024-cü il tarixədək uzadılması qərara alınmışdır (i.v. 103-104); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 13 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v. 110-114); əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsindən həmin Məcəllənin 151 və 182.1-ci maddələrinə tövsif edilmişdir (i.v. 115-116) təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 151 və 182.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (i.v. 119-120); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əl yazısı ilə Zərərçəkmiş şəxs 02 vərəqədə yazdığı məktublar maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunması qərara alınmışdır (i.v. 134-140); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 151 və 182.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün müddətinə, yəni 02 noyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v. 110-114); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-536/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır; Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun iki uşağı – xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 - vardır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla cinsi əlaqəyə girməyə məcbur etməməsi, ondan hədə-qorxu ilə pul tələb etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 182.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddələrinə əsasən əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə — bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə — üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanı qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 182.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 182.1-ci maddələrinin hər birinə görə ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə həmin cəzalar qismən toplanmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 iyul 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs əl yazısı ilə iki vərəqədə yazdığı məktub iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs əl yazısı ilə iki vərəqədə yazdığı məktub iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 18 (on səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 108 (yüz səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-131/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-131/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver